Geofizika mühəndisliyinin müasir problemləri



Yüklə 43,56 Kb.
tarix26.06.2022
ölçüsü43,56 Kb.
#90127
Mirzoyeva Məryəm-tezis


Geofizika mühəndisliyinin müasir problemləri
Geofizika mühəndisliyinin əsas problemləri Yerin geosfer təbəqəsində təbii və texnogen amillərin təsiri altında baş verən dəyişikliklər və onun yaratdığı ekoloji problemləri əhatə edir. Ekoloji problemlər - müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir. Buraya aşağıdakılar daxildir :
1. İqlim dəyişiklikləri
2. Biomüxtəlifliyin məhvi
3. Torpaq, su və hava çirkliliyinin artması
4. Torpaq eroziyası
Ekoloji problemlər iki faktorun təsirindən baş verir.

  1. İnsan faktorunun təsirindən yaranan ekoloji problemlər. (AES-larının, İES-larının, nəqliyyat vasitələrinin və s. təsiri nəticəsində yaranan ekoloji problemlər).

  2. Təbii faktorların təsirindən yaranan ekoloji problemlər (zəlzələlər, vulkan püskürmələri, sunamilər, torpaq sürüşmələri və s.).

Geofiziki sahələrin dəyişilməsi ilə meydana gələn ekoloji problemlər əsasən mühitin radioaktiv çirklənməsi, elektromaqnit çirklənmə, akustik çirklənmə, istilik çirklənməsi və s. aid edilə bilər.
Təbii elektromaqnit mənbələri zəif olduğundan canlılara bir o qədər də ziyan deyil. Canlılar üçün süni (antropogen) elektromaqnit mənbələri daha ziyanlıdır. Hazırda iri şəhərlərdə, hətta yaşayış mənzillərində güclü elektromaqnit çirklənməsi müşahidə olunur. Gündəlik həyat tərzimizə müdaxilə edən radiocihazlar, televizorlar, məişət cihazları, açıq ərazilərdə isə elektrik nəqliyyatları, yüksək gərginlikli elektrik xətləri, transformatorlar, radiolokator stansiyaları elektoromaqnit çirklənməsinə səbəb olur.
Atmosferə RM (radioaktiv maddələr) təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxardıqda, reaktorların istismarı zamanı və atom partlayışı nəticəsində daxil olur. Təbii radioaktivlik atmosferə xasdır o, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur. AES- də baş verən qəzalar nəticəsində də atmosfer havasının radioaktiv çirklənməsi baş verir. 1986-cı ildə Çernobıl AES-də baş verən qəza nəticəsində dünya ölkələrinin bir çoxu radioaktiv çirklənməyə (xüsusən, sezium – 137 və stronsium - 90) məruz qalmışdır. Əsas ekoloji problemlərdən biri də torpağın üst təbəqəsinin radionuklidlərlə çirklənməsidir. Radionuklidlər yer səthinə əsasən atmosfer yağıntıları vasitəsilə daxil olur və onların maksimum çöküntüləri yaz-yay fəsillərinə təsadüf edir. Bu qanunauyğunluq atmosferdə gedən meteoroloji proseslərlə əlaqədardır.
Yeni intensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət yerlərində və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həm də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxma­sına, ürək döyüntüsünün qısalmasına, qan da­marlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur.
Antropoloji faktorların neqativ təsiri nəticəsində, ətraf mühitin çirklənməsi istiləşməyə səbəb olmuşdur. Əsas təhlükə atmosferdə texnogen qazların artmasıdır. Karbon qazının atmosferdə normadan çox artması "parnik effekti" ilə nəticələnə bilər. Bu Yerlə Kosmos arasındakı istilik mübadiləsi prosesinin pozulmasına gətirib çıxarar. İstilik effektinin əmələ gəlməsində başqa amillərlə (səhralaşma, təbii qazların yaranması və s.) yanaşı, sənaye müəssisələrinin ətraf mühitə buraxdığı tullantılar xüsusi əhəmiyyət daşıyır. Sənaye sahələri arasındakı çirkliliyə görə birinci yeri metallurgiya sənayesi (34 %), sonrakı yerləri müvafiq olaraq energetika sahəsi (27 %) və qaz sənayesi (7 %) tutur. İstilik çirklənməsinin əsas mənbəyi istilik və atom elektrik stansiyaları, soyuducu və qızdırıcı sistemlər və s.-dir. İstilik çirklənməsi mühitin fiziki və kimyəvi xassələrini dəyişir, canlıları 80 – 90% məhv edir. Suların temperaturunun 100S qalxması balıqların məhvinə səbəb olur. Eləcə də İES-nın fəaliyyəti nəticəsində axıdılan çirkab sular İES-nın yaxınlığında olan su hövzələrinin çirklənməsinə, temperatur şəraitinin dəyişməsinə səbəb olur ki, bu da su hövzələrində yaşayan canlı orqanizmin kütləvi məhvi ilə nəticələnir.
Yüklə 43,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə