GiRİŞ Mövzunun aktuallığı



Yüklə 177,03 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü177,03 Kb.
#74650


GİRİŞ 

 

Mövzunun  aktuallığı:  «Azərbaycan  Respublikası  demokratik,  hüquqi, 

dünyəvi, unitar dövlət kimi»



 

mövzusu milli konstitusiya hüququ elmində ən aktual 

məsələlərdən biridir. Bu isə təsadüfi deyil. Məlum olduğu kimi Sovetlər Birliyinin 

dağılması  ilə  Azərbaycan  Respublikası  öz  müstəqilliyini  əldə  etmiş,  bütün 

sahələrdə  (iqtisadiyyat,  mənəviyyat  və  s.)  olduğu  kimi  hüquq  sahəsində  də  köklü 

islahatlar  həyata  keçirilməyə  başlanılmışdır.  Ölkəmiz  müstəqilliyini  qazandıqdan 

sonra  öz  hüquq  sistemini  milli  dəyərlərimizi  də  nəzərə  almaqla  Avropa 

standartlarına  uyğun  olaraq  qurmağa  başlamışdır.  Hər  şeydən  əvvəl,  Azərbaycan 

Respublikası özünün demokratik, hüquqi, dünyəvi və unitar dövlət olmasını bəyan 

etmiş,  demokratiklik,  hüquqilik,  dünyəvilik  və  unitarlığın  daha  da  inkişafı 

istiqamətində bir sıra işlər görmüşdür. Təsadüfi deyil ki, Azərbaycan Respublikası 

Konstitusiyasının  preambulasında  Azərbaycan  xalqının  bəyan  etdiyi  niyyətlərdən 

biri  məhz  xalqın  iradəsinin  ifadəsi  kimi  qanunların  aliliyini  təmin  edən  hüquqi, 

dünyəvi  dövlət  qurmaqdır.  Konstitusiyanın  7-ci  maddəsinin  birinci  hissəsində  isə 

deyilir: «Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır». 

Deyilənləri nəzərə alsaq,  buraxılış  işinin son  dərəcə  aktual  bir mövzunun  təhlilinə 

həsr olunduğunun şahidi ola bilərik. 

Tədqiqatın  məqsədi:  Bu  tədqiqatın  əsas  məqsədi  «Azərbaycan  Respublikası 

demokratik,  hüquqi,  dünyəvi,  unitar  dövlət  kimi»  mövzusunu  nəzəri-hüquqi 

aspektdən  araşdırmaq,  dövlətin  demokratiklik,  hüquqilik,  dünyəvilik  və  unitarlıq 

anlayışlarını müəyyən edib onların əlamətlərini təhlil etmək, hüquqi əhəmiyyətin-

dən  bəhs  etmək  və  nəzəri  baxımdan  bu  əlamətlərlə  bağlı  bir  sıra  mülahizələr  irəli 

sürməkdir. 



Tədqiqatın  obyekti:  Hər  şeydən  əvvəl  qeyd  edək  ki,  «Azərbaycan 

Respublikası demokratik, hüquqi, dünyəvi, unitar dövlət kimi»  mövzusu geniş bir 

mövzudur  və  onu  bir  sıra  aspektlərdən  yanaşaraq  təhlil  etmək  olar.  Belə  ki,  bu 



 

institutu  nəzri-hüquqi  aspektlə  yanaşı,  siyasi,  tarixi  və  s.  prizmalardan  da 



araşdırmaq  mümkündür.  Lakin  buraxılış  işinin  tədqiqat  obyekti  məhz  hüquqi 

baxımdan  «Azərbaycan  Respublikası  demokratik,  hüquqi,  dünyəvi,  unitar  dövlət 

kimi»  mövzusu,  bu  əlamətlərin  xüsusiyyətləri  və  hüquqi  əhəmiyyətinin  tədqiq 

olunmasıdır.  Qeyd  etmək  lazımdır  ki,  «Azərbaycan  Respublikası  demokratik, 

hüquqi, dünyəvi, unitar dövlət kimi» mövzusunun digər aspektlərdən təhlili ayrıca 

və  xüsusi  tədqiqat  obyektləri  olduğundan  bizim  bu  məsələləri  də  tədqiqata  cəlb 

etməyimizə nə qarşıya qoyduğumuz məqsəd, nə də ki, buraxılış işinin həcmi imkan 

verə bilər. Bu baxımdan buraxılış işində vahid sistematik xətt gözlənilərək qarşıya 

qoyulmuş  məqsədə  nail  olmaq  üçün  «Azərbaycan  Respublikası  demokratik, 

hüquqi,  dünyəvi,  unitar  dövlət  kimi»  mövzusu  nəzri-hüquqi  baxımdan  təhlili 

tədqiqat obyekti olaraq seçilmişdir. 

Tədqiqatın predmeti: Bu tədqiqat işinin predmetini «Azərbaycan Respublikası 

demokratik,  hüquqi,  dünyəvi,  unitar  dövlət  kimi»  mövzusu,  bu  əlamətlərin  təhlili 

və hüquqi əhəmiyyəti təşkil edir. 

Buraxılış  işinin  strukturu  və  həcmi:  Buraxılış  işinin  strukturu  ardıcıl  və 

sistemli  şəkildə  qurulmuşdur.  Belə  ki,  buraxılış  işi  giriş,  beş  fəsil  və  nəticə 

hissələrindən ibarətdir. 

Girişdə  mövzunun  aktuallığından,  eləcə  də  tədqiqatın  məqsədi,  obyekti, 

predmeti,  buraxılış  işinin  strukturu  və  həcmi,  onun  təcrübi  əhəmiyyəti  və  elmi 

yeniliyindən danışılır. 

fəsildə 


Azərbaycan 

Respublikasının  demokratiklik  əlaməti  və 

xüsusiyyətlərindən bəhs olunur. 

II fəsil Azərbaycan Respublikasının hüquqilik əlamətinə həsr olunmuşdur. Bu 

fəsildə Azərbaycan dövlətinin hüquqilik  xüsusiyyətlərindən danışlır. 

«Azərbaycan  Respublikası  dünyəvi  dövlət  kimi»  adlı  üçüncü  fəsil  daxilində 

Azərbaycan dövlətinin dünyəvilik xüsusiyyətlərindən söhbət açılır. 



 

IV  fəsildə  isə  Azərbaycan  Respublikasının  unitarlıq  əlaməti  tədqiqata  cəlb 



olunur. 

fəsildə 



Azərbaycan 

dövlətinin  respublika  idarəçilik  formasının 

xüsusiyyətləri araşdırılır.  

Nəticə  hissəsində  buraxılış  işinin  dörd  fəslində  tədqiq  edilən  məsələlərə  qısa 

yekun vurulur. 

Buraxılış  işinin  sonunda  istifadə  olunana  ədəbiyyat  siyahısı  öz  əksini 

tapmışdır. 

Mövzunun  təcrübi  əhəmiyyəti:  «Azərbaycan  Respublikası  demokratik, 

hüquqi,  dünyəvi,  unitar  dövlət  kimi»  mövzusu  mühüm  təcrübi  əhəmiyyətə 

malikdir.  Çünki  konstitusiya  hüququ  elmində  bu  məsələnin  düzgün  və  hərtərəfli 

təhlili təcrübədə Azərbaycan Respublikasının bütövlükdə hüquq sisteminin normal 

qurulmasına və demokratiyanın təmin olunmasına gətirib çıxara bilər. Bununla da 

nəzəriyyə  və  təcrübədə  bu  məsələnin  araşdırılmasına  ehtiyac  məhz  yuxarıdakı 

zərurətlərdən qaynaqlanır. 

Buraxılış işinin elmi yeniliyi: Buraxılış işinin elmi yenilikləri aşağıdakılardır: 

1.  Hüquq  ədəbiyyatında  ayrı-ayrı  hüquqşünas  alimlərin  «Azərbaycan 

Respublikası demokratik, hüquqi,  dünyəvi,  unitar  dövlət kimi»  mövzusu  ilə bağlı 

mövcud olan fikirləri sistemləşdirilmişdir; 

2. «Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, unitar dövlət kimi» 

mövzusu ilə bağlı bir sıra mülahizə və təkliflər irəli sürülmüşdür. 

Beləliklə,  buraxılış  işində  yuxarıda  sadaladığımız  elmi  yeniliklərlə  qarşıya 

qoyduğumuz  məqsədə  nail  olaraq  dövlət  və  hüquq  nəzəriyyəsi  elminə  fayda 



verməyə çalışılmışdır. 

 

Yüklə 177,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə