Günah lüğət elmində



Yüklə 3,25 Mb.
səhifə1/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   61

İMAMƏT

HAQQIN DİLİ İLƏ


Ayətullah əl-üzma Nasir Məkarim Şirazi


نام کتاب:...............پیام قرآن (آیات امامت و ولایت در قرآن مجید)

نگارش:........................... آیة الله العظمی ناصر مکارم شیرازی

مترجم:......................................................... رضا شکوراف

تاریخ چاپ........................................................................

نوبت چاپ:................................................................. اول

تیراژ:..................................................................... 2000

Kitabın adı: .......................................“İmamət Haqqın dili ilə”

Müəllif: ...................Ayətullah əl-üzma Nasir Məkarim Şirazi

Tərcümə edən: ......................................................Rza Şükürov

Nəşr edən: ....................................................................Şəhriyar

Çap tarixi:............................................................................2008

Çap növbəsi: ...................................................................Birinci

Tiraj:....................................................................................2000


ÖN SÖZ


Ümumi mənada ”imamət” və “rəhbərlik”, xüsusi mənada isə İslam peyğəmbərinin canişinlik məsələsi tarixdə yüksək əhəmiyyət daşıyan teoloji-təfsiri bəhslərdəndir və heç bir mövzu haqda bu qədər söz açılmamışdır.

Təəssüf ki, bəzən bu mövzu çərçivədən çıxaraq qanlı müharibə meydanına çevrilmişdir. Bəzi teoloqların dediyi kimi, vilayət və imamətlə bağlı qılınc çəkildiyi qədər İslamda qılınc çəkilməmişdir! Məhz bu səbəbdən də ən çox İslamın köklü əqidə üsullarından olan bu məsələ barədə yazılmış və mövzu bütün incəliklərilə maraqlananların ixtiyarına verilmişdir. Əlbəttə, burada məntiqsiz, ixtilaf törədən və yersiz təəssübkeşlikdən doğan fikirlərə də təsadüf olunur.

Bu mühüm və həssas məsələ ilə bağlı vəzifələrimiz aşağıdakılardan ibarətdir:

1. Məntiqsiz və təəssüb doğuran bəhslərdən uzaq olub, Allahın kitabına, qəti sünnə1 və əqli sübutlara istinadən onları tərtib etmək;

2. İmamətin əsasları ilə məsum imamların ilahi mənsəbindən sayılan vilayət və rəhbərliyi uyğunlaşdırmaq;

3. Bu məsələni Quran baxımından araşdırıb, imamətlə bağlı ayələri dəqiq təfsir etmək.

Bəzi tədqiqatçıların dediyi kimi, imamət haqda fikirlər yenicə yaranmamışdır və İslam aləmində peyğəmbərliyin davamı olan ümmətə rəhbərlik, İslamın taleyi ilə əlaqədar köklü bir məsələdir.2

Biz hər şeydən öncə varlıq aləminə, daha sonra bəşəriyyətə rəhbərlik məsələsini, sonra məsum imamların rəhbərliyini və nəhayət, naiblərin hökumət və rəhbərliyini araşdıracağıq. Bütün bunlardan öncə bir neçə məsələni nəzərdən keçirmək zəruridir.

İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?


Qeyd etmək lazımdır ki, imamətin tərifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və etiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.

Məlum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli təriflər vermişlər. Məsələn:

Əhli-sünnə alimlərindən biri imamətə belə tərif verir:

اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِيِ اُموُرِ الدّيِنِ وَالدُّنْيا، خَلافَة عَنِ النّبِي (ص)

“İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!”1

Bu tərifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “imam” xalq tərəfindən seçilməlidir.

Başqa bir tərifdə deyilir: “İmamət müəyyən bir şəxsin şəri hökmlərə nəzarəti və dində İslam peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!”2

Bu tərifin birinci təriflə əsaslı fərqi yoxdur və hər iki tərif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli “Müqəddimə” adlı kitabında bu tərifi qeyd etmişdir.

Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət”1 bölümündə belə yazır:



اِنَّ الاَئِمَّةَ القائِمِينَ مَقامَ الْاَنْبِياء فِى تَنْفِيذِ الْاَحْكامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرايِع وَتأديبِ الاَنامِ مَعْصوُموُن كَعِصْمَةِ الاَنْبِياء

“Peyğəmbərin (s) canişini olan imamlar hədd2, hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) məsumdurlar!”3

Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tərifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də “ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir.

“Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tərif verilir: “İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.”4

Bu tərifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!

***




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə