Geostrategiya



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54638


GEOSTRATEGIYA

Tarix

AZƏRBAYCAN  SƏFƏVİ DÖVLƏTİNİN 

BAYRAQLARINA DAİR

TOFİQ NƏCƏFLİ



Tarix üzrə  fəlsəfə doktoru,  dosent

Azərbaycan Səfəvi dövlətinin bayrağı 

(Nyu-York,  Metropoliten Muzeyi)

XV əsrin sonlarında şimalda Qafqaz dağları, qərbdə 

Göycə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və 

Şərqi Anadolu, şərqdə Xəzər dənizi, cənubda isə Sultaniyyə- 

Zəncan-Həmədan hüdudları  ilə əhatə olunan tarixi Azərbaycan 

torpaqlarının  [21,5-6]  birləşdirilməsi  uğrunda mübarizə əsas 

özəyini Azərbaycan türk tayfaları təşkil  edən Səfəvi dövlətinin 

yaradılması  ilə başa çatdı.

XVI  əsrin başlanğıcında Azərbaycan dövlətçiliyi özünün tarixi 

təkamülündə yeni mərhələyə qədəm qoydu.  Uzun Həsənin nəvəsi 

görkəmli dövlət xadimi  Şah  İsmayıl Xətayi (1501-1524) babasının 

başladığı  işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan 

torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.  Paytaxtı Təbriz 

şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti

meydana gəldi  [21,30].

Digər Azərbaycan dövlətləri kimi,  Səfəvi dövlətində də dövlət 

və hakimiyyət simvolları olan və dövlətin əsas atributlarından biri 

hesab olunan bayraqları mövcud olmuşdur.

Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün 

deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” 

sözündən yaranmışdır.  Mahmud Kaşğari “Divan-i  Lüğət-it Türk” 

əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq 

(bayraq) kəliməsi işlənmişdir [9,205]. Görünür müxtəlif ipək 

parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə 

görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli 

simvof’a çevrilmişdir.

Hələ İslama qədərki  dövrdə yazılmış və XIV əsr əlyazması 

ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə 

Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və 

bayrağını endirin” ifadəsinin qeyd edilməsi  [13,50; 2,45]  bir daha 

göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi 

önəm verilmişdir.

Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli 

məfkurəyə, azərbaycançılıga, türkçülüyə və islami prinsiplərə 

söykənən dövlət kimi tarixə düşən Azərbaycan Səfəvi dövlətinin 

bayraqları ayn-ayrı hökmdarlar dövründə fərqlənmişdir. 

Azərbaycan Səfəvi dövlətinə məxsus arxiv sənədləri dövrümüzə 

qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da 

müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. 

Azərbaycan Səfəvi dövlətinin rəmzləri  ilə bağlı məlumatları 

dövrün salnamələrindəki qeydlərdən, Səfəvi  şahlarının 

fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış 

səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündə­

liklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata 

görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi 

üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır. Bu 

bayraq həm süvarilər, həm də piyadalar üçün eyni cürdür. Onun 

üzərində “Quran-ı Kərim”dən ayələr, kəlime-i şəhadət, Hz. Əlinin 

Zülfüqar qılıncı və “aslan və günəş” rəsmləri təsvir olunurdu. 

Orduda ən mühüm vəzifələrdən biri böyük bayrağın qorunmasıdır. 

Bu vəzifəni yerinə yetirən şəxs ələmdarbaşı adlanır [6,113; 4,53].

Aslan motivinin günəşlə birlikdə istifadə olunması qədim 

Mesopotamiya mədəniyyətinə qədər gedib çıxan astroloji 

mahiyyət kəsb edir. Mesopotamiya və Misirdən Yunanıstan və 

Romaya qədər yayılan və orta əsrlərdə bütün İslam dünyasında 

hakim olan astroloji ənənəyə görə, günəş, ay və günəş sisteminə 

daxil  olan ulduzlar on iki bürcə daxil olan heyvanlardan biri 

ilə əlaqələndirilir. Günəşin aslan bürcü ilə əlaqəli olması bu iki 

motivin birlikdə istifadə olunmasına səbəb olmuşdur. Qədim 

Misirdə də aslan bürcü günəşin evi kimi tanınmışdır [16,606].

F.M.Köprülünün verdiyi məlumata görə. Anadolu Səlcuq



sultanı Qiyasəddin Keyxosrovun (1236-1246) zərb etdirdiyi 

gümüş sikkələr üzərində aslan və günəş təsvirləri öz əksini 

tapmışdır.  Hətta, Elxani hökmdarı Məhəmməd Olcaytu və Əbu 

Səidin zərb etdirdiyi mis pullar üzərində də aslan və günəş 

təsvirləri vardır [16,607].

Rui Qonsales de Klavixo Əmir Teymurun Keş şəhərindəki 

“Ağ saray”ım təsvir edərkən onun giriş qapısının üzərində günəşin 

fonunda aslan təsvirinin olduğunu qeyd edir. Onun fikrincə, 

aslan və günəş motivi Teymurun Səmərqənddə hakimiyyətdən 

uzaqlaşdırdığı şahzadənin gerbi olmuşdur [14,103].  1627-ci ildə 

Səmərqənddə inşa olunan dövrümüzə qdər gəlib çatan Sərdar 

mədrəsəsinin giriş qapısının portalında da aslan və günəş təsviri 

vardır [30,19].  F.M.Küprülünün fikrincə, görünür İranı fəth edən 

Əmir Teymur, Elxanilərin varisi olduğunu göstərmək üçün aslan 

və günəş motivini qəbul etmişdir [16,607]. Hətta Teymurilərdən 

sonra Ərzincanı idarə edən Ağqoyunlu Qara Osmanın qardaşı 

Əhmədin oğlu Qılmç Arslanın zərb etdirdiyi sikkələr üzərində də 

aslan və günəş təsviri vardır [16,607].

Qeyd etmək lazımdır ki, Ağqoyunlu hökmdarları rəsmi 

məktublara, zərb etdirdikləri sikkələrə və bayraqlara Oğuzların 

Bayandur boyunun damğasını qoymuşlar. Görünür ki, aslan 

və günəş təsviri hüquqi bir əlamət deyil, yalnız astroloji motiv 

kimi istifadə edilmişdir [17,414]. Bu bir daha göstərir ki, hələ 

Səfəvilərin aslan və günəş astroloji motivindən istifadə etməsinə 

qədər bu təsvir Səlcuqlar, Elxanilər, Teymurilər və Ağqoyunlular 

tərəfindən istifadə edilmişdir.

Şah İsmayıl (1501-1524) dövründə Azərbaycan Səfəvi 

dövlətinin bayraqlarında aslan və günəş astroloji motivindən 

istifadə edilməmişdir. Qeyd etmək lazımdır ki, dövrün 

qaynaqlarında, eləcə də miniatürlərdə Şah İsmayıl və Şah 

Təhmasib dövründə mövcud olmuş bayraqlar arasında üzərində 

aslan və günəş təsviri olan bayraqlara rast gəlinmir.  Hətta,

1514-cü ilin avqustun 23-də Çaldıran döyüşündə Səfəvi ordusu 

üzərində qələbədən sonra ələ keçirilən və hazırda Topqapı Sarayı 

Muzeyində saxlanılan Səfəvi bayraqları arasında da üzərində aslan 

və günəş təsvirləri olan bayraq-larm olmaması fikrimizi bir daha 

təsdiq edir.

İran tədqiqatçısı NayyerNuri Qasimi Günabadinin 

“Şahnamə”sində verdiyi məlumatlara əsaslanaraq yazır ki. Şah 

İsmayıl dövründə üzərində ay təsviri olan yaşıl bayraqlar mövcud 

olmuşdur [26,52].  Bu fikri Amerika tarixçisi A.Ş.Şahbazi də təsdiq 

edir. O, “İran bayraqları” adlı məqaləsində Şah İsmayıl dövründə 

üzərində ay təsviri olan yaşıl bayraqların mövcud olduğunu qeyd 

edir [30,20].  Həqiqətən də 1 Şah Təhmasibin saray şairi Mirzə 

Qasimi Günabadinin  1533-cü ildə başa çatdıraraq Şah Təhmasibə 

təqdim etdiyi “Şahnamə” adlı tarixi poemasının “Şah İsmayıl- 

namə” adlı birinci hissəsində Şah İsmayıl dövründə üzərində 

ay və günəş təsviri olan yaşıl bayraqların mövcud olduğu qeyd 

edilir [22,116,184].  F.Köprülünün fikrincə. Peyğəmbər nəslindən 

olduğunu iddia edən və şiəliyi rəsmi məzhəb kimi qəbul edən 

Səfəvi hökmdarının yaşıl rəngli bayraqlarının olması təbiidir. 

Çünki o dövrdə yaşıl rəng bütün Yaxın Şərqdə Peyğəmbər 

ailəsinin rəmzi kimi qəbul edildiyi üçün İslam dünyasındakı 

Seyyidlər yaşıl sarıq və cübbələri ilə xalq arasında seçilirdilər 

[17,415].

Qazi Əhməd Quminin “Xülasət ət-təvarix” adlı əsərində də 

1 Şah İsmayıl dövründə Səfəvi yaşıl bayraqlarının olduğu qeyd 

edilmişdir [18,199].

“Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində Səfəvi bayrağı 

ilə bağlı verilən məlumatdan aydın olur ki. Şah İsmayılın 

bayraqlarından biri də ağ qumaşdan hazırlanmış, üzərində 

“Quran-ı  Kərim”in 61-ci (“Səf’) surəsinin  13-cü ayəsində qeyd 

olunmuş “nəsrun-minəllahi və fəthun qərib” (“Allahdan kömək 

və yaxın bir zəfər vardır”) və onun qısaca forması olan “nəsrum- 

minəllahi” (“Allahdan kömək”) ifadəsi öz əksini tapmışdır 

[22,482]. Müin Müsəvvirin “Tarix-i aləmaray-i Şah İsmayıl” 

əsərinə çəkdiyi miniatürlərdən görünür ki, Səfəvilərin döyüş 

bayraqları arasında da üzərində “ya Əli mədəd” yazılmış qəhvəyi 

haşiyəli üçbucaq formalı ağ bayraq da mövcud olmuşdur [23,322].

Qeyd etmək lazımdır ki, Müin Müsəvvirin “Tarix-i aləmaray-i 

Şah İsmayıl” əsərinə çəkdiyi miniatürlər arasında Səfəvi hökmdarı 

Şah İsmayılın Əbülxeyir xanla döyüşünü əks etdirən miniatürdə 

üzərində “ya Əli vəli Allah mədəd” ifadəsi yazılmış üç bucaq 

formalı ağ bayraqları da mövcud olmuşdur [3, şək.3].

Ağ rəngli  Səfəvi bayraqları nəinki Şah İsmayıl dövründə, 

eləcə də XVll  və XVIll əsrin əvvəllərində də mövcud olmuşdur. 

Maraqlıdır ki, 11  Şah Abbas tərəfindən  1647-1650-ci  illərdə 

tanınmış rəssamlara çəkdirilən İsfahandakı Çehelsütun sarayının 

divar rəsmləri arasında, xüsusən də Çaldıran döyüşünü əks etdirən 

miniatürdə də beş bucaqlı formalı Səfəvi ağ bayrağı öz əksini 

tapmışdır.

Şah İsmayılın Əbülxeyir xanla döyüşü.

Muin Müsəvvir.  "Tarix-i aləmaray-i Şah İsmayıl".

iyul - Avqust  2017  № 04 (40)



1590-cı  ilin mart ayında İstanbulda Səfəvi-Osmanlı sülhünün 

bağlanması ilə I Şah Abbas qardaşı oğlu Heydər Mirzəni  İstanbula 

göndərmişdir. Nyu-York Metropoliten Muzeyində saxlanılan 

Osmanlı şairi Mahmud Əbdülbakinin (Baki) əsərinə çəkilmiş 

miniatürdə Heydər Mirzənin İstanbulda qarşılanma səhnəsi 

öz əksini tapmışdır. Həmin miniatürdə də Azərbaycan Səfəvi 

dövlətinin qırmızı haşiyəli ağ qumaşdan olan və üzərində Hz. 

Əlinin Zülfuqar qılıncının təsviri olan beş bucaqlı formalı bayrağı 

vardır [38, invertar; 45.174.5].

1677-ci ildə Azərbaycan Səfəvi hökmdarı  Şah Süleymanın 

(1666-1694) sarayında olmuş ingilis Con Frayer Səfəvi bayrağını 

öz gözləri ilə görmüş və “Şərqi Hindistan və İran haqqında yeni 

hesabat” adlı əsərində onun təsvirini vermişdir. O, yazır: “Şah 

Süleyman düşmənlərinə qarşı  səfərə çıxmaq əvəzinə, ağ qumaşın 

üzərində iki uclu qanlı bir qılınc təsviri olan bayraq altında 

yaşamağı üstün tutmuşdur” [10,356; 27,20; 4,54]. Heç şübhə 

yoxdur ki, səyyahın təsvir etdiyi qılınc Hz. Əlinin Zülfuqar qılıncı 

olmuşdur. O, əsərinin 358-ci səhifəsində həqiqətən də qılıncın Hz. 

Əliyə məxsus Zülfüqar qılıncı olduğunu qeyd etmişdir [10,358].

Bu, bir daha təsdiq edir ki, Azərbaycan Səfəvi dövlətinin 

bayraqları arasında ağ qumaş üzərində Quran ayələri ilə yanaşı, 

Hz. Əlinin Zülfüqar qılıncının təsvir edildiyi bayraqlar da mövcud 

olmuşdur.

Qeyd etmək lazımdır ki, Səfəvilər dövründə çəkilmiş 

miniatürlərdən və İsfahandakı Çehelsütün sarayının divar rəsmləri 

arasında da üzərində ay və ulduz təsvirləri olan qırmızı və 

bənövşəyi rəngli bayraq təsvirlərinin olması bir daha təsdiq edir 

ki, Azərbaycan Səfəvi dövlətinin bayraqları arasında üzərində 

aypara və səkkizguşəli böyük ulduz (Günəş) təsviri olan parlaq 

rəngli bayraqlar da mövcud olmuşdur [26,fiq.  566]. Mirzə Abbaslı 

“Cahanarayi-Şah İsmayıl  Səfəvi” salnaməsinə istinad edərək yazır 

ki,  1508-ci ildə “Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada 

yaxınlaşdı...  İraq əhalisi sürətli addımlarla onu qarşılamağa 

çıxdılar” [1,26].

Qiyasəddin Xandəmirin “Həbibüs-siyər” adlı əsərindəki  1 

Şah İsmayılın Ağqoyunlular üzə-rində əldə etdiyi qələbəni əks 

etdirən miniatürdə də Səfəvi ordusunda qırmızı rəngli döyüş bay­

raqlarının olduğu öz əksini tapmışdır [7,16].

Səfəvi ordusunun Kür çayını keçməsini əks etdirən 

“Qoyunölümü keçidi” miniatüründə də üzərində Ay və 

səkkizguşəli ulduz (Günəş) təsviri olan qırmızı Səfəvi bayrağı 

öz əksini tapmışdır [31,21;  1,58; 39,114]. Müin Müsəvvirin 

“Tarix-i aləmaray-i Şah İsmayıl” əsərinə çəkdiyi minia-türlərdən 

də görünür ki, Səfəvilərin döyüş bayraqları arasında qızılbaşlıq 

rəmzi olan qırmızı rəngli üçbucaq formalı bayraqlar da mövcud 

olmuşdur [23,322].

Şah İsmayıl Xətayi şeirlərinin birində bayrağ üzərindəki 

Günəş və Ay rəmzinin daşıdığı mənanı belə açıqlayır:

Xətayi der: rəhm etməzəm yalana.

Özün təslim edər özü gələnə.

Ay Əlidir, Gün Mühəmməd bilənə.

Bax, nəzər eylə də, həmən arif ol [34,352].

Əslində, bu şeir parçasını Səfəvilərin dövlət bayrağındakı 

rəmzin «poetik obrazlarla kodlaşdırılmış təsviri» də adlandırmaq 

olar. Yəni Şah İsmayılın təbirincə desək, «Həqiqət bir gizli sirdir, 

aça bilirsən gəl bəri». Yuxarıdakı şeir parçası bir tərəfdən orta 

əsr Azərbaycanında «Ay-ulduz» təsvirindən istifadə olunmasını 

bir daha təsdiqləyir, digər tərəfdən isə psevdodini hərəkatlara



GEOSTRATEGIYA

yarınmaq istəyən bəzi üzdəniraq tarixçilərin və siyasətçilərin 

din amilini qabardaraq, guya Şah İsmayılın «İslam qaydalarına 

zidd məzhəb xanədanı», «teokratik dövlət» qurması barədə 

əsassız iddialarını heçə endirir [20,147]. A.Qurbanovun fikrincə, 

həmin artefaktm islam müstəvisində poetik yozumuna diqqət 

yetirsək, Səfəvi bayrağındakı Ay-Günəş təsviri və qızılbaşların 

ideologiyasının dini əsasları arasında bağlılıq haqqında da 

müəyyən qənaətə gələ bilərik. Belə ki, Şah İsmayılın şeirin 

sonunda onu «dini-islam yolunu azmaqda» ittiham edən 

opponentlərinə cavab olaraq ünvanladığı «Bax, nəzər eylə 

də, həmən arif ol» deməsi heç də təsadüf xarakteri daşımır.

Xətayi bu ifadə ilə bay-raqdakı Ay-Günəş rəmzinə verdiyi dini 

yozumu önə çəkməklə antisəfəvi mövqeyində dayanan. Qızılbaş 

ideologiyasını məqsədli şəkildə təhrif edən, onların Həzrət Əlini 

(ə.s.) Məhəmməd peyğəmbərdən (s.ə.s.) üstün tutmaları barədə 

mənasız fikirlərini puça çıxarır.  Şah İsmayıl Rəsuli-əkrəmi 

Günəş, İmam Əlini isə Ay obrazı ilə təcəssüm etdirməklə nəinki 

onları eyniləşdirmir, əksinə İslam peyğəmbərinin hər hansı 

bir müqayisədən kənar, daha uca məqamda olduğunu xüsusi 

vurğulayır. Belə nəticəyə gəlmək olar ki, Səfəvi dövlətinin qırmızı 

və yaşıl bayraqlan üzərindəki Ay və Günəş obrazlan islam dininin, 

sufi təsəvvürlərinin iyearxiyasma uyğun şəkildə -  Peyğəmbər 

üstün, ali mövqedə təsvir edilmişdir [20,148].

Dövrün qaynaqlarının təsdiq etdiyinə görə, I Şah Təhmasib 

dövründə (1524-1576) də Səfəvi qırmızı bayraqları mövcud 

olmuşdur.  1539-cu ildə Təbrizdə  Səfəvi sarayında olmuş Venesiya 

diplomatı Mikele Membre də bunu təsdiq edir.  Səfəvi ordusunun 

Mərənddən Marağaya hərəkətini müşayiət etmiş M.Membre yazır: 

“Şah atla gedən zaman şatır adlanan  10 nəfər piyada onun önündə 

gedir. Onların hər biri dizlərinə qədər ağ mahud tuman geyinir və 

başlarına lələk, kəmərlərinin önünə zınqırov taxırlar.  Belə adamlar 

həmişə onun vəziri Qazi Cahanı, Üskü seyidlərini, Qorçibaşını, 

bəzən də onun qardaşı Bəhram Mirzəni müşayiət edirlər. Öndə 

onların “ələm” adlandırdıqları, nizəyə iki ucdan bağlanmış 

qırmızı, enli parça və nizənin ucunda yerləşən, içərisində misdən 

kəsilmiş zərli hərflərlə “Əli vəli Allah, la ilah illa Allah; Əli vəli 

Allah və Allahu əkbər” sözləri yazılmış dairənin ol-duğu bayraqlar 

aparırlar”  [40,44;  19,149]. M.Membrenin fikrincə, orduda nə 

qədər bayraqlar aparı-lırsa, orada o qədər krallıq iştirak edir, 

onların iki uclu qırmızı ipək parçadan bayraqları vardır [40,45].

İsgəndər bəy Münşi Səfəvilərin “günəş parıltılı bayraqlarını” 

xüsusi olaraq vəsf edir.  Onun verdiyi məlumata görə, 1 Şah 

Təhmasibin müzəffər bayraqları arasında üzərində aypara təsviri 

olan “çapmaq, basqın etmək” mənasındakı “yüyürük” adlı 

şəxsi parlaq bayrağı da mövcud olmuşdu.  1535-ci ildə Osmanlı 

ordusunu təqib edən Şah Təhmasib Van qalasına yaxınlaşan zaman 

Üləma bəy Səfəvi şahının üzərində aypara olan parlaq bayrağını 

uzaqdan tanıdığı üçün Məhəmməd paşaya I  Şah Təhmasibin öz 

ordusu ilə yaxınlaşdığını xəbər verərək döyüşə girməyin əlverişsiz 

olduğunu bildir-mişdir [25,164].

1695-ci ildə İsmayıl Kaşani tərəfindən hazırlanmış, üzərində 

Quran ayələrinin yazıldığı qırmızı-bənövşəyi rəngli ipək parçadan 

hazırlanmış, uzunluğu  179,1, eni 88,9 sm ölçüdə olan Səfəvi 

bayrağı hazırda Nyu-York Metropoliten Muzeyində saxlanılır. 

Üçbucaq formasında olan bayrağın mərkəzindəki iri fiqurun 

içərisində Quranın  110-cu “Nasr” surəsinin, yuxarıda sağdakı 

fiqurun içərisində Quranın 37-ci “Saffat” surəsinin  172-173-cü 

ayələri, balaca sarı rəngli fiqurun içərisində ərəbcə “Ey qapıları



açan”, iki rəngli fiqurun mərkəzində və kənar hissəsində ərəbcə 

“Zəfər bayrağı, işin başlanğıc tarixi” və “Allahın verdiyi zəfər 

bayrağı, işin bitmə tarixi  1107, farsca İsmayıl  Kaşaninin şagirdinin 

işi” və aşağıdakı fiqurun içərisində isə ərəbcə “Ey əzəmətli” 

ifadələri yazılmışdır [38, invertar: 38.167]. Qırmızı rəngli 

Səfəvi bayrağı görünür ordu və mərasim bayrağı kimi istifadə 

olunmuşdur.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Səfəvi 

dövlətində ağ və yaşıl rəngli bayraqlarla yanaşı, qırmızı rəngli 

bayraqlar da mövcud olmuşdur.

Azərbaycan Səfəvi ordusunda qırmızı döyüş bayraqlarının 

olması faktını Şah İsmayıl Xətayi “Divanf’ndakı məlumatlar da 

təsdiq edir:

‘‘Qızıl ələm,  qızıl bayraq,  qızıl tac.

Geyinsə qazilər,  ol gün həzərdir” [33,81; 23,322].

Oruc bəy Bayat Səfəvi bayraqları barədə yazır:  “İran (yəni 



Səfəvi -  T.N.) şahı şəxsən yürüşə gedəndə,  həmişə onun bayrağı 

qaldırılır və müşayiətçilər dəstəsi tərəfindən onun önündə aparılır. 

Bundan başqa,  at belində olan şahın başı üzərində çətir tuturlar. 

Bu çətir qiymətli daşlarla bəzədilmişdir və günəş kimi parlayır. 

Ordudakı döyüşçülərin sayını qaldırılmış bayraqları diqqətlə 

saymaqla müəyyən etmək olar.  Hər bayraq min nəfərə işarədir... 

şahın qoşunu o qədər çoxdur ki,  asanlıqla 200 min nəfər səfərbər 

edə bilər.  Mən özüm keçmişdə qatıldığım döyüşlərdə asanlıqla 

200 bayraq saymışam.  Burada qayda belədir ki,  min nəfər atlı və 

piyada hazır olmamış bayraq qaldırılmaz ” [15,34-35].

Qeyd etmək lazımdır ki,  I  Şah Təhmasib (1524-1576) 

dövründə zərb olunmuş sikkələr üzərində və bayraqlarda günəş və 

qızıl qoç təsvirləri də öz əksini tapmışdır. “Tarix-i cahan-ara”nın 

verdiyi məlumata görə bu, bilavasitə günəşin qoç büreü ilə bağlı 

olmuşdur.  Bu bir daha təsdiq edir ki, bu motiv astroloji mahiyyət 

daşımış, hökmdarın ulduzlar cədvəli ilə bilavasitə bağlı olmuşdur.

1 Şah Abbas (1587-1629) dövründə Səfəvi bayraqlarında 

aslan və günəş astroloji motivi öz əksini tapmışdır.  Hətta, 1 Şah 

Abbasın verdiyi fərmanlarından birinin üzərinə vurulan rəsmi 

möhürdə aslan və günəş təsviri öz əksini tapmışdır [24,154]. 

F.M.Köprülünün fikrincə, görünür 1 Şah Abbas aslan və günəş 

astroloji motivini qədim ənənənin davamı kimi qəbul etmişdir. 

Buna görə də, zərb olunmuş sikkələrə və bayrağa aslan və günəş 

təsviri qoyulmuşdur [16,608].

1599-cu ildə 1 Şah Abbas tərəfindən Avropa ölkələrinə 

göndərilmiş böyük elçi heyətinin rəhbəri Hüseynəli bəy Bayatın 

1601-ei ildə flamand rəssamı tərəflndən çəkilmiş portretində də 

aslan və doğan günəş təsviri öz əksini tapmışdır [30,21].

İngiltərə kralı  1 Karlın Londonda Səfəvi elçiləri Robert Şerli 

və Nagdəli bəylə bağlı yaranmış gərginliyi aradan qaldırmaq 

məqsədilə  1627-ci ildə Səfəvi sarayına göndərdiyi elçisi Dörmer 

Kottonu müşayiət etmiş Tomas Herbet “ 1627-1629-cu illərdə 

İrana səyahəf’ adlı əsərində qeyd edir ki, “mənə verilən məlumata 

görə. Şah İsmayılın babası Şeyx Cüneyd üzərində ulduz və üstünə 

günəş şəfəqləri düşən uzanmış aslan təsviri olan yeni bayraq 

hazırlatmışdı” [9,239; 30,20]. A.Ş.Şahbazinin fikrincə. Tomas 

Herbetin bu iddiası, görünür üzərində aslan və günəş təsviri olan 

Səfəvi simvolunun tarixini qədimləşdirməkdən başqa bir şey 

deyildir. Çünki, Şah İsmayıl dövründə üzərində aslan və günəş 

təsviri olan bayraqlann mövcud olduğunu təsdiq edən heç bir 

dəlil-sübut yoxdur [30,20].

1636-cı ildə Azərbaycan Səfəvi dövlətinə səyahət etmiş 

alman alimi və səyyahı Adam Oleari öz səyahətnaməsində Səfəvi 

ordusu haqda məlumat verərkən onların bayraqlarında aslan və 

günəş təsvirlərindən istifadə edildiyi barədə məlumat veririr. O, 

yazır: “Qədimdən hilal (ay) farsların və günəş yunanların idi.

İndi  isə türklər (Osmanlılar) hilalı aldılar, Səfəvilər isə önündə 

aslan olan günəşi” [4,53]. Fransız səyyahı J.B.Tavemye də öz 

səyahətnaməsində Səfəvi mis pullarını təsvir edərkən onların bir 

üzündə kürəyində günəşi daşıyan aslan, o biri üzündə isə onun 

zərb olunduğu şəhərin adının qeyd edildiyini bildirir [35,157; 

4,53-54].  Digər Fransa səyyahı J.Şardenin verdiyi məlumata 

görə,  Səfəvi dövlətində döyüş bayraqları ilə yanaşı dini bayramlar 

zamanı  istifadə olunun mərasim bayraqları da mövcud olmuşdur. 

Üçbucaq formalı müxtəlif rəngli qiymətli parçalardan hazırlanan 

bu bayraqlar üzərində Hz. Əlinin Zülfüqar qılıncı, aslan və günəş 

təsvirləri əks olunurdu.  Bayraqları ələmdarbaşı aparırdı.  Şardenin 

fikrincə, Səfəvi mis sikkələrinin üzərində də aslan və doğan günəş 

təsviri öz əksini tapmışdır [29,287].

Fransa tarixçisi M.Herbet “İran səfiri XIV Lüdovikin 

qəbulunda” adlı əsərində  1714-ildə Səfəvi hökmdarı Şah Sultan 

Hüseyn tərəfindən danışıqlar aparmaq üçün Fransa kralı XIV 

Lüdovikin sarayına göndərilən Səfəvi elçisi, İrəvan şəhər kələntəri 

Məhəmməd Rza bəyin elçi heyəti ilə bağlı  sənədləri və rəsmləri 

toplayaraq öz əsərində vermişdir.  Bunlar arasında Məhəmməd Rza 

bəyin elçi heyətinin Versal sarayına yaxınlaşdığını əks etdirən bir 

neçə rəsmdə elçi heyətinin üzvlərindən birinin əlində tutduğu ağ 

bayraq üzərində aslan və doğan günəş təsviri öz əksini tap-mışdır 

[7,138/1,154/1;  17,415].

C.Aydoğmuşoğlunun qənaətinə görə, Səfəvilərin istifadə 

etdiyi və sonralar Qacarlarında faydalandığı aslan və günəş 

motivli bayraqlarda günəş motivi İranın əfsanəvi hökmdarlarından 

Cəmşidi təmsil etdiyi kimi, aslan motivi şiə dünyası üçün mühüm 

önəm daşıyan Hz. Əlini təmsil etmişdir.  Bununla da, Səfəvi 

şahları özlərinin xarakterində iki önəmli kimliyi birləşdirməyə 

çalışmışdılar [4,54].  B.B.Tekinin fikrincə, aslan motivi  Şah 

İsmayıl dövründə ədəbi həyata son dərəcə güclü nüfuz etmiş,  1 

Şah İsmayıl tərəfindən yazılan miraela bağlı şeirlərə və dövrün 

miniatürlərinə daxil olmuşdur [36,102-103].

Şübhəsiz ki, aslan motivi güc və qüdrəti təmsil etmişdir. 

F.Sümerin fikrincə. Arslan kəlməsi türklərdə Ağ Arslan, Qara 

Arslan, Göy Arslan, Qızıl Arslan, Arslan Apa, Arslan Boğa, Arslan 

Şah şəxs adları kimi işlənmişdir [32,604,613-614].

Səfəvilər dövlətini əvəz edən Nadir şah Əfşar imperiyasında, 

eləcə də Səfəvi ənənələri üzərində qurulan Qacarlar dövlətində 

də aslan və günəş motivli bayraqlardan istifadə edilmişdir.

Nadir Şahın fərmanlarında aslan və günəş motivi Səfəvilərdə 

olduğu kimi rəsmi möhür kimi  istifadə edilmişdir [bax: 24,151- 

153]. Fətəli şah (1797-1834) dövründə Qacarların bayrağında 

Səfəvi şahlarının istifadə etdiyi aslan və günəş motivi rəsmən 

qəbul edilmişdir.  Fətəli şah  1810-cu ildə Ost-Hind şirkətinin 

nümayəndəsi kimi  İrana gələn general Cohn Malkolma yeni 

dövlət nişanını dizayn etməsini tapşırdı, bu nişanda arxa planda 

parlayan günəş və önündə oturan aslan fiquru öz əksini tapmışdır 

[bax: 41,135-141]. Yalnız XIX əsrin 11 yarısında Nəsrəddin şah 

(1848-1896) dövründə Qacarların bayrağı üzərində təsvir olunan 

aslanın əlinə qılınc verilmişdir. Qacarların əlində qılınc tutan 

aslan-günəş motivli bayrağı Osmanlılarla Qacarlar arasında  1867- 

ci  ildə imzalanan sülh müqaviləsində qorunub saxlanmışdır [bax:



iyul - Avqust  2017  № 04 (40)


Səfəvi elçisi Məhəmməd Rza bəy Parisdə.

27,168-171].

Göründüyü kimi, Səfəvilərin siyasətini davam etdirən 

Qacarlar, Səfəvi dövrü ənənələrinə sadiq qalaraq bayraqlarında 

da Səfəvi bayraqlarında olan təsvirləri təkrar canlandırmaq 

istəmişdilər. Azərbaycan Səfəvi dövlətinin süqutundan sonra 

Nadir şahın yaratdığı Əfşarlar imperiyası onun öldürülməsindən 

sonra dağılmış və ölkə uzun müddət daxili mübarizə meydanına 

çevrilmişdir. Buna görə də Qacarlar xalqın hafizəsində dərin 

izlər buraxan Səfəvi dövrünün siyasi və dini simvollarından 

istifadə edərək İran xalqlarını vahid bayraq altında birləşdirməyə 

çalışmışdılar.  Maraqlıdır ki, Azərbaycanın Qacarlar sülaləsi 

tərəfindən yaradılan İrəvan xanlığının rəsmi bay-rağmda da əlində 

qılınc tutmuş aslan və günəş motivi öz əksini tapmışdır [11,8].

Qeyd etmək lazımdır ki, Böyük Moğol imperiyasında da aslan 

və günəş motivli bayraqlar mövcud olmuşdur.  1617-ci ildə Moğol 

hökmdarı Cahangirin sarayında olan ingilis səyyahı keşiş Edvard 

Terri (1590-1660) öz səyahətnaməsində Moğol hökmdarının 

bayrağını və möhürünü təsvir etmişdir. Onun məlumatına görə. 

Sultan Cahangirin bayrağında arxa planda böyük bir günəş, 

onun önündə diz çökmüş və sağ tərəfə baxan aslan motivi təsvir 

olunmuşdur [38,346-347; 4,57]. Qəndəhar ugrunda müxtəlif 

vaxtlarda aralarında mübarizə getməsinə baxmayaraq, Səfəvi və 

Moğol dövlətləri arasında sıx münasibətlər mövcud olmuşdur. 

Hətta, Babur şah dövləti yaradan zaman Səfəvilərdən lazımi 

köməklik almışdır.  Səfəvi hökmdarı Şah Abbas Əkbər şaha “Şah 

babam”. Moğol hökmdarı Cahangir də Şah Abbasa “qardaşım” 

deyə müraciət etmişdir [5,150,188].  Buna görə də, Səfəvilərin



CEOSTRATEGİY.A

yardımı ilə yaranmış Moğol dövlətində Səfəvilərin istifadə 

etdiyi bayrağın oxşarının istifadə olunması təbii qarşılanmalıdır. 

Çünki Moğol hökmdarları Səfəvi şahlarının fəaliyyətindən daima 

mütəəssir olmuşdular.  İki dövlət arasında hər zaman siyasi, 

iqtisadi və sosial-mədəni əlaqələr mövcud olmuşdur.

Dövrün qaynaqlarından və səyyah gündəliklərindən 

gətirdiyimiz faktlar bir daha göstərir ki, Azərbaycan Səfəvi 

dövlətində öncə hökmdarı, sonra isə dövləti təmsil edən və 

qiymətli parçalardan hazırlanmış müxtəlif ölçülü bayraqlar 

mövcud olmuşdur. XVI əsrin sonlarından Azərbaycan Səfəvi 

dövlətinin süqutuna kimi mövcud olan bu bayraqlar arasında 

üzərində aslan və günəş təsviri olan bayraqlar üstünlük təşkil 

etmişdir.



ƏDƏBİYYAT

1. Abbaslı M.  Şah ismayıl Xətayinin ömür yolu miniatürlərdə. 

Bakı,  1981.

2. Ahmedov S.  Türk halklarında devlet ve hakimiyet sembolleri 

-   “bayrak”,  “sancak” ve  "tug”. //İrs,  2 (14),  Yaz,  2015, s.  42-48.



3. Атыгаев H.A.  Об одной интересной миниатюре в 

рукописи Сефевидского периода из .музея Реза Аббаси (ИРИ, 

Тегеран). //Электронный научный журнал «edu.e-history.kz» 

№4 (8),  01 октября 2016.

4. Aydoğmuşoğlu С.  Safevi, Kaçar ve Babür bayrakları 

üzerine bir degerlendirme. //Türk Dün-yası İncelemeleri Dergisi, 

XIII/2 (Kiş 2013), s.  51-59.

5. Bayur H. Y. Hindistan tarihi.  c.  2.  Türk Tarih Kurumu 

Basımevi, Ankara,  1987.

6. Bəyani X.  Tarix-i nizam-i İran (Dovre-i Səfəviyyə). 

İntişarat-ı Sitad-ı Bozorg-i Erteşaran,  Tehran,  1335 hş.

7.  Court Paintings from Persia and India 1500-1900. /  



Francesca Galloway 31 Dover Street, London w ls 4nd t 0207 499 

6844.  www.francescagalloway.com

8. Herbetta M.  Une ambassade persane sous Louis XIV.  Paris, 

1907.

9. Herbert T.  Travels in Persia 1627-1629,  ed.  and abridged, 

W.Foster, London,  1928.

10. John Fryer. A new account o f East India and Persia. 

London,  1698.

11. İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali 

Azərbaycan torpaqlarına köçürülməsi. Bakı,  Çaşıoğlu,  2009.

12. Kaşğarlı M. Divan-ü Lügat-it Türk.  c.2.  Çev: Besim 

Atalay Ankara,  2006.

13. Kitabi- Dədə Qorqud.  Tərtibçilər: Zeynalov F,  Əlizadə S., 

qeydler Əliyarov S. Bakı,  1988.

14. Клавихо P.F. Дневник путишествия в Самарканд 

ко двору Тимуру (1403-1406). Перевод,  предисловие и 

комментарий И.С.Мироновой.  М.,  1990.

15. Книга Орудж -  бека Байата Дон-Жуана Персидского. 

Перевод с английского,  введение и комментарии д.и.н.  Огтая 

Эфендиева,  к.и.н. Акифа Фарзалиева. Баку, Язычы,  1988.

16. Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi,  с.  1.  MEB, 

İstanbul,  1978, s.  598-609.

17. Köprülü F.M. Bayrak. //islam Ansiklopedisi,  c.  2.  MEB, 

İstanbul,  1978, s.  401-421.


18.  Qazi Əhməd Qumi. Xülasət ət-təvarix.  Cildi əvvəl.  Tehran, 

daneşgahi Tehran,  1383 h.ş., s.  199.

19.  Quliyev Ə.S. XVI əsrin ortalarında Azərbaycanda 

Səfəviləri dövlətinin ictima-siyasi vəziyyəti.  Bakı,  Şərq-Qərb,

2011


.

20.  Qurbanov A.  Damğalar,  rəmzlər,  mənimsəmələr.  Bakı,

2013.

21.  Mahmudov Y.M. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı, 

Təhsil,  2005.

22.  Mirzə Qasimi Günabadi.  Şah İsmayıl-name. Şeir və tarix. 

Naşiri dicitali: Mərkəzi təhqiqate rayani qayimeyi İsfahan.  WWW. 

ghaemiyeh.com

23.  Musalı N. I  Şah İsmayılın hakimiyyəti ("Tarix-i aləmaray-i 

Şah İsmayıl” əsəri əsasında).  Bakı, Elm və təhsil,  2011.

24.  Musəvi TM.  Orta əsr Azərbaycan tarixinə dair farsdilli 

sənədlər (XVI-XVIII əsrlər).  Bakı, Elm,  1977.

25.  Münşi İsgəndər bəy.  Tarix-i aləmaray-i Abbasi (Abbasın 

dünyanı bəzəyən tarixi), farscadan tərcümənin,  ön sözün, şərhlərin 

və göztəricilərin müəllifi AMEA-nın müxbir üzvü,  t.e.d., prof. 

Oqtay Əfəndiyev,  t.e.n. Namiq Musalı. Bakı,  Təhsil,  2009.

26. NuriH.N.  "Beyraq-e şir o xorşid”. / / Iranşehr, II.  Tehran, 

1343 h.ş., s.  946-955.

27.  Osmanlı Arşivinde Bulunan Muahedenamelerden Ornekler. 

Devlet Arşivleri Genel Müdürlü-gü yayınları, Ankara,  2000.

28.  Papadopoulo A. islam and Muslim Art,  tr. R.E.  Wolf. New 

-York,  1979.

29.  Sir John Chardin.  Travels in Persia.  University Press, 

Cambridge,  1927.

30. Shahbazi A.Sh.  «Flags o f Persia». //Encyclopedia Iranica, 

X/1,  1999, p.  12-27.

31.  SümerF.  Safevi devletinin kuruluşu ve gelişmesinde 

Anadolu türklerini rolu.  Tark Tarih Kurumu Basımevi, Ankara, 

1999.

32.  Sümer F.  Türk devletlerinde şahıs adları,  c.  2.  Türk 

dünyası Araştırmaları  Vakfı, İstanbul,  1999.

33. Şah ismayıl Xətai.  Əsərləri, 1 c. Bakı,  1975.

34.  Şah İsmayıl Xətayi.  Əsərləri.  Bakı,  Şərq-Qərb,  2005.

35.  Tavarnier J.B.  Tavernier Seyahatnamesi.  Çeviren  Teoman 

Tunçdoğan. Kitab  Yayınevi,  istanbul, 2006.

36.  Tekin B.B.  Safevi Dönemi 16.  Yüzyıl Aslan tasvirli 

Mirac minyatürleri: Şah ismayıl Hatainin  Yaklaşımı Açısından 

Degerlendirme. //Türk Kültürü ve Hacı Bektaş  Veli Araştırma 

Dergisi, sayı 64,  2012, s.  102-103.

37.  Terry E. A  Voyage to East India. London,  1677.

38.  The Metropolitan Museum o f Art, Accession Number: 

38.167 -  Metmuseum.org

39.  Titley N.M. Persian Miniature Painting and Its Influence 

on the Art o f Turkey and India, London,  1983.

40.  Venesiyalilar Şah  Təhmasibin sarayında.  (Mikele Membre 

və  Vinçenso Alessandri). İngilis dilindən tərcümə,  ön söz, giriş 

və şərhlər AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevindir. Bakı, 

Təhsil,  2005.

41.  Wright Denis.  Sir John Malcolm and the Order o f the Lion 

and Sun. //Iran,  the British Institute o f Persian Studies.  Vol.  17. 

London,  1979, p.  135-141.

Açar sözlər: Azərbaycan Səfəvi dövləti,  tuğ,  bayraq, I  Şah 

İsmayıl, I  Şah Abbas.

Ключевые слова: Азербайджанское государство 

Сефевидов, хоругви,  ф.юг,  шах Ис.маил I,  шах Аббас I.

Key words:  the Azerbaijan Safavi state,  tug, flag, Shah Ismail 

I, Shah Abbas I.

РЕЗЮМЕ 

Тофиг Наджафли

О знаменах  Азербайджанского государства Сефевидов

В начале XVI века азербайджанская государственность 

вступила на новый этап своего развития. Внук Узун Гасана 

шах Исмаил  I, завершил дело, начатое его дедом - объединил 

под своей властью все земли Азербайджана, заложив основу 

Азербайджанского государства Сефевидов со столицей в 

городе Тебризе.

Как и у других государств Азербайджана, Сефевидское 

государство обладала всеми государственными символами и 

одним из его основных атрибутов -знаменами.

Вошедшая в историю как государство, основанная на 

принципах азербайджанизма, тюркизма и ислама, знамена 

Азербайджанского государства Сефевидов отличались 

в период правления различных его правителей.  В статье 

автор, опираясь на источники того времени, дневники 

западноевропейских путешественников и миниатюры, 

вошедшие в различные произведения ХУГХУП веков, 

пытается привнести ясность в вопрос о знаменах 

Азербайджанского государства Сефевидов.

SUMMARY 

Tofig Najafli

On the flags of the Azerbaijani Safavi state

At the beginning of the  16th century, Azerbaijani statehood 

entered a new phase in its historical evolution. The grandson 

of Uzun Hassan, the prominent statesman Shah Ismail Khatai 

(1501-1524) completed the work begun by his grandfather, united 

the northern and southern lands of Azerbaijan under his rule and 

created a single, the centralized Azerbaijani Safavi state the capital 

city being Tabriz.

Like other Azerbaijani states, the Safavi state also had flags 

which considered as the symbols of the state and government and 

one of the main attributes of the state.

Flags of the Azerbaijani  Safavi state which was created in 

Azerbaijan, on the historical traditions and pure national ideology, 

as a state based on Azerbaijanism, Turkism and Islamic principles, 

distinguished under reign of the separate Safavi rulers. In the 

article, through using the sources of the time, diaries of Western 

European travelers, miniatures painted for separate works in the 

XVI-XVII centuries the author tried to illuminate flags of the 



Azerbaijani Safavi state.

lyul - Avqust  2017  № 04 (40)

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə