Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə1/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
  1   2   3   4   5   6   7   8   9   ...   44





3
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
 
 
«Biz Azərbaycan deyəndə onun sərvətini, onun 
gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla 
yanaşı respublikamızın  ən başlıca sərvətlərindən biri, 
bəlkə  də,  ən başlıca sərvəti qədimlərdən bu torpaqda 
yaşamış öz taleyini, öz həyatını bu torpağa bağlayan, 
müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən 
adamlardır. Ölkə  nə  qədər çox xalqı birləşdirsə, bir o 
qədər də zəngin olar». 
 
 
HEYDƏR ƏLİYEV 
 
 
ÖN SÖZ 
 
Dilin inkişaf tarixinin öyrənilməsində müxtəlif dillərin bir-biri 
ilə qarşılıqlı  əlaqələrinin araşdırılması xüsusi əhəmiyyət kəsb edir. 
Çünki qarşılıqlı  əlaqələr  əlaqədə olan dillərin bir-birinə  təsirini 
gerçəkləşdirən  əsas amillərdir. Dillərarası  əlaqələrin xüsusiyyətləri, 
onların təmaslı  və ya təmassız olması, hansı dövrdə başlanması, 
davametmə müddəti, intensivliyi, dil daşıyıcılarının həyat və 
məişətinin hansı sahələrini  əhatə etməsi dil sisteminin müxtəlif 
səviyyə  və yaruslarında öz izlərini buraxır. Tədqiqat məhz belə 
izlərin xüsusiyyətlərini açmağı, onları  dəqiqləşdirməyə, sahə 
anlayışları ilə adlandırmağa yönəldilir. 
Dil əlaqələrinin öyrənilməsinin ən yaxşı obyekti belə əlaqələ- 
rin geniş və çoxşaxəli olduğu ərazilərdə fəaliyyətdə olan dillər təşkil 
edir. Tarixən və bu gün də dünyada daha çox dilin təmaslı  əla- 
qələrdə olduğu regionlardan biri Qafqazdır. Müxtəlifsistemli dillər 
nəzərə    alındıqda    Qafqazda    dil    əlaqələrinin    geniş    yayılması, 
çoxşaxəli olması, ardıcıl, kəsilmədən getməsi və bu gün də davam 


4
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
etməsi baxımından diqqəti  ən çox cəlb edən  ərazi Azərbaycandır. 
Ona görə də Azərbaycanda müxtəlif dillər arasındakı əlaqələr daim 
tədqiqat obyekti olur. 
Azərbaycan  ərazisində yayılmış dillərdən biri də tat dili-dir. 
Tatlar irandilli xalq olub, Xəzəryanı  ərazilərdə, xüsusən,  İranda, 
Azərbaycanın   şimal-şərq   rayonlarında,   Abşeron   yarımadasında, 
Dağıstanın cənub-şərqində, Dərbənd və Mahaçqala şəhərlərində 
məskunlaşmışlar. Azərbaycan 
ərazi-sində tatlar, əsasən, 
respublikanın  İsmayıllı, Xızı,  Şamaxı, Quba, Dəvəçi və Abşeron 
ərazilərində daha kompakt şəkildə  yaşayırlar.  Tatlar  bu  ərazilərə 
hələ VI əsrdə  İrandan köçürülməsi  ədəbiyyatda qeyd olunur. XIX 
əsr yazılı  mənbələrində Cavad, Naxçıvan və  Zəngəzur qəzalarında 
da tatların yaşaması haqqında məlumatlara təsadüf olunur. 
Göründüyü  kimi  tatlar  Azərbayjanın  müxtəlif regionlarında 
qədim dövrlərdən yaşayırlar. Bu, bir tərəfdən, tat dili ilə Azər- 
baycan dili arasındakı  əlaqələrin  əsrlər boyu getməsini və bu gün 
davam etməsi, digər tərəfdən isə respublikanın müxtəlif ərazilərində 
qarşılıqlı təsirdə olması baxımından linqvistik tədqiqat üçün mühüm 
əhəmiyyət kəsb edir. Çünki hər bir ərazinin öz dil mühiti, öz təsir 
şərtləri vardır. Məsələn, Bakı  ərazisində Azərbaycan tat – dil 
əlaqələri uzun müddət həm də rus-Azərbaycan dil əlaqələri 
prosesində     gerçəkləşmişdirsə,     Quba     ərazisində     bu     dillərin 
əlaqələrinə Dağıstan dilləri də öz təsirini göstərmişdir. Bu isə 
çoxtərəfli dil əlaqələrini, daha doğrusu,  əlaqədə olan dillərin 
çoxluğunu və müxtəlifliyini şərtləndirmişdir. 
Hər bir dilin genealoji mənzərəsi bu dildə istifadə olunun dil 
vahidləri  əsasında müəyyənləşdirilir. Belə bir mənzərənin tam şə- 
kildə açılması  həmin dili müxtəlif səviyyələrdə genetik baxımdan 
araşdırmağı  tələb edir. Bu kitabda tat dilinin genealoji mənzərəsi 
onun müxtəlif yaruslarına aid vahidlərin mənşəyi əsasında öyrənilir. 
Təbii ki, uzaq keçmişdə Azərbaycan gəlmiş tatlar ilk əvvəl öz 
dillərinə aid vahidlərdən, sözlərdən, qrammatik vahidlərdən
sintaktik   konstruksiyalardan   istifadə   etmişlər.   Onlar   məskun- 


5
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
laşdıqları yeni ərazidə yaşayan başqa xalqlarla müxtəlif tipli 
əlaqələrə girmək məcburiyyətində qalmışlar. Bu əlaqələr isə təbii ki, 
dil vasitəsi ilə gerçəkləşmişdir.  İnsanın öz məişətinə  gətirdiyi və 
başqa bir xalqa məxsus olan hər bir yeni əşya öz adı ilə alınmışdır. 
Çox zaman dil daşyıcıları dilin daxili imkanlarından istifadə edərək 
yeni sözlər yaradırlar. Bununla belə, dilə onunla təsirdə olan başqa 
dildən  alınma  sözlərin  daxil  olması  hadisəsi  də  daim  gedir.  Bu 
hadisə  nəticəsində dilin leksik səviyyədə genealoji mənzərəsi 
dəyişməyə başlayır. Qeyd edilən cəhət daha çox ozünü leksik 
səviyyədə  göstərir.  Leksika  dilin  kənar  təsirə  daha  çox  reaksiya 
verən  yarusudur.  Ona  görə  də  dilin  genealoji  mənzərəsini  çox 
zaman lüğət fondundakı sözləri mənşəcə qruplaşdırmaq yolu ilə 
tədqiq edirlər. 
Məlumdur ki, dildəki sözlərin müəyyən qismi derivatlardır. 
Yəni müəyyən sözlər vardır ki, onlar kökə sözdüzəldici  şəkilçilər 
artırılması yolu ilə düzəlir və  əvvəlki sözdən törəmə vahid kimi 
çıxış edir. Tərkibində sözdüzəldici  şəkilçi olan sözlərin dilə daxil 
olması prosesində eyni şəkilçi tərkibli sözlərin sayca artımı bu şə- 
kilçinin tədricən başqa dildə  də sözdüzəltmə imkanları  əmələ  gəlir. 
Söz   tərkibində   dilə   keçən   vahid   müstəqil   alınmaya   çevrilir. 
Beləliklə, qrammatik səviyyədə alınmalar meydana çıxır. Alınmalar 
leksik  səviyyədə  başqa  şəkildə  də  dildə  yer  alırlar.  Dilə  keçən 
alınma müxtəlif nitq hissəsinə aidliyi ilə seçilir. 
Ayrı-ayrı nitq hissələrinə  mənsubluğuna görə alınmaların öy- 
rənilməsi   genealoji   qrammatik   mənzərənin   təyin   edilməsində 
mühüm rol oynayır. 
Dillərarası  əlaqələrin uzun müddət davam etməsi, qarşılıqlı 
təsirdə olan dillərdən birinin digəri ilə müqayisədə dominant, yəni 
üstün mövqedə olması, daha geniş dairədə işlənməsi onun müəyyən 
hazır  qəliblərinin,  xüsusi  sintaktik  konstruksiyalarının  da  keçidi 
üçün  zəmin  yaradır.  Bu  isə  sintaktik  səviyyədə  genealoji 
mənzərənin təyini üçün material verir. 
Bu  kitabda  tat  dilinin  lüğət  fondunun  geneаloji  mənzərəsi 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə