www.cafarcabbarli.org
1
U L D U Z
5 pərdəli faciə
Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir.
İŞTİRAK EDƏN ŞƏXSLƏR
Ramiz
Ulduz
Xalid
Haris
Əbdürrəhman
Şəmsə
Şüeyb
İzzət paşa
Senusi
Ənvər
Cinner
Yavər
Bir nəfər zabit
Ərəb
BİRİNCİ PƏRDƏ
İstanbul ətrafında, dağlar arasında bir mağara. Haris ayaqda, Ulduz isə rahatsız oturmuş.
U l d u z. Ah! Neyçün bu Ramiz gəlib çıxmadı? Axşamdan getmişlər, səhərə yaxındır, hələ bu
vaxta qədər gəlməmişlər. Allah, görəsən başlarına nə gəldi...
H a r i s. Niyə bitablıq edirsən, gələrlər. Tutaq ki, gəlmədilər, nə etməli?
U l d u z. Ox, Haris! Öylə sözü söyləmə. Mənim ürəyim çatlamaq dərəcəsinə gəlir.
H a r i s. Ulduz! Ramiz bir quldurdur. Quldurun diriliyi təhlükə deməkdir. Hər dəqiqəsində bir
ölüm qorxusu var. Bu gün deyilsə sabah, o biri gün. Axırda ya vurulacaq, ya tutulacaqdir. Sən
ki, bir şey olmadan böylə bitablıq göstərirsən, vurulmasını eşidəndə nə edərsən?
U l d u z. Özümü öldürərəm! Mənim bütün yaşadığım onun üçün deyilmi? Mən ancaq onun
üçün yaşayıram büsbütün. Onsuz bir dəqiqə, nəfəs almaq belə istəmirəm. Ah, hələ də gəlib
çıxmadılar. Yarəbb, sən Ramizi əsirgə! (Dinləyir.) Deyəsən bayırdan səs gəlir. Bəlkə gəldilər
(Gedir.)
H a r i s. Ax! Ulduz, sənin yaşadığın Ramiz üçündür, mənim də yaşadığım sənin üçündür. Niyə
Ramiz sənin kimi bir mələyi qucar da, mən yox, niyə? Haris insan deyilmi? Yox, yox! Ulduz
mənim olacaq! Mən belə bilirəm ki, Ramiz ya vurulub, ya tutulub ki, bu vaxta qədər gəlmədi.
www.cafarcabbarli.org
2
İndi tədbir etməli. Onun üçün də Ulduzu... (Ulduz üzgün giriyor.)
U l d u z. Allah, niyə bu Ramiz gəlmədi? Heç bu qədər mənzildən ayrıldığı görünməmişdi.
H a r i s. Ulduz, niyə böylə səbirsizlik edirsən? Ramiz və yoldaşları məscidə ibadətə getməyiblər
ki, mütləqən gələcəklərini gözləyirsən. Ramiz oğurluğa getmiş. Bəlkə də vurulmuş.
U l d u z. Xayır! Ramiz quldurluğa getməmiş, Ramiz məzlumları müdafiəyə getmiş. Bir də
'Vurulmuş" sözünü tez-tez deməkdən qəsdin nədir? Məni daha da əzaba salmaqmı istəyirsən?
Yoxsa, doğrudan da böylə bir xəbər bilirsən?
H a r i s. Qəsdim səni həmişə, hər şeyə sakit ürəklə baxmağa öyrəşdirməkdir. Yoxsa, böyləliklə,
Ramizə bir şey olursa, özünü itirib bəlaya salarsan. Başqa bir Ramizlə yaşamaq mümkün ikən...
U l d u z. Bəsdir... Bir də mənim yanımda böylə sözləri söyləmə, anlayırmısan? Ramizə bir şey
olursa, mən də özümü öldürərəm.
H a r i s. Bax, Ulduz, mən bunun üçün də deyirəm. Sənə yazığım gəlir. Mən istəyirəm Ramizdən
başqa da sən diriliyini fəda edəcək bir nəfərin olduğunu biləsən. Ona bir qəza üz vərəndə...
U l d u z. Səhv edirsən, çəkil nəzərimdən, iblis! Sən Ramizə, öz yoldaşına xəyanət etmək
istəyirsən? Haqq üçün çalışanlara heç bir şey olmaz. Çəkil! Niyə baxırsan gözlərimə? İndi
anladım. Sən burada qalmağa layiq deyilsən!
H a r i s. Ulduz, mənim sözlərimi xəyanət sanma. Sən bu dağlar arasında, maneələr içində, mən
vətənimdə böyük bir qəbilə rəisi, zəngin bir adamam. Bu incə vücudu...
U l d u z. Çəkil! Uzaqlaş deyirəm sənə, alçaq! (Gedir.)
H a r i s. Yox, olmadı. Daha burada qalmaq olmaz. Ramiz bilərsə, məni öldürər. Yəqin Ulduz
dediklərimi ona deyəcək. Ancaq Ramizin bu qədər gec gəldiyindən vurulmuş bilirəm. Ona görə
də söz açdım. Hər halda başlandisa bitməli! (Bir şey görmüş kimi tələsik getmək istərkən,
Əbdürrəhman girir.)
Ə b d ü r r ə h m a n. Haris, buradasan? Niyə bu Ramiz gəlmədi? Qorxuram, bir şey olmasın...
H a r i s. Əbdürrəhman, gəl sənə bir neçə söz deyəcəyəm.
Ə b d ü r r ə h m a n. Dinləyirəm.
H a r i s. Əbdürrəhman, sən ərəbsən, deyilmi?
Ə b d ü r r ə h m a n. Atam ərəb imiş, özüm də ona oxşar bir şeyəm.
H a r i s. Zarafatı burax, dinlə, sözüm var. Sən ərəbsən, mən də ərəbəm. Burada tək ikimiz, dörd
yanımız türklərdir. Onların bir millətdaşını incitdiklərini görürsənsə, kömək edərmisən?
Ə b d ü r r ə h m a n. Məzlum kim olursa-olsun müdafiə edərəm.
H a r i s. Xüsusən, bir ərəb olursa?
Ə b d ü r r ə h m a n. Mən "xüsusi" bilmərəm. Məzlum hanki millətdən olursa, məzlumdur. Ona
kömək edilməlidir.
H a r i s. Öylə isə dinlə, Əbdürrəhman. Sən bilirsən ki, mən böyük bir qəbilə rəisiyəm. Şeyx İdris
kimi bütün Yəmən diyarına hakim bir şəxs mənim dayımdır. Mən Benqazidə olurdum. Fəqət bir
hadisə məni müvəqqəti oradan çıxıb, istanbula gəlməyə məcbur etdi.
Ə b d ü r r ə h m a n. Onlar keçib. Bir şey deyəcəydin?
H a r i s. Dinlə, mən İstanbula gəldim. Səni mən uşaqlıqdan tanıyırdım. Səninlə görüşdüm. Sən
məni bu quldur mağarasına gətirdin. İdi iki aydır ki, buradayam.
Ə b d ü r r ə h m a n. Bura quldurlar mağarası deyil. Burada olanlar zülmə qarşı özləri cəza
vərib, hökumət tərəfindən təqib olunanlardır. Onlar bir müdafieyi-məzluman heyəti
www.cafarcabbarli.org
3
düzəltmişlər. Ona görə də bura haqq tərəfdarlannm mağarasıdrr.
H a r i s. Nə olursa-olsun, adi quldurlar mağarasıdır. Bizə quldur deyirlər, deyilmi?
Ə b d ü r r ə h m a n. Bu onunçundur ki, burası əvvəl, doğrudan da, quldurlar yuvası idi. Biz də
gəlib onlara qoşulduq. Fəqət Ramiz gələndən sonra işlər büsbütün dəyişdi. Bura gələn bir
məzluma zülm etdiyimizi gördünmü? Həmişə zalımları əzib, məzlumları daldaladığımızı
görmürmüsən? Xalqın sözünə nə baxırsan?
H a r i s. Hər halda biz ikimiz burada ərəbik. Bizim başçımız Ramiz və bütün yoldaşlarımız
türklərdir. Biz, bir şey olursa ikimiz təbii bir-birindən kömək istəməliyik.
Ə b d ü r r ə h m a n. Burada hamı yoldaşdır. Birinə gərək olan köməyi hamı etməlidir. Tutaq ki,
ikimiz köməkləşməliyik. İndi nə olmuş? Bir şeyə ehtiyacın varsa, gözlərim üstə.
H a r i s. Əbdürrəhman, Ulduz, sərkərdəmizin sevgilisi məni sevir. Mən də onu. Bu vaxta qədər
də ancaq onun üçün burada qalmışam.
Ə b d ü r r ə h m a n. Necə, Ulduzmu? Ulduz sənimi? Sevirmi dedin? Xayır, xayır səhv etmisən!
O, hər kəsi sevər, hər kəsi gülər üzlə, şirin sözlə qarşılar. Ancaq sənin gözlərinə başqa
görünmüşdür.
H a r i s. Mən uşaq deyiləm ki, sevir deyirəm sənə. Hətta...
Ə b d ü r r ə h m a n. Qətiyyən! Səhv etmisən. Ya da yalan deyirsən. Ulduzmu? Sənimi? Yuxu
görürəm? Sən bilirsənmi kimdir Ulduz? O, bir paşa qızıdır. Ramiz bir mülazım. Bunlar bir-birini
sevmişlər. Paşa qızını təbii mülazımə vərməzdi. Bir də həmin bu Ulduz sultan saraylarında
şahzadələr tərəfindən həsrəti çəkilərkən, getmədi. Xalqın quldur dediyi bu məxluqun arasına
Ramizlə bərabər gəlməyə razı olmuş. Bu quldurlar, heyvanlar gəzə bilməyən dağların arasında,
mağarada tək Ramizin xatiri üçün yaşayır və bu diriliyindən də razıdir. Atasını, anasını, adını,
diriliyini belə tək Ramizə fəda edən bir qız, indi sənimi sevir deyirsən? Qətiyyən!..
H a r i s. Əbdürrəhman, Ulduz kim olubsa-olub, fəqət sözlərimə inanmalısan. Əbdürrəhman,
zahir batinin tərsini göstərən bir güzgüdür.
Ə b d ü r r ə h m a n. Ürəyini də gördük! Öz əmrinin, öz yoldaşının hərəminə xəyanət kimi
namussuzluq edirsən, alçaq.
H a r i s. Əbdürrəhman!
Ə b d ü r r ə h m a n. Yetər, sus! Artıq bilirik, yoldaşına xəyanət edən bir xaini bu mağara qəbul
etməz! Ərəbliyin təəssübü olaraq sənə dəymirəm. Sübhə kimi bu mağaranı tərk etməlisən.
Yoxsa itlər kimi səni həlak edərəm. (Gedir.)
H a r i s. Bu da baş tutmadı. Fəqət işlər çətinləşdi. (Düşünür, birdən.) Ha, ha, ha! Sən də get
Ramizə şikayətə. Mən özümü itirmərəm. Ulduzu alacağam, vəssalam! (Bayırdan səs gəlir.) Aha,
deyəsən Ramiz gəlir. Mən hələlik gedim. Sonra (gedir).
R a m i z (qapıdan). Haydı, qardaşlar! Sübhə az qalib. Gediniz yatınız, dadlı yuxular! (Ramiz,
Xalid girirlər.) Ox! Bu gün özümdən nə qədər razıyam. Yoruldunmu?
X a l i d. Təbii, əfəndim! Bu qədər çalışdıqdan sonra insan yorulmazmı?
R a m i z. Mən heç yorulmadım. Yazıq Tofiqin ağlayaraq sevdiyilə qucuşması və sevincindən
dili tutulub təşəkkür ərz edərək, ayağıma yıxılıb öpməsini görüncə, bədənim titrədi, ağladım.
Ox, bir zamanlar mən də onun kimi sevdiyimdən zorla ayrılmişam. Ona görə onu çox gözəl
anlayırdım. Gecə-gündüz bu yolda çalışarsam, yorulmaram. Əcəba, Ulduz nərədə?
Sevincimdən özümü o qədər itirmişəm ki, içəri girib Ulduzu görməmişəm. Hələ də haraya
Dostları ilə paylaş: |