Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə1/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
  1   2   3   4   5   6   7   8   9   ...   60


         
  Azərbaycanın görkəmli adamları 
 
 
 
 
 
 
ŞƏMİSTAN NƏZİRLİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN 
GENERALLARI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI 
GƏNCLİK 
1991 
 
 
 


 
2
 
 
 
Rəyçi:   Azərbaycan SSR Elmlər Akademiyasının müxbir  
   üzvü Qaraş Mədətov 
 
Redaktoru: Tahirə Muxtarova 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəzirli Ş.Ə. 
 
N 50    Azərbaycan generalları. B.; Gənclik, 1991, 208 səh. 
 
Yazıçı-jurnalist  Şəmistan Nəzirlinin oxuculara təqdim olunan “Azərbaycan generalları” kitabı 
uzun illər aparılan axtarışların və  gərgin zəhmətin bəhrəsidir. Tarixi sənədlərin  şahidliyi ilə 
yazılan bu əsərdə indiyədək adı heç yerdə çəkilməyən inqilabdan əvvəlki  general oğullarımızın   
əvəzsiz xidmətləri qələmə alınıb. Kitabda ilk dəfə ötən əsrdə döyüşkənliyi ilə ad-san  qazanmış 
Kəngərli, Qazax, Gəncə, Qarabağ  və Borçalı süvari  alaylarının, həmçinin Sovet  dövründə   
fəaliyyət göstərən azərbaycanlı generalların qəhrəmanlığından söhbət açılır. Azərbaycan 
Demokratik Hökumətinin hərb tarixinə parlaq səhifələr yazmış S.Mehmandarovun, 
Ə.Şıxlinskinin, İ.Vəkilovun, İ.Usubovun misilsiz xidmətlərindən bəhs olunur. 
 
 
 
 
 
 
 
 
 
 


 
3
 
KİTABIN İÇİNDƏKİLƏR 
 
Ön söz 

 
 
Tarixdə ad qoyub qəhrəmanlarım  
General Naxçıvanskilər 
10 
Kəlbəli xan Naxçıvanski 
10 
Hüseyn xan Naxçıvanski 
12 
Cəmşid xan Naxçıvanski 
14 
General Fərəc bəy Ağayev 
17 
General-leytenant  Ərəblinski 
19 
General   Bakıxanovlar 
21 
Şair, alim, general Bakıxanov 
22 
General Həsən ağa Bakıxanov 
28 
General Abdulla ağa Bakıxanov 
28 
General Həsən bəy Ağalarov 
30 
Yadigarov qardaşları 
31 
General Mirkazım bəy Talışxanaov 
37 
General Əsəd bəy Talışxanaov 
39 
Qəribə tale 
40 
Uzun ömrün səhifələri 
46 
Yaralı söhbət 
51 
Solmayan   şöhrət 
54 
General Səməd bəy Mehmandarov 
78 
Şamaxı tərlanı 
89 
General Hacıbaba   Zeynalov 
91 
General Heybət Heybətov 
94 
General Əjdər Xaspoladov 
100 
General Kamil Məmmədov 
103 
 
 
Düşdü qılınc kimi  ortadan Araz.. 
 
General Cəfər Məmmədzadə 
107 
 
 
İgidi qılınc yox, qeyrət yaşadar  
İki     sərkərdə 
111 
Port-Artur qəhrəmanları 
113 
İlk səma şahinimiz 
115 
İkinci Azərbaycan təyyarəçisi 
119 
İntizarın   sonu 
121 
Yanlış da bir naxışdır 
126 


 
4
ÖN  SÖZ 
 
 
 
Mənim də əlimdən, bu gəlir ancaq,  
Səni keçmişinlə eləyim tanış. 
Başuca yaşamaq istəsən əgər,  
Bax, gör babaların necə yaşamış. 
 
Bulud Qaraçorlu Səhənd 
 
 
 
GƏNC OXUCU! XIX əsrin ortalarından bəri Azərbaycan hərb tarixinin bir hissəsini 
özündə əks etdirən “Azərbaycan generalları
” kitabı sənin üçün yazılıb. Burda ulu sərkərdələrimiz 
Cavanşirin, Babəkin, Koroğlunun,  Şah  İsmayıl Xətainin, Səttarxan və Bağır xanın döyüş 
ənənələrini davam etdirən, silahını paslanmağa qoymayan general oğullarımızın həyat yolu ilk 
dəfə toplu halında sənə təqdim olunur. 
Hələ qədimdən Azərbaycanda elə nəsillər, elə qəbilələr olub ki, onlar öz döyüşkənliyi ilə 
təkcə Qafqazda yox, hətta Avropada da tanınıblar. Naxçıvanda Kəngərlilər, Bakıda 
Bakıxanovlar, Qazaxda Şıxlinski və  Vəkilovlar, Borçalıda Yadigarovlar, Şəkidə  Çələbilər, 
Gəncədə Cavadxanlar, Qarabağda Cavanşirlər, Lənkəranda Talışinskilər və başqaları kimi el 
qeyrəti çəkən, ana torpağın, başı üstünü təhlükə alanda birləşib ayağa qalxan, onun hər qarışı 
uğrunda canlarından keçən oğullar yetişib. 
Tarixi sənədlər şahiddir ki, onların arasında yüksək rütbəli hərbçilər - generallar da olub. 
O vaxtkı tarixi şəraitə görə, onların bəziləri hərbçi kimi, döyüşkən igid kimi ad - san qazansalar 
da yüksək hərbi rütbə ala bilməmişlər. Bu isə çarizmin qatı müstəmləkəçilik siyasətindən və 
türkdilli xalqlara inamsızlığından irəli gəlirdi. 
Qafqaz  Əlahiddə Ordusunun komandanı general-feldmarşal  İ.F.Paskeviç 1826-cı ildə 
Peterburqa göndərdiyi raportda birinci və üçüncü Azərbaycan alaylarının igidliyini, döyüşlərdə 
qeyri-adi  şimşək sürətilə  fərqlənən Qarabağ  və Qazax suvarilərinin mərdliyinə valeh olduğunu 
qeyd edirdi. 
“Onlar bütün döyüşlərdə çox böyük cəsarətlə vuruşurlar. Hücumlarda isə irəlidə 
gedirlər... bayraqların, topların və əsirlərin çoxunu onlar zəbt etmişlər”. 
Azərbaycan alaylarının igid döyüşçüləri yerli xanların, bəylərin övladlarından təşkil 
olunmuşdu. 1829-cu ildə torpağımızı yadellilərdən qoruyan dörd süvari alayı yaradılmışdı. 
Birinci alay qarabağlardan, ikinci alay şirvanlılardan və şəkililərdən, üçüncü alay Gəncə, Qazax, 
Şəmşəddin və borçalılardan dördüncü alay isə  İrəvan azərbaycanlılarından və naxçıvanlılardan 
təşkil olunmuşdu. Naxçıvandakı, qədim, Kəngərli qəbiləsinin igidlərindən isə xüsusi-beşinci alay 
yaradılmışdı. Onlar öz döyüşkənliyi ilə daha çox fərqlənirdilər. “Kavkaz” qəzeti 1890-cı il 6 
noyabr tarixli nömrəsnndə bu barədə yazırdı: 
“Döyüşkənliyi ilə bütün Qafqazda məhşur olan Kəngərlilər Zaqafqaziya sakinlərindən 
geri qalmaq istəməzdilər. Onlar ağa və bəylərinin rəhbərliyi ilə xüsusi süvari dəstələri təşkil edib, 
bütün döyüşlərdə bizim qoşunlarla çiyin-çiyinə mərdliklə vuruşdular”. 
Yeri gəlmişkən, 1913-cü ildə çap olunmuş “Qafqaz hərbi-tarix muzeyinin sorğu 
kitabı”ndakı bir qeyd igid Kəngərlilərin təkcə Qafqazda deyil, bütün Şərqdə şöhrət tapmasından 
xəbər verir: 
“Kəngərli süvarilərinin bayrağı yaşıl olub. Əfsanəyə görə ilk Naxçıvan xanı xəlifə Murad 
özünün Kəngərli qəbiləsi ilə  Ərəbistandan köçüb gəlmişdir. Bu qəbilə Araz çayının sahilinə 
gələrək Naxçıvanda xanlığın əsasını qoymuşdur. Kəngərli suvariləri bütün Şərqdə cəsurluğu ilə 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə