GiZLİ MƏnalar axtarişinda «Sİrr iCİNDƏ dastan və yaxud giZLİ DƏDƏ qorqud – 2» (Bakı, 1999) Kİtabina ön söZ



Yüklə 28,46 Kb.
tarix14.04.2018
ölçüsü28,46 Kb.

GİZLİ MƏNALAR AXTARIŞINDA

«SİRR İCİNDƏ DASTAN VƏ YAXUD GİZLİ DƏDƏ QORQUD – 2» (Bakı, 1999) KİTABINA


ÖN SÖZ
Rəhman Bədəlov,
fəlsəfə elmləri doktoru, professor

Çılpaq кгalın” məşhur uşaq sadəlövhlüyü ilə verilən sualına bənzər öziüm-özümə sual verirəm: «Kitabi-Dədəm Qorqud» tadqiqatçıları adlandırdığımızlar bizdən, adi oxuculardan nə ilə fərqlənirlər? Bizdən çox kitab oxıuyublar, yoxsa bilirlər ki, «Ki-tabi-Dədəm Qorqud»la əlaqədar hansı mənbələrə, hansı mətnlərə müraciət etmək lazımdır? Doğrudanmı, о tədqiqatçılar adlandırdığımızlar «Kitabi-Dədəm Qorqud»un yaranma tarixini bilirlər. doğrudanmı, Dədə Qorqudun kimliyini, mənliyini, istəklərini. inamlarını, həyəcanlarını, narahatlığını aça bilirlər? Doğ-rudanmı, deyə bilərlər ki, о «katib» dediyimiz kimsə Oğıız boylarını sözbəsöz köçürüb əlyazmasına, yoxsa, öz aləmində bədiiləşdirib eşitdiklərini? Necə olub ki, о «katib» özünü əlyazmadan kənarlaşdırıb Dədə Qorqud «Kitabəsini» yaradıb? Bəlkə о da Dədə Oorqudumuz kimi «tamam biliciymiş», görürmiüş, duyurmuş ki, Oğuz boylan artıq deyilmir, oxunmur, yaddan çıxır və «axır zaman olub qiyamət qoparınca» bu boyları dərhal Yazıya köçürmək lazımdır? Bəlkə о da Dədə Qorqudumuz kimi «ğaibən dürlü xəbər» söyləyən idi, bilirmiş ki, əcnəbilər Dədəm Qorqudun boylanrının əlyazmasını aparsalar da, vaxt gələr, Oğuzun varislərindən о mənəvi yaddaşın axtarışına atılan tapılacaq?

Bəlkə о tədqiqatçılar adlandırdığımızlar ekstrasenslərə bənzəyirlər, Dədə Qorquddan əvvəl yaşamış şamanlardan Dədə Qorquda qədər, Dədə Qorquddan katibə qədər, katibdən bizlərə qədər olan mənəvi dünyanı canlandıra bilirlər, görmədiyimizi görə bilirlər, duymadığımızı duya bilirlər; о mənəvi dünyadan bizlərə «dürlü хəbər» çatdıra bilirlər?

Görünür «çılpaq кralın» çarəsi yalanı açmaq cəsarətidirsə, sadəlövh «çılpaq sualların» çarəsi yeni və yeni suallar verməkdir. Düzdür, hələ ki bəzi tədqiqatçı adlandırdığımızlar elə bilirlər ki, «Kitabi-Dədəm Qorqud» bizdən tam təcriddə ya-şayır, onlar üçün «Kitabi-Dədəm Qorqud» «maddi nəsnə»dir (kitab? əlyazma? kağız, hərf?), maddi nəsnə ilə isə nə sual-cavab?! Amma getdikcə anlayırıq ki, mətnə yaxınlaşdıqca, mətnin dərinliyinə varınca, о «nəsnə» əriyir, gözdən itir. Dövrümüzün fızikləri bu kəşfi hələ yüzilliyin əvvəlində, mikromühiti оуrənərkən etdilər. «Nəsnənin» yerinə isə mənəvi ünsiyyət yaranır, mənəvi ünsiyyətdən ehtimallar, «deyəkkilər», kontekstlər və bir də suallar, suallar, suallar… yaranır. Bu ərimə, bu ehtimal, bu «deyəkkilər», bu suallar, suallar, suallar heç də «Kitabi-Dədəm Qorqud»u əlimizdən almır, heçə endirmir, əksinə canlandırır, ona «саnlı» statusu verir və bununla hər an bizi abidəmizin vasitəsi ilə yaddaş sınağına çəkir. Və əksinə, məlum olur ki, sual tükənəndə, rabitə tükənir, rabita tükənəndə yadda-şımız tükənir, yaddaşımız tükənəndə yaşayışımız, varlığımız tükənir.

Görünür, Kamal Abdulla «Kitabi-Dədəm Qorquda» münasibətini – axtarışlarını, ehtiraslarını, tərəddüdlərini pillə-pillə, mərhələ-mərhələ yaşadı və bu yolun, bu axtarışların son (növbəti?!) mərhələsi kimi indi əlinizə aldığınız «Sirriçində Dastan və yaxudgizli «Dədə-Qorqud-2» yarandı. Əslində bu yolun «sonu» yoxdu, iki rəqəmi də bu seriallara bənzər davamın ehtimalından xəbər verir. Axı Kamal Abdullanın sözləri ilə desək «dastan ilə bağlı hər hansı nəticə həmişə ilkin nəticə olacaq».

Bu yolun artıq uzun tarixi var. Az qala tələbəlik illərindən Kamal Abdulla «Kitabi-Dədəm Qorqud» abidəsinin dilini öyrənmәуә başladı, bu mövzuda namizədlik və doktorluq dissertasiyaları müdafiə etdi, mütəxəssis, bilici oldu. Amma bütün elmi uğurlarına baxmayaraq, görünür, о da mətnə yaxınlaşdıqca «maddi nəsnənin» əriməsi, mətnin canldığını, canlı olduğundan sonsuzluğunu, mətnin gizli qatlarını, sirlərini duydu. Özü də məlum oldu ki, bu «gizlilik», bu «sirlər» elmin müəyyən mərhələsinin nisbi nadanlığından deyil, müqəddəs abidəmizin təbidtindən irəli gəlir. Kamal Abdulla özü də etiraf etməli oldu ki: «Doğrudan da, sirr nə vaxtsa, açılacaq sirdisə, lıeç əvvəldən yaranmayıb sirr kimi».

Bu əbədi sirrin anlamı Kamal Abdullanın «Kitabi-Dədəm Qorqud»a aid bütün yazdarının aparıcı xətti oldu, döyünən nəbzi oldu. Bu anlamın enerjisi о qədər güclü idi ki, guya, ciki də, biki də məlum, tanış mətn birdən-birə danışdı, sirlərini açmağa başladı. Amma «danışarkən» onu da anlatdı ki, sirlərin sonsuzluğuna inanacaqsansa, sirlər daima açılacaq, yox inanmayacaqsan, sirlər də olmayacaq, mənalar gizlənib səni «maddi nəsnə» ilə üz-üzə qoyacaq, buyur, öyrən. «Tədqiqatçı» iddiası ilə özünü başqalarından fərqləndir. Bu enerji Kamal Abdullanın «Gizli Dədə Qorqud» kitabını yazmağa vadar etdi, уеnә də tükənmədi; «Gizli Dədə Qorqud-2» ilə nəticələndi.

«Gizli Dədə Qorqud»un blrincisinin də, ikincisinin də aparıcı mövzusu, aparıcı xətti və hətta demək olar ki, əsas toqquşması, əsas konflikti Miflə Yazının münasibətləridir. Total mif, yəni həyatın bütün tərəflərini əhatə edən Mif tədricən tükənir, gücsüzlüyünü aşkar edir, öz hüquqlarını, öz imkanlarını Yazıya verir. Əslində Kamal Abdullanın istifadə etdiyi istilahlar, elmi yükünə baxmayaraq, dəyərli məcazlardır, amma һәm də bu məcazlar gerçəkliyin mürəkkəb təbəddülatını açır. Yazı Mifə qarşı üsyan edir, «bomba kimi partlayır» və bununla nəinki yazılı yaddaşı təmin edir (bu zahiri əlamətdir), insan fərdiliyini, insan qəlbini, insan hissiyyyatını hərəkətə gətirir. Вəzən bizə elə gəlir ki, keçmişlər keçmişdə qalır, tarixdə olanlar tarixdə qalır. Əslində isə, keçmiş bizim keçmişimizdirsə, tarix bizim tariximizdirsə, yeni və yeni situasiyalarda bərpa olur. Miflə Yazının toqquşması da geridə qalmır, tarixin dolanbaclarında itib qalmır, bu günümüzdə də ən kəskin formada yaşayır. Yazı yenidən Mifə qarşı hücum edir, bizi silkələyir, tərpətməyə çalışır, ya oyadır, ya da təəssüfki, əski Mifin danılmaz qaydaları onu üstələyir, Yazı həyatımıza təlqin edilə bilmir.

Mif və Yazı toqquşması bizi sirlər aləminə aparır, sirlər aləminə qərq edir və bu yol öz məntiqinə görə kitabı üç quruma ayırır.

Bu yolun əvvəlini – «Sirriçində Dastan» fəsli – metodoloji qurum adlandırmaq olar. İllər boyu bizi inandırırdılar ki, yeganə «həqiqi» metodoloji var, elə ki, onu seçdin, ona sadiq qaldın, elmi nəticələrin danılmaz olacaq. Sonra məlum oldu ki, həyatda olduğu kimi, elmdə də müxtəlif yollar olur, bu müxtəlifliyə görə elmdə də ehtimallardan danışmaq olar. Hər bir alim, hər bir tədqiqatçı isə başqalarının təcrübəsindən bəhrələnib, başqa elmi üsullan öyrənib, öz metodolojisini seçməli, tapmalıdır.

Kamal Abdullanın metodolojisi isə budur ki, «Kitabi-Dədəm Qovqud» donmuş mətn deyil, çoxşəxəli, çətin, dərin, ziddiyyətli bir keçidin əksidir: «Dədə Qorqud» dastanı bu keçidin – bütövdən təkcəyə, küldən vahidə, insan cəmiyyətindən – insana keçidin әn ümumi, ən aparıcı məqamlarını təsvir etdiyi sürətlərində, hadisələrində yaşadır». Bu keçidin enerjisi heç vaxt tükənməyəcək, biz isə bu keçidə qırılmaz tellərlə bağlı olduğumuzdan, bu keçidi yenidən və yenidən yaşamağı bacarmalıyıq.

İkinci addım, ikinci qurum, «Anavariantlara doğru» adlı fəsildir. Anavariantların araşdırdmcısının müxtəlif yolları var, Kamal Abdulla isə tipoloji müqayisə yolunu seçir, oxşarlıqlan və fərqləri axtarır. Bu oxşarlıq, bu müqayisə imkanı özü bir sirdir, əgər tədqiqatçı adlandırdığımız kimsə bunları qədimlik yarışına çevirməsə, kim kimdən əvvəldi məsələsini xüsusi vurğulamasa. Kamal Abdulla müqayisə üçün klassik yunan miflərini seçir. Bu müqayisədə olduqca maraqlı və bəzən gözlənilməz oxşarlıqlar tapır. Məlum Polifem və Təpəgöz müqayisəsinə indiyənəcən naməlum Edip və Buğac, Sarıı Donlu Selcan xatun və Gözəl Yelena, Salur Qazan və Aqamemnon, Beyrək və Antiqona, Odissey, Basat və Beyrək, Admet, Herakl və Dəli Domrul müqayisələri əlavə olunur. Anavariantların mövcudluğu nəinki xalqdan xalqa, dövrdən dövrə keçir, mədəniyyət məkanında müxtəlif süjetlərə səbəb olur. Тəkcə onu dərk etmək lazımdır ki, bu anavariantlar kərpiclərə və bu kərpiclərdən hörülən evə bənzəmir, daha çox naxışlardan müxtəlif


biçimbri toxumağa bənzəyir. Tədqiqatçıdan asdıdır ki, məhsulu unikal olsun, heç kimə, heç nəуə oxşamasın, Dədəm Qorqudun boyları kimi. Bu kitab kimi.

Nəhayət, üçüncü addım – «Mətnin semantik boşluqları» adlı fəsil. Mədəniyyət məkanında oxşarlıqlar, bənzəmələr dediyimiz kimi mexaniki tərzdə biçimlənmir. Süjetlər paralel yaşayıb, nә vaxtsa toqquşa bilər, oxşar variantlar, fərqli hadisələr doğa bilər, müəyyən əlaqələr, xətlər qırılıb, nə vaxtsa, haradasa yenidən dirçələ bilər. Kamal Abdullanın dediyi kimi: «Yol variantlardan Anavarianta, çaylardan Mənbəyə doğrudur!». Tədqiqatçı bu yolu izləyib qırılmış əlaqələri, yaranmış boşluqları sistemli şəkildə doldurmağa cəhd edir, buna müvəffəq də olur.

Тəsəvvür etsək ki, «Kitabi-Dədəm Qorqud»un on iki boyunun arasında nələr gizlənir, həyatda da, gerçəklikdə də, yaddaşda özdə də, bu yaddaşın sözə köçürülmə sərgüzəştlərində də, başa düşəcəyik ki, bu işin sonu olmayacaq. Kamal Abdullanın “Baybura bəyin gözləri nə üçün açıldı?”, yaxud “Və nә üçün Təpəgözun bir gözü var?» – sualları bu «semantik boşluqları» doldurduğu qədər yeni və yeni suallar meydan açır.

Kamal Abdulla öz dəyərli kitabının sonunda etiraf edir ki,“Dədә Qorqud” kitabı nə qədər aşkarlanırsa, о biri tərəfdən yenə də tül pərdəyə bürünür, sirlər açıldıqca, yeni sirlər aşkarlanır. Bircə mükaliməni tərəddüd etmədən qətiyyətlə deyə bilərik…



…ya Milli yaddaşımızı daim bərpa edəcəyik, soyumaq bilmədən, boşalmaq bilmədən, dayanmaq bilmədən və bu yaddaşımızda “Dədə Qorqud” axtarışları, “Dədə Qorqud” yazıları, “Dədə Qorqud” təcassümləri әn mühüm yer tutacaq, уa da…

… ya da Milli huşsuzluğun «qara dəliyinə» yuvarlanacağıq.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə