Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
  1   2   3   4   5   6   7   8   9   ...   29


 



 



 

A N A R 

 

 

 

 

 

GÖZ MUNCUĞU 

 

 

 

 

 

Bakı – 2014  

 

 

 

 

 

 

 


 



Kitabın redaktoru və ön sözün müəllifi: Pərvin 



 

  

 

Xalq yazıçısı Anarın yeni, “Göz muncuğu” povestini birnəfəsə 

oxuyacaqsınız. Əsər insan xislətinin fərqli tərəflərini anlamağa, ən dərin 

qatlara enib gizlinləri öz gözlərinizlə görməyə kömək edəcək. “Göz 

muncuğu” povesti insanın daxili portretidir… Gözlərində əks olunmuş 

portreti!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 



Ön söz  



Anar nəsrinin göz muncuğu... 

 

"Başa düşdüm ki, varlığı, həyatı, kainatı, dünyanı yalnız 



məntiqlə izah etmək qeyri-mümkündür.  

İnsanı anlamaq isə heç mümkün deyil... "  

(Anar, "Göz muncuğu")  

 

Bütün yaradıcılığı boyu insanı anlamağa, onun ən müxtəlif hallarını, xarakterini 



açmağa,  göstərməyə  çalışan  yazıçının  axır  vaxtlarda  yazdığı  "Göz  muncuğu" 

povestindən  (qəhrəmanın  dilindən  olsa  belə)  epiqrafdakı  fikirləri  oxuyanda 

diksindim.  Yəni  doğrudanmı  mümkün  deyil?  Məncə,  ədəbiyyatın  ikinci  adı 

"insanşünaslıq"  ola  bilər.  Əlbəttə,  söhbət  əsl  ədəbiyyatdan  gedir.  İnsanı  nə 

psixologiyanın,  nə  fəlsəfənin,  nə  də  sosiologiyanın  köməkliyi  ilə  bu  cür  dərindən 

öyrənmək  olar.  Əgər  başqa  elmlər  insanı  hansısa  şablonlar,  trafaretlər,  konkret 

kriterilər  vasitəsilə  öyrənirsə,  ədəbiyyat  bunu  müxtəlif  situasiyalar  quraraq,  daha 

fərqli  yollarla  edir.  Eyni  zamanda,  ədəbiyyatın  oxucuya  estetik  zövq  verməsi  də 

göstərilən problemi, məsələni daha yaxşı qavramağa səbəb olur.  

"Göz  muncuğu"  povestinin  epiqrafında  yazıçı  alman  filosofu  Nitsşedən  sitat 

gətirir: "Sənət bizə ona görə verilib ki, Həqiqət bizi öldürməsin...". Nitsşe XIX əsrdə 

yaşayıb.  Amma  bu  gün  də,  elə  indi  də  Anarın  yeni  povestini  oxuduqca  aforizmin 

dəqiqliyinə,  yerində  deyilməsinə  heyrətlənməyə  bilmirsən.  Eyni  zamanda,  fikrimdə 

Anar yaradıcılığına kiçik bir ekskurs edib düşünürəm ki, deyəsən, axı bu fikir onun 

da  əsas  ideyası,  qayəsidi.  Həqiqəti  yazmaq,  amma  elə  yazmaq  ki,  əsl  sənət  olsun, 

oxucunu "öldürməsin". Bəzən mənə elə gəlir ki, Anarın cəmisi BİR qəhrəmanı var: 

İnsan! Onun yaradıcılığında bütün əlavə priyomlar, təsvirlər, hadisələr,  əhvalatlar o 

bir adamı, qəhrəmanı ifadə etmək, göstərmək üçündü. Yazıçı lap erkən gəncliyindən 

bu  günə  kimi  yazdığı  əsərlərdə  o  tək  qəhrəmanına  hər  dəfə  yeni  bir  ad  verib,  onu 

bərkə-boşa  salıb,  müxtəlif  həyat  situasiyaları  ilə  üzləşdirib,  sınağa  çəkib,  qürbətə 




 

göndərib, vətənsiz qoyub, ölümlə görüşdürüb, bəzən bədbəxt edib, bəzən xoşbəxtlik 



yaşadıb...  Onu  anlamaq  üçün  edib  bunları.  Həm  də  bizlərə,  oxucularına  anlatmaq 

üçün.  Eyni  zamanda,  Anar  sanki  azarkeşlik  edir  öz  yaratdığına.  Və  qəhrəmanını  o 

qədər real yazır ki, bəzən hadisələrin axını yazıçının kontrolundan çıxa da bilir. Hər 

halda,  mən  bir  oxucu  kimi  bəzi  məqamlarda  yazıçının  heyrətini  də,  təəccübünü  də 

hiss edirəm. Bəlkə də Anar yaradıcılığına xas gözlənilməz sonluğa, həm də sonda bir 

çox məsələlərin mübhəm saxlanılmasına, sual altında qalmasına səbəb məhz budur. 

Yazıçı bəzi sualların cavabını özü də bilmir.  

...  Amma!  Bütün  bunlarla,  yazıçının  qəhrəmanına  azadlıq  verməsi,  onu 

yazmaqdan  əlavə,  sadəcə,  müşahidə  etməsiylə  yanaşı,  Anarın  sərt  və  özünəməxsus 

nəsr qaydaları, qanunları var. Xarakteri bütöv yaratmaq, insanı mənfisi və müsbəti, 

çatışan və çatışmayan tərəfləri ilə hərtərəfli göstərmək, hər bir adamı onun öz dilində 

danışdırmaq,  oxucunu  intizarda  saxlamaq  və  çox  vaxt  da  heyrətləndirmək,  bəzən 

çaşdırmaq. Və ən başlıcası, həmişə düşündürmək.  

Yazıçının  bu  günlərdə  yazıb  bitirdiyi  "Göz  muncuğu"  povestinin  əlyazmasını 

oxuduqca  Anar  qələmini,  üslubunu  hər  an,  hər  cümlədə  hiss  edirdim.  Əsər  həm 

yenidi,  müasirdi,  bu  günün  nəsridi,  mövzusu  orijinaldı,  amma  həm  də  Anar 

yaradıcılığının  davamıdı,  parçasıdı,  ona  məxsusdu.  Yazıçı  bu  əsərində  də  özünə 

sadiqdi, həm qəhrəmanına tam azadlıq verib, həm də hər detalı zərgər dəqiqliyi ilə 

işləyib. İlk baxışdan əsər yaman göz, pis nəzər və onun fəsadları haqqındadı. Əlbəttə, 

bəd nəzərin, pis gözün, ümumiyyətlə, olub-olmaması da mübahisəli məsələdi. Kimsə 

inana,  kimsə  inanmaya  bilər.  Amma  bu  əsərdə  də  göz  muncuğu,  yaman  göz,  bəd 

nəzər  vasitədi  sadəcə.  İnsan  xarakterinin,  xislətinin  bu  tərəfini,  onun  fərqli  həyat 

hadisələrindən  içində  yığılan  kini,  nifrəti,  ağrını  və  kompleksləri  göstərmək  üçün 

priyomdu.  Həm  də  yazıçı  müxtəlif  fəlsəfi  əsərlərdən,  filosofların  fikirlərindən 

epiqraflar,  sitatlar  gətirməklə  bəd  nəzərin,  yaman  gözün  varlığını,  insan  talelərinə 

təsirini də əsaslandırır. Əsərin qısa məzmununa keçməzdən əvvəl bəzi məziyyətləri 

haqda fikirlərimi yığcam şəkildə çatdırmaq istərdim.  

Povestin  əsas  özəlliyi  onun  müasirliyidir.  Yazıçı  özündən  yeni  fəlsəfə 

uydurmayıb,  "heç  kəsin  bilmədiyini,  demədiyini  yazmalıyam"  kimi  iddiası  da 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə