GiRİŞ: İnteqrasiya anlayişi və ona yanaşmalar



Yüklə 111,86 Kb.
Pdf görüntüsü
tarix28.08.2018
ölçüsü111,86 Kb.
#64961


GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA 

MÜXTƏLİF YANAŞMALAR

dos. Elşən BAĞIRZADƏ

UNEC 

“Beynəlxalq iqtisadiyyat” kafedrası 



Bakı - 2016


“İnteqrasiya” anlayışı

• “İnteqrasiya”(integration) sözünün iqtisadi 

ədəbiyyatlarda işlədilməsi 1940-cı illərdən əvvələ 

təsadüf edir.

– Bu söz ilk dəfə rəsmi olaraq 31 Oktyabr 1949-cu ildə Avropa 

İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının (OEEC) iclasında Paul 

Hoffman tərəfindən işlədilmişdir.

– Sözün kökü Latınca“bütövləşmə”, “bütövləşdirmə” mənaları 

daşıyan “integratio” sözünə dayanır.



“İnteqrasiya” anlayışı

• “İnteqrasiya”(integration) anlayışı yalnız fiziki və 

ya mexaniki bütövləşmə prosesini deyil, hər kəs 

tərəfindən qəbul edilən və etik və əxlaqi 

dəyərlərlə izah olunan bir qrup qaydalar və 

davranış qəlibləri çərçivəsində inkişaf edən 

prosesi ifadə edir.



“İnteqrasiya” anlayışına  siyasi 

yanaşmalar

• Abbe de Saint-Pierrenin (1658-1743) “Sonsuz Barış 



Layihəsi”;

• İmmanuel Kantın (1724-1804) “Əbədi Barış Haqqında 



Fəlsəfi Esse”si;

• Funksionalizm yanaşması;

• Federalizm yanaşması;

• Transsaksionalizm yanaşması;

• Neofunksionalizm yanaşması;

• Hökumətlərarası yanaşma;

• Sosial mühəndislik yanaşması;

• Marksist yanaşma;




“İnteqrasiya” anlayışına  iqtisadi 

yanaşmalar

• Klassik məktəb

– Adam Smith, “Xalqların sərvət”(1776): iki ölkə arasındakı 

ticarətdə gömrük vergilərini ortadan qaldırıb üçüncü ölkələrə 

qarşı ortaq gömrük vergisi tətbiq edilməsi halında, gömrük 

birliyinə doğru gedən ölkələrdəki istehsalçı və satıcılar 

bundan fayda əldə edəcəkdir.

– Robert Torrens, “Tarif siyasət haqqında risalələr” (1827): 

qarşılıqlı tarif müzakirələrinin çoxtərəfli tarif müzakirələrinə 

tərcih edilməsi zəruriliyini göstərilir. Çoxtərəfli tarif 

müzakirələrinin ticarət hədləri üzərində neqatif təsirə malik 

olduğu qeyd edilir.




“İnteqrasiya” anlayışına  iqtisadi 

yanaşmalar

• Neoklassik məktəb

– Sənaye kapitalizminin dünya bazarlarını üzünə 

açacaq sərbəst ticarətə duyduğu ehtiyacla əlaqədar 

olaraq, sərbəst xarici ticarəti müdafiə etmişlər.

– Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və 

ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc 

əldə edərlər. Bu səbəblə sərbəst ticarət dünya 

rifahını artırır və ticari məhdudiyyətlərdən daha 

faydalıdır. 




“İnteqrasiya” anlayışına  iqtisadi 

yanaşmalar

• Strukturalist məktəb

– İqtisadi inteqrasiyaların uzunmüddətli faydalarını 

nəzərə alamqla yanaşı, bu prosesə qoşulan ölkələrin 

qısamüddətdə ortaya çıxacaq mənfi nəticələri 

diqqətdə saxlamaları zəruridir.

– Ticarətin sərbəstləşdirilməsinin İEOÖ-lər üzərindəki 

uzunmüddətli təsirilə bağlı yetərli empirik sübut 

tapılmadığı üçün qısamüddətli nəticələrin diqqətə 

alınması daha əhəmiyətlidir.




İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• İqtisadi inteqrasiya anlayışının nəzəri araşdırmaları 

1950-ci illərdə başlamış və 1950-1965-ci illər arasında 

iki fərqli dövr keçmişdir:

– 1950-1960-cı illər arasında gömrük birliyi nəzəriyyəsi çərçivəsində 

istehsal, istehlak və ticarət axınları üzərindəki təsirləri 

araşdırılmışdır.

– 1960-cı ildən sonra isə regional ticarət sazişlərinin hər zaman 

müsbət nəticələr doğurmayacağı fikrindən hərəkət edərək, 

ölkələri inteqrasiyaya yönəldən səbəblər və məqsədlər müzakirə 

edilməyə başlanmışdır. H. Johnson, C. Cooper və B. Masselin 

tədqiqatları bu istiqamətdə önəmlidir və bunlar əsasən iqtisadi 

inteqrasiyaların İEOÖ-lər üzərindəki təsirini araşdırmışdır.



İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• İqtisadi inteqrasiya anlayışının ayrıca tədqiqi Jacob Vinerin 

araşdırmaları ilə başlamışdır. 

• Viner 1950-ci ildə Gömrük Birliyi Məsələsi (The Customs Union Issue) 

adlı əsərində görmürk birliklərini araştırmışdır:

– Gömrük Birliyi – birliyi təşkil edən ölkə iqtisadiyyatları arasında əmtəə 

hərəkətini məhdudlaşdıran xarici ticarət maneələrini ortadan qaldırıb xarici 

dünyaya qarşı ortaq gömrük siyasəti tətbiq edildiyi inteqrasiya formasıdır.

– Bu çərçivədə Viner gömrük birliklərinin statik təsirləri kimi “ticarət yaradıcı” və 

“ticarət saptırıcı” effektlərini araşdırmışdır:

• “Ticarət yaradıcı effekt” (trade creation): Bahalı yerli istehsalın gömrük birliyi 

daxilindəki digər üzv ölkədən gələn ucuz idxalat ilə əvəz edilməsidir.

• “Ticarət sapdırıcı effekt” (trade diversion): Gömrük birliyindən öncə üçüncü bir 

ölkədən gələn ucuz idxalatın yerini birlik daxilindəki daha bahalı idxalatın almasıdır.

– Ticarət yaradıcı effekt dünya rifahını artırdığı halda, ticarət sapdırıcı effekt isə 

dünya rifahını azaldır.




İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• James Meade

– Vinerin təhlili 1955-ci ildə Gömrük Birliyi Nəzəriyyəsi 

(The Theory of Customs Union) adlı əsəri ilə Meade 

tərəfindən inkişaf etdirilmişdir.

– Meade gömrük birliyinin istehlak effektlərini də təhlil 

etmiş və istehsalda hər zaman sabit xərclərin mövcud 

olmayacağını göstərərək, Vinerin “istehsalda sabit 

xərclər” fərziyyəsini də yumuşaltmışdır.




İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• R. Lipsey və K. Lancaster 

– 1957-ci ildə yazdıqları “İkinci Ən Yaxşının Ümumi Nəzəriyyəsi” (The 

General Theory of Second Best) adlı əsərlərilə iqtisadi inteqrasiya 

nəzəriyyəsinə “ikinci ən yaxşı nəzəriyyəsi” (the theory of second best) 

ilə mühüm xidmət göstərmişlər.

– Bu nəzəriyyəyə görə birinci ən yaxşı siyasət tam rəqabət və sərbəst 

ticarətdir. Çünkü bu siyasət ilə dünya rifahının ən yüksək səviyyəyə 

çıxarılacağı optimal şərtlər reallaşdırılmaqdadır.

– Tam rəqabət və sərbəst ticarətin təmin edilə bilmədiyi vəziyyətdə üzv 

ölkələrə qarşı ticarət sərbəstləşdirildiyi halda, üçüncü ölkələrə qarşı 

gömrük tarifinin tətbiq edildiyi gömrük birlikləri ikinci ən yaxşı 

siyasətdir.



İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• Jaroslav VANEK və Murray KEMP 

– Gömrük birliklərinin ticarət həddləri üzərindəki 

təsirlərini araşdıraraq iqtisadi inteqrasiya 

nəzəriyyəsinə xidmət etmişlər.

– Vanek 1965-ci ildə yazdığı “Beynəlxalq 



Diskriminasiyanın Ümumi Tarazlığı” (General 

Equilibrium of Internatonal Discriminaton: The 

Case of Customs Union) adlı tədqiqatı ilə ümumi 

tarazlıq təhlili çərçivəsində mövzunu 

qiymətləndirmişdir. 



İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• Jan TINBERGEN

– 1954-cü ildə yazdığı Beynəlxalq İqtsadi İnteqrasiya” 

(Internatonal Economic Integraton) adlı kitabında iqtisadi 

inteqrasiyanı beynəlxalq iqtsadi əməkdaşlığın ən münasib 



səviyyəyə yüksəldilməsi kimi ifadə etmişdir.

– İqtisadi inteqrasiyanın neqativ və pozitiv formalarını ayırmışdır:

• Neqatv inteqrasiya – ortaq nəzarət mexanizmi altında milli siyasətlər 

və iqtisadiyyatlar arasındakı diskrimnasiyanın aradan qaldırılmasını 

nəzərdə tutur.

• Pozitv inteqrasiya – ölkələrin ən azından bəzi səlahiyyətlərini ortaq 

qurumlara və ya ortaq mexanizmlərə ötürməsini nəzərdə tutur.

– Tinbergenə görə praktikada hər iki formalı inteqrasiya birlikdə 

reallaşır.



İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• Bela BALASSA

– 1974-cü ildə yazdığı “İqtsadi İnteqrasiyanın Tipləri” (Types of Economic 

Integraton) adlı kitabında iqtisadi inteqrasiyanı bir proses kimi müxtəlif 

milli dövlətlərə aid iqtsadi vahidlər arasındakı diskriminasiyanı ortadan 

qaldırmaya istqamətlənmiş tədbirlərin alınması; bir vəziyyət kimi isə 

milli iqtsadiyyatlar arasında diskriminasiyanın olmaması şəklində ifadə 

etmişdir.

– Balassaya görə iqtisadi inteqrasiya müxtəlif iqtisadiyyatların könüllü şəkildə 

qarşılıqlı asılılıqlarını artırdıqları bir prosesdir.

– Bu prosesdə inteqrasiyalar ən aşağı səviyyədən ən yüksək səviyyəyə qədər

tcarətn sərbəstləşdirilməsindən (trade integraton) başlayaraq, istehsal 

faktorlarının hərəkətnin sərbəstləşdirilməsi (factor integraton)milli 

iqtsadi siyasətlərinin uyğunlaşdırılması (policy integraton) və bütün bu 

siyasətlərin tamamilə eyniləşdirilməsinə (total integraton) qədər gedə 

bilir.



İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• Ballasaya (1961-ci ildə yazdığı “İqtsadi İnteqrasiya 



Nəzəriyyəsi-The Theory of Economic 

Integraton”kitabda) görə iqtisadi inteqrasiyanın 

mərhələsi aşağıdakılardır:

– Sərbəst ticarət sazişi (Free Trade Agreement): 

– Gömrük Birliyi (Customs Union);

– Ortaq Bazar (Common Union);

– İqtisadi Birlik (Economic Union);

– Tam iqtisadi inteqrasiya (Total Economic Integration);




İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• Robert Z. LAWRENCE

– 1996-cı ildə yazdığı “Regionalizm, Çoxtərəflilik 

və Dərin İnteqrasiya” (Regionalism, 

Multilateralism and Deeper Integration) 

kitabında “dərin” və “dayaz”



 

inteqrasiya 

anlayışlarını ayırmışdır.

– Dərin inteqrasiya sərhədlərdəki maneələrin 

qaldırılmasından da geniş bir inteqrasiya 

olduğu halda, dayaz inteqrasiya ticarətin 

sərbəsləşdirilməsilə məhdudlaşır.



İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• Peter Robson

–Beynəlxalq iqtisadi inteqrasiyanı “bir-

birindən ayrı milli iqtsadiyyatların daha 

böyük iqtsadi bloklar və ya birliklər 

formasında insttutsional birləşməsi” 

kimi ifadə edir.




İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• Ali El-Agraa

–İqtisadi inteqrasiyaların elementi kimi 

ticarətdə diskriminasiyanın aradan 

qaldırılması ilə yanaşı ölkələr arasında 

əməkdaşlıq və koordinasiyanın təmin 

edilməsini də qeyd edir.



İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• Ali El-Agraa

–İqtisadi inteqrasiyaların elementi kimi 

ticarətdə diskriminasiyanın aradan 

qaldırılması ilə yanaşı ölkələr arasında 

əməkdaşlıq və koordinasiyanın təmin 

edilməsini də qeyd edir.



İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• John Pinder

– İnkişaf etmiş ölkələr arasındakı inteqrasiyada siyasət 

uyğunlaşdırılmasının inteqrasiyanın mühüm elementi 

olduğunu qeyd edərək, iqtisadi inteqrasiyanı üzv 

ölkələrin iqtisadi vahidləri arasında diskriminasiyanın 

aradan qaldırılması və rifahla bağlı hədəflərin 

reallaşdırılmasını təmin edəcək formada 

koordinasiyalı və ortaq siyasətlərin formalaşdırılması 

və tətbiqi kimi ifadə etmişdir.




İqtisadi inteqrasiya nəzəriyyəsinin 

formalaşması

• Imre VAJDA

– İqtisadi inteqrasiyanın aşağıdakı formalarını 

ayırır:


• Bazar inteqrasiyası (market integraton): 

Ticarətin sərbəstləşdirilməsini nəzərdə tutur.

• İstehsal və inkişafın inteqrasiyası (producton 

and development integraton): İstehsal və 

inkişafın milli səviyyədən millətlərarası 

səviyyəyə yayılmasını nəzərdə tutur.



İqtisadi inteqrasiya haqqında 

iqtisadçıların razılaşdığı 3 fikir

• İqtisadi inteqrasiya əsasən əmək bölgüsünə 

əsaslanır.

• İnteqrasiyanın irəli mərhələsində əmtəələrin

xidmətlərin və istehsal faktorlarının sərbəst 

hərəkəti nəzərdə tutulur.

• İqtisadi inteqrasiya əmtəə və xidmətlər ilə 

istehsal faktorlarının mənbəyi və gedəcəyi 

yerdən asılı olmayaraq eyni yanaşmaya məruz 

qalmasını tələb edir.




İqtisadi inteqrasiyanın 3 forması

• Milli inteqrasiya – bir ölkə sərhəddləri çərçivəsində 

müxtəlif regionların inteqrasiyasını nəzərədə tutur.

• Beynəlxalq iqtsadi inteqrasiya – müxtəlif ölkələrin 

bir region çərçivəsində birləşməsini nəzərdə tutur.

• Dünya inteqrasiyası – müxtəlif regional qrupların 

birləşməsi və vahid bir iqtisadi və siyasi birlik halına 

çevrilməsi nəzərdə tutulur.




Mənbələr

1.

H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama



İstanbul, 2015.

2.

P.  Krugman  and M.  Obsteld, 



 

International  Economics:  Theory 

and Policy, Seventh Edition Pearson – Addison Weasley. 

3.

C. BALKIR. Uluslararası Ekonomik Bütünleşme: Kuram, Politika 



ve  Uygulama  –  AB  ve  Dünya  Örnekleri.  İstanbul  Bilgi 

Üniversitesi Yayınları, İstanbul, 2010.

4.

E.  ERTÜRK.  Uluslararası  İktisadi  Birleşmeler.  Vipaş,  Bursa, 



2002. 

5.

A.  E.  AGRAA.  European  Union  Economics  and  Policies



Cambridge University Press, 2007.

6.

Ə.  Bayramov,  Regional  iqtisadi  inteqrasiya:  nəzəriyyə  və 



praktika, Bakı, 1997.

Document Outline

  • Slide 1
  • “İnteqrasiya” anlayışı
  • “İnteqrasiya” anlayışı
  • “İnteqrasiya” anlayışına siyasi yanaşmalar
  • “İnteqrasiya” anlayışına iqtisadi yanaşmalar
  • “İnteqrasiya” anlayışına iqtisadi yanaşmalar
  • “İnteqrasiya” anlayışına iqtisadi yanaşmalar
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması
  • Slide 22
  • İqtisadi inteqrasiyanın 3 forması
  • Mənbələr

Yüklə 111,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə