AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ
TURİZM NAZİRLİYİ
ABŞERON RAYON MƏRKƏZİ KİTABXANA SİSTEMİ
Abşeron rayon MKS
-
nin Metodika və Biblioqrafiya
şöbəsi
Mirzə İbrahimov
- 105
(Metodiki vəsait)
Xırdalan
-2016
Tərtib edənlər:
1.Rzayeva Rəşidə Rəşid q.
- MKS-nin direktor müavini.
2.Əliyeva Almaz
Yusif q.-
Metodika və biblioqrafiya şöbəsinin müdiri
3.Məmmədova Qəmən Bayram q.
-
İnformasiya və resurs şöbəsinin müdiri
“Mirzə İbrahimov təvazökar, mehriban,
həssas bir insandır. Bütün Azərbaycan
xalqının sevilmlisidir, xalq yazıçısı kimi
yüksək ada tam layiqdir. Eyni zamanda
onun yaradıcılığı ölkəmizdə layiqincə qiy
mətləndirilmişdir. Yazıçının kitabları hər
yerdə geniş şöhrət və rəğbət qazanmışdır”.
Heydər Əliyev
“Bədii yaradıcılığı tam mənasında bir çinar ağacına oxşatmaq olar. Bu ağac torpağa nə qədər köklü
şirə atmış olsa, o qədər qollu-budaqlı yaşıl yarpaqlı olar, göylərə ucalar. Həyatla bağlı olmayan,
ondan şirələnməyən sənət yaşaya bilməz”. Zənnimizcə, xalq yazıçısı, akademik, görk əmli ictimai
xadim Mirzə İbrahimova məxsus bu sözlər, böyük sənətkar və şəxsiyyət kimi onun özünə daha
çox uyğun gəlir. Ədəbi estetik düşüncə tariximizdə və ictimai-siyasi həyatda XX əsrin 50-60-cı ill
ərində Azərbaycan türklərinin milli anlayışının vicdani səlahiyyətini üzərinə götürən Mirzə Əjdər
oğlu İbrahimovun “sənət ağacın torpağı da həqiqi mənada xalq həyatından şirələnmiş və yaşamaq
haqqı qazanmışdır”. Mirzə Əjdər oğlu İbrahimov 1911-ci ildə Cənubi Azərbaycanın Sərab
əyalətinin Evə kəndində anadan olmuşdur. Uşaqlıq çağlarında həyatın sərt üzünü görmüş, ağır,
iztirablı günlər keçirmişdir. Anası, iki körpə bacısı və qardaşı Rza aclığın qurbanı olmuşdur. Bu
faciə altı-yeddi yaşlı Mirzənin gözləri qarşısında baş vermişdir. Zəmanənin dərdi-aləmi uşaqlıq
qəlbinin dərinliyind ə iz qoymuş Mirzə atası və böyük qardaşı ilə birlikdə doğma yurdu tərk etmiş,
Bakıya gəlmişdir. Vətən övladları üçün məbədgah, isti ana qoynu qədər hərarətli olan Bakıda da
Mirzənin həyatı ağır keçmişdir. Uşaqlıq taleyinə yazılmış növbəti faciə onu daha ağır imtahana
çəkmiş, atası və böyük qardaşı vəfat etmişdir. Kimsəsiz qalmış uşaq, dayı mərh ə m ətinə sığınmış,
bibi münasibətinin soyuqluğunu duymuşdur. Ağır həyat şəraitinə baxmayaraq on yaşlı Mirzənin
təbiətində sabaha ümidlə baxmaq, işləmək yaşamaq istəyi güclü olmuşdur. O, ağır həyat sürsədə,
daim oxumaq həvəsində olmuş, təhsilə, elm öyrənməyə can atmışdır. Mirzə İbrahimovun keçdiyi
həyat yolu, onun xalqımızın mənəvi aləminə daha dərind ən nüfuz etməsinə zəmin yaratmışdır.
Xalqa mə əbbət, sədaqət Mirzə İbrahimovun şəxsiyyət bütövlüyündə həlledici rol oynamışdır.
Belinskinin “ Əgər şair olmaq üçün şair doğulmaq lazım isə, öz şəxsiyyəti il öz vətəndaşlarının
səciyyəvi cəhətlərini ifadə edə bilmək üçün, xəlqi olmaq, doğulmaq lazımdır” sözləri Mirzə
İbrahimovun şəxsiyyətinə daha çox uyğun gəlir. Öz şəxsiyyəti ilə vətəndaşlarının səciyyəvi cəh
ətlərini ifadə etmək səlahiyyətinə yüksəlmək, nadir sənətkarlara, ictimai xadimlərə qismət olan
ucalıqdır. Bu ucalıqda dayanmağa M.İbrahimovun haqqı vardır. O, xalqımızın fikir tarixində,
özünü dərketmənin təşəkkül tapmasında xüsusi xidmətləri olan sənətkar şəxsiyyətdir. Mirzə
İbrahimovun xalqa qırılmaz tellərlə bağlı olduğunu o dövrün görkəmli nümayəndələri də hörmət
və ehtiramla təsdiq etmişlər. Konstanten Fedin yazırdı: “Dostum, Mirzə! Xalqın həyat və mübarizə
təcrü əsini yaşadan əsərləriniz əlvan rənglərinin təravəti, idrak dərinliyi və coşqun vətəndaşlıq
hissləri ilə bizi həmişə sevindirir” . Ulu öndərimiz Heydər Əliyev Mirzə İbrahimov şəxsiyyətinə
yüksək qiymət vermişdir. Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan əd -əbiyyatı
şöbəsi 1977-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və şöbənin ilk rəhbəri Mirzə
İbrahimov olmuşdur . Mirzə İbrahimov bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin
üzvlüyündən başlamışdır. Onun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları”
məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk
tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 1930-cu illərdə yazmışdır. 1932-ci ildə
beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün
Ukraynaya-Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrində səfərdə olmuşdur.
“Giqantlar ölkəsi” oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi
şöbəsinə — “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). SSRİ Elmlər
Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır (1937).
M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-ya
incəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan SSR xalq maarif komissarı
vəzifəsində çalışmışdır (1942-1946). Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-
1954), birinci katibi (1965- 1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975),
Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası
Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmişdir. Ömrünün axırınadək isə
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin
müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olmuşdur. Mirzə
İbrahimovun İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda,
kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə, düşmənə isə nifrət və qəzəb
aşılayırdı. Qeyd edim ki, yazıçı 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda
olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq
Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə
iştirak etmişdir. Bu dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini qələmə
almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən
sonra “Kəndçi qızı” (1961), “Yaxşı adam” (1963), “Közərən ocaqlar” (1967) pyesləri ilə
Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir. V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud
hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”,
A.P.Çexovun “Üç bacı”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.
Yazıçının əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3
dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. 1993-
cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Xalq yazıçısı Mirzə
İbrahimovun həyatı və yaradıcılığı zəngin və çoxşaxəlidir. Mirzə İbrahimov ədəbiyyat tarixində
bir nasir, qüdrətli dramaturq, mədəniyyət tarixində ictimai xadim kimi özünəməxsus yer tutur.
Onun misilsiz yaradıcılığı ədəbiyyat və mədəniyyət tariximizdə əvəzsiz bir iz buraxmışdır. 1930-
cu ildən Azərbaycan yazıçısı Seyid Hüseynin rəhbərliyi ilə Zabratda təşkil olunmuş ədəbiyyt
dərnəyində iştirak etməklə mətbuatda imzası görünməyə başlayan Mirzə İbrahimovun əsərləri
artıq oxucuların diqqətini cəlb etmişdir. Hələ onun ilk yazılarında – şeirlərində, hekayə və
oçerklərində günün vacib aktual mövzusu aydın duyulurdu. “Qazılan buruq” “Mədən səsləri”,
“Zərbəçi qız”, “On il”, “Dastan”, “Neft”, “Yalandır, yalan” və başqa şeirləri 1930-cu illərin bəhrəsi
olsa da müasir dözvrümüzlə səsləşən şeirlərdir. Mirzə İbrahimovun yaradıcılıq imkanları,
istedadının özünəməxsus xüsusiyyətləri daha çox bədii nəsrdə, müasir mövzularda yazdığı
hekayələrində özünü parlaq və aydın biruzə verirdi. “Zəhra”, “Mələk”, “Qaçaq”, “Qorxulu səs”,
“Sənət aşiqləri”, “Balta”, “Anama deyərəm, ha”, “Həyat yolu” yazıçının 1930-35-ci illərdə yazdığı
ilk hekayələridir. İnsanın köhnə ailə və əxlaq vərdişlərindən xilas olması, yeni ictimai
münasibətlərin təsiri altında dəyişib təzələnməsi, yeniliyə can atması Mirzə İbrahimovun
helayələrinin əsas mövzusudur. 1935-ci ildə yazdığı məşhur “Həyat” pyesi yazıçının topladığı
zəngin, təzə həyat materialı əsasında yazılmışdır və məhz buna görə pyes həayti və inandırıcı
çıxmışdı. “Həyat” pyesi nəinki müəllifin, bütövlükdə Cəfər Cabbarlıdan sonrakı dramaturgiyanın
görkəmli yaradıcılıq uğuru olaraq meydana çıxdı və bu pyes 1935-ci ildə müsabiqədə yaxşı əsər
kimi qiymətləndirilərək Azərbaycan Dövlət Dram Teatrında tamaya qoyuldu, böyük
müvəffəqiyyətlər qazandı. Bundan sonra bir-birinin ardınca aktual və əhəmiyyətli mövzularda
“Madrid”, “Məhəbbət” pyeslərini yazdı. Mirzə İbrahimovun yaradıcılığında Cənubi Azərbaycan
həyatının təsviri geniş və əhəmiyyətli yer tutur. “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki
həyat” və s. hekayələrindən ibarət olan “Cənub hekayələri” silsiləsini yaradır. Sonralar yazıçı “İran
qızı” (1935), “Bir günəşin işıqları” (1959) kekayələrini də bu silsiləyə daxil etmişdir. “Cənub
hekayələri” yazıçının müharibə illərində Cənubi Azərbaycanda olarkən topladığı zəngin, maraqlı
həyati müşahidələrinin məhsuludur. Bu hekayələri yazdığı dövrdə yazıçı eyni zamanda həmin
mövzuda “Gələcək gün” romanını yaratmışdır. İlk romanın parlaq müvəffəqiyyətindən sonra
yazıçı “Böyük dayaq”, “Pərvanə” romanlarını, “Kəndçi qızı”, “Yaxşı adam” komediyalarını,
“Közərən ocaqlar” tarixi dramını və J.B.Molyerin məşhur “Don Juan” komediyasının motivləri
əsasında “Bəşərin komediyası” dramını yazdı. Ədəbi fəaliyyəti boyu Mirzə İbrahimov
ədəbiyyatşünas, tənqidçi kimi də məşhurlaşmışdı. O, klassik və müasir ədəbiyyat haqqında “Həyat
və ədəbiyyat” (1947), “Xəlqilik və realizm cəbhəsindən” (1961), “Böyük şairimiz Sabir” (1962),
“Gözəllik qanunları ilə” (rus dilində 1964), “Ədəbi qeydlər” (1970) və s. kitabların müəllifidir.
Qeyd etmək istəyirəm ki, Mirzə İbrahimovu görkəmli publisit adlandırsaq yanılmarıq. O, ən
görkəmli Azərbaycan publisistlərindən biri olub. “Sarı sim” (1958), “Mənim ömür kitabım” (rus
dilində, 1979) kitabları, çoxlu yol qeydləri, aktual ictimai-siyasi mövzularda yazılmış məqalələri
Mirzə İbrahimovu qızğın alovlu publisist əsərlərindəndir. Mirzə İbrahimov yaradıcılığında
uşaqları da yaddan çıxarmamış, onlar üçün “Pərvizin həyatı” kimi povect, “Pələng və nsan”,
“Şairin yadigarı”, “Çobanın məsləhəti” və bir çox hekayələr yazmışdır. Mirzə İbrahimov – insanın
səadəti və azadlığı, xalqın sosial və mənəvi tərəqqisi naminə yaşayan, yaradan yazıçı, görkəmli
xadimdir. Onun yaradıcılığı zəmanəmizin oxucularımıza əvəzsiz xidmətinin gözəl nümunəsidir.
Görkəmli şəxslərin Mirzə İbrahimov haqqında dedikləri:
1.
Onun qələmi həmişə cilalı, parlaq kəsərli, heç vaxt qınına salınmayan silahdır. Kənd olsun,
şəhər olsun, müharibə, sülh olsun, ailə ya ictimaiyyət olsun, kütləvi səhnə ya qəlb aləmi
olsun, həyatımızın elə sahəsi yoxdur ki, oraya Mirzənin qələmi nüfuz etməsin, ədibin səsi,
sözü eşidilməsin. O, təbiətən fəal, özünə tələbkar şəxsiyyətdir.
Mir Cəlal - yaziçi, ədəbiyyatşünas
2.Mirzə İbrahimovun dram əsərləri, hekayə və romanları müasir ədəbiyyatımızın zəngin
xəzinəsində ən fəxri yerlərdən birini tutur.
Mehdi Hüseyn - Xalq yazıçısı
3.Mirzə İbrahimov xalqın sevimlisidir, təcrübəli və püxtə bir yazıçıdır.
Sabit Rəhman - Yazıçı, dramaturq
4.Xoşbəxt o sənətkardır ki, elə sağlığında da onu sevsinlər. Azərbaycan xalqının sevimlisi,
istedadlı yazıçı və dramaturqumuz Mirzə İbrahimov məhz belə sənətkarlardandır.
Mikayıl Abdullayev - Xalq rəssam
Mirzə İbrahimov
1993
-
cü il dekabrın 17
-
də
Bakıda
vəfat etmiş,
Fəxri Xiyabanda
dəfn
olunmuşdur.Bu il Mirzə İbrahimovun 105 illiyi qeyd olunur.
Dostları ilə paylaş: |