Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
  1   2   3   4   5   6   7   8   9   ...   33



AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI 
FOLKLOR ĠNSTĠTUTU 
______________________________________________ 
 
 
ASĠF HACIYEV 
 
 
 
 
 
 
 
“DƏDƏ QORQUD 
KĠTABI”NIN ġƏRHLĠ 
OXUNUġU 
 
I KĠTAB 
 
(MÜQƏDDĠMƏ ÜZRƏ) 
 
 
 
 
 
BAKI – 2014 


2
 
 
 
 
 
 
ЕLMĠ REDAKTORU:   
           Tofiq HACIYEV,  
AMEA-nın müxbir üzvü, 
Türk Dil Qurumunun həqiqi üzvü
filologiya üzrə elmlər doktoru, professor
Əməkdar elm xadimi 
 
 
RƏYÇĠLƏR:                              Əzizxan TANRIVERDĠ 
filologiya üzrə elmlər doktoru, professor, 
                Əziz ƏLƏKBƏRLĠ 
                                           filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
 
Asif  Hacıyev.  “Dədə  Qorqud  Kitabı”nın  Ģərhli  oxunuĢu,          
I kitab (Müqəddimə üzrə), Bakı, Elm və təhsil, 2014, 112 səh. 
 
 
“Dədə  Qorqud  kitabı”nın  mövcud  variantda  Ģərhli  oxunuĢu  bu 
monumental  abidənin  Drezden  nüsxəsindəki  yazılıĢına  istinadən  həyata 
keçirilməklə müxtəlif nəĢrlərdə fərqli Ģəkildə transkripsiya edilib mübahisə 
obyektinə çevrilən söz, ifadə və mətn parçalarının əslinə uyğun açıqlanması 
məqsədi daĢıyır

 
 
folklorinstitutu.com 
 
Q
 
 
4603000000  
Qrifli nəĢr
 
 
          
N-098-2014
 
 
    © Folklor Ġnstitutu, 2014 


3
 
 
QƏDĠM OĞUZ EPOSUNUN  
AZƏRBAYCAN VARĠANTI 
 
Müasir türk xalqlarının əksərinin etnogenezisində əriməklə öz var-
lığına son qoyan qədim oğuz etnosu yaĢadığı tarixi epoxanı bədii sözün 
gücü ilə əbədiləĢdirməyə nail olmuĢdur. Atalar sözü, məsəl, rəvayət, əf-
sanə və dastan Ģəklində yazıya köçürülərək daha çox oğuznamə adı altın-
da  təqdim  olunan  folklor  nümunələrində  ulu  Tanrıya,  torpağa,  təbiətə, 
ataya,  anaya,  qadına,  oğula,  qıza,  ümumilikdə,  ərliyi,  ərdəmliyi  ilə  se-
çilən insana bənzərsiz bir sevginin Ģahidi oluruq ki, bu da oğuz ruhunun 
əzəməti,  möhtəĢəmliyi  haqqında  ətraflı  bilgilər  almağa  imkan  yaradır. 
Cüzi  bir  hissəsi  dövrümüzə  gəlib  çatmıĢ  bu  mədəni  irsin  ən  yenilməz 
abidəsi titul səhifəsində ərəbcə “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-
oğuzan” yazılmıĢ oğuznamələr toplusudur. Nəsildən nəslə sözlə ötürülən 
bu  boyların  ilk  yaradıcısı  –  düzüb-qoĢanı  Dədə  Qorqud  olsa  da,  artıq 
dövrünü  baĢa  vurmuĢ  Oğuz  zamanının  qəhrəmanlıq  salnaməsi,  görünür, 
ulu əcdadlarının ruhunu yaĢatmaqda olan hansısa bir xanın qurduğu məc-
lisdə sinəsi hikmət dolu ozanın dili ilə üçtelli qolça qopuzun sədaları al-
tında söylənilir. Epos kimi yaranma, formalaĢma, ilk dəfə yazıya alınma 
və  sonradan  üzü  köçürülmə  dövrlərinin  müəyyən  elementlərini  özündə 
əks  etdirən  bu  abidənin  elm  aləminə  bəlli  olan  son  ikiyüzüllük  tədqiq 
tarixi  göstərir  ki,  boylarda  oğuz  etnosunun  Orta  Asiya  dövrü  əfsanələĢ-
miĢ,  Qafqaz-Azərbaycan  dövrü  isə  gerçək  bir  qat  Ģəklində  təsvir  olun-
muĢdur. Elə buna görə də boyların məzmununda daha qədim tarixi izləri 
görən  əksər  araĢdırıcılar  V.V.Bartoldun  “...Qorqudun  adı  ilə  bağlı  bu 
epik  silsilə,  çətin  ki,  Qafqaz  mühitindən  kənarda  yaradıla bilərdi” (138, 
126)  fikrini  birmənalı  Ģəkildə  qəbul  etmiĢ  və  konkretləĢdirmiĢlər. 
A.Y.Yakubovskiyə  görə,  eposun  mətnində  oğuzların  Sır-dərya  və  Amu-
dərya cayları hövzəsində yaĢadıqları daha qədim, hətta XI əsrdən əvvəlki 
çağların  həyat  tərzinin  heyrətedici  qalıqlarını  görmək  mümkün  olsa  da, 
coğrafi ad sisteminə, siyası mühitinə və mədəni əhatəsinə görə onun son 
formalaĢması  Zaqafqaziya  hüdudları  ilə  bağlıdır  (138,  128).  M.Ergin 
yalnız dil və üslub baxımından deyil, ərazi baxımından da onu Azərbay-
can sahəsinin əsəri sayır (101, IIc, 352). X.Koroğlu  “Qorqud kitabı”nın 
daha qədim oğuz eposu əsasında bir neçə əsr sonra yeni torpaqlara köçə-
rək Azərbaycan türkü etnik adını alan oğuzlar tərəfindən formalaĢdığını 


4
 
 
irəli  sürür  (141,  20).  Dil,  tarixi,  coğrafi,  dini  və  antropoloji  göstəricilər 
baxımından  əsəri  “Azərbaycan  oğuznaməsi”  adlandıran  T.Hacıyev  belə 
bir  ümumiləĢdirmə  aparmağı  lazım  bilir:  “ġübhəsiz,  dastan  konkret  bir 
zaman  kəsiyində  yaranmadığı  kimi,  onu  mütləq  coğrafi  koordinata  yer-
ləĢdirmək zorakılıq sayılardı. Bu oğuznamədir; oğuzlar tarixən müxtəlif 
ərazilərdə dövlətlər  yaratdığından burada oğuzların tarixi coğrafiyasının 
izləri  görünməkdədir.  Oğuzların  tarixi  coğrafiyası,  Sibiri  çıxmaqla,  təx-
minən  bugünkü  türk  dövlətlərini  əhatə  edir.  Həmin  coğrafiyada  çoxlu 
oğuznamələr  yaranmıĢdır.  Əlimizdə  olan  əsər,  deyildiyi  kimi,  məhz 
Azərbaycan oğuznaməsidir” (46, 7).  
Beləliklə, qorqudĢünaslığın gəldiyi baĢlıca fikir bundan ibarətdir ki, 
ulu Qorqudun adı ilə bağlı olan bu oğuz boyları məhz Azərbaycan torpa-
ğı və xalqının tarixi keçmiĢinin ədəbi-bədii formaya salınmıĢ hekayətləri-
dir. Lakin bu da bir danılmaz gerçəklikdir ki, xüsusilə Türkiyə və Türk-
mənistan respublikalarında bu abidənin məhz onlara məxsus olduğu fikri 
də  geniĢ  yayılmıĢdır.  Fikrimizcə,  tarixi  baxımdan  oğuz  etnosu  ilə  bağlı 
olan həmin xalqların buna mənəvi haqları çatır. Hətta bu monumental söz 
abidəsində  öz  tarixi  keçmiĢinin  izlərinin  axtaran  qazax,  qırğız  və  digər 
oğuz qarıĢığı olan xalqların da ona Ģərik gözü ilə baxmalarına təbii yana-
Ģılmalıdır.  Qorqud  obrazının  bir  övliya,  bir  müdrik  ozan  kimi  həmin 
xalqların rəvayət, atalar sözü və məsəllərində hələ də yaĢaması bir də onu 
göstərir  ki,  ilkin  mərhələdə  “Dədə  Qorqud”  oğuznamələri  daha  geniĢ 
arealda yayılmıĢ, zaman və həyat tərzinin dəyiĢməsi ilə variasiyalara uğ-
rayaraq ya tamamilə yeni dastanlar Ģəklini almıĢ, ya da yaddaĢlardan si-
linməklə epizodik məqamlarda qalmıĢdır. Bu fakt eposun “Bamsı Beyrək 
boyu” ilə qırğızların “Manas”, baĢqırd, qaraqalpaq və özbəklərin “Alpa-
mıĢ”  dastanlarının  müqayisəsi  fonunda  daha  aydın  duyulur.  Xalqımızın 
bəxti onda gətirmiĢdir ki, yaranıĢca bütün oğuz etnosunu əhatə edən bu 
epos Azərbaycan ərazisində yeni variantda formalaĢmaqla bərabər, yazı-
ya alınaraq kitablaĢdırılmıĢdır. Elm aləmində “Dədə Qorqud kitabı” kimi 
məĢhurlaĢan  Drezden  nüsxəsi  məhz  qədim  oğuz  eposunun  Azərbaycan 
variantıdır. Bu fikir ayrı-ayrı boyların, Vatikan və Drezden nüsxələrinin, 
xüsusilə də Qorqud adı ilə bağlı yazıya alınmıĢ əski mətn nümunələrinin 
müqayisəli təhlili prosesində öz təsdiqini tapır ki, qorqudĢünasların dönə-
dönə müraciət etdikləri həmin  faktları  yeni baxıĢ bucağında açıqlamağa 
çalıĢacağıq.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə