Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
112
MƏHƏRRƏM ZÜLFÜQARLI
Azərbaycan Turizm İnstitutunun dosenti, tarix elmləri namizədi
E-mail: mzulfugarli@gmail.com
AZƏRBAYCANLILARIN PARTIZAN HƏRƏKATINDA IŞTIRAKININ
TARIXŞÜNASLIĞI (1941 – 1945-CI ILLƏR)
Açar sözlər: azərbaycanlılar, partizan hərəkatı, Böyük Vətən müharibəsi, döyüşçü, tarix-
şünaslıq
Ключевые слова: азербайджанцы, партизанская движения, Великая Отечественная
война, воин, историография
Key words: azerbaijanis, partisan movement, Second World War, historiography
Azərbaycan tarixinin ən gərgin və ziddiyyətli dövrlərindən biri Böyük Vətən müharibəsi
dövrüdür. Böyük Vətən müharibəsinin tarixinə aid SSRİ-də 1975-ci ilə kimi 15,5 min kitab və
məqalə nəşr olunub. (1, № 11 1975,s.113)
Düşmən arxasında xalq mübarizəsi probleminə də tədqiqatçılar böyük maraq göstəriblər.
Məsələn, 1945-1975-ci illərdə Böyük Vətən müharibəsinə həsr olunmuş 120 namizədlik
dissertasiyasının 70-i bu mövzuya həsr edilib. (2, s.146) Bundan başqa bu mövzuda bir çox
kitab və məqalələr də yazılıb. (2, 3 və s.)
M.Alıcanovun tədqiqatları nisbətən az tədqiq olunmuş sahəyə, Azərbaycan döyüşçülə-
rinin partizan hərəkatında iştirakına həsr olunub (4). Onun 1975-ci ildə nəşr olunan “Azər-
baycan döyüşçülərinin partizan hərəkatında iştirakı (1941-1944-cü illər)” kitabı giriş və 4 fə-
sildən ibarətdir.
Kitabın giriş hissəsində Q.Ə.Mədətovun, Q.Mehdiyevin, Ə.Bağırzadənin, M.Abbasovun,
T.Novruzovun, V.A.Belyayevanın, Ə.Kərimovun, C.F.Hüseynovun, A.Sərkisovun Böyük Və-
tən müharibəsinə həsr etdikləri kitabların tarixşünaslıq baxımdan təhlil edilməsi təqdirəla-
yiqdir. Müəllif həmin əsərlərdə azərbaycanlı döyüşçülərin partizan hərəkatında iştirakı məsə-
ləsinin tədqiq edilməməsinə və bəzi əsərlərdə isə zəif işıqlandırılmasına tənqidi münasibət
bəsləyib. O, tədqiq etdiyi mövzuya aid yazılmış K.Tskitişvilinin, M.Seyidovun, C.Həkimo-
vun, V.Seyidovun, C.Rəfiyevin, Q.Jilyayevin, S.Məmmədovun, İ.Qasımovun, Q.Ə.Mədəto-
vun kitablarını da tarixşünaslıq baxımından təhlil edib. Müəllif K.Tskitişvilinin kitabını
prblemin tədqiqi sahəsində ilk təşəbbüs olduğunu göstərməklə yanaşı, kitabda azərbaycanlı
döyüşçülərin partizan hərəkatında iştirakının səthi işıqlandırıldığını qeyd edir. O, K.Tskitiş-
vilinin kitabında Belorusiya partizan hərəkatında iştirak etmiş azərbaycanlı döyüşçülərdən
yalnız polkovnik Ə.Əliyevin fəaliyyəti haqqında qısa məlumat verilməsini düzgün hesab
etməyib.(5) Müəllifin fikrincə digər kitablarda da azərbaycanlı döyüşçülərinin partizan və
antifaşist hərəkatında iştirakı müəyyən dərəcədə işıqlandırılsa da, onların SSRİ-nin müvəqqəti
işğal edilmiş rayonlarında fəaliyyət göstərmiş partizan dəstələrinin tərkibində mübarizəsindən
çox az bəhs olunur.
Kitabın giriş hissəsində müəllif həm də mövzuya dair burjua tarixçilərinin əsərlərinə öz
münasibətini bildirib. O, ABŞ ordusunun keçmiş polkovniki Çarl V. Hostlerin 1957-ci ildə
Nyu-Yorkda nəşr etdirdiyi “Türkizm və Sovetlər” adlı kitabında SSRİ-nin şərq respublikala-
rının əhalisinin sosialist vətəninin müdafiəsi ideyasına yad olması haqqında fikirlərini tənqid
edərək, bu cür fikirlərin M.Ə.Rəsulzadənin 1951-ci ildə Türkiyədə nəşr etdirdiyi “Müasir
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
113
Azərbaycan tarixi” kitabında da öz əksini tapmasına mənfi münasibət bəsləyib. Müəllif AFR
tarixçiləri Ç.O.Diksonun, O.Gelbrunnun, Middeldorfun, L.Renduliçin, D.Karovun öz kitabla-
rında irəli sürdükləri “müvəqqəti işğal olunmuş ərazilərdə qalan sovet adamları faşist qoşun-
larına rəğbət bəsləyirdilər. Məhz buna görə də müharibənin ilk 4-5 ayında partizan hərəkatı
mövcud olmamışdır. Partizan hərəkatına səbəb alman hərbçilərinin qəddarlığı olmuşdur” kimi
fikirlərini tənqid edərək bunu sovet xalqının vətənpərvərlik hərəkatının, düşmənə qarşı aman-
sız mübarizəsinin saxtalaşdırılması kimi qiymətləndirir.
Kitabın giriş hissəsində müəllif fransız Mişel Leqrana istinadən 1944-cü ildə kapitan
Hüseynrza Məmmədov başda olmaqla azərbaycanlı döyüşçülərinin Rodez şəhərini faşistlərdən
azad etməsi və Polşada çıxan “Za volnoşu Lyüd” jurnalının 1973-cü il 49-cu sayına istinadən
Kelt meşələrindəki partizan dəstələri içərisində öz cəsarəti və qəhramanlığı ilə şöhrət qazan-
mış Əli Qarabala adlı azərbaycanlı döyüşçü haqqında məlumatlar verir.
Kitabın “SSRİ-nin müvəqqəti işğal edilmiş rayonlarında partizan hərəkatının başlan-
ması” adlanan 1-ci fəslinin yalnız 42-ci səhifəsində Sovet Hökümətinin notasında adı çəkilmiş
və işgəncələrə məruz qalmış azərbaycanlı döyüşçülər haqqında məlumat var.(6, 28 aprel 1942)
“Azərbaycan döyüşçülərinin Ukrayna ərazisindəki partizan hərəkatında iştirakı” adlanan
2-ci fəsildə müəllif Ukrayna SSR-in müxtəlif arxiv sənədləri əsasında hesablayıb ki, Ukrayna
ərazisində fəaliyyət göstərən gizli antifaşist təşkilatlarında, müxtəlif partizan birləşmələri və
dəstələrində 5000 nəfər azərbaycanlı döyüşçü faşistlərə qarşı mərdliklə vuruşub və onlardan
1000 nəfəri müxtəlif orden və medallarla təltif olunub. Bizim hesablamamıza görə müəllif bu
5000 nəfərdən cəmi 119 nəfər azərbaycanlı döyüşçünün qəhrəmanlığı haqqında məlumat verib
ki, onlardan da 2-si erməni, 1-rusdur. Kitabda bunlardan ölümündən sonra “İgidliyə görə”
medalı ilə təltif olunmuş, qəhrəmanlığı V.Milyuxa və Q.Qalkinanın “Komendant saatı” pye-
sində öz əksini tapmış Vəli Hüseyn oğlu Axundov, qəhrəmanlığına S.Vurğunun “Partizan Ba-
baş” şeri həsr etdiyi Babaş Dadaşov, “Gənc qvardiya” gizli təşkilatının üzvü, şair Q.Kirsa-
novun “Qeroy - azerbaydjanes” şerini həsr etdiyi Əli Dadaşov (rəsmi siyahıda Leonid Dadışev
yazılıb), 12 nəfər azərbaycanlılardan ibarət dəstəyə rəhbərlik etmiş, qəhrəmanlığına görə
yazıçı Fyodr Zalata tərəfindən Krivoy-Roq şəhərində heykəlinin qoyulması təklif olunmuş,
A.Tutıkin tərəfindən haqqında “Oni ne moqli inaçe” adlı sənədli povest yazılmış Xanlar
Babanlı, 8 saatlıq döyüşdən sonra qəhrəmanlıqla həlak olmuş Alfa Əli qızı Şirazi, Sara
İbrahimova və başqaları haqqında məlumatlar verilib.
“Azərbaycan döyüşçüləri Belorusiya xalq intiqamçıları arasında” adlanan 3-ci fəsildə
müəllif Belorusiyanın müxtəlif arxivlərində tədqiq etdiyi sənədlərə əsasən hesablayıb ki, 1000
nəfər azərbaycanlı döyüşçü bu ərazidə işğalçılara qarşı mübarizə aparıb, bunlardan da 300
nəfəridən çoxu müxtəlif hökümət mükafatlarına təqdim olunub. Bizim hesablamalarımıza görə
müəllif kitabda cəmi 60 nəfərin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında məlumat
verir ki, bunlardan da 2-si milliyətcə ermənidir. Kitabda mayor Ələkbər Seyidməmməd oğlu
Əliyev, Qəhrəman Nəcəf oğlu Məmmədov, İsa Nurəhməd oğlu Hüseynov, Məzahir Baxış oğ-
lu Hənifiyev, Uqus Allahyar oğlu Allahyarov, Mahmud Mahmudov, Musa Orucov və başqa-
larının qəhrəmanlıqları haqqında məlumat verilib.
“Azərbaycan döyüşçülərinin RSFSR-in müvəqqəti işğal edilmiş ərazilərinin faşist zül-
mündən azad edilməsi uğrunda döyüşlərdə iştirakı” adlanan 4-cü fəsildə müəllif əvvəlki iki
fəsildən fərqli olaraq azarbaycanlı döyüşçülərinin ümumi sayını göstərməyib və bunun səbəb-
lərini də açıqlamayıb. Bu fəsildə bir sıra azərbaycanlılar, o cümlədən İ.Ə.Əliyevin,
A.F.Rüstəmbəyovanın, A.A.Əliyevin, N.C.Allahverdiyevin, M.K.Əliyevin, S.C.Hacıyevin və
başqalarının döyüş rəşadətləri haqqında məlumat verilib.
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
114
Kitabın nəticə hissəsində müəllif düşmən tərəfindən işğal edilmiş ərazilərdə 1milyon 300
min insanı əhatə edən 6200 partizan dəstəsi və qrupunun fəaliyyət göstərdiyini qeyd edir.
Bundan başqa müəllif göstərir ki, sovet Azərbaycanından yüz minlərlə döyüşçü Böyük Vətən
müharibəsində düşmənə qarşı vuruşub və onların da 30 mini qadın olub. Azərbaycandan olan
170 minə qədər döyüşçü göstərdikləri igidliklərə görə SSRİ - nin orden və medalları ilə təltif
edilib, 115 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
M.Alıcanovun kitabının təhlili sübut edir ki, müəllif böyük zəhmət bahasına faşistlər
tərəfindən işğal olunmuş ərazilərdə fəaliyyət göstərən partisan dəstələrinin tərkibində qəhrə-
manlıqla vuruşan azərbaycanlı döyüşçülərin sayı və fəaliyyətləri haqqında müxtəlif mənbələrə
istinadən məlumat verir. Onun bu tədqiqatlarının müasir dövrdə tarixçilər tərəfindən davam
etdirilməsi mühüm aktuallıq kəsb edir.
Azərbaycan tarixinin Böyük Vətən müharibəsi dövrünün müxtəlif problemlərini, o cüm-
lədən azərbaycanlıların partizan hərəkatında iştirakını tədqiq etmiş tarixçilərin əsərlərinin
tarixşünaslıq baxımından təhlili göstərir ki, bu əsərlər müxtəlif problemlərin, hadisələrin
faktlar əsasında öyrənilməsi baxımından əhəmiyyətlidir. Lakin sovet dövrü tarixinin digər
dövrləri kimi bu illər də hakim kommunist partiyasının yuxarıdan göstərişlərinə, müəyyən
etdiyi kriteriyalara uyğun olaraq birtərəfli tədqiq edildiyi üçün bu dövrün yenidən, obyektiv
faktlar əsasında tərəfsiz mövqedən öyrənilməsinə ciddi ehtiyac var.
ƏDƏBİYYAT
1. “Военно - истрический журнал” Москва ( на рус. языке)
2. Историографии Великой Отечественной войны. Сборник статей. Москва, 1980.
3. Галлени М. Советские партизаны в италянском движение сопротивления.
Москва, Прогресс, 1970, 223 с.
4. Alıcanov M. Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı. (1941 - 1944-cü
illər.) Bakı, Elm,1975, 250 s.
5. Цкитишвили К. Закавказье в партизанской войне 1941 - 1945 гг. Тбилиси, Изд.
ЦК КП Грузии, 1973, 302 с.
6. “ Правда ” газ., Москва ( на рус. языке)
МАГЕРРАМ ЗУЛЬФУГАРЛЫ
Доцент Азербайджанского Института Туризма,
кандидат исторических наук
ИСТОРИОГРАФИЯ УЧАСТИЯ АЗЕРБАЙДЖАНЦЕВ
В ПАРТИЗАНСКОМ ДВИЖЕНИИ (1941 – 1945 гг.)
Статья посвещена историографии участия азербайджанцев в партизанском движе-
нии в период Великой Отечественной войне. Азербайджанские историки мало уделяли
внимания на этой теме. В статьи в основном анализируется статьи и книги посвящен-
ные азербайджанцам, которые войвали в партизханских отрядах России, Украины и
Белоруссии.
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
115
MAHARRAM ZULFUQARLI
Azerbaijan Tourism Institute, Associate Professor,
candidate of historical sciences
HISTORIOGRAPHY OF THE AZERBAIJANIS’ PARTICIPATION IN THE
PARTISAN MOVEMENT (1941-1945)
Article is dedicated to the historiography of the azerbaijanis’ participation in the partisan
movement during the second World War. Azerbaijanian historians did not write many articles
on this topic. Mainly, the articles and books dedicated to the azerbaijanis participated in
Russian, Ukranian and Belorusian partisan movements are researched.
Rəyçi: t.e.n, dos.İbrahim Əliyev, t.e.d. A.C.İsgəndərov
Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının 15.02.2013-ci il tarixli
iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №1).
Dostları ilə paylaş: |