Geodinamik prosesləRİn müHİTİn elektrik xüsusiYYƏTLƏRİNƏ TƏSİRİ



Yüklə 52,5 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü52,5 Kb.
#37289


GEODİNAMİK PROSESLƏRİN MÜHİTİN ELEKTRİK 

XÜSUSİYYƏTLƏRİNƏ TƏSİRİ   

 

H.İ.Şəkərov  



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Geofizika və geologiya İdarəsi

 

Geofizika Elmi-Tədqiqat İnstitutu 

e-mail: geofizikaaz@rambler.ru 

 

Respublikamızın  ərazisi  iri  neft-qaz  yataqlarına  malik  olmaqla 



bərabər,  geodinamik  proseslərin  aktivliyi  ilə  də  səciyyələnir.  Aparılmış 

tədqiqatlar göstərir ki, baş verən zəlzələlərin hiposentrlərinin dərinliyi əksər 

hallarda  neft-qaz  yataqlarının  əmələgəlmə  və  paylanma  intervalları  ilə 

uyğunluq təşkil edir. Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində, o 

cümlədən  Azərbaycanda  geodinamik  proseslərin  təsirindən  geofiziki  və 

geokimyəvi  sahələrin  öyrənilməsi  istiqamətində  geniş  monitorinq  işləri 

aparılır.  Yerinə  yetirilmiş  tədqiqatlar  nəticəsində  geodinamik  proseslərin 

təsirindən  geofiziki  sahə  parametrlərinin  20-40%,  bəzən  də  daha  çox 

dəyişdiyi müəyyənləşdirilmişdir. 

Geodinamik  proseslərin  təsirindən  süxurların  xüsusi  müqavimətinin 

dəyişməsini  kəmiyyətcə  qiymətləndirmək  üçün  təcrübi  məlumatları  nəzərə 

alınmaqla  riyazi  modelləşdirmə  işləri  yerinə  yetirilmişdir.  Nəticədə 

süxurların xüsusi müqavimətinin zəlzələlərin energetik sinfindən (K) asılılıq 

qrafikləri  qurulmuş  və  bu  asılılığı  ifadə  edən  reqressiya  tənlikləri 

çıxarılmışdır.  Neft-qaz  yataqlarının  geofiziki  tədqiqatlarla  axtarışı  zamanı 

belə  dəyişmələrin  nəzərə  alınması  nəticələrin  dəqiqliyini  və  etibarlılığını 

daha da artırır. 

 

Seysmoaktiv  Alp-Himalay  qırışıqlıq  zonasının  yamac  hissəsində  yerləşən 



Azərbaycan  ərazisi  iri  neft-qaz  yataqlarına  malik  olmaqla  bərabər  geodinamik 

proseslərin  intensivliyi  ilə  də  seçilir.  Respublikamızın  ərazisində  və  onunla 

həmtəmas  olan  zonalarda  vaxtaşırı  müxtəlif  intensivlikli  zəlzələlər  baş  vermiş  və 

indi də aktiv geodinamik proseslər müşahidə edilir.  

Azərbaycan  ərazisində  baş  vermiş  zəlzələlərin  hiposentrlərinin  dərinlik  üzrə 

paylanmasının  analizi  göstərmişdir  ki,  zəlzələ  ocaqları  əksər  hallarda  3-25  km-ə 

qədər  dərinlikdə  yerləşir  [Vəliyev,  2001;  Ахмедбейли  и  др.,  2001]. 

Respublikamızın ərazisində çökmə örtüyün qalınlığının da təxminən bu intervalda 

dəyişdiyi  və  neft-qaz  yataqlarının  əmələ  gəlmə  və  paylanma  mexanizminin  də 

çökmə örtüklə bağlı olduğu məlumdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, 

karbohidrogenlərin generasiya, miqrasiya, akkumlyasiya və hasilatına geodinamik 

proseslər nəzərəçarpacaq təsir göstərir. 

Geodinamik-tektonik proseslərin təsirindən yaranan anomal gərginliyin əhatə 

zonalarını  və  onun  geoloji  kəsilişə  təsirini  qiymətləndirmək  üçün  baş  vermiş 

zəlzələlərin  parametrlərinin  düzgün  seçilməsi  əsas  məsələlərdən  biridir.  Yer 

təkində,  regional  və  lokal  zonalarda  gərginlik-deformasiya  şəraiti  dəyişdikdə 

yaranmış  izafi  gərginlik  bu  mənbədən    intensiv  dalğalar  şəklində  mühitə  yayılır. 

Yayılma məsafəsindən asılı olaraq, ətraf mühitdə də geoloji quruluşda iştirak edən 

çöküntülərin  gərginlik-deformasiya  şəraiti  dəyişir.  Ona  görə  də  baş  vermiş 

zəlzələnin  parametrlərini  öyrənib  araşdırarkən  birinci  növbədə onun  hiposentrinin 




yerləşdiyi  geoloji-tektonik  mühit  və  geodinamik  şərait,  sonra  isə  onun  hazırlıq 

müddəti və gərginliyin intensiv yayılma mənzərəsi öyrənilir. 

Aparılmış  tədqiqatlar  göstərir  ki,  müşahidələr  zamanı  bilavasitə  tədqiqat 

aparılan  sahənin  seysmik  cəhətdən  aktiv  olması  zəruri  deyildir.  Qonşu  sahələrdə 

baş  verən  geodinamik  aktivləşmənin  tədqiqat  sahəsinə  təsiri,  bunun  nəticəsində 

geofiziki  və  geokimyəvi  sahələrin  nəzərə  çarpacaq  dəyişməsi  əsas  amildir.  Bu  da 

baş verən geodinamik proseslərin intensivliyindən asılıdır. 

Hazırda  dünyanın  bir  çox  regionlarında,  Çində,  Yaponiyada,  Amerikada, 

Özbəkistanda, Tacikistanda, Rusiyada, Azərbaycanda, İranda və başqa dövlətlərin 

ərazisində geofiziki və geokimyəvi sahələrin zəlzələ mənbələrində gedən intensiv 

geodinamik  proseslərlə  əlaqədar  dəyişmələri  öyrənilir  [Мячкин,  1978].  Zəlzələ 

mənbəyi  zonalarında  və  lokal  gərilmə  sahələrində  baş  verən  deformasiyalar 

nəticəsində  yaranmış  gərginlik,  potensial  enerji  şəklində  tədricən  toplanır.  Belə 

enerjinin  toplanması  mühitin  geoloji,  tektonik,  litofasial,  dinamik  və  başqa 

xüsusiyyətlərindən asılı olaraq, müəyyən mərhələlərdən keçərək gərilmənin kritik 

həddinə  çatır. Sonra zəlzələ baş verir, toplanan izafi enerji dalğalar şəklində  ətraf 

mühitə  yayılır.  Bu  proses  ayrı-ayrı  tədqiqatçılar  tərəfindən  müxtəlif  cür 

modelləşdirilir [Мячкин, 1978; Моргунов, 

 

2001]. 


Əksər  hallarda  baş  vermiş  zəlzələlərdən  əvvəl,  zəlzələ  ocağından  uzaq 

məsafədə  yerləşmiş  poliqonlarda  geofiziki  və  geokimyəvi  sahələr  anomal 

dəyişmələrlə  müşahidə  olunmuşdur.  Maraqlı  haldır  ki,  zəlzələdən  sonra  geofiziki 

və  geokimyəvi  sahələrdə  normal  fon  bərpa  olunmuşdur  [Vəliyev, 2001;  Мячкин, 

1978].  Bütün  bunlardan  belə  qənaətə  gəlmək  olar  ki,  zəlzələ  ocağından  uzaq 

məsafələrdə  yerləşən  poliqonlarda  geofiziki  sahələrdə  müşahidə  olunan  anomal 

effekt zəlzələlərin xarakterini özündə əks etdirən hadisədir.  

Hazırda  geodinamik  poliqonlarda,  təbii  -  “model  sahələrdə”  müasir  ölçmə 

sistemləri  və  cihazlarla  geofiziki  rejim  müşahidə  işləri  aparılır.  Bu  poliqonlarda 

maqnit  və  elektrik  sahələrinin,  istilik  selinin,  temperatur  rejiminin,  seysmik 

dalğaların  sürətinin  və  s.,  eyni  zamanda  geokimyəvi  komponentlərin  dəyişilməsi 

öyrənilir.  Aparılmış  tədqiqatlar  nəticəsində  seysmik  aktivləşmə  dövrlərində 

geofiziki  sahə  parametrlərinin  zaman-məkan  daxilində  5-10;  20-45%  bəzən  isə 

100-150%  dəyişməsi  müəyyənləşdirilmişdir.  Bu  dəyişikliklər  ani  olmayıb, 

potensial  gərginlik  enerjisinə  uyğun  olaraq  5-10  gündən  400-450  günə  qədər, 

bəzən  isə  daha  çox  müddətdə  müşahidə  olunaraq  böyük  radiuslu  sahələri,  iri 

geoloji-tektonik blokları əhatə etmişdir [Vəliyev, 2001; Мячкин, 1978].  

Baş  verən  zəlzələlərin  neft-qaz  yataqlarının  işlənilməsinə  və  geofiziki 

tədqiqat  işlərinə  təsiri  də  mütəxəssislər  tərəfindən  geniş  təhlil  edilmişdir.  Belə  ki, 

yerinə yetirilmiş tədqiqatlar və aparılmış təhlillər nəticəsində göstərilmişdir ki, baş 

verən  zəlzələlərin,  ümumiyyətcə  təbiətdə  gedən  proseslərin  təsirindən  bir  çox 

quyuların  hasilatında  sıçrayışlı  dəyişikliklər  olmuşdur  [Qədirov,  2002; 

Nurməmmədov,  2002;  Həsənov,  2000].  AMEA  RSXM-nin  məlumatlarına  görə 

Xəzər dənizi akvatoriyasında neft-qaz axtarışı və kəşfiyyatı üçün qazılan quyularda 

qazıma  zamanı  baş  verən  qəza  hadisələri  qonşu  ərazilərdə  baş  verən  zəlzələlərlə 

birbaşa əlaqədardır [Həsənov, 2000; Həsənov, Aqapov  və Kərəmova, 2003]. Eyni 

zamanda intensiv karbohidrogen hasilatı aparılan və əvvəllər qeyri-seysmik sayılan 



regionlarda seysmik fəallığın artması müşahidə edilmişdir [Axundova, 2007].  

Baş verən geodinamik proseslərin geofiziki sahələrin və bununla da mühitin 

fiziki  xüsusiyyətlərinin  dəyişməsinə  təsirini  araşdırmaq  məqsədi  ilə  tərəfimizdən 

nəzəri  hesablamalar  aparılmış  və  alınmış  məlumatlar  təcrübi  işlərin  nəticələri  ilə 

müqayisə  edilmişdir.  Aparılmış  təhlillər  əsasında  geodinamik  proseslər  zamanı 

təsir radiusunun və enerji toplanma müddətinin zəlzələlərin energetik sinfindən (K) 

asılılıq  qrafiki  qurulmuşdur  [Şəkərov  və  Vəliyev,  2005].  Həm  enerji  toplanma 

müddəti,  həm  də  təsir  radiusunun  energetik  sinfindən  asılılığı  eksponensial 

xarakter daşıyır. 

Təsir radiusunun zəlzələnin energetik sinfindən asılılığı  

 

K

R

lg

lg



0,015

0,48


 



 

reqressiya  tənliyi  ilə  xarakterizə  olunur.  K-nın  kiçik  qiymətlərində  (K

10)  təsir 



radiusu da çox kiçikdir (şək.1). Energetik sinfi K>10-dan başlayaraq, geodinamik 

proseslərin  təsir  radiusu  artır  və  getdikcə  qradiyent  daha  da  böyüyür.  Anoloji  hal 

enerji  toplanma  müddətinin  K-dan  asılılıq  qrafikində  də  müşahidə  olunur.  Enerji 

toplanma müddəti 

 

K

T

lg

,



,

lg

021



0

55

0



 



 

reqressiya tənliyi ilə xarakterizə olunur. 

Müxtəlif  poliqonlarda  aparılmış  monitorinq  müşahidələrinin  nəticələrindən 

istifadə  edərək  və  riyazi  hesablamalar  yolu  ilə  geodinamik  proseslərin  təsirindən 

geofiziki  (elektrik,  maqnit,  radioaktiv)  və  geokimyəvi  sahələri  xarakterizə  edən 

parametrlərini 

keyfiyyət 

və 


kəmiyyətcə 

qiymətləndirmək 

üçün  riyazi 

modelləşdirmə  işləri  aparılmış  və  alınmış  nəticələr  monitorinq  müşahidələrinin 

məlumatları  ilə  müqayisə  edilmişdir  [Şəkərov  və  Vəliyev  2005].  Şəkil  2-də 

mühitin  elektrik  müqavimətinin  zəlzələlərin  energetik  sinfindən  asılı  dəyişmə 

qrafiki  göstərilmişdir.  Xüsusi  elektrik  müqavimətinin  K-dan  asılı  dəyişməsini 

araşdıran  zaman  mühiti  təşkil  edən  çöküntü  kompleksi  litofasial  xüsusiyyətlərinə 

görə  iki  qrupa  bölünmüşdür:  Qumlu-gilli  və  qum-qumdaşılarından  ibarət 

çöküntülər. Hər iki qrupa aid çöküntü kompleksini xarakterizə edən əyrilər K-dan 

asılı  olaraq  eksponensial  artır.  Qumlu-gilli  çöküntülərdə  xüsusi  müqavimətin 

dəyişməsi  

lgρ=0,22+1,34lg

 

reqresiya  tənliyi  ilə  xarakterizə  olunur.  Belə  çöküntülər  daxilində  geodinamik 



proseslərin  təsirindən  xüsusi  müqavimətin  dəyişməsi  təmiz  qumlu  çöküntülərə 

nisbətən daha həssasdır. Bu əlamət zəlzələlərin energetik sinfi artdıqca daha aydın 

seçilir.  Təmiz  qumlu-qumdaşılı  çöküntülərdə  xüsusi  müqavimətin  energetik 

sinfindən asılılığı 

 



0

50

100



150

200


250

300


350

400


450

500


6

8

10



12

14

16



18

К

R (km)



Тясир радиусу

Щазырлыг  м цддяти

T (эцн)

 

Şəkil 1. Geodinamik proseslərin təsir radiusunun və enerji toplanma  



müddətinin energetik sinfindən asılılığı.   

0

10



20

30

40



50

60

6



8

10

12



14

16

18



K

Dr

,%



г ум лу-эилли

г ум -г ум дашы

 

 

Şəkil 2. Süxurların xüsusi müqavimətinin geodinamik proseslərin  



təsirlərdən asılı olaraq dəyişməsi.  

 

lgρ=0,19+0,41lg



reqressiya tənliyi ilə xarakterizə olunur. K-nın nisbətən kiçik qiymətlərində (

9



K

geodinamik proseslərin təsiri demək olar ki, çox azdır. Onların təsirindən çöküntü 



kompleksinin xüsusi müqavimətinin dəyişməsi 2-4% təşkil edir ki, onu da nəzərə 

almamaq mümkündür. Yuxarıda qeyd olunduğu kimi belə proseslərin təsir radiusu 

və enerji toplanma müddəti də çox kiçikdir. Belə ki, K=9 olduqda R=5 km, T=0,5 

gün  təşkil  edir.  Aydındır  ki,  belə  kiçik  radiusda  və  qısa  zaman  çərçivəsində  baş 

verən  cüzi  dəyişmələrin  geofiziki  sahələrə  təsiri  nəzərə  çarpacaq  dərəcədə  olmur 

və  hesablamalar  zamanı  onların  təsiri  nəzərə  alınmır.  Lakin  K>9-dan  başlayaraq, 

xüsusi  elektrik  müqavimətinin  qiyməti  5-30%,  enerji  toplanma  müddəti  və  təsir 

radiusu  isə  müvafiq  olaraq  50-200  km  və  10-300  gün  arasında  dəyişir.  Belə 

dəyişilmələr  neft-qaz  yataqlarının  axtarışı  və  kəşfiyyatı  üçün  aparılan  geofiziki 



tədqiqatlar  zamanı  ölçülmüş  parametrlərdə  də  öz  əksini  tapır  və  onların  nəzərə 

alınmaması materialların interpretasiyası zamanı müəyyən təhrif olunmalara gətirib 

çıxarır. Eyni zamanda qrafikdən göründüyü kimi, qumlu-gilli çöküntülərin xüsusi 

müqavimətinin  dəyişməsi  geodinamik  proseslərə  daha  həssasdır.  Belə  ki,  qumlu-

gilli  çöküntülərin  xüsusi  müqavimətinin  dəyişmə  faizi  təmiz  qumlu  süxurlara 

nisbətən  böyükdür  və  bu  fərq  zəlzələnin  energetik  sinfinə  uyğun  olaraq  getdikcə 

böyüyür. 

 

Beləliklə aparılmış təhlillərdən görünür ki, geodinamik proseslərin təsirindən 



mühiti  təşkil  edən  süxurların  fiziki  xüsusiyyətləri  dəyişilməyə  məruz  qalır. 

Geofiziki  kəşfiyyat  və  quyu  tədqiqatı  işləri  zamanı  belə  dəyişilmələrin  nəzərə 

alınması yekun nəticələrin dəqiqliyini daha da artırar. 

 

Ədəbiyyat 

 

Axundova  S.B.,  2007.  “Neft  yataqlarının  istismarı  ilə  bağlı  olan  texnogen 



geodinamik proseslər”. ANT jurnalı, №2, s. 76-79. 

Həsənov R.Ə., 2000. «Yetişməmiş neft layları». ANT jurnalı, №4, s. 5-8. 

Həsənov A.H., Aqapov N.İ., Kərəmova R.A., 2003. «Seysmikliyin və palçıq 

vulkanlarının  Xəzər  dənizində  qazılan  neft-qaz  quyularında  qəza  vəziyyətinin  və 

Abşeronun  yeraltı  sularında  geokimyəvi  anomaliyaların  yaradılmasına  təsiri». 

Bakı, AGY jurnalı, №2, s. 28-33. 

Qədirov  V.Q.,  2002.  Neftveriminə  təbii  təsirlərin  tədqiqi  haqqında.  ANT 

№3, s. 11-15.    

Nurməmmədov  F.Ə.,  2002.  «Baş  vermiş  zəlzələnin  neft  və  qaz  yataqlarına 

təsirinin öyrənilməsi». Azərbaycan Geoloqu, №7,  s. 55-61. 

Şəkərov H.İ., Vəliyev H.Ö., 2001. 053-2004 saylı «Hövsan-dəniz sahəsində 

QGT  məlumatları  əsasında  lay-kollektorların  məhsuldarlığının  geodinamik-

tektonik  gərginliyin  təsirini  nəzərə  almaqla  qiymətləndirilməsi»  mövzusu  üzrə 

hesabat. Bakı, 2005, Geofizika ETİ-nin fondu, 93 s.Vəliyev H.Ö. Neft yataqlarında 

geodinamik-tektonik  gərginliyin  təsirindən  nəzərdən  yayınmış  neftli-qazlı 

obyektlərin aşkar olunması metodikası. Bakı, 144 s. 

Ахмедбейли 

Ф.С. 


и 

др., 


2001. 

Пространственно-временное 

распределение сейсмических событий на территории Азербайджана. Сборник 

трудов Третьих геофизических чтений имени В.В.Фединского. М., с. 169-171. 

Моргунов  В.А.,  2001.  Крип  горных  пород  на  завершающей  стадии 

подготовки землетрясения. Ж. Физика Земли, №4, с. 3-11. 

Мячкин  В.И.,  1978.  Процессы  подготовки  землетрясений.  М.  Наука,  

232 с.    



 

 

Yüklə 52,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə