Göyçay 2016 Ünvan-Atatürk 81 tel-2741510



Yüklə 483,66 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü483,66 Kb.
#68004


 

 

 



 

 

 



 

 

 



 

 

Göyçay 2016 



Ünvan-Atatürk 81 

TEL-2741510 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi 

 Göyçay rayon Mərkəzləşdirlimiş Kitabxana Sistemi. 

 

 

                      

Azərbaycan Respublikasının  

                        dövlət müstəqilliyi -25. 

                                    

(biblioqrafik göstərici) 

                                1991-2015 

 

 


 

 

 

 

 

 

 

 

 

 

Tərtib edən: oxucuya xidmət şöbəsinin biblioqrafı 

             G. Bədirova. 

 

 

 

 

 

 

 

 

 

 

 


 

  

  



  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycanın Dövlət Müstəqilliyi günü — 

Azərbaycan 

tarixinin

 ən mühüm günlərindən biri. Hər il 

18 

oktyabrda

 qeyd edilir. 

XX əsrin sonlarında 

SSRİ

-nin dağılması ilə yaranan tarixi 

şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa 

etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin 

işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr 

aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin 

sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında 

Konstitusiya Aktı qəbul edilib. 

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i 

səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da 

onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib 

ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud 

olmuş 

Azərbaycan Xalq Cümhuriyyətinin

 hüquqi varisidir. 

Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 

1991

-ci il 

dekabrın 29-da

 ümumxalq referendumunda məsələ 

müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak 

edərək ölkənin müstəqilliyinə, suverenliyinə və 

istiqlaliyyətinə səs verib. 

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra 

dövlət 

bayrağı

, 

himni

 və 

gerbi

 haqqında da qanunlar qəbul edilib. 

 

 

 

 

 

 

 

 


Azərbaycan  Respublikasında  1991-ci  il  dekabrın  29-

da ümumxalq  səsverməsi  keçirildi                    .Referendum 

bülletininə  bir  söz  yazılmışdı:”Siz  Azərbaycanın  dövlət 

müstəqilliyi  haqqında  Azərbaycan  Ali  Sovetinin  qəbul 

ettiyi Konstitusiya AKT”ina tərəftarısınızmı?” .Səsvermə 

hüququ    onların  95%-indən  çoxu  referendumda  iştirak 

etdi.Azərbaycan 

yekdilliklə 

respublikanın 

dövlət 

müstəqilliyinə tərəfdar çıxdı. 

        Referendum 

Müstəqilliyi elan etmiş Azərbaycan 

Respublikası  çox mürəkkəb  tarixi  şəraitdə fəaliyyət   

göstərməyə 

başlamışdı. Onun müstəqilliyini dünya 

 dövlətləri tanıdı.  Azərbaycan  Respublikasını  ilk  olaraq 

1991-ci  il  noyabrın  9-da  Türkiyə  Cümhuriyyəti, sonra 

Rumıniya 

(11 

dekabr  1991), 

Pakistan 

(13 

dekabr 1991), İsveçrə  (23  dekabr  1991),  İran  (25  dekabr 

1991), 

ABŞ 

(23 

yanvar  1992),  Rusiya  (10 

aprel 1992) və b. dövlətlər tanıdılar. 

Azərbaycanın  BMT-yə  üzv qəbul olunması ilə (2 mart 

1992) 

onun 

beynəlxalq 

aləmdə 

de-fakto 

tanınmasına başlandı. 

Lakin 

müstəqilliyini 

qazandıqdan 

iki il sonra 

xalqımız yenidən onu itirmək təhlükəsi  ilə üzləşdi. 

Bir 

tərəfdən 

Ermənistan 

silahlı 

qüvvələrinin təcavüzü 

nəticəsində  geniş miqyas  almış  Birinci  Qarabağ 

müharibəsi,  digər tərəfdən  dövlət  rəhbərliyində  olan 

səriştəsiz  adamların  yeritdikləri  səhv  siyasət  və 

daxildə  gedən 

siyasi 

çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin 

 

beşiyindəcə boğulması təhlükəsini  reallaşdırırdı.  Lakin 

böyük  siyasi  təcrübəyə malik  olan  Heydər  Əliyevin 

ölkədə hakimiyyətə qayıdışı  ilə  bu təhlükə sovuşdu.

 



 

 


 

Məmməd Araz 

 

 

Səninləyəm, 

Sözü qəmli, özü dəmli rəhbər adam! 

1918-də vuruşurdu, 

Danışmırdı rəncbər atan, rəncbər atam! 

Səninləyəm, haqq-ədalət, səninləyəm, 

Milli qürur, milli qeyrət, səninləyəm! 

Səpil quma, göyər yerdə, bit qayada, 

Gizli nifrət, açıq nifrət, səninləyəm, 

Oyat bizi, ey yaradan, səninləyəm 

Ya bilmərrə yatırt bizi, 

Ya bilmərrə oyat bizi, 

Ya yenidən yarat bizi, 

Ey yaradan, səninləyəm, 

Səninləyəm, yatmış vulkan, 

Səninləyəm! 

 

Ayağa dur, Azərbaycan, 



                               Səninləyəm! 

 

 

 

 

 

 

 

 

 

 

  İndi 

müstəqilliyimizin 

siyasi  və iqtisadi sütunları            

getdikcə     möhkəmlənir.    Xalqın  öz  dövlətçiliyi 

sarıdan heç bir narahatçılığı yoxdur.  

Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər 

qorunub  saxlanır,  inkişaf  etdirilir.Dövlətçiliyin möhkəml

əndirilməsinə,iqtisadiyyatın inkişafına, milli-

mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə 

diqqət verilir. 

Azərbaycan  bu  gün  həm  siyasi, həm  də  iqtisadi 

cəhətdən 

dünyanın 

qüdrətli 

dövlətlərindən birinə 

çevrilib. İqtisadi artım  tempinə görə  ölkəmiz  nəinki 

regionda,  həm  də  dünyada  lider mövqeyə  çatıb. 

Regionda heç bir iri miqyaslı layihə Azərbaycanın iştirakı 

və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” 

çərçivəsində 

reallaşan 

“Bakı-Tbilisi-

Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya 

bazarına  çıxarır.  Bu  kəmər  həm Cənubi  Qafqazda 

təhlükəsizliyin təmin  olunmasında,həm də  xalqımızın 

daha firavan yaşamasında mühüm rol oynayır. 



                                

 

 

 

 

 

 

 

 

 

 

 

 


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ 

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri 

(Konstitusiya maddəsi) 

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan 

Respublikasının Dövlət bayrağı, Azərbaycan 

Respublikasının Dövlət gerbi və Azərbaycan 

Respublikasının Dövlət himnidir. 

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli 

üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq 

qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın 

ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə 

səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin 

uzunluğuna nisbəti 1:2-dir. 

III. Azərbaycan Respublikası Dövlət bayrağının və 

Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, 

Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni 

Konstitusiya qanunu ilə müəyyən edilir. 

 

 

 

 

 

 

 

 

DÖVLƏT HİMNİ 

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin 

Nazirlər Şurası Cümhuriyyətinin milli himninin hazırlanması 

haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif 

Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il 

aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın 

milli himnini qəbul etməyə imkan vermədi. 

1992-ci il mayın 27-də parlament "Azərbaycan 

Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. 

Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir 

Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş 

"Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq 

edildi. 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

DÖVLƏT BAYRAĞI 

Azərbaycanda üçrəngli dövlət bayrağı 

ilk dəfə 1918-ci il noyabr ayının 9-da 

Azərbaycan Xalq Cümhuriyyəti 

hökumətinin qərarı ilə qəbul 

edilmişdir. 1920-ci il aprelin 28-də 

Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti 

qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina 

edilmişdir 

 

DÖVLƏT GERBİ 

Azərbaycanın dövlət gerbi haqqında 

Azərbaycan Xalq Cümhuriyyəti 

hökuməti 1920-ci il yanvarın 30-da 

müsabiqə elan etmiş və müsabiqədən 

keçəcək gerb nümunəsinin həmin ilin 

mayın 28-də qəbul ediləcəyi haqqında 

qərar çıxarmışdır. Lakin 1920-ci il aprel 

ayının 28-də Azərbaycan Xalq 

Cümhuriyyətinin süqut etməsi 

nəticəsində gerb qəbul edilməmişdir. 

Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 

19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci 

illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini 

müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət 

gerbi kimi təsdiq etmişdir. 

 

 Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir 

Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş 

"Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq 

edildi. 

Musiqisi: Üzeyir Hacıbəyovun 

Sözləri: Əhməd Cavadındır 

 

  

Azərbaycan, Azərbaycan! 

Ey qəhrəman övladın şanlı Vətəni! 

Səndən ötrü can verməyə cümlə 

hazırız! 

Səndən ötrü qan tökməyə cümlə 

qadiriz! 

Üç rəngli bayrağınla məsud yaşa! 

Minlərlə can qurban oldu, 

Sinən hərbə meydan oldu! 

Hüququndan keçən əsgər! 

Hərə bir qəhrəman oldu! 

Sən olasan gülüstan, 

Sənə hər an can qurban! 

Sənə min bir məhəbbət 

Sinəmdə tutmuş məkan! 

Namusunu hifz etməyə, 

Bayrağını yüksəltməyə, 

Cümlə gənclər müştaqdır! 

Şanlı Vətən, şanlı Vətən! 

                                                        

Azərbycan,Azərbaycan! 

 

 

 

 

 


 

 

Yüklə 483,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə