Elektron imza sertifikatı almaq üçün e-ərizə ilə müraciət elektron
xidməti üzrə istifadəçi təlimatı
1. Ümumi müddəalar
1.1.Elektron xidmətin adı: Elektron imza sertifikatı almaq üçün e-ərizə ilə müraciət.
1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət Elektron imza sertifikatı
almaq
üçün e-ərizənin qəbul edilməsini nəzərdə tutur.
1.3. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnalogiyaları NazirliyininMəlumat
Hesablama Mərkəzi.
1.4. Elektron xidmətin digər icraçıları: "GoldenPay" şirkəti.
1.5. Elektron xidmətin icra müddəti: Xidmətin göstərilməsinə görə nəzərdə tutulan
ödəniş həyata keçirildikdən sonra sifariş verilən xidmət 3 iş günü ərzində icra olunur.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.
2.2.1. Ödənişin məbləği və ödəniş müddəti:
E-imza sertifikatının alınmasına görə nəzərdə tutulan ödənişlər MHM tərəfindən
təsdiq edilmiş tariflərə əsasən aşağıdakı məbləğlərlə müəyyənləşdirilmişdir:
Müddəti
Əhali üçün, AZN
3 (üç) illik
istifadə
30,00
Qeyd: Qiymətlərə ƏDV daxildir
Ödəmə üsulu: internet vasitəsilə ödəmə, paypoint terminalları vasitəsilə ödəmə,
poçt şöbələrində ödəmə (nəğd yolla).
2
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının vətəndaşları.
2.5. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim
olunma forması:
-Şəxsiyyət vəsiqəsi (vəsiqənin seriya nömrəsi və fin kodu daxil edilir).
3.Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar.
İstifadəçi müqavilə şərtləri və istifadəçi təlimatı ilə tanış olaraq,"qəbul edirəm "
düyməsini yığdıqdan sonra ekranda xüsusi e-ərizə forması açılır.
Bu dialoq pəncərəsində sifarişçi, şəxsiyyət vəsiqəsi haqqında informasiyanı daxil edir
(ad, soyad, atasının adı, doğum tarixi, doğum yeri, sənədi təqdim edən təşkilat,
şəxsiyyət vəsiqəsinin nömrəsi)
Qeyd: Şəxsiyyət vəsiqəsində atasının adı sahəsində ata adından sonra "qızı" və ya
"oğlu" sözləri varsa mütləq qeyd olunmalıdır (əks halda qeyd olunmasın
).
Gizli sual - (sual və cavab hissəsi) –Bu sahə mütləq sahədir. Seçilmiş gizli sual və
gizli cavab sizin sertifikatınızla bağlı "157 Zəng Mərkəzi”ndən istifadəniz uçun
nəzərdə tutulmuşdur. (Kartınız itərkən,bloka salınarkən,və s ).Qeyd edəcəyiniz gizli
suala verəcəyiniz cavab ilə " 157 Zəng Mərkəzi"-nin operatoru Sizi daha asan
identikləşdirəcəkdir.
Gizli sual və gizli cavabın qısa və yadda qalan olması məqsədəuyğundur
FİN kod - vətəndaşın şəxsiyyət vəsiqəsinin aşağı hissəsində yerləşən və sondan (bir
rəqəm ötürülməklə) yeddi rəqəm hesab edilir.
Telefon nömrəsi- Sertifikatla bağlı hər hansı sual yaranarsa əməkdaşlarımızın
əlaqə saxlamaları üçün telefon nömrələri.
Elektron poçt ünvanı – Daxil edəçəyiniz e-poçt ünvanı , sertifikatınızla bağlı sistem
tətəfindən Sizə göndəriləcək bildirişlərin alınması və sənədlərin elektron imzalanması
üçün nəzərdə tutulmuşdur. Yalnız ərizədə qeyd edilən elektron poçt ünvanı ilə
sənədlərin imza edilməsinin mümkün olduğunu vətəndaş mütləq bilməlidir.
Başqa e-poçt ünvanı ilə imzalama əməliyyatı həyata keçirə bilməz. Çünki bu ünvan
sertifikata daxil edilir.
Şəhər – yaşadığı şəhər qeyd olunur.
Ünvan 1 və Ünvan 2 sahələri - Vətəndaşın yaşadığı ünvanın mətni böyük olduqda
Ünvan 2 sahəsindən istifadə edilir. Çap zamanı ünvan mətni avtomatik olaraq bir
sətirdə
yazılır. Bu ünvan sertifikata daxil edilməklə yanaşı imza sahibinin Pin məktubunun
üzərinə də yazılır
İndeks - Vətəndaşın yaşadığı ünvana xidmət göstərən Poçt şöbəsinin indeksi qeyd
olunur.
3
Soyad, ad, atasının adı - bu sahədə qeyd edilən ad, soyad və ata adı imza sahibinin
Pin məktubunun üzərinə yazılır.
İsmarıcı almaq - burada vətəndaşın sertifikatları ilə bağlı Bildirişlərin
e-poçtla alacağı qeyd edilir.
Sertifikatı almaq istədiyiniz poçt ünvanı-----Bu sahədən istifadəçi sertifikatı almaq
istədiyi "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən
birini seçməlidir. Bu Qeydiyyat Mərkəzləri Bakı şəhərində və Respublikanın bütün
regionlarında mövcuddur.
Sistem tərəfindən məlumatların doğruluğu avtomatik olaraq yoxlanılır.
Fərdi məlumatlar doldurulduqdan sonra "Təhlükəsizlik kodunu daxil edin"
sahəsinə ekranda görünən kod daxil edilir və "TƏSQİDLƏ " düyməsi yığılır.
Avtomatik olaraq sistem tərəfindən məlumatların doğruluğu yoxlanılır.
Hansı sətirdə səhv olarsa bu barədə məlumat verilir.
3.1 Sorğunun qəbulu:
Məlumatların doğruluğu sistem tərəfindən təsdiq olunduqdan sonra sifariş qəbul
olunur və avtomatik sifariş nömrəsi və bildiriş formalaşır. Bildiriş səhifəsində