GiRİŞ Əsas anlayışlar



Yüklə 25,21 Kb.
tarix18.04.2018
ölçüsü25,21 Kb.
#39024


GİRİŞ

1. Əsas anlayışlar

Radiosiqnal vasitəsi ilə həyata keçirilən elektrik rabitəsi radiorabitə adlandırılır. Radiorabitə informasiya mənbəyi və informasiya alıcısı arasında məlumatın qarşılıqlı dəyişdirilməsi üçün təşkil edilir. Ötürülməsi nəzərdə tututlan informasiya məlumat kimi təqdim olunur. Məlumatı ötürmək üçün onu son abonent qurğuları, məsələn telefon və ya teleqraf aparatları vasitəsi ilə ilkin elektrik sinalına çevirirlər. Sonuncu ötürülən məlumatın növündən asılı olaraq telefon siqnalı, teleqraf siqnalı və s. adlandırılır.

Radirabitə iki radiostansiya arasında təşkil olunur: verici stansiya VSt və qəbuledici stansiya QSt (şək.1). İlkin elektrik siqnalları birləşdirici xətlər ilə ilkin elektrik siqnallarını vahid qrup siqna­lında (QS) birləşdirmək üçün nəzərdə tutulmuş A1 qurğusunun girişlərinə daxil olur. Bu QS radiove­riciyə ötürülür.

Şüalandırılması nəzərdə tutulan radiotezlikli siqnalın formalaşdırılması üçün nəzərdə tutulmuş qurğu radioverici (RV) adlandırılır. Girişdəki qrup siqnalı radiovericinin daşıyıcısını modulyasiya edir. RV-nin çıxışında yaranan radiotezlikli siqnal verici antennaya WA1 ötürülür.

Radiodalğaların şüalandırılması (qəbulu) üçün nəzərdə tutulan qurğu verici (qəbuledici) antena adlandırılır. Beləliklə verici WA1 və qəbuledici WA2 antennalar arasında radiodalğalar yayılır. Süni istiqamətləndirici xətləri olmayan mühitdə yayılan və -ə qədər tezliyə malik olan elektro­maq­nit rəqsləri radiodalğalar adlandırılır. Antena WA2 radiodalğanı radioqəbulediciyə (RQ) ötürülən radiotezlikli siqnala çevirir.

Verilən siqnalın (baxılan halda - QS) qəbuledilmiş radiotezlikli siqnaldan ayrılmasını təmin edən qurğu radioqəbuledici adlandırılır. Ayrılmış QS A2 qurğusuna daxil olur. A2 onu ilkin elektrik siqnallarına elə bölür ki, hər bir siqnal öz istifadəçisinə çatır. A1 və A2 qurğularında ilkin elektrik siqnallarının birləşdirilməsi və ayrılması kanalların tezlik üzrə bölünməsi1 (KTB) və kanalların zaman üzrə bölünməsi2 (KZB) əsasında həyata keçirilə bilər.

Girişlərinə telefon siqnalları verilən A1 qurğusunun çıxışında KTB üsulu ilə formalaşdırılan qrup siqnalı çoxkanallı telefon siqnalı3 (ÇTS) adlandırılır. Verici tərəfdə ÇTS formalaşdırılması qəbulda isə onun bölünməsi üçün istifadə olunan qurğu KTB ilə ötürmə sistemi avadanlığı (ÖSA) adlandırılır. A1 və A2 qurğuları ÖSA-nın verici və qəbuledici hissələri olur.

A1-dən əvvəl və A2-dən sonra olan ilkin elektrik siqnalları daxili və xarici küylərin təsiri nəticəsində fərqlənirlər.

Bir çox hallarda yuxarıda verilən terminləri: radioverici, radioqəbuledici, radiotezlikli siqnal onların qısaldılmış formaları: verici, qəbuledici, radiosiqnal ilə əvəz edirlər. Bundan əlavə bir çox hallarda radiodalğaları radiosiqnal da adlandırmaq olar. Adətən onları radiodalğaların yayılması və antenaların işi ilə əlaqədar bəzi proseslərin analizində fərqləndirirlər.

Radiodalğaların uzunluğunun şərti ad verilmiş müəyyən fasiləsiz hissəsi radiodalğa diapazonu adlandırılır. Şərti ad verilmiş tezlik zolağı isə tezlik diapazonu adlandırılır. Radiorele və peyk rabitə­sində istifadə olunan radiodalğalar cədvəl 1-də verilir.

Radiorele rabitəsi dedikdə desimetrlik və daha qısa dalğalı radiosiqnalların Yer səthində yer­ləşən stansiyalar vasitəsi ilə retransiyasiyasına əsaslanan radiorabitə başa düşülür. Radiorele rabitəsini təmin edən texniki vasitələr radiodalğaların yayıldığı mühit ilə birlikdə radiorele rabitə xətti yaradır. Burada istifadə olunan radiodalğalar iki yayılma mexanizminə malik olur: birinci - Yer dalğasının hesabına; ikinci - troposfer dalğasının hesabına.

Yer səthinin yaxınlığında yayılan dalğa Yer dalğası4 adlandırılır. Adətən 100 sm-dən qısa Yer radiodalğaları yalnız bir başa görmə məsafəsində yaxşı yayılır. Ona görədə böyük məsafələrdə radio­rele rabitə xətlərini qəbuledici-verici radiorele stansiyaları (RRS) zənciri şəklində qururlar. Qonşu stan­siyaları bir başa görmə məsafəsində yerləşən radiorele xətti bir başa görmə radiorele xətti adlandırılır (şək. 2а).

Yer səthindəki nöqtələr arasında yayılan troposfer radiodalğasının5 trayektoriyası bütöv­lük­də tro­posferdə yerləşir. 100 sm - dən qısa troposfer radiodalğasının enerjisi troposferin qeyri-həmcins­lik­lərində səpələnir. Bu zaman ötürülən enerjinin bir hissəsi 150 - 700 km məsafədə yerləşən qəbul­edici antennaya düşür. Belə RRS zənciri troposfer radiorele xətti (TRX) yaradır (şək.2б).

İstənilən RRS-də antenalar, qəbuledici-verici avadanlıq və köməkçi qurğular (telexidmət, xid­məti rabitə, гарантирован­ного электропитания və s. avadanlığı) quraşdırılır. RRX (TRX)-nın normal işini təmin edən avadanlıq kompleksi radiorele sistemi adlandırılır. RRX və TRX üçün bir sıra radiorele sistemləri işlənmişdir, məsələn КУРС, "Горизонт-M" və s.

Radiorele sistemində istifadə olunan modulyasiya növündən asılı olaraq TM analoq radiorele sis­tem­lərini (ARRS), rəqəm radiorele sistemlərini (RRRS) və s. fərqləndirirlər.


Peyk radiorabitəsi Yerin süni peykində (YSP) quraşdırılmış retransilyator vasitəsi ilə rabitədir (şək. 2в). Peyk rabitə xəttini (PRX) Yer üzərində yerləşən iki stansiya və YSP-də ki stansiya yaradır­lar. Birincilər Yer stansiyası6 (YS), ikinci isə kosmik stansiya7 (KS) adlandırılır. YS-dən fərqli olaraq RRX və TRX stansiyalarını yerüstü8 adlandırırlar. Peyk rabitə xətti iki hissədən ibarət olur: Yer - YSP və YSP - Yer.
2. Rabitə radiorele xətlərinin təsnifatı

RRX-nın təsnifatı ən əhəmiyyətli əlamətlər üzrə aparılır.

Radiodalğaların istifadə olunan yayılma mexanizminə nəzərən RRX və TRX fərqləndirilir.

Aid olduğu ilkin şəbəkənin növünə nəzərən magistral, zonadaxili və yerli RRX (və ya TRX) fərqləndirilir.

QS - in formalaşdırılması üsulundan asılı olaraq analoq və rəqəm RRX (və ya TRX) fərqləndirilir. Öz növbəsində analoq radiorele rabitə xətləri ilkin elektrik siqnallarının birləşdirilməsi (bölünməsi) üsulundan və daşıyıcının modulyasiyası metodundan asılı olaraq siniflərə bölünür: KTB və TM RRX (və ya TRX) və FİM - AM RRX (və ya TRX); təşkil olunan tonal tezlikli kanalların sayından asılı olaraq: azkanallı - ; orta buraxma qabiliyyətinə malik - ; böyük buraxma qabiliyyətinə malik - RRX (və ya TRX). Rəqəm RRX daşıyıcının modulya­siyasına nəzərən siniflərə bölünür: İKM - TM, İKM - FM və s; ikilik simvolların ötürülmə sürətindən asılı olaraq: kiçik - , orta - və yüksək - buraxma qabiliyyətinə malik.


3. Peyk rabitə sistemlərinin təsnifatı

Peyk radiorabitəsinin əsas xüsusiyyəti ümumi KS ilə çoxsaylı YS - in işləməsinin mümkün­lüyüdür. Belə iş ünvanlı təşkil oluna bilər, məsələn "hər bir YS hər biri ilə"prinsipi üzrə, həmçinin sirkulyar rejimdə. Bu rejimdə YSP vasitəsi ilə bir sıra PRX təşkil olunur. Bu PRX - lar bir neçə ümumi verici YS-ə, ümumi KS-ə və eyni növlü avadanlığa malik çoxsaylı qəbuledici YS - ə malik olur. Adətən bütün bu PRX - lar peyk rabitə sisteminin (PRS) tərkibinə daxil olur.

Əhatə olunan ərazidən, yerləşməsindən və mənsubiyyətindən asılı olaraq beynəlxalq, milli və təşkilati peyk rabitə sistemlərini fərqləndirirlər. Beynəlxalq PRS: beynəlxalq "İntersputnik" və "İntelsat", regional "Evtelsat", "Arabsat" və s. Milli PRS - lər də bütün YS - lər bir ölkə daxilində yerləşir. Təşkilati PRS - ləri bir təşkilata aid YS - lər arasında yaradılır.

Ötürülən ilkin elektrik siqnalının növündən asılı olaraq PRS - lər unversal çoxfunksiyalı və ixtisaslaşdırılmış olur. Birinci halda YS - lər müxtəlif növlü siqnallar ötürürlər. İkinci halda yalnız müəyyən növlü ilkin elektrik siqnalı ötürülür. İxtisaslaşdırılmış PRS - lərə misal olaraq televiziya yayımı siqnallarının sirkulyar ötürülməsi üçün peyk yayımı paylayıcı sistemlərini göstərmək olar.



PRS - lərdə analoq TM, həmçinin daşıyıcının İKM siqnal ilə müxtəlif modulyasiya üsulları (rəqəm modulyasiyası) geniş tətbiq olunur.


1 Частотное разделение каналов - frequency-dividing [frequency-division] channeling

2 Временное разделение каналов - time-dividing [time-division] channeling

3 Многоканальный телефонный сигнал - multichannel telephone signal, multiplexed telephone signal

4 земная волна - surface wave

5 тропосферная волна - tropospheric wave

6 земная станция - ground system, earth station, ground station, earth terminal, ground terminal

7 космическая станция - space station

8 наземная станция - earth station


Yüklə 25,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə