Görmə analizatoru göz almasından,aparıcı yollardan və beyin qabıgının görmə hissəsindən ibarətdir



Yüklə 444 b.
tarix10.11.2017
ölçüsü444 b.
#9350





Görmə analizatoru göz almasından,aparıcı yollardan və beyin qabıgının görmə hissəsindən ibarətdir.

  • Görmə analizatoru göz almasından,aparıcı yollardan və beyin qabıgının görmə hissəsindən ibarətdir.

  • Göz almasının xarici quruluşu:

  • Göz alması kürəyəbənzər formaya malikdir, diametri 24 mm. Göz almasının ölçüləri bütün insanlarda eynidir. Göz almasının 2 qütbü var: ön və arxa. Ön qütb buynuz qişanın mərkəzi qabarıq hissəsinə uygundur. Arxa qütb arxa seqmentdə, görmə sinirinin çıxış yerindən bir qədər bayırda

  • yerləşir. Hər iki qütbü birləşdirən xətt göz almasının xarici oxu adlanır. Onun ölçüsü 24 mm. Göz almasının daxili oxu buynuz qişanın daxili səthini torlu qişa ilə birləşdirir. Onun ölçüsü 21,5 mm. Bir sıra hallarda daxili ox daha uzun olur, nəticədə işıq şüaları torlu qişanın önündə toplanır. Bu zaman əşyalar yalnız yaxın məsafədə yaxşı görsənir. Buna miopiya və ya yaxındangörmə deyilir. Gözün daxili oxu normadan qısa olduqda işıq şüaları torlu qişanın arxasında yerləşmiş olur. Bu zaman əşyalar uzaq məsafədən daha yaxşı görsənir. Buna hipermetropiya və ya uzaqdan görmə deyilir.



Göz alması üç qişa ilə əhatə olunur: xarici , orta, daxili.

  • Göz alması üç qişa ilə əhatə olunur: xarici , orta, daxili.

  • 1.Xarici qişa – çox sərt fibroz qişadır, ona göz almasının xarici əzələləri birləşir. Bu qişa qoruyucu funksiyasına malikdir. O, xarici şəffaf hissədən buynuz qişadan və arxa qeyri-şəffaf hissədən skleradan ibarətdir.

  • 2.Orta qişa – damarlı qişa gözün qan təchizatını və mübadilə məhsullarını xaric etməsini təmin edir. O, güzehli qişadan, kiprikli cisimdən və xüsusi damarlı qişadan ibarətdir.



Damarlı qişanın ön hissəsi güzehli qişa adlanır.Güzehli qişa gözün rəngini təyin edir (açıq mavidən tutmuş tünd qaraya qədər).Onun mərkəzində bəbək yerləşir. Güzehli qişanın əsas funksiyası güclü işıgın gözə daxil olmasını məhdudlaşdırmaqdır.Bu bəbək vasitəsilə həyata keçirilir.Belə ki,güclü işıqda bəbək daralır,zəif işıqda isə bəbək genişlənir.Güzehli qişanın arxasında büllur yerləşir.

  • Damarlı qişanın ön hissəsi güzehli qişa adlanır.Güzehli qişa gözün rəngini təyin edir (açıq mavidən tutmuş tünd qaraya qədər).Onun mərkəzində bəbək yerləşir. Güzehli qişanın əsas funksiyası güclü işıgın gözə daxil olmasını məhdudlaşdırmaqdır.Bu bəbək vasitəsilə həyata keçirilir.Belə ki,güclü işıqda bəbək daralır,zəif işıqda isə bəbək genişlənir.Güzehli qişanın arxasında büllur yerləşir.



Büllur iki tərəfi qabarıq linzaya oxşayır. Büllur kirpikli əzələlərlə əhatə olunur. Bu əzələlərin yığılması onun səthinin qabarma dərəcəsini dəyişdirə bilir. Şüalar büllurdan sonra göz almasının bütün içəri tərəfini tutan şəffaf şüşəyəbənzər cisimdən keçib gözün daxili və çox zərif olan tor qişasına düşür.

  • Büllur iki tərəfi qabarıq linzaya oxşayır. Büllur kirpikli əzələlərlə əhatə olunur. Bu əzələlərin yığılması onun səthinin qabarma dərəcəsini dəyişdirə bilir. Şüalar büllurdan sonra göz almasının bütün içəri tərəfini tutan şəffaf şüşəyəbənzər cisimdən keçib gözün daxili və çox zərif olan tor qişasına düşür.



3.Daxili qişa - torlu qişa 10 qat sinir elementlərindən ibarətdir.Onlardan ən əsası çöpcüklər və kolbacıqlaedır.Çöpcüklər zəif işıga,kolbacıqlar isə güclü işıga cavabdehdir.Çöpcüklərin sayı 130 mln,kolbacıqların sayı isə 7 mln-dir.Kolbacıqlar sarı ləkə nahiyəsində yerləşir.Sarı ləkə torlu qişanın ən nazik hissəsidir.Burada kolbacıqlardan başqa heç bir sinir elementi yerləşmir.Sarı ləkə vasitəsilə ən yaxşı görmə təmin edilir.

  • 3.Daxili qişa - torlu qişa 10 qat sinir elementlərindən ibarətdir.Onlardan ən əsası çöpcüklər və kolbacıqlaedır.Çöpcüklər zəif işıga,kolbacıqlar isə güclü işıga cavabdehdir.Çöpcüklərin sayı 130 mln,kolbacıqların sayı isə 7 mln-dir.Kolbacıqlar sarı ləkə nahiyəsində yerləşir.Sarı ləkə torlu qişanın ən nazik hissəsidir.Burada kolbacıqlardan başqa heç bir sinir elementi yerləşmir.Sarı ləkə vasitəsilə ən yaxşı görmə təmin edilir.



Gözün ətrafında üç cüt hərəki əzələlə var.Bir cüt əzələlər gözü saga və sola çevirir,digəri yuxarıya və aşagıya,üçüncüsü gözü optik ox ətrafında fırladır.

  • Gözün ətrafında üç cüt hərəki əzələlə var.Bir cüt əzələlər gözü saga və sola çevirir,digəri yuxarıya və aşagıya,üçüncüsü gözü optik ox ətrafında fırladır.

  • 1.xarici düz

  • 2.daxili düz

  • 3.yuxarı düz

  • 4.yuxarı göz qapagını qaldıran

  • 5.aşagı çəp

  • 6.Aşagı düz



Yüklə 444 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə