Geoloji müxtəliflik



Yüklə 10,53 Kb.
tarix11.10.2017
ölçüsü10,53 Kb.
#4232

Geoloji müxtəliflik

Bütün geoloji cisimlərdə (süxur, lay, yataq) müəyyən dərəcədə müxtəliflik qeyd olunur. Əmələgəlmə şəraiti və sonrakı geoloji proseslər nəticəsində burada müxtəlif dəyişmələr baş verir. Məsələn, tektonik qırılmalar layın bütövlüyünü pozur, kollektor süxurlar onun kəsilişi və sahəsi üzrə dəyişmələrə məruz qalır və s. Belə dəyişmələrə geoloji müxtəliflik deyilir. Bəzən geoloji müxtəliflik “geoloji qeyribircinslilik” də adlanır.

Əksinə, məhsuldar qat qum-gil layları ilə növbələşdikdə – işlənilmə dövründə neftin hərəkəti qeyri-bərabər gedir: keçiriciliyi yüksək olan laylarda neftin aktiv hərəkəti baş verir və bu hissələr tədricən ətraf sularla tutulmağa başlayır. Keçiriciliyi az olan laylarda isə neftin quyulara axımı məhdudlaşır. Belə geoloji mühitdə yatağın ehtiyatının məsimsənilməsi müəyyən problemlərlə üzləşir.

Makro geoloji müxtəliflik yataqların kəsilişi üzrə laylaşmada gedən dəyişmələr, onların qalınlıqlarının (o cümlədən effektiv qalınlıq) müxtəlif istiqamətdə paylanmasını nəzərdə tutur.

Bu tip dəyişmələri müşahidə etmək üçün laya qazılmış quyuların kəsilişinə diqqət yetirmək lazımdır.

Şəkil II.18. Yatağın kəsilişində makromüxtəliflik


. 2. Mikro geoloji müxtəliflik. Adından göründüyü kimi, layda gedən bu tip dəyişmələr onun mikrosəviyyəsində baş verir. Belə dəyişmələrə süxurların qranulometrik tərkibi, məsaməliyi, keçiriciliyi, lay flüidlərinin fiziki-kimyəvi parametrləri (neftin özlülüyü və sıxlığı, suların ümumi minerallaşması və s. ) aiddir.

Bu tip müxtəlifliyi təyin etmək üçün makromüxtəlifliyin öyrənilməsində tətbiq olunan xəritəalma üsulları ilə yanaşı riyazi üsullardan da istifadə edilir (paylanma əyriləri, dispersiya, orta kvadratik meyl, variasiya əmsalı və s. ).

Qeyd etmək lazımdır ki, lay müxtəlifliyinin bütün formalarının aşkar edilməsində riyazi statistika üsullarının imkanları daha genişdir. Belə ki, bütün dəyişmələrin öyrənilməsi yatağın qeyri-müəyyənlik şəraitində – yalnız qazılmış quyu məlumatları əsasında aparılır. Odur ki, tətbiq olunan ənənəvi geoloji üsullar kifayət qədər etibarlı sayılmır.

şək

Müxtəlif quruluşlarla səciyyələnən laylarda su-neft

konturlarının işlənilmə proseslərində hərəkət sxemi
Fərdi yataqlarda geoloji müxtəliflik

Fərdi yataq dedikdə işlənilmə məqsədi ilə ayrılmış geoloji-istismar obyekti nəzərdə tutulur. Belə geoloji cisimlərdə parametrlərin müxtəliflik dərəcəsinin təyini burada işlənilmə prosesini düzgün aparmağa imkan verir.

Neftlərin laboratoriya analizi burada dəyişmələrin daha kiçik miqyaslarda getdiyini göstərir (25-28 mPa·s).

Beləliklə, eyni bir layda lay parametrlərinin dəyişmələrinin müxtəliflik dərəcələri qeyd olunur. Bu da statistik göstəricilərin qiymətləri ilə təsdiqlənir. Hərgah layın bölünməsində kəskinlik qeyd olunursa (variasiya əmsalının qiyməti V=38%), neftin özlülüyünün sahəvi paylanmasında müxtəliflik dərəcəsi kiçik miqyasda baş vermişdir (V=5).


ƏDƏBİYYAT


B.Ə.Bağırov- Neft-qaz mədən geologiyası- bakı-2011
Yüklə 10,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə