Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə1/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
  1   2   3   4   5   6   7   8   9   ...   148


GÜLXANI PƏNAH 
SALATIN ƏHMƏDLI 
 
 
 
Azərbaycan ədəbiyyatı 
məsələləri 
(Müasir ədəbi mühitə ümumi baxış) 
 
 
AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının 
15 iyun 2014-cü il tarixli qərarı ilə çap olunur
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2014 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
2
 
 
  Elmi redaktorlar:  
 
QARA NAMAZOV 
                                            filologiya elmləri doktoru, prof. 
 
SEYFƏDDİN RZASOY 
                                          filologiya elmləri doktoru, prof. 
 
RAMİN ƏHMƏDOV 
                                           filologiya elmləri doktoru, prof. 
 
Azərbaycan ədəbiyyatı məsələləri (müasir ədəbi mühitə 
ümumi baxış). Bakı, «UniPrint», Bakı, 201
4, 616 səh. 
 
Kitabda  Azərbayjan  Yazıçılar  Birliyinin  yaradılmasının  80  ili 
müddətində  Azərbayjan  poeziyasının,  nəsrinin,  dramaturgiyasının, 
ədəbi-tənqidinin, publisistikasının, bədii tərjüməsinin əldə etdiyi mü
-
vəffəqiyyətlər,  Azərbayjan  ədəbiyyatının  misli  görünməmiş  inkişafı, 
onun  inkişafında  böyük  xidmətləri  olan  Azərbayjan  Yazıçılar 
Birliyinin üzvlərinin yaradıjılıq fəaliyyəti araşdırılır, qısa da olsa 80 
il  ərzində  yaradılan  ədəbiyyatımızın  qazandığı  uğurlar  diqqətə 
çəkilir.  
Kitab  ali  məktəb  tələbələri,  magistrlar,  tədqiqatçılar,  ədəbiy-
yatşünaslar üçün nəzərdə tutulmuşdur. 
 
ISBN 978-99-52-440-01-5 
 
 
 
© Gülxani Vaqif qızı Şükürova (Pənah)
,  
    Salatın Alı qızı Əhmədova (Əhmədli), 2014. 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
3
 
Ön söz 
Azərbaycan ədəbiyyatı milli tarixi köklərə malik  olub bə-
şər ədəbiyyatının tərkib hissəsidir. XX əsr Azərbaycan xalqının 
tarixində olduğu kimi ədəbiyyatında da dərin izlər buraxmışdır. 
Əsrin əvvəllərində Şərqdə ilk demokratik  dövlət olan Azərbay-
can  Xalq  Cümhuriyyəti  (1918-1920)  yarandı.  Xalqımızın  bö-
yük sənətkarları az bir müddət ərzində fəaliyyət göstərən azad, 
tərəqqipərvər  ideyalarla  silahlanmış  milli  dövlətçilik  prinsip-
lərini əsas tutan bu dövlətin silahdaşlarına çevrildi.   
Azərbayjanda Xalq Cümhuriyyəti hökuməti qısa müd-dət 
ərzində  maarifin,  mədəniyyətimizin,  ədəbiyyatımızın  inki-
şafında  böyük  bir  janlanmaya  təkan  verdi.  Azərbayjan  dili-ni 
dövlət  dili  elan  etdi,    Azərbayjan  ədib  və  şairləri  müəyyən 
məktəblər, üslublar üzrə fəaliyyət göstərirdi. 
Demokratik  Azərbaycan  dövləti  bolşeviklər  tərəfindən 
devrildi, onlar  hakimiyyətə gələndən  sonra da,  baxmayaraq ki, 
ədəbiyyatımızın  böyük  simalarının  bir  hissəsi  aparılan  çirkin 
siyasət nəticəsində məhv edildi, Azərbaycanın ədəbi prosesində 
inkişaf  dayanmadı.  Sovet  hakimiyyətinin  idarəetmə  prinsipi 
vardı.  Sovet  dövründə  Azərbaycan  ədiblərini,  ədəbiyyatşünas-
larını  bir  mərkəzdə  birləşdirən  Azərbaycan  Yazıçılar  Birliyi 
yarandı. Bütün ədəbi qurumlar bu təşkilatda birləşdirildi. 1934-
cü ildə yaranmış Azərbaycan Yazıçılar Birliyi 80 ildir fəaliyyət 
göstərir.  
Gülxani Pənahın və Salatın Əhmədlinin gərgin əməyinin, 
böyük zəhmətinin bəhrəsi olan «Azərbaycan ədəbiyyatı məsələ-
ləri 
(Müasir  ədəbi  mühitə  ümumi  baxış)
»  kitabında  ədəbi  proses 
ardıcıl  və sistemli  şəkildə  araşdırılmışdır. Sevindirici  haldır ki, 
ilk  dəfə  olaraq  Azərbaycan  Yazıçılar  Birliyinin  80  illik  ədəbi-
mədəni  mühiti,  onun  poeziya,  nəsr,  dramaturgiya,  tənqid  və 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
4
ədəbiyyat-şünaslıq  sahəsində  qazandığı  uğurlar    araşdırılmış, 
konkret  şəkildə  Azərbaycan  ədəbiyyatının  böyük  uğurlarına 
ədəbiyyat-şünaslıq nöqteyi-nəzərindən düzgün qiymət verilmiş-
dir.  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvlərinin  Azərbaycan 
ədəbiyyatı tarixində rolu, xalqımızın tarixində 80 il müddətində 
baş verən hadisələrin ədəbi əsərlərdə əksi, bu sahədə qazanılmış 
ədəbi uğurlar haqqında aparılan araşdırmaların nəticəsi olan bu 
kitabın  yenilikləri çoxdur. Hər  şeydən əvvəl  bir  məsələni qeyd 
etmək yerinə düşər ki, BDU-nun Müasir Azərbaycan ədəbiyyatı 
kafedrasının  müəllim  kollektivi  2006-ci  ildə  «Müasir  Azər-
baycan  ədəbiyyatı»  dərsliyini  yenidən  işləylb,  təkmilləş-dirib 
nəşr  etdirmişdir.  Gülxani  Pənahın  və  Salatın  Əhmədlinin 
«Azərbaycan  ədəbiyyatı  məsələləri 
(Müasir  ədəbi  mühitə  ümumi 
baxış)
»  kitabı  da  bir  dərslik  kimi  əhəmiyyətlidir.  Bu  kitabdakı 
yeniliklərdən  biri  70  ildən  sonra  belə  öz  azadlığını  qanı,  canı 
bahasına  yenidən  əldə  edən  xalqımızın  milli-azadlıq  hissləri, 
müstəqillik  uğrunda  apardıqları  mübarizələri  özündə  əks  et-
dirən  əsərlərə,  onun  müəllifləri  olan  böyük  sənətkarların  Müs-
təqil  Azərbaycan  Respublikasının  vətəndaşı  kimi  azad  yaşa-
maq-yaratmaq arzusunun reallaşmasına, son 20  ildə ədəbi pro-
sesdə əldə edilən uğurlara geniş yer ayırmasıdır.
 
Digər bir yenilik bu kitabda hər bir Azərbaycan Yazıçılar 
Birliyinin üzvlərinin-şairinin, yazıçısının, dramaturqunun, eləcə 
də tənqidçi və ədəbiyyatşünasının ədəbi uğurlarımızda rolunun 
araşdırılması, oxucuya çatdırılmasıdır. 
Bazar  iqtisadiyyatı  ədəbi  prosesə  də  öz  təsirini  göstərir. 
50  milyonluq  Azərbaycan  oxucusu  üçün  yazıçı  öz  imkanı 
daxilində 500, 200, 100 tirajla kitab buraxır, bütün oxucular bu 
əsərləri  əldə  edə  bilmir,  kitab  oxumaq  marağının  az  olması 
nəticəsində də bizdə belə bir təsəvvür yaranıb ki, yaxşı, maraqlı 
əsərlər  az  yaranır.  Gülxani  Pənahın  və  Salatın  Əhmədlinin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə