Gp-hand. GlobalChal. Az new qxd: gp-hand. GlobalChal. Az



Yüklə 39,54 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü39,54 Kb.
#6190
növüYazı


Giriş

Atmosferdə yer səthinin 20-40 km yüksəkliyində ozonun yüksək miqdarda olduğu qat

mövcuddur ki, bunu “ozon qatı” adlandırırlar.  Bu qatın biosferdə ən əsas funksiyası insanlar

da daxil olmaqla bütün canlıları Günəşin öldürücü gücə malik olan ultrabənövşəyi şüalarının

təsirindən qorumaqdır.

Ozon fotokimyəvi reaksiya nəticəsində oksigendən əmələ gəlir: 

3O

2



2O

3

yuksək enerjinin təsiri nəticəsində. 



Gəlin yuxarıya nəzər salaq...

Müəlliflər: Kliment Mindjov, 



Êvelina Angelova, Fikrəd Cəfərov, Niyazi Əliyev

Əsas fikir

Yaxın 10-15 ildə ozon təbəqəsi kritik səviyyəyə qədər nazikləşəcək. 

Buna görə də insanların özlərini təhlükəli ultrabənövşəyi şüalardan 

qoruması çox vacibdir.



Müddəti

2-3 dərs saatı



Êlin fəsli

Êstənilən 



Yer

Məktəb (sinif otağı)



Tədris vəsaitləri

Yazı lövhəsi, videokaset



Tədris fənləri

Kimya, biologiya, fizika, ekologiya, davamlı inkişaf, sinif saatı



Məqsəd

• Stratosferdəki ozon qatının dağılması və nazikləşməsi ilə bağlı 

problemlər haqqında, eləcə də öldürücü təsirə malik ultrabənövşəyi 

şüalardan qorunmaq üçün bəzi tədbirlər barədə məlumat vermək



Metodlar

Mühazirə, diskussiya, test, videofilmlərə baxılması.



Gəlin yuxarıya nəzər salaq...

Ozon qatının dağılması

186

1


Gəlin yuxarıya nəzər salaq...

187

1

Ozon qatının dağılması

Atmosferin aşağı təbəqəsində bu qaz göy gurultusu zamanı əmələ gəlir, bundan başqa o, lazer

printer və surətçıxarma aparatları işləyən zaman, eləcə də bir sıra başqa proseslər nəticəsində də

əmələ gəlir (“Havanın təmizliyi” bölməsindən istifadə edin).

1985-ci ildə alimlər müəyyən etmişlər ki, ozon qatı getdikcə nazikləşir. Bu proses güclü şəkildə

Antaraktida üzərində gedir və nəticədə orada “ozon deşiyi” əmələ gəlir. Avropanın və keçmiş

SSR

Ê-nin əsas hissəsində planetin mülayim sahələri üzərindəki stratosfer qatında ozonun miqdarı



6-8% azalıb. Lakin bu da ultrabənövşəyi şüalanmanın intensivliyinin artması üçün kifayət

dərəcədədir.

Ozon qatının nazikləşməsinə səbəb müxtəlif təsərrüfat fəaliyyəti nəticəsində əmələ gələn freonların

(soyuducularda və aerozol balonlarda istifadə edilir), florlu, xlorlu, bromlu karbon birləşmələri və ya

hallonların (yanğınsöndürən balonlarda istifadə edilir) atmosferə atılması və onların ozondağıdıcı

xüsusiyyətə malik olmasıdır. Atmosferə düşən ozondağıdıcı maddələr (ODM) tədricən yüksəkliyə

qalxaraq ozon təbəqəsinə çatır. Burada bir ODM molekulu on minlərlə ozon molekulunu dağıda

bilər, yəni onun parçalanması prosesinin katalizatoru ola bilər. ODM-in stratosferə nüfuz etməsi

prosesi nisbətən yavaş baş verir və çoxlu vaxt tələb edir.

Məşğələlərin aparılması

I Hissə. Günəşdə yanma

1

Şagirdlərdən Günəş altında qızınmağı və ya qaralmağı xoşladıqlarını soruşun. Onlar bunu

harada edirlər: dağlarda, çimərlikdə və ya evdə bağlı pəncərə altında? Nə üçün axırıncı

halda qaralmaq olmaz?



2

Stratosferin ozon təbəqəsinin pəncərə şüşəsi kimi ultrabənövşəyi şüaları udduğunu və

nəticədə bu şüanın az bir hissəsinin yer səthinə çatdığını izah edin. Beləliklə, ozon qatı Yer

kürəsində həyatın mövcudluğu üçün mühüm əhəmiyyətə malik filtr rolunu oynayır.



II Hissə. Gəlin yuxarıya nəzər salaq

1

“Ozzy Ozone” videofilmini nümayiş etdirin.



2

Şagirdlərdən aşağıdakı suallara cavab verməyi xahiş edin:

Ozon təbəqəsinin funksiyası nədir?



“Ozon deşiyi” nədir?

Ozon təbəqəsinin dağılmasına səbəb nədir?



Şagirdlərdən bu suallara filmdə göstərilənlərə istinadən cavab vermələrini xahiş edin.

3

Şagirdlərə izah edin ki, ODM-in böyük hissəsi, məsələn, freon və hallonlar, Yer səthi

yaxınlığında nisbətən zərərsizdir. Bundan başqa, onların istifadəsi insan üçün həddindən 

artıq zəruri olan əşyalarla bağlıdır. Lakin bu maddələr stratosferə daxil olandan sonra ozon

molekulu ilə reaksiyaya girir və onu dağıdırlar, nəticədə ozon qatı getdikcə nazikləşir və

nəticədə yer səthinə çatan ultrabənövşəyi şüaların payı artır.



III Hissə. Mən öz sağlamlığımla nə qədər risk edirəm?

1

Şagirdlərin diqqətini ultrabənövşəyi şüaların intensivliyinin yüksəlməsinin ətraf mühit və

insan sağlamlığı  üçün nə qədər təhlükəli olduğuna yönəldin. Bu prosesi videofilmdə

göstərin, nəticələrini lövhədə yazın. Əlavə məlumat mənbəyi kimi “Insanlar üçün nəticələr”

nümunəsindən, eləcə də CD-ROM-dan (“Ozon təbəqəsinin dağılması” hissəsi) istifadə

etmək olar.

Ultrabənövşəyi şüaların tamamilə olmaması da sağlamlıq üçün təhlükəlidir. Bu şüaların

təsirindən insan orqanizmində D vitamini əmələ gəlir ki, o da sümüklərin düzgün

böyüməsini stimulə edir. Günəşin altında az vaxt keçirən adamlar, xüsusən uşaqlar, raxit

xəstəliyinə tutulmaq təhlükəsinə məruz qalırlar.




Gəlin yuxarıya nəzər salaq...

Ozon qatının dağılması

188

2

Hər bir adamın aşağıdakıları bilməsini və yadda saxlamasını qeyd edin:

Yaxin 10-15 ilə ozon qatı kritik səviyyəyə kimi nazikləşəcəkdir. Yalnız bundan sonra



onun öz-özünə bərpası başlaya bilər ki, bu da XXI əsrin ortalarına kimi davam edəcəkdir. 

Dərini birbaşa düşən günəş şüalarınadan, xüsusən yayda və günorta çağı qorumaq çox



vacibdir. Parlaq gündə günəşdən müdafiə üçün nəzərdə tutulan eynəkdən istifadə etmək

lazımdır, çünki bu tip eynəklər ultrabənövşəyi şüaların təsirini zəiflədir. 



3

Şagirdlərdə uzun müddət günəş altında qalma zamanı dəri xərçəngi xəstəliyinə tutulma

ehtimalının böyük olması haqqında təsəvvür yaranması üçün onlara “Sağlamlıq üçün risk

dərəcəsi necədir?” işçi vərəqini paylayın. Bu göstəriciyə görə ən çox xal toplamış şagirdləri

alınan nəticənin bir ehtimal olması ilə sakitləşdirin. Digər tərəfdən, uzaqgörən adam bu və ya

digər riski nəzərə almaya və onu azaltmaq üçün çalışmaya bilməz.



IV Hissə. Gəlin ozon qatını xilas edək

1

Şagirdlərə beynəlxalq ictimaiyyətin ozon qatının saxlanması və bərpası məqsədilə ciddi

tədbirlər həyata keçirmək qərarına gəlməsi, bu problemin həlli üçün alimlərin, hökumətlərin,

parlamentarilərin, ictimai təşkilatların və jurnalistlərin öz səylərini birləşdirdikləri haqqında

məlumat verin.

Onlara söyləyin ki, Vyana konvensiyası və Monreal protokolu kimi beynəlxalq sənədlər qəbul

edilib. Bu sənədlər ODM-dən istifadənin reqlamentləşdirilməsinə və azaldılmasına, eləcə də 

bu kimyəvi maddələrdən istifadədən imtinaya yönəlib. Hazırda bu sənədə 160 ölkə, o cümlədən

Azərbaycan da qoşulub. 

1991-ci ildə varlı və inkişaf etmiş ölkələr ODM-dən istifadəyə əsaslanan istehsalla məşğul

olan ölkələrə kömək məqsədilə Qlobal Ekoloji Fond (QEF) yaradıblar. Bu təşkilatın maliyyə

dəstəyi ilə bir sıra ölkələr ODM-dən istifadənin azaldılması üçün milli proqram hazırlamışlar.

Bu proqram Azərbaycanda 1996-1998-ci illərdən yerinə yetirilir və QEF bu məqsəd üçün

1,0 milyon ABŞ dollarından çox vəsait ayırıb ki,  təhlükəli ODM-dən istifadə edən zavodlar

öz avadanlıqlarını yeniləşdirsin (kondisioner, soyuducu və s. istehsalı). Artıq 2000-ci ildə

ODM-in Azərbaycanda istehsalı dayandırılıb. Buna baxmayaraq bu tip maddələrdən tam

imtina edilməsi üçün bir sıra texnoloji proseslərdə böyük dəyişikliklər tələb olunur. 

Bu proqram hazırda yekunlaşmaq üzrədir.

Hər il ətraf mühitin vəziyyəti haqqında hazırlanan milli məruzənin məlumatlarına əsasən 

2001-2004-cü illərdə Azərbaycanın nəzarət olunan ərazilərindəki ozon qatı davamlı və

normaya yaxın olmuşdur.

2

Hər bir adamın istehlakçı kimi ozon qatının xilasında iştirak edə biləcəyini qeyd edin. 

Bunun üçün elə məhsullar almaq lazımdır ki, onun istehsalında və onun istifadəsi zamanı

ozon qatı üçün təhlükəli olan maddə əmələ gəlməsin. Lövhədə bu məqsədlə istifadə edilən

məhsulların adını yazın və onları “Ozon qatının dostu” kimi adlandırın.

Sonrakı fəaliyyət

Şagirdlərdən yaxınlıqdakı mağazalarda üzərində ODM-in olmasını bildirən yazı olan



məhsullarla tanış olmalarını xahiş edin. Bu mövzu ilə əlaqədar şagirdlərə mağazanın sahibləri,

eləcə də valideynləri ilə söhbət aparmağı tövsiyə edin.



1


Gəlin yuxarıya nəzər salaq...

Ozon qatının dağılması

189

1

Ozon qatının dağılması və onun tamamilə məhv edilməsi insan sağlamlığı üçün faciədir.

Ultrabənövşəyi şüa selinin artması dəri xərçəngi, katarakta, eləcə də dərinin qocalması,

immun sisteminin zəifləməsi kimi xəstəliklərin ciddi şəkildə artmasını şərtləndirəcəkdir.

Tibbi tədqiqatlarla dəri xərçəngi ilə ultrabənövşəyi şüalanmanın intensivliyi arasında düz

mütənasiblik olduğu təsdiqlənmışdır.

Dəri xərçəngi xəstəliyinə tutulma riskini yüksəldən amillərə dərinin açıq rəngliliyi, gözün

rəngi (mavi, yaşıl və ya qəhvəyi), açıq rəngli saçlar, xalların çox olması və s. aiddir. 

Müxtəlif xalqlar ultrabənövşəyi şüaların təsirinə müxtəlif dərəcədə həssasdırlar.

Avropalılardan ona ən çox həssas skandinaviyalılar, ən az isə Aralıq dənizi sahilində

yaşayanlar (ispanlar, italyanlar, yunanlar, bolqarlar), eləcə də azərbaycanlılardır.

Ümumdünya Səhiyyə Təşkilatı aşağıdakı profilaktika və müdafiələri təklif edir:

yaşı 1 ildən az olan uşaqları birbaşa günəş şüalarının təsirinə məruz qoymamağı;



günəşli havada günorta vaxtı uşaqlara küçədə çox oynamağa icazə verməməyi;

dəri və gözün günəşdən qorunmasını və bunun üçün nəzərdə tutulan vasitələrdən



istifadə etməyi (geyim, papaqlar, eynəklər və s.);

ultrabənövşəyi şüalardan maksimum müdafiəyə imkan verən kosmetik vasitələrdən



istifadə etməyi;

xüsusi ehtiyac olmadıqda kvars lampalarından istifadə etməməyi;



günorta vaxtı aşağı enlikdə və yüksək dağlıqda günəş altında olarkən birbaşa gün

şüalarından kifayət qədər müdafiə olunmağı.

Ênsan üçün nəticələr



190

Ozon qatının dağılması

Êşçi vərəqlər

Dəri xərçəngi xəstəliyinə tutulmaq riski:

Minimal — 10-15 xal; Orta — 16-22 xal; Yüksək — 23-25 xal; Ən yüksək — 26-30 xal.



Sağlamlıq üçün risk

dərəcəsi nə qədərdir?

(Kim dəri xərçənginə tutulma

riskinə məruz qalır?)

Suallara cavab verin və yığdığınız xalları sayın:



1. Sizin saçınızın rəngi necədir?

Ballar

I

I



açıq və ya kürən

4

I

I



şabalıdı

3

I

I



qara

1

2. Sizin gözünüzün rəngi necədir?

I

I



mavi və ya yaşıl

4

I

I



qəhvəyi və ya açıq qəhvəyi

3

I

I



qara

1

3. Əgər siz yayda bir saatdan artıq gün altında dayanmısınızsa:

I

I



sizin dəriniz yanır və orada suluqlar əmələ gəlir

4

I

I



sizin dəriniz yanır və sonra siz normal qaralırsınız

3

I

I



xoşagəlməyən nəticələr olmadan siz normal qaralırsınız

1

4. Sizdə xallar varmı?

I

I



çoxdur

5

I

I



azdır

3

I

I



yoxdur

1

5. Siz işləyirsiniz:

I

I



açıq havada

4

I

I



açıq havada və örtülü yerdə

3

I

I



örtülü yerdə 

1

6. Sizin ailədə dəri xərçəngi xəstəliyinə tutulma halları olubmu?

I

I





5

I

I



yox

1

7. Siz harada yaşayırsınız?

I

I



iqlimi isti olan regionda

4

I

I



iqlimi mülayim olan regionda

3

I

I



iqlimi soyuq olan regionda

2

Yüklə 39,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə