Göyərçin və qarışqa



Yüklə 4,63 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü4,63 Kb.
#19143

background image
Göyərçin və qarışqa

   Biri varmış,          biri yoxmuş. Meşə Göyərçini bir yaz günü          su içməyə getdi. Gördü bir

Qarışqa          suya düşüb çapalayır. Göyərçin          tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə   

      bir yarpaq alıb suya atdı. Amma yarpaq Qarışqadan          xeyli uzağa düşdü. Çayın axarı

Qarışqanı          xeyli uzağa apardı. Bu dəfə Göyərçin          caynağına çöp alıb onu suya atdı.

Qarışqa          tez çöpə dırmaşdı. Beləliklə,          o ölümdən qurtardı. Sahilə çıxanda         

Qarışqa Göyərçinə dedi:

            - Məni ölümdən qurtardın. Bir          gün olar, mən də sənə kömək edərəm.

            Göyərçin Qarışqanın sözünə          güldü.

            - Sən çox kiçiksən, mənə          necə kömək edəcəksən?

            Göyərçin uçub getdi. Həmin          vaxtdan xeyli keçdi. Göyərçin ağacın başında         

yuvasında rahatca yatmışdı. Bir ovçu onu çoxdan          güdürmüş. İstəyirmiş ki, Göyərçini         

yatdığı yerdən götürmək istədi.          Ayaq barmağının ucunda ağaca yaxınlaşdı.          Tətiyi

çəkmək istəyəndə Qarışqa          ovçunun boynundan bərk dişlədi. Ovçu tətiyi          çəksə də,

Göyərçini vura bilmədi.          Tüfəngin səsinə Göyərçin oyandı.          Qarışqanı gördü, dedi:

            - Çox sağ ol, dost. Yaxşılığa          yaxşılıq deyiblər.



  

 1 / 1

Yüklə 4,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə