“geo strategiya”. 2014.№5(23). S. 21-24. TÜRKİYƏ CÜmhuriYYƏTİNİn xariCİ SİyasəTİ VƏ dağliq qarabağ MÜnaqiŞƏSİ



Yüklə 165,09 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü165,09 Kb.
#74712


“GEO strategiya”.-2014.-№ 5(23).-S.21-24. 

 

TÜRKİYƏ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ 

VƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ 

 

Natiq Hacıyev 

AMEA-Fəlsəfə və Hüquq İnstitunun doktorantı 

 

Qarabağ  münaqişəsində  rəsmi  həmsədrlərlə  yanaşı  digər  dövlətlərin  də  vasitəçi  kimi  çıxış  etmək 



niyyətlərinin olmasını xüsusi qeyd etmək lazımdır. Bunlardan birincisi Türkiyə Respublikasıdır. 

Türkiyə  Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli  şəkildə,  beynəlxalq  hüquq  normalarına  müvafiq  həllinin 

tərəfdarıdır  və  öz  regional  siyasətini  həmin  istiqamətdə  qurur.  Türkiyə  istər  ikitərəfli  münasibətlərdə,  istərsə  də 

beynəlxalq təşkilatlar çərçivəsində daima Azərbaycanın ədalətli mövqeyini müdafiə edir. 1988-ci ildən başlayaraq 

ermənilər  faktiki  olaraq  azərbaycanlılara  qarşı  genosid  siyasəti  həyata  keçirmişlər.  Hələ  o,  vaxt  SSRİ-nin  süqutu 

ərəfəsində bu prosesə münasibət bildirmək beynəlxalq aləmdə hadisələri düzgün istiqamətdə təbliğ etmək olduqca 

vacib  məsələ  idi.  Lakin  Türkiyənin  bu  prosesə  müdaxilə  etməsini  SSRİ-nin  daxili  işinə  qarışması  kimi 

qiymətləndirənlərin siyasi məqsədləri onda büruzə vermişdir ki, hətta 1992-ci il Xocalı soyqırımından dərhal sonra 

«İzvestiya»  qəzeti  erməni  vəhşiliklərinə  tuş  gəlmiş  uşaqların  şəkli  altında  onların  milliyyətini  yazmadı.  Xocalı 

qurbanları  kimi  ictimaiyyətə  təqdim  olundular.  Bu  zaman  Türkiyə  dövləti  bu  ədalətsizliyə  dözməyərək  dünya 

ictimaiyyətinə  bəyanatla  müraciət  etdi.  Beynəlxalq  aləmdə  əslində  təklənmiş  və  heç  bir  beynəlxalq  təşkilatda  öz 

haqq işini səsləndirmək imkanı olmayan Azərbaycan Respublikasının Türkiyə ilə əməkdaşlığı və milli maraqlarının 

qorunmasına  böyük  ehtiyac  vardı.  İlk  dəfə  Türkiyənin  də  dəstəyi  ilə  1994-cü  ilin  noyabrında  Avropa  Şurası 

Parlament  Assambleyası  Azərbaycan-Ermənistan  cəbhəsində  atəşkəsin  əldə  edilməsini  məmnunluq  hissi  ilə 

qarşılayaraq 1047 saylı qətnamə qəbul etmişdir. Burada göstərilirdi ki, bu münaqişə bütün regiona təhlükə yaradır 

və milli hüquqları tapdalayır». (1, 4) 

Dağlıq Qarabağ probleminin həll edilməsində Türkiyənin özünəməxsus yeri və rolu vardır. 1992-ci ilin mart 

ayında  Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatının  Minsk  Qrupu  yaradıldıqda  Azərbaycan  və  Türkiyənin 

israrlarına  baxmayaraq  həmsədr  dövlətlərin  və  Ermənistanın  razılığı  olmadığı  üçün  Türkiyə  həmsədr  ölkələr 

qrupuna  daxil  edilmədi.  Digər 

[səh.  21-22] 

həmsədr  dövlətlərə  (Rusiya,  Fransa  və  ABŞ)  nəzər  yetirdikdə  heç 

birinin Ermənistan ilə sərhədi olmadığı, yəni, bu ölkə ilə coğrafi olaraq təmaslarının olmadığı anlaşılmaqdadır. Bu 

dövlətlərin  Ermənistana  siyasi  və  maliyyə  dəstəyindən  başqa  heç  bir  təsiri  yoxdur.  20  ildir  Minsk  Qrupunun 

vasitəçilik təşəbbüsləri də nəticəsiz qalıb və problem həll edilməmişdir. Problemin həll edilməməsindən isə siyasi, 

təhlükəsizlik və sosial-iqtisadi baxımdan ən çox Ermənistanın əziyyət çəkdiyi məlum olur. (2, 116-117) Ermənistan 

müstəqilliyini elan etdikdən sonra Türkiyəyə qarşı yönələn düşmənçilik siyasətini davam etdirməsinə baxmayaraq, 

Türkiyə hər zaman bu ölkə ilə münasibətlərin qurulması və inkişaf etdirilməsində maraqlı olmuşdur. 

Ancaq  Ermənistanın  beynəlxalq  aləmdə  qondarma  soyqırımı  təbliğatına  davam  etməsi,  Türkiyənin  ərazi 

bütövlüyünü  təsdiq  edən  Qars  və  Moskva  müqavilələrini  tanımamağı,  Müstəqillik  Bəyannaməsinin  11-ci 

maddəsində  “Ermənistan  Respublikası  1915-ci  ildə  Qərbi  Ermənistanda  təşkil  edilən  erməni  soyqırımının 

beynəlxalq  aləmdə  tanınmasına  çalışmaqdadır”  ifadəsinin  yer  alması,  Ermənistan  dövlət  başçılarının  mütəmadi 

olaraq Türkiyəni təhdid etmələri və başqa səbəblərə görə tərəflər arasında diplomatik münasibətlər qurulmamışdır. 

Ermənistan  Rusiya,  Fransa  və  ABŞ-ın  siyasi  təsir  dairəsindən  uzaqlaşıb  məntiqli  xarici  və  təhlükəsizlik 

siyasəti həyata keçirə bilsəydi, Türkiyə ilə münasibətlərini qaydaya salaraq iqtisadi, siyasi, sosial və təhlükəsizlik 

problemlərini əhəmiyyətli dərəcədə həll edə bilər və Dağlıq Qarabağ problemi də həll olunardı. Beynəlxalq aləmdə 

qırılma  nöqtələri  yaşandığı  zaman  dövlətlər  müxtəlif  səpkidə  təhdid  və  fürsətlərlə  qarşılaşır.  Sovet  İttifaqının 

dağılmasından sonra Ermənistan üçün də Türkiyə ilə münasibətlərində fürsət və təhdid ünsürü ortaya çıxdı. Əslində 

Ermənistan üçün Türkiyə real bir təhdid ünsürü deyildi. Bu son 100 ildə erməni xalqının psixoloji baxımdan türk 

düşmənçiliyi ilə bəslənməsinin nəticəsi idi. Belə ki, daha Sovet İttifaqı dağılmadan Türkiyənin Moskvadakı səfiri 

Volkan  Vural  Ermənistanı  ziyarət  etmiş  və  ehtimal  olunan  müstəqillik,  sonra  isə  Türkiyə-Ermənistan 

münasibətlərinin  konturlarının  müəyyənləşdirilməsi  üçün  dövlət  rəsmiləri  ilə  görüşmüşdü.  Ermənistanın  dövlət 

adamları  müstəqillik  dövründə  Türkiyənin  bu  təklifini  nəzərə  ala  bilmədilər  və  100  illik  təbliğatın  təsirindən 

uzaqlaşaraq  məntiqli  düşünüb  qərar  verməkdə  aciz  qaldilar.  Nəticə  etibarı  ilə  iki  ölkə  arasında  diplomatik 

münasibətlər bu günə qədər qurulmamışdır. 



Yerləşdiyi  coğrafi  məkan,  nəqliyyat  amili,  ölkələrarası  iqtisadi  inteqrasiyanın 

[səh.  22-23] 

güclənməsi 

Türkiyənin  qonşu  Ermənistanla  münasibətlərini  ilk  baxışda  labüd  etsə  də  Qarabağ  münaqişəsi,  ermənilərin 

uydurma «soyqırım» və Şərqi Anadoluya olan ərazi iddiaları bu münasibətlərin inkişafının qarşısında mühüm bir 

əngəl  olmaqda  davam  edir.  Qarabağ  münaqişəsində  Türkiyə  ictimaiyyəti  açıq  şəkildə  Azərbaycanın  mövqeyini 

müdafiə  etmişdir.  Türkiyə  ictimaiyyəti  hökumətin  Qarabağ  məsələsində  bitərəf  qalmasına  qarşı  etiraz  aksiyaları 

keçirmiş  və  Azərbaycanın  haqlı  mübarizəsini  dəstəkləmişlər.  Türkiyə  hökuməti  bir  tərəfdən  Qafqazdakı  gələcək 

nüfuzu baxımından, digər tərəfdən isə bölgədə hegemonluğu əldə edərək Rusiya, 

ABŞ, NATO və Avropa ilə münasibətlərinin daha səmərəli olması baxımından Qarabağ məsələsinin həllində 

fəal rol oynamağa çalışsa da bu heç də gözlənilən nəticələr vermədi, əksinə Rusiyanın və Qərb ölkələrinin təzyiqi 

nəticəsində  daha  passiv  bir  siyasətlə  nəticələndi.  Odur  ki,  istər  yerli,  istər  türkiyəli,  istərsə  də  xarici  yazarlar 

Türkiyənin  bölgədəki  maraqlarmı  izah  edərkən  yazırlar  ki,  rəsmi  Ankara  regionda  Qarabağ  münaqişəsinin 

nizamlanmasında öz imkanlarından nəinki maksimum yararlanmaq, hətta imkanlarının müəyyən hissəsindən belə 

istifadə  etmədi.  Qarabağ  probleminin  həllinin  belə,  Türkiyə-Ermənistan  münasibətlərinin  yaxınlaşmasına  elə  bir 

ciddi təsir göstərməyəcəyni bildirən siyasi icmalçılar onu da qeyd edirlər ki, erməni diasporu da bu münasibətlərin 

yaxınlaşmasına  mənfi  təsir  edir.(72,  63)  Hələ  1996-cı  ilin  oktyabrında  26-da  Türkiyənin  keçmiş  prezidenti 

Süleyman Dəmirəllə ABŞ-ın dövlət katibinin müşaviri Stroub Telbotun görüşünü təşkil edən bu şəxslər Dəmirəlin 

Ermənistanla  sərhədlərin  açılmasına  razılıq  verməsinə  nail  olmuşlar.  Sonradan  siyasi  məqsədlərin  önə  çıxması 

iqtisadi  maraqların  kölgədə  qalmasına  gətirib  çıxardı.  Türkiyənin  Ermənistana  yönələn  ticarət  münasibətinin  75 

milyon  dollarla  ölçüldüyünü  irəli  sürən  bu  şəxslər  sərhədlərin  açılacağı  təqdirdə  məbləğin  iki-üç  qat  artacağını 

iddia  edirlər.  Ermənistana  İran  və  Gürcüstan  vasitəsilə  mal  aparan  türk  iş  adamları  hər  dəfə  3  min  dollar 

itirdiklərindən  şikayət  edərək  Qars-İrəvan,  Qars-Gümrü  və  İqdırdakı  Alican  sərhəd  qapısının  təcili  olaraq 

açılmasını tələb  edirlər.  Onlar sərhədlər  açılandan  sonra Türkiyənin turizm  və  ticarət sahəsində  1  milyard  dollar 

gəlir  götürəcəyini  bildirirlər.  Bununla  Ermənistanın  iqtisadi  cəhətdən  Türkiyədən  müəyyən  qədər  asılı  vəziyyətə 

düşməsini irəli sürən bu dairədə təmsil olunanlar, eyni zamanda türk kapitalının gücünün erməniləri idarə etmək 

iqtidarına malik olacağını da iddia edirlər. Bu iddialarla paralel olaraq siyasi xadimlərin bəziləri sərhədlər açılacağı 

təqdirdə  bölgədə  Rusiyanın  nüfuzunun  azalması  məsələsinə  toxunmaqla  bu  ilin  yanvarında  Türkiyə  ilə  yaxın 

bölgədə  inşa  edilən  Atom  Elektrik  Stansiyasını  neytrallaşdırılacağını  bildirirlər.  2001-ci  ilin  mayında  Rusiya- 

Ermənistanla  birgə  hava  təlimlərinin  Türkiyə  sərhədləri  yaxınlığında  aparılması  və  bölgədə  S-300  V  tipli 

uzaqvuran  ballistik  raketlərin  yerləşdirilməsini  əsas  kimi  göstərənlərin  fikrincə,  Ermənistanla  sərhədləri  açmaqla 

Türkiyə gələcək “təhlükədən” yaxa qurtara bilər.(5) 

Onlar  Türkiyənin  Avropa  Birliyinə  üzvlüyünə  Ermənistanla  sərhədlər  məsələsinin  maneə  olduğunu 

bildirməklə,  birliyə  inteqrasiya  istiqamətində  onlara  qarşı  olan  dövlətlərin  güzəştə  getməməsinin  başlıca  səbəbini 

bunda görürlər. Xatırladaq ki, Türkiyənin Avropa ailəsinə qəbul edilməsinə qarşı çıxan edən ermənipərəst Fransa 

bəhanə kimi Türkiyənin başqa mədəniyyətə, başqa yaşam tərzinə və başqa inanca malik olmasını göstərir. Nüfuzlu 

“Washington Times” qəzetinə müsahibə verən Fransanın keçmiş prezidenti Valeri Jiskar Destyenə görə Türkiyənin 

Ermənistanla sərhədləri açması onun Avropa Birliyinə üzvlüyü məsələsində Fransanın mövqeyinin yumşaldılması 

üçün  əlverişli  addım  ola  bilər.  Məhz  2001-ci  ildə  Ermənistanla-Türkiyə  arasında  münasibətlərin  tənzimlənməsi 

üçün  təsis  edilən  işçi  qrupunun  maliyyələşməsini  həyata  keçirən  bir  sıra  iş  adamları  və  ictimai-  siyasi  xadimlər 

ABŞ-ın son zamanlar Türkiyəyə soyuq münasibətinin aradan götürülməsi üçün sərhədlər məsələsində Ermənistana 

güzəştə  getmək  barədə  Ərdoğan-hökumətinə  məsləhətlər  verirlər.  Türkiyənin  nüfuzlu  “Posta”  qəzetinin  yaydığı 

məlumata  görə  ABŞ  Konqresinin  Ağ  Evə  göndərdiyi  məxfi  sənəddə  Türkiyə  ilə  münasibətlərin 

normallaşdırılmasının  Ermənistanla  sərhədlərin  açılacağı  təqdirdə  mümkünlüyü  qeyd  olunmuşdur.  (6)  Bu məsələ 

ətrafında analitiklər və politoloqlar arasında yekdil fikir olmaması dərc olunan fikirlərdə özünü büruzə verir. Bir 

qrup politoloq fikirləşir ki, Türkiyə və Ermənistan arasında olan sərhədlər problemi, yaxın zamanlarda sərhədlərin 

açılması  ilə  çözüləcək.  “Türkiyənin  öz  maraqları  var”  -  deyən  bu  politoloqlar  bunun  üçün  Azərbaycan  amilinin 

daha mühüm rol oynamadığını bildirirlər. “Ankara- İrəvan arasında danışıqlar sərhədlərin açılacağını labüd edir” - 

şəklində düşünən politoloqlar Türkiyənin iqtisadi maraqlar üzərində siyasət yeritdiyini göstərməklə, eyni zamanda 

siyasi  maraqların  qorunmasını  da  qeyd  edirlər.  Digər  bir  analitik  qrup  hesab  edir  ki,  son  vaxtlar  daha  ciddi 

gündəmə gələn sərhədlər məsələsi Vaşinqton və Ankaranın Azərbaycana təzyiq vasitəsindən başqa bir şey deyil. 

Onlar  son  günlər  ABŞ-Azərbaycan  və  Türkiyə-Azərbaycan  münasibətlərində  olan  soyuqluğun  aradan 

qaldırılmasına xidmət edən sərhədlər məsələsinin Rusiya Azərbaycan münasibətlərinin inkişaf etməsi və Rusiyaya 

meylin artması təqdirində artıq vasitə deyil, real işə çeviriləcəyini proqnozlaşdırırlar. 




Başqa bir analitik qrup bildirir ki, Türkiyə yalnız Ermənistana irəli sürdüyü konkret şərtlər ödənildikdən - 

“soyqırımı  iddiasından  əl çəkərək,  işğal  altında  olan Azərbaycan  torpaqlarım  azad  edilməsindən  sonra  sərhədləri 

açacaqdır. (7) 

[səh. 24]



 

Yüklə 165,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə