Ğrafiya Coğrafiya fənni üzrə ümumi təlim nəticələri



Yüklə 44,85 Kb.
tarix23.10.2017
ölçüsü44,85 Kb.
#6384

Coğrafiya

  1. Coğrafiya fənni üzrə ümumi təlim nəticələri

Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:

  • Coğrafi təbəqənin tərkib hissələrinin inkişaf qanunauyğunluqlarını, onların qarşılıqlı əlaqəsini, ətraf mühitə təsirinin nəticələrini izah edir, təbii komplekslərin müqayisəli təhlilini aparır, onlarda baş verən dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edir;

  • ətraf mühitin dəyişilməsi prosesini müşahidə etmək üçün təcrübələr aparır, sınaqlar keçirir, onların nəticələrini ümumiləşdirib təqdim edir;

  • müvafiq nəzəri biliklər əsasında iqtisadi səmərəliyin təmin olunması ilə bağlı fərdi qaydada, habelə qrup daxilində kiçik layihələr hazırlayır, hesablamalar aparır, nəticələrin tətbiqi üzrə mülahizələr irəli sürür;

  • müxtəlif məzmunlu plan və xəritələr hazırlayır, ayrı-ayrı sahələr üzrə coğrafi hesablamalar aparır və müvafiq diaqramlar; sxem və cədvəllər tərtib edilir;

  • geosiyasi dəyişiklikləri təhlil edir və ümumiləşdirmələr aparır, bu dəyişikliklərin ölkəmizə təsiri barədə mülahizələr irəli sürür;

  • öz biliyini və məlumat dairəsini genişləndirmək üçün əlavə materiallar toplayır, onları sistemləşdirib yazılı və şifahi təqdim edir.



  1. Məzmun xətləri üzrə təlim nəticələri

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

Coğrafi məkan

Şagird:

  • Səma cisimlərini müqayisə edir, onların hərəkətinin qarşılıqlı təsirini əsaslandırır və həyatın inkişafındakı rolunu izah edir;

  • Yaşadığı ərazidə müşahidələr, hesablamalar apararaq nəticələrini müqayisə edir, məhəlin kartoqrafik təsvirini verir, ondan istifadə bacarıqları nümayiş etdirir;

  • Kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi, geosiyasi mövqeyini müəyyən edir.

Təbiət

Şagird:

  • Coğrafi təbəqənin özünəməxsusluğu və inkişafını onlarda baş verən təbii hadisə və proseslərin səbəblərini təhlil edir, insanların həyat və fəaliyyətinə təsirini izah edir;

  • təbii şərait və ehtiyatların yerləşməsinin müxtəlifliyini müəyyən edir və onlardan istifadə imkanlarını təhlil edir;

  • təbii hadisə və proseslərin müşahidəsi üçün müvafiq cihaz və alətlərdən istifadə edir, nəticələrini təqdim edir.

Cəmiyyət

Şagird:

  • dünya əhalisinin müxtəlif xüsusiyyətlərini təhlil edir, regionlar üzrə paylaşmasının səbəblərini izah edir;

  • dünyada təbii və sosial amillər ilə iqtisadiyyatın inkişafı arasındakı əlaqəni izah edir, əmək ehtiyatlarından və təbiətdən istifadəyə dair mülahizələr söyləyir;

  • insan fəaliyyətinin ətraf mühitlə təsirini izah edir, ekoloji tarazlığın qorunmasını dəyərləndirir.

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

Coğrafi məkan

Şagird:

  • səma cisimlərinin mövqeyini, hərəkətlərini bununla bağlı yaranan coğrafi hadisələrin nəticələrini riyazi üsullarla əsaslandırır;

  • coğrafi elemetlər əsasında kartoqrafik təsvirləri təhlil edir, təbiət və təsərrüfatın yerləşməsi qanunauyğunluqlarına və anomaliyalarına dair refaratlar hazırlayırlar;

  • müxtəlif xəritələrdən istifadə etməklə hər hansı ərazinin təbii şərait və ehtiyatlarını qiymətləndirir, ona müvafiq olaraq iqtisadiyyat sahələrinin yerləşdirilmə imkanlarına dair təkliflərini verir, bunları yazılı və ya şifahi təqdim edir.

Təbiət

Şagird:

  • coğrafi təbəqənin inkişafında baş verən dəyişikliklərin yaratdığı problemləri təhlil edir, proqnozlar verir;

  • təbii coğrafi şərait və ehtiyatların yerləşmə qanunauyğunluğunu izah edir və insanların təbiətdən istifadəsində ekoloji tarazlığın saxlanılmasının yollarını qiymətləndirir;

  • mənbələrdən toplandığı məlumatlar əsasında ərazini fiziki-iqtisadi cəhətdən səciyyələndirir, nəticələrini təqdim edir.

Cəmiyyət

Şagird:

  • dünya ölkələrinin sosial-iqtisadi inkişaf səviyyəsi ilə demoqrafik vəziyyətin əlaqəsini təhlil edir və dəyişmə dinamikasını proqnozlaşdırır;

  • iqtisadiyyatın inkişafının və siyasi-iqtisadi münasibətlərin insanların həyat səviyyəsinə təsiri ilə bağlı tədqiqatlar aparır, nəticələrini təqdim edir;

  • ətraf mühitin dəyişilməsində antrogen təsirin rolunu qiymətləndirir, cəmiyyətin dayanıqlı sosial-iqtisadi inkişafını təmin etmək üçün proqnozlar verir.

  1. Siniflər üzrə təlim nəticələri və məzmun standartları

X sinif

X sinifin sonunda şagird:

  • təbiət və cəmiyyətin öyrənilməsində təbiət elmlərinin rolunu müəyənləşdirir;

  • Yerin hərəkətinin təbiətə təsirini riyazi üsullarla əsaslandırır;

  • kartoqrafik proyeksiyalar zamanı yaranan təhriflərin səbəblərini əsaslandırır;

  • xəritə üzərində hesablamalardan istifadə edə bildiyini nümayiş etdirir;

  • coğrafi təbəqənin inkişaf mərhələlərini izah edir;

  • müasir dövrdə dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə təhlil edir, siyasi və iqtisadi inteqrasiyaların dünyanın idarə edilməsindəki rolunu əsaslandırır;

  • dünya ölkələrini müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1.Coğrafi məkan

Şagird:

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Coğrafi hadisə və proseslərin öyrənilməsində təbiət elmlərinin qarşılıqlı əlaqəsini əsaslandırır.



1.2. Yerin günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Yerin və digər səma cisimlərinin əmələ gəlməsinə dair məlumatlar təqdim edir.

1.2.2. Yerin hərəkətinin təbiətə olan təsirini riyazi üsullarla əsaslandırır.

1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Kartoqrafik proyeksiyalar zamanı yaranan təhrifləri əsaslandırır.

1.3.2. Kartoqrafik təsvirlər zamanı yaranan təhriflərə aid hesablamalar aparır.

2.Təbiət

Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin eko-coğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.

2.1.1. Yer qabığında dəyişikliklərə dair proqnozlar verir.

2.1.2 .Geoxronoloji cədvəli oxuyur.

2.1.3. İqlim dəyişmələrinə və iqlim ehtiyatlarından istifadəyə dair təqdimatlar edir.

2.1.4. İqlim göstəricilərinə əsasən hesablamalar aparır.

2.1.5. Quru suların xüsusiyyətlərinə dair layihələr hazırlayır, təqdim edir.

2.1.6. Quru sularının xüsusiyyətlərinə dair hesablamalar aparır.

2.1.7. Coğrafi təbəqənin qanunauyğunluqlarını izah edir.

2.1.8. Coğrafi təbəqənin sxemini qurur.

Cəmiyyət

Şagird:

3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Əhalinin təbii artımının yaratdığı problemləri təhlil edir.

3.1.2. Əhalinin sıxlığını hesablayır, nəticələrini təqdim edir.

3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1. Ölkənin geosiyasi mövqeyini qiymətləndirir.

3.2.2. Siyasi münaqişələrin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir.

3.2.3. ETİ-nin təsərrüfatların ərazi və sahəvi strukturuna təsirini qiymətləndirir.

3.2.4. ETİ-nin təsərrüfat sahələrinə təsiri sxemini qurur.

3.2.5. Qlobal ekoloji problemlərin yaranmasında antropogen təsirin rolunu qiymətləndirir.



XI sinif

XI sinifin sonunda şagird:

  • coğrafi tədqiqatların nəticələrinin tətbiqinin iqtisadi əhəmiyyətini izah edir;

  • xəritələrdən istifadə edərək təbiət və təsərrüfatın yerləşmə qanunauyğunluqlarını təhlil edir;

  • Yer kürəsində işıq və istiliyin paylanmasının insanın təsərrüfat fəaliyyətinə təsirini əlaqələndirir;

  • coğrafi təbəqənin cəmiyyətin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirir;

  • ölkələrin həyat səviyyəsini əhalinin həyat səviyyəsi ilə əlaqələndirir;

  • təbiət və insanın qarşılıqlı əlaqəsindən yaranan problemləri izah edir və proqnozlar verir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

  1. Coğrafi məkan

Şagird:

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar aparır və nəticələrini təqdim edir.

1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Yerin hərəkətinin coğrafi nəticələrinin regionlar üzrə iqtisadiyata təsirini əsaslandırır.

1.2.2. Yerin hərəkətinin coğrafi nəticələrini xəritə üzərində iqtisadi cəhətdən qiymətləndirir.

1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Xəritələrdə təsərrüfatın yerləşməsi qanunauyğunluqları və anomaliyalarına dair məruzə və referatlar hazırlayır.

1.3.2. Kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki iqtisadi təsvirini verir.

2. Təbiət

Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.

2.1.1. Ərazilərin tektonik quruluşunun və təbii proseslərin ölkələrin iqtisadiyyatında rolunu izah edir.

2.1.2. Mineral ehtiyatların istifadəsinin proqnozlqarına dair hesablamalar aparır.

2.1.3. Atmosfer hadisələrinin yaratdığı ekoloji problemlərə dair məlumat və təqdimatlar hazırlayır.

2.1.4. İqlim xəritəsinə əsasən hər hansı ərazinin iqlim şəraitini təhlil edir.

2.1.5. Hidrosferdəki təbii sərvətləri iqtisadi və ekocoğrafi cəhətdən qiymətləndirir.

2.1.6. Hidrosferin ekoloji cəhətdən gərgin ərazilərini kontur xəritədə qeyd edir.

2.1.7. Bioloji ehtiyatlardan istifadəyə dair proqnozlar verir.

2.1.8. Bioloji ehtiyatlara dair hesablamalar aparır.



  1. Cəmiyyət

Şagird:

    1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

      1. Əhalinin tərkibini təhlil edir.

      2. Əhalinin tərkibinə aid sxemlər, diaqramlar hazırlayır.

    2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.

      1. Beynəlxalq inteqrasiyanın ölkələrin siyasi həyatında rolunu qiymətləndirir.

      2. Xəritə üzərində inteqrasiyaya aid olan ölkələri qruplaşdırır.

      3. Beynəlxalq iqtisadi münasibətlərin ölkələrin inkişafındakı roluna dair təqdimatlar edir.

      4. İqtisadi göstəricilərə əsasən hesablamalar aparır, sxem və diaqramlar qurur.

      5. Cəmiyyətin sosial-iqtisadi inkişafında ekoloji tarazlığın qorunmasını proqnozlaşdırır.

Yüklə 44,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə