“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 016-cı IL 19 yanvar tarixli 106-vqd nömrəli



Yüklə 149,42 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü149,42 Kb.
#66173


“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 

Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan 

Respublikasının 2016-cı il 19 yanvar tarixli 106-VQD nömrəli 

Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan 

Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası 

Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında 

dəyişikliklər edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci 



bəndlərini  rəhbər  tutaraq,  “Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununda  dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  2016-cı  il 

19  yanvar  tarixli  106-VQD  nömrəli  Qanununun  qüvvəyə  minməsi  ilə  əlaqədar 

həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

1.1.  Azərbaycan  Respublikası  qanunlarının  və  Azərbaycan  Respublikası 

Prezidentinin  aktlarının  “Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa 

uyğunlaşdırılması  ilə  bağlı  təkliflərini  üç  ay  müddətində  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

1.2.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  normativ  hüquqi 

aktlarının  həmin  Qanuna  uyğunlaşdırılmasını  üç  ay  müddətində  təmin  edib 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 



1.3.  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının  həmin 

Qanuna  uyğunlaşdırılmasını  nəzarətdə  saxlasın  və  bunun  icrası  barədə  beş  ay 

müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 

2.  “Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiqi 

barədə”  Azərbaycan  Respublikası  Prezidentinin  2013-cü  il  4  iyul  tarixli  936 

nömrəli  Fərmanında  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2013, 

№ 7, maddə 801) aşağıdakı dəyişikliklər edilsin: 

2.1. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin: 

“3.1-1. həmin Qanunun 20.0.17-ci (birinci halda), 20.0.18-ci (birinci halda) və 

20.0.19-cu (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti 

orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”; 

2.2. 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin 

və aşağıdakı məzmunda 3.5-ci və 3.6-cı bəndlər əlavə edilsin: 

“3.5. həmin Qanunun 20.0.17-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş 

müvafiq  icra  hakimiyyəti  orqanının  səlahiyyətlərini  Azərbaycan  Respublikasının 

İqtisadiyyat Nazirliyi həyata keçirir; 

3.6.  həmin  Qanunun  20.0.18-ci  (ikinci  halda)  və  20.0.19-cu  (ikinci  halda) 

maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini 

sənaye parklarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 

Bakı  şəhərinin  Pirallahı  rayonunda  yaradılmış  Yüksək  Texnologiyalar  Parkına 

münasibətdə  Azərbaycan  Respublikasının  Rabitə  və  Yüksək  Texnologiyalar 

Nazirliyi,  digər  texnologiyalar  parklarına  münasibətdə  isə  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  müəyyən  edilən  səlahiyyətli  orqan  həyata 

keçirir.”. 

3.  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  normativ  hüquqi  aktlarının  və  normativ  xarakterli  aktların  “Gömrük 



tarifi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  dəyişikliklər  edilməsi 

barədə”  Azərbaycan  Respublikasının  Qanununa  uyğunlaşdırılmasını  təmin  edib 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 

 

İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 15 fevral 2016-cı il 

                    № 796 

 

Yüklə 149,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə