GİRİŞ
Tarixin inkişaf mərhələləri
İnsanların necə yaşadıqlarını, onların həyatında hansı hadisələrin baş verdiyini, həyatının necə və nə üçün dəyişib
indiki şəkilə düşdüyünü öyrənən elm tarix adlanır. Tarix aşağıdakı dövrlərə bölünür:
1.
Qədim dünya tarixi. İbtidai icma quruluşu və quldarlıq dövrünü (ən qədim insanların yaranmasından quldarlıq
quruluşunun tənəzzülü və Qərbi Roma imperiyasının süqutuna qədərki dövrü) əhatə edir.
2.
Orta əsrlər tarixi. Feodalizm dövrünü (feodal münasibətlərin yaranmasından kapitalzmin yaranmasınadək olan
dövrü) əhatə edir.
3.
Yeni tarix. 1640-cı ildən 1918-ci ilədək olan dövrü (İngiltərə burjua inqilabının başlanmasından I Dünya
müharibəsinin başa çatmasına qədərki dövrü) əhatə edir.
4.
Ən yeni tarix. 1918-ci ildən indiki dövrə qədər olan mərhələni əhatə edir.
Qədim dövrün öyrənilməsində mühüm rol oynayan elmlər
Qədim dövrün öyrənilməsinə aşağıdakı elmlərin böyük rolu vardı:
•
Arxeologiya - insanların həyatını maddi mənbələr əsasında öyrənir.
•
Antropologiya – insanın xarici görkəmini öyrənir.
•
Etnoqrafiya - müxtəlif xalqların həyatını öyrənir.
•
Xronologiya - tarixdə baş vermiş hadisələri zaman ardıcıllığı ilə öyrənir.
•
Paleoqrafiya - qədim yazıları öyrənir.
•
Heraldika - möhür, emblem və nişanları öyrənir.
•
Numuzmatika - pulların tədqiqi ilə məşğul olur.
QEYD: Arxeologiya ilə məşğul olan, qazıntı işi aparıb maddi mənbələri öyrənən alim arxeoloq,
Antropologiya ilə məşğul olan, insan skletinə əsasən onu öyrənən alim isə antropoloq adlanır.
Tarixi mənbələr
Qədim dövrlərdən başlayaraq insanların həyatını öyrənməyə imkan verən tarixi mənbələr iki qrupa bölünür:
1. Maddi mənbələr. Maddi mənbələrə maddi mədəniyyət abidələri ( qədim yaşayış məskənləri, qəbir abidələri və
arxeoloji qazıntılar zamanı əldə edilmiş əmək alətləri, məişət əşyaları, silahlar, bəzək əşyaları və.s) aiddir. Bu abidələr
qədim övrü öyrənmək üçün ən çox əhəmiyyətli tarixi mənbələrdir.
2. Yazılı mənbələr. Yazılı mənbələrə müxtəlif dövrlərə aid heroqlif, mixi kitabələr və.s yazılı abidələr aiddir. Qədim
insanlar ilk vaxtlar yazını daşl, sümük və gil lövhələr, papirus üzərində yazırdılar. Yazı dövlətin yaranması ilə eyni vaxtda
meydana gəlmişdi. Ən qədim yazılar e.ə IV minilliyin ikinci yarısına aiddir.
Tarixin inkişaf mərhələləri
Ən qədim dövrlərdən III-V əsrlərədək
Qədim dünya tarixi
İbtidai icma
Quldarlıq
Orta əsrlər tarixi
Feodalizm
Kapitalizm
III-XVII əsrlər
Yeni və Ən yeni tarix
XVII əsrin 40-cı illərindən indiyədək
Əsr, yüzillik və minillik
Gün, ay, il, əsr zaman ölçüləridir. Tarix 1000, 100, 50, 25 illərə bölünür. 100 il = 1 əsrə, 50 il = yarım əsrə, 25 il = 1
rübə (qərinəyə) bərabərdir. Tarixi hadisələrin xronoloji baxımdan ardıcıl düzülüşü zaman oxu və ya tarixi lent adlanır.
Zaman oxu ilə bağlı aşağıdakılar bilmək lazımdır:
•
Verilən hadisələrin hər ikisi eyni eraya aid olduqda bu hadisələri əks etdirən böyük rəqəmdən kiçik rəqəmi çıxmaq
lazımdır.
•
Verilən hadisələrin biri bizim eraya, digəri isə bizim eradan əvvələ aid olduqda həmin hadisələri əks etdirən
rəqəmləri toplamaq lazımdır.
Tarixi təqvimlər
Qədim insanlar həyatlarında baş verdiyi əlamətdar hadisələri birinci il adlandırırdılar. Məsələn, qədim yunanlar öz
tarixlərini ilk Olimpiya oyunlarının başlanmasından (e.ə 776-cı ildən), qədim romalılar isə Roma şəhərinin salınmasından
(e.ə 753-cü ildə) hesablayırdılar. Hazırda dünyada iki təqvimdən geni. istifadə olunur:
•
Miladi təqvimi. İsa peyğəmbərin anadan olması bizim era (b.e) və ya xristian erasının (miladi təqviminin)
başlanğıcı hesab olunur. Birinci ildən əvvəl olan dövr isə bizim eradan əvvəl (b.e.ə) adlanır. Dünya xalqlarının
əksəriyyətinin qəbul etdiyi miladi təqvimində il 365 gün, 6 saatdır. Hər 4 ildən bir il 1 gün uzanır.
•
Hicri təqvimi. E.ə 622-ci ildə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi hicri eranın başlanğıcı
hesab olunur. Hicri tarixində zaman ölçüsü olaraq Ay ilindən istifadə edilir. Ay ilinin bir ayı 29,5 gündür. Bir ay
ili isə 354 gündən ibarətdir. Lakin Ay ili günəş ilindən fərqli olaraq 11 gün qısadır. Hicri təqvimindən əsasən
İslam ölkələrində istifadə olunur. İranda Günəş hicri təqvimindən istifadə olunur. Bu təqvimdə il 365 gün olur.
Qədim Misir kahinləri günəş ili hesablamasına əsaslanan təqvim yaratmışdılar. Roma imperatoru Yuli Sezar isə bu
təqvimi daha da təkmilləşdirmişdi.
QEYD: Miladi təqvimindən Hicri təqviminə keçmək üçün aşağıdakı düsturdan istifadə olunur:
Hicri = Miladi - 622
+ (Miladi-622) : 33
İBTİDAİ İCMA QURULUŞU
Ən qədim insan izləri
Yer üzərində ən qədim insanların izləri Şərqi Afrika və Asiya qitəsində aşkar olunmuşdur. Alimlər Daş dövründə
yaşamış qədim insan skeletinin qalıqlarına əsasən onun xarici görkəminin necə olduğunu aşağıdakı kimi müəyyən etmişlər:
•
Qolları çox uzun olub dizlərinə çatırdı. Onlar bu əllərlə sadə işlər görürdülər.
•
Ağacların budaqlarından meyvə yığırdılar.
•
Torpağı ucu iti sivri daşla, ucu şiş ağacla qazaraq meyvə kökü və s. toplayırdılar.
•
İlk zamanlar sürü halında («ulu icma») yaşayırdılar.
•
Sərbəst danışa bilmirdilər. Lakin qırıq-qırıq səslərlə ünsiyyət yaradırdılar.
•
Təhlükə zamanı qorxu bildirən səslər çıxararaq, bir-birlərini xəbərdar edir və ya köməyə çağırırdılar.
Ən qədim insanların ilk əmək alətləri dəyənək, itiuclu ağac və sivri daşlar, ilk məşğuliyyəti isə yığıcılıq və ovçuluq
olmuşdur. Zaman keçdikcə insanlar daşdan və sümükdən əmək alətləri hazırlamışlar. Əmək aləti düzəltmək üçün hər cür
daşdan istifadə olunmurdu. Daha çox vulkanik şüşə (dəvəgözü), çaxmaqdaşı və əhəngdaşını seçirdilər. Çünki bu növ daşlar
zərbə nəticəsində asan parçalanır, iti yanları olan qəlpələr əmələ gəlirdi.
İlk əmək alətləri
Odun əldə edilməsi
Hələ insanlar odla Qədim Daş dövründən — Alt Paleolitdən tanış idilər. İbtidai insanlar ilk zamanlar təbiətdə şimşək
çaxması, meşə yanğınları, vulkan püskürməsi zamanı gördülər ki, bu hadisələr nəticəsində yaranan od onları soyuqdan,
yırtıcı heyvanlardan qoruyur. İnsanlar da əsasən bu hadisələrdən istifadə edərək ocaq qalayır, onun ətrafına yığılırdılar.
İnsanlar artıq odun faydasını bildikləri üçün onu sönməyə qoymurdular. Orta Paleolit dövründə insanlar (neandertallar)
tədricən çaxmaqdaşını bir-birinə vurmaqla və ya quru ağac parçalarını bir-birinə sürtməklə süni yolla od əldə etməyi
bacarırdılar.
Qədim insanların təsərrüfat həyatı
«Ağıllı insan»lar («Homo sapiens»lər) yeni əmək vərdişləri qazanır, əmək alətlərini təkmilləşdirirdilər. Üst
Paleolitdə qəbilə icması formalaşdı. Qəbilə qan qohumluğu əsasında yaranır, anaxaqanlığı (matriarxat) formalaşırdı. Orta
Daş dövründə (Mezolit) ovçuluqda olan yenilik — ox və kamanın ixtirası insanların ətə olan ehtiyacını təmin etdi. Onlar iri
heyvanları ovlayır, balalarını isə tutub xüsusi düzəldilmiş küzdə* saxlayır, əhliləşdirirdilər. Beləliklə, ovçuluqdan maldarlıq
yaranmağa başladı. Toxumun yerə düşüb cücərdiyini görən qadınlar sonralar özləri onu yumşaltdıqları torpaq sahələrinə
səpir və yenidən məhsul alırdılar. Əvvəllər taxıl əllə toplanırdı. Sonralar sünbülü biçmək üçün yeni əmək aləti — oraq
yarandı. Oraq sümükdən hazırlanırdı.
Yeni Daş dövründə qədim insanlar toxa əkinçiliyi ilə su mənbəyinə yaxın olan münbit torpaqlı sahələrdə məşğul
olurdular. Ən qədim əkinçilərin ilk məskənləri daha əlverişli şəraitə malik olan Ön Asiya ərazisində olmuşdur. Burada arpa
və buğda əkilirdi. Qida ehtiyatı, taxıl, ət, süd və s. məhsulları saxlamaq üçün onların qablara ehtiyacı var idi. İnsanlar gilin
odda bişərək bərkidiyini görüb, ondan keyfiyyətli gil qablar istehsal etməyə başlamışlar. Dulusçuluqdan* başqa, dəri işləmə
də ibtidai insanların mühüm peşəsi olmuşdur. Beləliklə, tədricən qəbilə icmalarında sənətkarlığın müxtəlif sahələri meydana
gəlir və formalaşırdı.
QEYD; İlk metal əldə olunanadək ən qədim insanlar Daş dövrünün Qədim, Orta və Yeni Daş dövrü mərhələlərini
yaşamışlar. Daş dövrünü Eneolit (Mis-daş), Tunc və Dəmir dövrləri əvəz etmişdir.
Metalın kəşf olunması. Xış əkinçiliyi.
Eneolit dövründə insan metalı (misi) kəşf etdi. Mis nisbətən yumşaq metal olduğu üçün ondan hazırlanan alətlərdən
hər yerdə istifadə etmək olmurdu. Sonralar misə başqa qarışıqlar qatmaqla tunc alındı. Tuncdan hazırlanan alətlər daha
möhkəm olurdu. İbtidai insan metaldan yalnız əmək alətləri deyil, müxtəlif məişət avadanlığı və bəzək əşyaları da hazırlaya
bilirdi. Tunc dövründə toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu. Xış ilə daha geniş torpaq sahələri şumlanır, daha çox
məhsul yetişdirilirdi. Xış ağacdan hazırlanırdı.
Metal emalı və xış əkinçiliyinin yaranması nəticəsində:
İti uclu ağac
Dəyənək
Sivri daş
•
İnsanların əməyini daha məhsuldar oldu. Bu ağır işlərlə kişilər məşğul olurdular. Ona görə də kişilərin nüfuzu
artırdı. Nəticədə anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olundu.
•
Əkin sahələri genişləndi, mal-qaranın sayı artdı. Tədricən əkinçi və maldar tayfalar formalaşırdı. Onlar öz
məhsullarını bir-biri ilə mübadilə (dəyişmək) edirdilər.
Erkən Tunc dövründə birinci ictimai əmək bölgüsünün nəticəsində əkinçilik maldarlıqdan ayrıldı. Orta Tunc dövründə isə
ikinci ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq başqa istehsal sahələrindən (maldarlıq və əkinçilikdən) ayrılaraq
müstəqil sahəyə çevrildi.
Tunc dövründə varlılar — əyanlar, əsilzadələr və kasıblar — icmaçı kəndlilər və qullar meydana gəldi. Əmək alətlərinin
təkmilləşməsi ilə torpaq və mal-qara ayrı-ayrı ailələr arasında bölündü. Qəbilə icması qonşuluq icması ilə əvəz olundu.
İcmanın üzvləri icmaçı kəndlilər adlanırdı. Gil qabların hazırlanmasında dulus çarxından istifadə edilirdi. Sadə qablarla
yanaşı, naxışlı və boyalı qablar da hazırlanırdı. Müxtəlif parçalar toxumaq üçün sadə toxuculuq alətindən istifadə
edilirdi. Sənətkarlığın inkişafı Ön Asiya, Qədim Şərq, Qafqaz, o cümlədən Azərbaycan tayfaları arasında iqtisadi-mədəni
əlaqələrin yaranmasına təkan verdi.
Qəbilə icması
Qonşuluq icması
İbtidai icma cəmiyyətində mühüm kəşflər
Din
İbtidai insanların təsərrüfat həyatı ilə bağlı dini görüşləri formalaşırdı. Ovçular uğurlu ov üçün, əkinçilər günəşin
çıxması, yağış yağması üçün fövqəltəbii qüvvələrə dua edirdilər. İnsanlar fövqəltəbii qüvvələrin bütlərini düzəldir və bu
bütlərə sitayiş edirdilər.
Qədim dövrdə qəbir abidələri də müxtəlif idi:
İçərisi çıxarılıb mumiyalanaraq*, olduğu kimi və yandırılaraq külü qəbrə qoyulurdu.
Tayfa başçıları və varlı adamların qəbri üzərində kurqanlar* qurulurdu.
Ölülər daş qutu* və torpaq, küp və katakomba* qəbirlərdə dəfn edilirdi.
Hökmdar hakimiyyətinin böyüklüyünü göstərmək üçün müxtəlif abidələr tikilir, qayalar çapılaraq sərdabələr*
hazırlanırdı.
Tayfaların idarə olunması. Bərabərsizliyin yaranması.
İri yaşayış məskənində yerləşən bir neçə qohum qəbilə tayfa yaradırdı. Onların adət-ənənəsi eyni idi. Bir dildə
danışırdılar. Tayfanı ağsaqqallar idarə edirdilər. Tunc dövründə tayfa ağsaqqalları müxtəlif yollarla tədricən varlanmağa
başladılar. Onlar geniş məhsuldar torpaqlar ələ keçirirdilər. Yaşayış yerlərinin ətrafını möhkəm qala divarları ilə hasarlayır və
keşikçi dəstələri yaradırdılar.
Tayfa başçıları, ağsaqqallar, hərbi rəhbərlər və kahinlər* varlandıqca, Tunc dövrünün sonu — İlk Dəmir dövründə
cəmiyyətdə sosial bərabərsizlik yarandı. Varlılar — əyanlar, kasıblar — icmaçı kəndlilər, qullar meydana gəldi. Beləliklə,
ibtidai icma quruluşu dağıldı, dövlət formalaşdı. Tayfa başçıları tədricən hökmdara çevrildi. Bəzi məsələlərin həllində onlar
ağsaqqalları və hərbi başçıları toplayır, lakin son qərarı özləri çıxarırdılar.
Dulusçuluq
Ox və Kaman
Toxa və xış
Metal emalı
İbtidai icma quruluşunun süqutunu sürətləndirən amillər
Dövlətin əlamətləri
Yeni yaranan dövlətin özünəməxsus xüsusiyyətləri var idi. Həmin xüsusiyyətlər aşağıdakılar idi:
•
Dövləti padşah adlanan hökmdar idarə edirdi.
•
Müəyyən tarixi ərazidə formalaşırdı.
•
Hər bir dövlət paytaxt şəhərə malik idi.
•
Hər bir dövlət güclü orduya malik idi.
•
Hər bir dövlət xəzinəyə malik idi.
Dövlətin əlamətləri
Yazı
Dövlət yarandığı dövrdə yazı meydana gəldi. Dövlətə təsərrüfat və ticarət işləri ilə bağlı yazılı sənəd lazım idi. Bu işlə
məşğul olan adamlar haqq-hesab aparırdılar. Dövlətin ərazisində yaşayan kəndliləri siyahıya alırdılar. Hər bir kəndlinin
torpağı, mal-qarası, meyvə ağacı və ya borcu qeydə alınırdı. Yazını papirus, qamışdan hazırlanan lövhələr, gil lövhələr, daş,
dəri və s. materiallar üzərində yazırdılar.
İbtidai icma quruluşunun dövrləri
4.
Dəmir Dövrü
E.ə. II minilliyin sonu — I minillik
3.
Tunc dövrü
E.ə. IV minilliyin 2-ci yarısı — II minilliyin sonları
2.
Eneolit dövrü
(Mis-daş dövrü)
E.ə. VI—IV minilliyin 2-ci yarısı. Daş dövründən metal əsrinə keçid
1
Daş dövrü
İlk insan tipinin yaranmasından e.ə. VI minilliyədək
a)
Neolit
(Yeni Daş dövrü)
E.ə. VII—VI minilliklər
b)
Mezolit
(Orta Daş dövrü)
E.ə. XII—VIII minilliklər
c)
Paleolit
(Qədim Daş dövrü)
Üst Paleolit
Orta Paleolit
Alt Paleolit
İlk insan tipinin yaranmasından e.ə. XII minilliyə qədər davam etmişdir.
Hakimiyyətin nüfuzlu şəxslərin
əlində cəmləşməsi
Cəmiyyətdə sosial
bərabərsizliyin yaranması
İri tayfa ittifaqlarının
yaranması
Xəzinə
Paytaxt
Bayraq
Hökmdar
Ordu
TERMİNLƏR
Daş qutu
dörd tərəfi və üzəri sal daşlardan ibarət olan qəbir .
Dulusçuluq
gil qabların düzəldilməsi sənəti.
Küz
heyvanların saxlanması üçün ağac çubuqlarından, qamışdan hörülərək düzəldilən yer),
Kahin
dini mərasimləri icra edən şəxs.
Kurqan
torpaq təpə.
Katakomba
quyu qazılır, onun divarında qəbir oyuqlarına ölülər və əşyalar qoyulur, oyuğun ağzı çay
daşları ilə hörülürdü.
Mumiya
xüsusi maddə vasitəsilə çürüməkdən qorunmuş insan cəsədi.
Sərdabə
qəbir abidəsi.
SUAL VƏ TAPŞIRIQLAR
Zaman ölçüləri hansılardır?
Vaxtı nəyin əsasında hesablayırdılar?
Bir əsr, qərinə və rüb neçə ildir?
Bir minillik neçə əsrdir?
Romalılar vaxtı necə hesablayırdılar?
Qədim Misir kahinləri təqvim yaradarkən nəyə
əsaslanırdılar?
Hicri təqvimində zaman ölçüsü nədir?
Hicri təqviminin başlanması nə vaxtdan götürülür?
Hicrət nədir?
Ay və Miladi təqvimdə il neçə gündən ibarətdir?
Tarix elmi nəyə deyilir?
İbtidai icma cəmiyyətinin hansı mərhələlərə bölünür?
Daş dövrü təqribən neçə min il davam etmişdir?
Daş dövrünün hansı mərhələləri vardır?
Ən qədim insanların izlərinə harada təsadüf olunub?
İnsan heyvanlar aləmindən necə ayrıldı?
Hansı
amillər
ibtidai
insanları
bir-birilərinə
bağlayırdı?
Odun qorunub saxlanılması ilə kimlər məşğul
olurdular?
İnsanlar odu nə vaxt əldə etdilər?
Qədim insanların ilk əmək alətləri hansılar idi?
Qədim insanlar nə vaxt müasir insana çevrildilər?
İbtidai insan sürüləri nə vaxt daimi dəstələrə(qəbilələrə)
çevrildilər?
Qədim insanların ilk yaşayış yeri hara hesab olunur?
Yer üzündə buzlaşma nə vaxt istiləşmə ilə əvəz olundu?
Ox və kamanın kəşfinin nəticəsi nə oldu?
Qədim insanın ilk məşğuliyyəti nə idi?
İlkin maldarlıq və əkinçilik necə formalaşdı?
Toxa əkinçiliyi nəyə deyilir?
Toxa əkinçiliyinin yığıcılıqdan fərqi nə idi?
Ən qədim əkinçilik məskənləri haradan tapılmışdır?
Qədim insanların əhliləşdirdiyi ilk heyvan hansıdır?
Birinci ictimai əmək bölgüsü nədir?
Sənətkarlığın hansı sahələri inkişaf etmişdi?
Dulusçuluqda hansı uğurlar qazanıldı?
Metaldan istifadə olunması cəmiyyətdə nə kimi
dəyişiklik yaratdı?
İstehsal təsərrüfatına nələr daxildir? Maldarlıq və
əkinçilik.
Tayfa nəyə deyilir?
İnsanlar tərəfindən əldə edilən ilk metal hansıdır?
İbtidai icma dövrünün ən mühüm nailiyyəti hansılardır?
Qonşuluq icması necə yarandı?
Qonşuluq icmasının başlıca xüsusiyyətləri nələrdir?
İbtidai icma quruluşunun sonuncu mərhələsi hansıdır?
Tayfa başçılarının döyüşçü dəstələr saxlamaqda
məqsədi nə idi?
İbtidai icma quruluşunun dağılmasından dövlətin
yaranmasınadək
bəşəriyyətin
keçdiyi
mərhələlər
hansıladır?
Dövlətin əsas əlamətləri hansılardır?
Yazı nə vaxt meydana gəldi?
Yazı nə üzərində yazılırdı?
Qədim
dövlətlərin ərazisində yaşayan əhalinin
əksəriyyəti kimlərdən ibarət idi?
Qul əməyindən hansı sahələrdə istifadə olunurdu?
Toplanmış var-dövlətin, sərvətin daha çox hissəsi
kimlərə çatırdı?
İbtidai insanlar arasında dini görüşlər necə
formalaşdı?
Dostları ilə paylaş: |