Gp-hand. EnvCompo. Az new qxd: gp-hand. EnvCompo. Az



Yüklə 86,32 Kb.
Pdf görüntüsü
tarix07.04.2018
ölçüsü86,32 Kb.
#36248


20

1

Su — həyatın əsasıdır

Su

Əsas fikir

Biz hamımız sudan istifadə edirik və buna görə də onun qarşısında 

məsuliyyət daşıyırıq. Bu o deməkdir ki, biz suya qənaət etməli və onu 

çirklənmədən qorumalıyıq 



Müddət

Hər bir tədris saatında 7 müstəqil iş. Birinci 2 məşğələni daha qısa 

müddətə həyata keçirmək olar, ona görə ki, o, ibtidai siniflər üçün 

nəzərdə tutulub.



Êlin fəsli

Êstənilən



Yer

Məktəb, sinif otagı



Tədris vasitələri

Televizor, videokasetlər, bir stəkan içməli su, diş məcunu və təzə diş 

fırçası, plastmas ləyən, küvet, quru toz, tozlu şirə (KMnO4 ilə əvəz 

etmək olar), pulverizator, su üçün 3 litrlik qab, qıf, 1,5 l-k plastmas qab, 

müxtəlif ölçülü daşlar, kağız parçası. 

Tədris fənləri

Kimya, biologiya, coğrafiya, fizika, təbiətşünaslıq, ekologiya



Məqsəd

• Suyun insan və bəşəriyyət üçün vacibliyini dərk etmək; 

• Sadə hərəkətlərlə suya necə qənaət etməyi göstərmək;

• Suyun çirklənməsi haqqında məlumat vermək və onu evdə 

qənaətlə işlətmək vərdişlərinin mənəmsənilməsi

Metodlar

Mühazirə, diskussiya, təcrübələrin və videofilmlərin nümayişi

Su — həyatın əsasıdır

Müəlliflər: Kliment Mindjov, Fikrəd Cəfərov




21

1

Su — həyatın əsasıdır

Su

Giriş

Su bizim planetin unikal komponentidir. Onsuz həyat mümkün deyil və akademik Oparinin fikrincə,

su canlıların əmələ gəldiyi ilk yerdir. Müxtəlif tərəfli iqtisadi maraqların və mürəkkəb sosial

münasibətlərin predmeti kimi o, idarə olunan və satıla bilən bir məhsuldur.

Turkiyənin Prezidenti olmuş mərhum Turqut Özal demişdir ki, XX

I əsrdə müharibələr yalnız içməli su

əldə edilməsi üçün aparılacaqdır.

Êçməli suları biz səth sularından və yeraltı mənbələrdən götürürük. Səth sularına çay, göl və buzluqlar,

yeraltılara isə qrunt və artezian suları aiddir. Hal-hazırda yeraltı sular kifayət dərəcədə öyrənilməyib. 

Su kənd təsərrüfatında suvarmada istifadə edilir,

hidroenergetikada elektrik enerjisi almaqda, müxtəlif enerji

qurğularında istilik daşıyıcısı və soyuducu kimi istifadəyə cəlb

edilir. Su məişətdə geniş istifadə edilir: içmək, şəxsi gigiyena,

təmizlik və istilik daşıyıcısı kimi evlərin qızdırılmasında.

Sudan səmərəsiz istifadə və onun çirklənməsinin getdikcə

yüksəlməsi bəşəriyyəti fəlakətə gətirə biləcək ciddi problemlərin

ortaya çıxmasına səbəb ola bilər. 

Bizim hamımız sudan istifadə edirik. Odur ki, onun qorunması

məsuliyyəti də bizim üzərimizə düşür. Praktikada su ehtiyatlarına

məsuliyyətli münasibətin yalnız iki üsulu — suya qənaət və onun

çirklənmədən qorunması mövcuddur.

Məşğələlərin aparılması

I Hissə. Su dövranı (ibtidai siniflər üçün)

Bir stəkan içməli su götürün. Şagirdlərin birindən ondan azacıq içməyi və onun yaşını müəyyən

etməyə cəhd göstərməsini xahiş edin. 

Êzah edin ki, bu suyun yaşı 4,5 milyard ildir və o, bizim planetin

yaşına uyğundur, su yerin səthi ilə atmosfer arasında daimi hərəkətdədir. Günəş və külək torpaqdan,

bitki yarpaqlarından, heyvanların bədənindən, həmçinin müxtəlif su hövzələrinin səthindən suyun

buxarlanmasına səbəb olur. Buxarlanma zamanı su buxarlarına çevrilən buxar soyuyur, kondensasiya

edir, yağış, şeh, qar, dolu şəklində torpağa qayıdır. Bəzən yağışların güclü şəkildə baş verməsi, qar və

buzların əriməsi nəticəsində güclü axınlar əmələ gəlir ki, bunlara da sel deyirlər. Sellər bəzən elə gücə

malik olur ki, qarşısına çıxan hər bir şeyi (ağacları, qayaları, torpaq bəndləri, beton plitələri və s.) özü

ilə aparır. Çaylar öz növbəsində dəniz və okeanlara axırlar. Çöküntülərin bir hissəsi torpağın aşağı

qatlarına süzülərək yeraltı sular və ya axınlar əmələ gətirirlər.

Yuxarıda deyilənlərin əyani göstəricisi kimi CD-ROM-da olan interaktiv illüstrasiyalardan istifadə

etmək olar. 



II Hissə. Dəniz və şirin sular (ibtidai siniflər üçün)

Şagirdlərə “Dəniz və şirin sular” haqqında işçi vərəqini paylayın; dəniz və şirin sular arasındakı

oxşarlıq və fərqləri izah edin. Qeyd edin ki, yer səthinin təxminən 70%-i dəniz və okeanlarla

örtülüdür və bu suların yüksək duzluluğa malik olması onlardan içmək, qida hazırlamaq və suvarma

üçün istifadə etməyə imkan vermir. Şirin suların payı planetin ümumi su ehtiyatlarının cəmi 2%-ni

təşkil edir. Buna görə də onun çirklənmədən qorunması çox vacibdir.



III Hissə. Su — onsuz biz yaşaya bilmərik

Şagirdləri girişdə olan məlumatlarla tanış edin və ona CD-ROM-da (“Su bölməsi”) verilənləri də

əlavə edin. 

1

Êzah edin ki, nə üçün bu gün bəşəriyyətin qarşısında su böhranı dayanır:

Yer kürəsində bir milyarddan çox adamın keyfiyyətli suya ehtiyacı var;



Dünyada təxminən 2,5 milyard adam su kəmərləri və kanalizasiya olmayan antisanitar

şəraitdə yaşayır;

Bəzi hesablamalara görə, hazırda Yer kürəsinin əhalisinin 1/3 hissəsi şirin su çatışmazlığı



ilə qarşılaşır.


22

1

Su — həyatın əsasıdır

Su

2

“Şirin su” və “Suya necə qənaət etməli?” videofilmlərini nümayiş etdirin. Sonra şagirdlərlə

aşağıdakı məsələləri müzakirə edin:

Hər bir adama gündə nə qədər su lazımdır (~80 litr)?



Hər gün dünyada suyun keyfiyyətinin pis olması səbəbindən nə qədər adam ölür?

(25000-ə yaxın, onların da əksər hissəsi uşaqlardır).

3

Filmin sonunda qoyulmuş suallara cavab verməyə çalışın:

Su ehtiyatlarının səmərəli idarə olunması nə qədər vacibdir?



Suyun çirklənməsinin nə qədər ağır nəticələri olur?

Suyu necə qorumaq olar?



Suyun qorunmasında biz necə iştirak edə bilərik?

(“Suya necə qənaət etmək olar?” nümunəsindəki məlumatlardan istifadə edin).

IV Hissə. Evdə suya necə qənaət etməli?

Şagirdlərə izah edin ki, öz vərdişlərimizdə azacıq dəyişiklik etməklə də suya qənaət etmək olar. 



Tapşırıq: Dişləri necə təmizləməli?

1

Şagirdlərdən dişlərini gündə neçə dəfə təmizlədiklərini soruşun və onlardan birini bunu

necə etməsini sinifdə əyani şəkildə göstərməsini xahiş edin. Həmin şagirdin öz hərəkətlərinə

şərh verməsi də məqsədəuyğun olardı. Nümayişdən sonra diş təmizləməyin suyun istifadəsi

baxımından daha qənaətli başqa üsulunun (məsələn, kranı yalnız diş fırçasını yuyan və ya

ağzı yaxalayan zaman açmaq; sudan əvvəlcədən onu müvafiq bir qaba tökməklə istifadə

etmək və s.) mövcudluğunu müzakirə edin.

Tapşırıq: Üzü necə qırxmalı?

2

Oğlanların birindən onun atasının mexaniki

ülgüc ilə üzünü necə qırxmasını göstərməyi

xahiş edin. Şagirdlərdən biri irəli çıxıb atasının

üzünü necə qırxmasını təqlid edir və bu zaman

o, üz qırxmaq üçün lazım olan alətlərdən

istifadə edir, imkan daxilində yerinə yetirdiyi

hərəkətləri şərh də edir.



3

Şagirdlərlə üz qırxmağın daha səmərəli

üsulunun mövcudluğunu müzakirə edin. Kimsə

öz qohumlarının başqa bir üsulla üzünü

qırxmasını görübmü?

4

Şagirdlərə izah edin ki, hər iki halda suya

qənaət olmasını həmin an təsdiq etmək olmaz. Belə ki, bəzi köhnə su kranları tez-tez

bağlanarkən damcılar şəklində axıtmağa başlayır. Lakin praktika göstərir ki, diş

təmizlənməsində və üz qırxılmasında həyata keçirilən bu kiçik dəyişikliklər, əgər bunu

əhalinin çox hissəsi yerinə yetirərsə, şəhər miqyasında böyük qənaətə səbəb ola bilər. Əmin

olmaq üçün bu məsələyə mühafizəkar yanaşan şagirdlərə “Evdə suya necə qənaət etməli?”

işçi vərəqini paylayın və onlardan orada təklif olunan iki məsələni həll etmələrini xahiş edin.



Cavablar: 

Mən dişimi necə təmizləyirəm?

a: 131 400 000 l;  b: 21 900 000 l;  v: 109 500 000 l 

Üzü necə qırxmalı?

a: 43 800 000 l;  b: 3 650 000 l;  v: 40 150 000 l



23

1

Su — həyatın əsasıdır

Su

Müzakirə

5

Evdə suya qənaətin başqa üsulları ilə bağlı fikir mübadiləsi təşkil edin. Bu halda bölmənin

sonunda verilən “Suya qənaətin 13 üsulu” nümunəsindən istifadə edin. Bütün cavabları

lövhədə yazın və onların hamısının real olmasını müəyyən etməyə cəhd edin və onu evdə

suya qənaət planının tərtibi üçün istifadə edin.

6

Şagirdlər öz ailə üzvlərindən xahiş etsinlər:

Göstərilən hesab məsələlərini həll etməyi;



“Suya qənaətin 13 üsulu” nümunəsi ilə tanış olmağı;

Ailənin suya qənaət planının tərtibində iştirak etməyi.



V Hissə. Ev şəraitində suyu çirklənmədən necə qorumalı?

Êlkin hazırlıq: Şagirdlərdən 1-2 ay müddətinə məişətdə istifadə edilən yuyucu və təmizləyici

vasitələrin qablarını (etiketkaları ilə birlikdə) toplayıb məktəbə gətirmələrini xahiş edin.

1

Sinif məşğələsi: “Biz evdə suyu necə çirkləndiririk?” mövzusunda fikir mübadiləsi təşkil edin

(kanalizasiyadan istifadə, yuyucu və təmizləyici vasitələr, evin su ilə təmizlənməsi və s.).

2

Êzah edin ki, istənilən yerdən kanalizasiyaya axıdılan su təbiət üçün elə də  böyük problem

deyil, baxmayaraq çoxları bunu əsas çirklənmə mənbəyi hesab edir. Müxtəlif

mikroorqanizmlər üzvi mənşəli tullantıların zərərsizləşdirilməsinə uyğunlaşıblar. Bu sferada

olan əsas problem yuma üçün istifadə edilən sintetik yuyucu vasitələrlə əlaqədardır. Bu

kimyəvi maddələr məişətdə əmələ gələn digər çirkli sularla qarışır və belə vəziyyətdə

təmizləyici qurğulara daxil olurlar. Həmin maddələr orada olan mikroorqanizmləri məhv

edir və bununla da onların üzvi qalıqların parçalanmasında iştirakını zəiflədir və ya tamamilə

dayandırırlar. Beləliklə, təmizləmənin keyfiyyəti ciddi şəkildə pisləşir və təmizləyici

qurğulardan su hövzələrinə lazımi dərəcədə təmizlənməyən su daxil olmağa başlayır. 



3

Bu gün təbiət üçün zərərsiz olan sintetik yuyucu və  təmizləyici vasitələrin olmadığını qeyd

edin. Bütün onlar suyu bu və ya digər dərəcədə çirkləndirir. Buna görə də onlardan ağıllı

istifadə etmək, etiketkası üzərində “təbii mühit üçün az təhlükəli” qeyd olunan vasitələrə

üstünlük vermək lazımdır. Lakin başqa üsullar da mövcuddur: evlərin artıq unudulmaqda

olan ənənəvi üsullarla təmizlənməsi. Onlar haqqında bölmənin sonunda verilən “Suyu

çirkləndiricilərdən necə qorumalı?” nümunəsində məlumat almaq olar.



24

1

Su — həyatın əsasıdır

Su

4

Yuyucu və təmizləyici vasitələrin toplanmış

qablarını diqqətlə öyrənib, onların etiketkası

üzərində olan məlumatlara diqqət yetirmək

lazımdır. Baxın görün ki, onların hansısa birinin

üzərində həmin preparatın təbiətə nisbətən az

təsir etməsi haqqında məlumat varmı?

Valideynlərdən və mütəxəssislərdən qablar

üzərindəki məlumatları əlavə olaraq

aydınlaşdırmağı xahiş edin.



5

Qeyd edin ki, nəqliyyatda istifadə edilən

müxtəlif neft məhsulları (benzin, yağ, antifriz,

dizel yanacağı) daha təhlükəlidir. Bu tip

məhsulların kanalizasiyalara, torpağa və su

hövzələrinə axıdılması yolverilməzdir.

Avtomobillərə texniki xidmət zamanı bu tip

mayelər bağlı qablara toplanmalı, oradan isə xüsusi tutumlu yerlərə (yanacaqdoldurma

stansiyalarında və avtoservislərdə belə yerlər olur) tökülməlidir. Bundan başqa, bu

mayelər yenidən istifadə üçün xammaldır.



VI Hissə. Suyu kim çirkləndirir?

1

Ênsan fəaliyyəti su ehtiyatlarının çirklənməsinə necə təsir edir?” mövzusunda fikir



mübadiləsi təşkil edin (kənd təsərrüfatı, sənaye, tikintidə tullantıların və toksiki

maddələrin yığılma yeri, təmizlənməmiş çirkli məişət sularının axıdılması).

Şagirdlərin köməyi ilə CD-Rom-da (“Su” bölməsi) olan məlumatlardan istifadə etmək

olar. Bütün cavabları lövhəyə yazın. Qoy uşaqlar onların fikrincə yaşadıqları ərazidə

suyun çirklənməsinə ən çox təsir edən fəaliyyət növlərini qeyd etsinlər. 

2

Şagirdlərə insanların zibili çox illər bundan qabaq torpaqda basdırmağa başlaması ilə

bağlı məlumat verin. Lakin bu məqsəd üçün onların düzgün yer seçməməsi yerüstü və

yeraltı suların çirklənmə mənbəyinin yaranmasını mümkün edə bilir. 

Şagirdlərlə birgə çirklənmənin yayılması üzrə növbəti təcrübə aparın. Bunun üçün içərisində

2-3 sm qalınlığında quru qum təbəqəsi olan plastmas ləyəni və ya başqa bir qabı su ilə

doldurun. Ləyənin hər hansı bir tərəfində böyük olmayan genişlənmə düzəldin və ora tozlu

şirə (və ya kalium-permanqanat) əlavə edin. 

Êzah edin ki, zibil torpağa (qrunta) məhz belə

axır. Belə yer çirklənmə mənbəyi adlanır. Genişlənmə olan tərəfindən ləyəni bir qədər

qaldırın (bir qayda olaraq təbiətdə torpaq bu və ya digər istiqamətə əyilmiş olur).

Pulverizatorlardan həmin genişlənmə yerinə su tökün. Göstərin ki, bununla siz yağış

yağmasını təqlid edirsiniz. 

Şagirdlərə qumun rənginin dəyişməsini müşahidə etməyi təklif edin. Bu təcrübədən hansı

nəticələrə gəlmək olar? 

Qeyd edin ki, təbiətdə məhz buna oxşar tərzdə çirklənmə uzaq məsafələrə yayılır.

Çirkləndirici maddələr yerüstü və yeraltı sulara, su quyusuna, bulaqlara, şəlalələrə,

çaylara və göllərə düşə bilər ki, məhz oradan da biz içmək və yemək hazırlamaq üçün

su götürürük. 

3

Qoy şagirdlər:

Təcrübə zamanı gördüklərini evdə danışsınlar;



Yaxınları ilə lazımsız şeylərin, ya da istifadə vaxtı keçmiş gübrələrin və zəhərli kimyəvi

maddələrin taleyini müzakirə etsinlər.



25

1

Su — həyatın əsasıdır

Su

VII Hissə. Çirkli məişət sularının təmizlənməsi

Təcrübə: Çirkli məişət sularının əmələ gəlməsi və təmizlənməsi

1

3 litrlik şüşə qabda çirkli məişət suyunun nümunəsini hazırlayın. Bunun üçün 1litr suya bir

qədər təmizləyici və yuyucu toz tökün, ora qəhvə və ya çay çöküntüsü, həmçinin bir neçə

kağız parçası, rəng və bildiyiniz başqa məişət tullantısı əlavə edin. 

Şəkilə müvafiq süzgəc hazırlayın. Bunun üçün 1,5 litrlik plastmas qabın dibini kəsin və onun

yuxarı hissəsini götürün. Qabı tərsinə çevirib onun boğaz hissəsini stəkana qoyulmuş qıfın

üzərinə qoyun. Həmin qabın içərisinə əvvəlcə nisbətən iri, sonra isə xırda daşlar düzün və

axırda qum tökün. Suyun mexaniki təmizlənməsini həmin qaba yavaş-yavaş su tökməklə

nümayiş etdirin. 

Qoy şagirdlər suyun təmizlənmə prosesini diqqətlə izləsin və aşağıdakı suallara cavab

versinlər:

Süzmə zamanı su hansı dərəcədə təmizlənib?



Göstərilən üsulla təmizlənən suyu içmək olarmı? 

Êzah edin ki, bizim evdə istifadə etdiyimiz su, əgər o, yeraltı suların dərin qatlarından

götürülməyibsə, müvafiq sutəmizləyici stansiyalarda çoxmərhələli təmizlənmə prosesinə məruz

qalır; əvvəlcə narın qumun köməyi ilə süzülür, sonra xlorlaşdırma, ozonlaşdırma və ya güclu kvars

lampaları ilə şüalandırma (ultrabənövşəyi) yolu ilə zərərsizləşdirilir və ancaq bundan sonra

istifadəyə yönəldilir. 

2

Şagirdlərə “Çirkli suların təmizlənmə mərhələləri” işçi vərəqini və “Azərbaycanda çirkli

suların təmizlənməsi” nümunəsini paylayın. 

Êzah edin ki, kənd yerlərində və köhnə şəhər məhəllələrində çirkli kanalizasiya suları

qazılmış və ya uducu çalalara toplaşır. Qrunt sularının çirklənməsinə yol verməmək üçün

həmin yerləri hər 3-4 ildən bir təmizləmək lazımdır və onlar etibarlı təbii və ya süni

hidroizolyasiyaya malik olmalıdır. Həmin yerlərin təmizlənməsi ixtisaslaşdırılmış təşkilat və ya

firmalar tərəfindən həyata keçirilir.




Adətən iri şəhərlərdə çirklənmiş sular mərkəzləşmiş qaydada kanalizasiya sistemi ilə

təmizləyici stansiyaya axıdılır. Stansiyada su əvvəlcə mexaniki təmizlənməyə məruz qalır ki,

bu halda onda olan iri hissəciklər təmizlənir. Sonra ikinci — bioloji mərhələ başlayır ki, bu

zaman isə  bakteriya və onurğasız heyvanların fəaliyyətindən istifadə edilir. Əvvəllər bunu

xüsusi sahələrdə edirdilər ki, oranı da “suvarılma sahəsi” adlandırırdılar. Hal-hazırda bu

proses oksigenlə zəngin olan xüsusi həcmə malik yerlərdə aparılır və oksigenin çoxluğu üzvi

maddələrin minerallaşmasına müsbət təsir edir. Bu üsul “suvarma sahəsi”nə nisbətən

ərazicə az yer tələb edir və təmizləmə prosesi isə tez başa gəlir.

Lakin bu mərhələdən sonra da həmin sularda asılı maddələr, bərk qarışıqlar, həmçinin

karbohidrogenlər, fosfatlar, nitratlar, ağır metalların duzları hələ də müəyyən miqdarda qalır. Buna

görə də bəzi ölkələrdə təmizləmənin 3-cü mərhələsi də həyata keçirilir. Bu mərhələdə bir sıra

fiziki və kimyəvi proseslərdən (flutasiya, ion mübadiləsi və s.) istifadə etməklə spesifik

çirkləndiricilər zərərsizləşdirilir. Bundan sonra su təbii hövzələrə axıdılır. Təəssüf ki, 3-mərhələli

təmizləmə qurğusu tikməyi əsasən varlı dövlətlər özlərinə rəva görə bilərlər, lakin buna

baxmayaraq bu tip stansiyaların sayı artır. 

3

Fikirləşin və şagirdlərlə aşağıdakı sualları müzakirə edin:

Sizin yaşadığınız məntəqədən içməli su haradan götürülür? O, necə təmizlənir?



Sizin yaşadığınız məntəqədə kanalizasiya sistemi və təmizləyici stansiya varmı? Əgər

yoxdursa, gələcəkdə onların tikintisi planlaşdırılırmı? 

Sonrakı fəaliyyət

Su ilə əlaqədar olan yerlərə ekskursiyalar təşkil edin, kompüterdə məlumat vərəqləri hazırlayın.



Ədəbiyyat: 

Abbasov V.M., Səlimov N.Ə., Babayev Ə. və b. “Ekoloji kimya, Giriş”. Bakı, “Maarif”, 2002.

“Kür hövzəsinin su anbarları”. Bakı,  2003,  Ruzgar QHT. 

“Su istifadəsi problemləri - Kənd təsərrüfatında su istifadəsi”. Bakı, 2001. Ruzgar QHT. Su istifadəsi problemləri -

Standartlar, normalar, texnologiyalar. Bakı, 2001.



Andronova N.M. Kruqovorot - 1. Azartno-poznovatelnaya iqra. M.: Arqus, 1995.

26

1

Su — həyatın əsasıdır

Su


27

Su — həyatın əsasıdır

Su

Kafeli necə təmizləməli? 

Bu məqsəd üçün satışda təklif olunan bütün vasitələr bu

və ya digər dərəcədə zəhərlidir. Buna görə də onların əvəzinə çirklənmənin xarakterindən

asılı olaraq sirkə və ya sodadan istifadə etmək olar.



Şüşəni necə yumalı?

Bu məqsəd üçün də satışda təklif olunan bütün vasitələr adətən

zəhərli və pas əmələgətirmə xüsusiyyətinə malikdirlər. Buna görə də su ilə sirkəni 11:1

nisbətində qarışdırmaqla əla nəticə əldə etmək olar. 



Çirkli boruların təmizlənməsi üçün vasitələr. 

Adətən bu məqsəd üçün metalları

aşındıran, zəhərli və ya dərini qıcıqlandıran güclü qələvilərdən istifadə edilir. Bu vasitələrin

əvəzinə çirkli boruları vantuz və metal məftil vasitəsilə mexaniki yolla təmizləmək lazımdır. 

Əlavə olaraq müəyyən fasilələrlə boruya stəkanın 1/4-i qədər sirkə, o qədər də soda tökmək

və sonra borunu isti su ilə yumaq lazımdır.



Əlüzyuyanı necə təmizləməlı? 

Adətən bunun üçün xlorlu əhəngə əsaslanan tərkibdən

istifadə olunur ki, bu da zəhərlidir və pas əmələ gəlməsinə səbəb olur. Bu problemin

öhdəsindən yarım stəkan sirkə və ya soda ilə uğurla gəlmək olar.



Qaz, elektrik plitələri və sobaları necə təmizləməli? 

Adətən bu məqsəd üçün

yüksək toksikliyə malik qələvi məhluldan istifadə edirlər. Bunun əvəzinə soda məhlulundan

istifadə etmək olar, lakin bu işi tez-tez və müntəzəm yerinə yetirmək lazımdır.

Alimlər təsdiq edirlər ki, sudan istifadənin müasir texnologiyasına əməl edilməsi

nəticəsində su məsrəfi 1/3 dəfə, kənd təsərrüfatında 2 dəfə, sənayedə 10 dəfə azala

bilər. Bunun üçün isə yalnız aşağıdakılar zəruridir: 

Su borularını və qapayıcıları (kranları) vaxtında və keyfiyyətlə təmir etmək lazımdır ki,



su sızmalarına yol verilməsin;

Azərbaycanda olan iri suvarma kanallarında baş verən sızmaların qarşısının beton və



ya su izoləedici materiallardan istifadə etməklə alınması;

Kənd təsərrüfatında və şəhərlərdə yaşıllaşdırma işində suvarmanın damcı metodundan



(

Êsraildə və su mənbələri az olan digər ölkələrdə olduğu kimi) istifadə etmək lazımdır.

Bu üsul sudan istifadənin effektliyini artırmağa imkan verir və suyun

buxarlanmasından yaranan itkini azaldır.

Hər yerdə suyun effektiv təmizlənməsinə imkan verən qurğuların olması;



Mümkün olan yerdə dövri su təchizatı sistemindən istifadə edilməsi;

Suya görə daha sərt vergi ödəmələrinin müəyyən edilməsi.



Suya necə qənaət etməli?

Suyu çirklənmədən necə qorumalı?

1


Su

28

1

Su — həyatın əsasıdır

Azərbaycanda çirkli suların təmizlənməsi

Çirkli qabı yumazdan əvvəl onu yemək



qalıqlarından yaxşı təmizləmək lazımdır;

Qabı daim açıq olan kranın altında yumayın,



bunun üçün suyu əvvəlcədən ləyənə və ya

axacağı bağlanmış əlüzyuyana tökmək

lazımdır və bununla da qab yumaq üçün

lazım olan suya 50% qənaət etmək olar;

Meyvə və  tərəvəzi yuyarkən əlüzyuyanın



axacağını tıxacla bağlamaq lazımdır;

Êçməli suyu içkiləri, isti xörəyi soyutmaq üçün



istifadə etməyin;

Paltaryuyan maşından onun tam gücünə



müvafiq istifadə etməyə çalışın;

Güclü çirklənmiş paltarları əvvəlcədən yuyucu vasitələr olan xüsusi qabda isladın;



Avtomaşının yuyulması üçün əvvəlcə sudan vedrə vasitəsilə istifadə edin. Sabun və ya

avtoşampunla onu təmizlədikdən sonra yalnız axırda yaxalamaq üçün şlanq vasitəsilə

sudan istifadə edin;

Eyvan və evin xarici səthlərini yağışlı havada yuyun;



Kiçik zibilləri təmizləmək üçün su şlanqından deyil, süpürgədən istifadə edin;

Bostanı içməli su ilə suvarmayın. Bu məqsəd üçün xüsusi su kəmərindən götürülən



texniki sudan, quyudan və ya yağış suyundan istifadə edin;

Bağ və bostanı günün isti və küləkli vaxtlarında suvarmayın, çünki belə halda siz təkcə



bitkiyə ziyan vermirsiniz, eləcə də suyu havayı yerə sərf edirsiniz;

Damcı üsulu ilə suvarma çoxlu suya qənaət edir;



Bağ və bostanın səthindən su buxarlanmasının qarşısını almaq üçün torpağı tez-tez

yumşaltmaq və ya üzərini saman və ya yarpaqla örtmək lazımdır.

Suya qənaətin 13 üsulu

Azərbaycanın və keçmiş SSR

Ê-nin digər respublikalarının, eləcə də Mərkəzi və Şərqi

Avropa ölkələrinin əsas problemi bütün çirkab sularının eyni təmizləyici qurğuda

təmizlənməsidir. Nəticədə bu və ya digər çirkli su (çirklilik səviyyəsinə görə) yaxşı

təmizlənmir. Həmin sularda olan mineral çirkləndiricilər (ağır metalların duzları,

karbohidrogenlər) asanlıqla bioloji təmizləmə mərhələsinə daxil olur və bu mərhələni

həyata keçirən canlılara öldürücü təsir edir.

Digər tərəfdən məişət-kommunal çirkab sularında üzvi maddələrin çoxluğu

zərərsizləşdirmə üçün istifadə edilən kimyəvi proseslərə maneəçilik törədir. Nəhayət,

iki müxtəlif çirkli suda olan maddələrin reaksiyaya girməsi nəticəsində yüksək

toksikliyə malik yeni maddə əmələ gələ bilər.

Təmizləyici qurğuların çoxdan işlənməsi və onun vaxtlı-vaxtında təmiri üçün

maliyyənin çatışmaması isə hər yerdə mövcud olan problemdir. Bu, təmizləyici

qurğularda qəzaların baş verməsinə səbəb olur və nəticədə hövzələrə böyük həcmdə

təmizlənməmiş su daxil olur (belə hallara Bakı və Sumqayıt şəhərlərində olan

təmizləyici qurğularda rast gəlinir). Nəhayət, bir çox rayon mərkəzlərində və kiçik

şəhərlərdə kanalizasiya sisteminin, ümumiyyətlə, mövcud olmaması ciddi qüsur kimi

qeyd olunmalıdır.



Sudan istifadə edilir:  

Gəmiçilikdə

Yüklərin daşınmasında

Balıqçılıqda

Êstirahət və əyləncədə (su idmanında)

Duz və başqa məhsulların 

çıxarılmasında

Êçmək üçün və yemək 

hazırlanmasında

Su çirklənir:

Çirkab suları ilə

Kimyəvi maddələrlə

Ağır metallarla 

Gübrə və pestisidlərlə

Lillə


Radioaktiv tullantılarla

Balıqçılıq və s. təsərrüfat tullantıları ilə

Plastmas məmulatlarla

Suların yuduğu torpaqlarla

Başqa maddələrlə

29

Su

Êşçi vərəqlər

Dəniz suyu və şirin sular

Dəniz suları 

Şirin sular

yox



yox


Dəniz suyu

Şirin su

Yazın

Yer səthinin

Ümumi suyun

%-ni təşkil edir

%-ni təşkil edir

yerləşir


yerləşir

Tərkibində

var

Tərkibində



yoxdur 

Okeanların adı

Mənim regionumun əsas 

çay, göl və su anbarları

Ölkə sərhədlərində 

olan dənizlərin adı 



Sütunlara “hə” və “yox” cavabları yazmaqla suallara cavab verin


Evdə suya necə qənaət etməli?

Tapşırıq: Dişi necə təmizləməli?

Şərt:

Sizin şəhərdə 30.000 əhali yaşayır. Gəlin fərz

edək ki, onların əksəriyyəti dişlərini təmizləyən

zaman kranı həmin müddətə açıq saxlayır,

qalanları isə kranı yalnız diş fırçasını yuyanda və

ağzı yaxalayanda açırlar. 

Hər bir adam orta hesabla bu proseduraya 3

dəqiqə sərf edir və suyun krandan axma sürəti

isə 2 litr/dəq. təşkil edir. 

Êkinci halda dişlərin təmizlənməsi üçün 1 litr su sərf olunur.



Suallar:

a) Əgər şəhərin bütün əhalisi dişlərini yuyan zaman kranı açıq saxlayarsa, 

onda bir il müddətinə nə qədər su sərf olunar?

b) Əgər şəhərin bütün əhalisi dişlərini yuyan zaman kranı yalnız diş fırçasını 

yuyanda və ağzını yaxalayanda açarsa, onda bir il müddətinə nə qədər 

su sərf olunar?

c) Əgər şəhərin əhalisi dişin təmizlənməsi zamanı sudan istifadənin daha 

qənaətcil üculundan istifadə edərsə, onda il ərzində nə qədər suya 

qənaət etmək olar?

30

Su

Êşçi vərəqlər



Êşçi vərəqlər

31

Su

Evdə suya necə qənaət etməli?

(davamı)


Tapşırıq: Üzü necə qırxmalı? 

Şərt:

Şəhərdə yaşayan 40.000 əhalinin yarısı kişi cinsinə aiddir. Həmin kişilərin

yarısı üzünü qırxır ki, onların da yarısı bu işi hər gün görür və bu zaman

mexaniki üzqırxandan istifadə edir. Üzünü qırxan kişilərin çoxu bu

proseduranı yerinə yetirən müddətə su kranını açıq qoyur, qalanları isə

yalnız sudan alətləri və üzü yuma zamanı istifadə edir. 

Üzün mexaniki vasitə ilə qırxılması 6 dəqiqə davam edir. Bu müddət suyun

axma sürəti 2 litr/dəq. təşkil edir. Əgər kran yalnız tələb olunan anda

açılarsa, onda cəmi 1 litr su sərf olunar. 

Suallar:

a) Mexaniki vasitə ilə üzün qırxılması zamanı kranı həmişə açıq saxlayan 

kişilərə il ərzində nə qədər su tələb olunar?

b) Mexaniki vasitə ilə üzün qırxılması zamanı kranı yalnız lazımi məqsəd 

üçün açan kişilərə il ərzində nə qədər su tələb olunar?

c) Əgər üzünü mexaniki vasitə ilə qırxan kişilərin hamısı sudan daha 

qənaətcil üsula keçərlərsə, onda il ərzində nə qədər suya qənaət edilər?



32

Su

Êşçi vərəqlər

Çirkli suların təmizlənmə mərhələləri

Təmizlənmənin

birinci mərhələsi

Bu, mexaniki

təmizlənmədir. 

Bu mərhələdə

nisbətən böyük 

ölcülü hissəciklərin 

(daş, ağac qırıntıları,

əsgi parçaları və s.)

ayrılması üçün adi

filtrdən istifadə olunur.



Təmizlənmənin 

ikinci mərhələsi

Bu, bir bioloji prosesdir ki, bu zaman üzvi çirkləndiriciləri 90%-ə qədər

parçalaya bilən aerob bakteriyalardan istifadə edilir. Çirkli sular böyük həcmli

bağlı çənlərə (aerotenklər) axıdılır və orada oksigenlə zənginləşdirilir. 

Bu sonuncu proses üzvi maddələrin mikrobioloji parçalanmasına təsir etmək

üçün zəruridir. Çənlərə həmçinin canlı filtrlər — onurğasız (kolovratkalar)

heyvanlar da daxil edilirlər. Bu heyvanlar bakteriyalar həddindən artıq

coxalanda onların sayını tənzimləyirlər və qalıq miqdarı ilə qidalanırlar. 

Sonra su çökdürücü hovuza daxil edilir ki, burada da canlı filtratlar çökür. 

Birinci və ikinci mərhələdə əldə edilən çöküntü xüsusi poliqona aparılır,

əlavə olaraq aerob parçalanma prosesinə uğradılır və bundan sonra

yandırılır və ya basdırılır. Əgər o, toksiki deyilsə, onda onu üzvi gübrə kimi

istifadə etmək olar.

Hətta təmizlənmənin ikinci mərhələsindən sonra da həmin suyun tərkibində

üzvi tullantılar, bərk qarışıqlar, azot və fosforlu birləşmələr qalır. 

Təmizlənmənin üçüncü mərhələsi

Bu, fiziki və kimyəvi proseslər

seriyasından ibarətdir ki, burada da

məqsəd iki mərhələdən sonra qalan

çirkləndiricilərin ayrılmasıdır. Belə

təmizlənmə baha başa gəldiyinə görə

nadir hallarda istifadə olunur.

Lakin hazırda bu təmizlənmədən

Finlandiyanın, Almaniyanın, 

Êsveçrənin

və başqa ölkələrin əhalisinin artıq 1/3

hissəsi istifadə edir.



1

2

3

Azərbaycan haqqında məlumatlara əlavə mətnlərdə baxın.



Yüklə 86,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə