Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə1/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
  1   2   3   4   5   6   7   8   9   ...   147


GÜLXANI PƏNAH 
SALATIN ƏHMƏDLI 
 
 
 
SƏNƏT, SƏNƏTKAR 
VƏ ZAMAN
 
 
 
Müasir ədəbi mühitə ümumi baxış
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2014 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
2
 
 
  Elmi redaktorlar:  
 
QARA NAMAZOV 
                                            filologiya elmləri doktoru, prof 
 
SEYFƏDDİN RZASOY 
                                          filologiya elmləri doktoru, prof 
 
RAMİN ƏHMƏDOV 
                                           filologiya elmləri doktoru, prof 
 
Sənət, sənətkar və  zaman. (Müasir ədəbi  mühitə ümumi 
baxış. Bakı, «UniPrint», Bakı, 201
4, 602 səh. 
 
Kitabda  Azərbaycan  Yazıçılar  Birliyinin  yaradılmasının  80  ili 
müddətində  Azərbaycan  poeziyasının,  nəsrinin,  dramaturgiyasının, 
ədəbi-tənqidinin, publisistikasının, bədii tərcüməsinin əldə etdiyi mü
-
vəffəqiyyətlər,  Azərbaycan  ədəbiyyatının  misli  görünməmiş  inkişafı, 
onun  inkişafında  böyük  xidmətləri  olan  Azərbaycan  Yazıçılar 
Birliyinin üzvlərinin yaradıcılıq fəaliyyəti araşdırılır, qısa da olsa 80 
il  ərzində  yaradılan  ədəbiyyatımızın  qazandığı  uğurlar  diqqətə 
çəkilir.  
Eyni zamanda dövlətin böyük qayğı və diqqət göstərdiyi Azər-
baycan Yazıçılar Birliyinin bir qürum kimi fəaliyyəti araşdırılır, ədə-
biyyatımızın  xidmətində  AYB-nin  rolu,  müvəf-fəqiyyətləri  haqqında 
məlumat verilir.
 
 
ISBN 978-99-52-440-01-5 
 
 
 
© Gülxani Pənah
, Salatın Əhmədli, 2014. 


 
Sənət, sənətkar və zaman
 
 
 
3
 
 
 
 
GİRİŞ
 
 
 
«Allah  istədiyi  şəxsə  hikmət  (elm,  mərifət, 
müdriklik)  bəxş  edir.  Kimə  hikmət  bəxş 
edilmişsə,  ona  çoxlu  xeyir  (əbədi  səadət) 
verilmişdir.  Bunu  ancaq  ağıllı  adamlar 
dərk edirlər» 
 
(Qurani-Kərimin Əl-Bəqərə surəsinin 
 269-cu ayəsi) 
 
 
Tanrı insana fikir, düşüncə, şüur kimi ən yüksək nemətlər 
bəxş  etmişdir.  Yalnız  insana  məxsus  olan  bu  nemətlər  sa-
yəsində  insan  «təbiətin  tacı»  kimi  ən  yüksək  səviyyəyə  qalxa 
bilmişdir.  Yer  üzünün  əşrəfi  insan  öz  böyüklüyünü  yaxşı 
anlayıb.  Qədim  yunan  filosofu  Protaqorun  «insan  bütün 
şeylərin  ölçüsüdür»,  Sokratın  «özünü  dərk  et»  fikirlərində 
insan,  onun  həyatının  mənası,  əxlaq  məsələləri  əsasdır. 
Yaşadığı  dünyada  xoşbəxt  olmaq  istəyən  insan  mükəmməl 
zəkaya  malik  olmalı,  bu  zəka  hərəkət  və  davranışları  idarə 
etməli,  mükəmməl zəkayla xeyrə doğru yolla getməlidir ki,  bu 
insanın  xoşbəxtlik  əldə  etməsini  reallaşdırsın.  Özünün  bütün 
hərəkət və əməlləri, davranışları ilə insan, onun həyatı, mənsub 
olduğu cəmiyyət, mühit ədəbiyyatın əsas mövzularından olub. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
4
 Bədii  ədəbiyyat  insana,  onun  mövcud  olduğu  cəmiyyətə 
təsir  edir.  Hər  kəs  sevdiyi,  ona  təsir  edə  bilən  ədəbiyyatla 
maraqlanır:  «Bədii  ədəbiyyat  onu  yaradanlarla  dinləyicilər  və 
ya  oxucular  arasında  mənəvi  körpüdür».  Bədii  ədəbiyyat  hər 
yaşda  insana  bir  şəxsiyyət  kimi  formalaşmaqda  böyük  təsir 
qüvvəsinə  malikdir.  «Bədii  əsərlər  keçmişi  öyrənmək  üçün 
tarix  elmi  ilə  yol  yoldaşıdır.  Tarix  elmi  hadisəni  tarixən 
səciyyələndirir,  bədii  ədəbiyyat  tarixi  keçmişlərdə  cəmiyyət 
həyatını  bədii  boyalarla canlandırır,  onu  sanki göstərir,  gərəkli 
şeyləri  sevdirə,  lüzumsuz  şeyləri  pisləyə  bilir.  Güman  etmək 
olmaz  ki,  N.Gəncəvinin  «Kərpickəsən  qoca  və  gənc» 
hekayəsini  oxuyan  gənc  onun  didaktikasına  biganə  qalsın. 
Mümkün deyil ki,  Şirinin  bəlalı  həyatı gənc qızlar üçün  ibrətli 
olmasın.  Otello  və  Yaqo  surətlərini  oxuyub  tanıyanlar  bu  iki 
təbiət  sahibindən  kimə  rəğbət,  kimə  nifrət    etmək  lazım 
gəldiyini  seçə  bilməsinlər.  Ola  bilməz ki,  Fərhadın,  Məcnunun 
macəralarındakı  romantik  şərtilikləri  gənclik  çoxdan  ötüb 
keçmiş əfsanə sayıb aşiqlərin dərdinə yanmasın. 
Bədii  ədəbiyyat  yalnız  gəncliyə  deyil,  yaşlılara  da  ibrətli 
həyat  məktəbi  olmuşdur.  Biliyi  dərin  olanlar  «Xəmsə»dən, 
«Kitabi-Dədə  Qorqud»dan,  təriqət  ədəbiyyatı  xadimləri  sufi 
şairlərdən  öyrənirlər,  öyrəndikcə  mənən  zənginləşirlər,  sanki 
keçmişimizi görüb ayılmış kimi olurlar».   
Oxuculardan  şair  və  yazıçılarımızın,  dramaturqlarımızın 
aldığı  yüzlərlə  məktublarda  yazılan  əsərlər,  oradakı  obrazlara 
münasibət,  hadisələrin  oxucularda  yaratdığı  maraq,  bir  sözlə, 
bu  əsərlərin  oxuculara  dərin  təsir  etdiyi  danılmazdır.  Böyük 
Vətən  Müharibəsində  silahla  söz  birliklə  düşmən  üzərində 
qələbəni  təmin  etdi.  Odlu,  alovlu,  mübariz  ruhlu  əsərlərimiz 
döyüşlərdə  qələbələr  qazanmaqda,  faşist  Almaniyasının  vəhşi 
simasını  dünyada  tanıtmaqda  misilsiz  rol  oynadı.  Səməd 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə