Gsc “Azərbaycan Hava Yolları”



Yüklə 137,88 Kb.
tarix21.04.2018
ölçüsü137,88 Kb.
#39477

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini__________H.M. Əliyev

“___”___________2016-cı il.




Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı “___”_______ 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)

Atmosferin ümumi sirkulyasiyası”



fənninin proqramı
(magistratura səviyyəsi üçün)
İxtisas: 060507-Hidrometeorologiya

İxtisaslaşma: Aviasiya meteorologiyası

İxtisas kafedrası: Aviasiya meteorologiyası

Fənni tədris edən kafedra: Aviasiya meteorologiyası
Kurs: 1

Semestr: 2

Kredit sayı: 8

Fənnə ayrılan ümumi saatlar: 240 saat

Auditoriya saatlarının cəmi: 60 saat

o cümlədən:

Mühazirələr: 30 saat

Laboratoriya: -saat

Seminar, praktiki məşğələ: 30 saat

Magistrantın auditoriyadan kənar işi: - 180 saat


BAKI - 2016

“Atmosferin ümumi sirkulyasiyası ” fənn proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən


“31”avqust 2012-ci ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
“14” aprel 2016-cı ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş

050507 “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur

Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” kafedrasının ргоfessoru, c.e.d., ________ R.N. Mahmudov


Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur
( “__”________2016-cı il tarixli iclas “___” №-li protokol)

Kafedra müdiri, t.e.d., prof____________ N.Ş.Hüseynov

Magistratura və doktorantura şöbəsinin müdiri, t.e.n., dos. __________ X.İ.Abdullayev
Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında razılaşdırılmışdır.
( “____”____________2016-cı il tarixli iclas “____” №-li protokol)
Sədr, tədris işləri üzrə prorektor, prof. _______________Ə.S.Səmədov
MÜNDƏRİCAT

Giriş


  1. Ümumi qaydalar

    1. 1.1. Fənnin tədrisinin məqsədi

    2. 1.2. Fənnin məsələləri

1.3. Fənn üzrə bilik və bacarıqlara olan tələblər

1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri

2. Fənnin məzmunu

2.1. Fənn üzrə saatların bölüşdürülməsi

2.2. Fənnin mövzular üzrə planı

2.3. Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi

2.3.2. Məşgələ dərslərinin mövzuları və həcmi

2.3.3. Magistarntın sərbəst işinin-referatının mövzuları və həcmi

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı

GİRİŞ

Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 060507 “Hidrometeorologiya” ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə magistr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və magistrantların istifadəsi üçün nəzərdə tutulmuşdur.



1. Ümumi qaydalar

1.1. Fənnin tədrisinin məqsədi

“Atmosferin ümumi sirkulyasiyası” fənninin tədrisi 060507 “Hidrometeorologiya” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan magistrantlara atmosferin ümumi sirkulyasiyasının yaranmasına təsir edən xarici astrofiziki, geofiziki iqliməmələgətirici və daxili geofiziki iqliməmələgətirici amillər, atmosferin ümumi sirkulyasiyasının iqlimyaradıcı sinoptik əhəmiyyəti və s. haqqında ümumi nəzəri, praktiki biliklər verir və gələcəkdə öz elmi-tədqiqat və praktiki işlərində onlardan istifadə etməyə istiqamətləndirir.


1.2. Fənnin məsələləri

a) Atmosferin ümumi sirkulyasiyasının iqlim xarak­teris­ti­kaları və çoxillik tərəddüdlərini hesablamağı və təhlil etməyi;

b) Atmosfer sirkulyasiyasının indekslərini hesablamağı;

c) Respublikası ərazisində iqlim elementləri arasında statistik əlaqələrin alınmasını və təhlil etməyi.


1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər

  • Atmosferin ümumi sirkulyasiyasının qanunauyğunluqlarını;

  • Atmosferin ümumi sirkulyasiyasının tədqiqi üsullarının əsaslarını;

  • Atmosfer ümumi sirkulyasıyasına təsir edən əsas amilləri və onun struktur elemetnlərini;

  • Atmosferin enerji balansının xarakteristikalarını;

  • Atmosferin ümumi sirkulyasiyasının növlərini və formalarını;

  • Atmosferin ümumi sirkulyasiyasının tədqiqat isti­qamətlərini və problemlərini;

  • Atmosferin ümumi sirkulyasiyasının qlobal və regional iqlim dəyişmələrinə təsirini;

bilməli,



  • Atmosferin ümumi sirkulyasiyasının iqlim xarak­teris­ti­kaları və çoxillik tərəddüdlərini hesablamağı və təhlil etməyi;

  • Şimal yarımkürəsində atmosfer sirkulyasiyasının forma­larının əsas xarakteristikaları ilə meteoroloji elementlər arasında əlaqələrin kəmiyyət və keyfiyyətcə müəyyənləşdirilməsini;

  • Atmosferin enerji balansının xarakteristikalarını hesablamağı;

  • Atmosfer sirkulyasiyasının indekslərini hesablamağı;

  • Atmosferin ümumi sirkulyasiyasının monitorinqi nəticəsində alınan məlumatlarla Azərbaycan Respublikası ərazisində iqlim elementləri arasında statistik əlaqələrin alınmasını və təhlil etməyi.

bacarmalıdırlar:


1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri
Fənnin müvəffəqiyyətlə öyrənilməsi üçün tələbələr tərəfindən bakalavriat və magistratura səviyyəsində tədris olunan müvafiq ixtisaslaşma fənləri tam və uğurla mənimsəməlidirlər.

Fənnin öyrənilməsi nəticəsində əldə olunan biliklərin və bacarıqların daha sonra tədris olunan ixtisaslaşma fənlərin öyrənilməsində və magistr dissertasiyasının hazırlanmasında zəruri olaraq istifadə olunması nəzərdə tutulur




  1. Fənnin məzmunu

2.1. Fənn üzrə saatların bölüşdürülməsi
Hidrometeorologiya” ixtisasının (Hidrometeorologiya) tədris planına uyğun olaraq «Atmosferin ümumi sirkulyasiyası» fənni üzrə tədris yükü 60 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 30 saat mühazirəyə, 30 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Magistrların müəllimin rəhbərliyi ilə sərbəst işi 90 saat təşkil edir. Buraya daxildir: sərbəst işlərin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işlər semestr üzrə ümumilikdə 10 balla qiymətləndirilir. Semestrin sonunda magistrantın fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir. Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmamışdır.

Fənn üzrə qalan 50 bal imtahana ayrılır.



Fənnin tədrisi tədris yükünün 2-ci semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 8-dir.

2.2. Fənnin mövzular üzrə planı




Mövzunun adı

Cəmi

Müha-

zirə

Məşğələ

Labora­toriya

MSİ

**-nin yerinə yetirilməsi

1

Mövzu №1 Giriş. Ümumi məlumat. Atmosferin ümumi sirkulyasiyasının iqlimyaradıcı əhəmiyyəti. Atmosferin ümumi sirkulyasiya­sı­nın proqnostik əhəmiyyəti. Atmosferin ümumi sirkulyasiya­sına təsir edən Yer atmosferinin xüsusiyyətləri. Atmosferin ümumi sirkulyasiyası fənninin tədqiqat obyekti. Atmosferin ümumi sirkulyasiyası fənninin digər elmlərlə əlaqəsi. Atmos­ferin ümumi sirkulyasiyasının tədqiqi üsulları.

4

2

2




4

2

2

Mövzu №2 Atmosferin ümumi sirkulyasiyasının əsas qanuna­uyğun­luqları. Atmosferin ümumi sirkulyasiyasının təyini. Atmos­fe­rin ümumi sirkulyasiyasının əsas qanunauyğunluqları. At­mosferin ümumi sirkulyasiyasının əlavə qanunauyğunluqları. Atmosfer hərəkətlərinin miqyası.

4

2

2




4

2

3

Mövzu №3 Bircins yer səthi üçün atmosfer sirkulyasiyasının sxemi. Minsin atmosfer sirkulyasiyasının sxemi. Küləyin zonal tərkib hissələrinin hündürlüyə görə paylanması. Atmosferin ümumi sirkulyasiyası mexanizmində coğrafi enlik sirkulyasiya zonaları.

4

2

2




4

2

4

Mövzu №4 Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən istilik amilləri. Yer kürəsi üzrə istilik enerjisinin paylanmasının qeyri-bərabərliyi. Troposfer cəbhələrində siklonik fəaliyyət. Uzun termobarik dalğalar.

4

2

2




4

2

5

Mövzu №5 Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən atmosferin yer səthi ilə qarşılıqlı əlaqəsi. Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən əsas yerüstü amillər. Atmosferin yerin quru səthi ilə qarşılıqlı əlaqəsi. Okean axınlarının rolu. Arktika buzlarının rolu. Mussonların rolu.

4

2

2




4

2

6

Mövzu №6 Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən kosmik-geofiziki amillər. Günəş və onun aktivliyi ba­rə­də bir sıra ümumi məlumatlar. Günəş aktivliyinin indeks­ləri. Günəş aktivliyinin çoxillik dəyişmələri. Makrosinoptik proseslərin və meteoroloji elementlərin Günəş aktivliyi ilə əlaqələri. Qabarma hadisələri. Qütblərin nutasiyası. Yerin fırlanma sürətinin dəyişməsi. Ay qabarmaları.


4

2

2




4

2

7

Mövzu №7 Atmosferin enerji balansının xarakteristikaları. Ümumi məlumat. Atmosferdəki enerjinin növləri. Potensial enerji. Hava kütləsinin kinetik enerjisi. Daxili enerji. Gizli enerji. Labil enerji. Dayanıqsızlıq enerjisi. Təzyiqin paylanması enerjisi və ya barik sahənin enerjisi. Şimal yarımkürəsində potensial və daxili enerji ehtiyatlarının fəsillər üzrə paylanması xüsusiyyətləri.

4

2

2




4

2

8

Mövzu №8 Atmosferin ümumi sirkulyasiyasının iqlim xarak­teris­ti­kaları və çoxillik tərəddüdləri. Baş cəbhə zonalarının vəziyyəti və intensivliyi. Atmosferin hərəkət mərkəzlərinin iqlim xüsusiyyətləri. Siklon və antisiklonların, onların trayektoriyalarının təkrarlanması. Atmosferin ümumi sirkulyasiyasının çoxillik tərəddüdləri.

4

2

2




4

2

9

Mövzu №9 Atmosferin ümumi sirkulyasiyasının növləri. Atmosferin ümumi sirkulyasiyasının növlərinin təyini prinsipləri. Ele­men­tar sirkulyasiya mexanizmləri. Atmosferin ümumi sirkul­yasiyası növünün 1-ci qrupu. Atmosferin ümumi sirkuly­asi­yası növünün 2-ci qrupu. Atmosferin ümumi sirkulyasiyası nö­vünün 3-cü qrupu. Atmosferin ümumi sirkulyasiyası növünün 4-cü qrupu.

4

2

2




4

2

10

Mövzu №10 Atmosfer sirkulyasiyasının forma­ları. Elementar sinoptik proses. Qərb (W) formalı sirkulyasiya. Şərq (Е) formalı sirkulyasiya. Meridional (C) formalı sirkulyasiya

4

2

2




4

2

11

Mövzu №11 Şimal yarımkürəsində atmosfer sirkulyasiyasının forma­larının əsas xarakteristikaları. Qərb formalı sirkulyasiyanın xarakteristikaları. Şərq formalı sirkulyasiyanın xarak­teris­tikaları. Meridional formalı sirkulyasiyanın xarakteristikaları.

4

2

2




4

2

12

Mövzu №12 Atmosfer sirkulyasiyasının indeksləri. Ümumi məlumat. Rossbi indeksi. Blinova indeksi. Vitels indeksi. Kats indeksi.

4

2

2




4

2

13

Mövzu №13 Atmosferin ümumi sirkulyasiyasının tədqiqat isti­qamətləri. Ümumi məlumat. İrimiqyaslı proseslərin sinoptik üsulla öyrənilməsi. Atmosferin ümumi sirkulyasiyasının hidrodinamiki üsulla öyrənilməsinin əsasları. Makrosinoptik proseslərin sxematik təsviri xəritələri.

4

2

2




4

2

14

Mövzu №14 Atmosferin ümumi sirkulyasiyasının monitorinqi. Atmos­fer sirkulyasiyasının intensivliyi. Atmosfer sirkulyasiyasının kvaziikiillik dövrülüyü. El-Ninyo-Cənub tərəddüdü. Yer kürəsinin fırlanma sürətinin dəyişməsi. Yerin qütblərinin hərəkəti. Planetar yüksək cəbhə zonası.

4

2

2




4

2

15

Mövzu №15 Аtmosferin ümumi sirkulyasiyasının bir sıra problemləri. Atmosferdəki enerji ilə əlaqəli problemlər. Zonal və meri­dional sirkulyasiya ilə əlaqəli problemlər. Günəş aktivliyinin tərəddüdləri ilə əlaqəli problemlər. Atmosfer sirkulyasiyasına təsir edən digər bir sıra amillərlə əlaqəli problemlər. Atmosfer sirkulyasiyası və iqlim dəyişmələri

4

2

2




4

2




Cəmi

150

30

30




60

30



Fənnin dərs növləri üzrə paylanması

2.3. Mühazirə dərslərinin mövzuları və həcmi




Mövzunun adı

Auditor

saat

MSİ

(mühazirələrə hazırlıq)

1

Giriş

2

3

2

Atmosferin ümumi sirkulyasiyasının əsas qanuna­uyğun­luqları

2

3

3

Bircins yer səthi üçün atmosfer sirkulyasiyasının sxemi

2

3

4

Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən istilik amilləri

2

3

5

Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən atmosferin yer səthi ilə qarşılıqlı əlaqəsi

2

3

6

Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən kosmik-geofiziki amillər

2

3

7

Atmosferin enerji balansının xarakteristikaları

2

3

8

Atmosferin ümumi sirkulyasiyasının iqlim xarak­teris­ti­kaları və çoxillik tərəddüdləri

2

3

9

Atmosferin ümumi sirkulyasiyasının növləri

2

3

10

Atmosfer sirkulyasiyasının forma­ları

2

3

11

Şimal yarımkürəsində atmosfer sirkulyasiyasının forma­larının əsas xarakteristikaları

2

3

12

Atmosfer sirkulyasiyasının indeksləri

2

3

13

Atmosferin ümumi sirkulyasiyasının tədqiqat isti­qamətləri

2

3

14

Atmosferin ümumi sirkulyasiyasının monitorinqi

2

3

15

Аtmosferin ümumi sirkulyasiyasının bir sıra problemləri

2

3




Cəmi

30

45



2.2.2. Məşğələ dərslərinin mövzuları və həcmi




Mövzunun adı

Auditor saat

MSİ

(seminarlara hazırlıq)

1

Atmosferin ümumi sirkulyasiyasının iqlimyaradıcı və sinoptik əhəmiyyətinin və onun tədqiqi üsullarının təhlili

2

3

2

Atmosferin ümumi sirkulyasiyasının əsas qanuna­uyğun­luqlarını formalaşdıran amillərin müəyyənləşdirilməsi

2

3

3

Bircins yer səthi üçün atmosfer sirkulyasiyasının sxemlərinin və küləyin zonal tərkib hissələrinin hündürlüyə görə paylanmasının xəritələr üzərində təhlili

2

3

4

Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən istilik amillərinin təhlili

2

2

5

Kollokvium №1

2

-

6

Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən kosmik-geofiziki amillərin təhlili və Günəş aktivliyinin indeks­ləri ilə havanın temperaturu arasında əlaqələrin müəyyənləşdirilməsi

2

3

7

Atmosferin enerji balansının xarakteristikalarının hesablanması və təhlili

2

2

8

Əsas cəbhə zonalarının vəziyyəti və intensivliyi, siklon və antisiklonların, onların trayektoriyalarının təkrarlanması və atmosferin ümumi sirkulyasiyasının çoxillik tərəddüdlərinin təhlili

2

2

9

Atmosferin ümumi sirkulyasiyasının növlərindəki iqlim şəraitinin qiymətləndirilməsi

2

2

10

Kollokvium №2

2

-

11

Şimal yarımkürəsində atmosfer sirkulyasiyasının forma­larının əsas xarakteristikalarının təhlili

2

3

12

Atmosfer sirkulyasiyasının indekslərinin hesablanmasında istifadə olunan məlumatların növləri və indekslərin hesablanması

2

3

13

Atmosferin ümumi sirkulyasiyasının tədqiqat isti­qamətlərinin araşdırılması və istifadə olunan üsulların əsaslarının təhlili

2

2

14

Atmosferin ümumi sirkulyasiyasının struktur elementlərinin kəmiyyət göstəricilərinin qrafiki təsviri və onların təhlili

2

2

15

Kollokvium №3

2

-




Cəmi

30

30


2.2.3. Magistrantın sərbəst işinin-referatının mövzuları və həcmi
Fənn proqramında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş - referat yerinə yetirilməlidir. Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar magistr dissertasiyasının mövzusuna uyğun referatın hazırlanmasına köməklik məqsədini daşıyır.

Referatın həcmi, tərtibatı və qiymətləndirilməsinin meyarları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 1 referatın yerinə yetirilməsi üzrə tapşırıqlar verilir. Referatın tapşırıqları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama cədvəlləri, qrafiki işlər və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir.

Referat üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditor saatlardan kənar saatlarda keçirilir.

Referatın məqsədi tələbələr tərəfindən seçilən mövzu üzrə müxtəlif mənbələrdən (elmi məqalələr, dərslik, monoqrafiya və s.) istifadə etməklə ümumi şərh xarakterli materialın hazırlanmasıdır.

Burada tələbələr:

- verilən mövzu üzrə materialları əldə edir və ətraflı öyrənir;

- materialı analiz edir, sistemləşdirir;

- əsas və ikinci dərəcəli məsələləri müəyyənləşdirir;

- mövzunun ayrı-ayrı elementləri arasında məntiqi əlaqəni tapır;

- mövzu elementlərinin xarakteristikalarını yığcam şəkildə ifadə edir;

- mövzunun əsas mahiyyətini vurğulamaq məqsədilə müvafiq mənbələrə istinad edir və referatın strukturunda yerləşdirir;

- referatı lazımı qaydada tərtib edir və müəyyən edilmiş vaxtda təhvil verir.

Referatın tam həcmi 20-25 səhifə hesab-izahat yazıdan ibarətdir və nəticələri sonrakı tədris prosesində nəzərdə tutulan fənlər üzrə müxtəlif məsələlərin həllində istifadə olunur.


Referatların nümunəvi mövzuları




Mövzunun adı

Sİ (saat)

1

Atmosferin ümumi sirkulyasiyasının xarakterini təyin edən amillərin qiymətləndirilməsi

2

2

Atmosferin enerji balansının tərkib hissələri olan müxtəlif enerji növlərinin atmosfer proseslərində rolu və onların hesablanması

3

3

Atmosferin ümumi sirkulyasiyasının iqlim xarak­teris­ti­kaları və çoxillik tərəddüdləri

3

4

Atmosferin ümumi sirkulyasiyasının növləri və formaları

2

5

Atmosfer sirkulyasiyasının indekslərinin praktiki əhəmiyyəti və onların hesablanması

3

6

Atmosferin ümumi sirkulyasiyasının monitorinqi

2




Cəmi

15




  1. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat


3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı




Adı

Mövzu planı üzrə mövzunun şifri

Miqdarı

1.

Slaydlar




Elektron

2.

Fənnin öyrənilməsinə dair metodiki göstərişlər




Elektron və çap nüsxəsi


Tövsiyə olunan ədəbiyyat
1) Hüseynov N.Ş. Sinoptik meteorologiya, Bakı, 2011, 316 s.

2) Paşayev A.M., Quliyev H.İ., Səfərov S.H. Atmosfer proseslərinin fiziki əsasları, Bakı, 2007, 418 s.

3) Белов П.Н. Численные методы прогноза погоды. - Л.: Гидрометеоиздат, 1975.

4) Гирс А.А. Методы долгосрочных прогнозов погоды. - Л.: Гидрометеоиздат, 1978.



5) Зверев А.С. Синоптическая метеорология: Учебник. Л.: Гидрометеоиздат, 1968.

6) Meteorologiya. Tədris vəsaiti (ingilis dilində)
Yüklə 137,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə