Giriş (Ümumtəhsil məktəbində riyaziyyatın tədris konsepsiyası)



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19548
  1   2   3   4   5   6   7   8   9   ...   31


RİYAZİYYAT 



Riyaziyyat

2009

Gir. Riy. - 1



Giriş

 (Ümumtəhsil məktəbində riyaziyyatın tədris konsepsiyası) 

Məktəbdə riyaziyyatın tədris rolu və məqsədləri

Müasir dövrdə riyaziyyat insan fəaliyyətinin bütün sahələrində: elmdə və texnologiyalarda, 

tibbdə, iqtisadiyyatda, ətraf mühitin mühafizəsi və bərpaedilməsi-abadlığında, sosial qərarların 

qəbul edilməsində  geniş istifadə edilir. Eləcə də bəşəriyyatın inkişafında və müasir sivilizasiyanın 

formalaşmasında riyaziyyatın xüsusi rolunu qeyd etmək lazımdır.  İnformasiya və hesablayıcı 

texnologiyaların inkişafı, məkan-zaman strukturunun daha yaxşı dərk edilməsi, təbiətdə mövcud 

olan bir çox qanunauyğunluqların kəşf edilməsi və təsviri riyaziyyatın elmi və mədəni dəyərlərini 

daha aydın şəkildə göstərir. Çox vacib haldır ki, riyaziyyat insanın əqli imkanlarının inkişafı 

üçün imkan yaradır. O, effektiv, lakonik və ikimənalı olmayan kommunikasiya imkanlarını verir. 

Riyaziyyatdan istifadə etməklə çətin vəziyyəti əyani təsvir etmək, hadisələri izah etmək və onların 

nəticələrini şərh etmək mümkündür. Qanunauyğunluqları öyrənmək, vəziyyəti təhlil etmək və 

problemləri həll etmək üçün riyaziyyatda yaranmış abstrakt  sistemlər və nəzəri modellərdən 

istifadə edilir. 

Problemin həllində onun mahiyyətini dərk etmək, adekvat riyazi aparat seçmək, belə bir 

problem olmadıqda isə, - onu hazırlamaq; öyrəniləcək prosesi və ya obyektin düşünülmüş modelini 

yaratmaq, əldə edilən modelin vasitəsilə lazımi nəticələr çıxarmaq və sonra onların tətbiqi şərhini 

etmək vacibdir. Praktiki və ya elmi problemlər, öz növbəsində, riyaziyyatı əhəmiyyətli və maraqlı 

məsələlərlə təmin edirlər. Buna uyğun olaraq, tədris zamanı ətraf aləmin dərk edilməsində, sosial-

iqtisadi və ya texniki proseslərin idarə edilməsində, məişət və elmi problemlərin həll edilməsində 

və riyazi biliyin məntiqi sistemdə formalaşdırılması və ötürülməsində  riyazi metodların istifadəsinə 

əsas diqqət yetirlməlidir.  Bundan əlavə, riyaziyyatın tədrisi zamanı əsas fokusun (həm praktiki, 

eləcə də elmi xarakterli) problemlərin həllinə yönəldilməsi, şagirdin entuziazmını gücləndirir və 

onda riyaziyyata maraq oyadır.

Bundan  irəli  gələrək,  ümumtəhsil  məktəbində  şagirdlər  üçün  riyaziyyatın  tədrisinin 

məqsədləridir:

düşüncə qabiliyyətinin inkişafı; 

deduktiv və induktiv təhlilin, nəzərlərin əsaslanıdırlması, hadisələrin və faktların təhlili 



bacarığının inkişafı;

 aləmin təsviri və universal elmi dil kimi  riyaziyyatın mənimsənilməsi;

riyaizyyatın ümumbəşər mədəniyyətinin tərkib hissəsi kimi anlanılması;



təhsilin növbəti mərhələsi üçün və peşəkar hazırlıq üçün hazırlıq;

həyat məsələlərinin həlli üçün lazımi biliyin verilməsi və həmin biliyin istifadə bacarığının 



inkişafı.



Riyaziyyatın  məktəb  kursunun  dəstək  göstərdiyi    əsas  vərdiş-bacarıqların  əldə 

edilməsi

Riyazi bilik riyazi anlayışlar və prosedurlara malik olmağı, real problemin həll edilməsində 

onlardan istifadə etmə bacarığını; eləcə də informasiyanın əldə edilməsi və riyazi dil və vasitələrdən 



Riyaziyyat

2009

Gir. Riy.  - 2

istifadə etməklə ötrülüməsi üçün lazım olan kommunikasiya vasitəsinə sahib olmağı bildirir.

Problemin həllinə yönəlmiş riyazi təhsilə xidmət edən formalaşmış əsas vərdiş-bacarıqlar, 

bunlardır:

təhlil -əsaslandırmaq

ehtimal etmək və onu xüsusi misallar üzərində təhlil etmək

ilkin göstəricilərin seçilməsi və təşkili (eləcə də aksiomalar, yaxşı məlum olan faktlar), 



mühüm xassələrinin və göstəricilərinin ayrılması; 

isbat  etmək,  əsaslandırmaq  metodlarını  seçmək  (məs.  qarşılığa  yol  verilən  metodların 

istifadəsi, əsaslandırma zamanı evristk metod) 



müxtəlif növ ifadənin adekvat, məs. şərti (“əgər….. o zaman”) və miqdar xarakterinin, 

yol verilmənin, müəyyən edilmənin, teoremin, hipotezin, hadisələrin siyahısından istifadə 



edilməsi;

seçilən strategiyanın yararlılığı  və onun istifadə sərhədlərinin müzakirəsi;

müzakirə xəttinin inkişafı, alternativ yolun tapılması; qəbul edilən qərarın dəqiqliyi və 



effektivliyinin əsaslandırılması; ümumiləşdirmə və ya deduksiya əsasında alınan nəticələri 

izah etmək və əsaslandırmaq;

bir və ya bir neçə şərtin məhdudlaşdırılması, zəifləndirilmə-xaric edilməsi ilə  teorem-

qanunların nəticələrinin təhlili



istisna halların qeyd edilməsi və onların ümumiləşdirilməsinin qanunauyğunsuzluğunun 

əks-misalını axtarmaqla əsaslandırılması.  



Kommunikasiya

terminologiyanın, riyazi əlamətlərin və simvolların düzgün istifadəsi 

informasiyanın təsviri üsul və metodlarına sahib olmaq, onlardan istifadə etmək; təsvir 



edilən informasiyanı müxtəlif yollarla şərh etmək, onlar üzərində müzakirə aparmaq, onları 

bir-biri ilə əlaqələndirmək

başqalarının fikirlərini anlamaq və təhlil etmək

auditoriyanı və məsələni nəzərə almaqla, informasiyanın əldə edilməsi və verilməsinin 



münasib vasitələrini seçmək

informasiyanın verilməsi zamanı məsələnin mahiyyətinin (məs. obyektin mühüm xassələri) 

irəli sürülməsi



Istifadə, modelləşdirmə

fiqur və obyektlərin ölçülərinin, eləcə də onlar arasında məsafənin, kütlənin, temperatur və 

zamanın ölçülməsi üçün yollar və metodlar tapmaq və istifadə etmək; prosesin və ya real 



vəziyyətin modellşədirilməsi üçün lazımi göstəriciləri seçmək və tapmaq

  adi  həyatda  (gündəlik  həyatda)  riyazi  obyektləri  və  prosesləri    tapmaq  və  modelin 

qurulmasında, praktiki (məişət) məsələnin həllində onlardan istifadə etmək



 verilən modelin elementlərinin həmin kontekstdə şərhi, hansını o təsvir edir və əksinə - 

real vəziyyətin müşahidəsi nəticəsində əldə edilən göstəricilərin modelə uyğun dildə şərh 



edilməsi

verilən modelin təhlili və qiymətləndirilməsi, xüsusilə də, onun hərəkət arealı və modelinin 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə