Günel Abdullayeva ✵ Bağışlamanın vərəsəlik payına təsiri



Yüklə 153,66 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü153,66 Kb.
#19108


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 24 –


Günel Abdullayeva



 



Bağışlamanın vərəsəlik payına təsiri 

Annotasiya 

Məqalə  bağışlama  əsasında  əldə  edilmiş  hədiyyələrin  vərəsəlik  münasibətləri  bərqərar 

olduğu  halda  nə  kimi  rol  oynamasından  bəhs  edir.    Burada  hədiyyənin  miras  əmlakın 

açılması  zamanı  cəlb  edilm

əsinin  hansı  hallarda  ədalətli  və  məqsədəuyğun  olması

göstərilmişdir.  Bu  barədə  Fransa,  Almaniya,  İngiltərə,  Türkiyə  və  sair  ölkələrin  mülki 

qanunvericilik  sistemi  milli  qanunvericiliklə müqayisə edilərək mənfi və müsbət məqamlar 

qiymətləndirilmiş,  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsində  daha  ədalətli  hüquq 

normasının  müəyyən  olunması  barədə  tövsiyələr  əks  olunmuşdur.  Habelə  məqalədə  ailə 

əmlakına  edilmiş  hədiyyənin  hansı  hallarda  birgə  mülkiyyət  hesab  olunması  və  miras 

bölgüsündə  necə  nəzərə  alınması  məsələsinə  toxunulmuş,    birgə  mülkiyyət  rejimi 

qaydasının  qanuni  nikahdan  əlavə,  daha  hansı  hallarda  nəzərə  alınmalı  olmasına  dair 

müxtəlif müəlliflərin yanaşması əks olunmuşdur. 

Abstract 

The  article  is  dedicated  to  the  role  of  received  gifts  as  donation  when  inheritance 

relationships are set up. There is shown in which cases concerning the donation is rather 

fair. There is appreciated negative and positive points by comparative analysis with civil 

legislature  of  France,  Germany,  England,  Turkey  and  other  countries  and  national  civil 

legislature. There are shown recommendations on determining fair and more perfect legal 

norms in the Civil Code of the Republic of Azerbaijan. In addition, the article covers the 

cases  in  which  gifts  to  marital  property  should  be  considered  as  the  shared  ownership 

property  and  how  should  be  adjusted  in  the  partitioning  of  shares.  There  are  reflected 

approaches  of  different  authors  about  in  which  cases  the  rule  of  the  shared  ownership 

property should be established besides marriage. 

Giriş 

ülki  hüquqda  vərəsəlik  münasibətlərilə  əlaqədar  məsələlərin

həllinə  tələbat  daim  əhəmiyyət  kəsb  etmişdir.  Digər  hüquq

münasibətlərindən fərqli olaraq, hər bir şəxsin vərəsəlik hüquq 

münasibətinin  subyekti  ola  bilmə  imkanı  mütləqdir.  Bu  zaman  ortaya  çıxa 

biləcək problemlərdən biri də odur ki, miras qoyan şəxsin ölümündən qısa 

müddət  əvvəl  bağışlama  əqdini  etmiş  olması,  habelə  nikah  münasibətində 

olduğu şəxsə qarşı belə bir əqdi icra etməsi vərəsəlik münasibətinə müəyyən 

dərəcədə  təsirini  göstərir.  Xüsusilə  də,  müddətin  az  olması  belə  bir  əqdin 

uydurma  olub  əhəmiyyətsiz  xarakter  daşıması  imkanını  ortaya  çıxara 

bildiyindən  bu  tip  hüquq  münasibətlərində  bağışlanan  əşya  miras  açılan 

zaman  diqqətdən  tam  da  kənarda  qalmamalıdır.  Belə  ki,  onun  vərəsəlik 

payına,  miras  əmlakın  həm  aktiv,  həm  də  passivinə  təsiri  digər  vərəsələrə 

haqsızlıq edilməməsi məqsədilə nəzərə alınmalıdır. Buna baxmayaraq, belə 

təsirin  qiymətləndirilməsi  məsələsinə  bağışlama  hüquq  münasibətində 

əvəzsiz hədiyyə əldə edən tərəfin hüquqlarının tapdanması kimi yanaşmaq 

✵ 

Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs, SABAH qrup



u tələbəsi 




Dekabr | 2015

Mülki hüquq

– 25 –

olmaz.  Bu  səbəbdən  məqalədə  hansı  hallarda  bağışlanan  əşyanın  mirasdan 



kənarda  qalıb-qalmaması  məsələsindən  danışılacaq.  Bundan  əlavə 

qanunvericiliyin  belə  hallarda  tənzimləmə  üsulunun  məqsədəuyğunluq 

dərəcəsi  və  optimallığına  nəzər  yetiriləcəkdir.  Həmçinin  beynəlxalq 

təcrübədə rast gəlinən həll yolları ilə yerli qanunvericiliyin müqayisəli təhlili 

aparılaraq  mənfi  və  müsbət  cəhətlər  araşdırılacaq,  daha  ağlabatan  həll 

üsulları qeyd olunacaqdır. 



I.Bağışlama müqaviləsinin hüquqi təbiətinin 

vəsiyyət etmə ilə müqayisəsi 

  Vərəsəlik  münasibətlərində  miras  qoyan  şəxsin  ölümündən  sonra 

əmlakının sonrakı aqibəti barədə sərəncam verə bilmə imkanı vəsiyyət etmə 

nəticəsində  gerçəkləşir.  Vəsiyyət  etmə  ilə  bağışlama  əqdi  hüquqi  təbiətinə 

görə bəzi oxşarlıqlara malikdir. Belə ki, hər ikisi qeyri-kommersiya xarakteri 

daşıyır,  o  cümlədən  hər  ikisi  əvəzsiz  əqdlərdir  və  əsasən,  qəbul  edən  tərəf 

üçün  qazandırıcı  əqd  kimi  çıxış  edirlər.  Buna  baxmayaraq,  onların  hüquqi 

təbiətində fərqli məqamlar mövcuddur ki, bu da onlara verilən anlayışlarda 

nəzərə çarpır. İlk əvvəl, vəsiyyət etmə birtərəfli əqd olduğu halda, bağışlama 

əqdi müqavilə əsasında gerçəkləşdiyindən ikitərəfli əqd formasında təzahür 

edir.  Belə  ki,  vəsiyyətnamədə  yalnız  miras  qoyanın  iradəsi  əks  olunur, 

bağışlama müqaviləsində isə hədiyyə qəbul edən şəxsin razılığı tələb olunur, 

yəni onun qəbul etməsi əsasında müqavilə bağlanmış sayılır. Bundan əlavə, 

digər  fərqli  məqamlar  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin 

(bundan  sonra  AR  Mülki  Məcəllə)  666.1-ci  maddəsində  bağışlama 

müqaviləsinə  verilən  anlayışda  əks  olunub:  “Bağışlama  müqaviləsi  sağ  ikən 

bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının 

bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də hədiyyə alan 

tərəfindən  heç  bir  cavab  xidməti  ilə  şərtləndirilmir”.  Burada  bağışlamanın 

vəsiyyət  etmədən  fərqli  olaraq  sağ  ikən  realizə  edilməsi  əks  olunmuşdur. 

Vəsiyyət    edərkən  şəxsin    bütün  əmlakı  barədə  sərəncam  verə  bilmə 

imkanının  olmağına  baxmayaraq,  bağışlama  zamanı  əmlakın  bir  hissəsinin 

hədiyyə  olunmasının  nəzərdə  tutulması  bütövlükdə  bağışlamanın 

ağlasığmaz  olmasından  irəli  gəlir.  Vərəsəlik  münasibətlərində  vərəsələrə 

keçən  öhdəliklə  bağışlama  zamanı  hədiyyə  qəbul  edənin    üzərinə  qoyula 

bilən  öhdəliklər  də  xarakterinə  görə  fərqlənir.  Belə  ki,  AR  Konstitusiya 

Məhkəməsinin  “AR  Mülki  Məcəllənin  666.1,  670.1,  670.3  və  673.1-ci 

maddələrinin  şərh  edilməsinə  dair”  Plenum  Qərarında  deyilir:  “Hədiyyə 

verən  hədiyyə  alanın  üzərinə  özünün  bəhrələnməsi  ilə  bağlı  olmayan 

müxtəlif  öhdəliklər  qoya  bilər  ki,  bunlar  dövlət  mənafeyi,  ictimai  mənafe, 

hədiyyə  verənin  və  ya  başqa  şəxslərin  xeyrinə  nəzərdə  tutula  bilər.  Lakin 

öhdəlik  bağışlamanın  mahiyyətinə  zidd  olmamalı  və  ya  hər  hansı  maddi 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 26 –


təminat  əldə  edilməsi  ilə  bağlı  olmamalıdır”.

1

  Bu  səbəbdən  həmin 



öhdəliklərin  yerinə  yetirilməməsinə  görə  müqavilədən  imtina  edilməsi 

məntiqəuyğundur.  Belə  görünür  ki,  bağışlama    əsasında  yaranan  öhdəlik 

subyektiv  xarakterə  malikdir  və  vərəsəlik  münasibətlərində  ümumi  faydalı 

məqsədlərlə əlaqədar olan vəsiyyət tapşırığı ilə oxşarlıq təşkil edir. Hədiyyə 

edilərkən  ümumi  faydalı  məqsəd  naminə  qoyulan şərtin,  əsasən,  donorun  – 

hədiyyə verənin ölümündən sonra da yerinə yetirilməsi tələb olunur.

2

  O ki 


qaldı, vərəsəlik qaydasında miras əmlakın passivinə daxil olan öhdəliklərə, 

bunlar obyektiv xarakterə malikdir. 

  Xarici ölkələrdə bağışlama və miras vergisi  (gift and estate tax)  müəyyən 

edilmişdir.  Lakin  burada  nəzərdə  tutulan  dəyər  həddi  fərqli  müəyyən 

olunmuşdur.  Məsələn,  Amerika  Birləşmiş  Ştatlarında  hər  il  inflyasiyaya 

əsasən,  dəyişən  bağışlama  vergisinə  cəlb  olunma  həddi  14  min  dollardan 

yuxarı dəyərdə olan hədiyyə üçün müəyyən edildiyi halda, miras üçün 5.43 

milyon  dollar  nəzərdə  tutulmuşdur.

3

  Bağışlamaya  nəzərən  mirasda  həddin 



yuxarı göstərilməsində məqsəd odur ki, miras qoyan öldükdən sonra onun 

aqibətinin müəyyən olunması şərtdir. Ancaq bağışlama sırf hədiyyə verənin 

istəyindən  asılıdır.  Azərbaycan  Respublikası  qanunvericiliyində  bağışlama 

və  miras  ilə  əlaqədar  verginin  müəyyənləşdirilməməsi  heç  bir  əvəz 

qarşılığında  edilməyən  bir  qazandırma  əqdi  olmaları  ilə  əlaqədardır.  Lakin 

nəzərə  almaq  lazımdır  ki,  bağışlamanın    vergidən  azad  olması  vergidən 

yayınma  məqsədilə  də  bu  müqaviləyə  müraciət  edilməsinə  imkan  yaradır.  

Bu  səbəbdən  verginin  müəyyən  olunması  yalan  əqd  kimi  bağışlama 

müqaviləsindən  sui-istifadə  edilməsi  imkanının  qarşısını  alacaqdır.  Miras 

vergisinin  müəyyənləşdirilən  həddi  isə  külli  miqdarda  əldə  olunan 

qazandırmalara aid olduğundan ədalətsiz  sayılmamalıdır. 

II. Bağışlama müqaviləsi əsasında verilmiş hədiyyənin

vərəsəlik payının müəyyən edilməsi zamanı nəzərə 

alınmamasının üçüncü  şəxslərin hüquqlarına təsiri 

A. Hüquqdan sui-istifadəyə əsas verən, yaxud kreditorların 

mənafeyinin tapdanmasına gətirən bağışlama 

Əlbəttə  ki,  məsələyə  bu  aspektdən  yanaşılması  bağışlama  predmetinin 

hədiyyə verənin əmlakının yarısından çox ola bilməsi, habelə borcu olduğu 

təqdirdə bağışlama halını istisna etmək məqsədi güdmür. Lakin bu müqavilə 

1

    AR  Konstitusiya  Məhkəməsinin  “AR  Mülki  Məcəlləsinin  666.1,  670.1,  670.3  və  673.1-ci 



maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Plenum Qərarı 

2

 Manfred Pieck, A Study of the Significant Aspects of German Contract Law, 3 Ann. Surv. Int'l & 



Comp. L. 111, s. 141, 1996 

3

  Internal  Revenue  Service  Announces  2015  Estate  and  Gift  Tax  Limits  (2014), 



http://www.forbes.com/sites/ashleaebeling/2014/10/30/irs-announces-2015-estate-and-gift-

tax-limits/ (son baxış 3 dekabr, 2015) 




Dekabr | 2015 

Mülki hüquq

– 27 –

əsasında  borcu  olan  şəxsin  borcunu  ödəməzdən  qabaq  belə  bir  sərəncam 



verməsi, daha sonra isə borcu ödəmək iqtidarında olmaması kreditor üçün də 

xoşagəlməz vəziyyət meydana gətirir. Baxmayaraq ki, AR Mülki Məcəllənin 

673.2.2-ci  maddəsinə  əsasən,  bağışlama  vədindən,  vəd  verildikdən  sonra 

hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun  üçün son dərəcə ağır 

yükə  çevirə  biləcəyi  dərəcədə  dəyişərsə,  imtina  edilə  bilər,  lakin  bu  imtina 

hədiyyə  verən  tərəfin  iradəsindən  asılı  olması  ilə  səciyyələnir.  Belə  ki, 

təminatsız kreditor üçün belə bir hal risk təşkil edir. Bunu belə əsaslandırmaq 

olar  ki,  əksər  hallarda  borc  verilən  zaman  kreditor  borca  təminat  istəməsə 

belə,  borclunun  əmlak  aktivinə  bələd  olaraq  etimad  edir.  Əgər  belə  bir 

məlumat  mövcud  olarsa,  böyük  həcmdə  bağışlama  əqdi  borc  ödənmədiyi 

təqdirdə kreditorun mənafeyinə təsir edəcəkdir. Hətta belə bir hal hüquqdan 

sui-istifadəyə də yol açmaq imkanına  malikdir. Belə ki, borclu borcunu ödəyə 

bilmədiyi  təqdirdə  mülkiyyətində  olan  əşyaya  məhkəmə  tərəfindən  tutma 

yönəldilməsindən,  əlindən  çıxmasından  ehtiyat  edərək  ailə  üzvlərindən 

birinə və ya digər yaxın hesab etdiyi şəxsə bağışlaya bilər. Hərgah bu halda 

bağışlama müqaviləsinin uydurma əqd kimi mövcud olması da mümkündür, 

hansı  ki,  AR  Mülki  Məcəllənin  340-cı  maddəsinə  əsasən,  əhəmiyyətsizdir. 

Lakin belə bir etibarsızlıq halı olmadıqda belə üçüncü şəxslərin mənafelərinin 

təmin olunması zəruridir. Vərəsəlik münasibətlərində isə mirasa ölən şəxsin 

əmlakının  passiv  qismi,  yəni  öhdəlikləri  də  daxil  olduğundan  borclunun 

aktivlərinin  vərəsəlik  payına  daxil  olması  kreditorların  mənafelərinin 

tapdanması  üçün  əsas  yaratmır.  Buna  görə  də,  əşyanın  mülkiyyətçisi  olan 

borclu vərəsələri borcu ödəməkdən azad olsun deyə də bağışlama əqdi edə 

bilər  ki,  bu  zaman  müqavilənin  etibarlılıq  şərtləri  gözlənilsə  də,  hüquqdan 

sui-istifadə edilməsi əks olunacaqdır. Burada həm sağ qalma halında, həm də 

ölüm  hadisəsi  baş  verdiyi  təqdirdə  meydana  çıxa  bilən  problemlərin 

tənzimlənmə mexanizminin yaradılması zəruridir. Belə ki, əvvəla, bağışlayan 

şəxs sağ qalsa belə, borcunu ödəmək üçün bağışlanan əmlakı geri tələb edə 

bilməyəcək.  Çünki  AR  Konstitusiya  Məhkəməsinin  müvafiq  Plenum 

Qərarında 673.2-ci maddənin yalnız bağışlama vədi ilə əlaqədar olması qeyd 

olunub.

4

 Sözsüz ki, belə bir halda hədiyyəni artıq əldə etmiş şəxsə qarşı geri 



qaytarmaq tələbinin qoyulması ədalətli sayılmaz. Lakin hədiyyə əldə edənin 

payına mütənasib şəkildə borcu ödəməyə cəlb etmək hüququnun kreditora 

keçməsi  və  ya  borclu  qarşısında  bağışlanan  qazandırmaların  borcun 

ödənilməsinə cəlb edilməsinə dair tələb hüququnun yaranması imkanı təmin 

4

  Yenə  orada.  Mülki  Məcəllənin  673.2-ci  maddəsi  ilə  konsensual  bağışlama  müqaviləsinin, 



hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina 

edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq, 

vəd  verildikdən  sonra  hədiyyə  verənin  əmlak  münasibətləri  bağışlamanı  onun  üçün  son 

dərəcə  ağır  yükə  çevirlə  biləcəyi  dərəcədə  dəyişməsi  və  ya  hədiyyə  verənin  ailə  hüquq 

münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması 

barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 28 –


olunarsa,  daha  məqsədəuyğun  olar.  O  cümlədən  borclu  öldükdən  sonra 

vərəsələr  də  hədiyyəni    tələb  etməkdən  boyun  qaçıra  bilər.  Türkiyə  Mülki 

Məcəlləsinin  562.1-ci  maddəsində  bənzər  tənzimləmə  qaydası  təsbit 

olunmuşdur.  Burada  deyilir  ki,  vərəsələr  ödəmə  qabiliyyəti  olmadığı  halda 



bağışlanan  əşyanın  geri  verilməsinə  dair  iddia  qaldırmazsa,  bu  hüquq  kreditorlara 

keçir.  Əslində  AR  mülki  qanunvericiliyinin  belə  bir  hüququ  tanımamağına 

əsas kimi, bu hüquq münasibətinin nisbi xarakter daşımasını göstərmək olar.

5

 

Lakin  belə  bir  müddəanın  təsbitinin  əhəmiyyəti bağışlanan  əşyanın  borcun 



ödənilməsi  zamanı  yayınması  üçün  miras  qoyanın  hüquqdan  sui-istifadə 

etməsinin, belə bir məqsədi olmadığı halda belə, kreditorların mənafelərinin 

tapdanmasının  qarşısını  alacaqdır.  Sui-istifadə  halının  olmaması  üçün  ən 

azından, borc yarandıqdan sonra edilən bağışlamanın borcun ödənilməsində 

nəzərə alınması tövsiyəolunandır.

B. Vərəsələr hədiyyəni hansı hallarda və nə üçün tələb etmək 

istəməyə bilər? 

Bağışlayan  şəxs  borcunu  ödəməzsə,  mülki  məsuliyyətə,  habelə  mülki  iş 

üzrə məhkəmə qərarını icra etmədiyi təqdirdə AR Cinayət Məcəlləsinin 306-

cı maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb olunacaqdır. Bu xarakterdə 

mənfi  nəticələrin  müəyyən    olunması  dövlət  tərəfindən  kreditorun 

hüquqlarının  pozulmamasına  qarşı  təminat  yaradır.  Lakin  vərəsələr 

mirasdan imtina etdiyi halda borclar yalnız miras əmlakın aktivinə yönələcək. 

Əslinə qalsa, AR Mülki Məcəlləsində vərəsələrin borcların ödənməsi zamanı 

məsuliyyət  həddinin  müəyyən  olunmasında  ziddiyətli  bir  məqam  nəzərə 

çarpır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsində deyilir ki, vərəsələr miras 



qoyanın  kreditorlarının  mənafelərini  alınmış  aktivdə  özlərindən  hər  birinin  payına 

mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Burada borcun həm 

tam  şəkildə,  həm  də  alınmış  aktiv  həcmində  ödənməli  olması  qeyd 

edilmişdir. Bəs bu müddəa miras aktivinin borcdan az dəyərdə olduğu halda 

tam  ödənməməsini  ifadə  edir?  Mülki  Məcəllənin  1307-ci  maddəsində  

vərəsələrin kreditorların borclarının ödənilməsi zamanı sübutetmə yükü əks 

olunmuşdur.  Belə  ki,  burada  mirasın  notarius  tərəfindən  siyahıya  alındığı 

haldan başqa, vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu 

sübut  etməli  olması  göstərilir.  Belə  çıxır  ki,  sübut  edildikdə  vərəsələr 

kreditorlar qarşısında maksimum miras əmlakın aktivi həcmində məsuliyyət 

daşıyacaqlar. Belə bir hüquq normasının müəyyən edilməsində məqsəd onlar 

üçün məsuliyyətdən azad olmaq imkanının təmin edilməsi kimi görünür. Bu 

məsələnin  dəqiqləşdirilməsi  baxımından  bir  əsas  da  budur  ki,  AR  Vergi 

5

 Nisbi xarakter daşıyan hüquq münasibətlərinin mövcudluğu zamanı tərəflərin yalnız bir-



birinə  qarşı  hüquqlara  malik  olması  və  öhdəlik  daşıması  səbəbindən  həmin  hüquqların 

üçüncü  şəxslər  tərəfindən  irəli    sürülməsi  nəzəriyyəçilər  tərəfindən  qəbul  edilmir.  Yalnız 

tələbin  güzəşti halı istisnadır. O da hüquq münasibəti tərəflərinin iradəsi əsasında mümkün 

olur. 



Dekabr | 2015 

Mülki hüquq

– 29 –

Məcəlləsinin  77.4.3-cü  maddəsində  vergi  öhdəliyinə  xitam  verilməsi 



hallarından  biri  kimi  vergi  ödəyicisinin  vəfat  etmiş  və  ya  Azərbaycan 

Respublikası mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan 

olunması  halı  göstərilmiş  və  ardınca  həmin  anda  vergi  borclarının 

ödənilməsini  tənzimləməklə  əlaqədar  belə  bir  norma  təsbit  olunmuşdur: 

Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik 

əmlakının  dəyəri  hədlərində  ödənilir”.  Bu  da  bir  daha  miras  passivinin  çox 

olduğu  halda  borcun  qalan  hissəsinin  ödənilməsi  məsələsinin  müəmma 

altında qaldığını təsdiq edir. O cümlədən bütün vərəsələrin mirasdan imtina 

etməsi  halında belə, miras əmlak dövlətə keçsə də, məsuliyyət yenə də miras 

əmlakın aktivinin dəyəri həddində olacaq. Belə ki, Mülki Məcəllənin 1314-cü 

maddəsində  əks  olunan  dövlətin  vərəsələri  olmayan  əmlak  ona  keçdiyi  halda 



kreditorların  borclarına  qarşı  vərəsə  kimi  məsuliyyət  daşımalı  olması  zamanı 

vərəsələr  üçün  nəzərdə  tutulan  yüngülləşdirici  norma  analogiya  əsasında 

dövlətə  də  şamil  olunacaqdır.  Bütün  bunlar  ona  əsas  verir  ki,  hədiyyənin 

dəyəri  borca  bərabər  və  ya  ondan  az  olarsa,  vərəsələrin  bağışlanan  əşyaya 

dair  məcburi  payın  tamamlanması  üçün  iddia  qaldırmaqda  marağı 

olmayacaqdır.  Belə  ki,  həmin  pay  da  borcun  ödənilməsi  üçün  tələb 

olunacaqdır. Bu səbəbdən də kreditorların mənafeyinin təmin olunması üçün 

yuxarıda  təklif  olunan  müddəanın  qanunvericiliyə  daxil  edilməsi  və  bu 

əsasda kreditorların  hədiyyə alana qarşı tələb hüququnun tanınması Mülki 

Məcəllənin  6.1.7-ci  maddəsində  əks  olunan  "mülki  hüquqların  maneəsiz 

həyata keçirilməsinə şərait yaradılması" prinsipi ilə də uzlaşmış olacaq.  

III. Mirasın bölüşdürülməsində hədiyyənin nəzərə

alınmasına  əsas verən digər halların təhlili

A. Beynəlxalq təcrübədə hədiyyə nə zaman miras 

bölgüsündə nəzərə alınır? 

Bağışlanan əşyanın mirasın bölüşdürülməsi zamanı təsirinə dair AR Mülki 

Məcəlləsində  nəzərdə  tutulan  yeganə  hüquq  norması  1200-cü  maddədir. 

Burada  qeyd  olunub:  “Miras  qoyan  əşyanı  üçüncü  şəxsə  bağışladıqda, 

məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, 

onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını 

tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki 

il  keçirsə,  hədiyyə  hesaba  alınmır”.  Ancaq  qanunvericilikdə  vərəsələrin 

nəzərdə  tutulan  yaxın  dövr  ərzində  bağışlama  əsasında  əldə  etdiklərinin 

mirasda  digər  əsaslar  üzrə  nə  kimi  rol  oynaması  məsələsinə 

toxunulmamışdır. Bu hal əslində İngiltərə, Uels kimi ümumi  hüquq sistemli 

ölkələr üçün də səciyyəvidir.

6

 Belə ki, həmin ölkələrdə də bağışlanan əmlak 



6

    Eleanor  Cashin  Ritaine,  National  Succession  Laws  in  Comparative  Perspective,  s.  148 

(University of Lorraine, Metz, France 2013) “In common law countries such as England and Wales. 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 30 –


yalnız  məcburi  payın  ödənilməsi  halında  nəzərə  alınır.  Buna  baxmayaraq, 

miras  əmlakın  tərkibi  sayılmır.

7

  Böyük  Britaniya  parlamenti  tərəfindən  12 



noyabr 1975-ci il tarixli "Inheritance (Provision of Family and Dependants)" - 

"Vərəsəlik  (Ailə  və  onun  üzvlərinin  təminatı)"  haqqında  Aktda 

qanunvericilikdə  vərəsələrin    onlara  miras  qaldığı  halda  belə  əldə  etdikləri 

qazandırmalar (advancements) ağlabatan həcmdə olmadıqda və məcburi payı 

böyük  həcmdə  zədələdikdə  daha  çox  həcmdə  miras    payı  əldə  edən  şəxsə 

qarşı iddia qaldıra bilmək hüququ əks olunmuşdur.

8

 O cümlədən sözügedən 



hüquq miras qoyanın ölümündən 6 il sonra da böyük həcmli bağışlamalara 

dair  nəzərdə  tutulmuşdur.

9

  Türkiyə  Cümhuriyyətində  isə  mülki 



qanunvericilik bu halda həmin əşyanın nəinki məcburi payın tələb edilməsi 

zamanı,  üstəlik  qanun  üzrə  vərəsəlik  rejimi  bərqərar  olduğu  halda  mirasın 

bölüşdürülməsində  nəzərə  alınmalı  olmasını  təsbit  etmişdir.  Qanuni 

vərəsələrlə  yanaşı,  digər  şəxslərə  edilmiş  qazandırmalar  o  zaman  nəzərə 

alınır  ki,  məcburi  payın  tamamlanması  lazım  olsun. 

10

  Almaniya  Mülki 



Məcəlləsində isə bu hal barədə qanun üzrə vərəsələrin əldə etdiklərini geri 

vermək  öhdəliyi  belə  ifadə  olunmuşdur:  “Qanun  üzrə  vərəsəlik  zamanı 

vərəsələr  miras  qoyanın  sağlığında  qəbul  etdikləri  bütün  qazandırmaları 

mirasın  bölünməsi  üçün  təhvil  verməlidirlər,  bir  halda  ki,  miras  qoyan 

qazandırma  əqdini  tərtib  edərkən  əksini  müəyyən  etmiş  olmasın.  Digər 

şəxslərə edilmiş hədiyyələr isə o halda mirasın bölüşdürülməsi zamanı  geri 

verilir  ki,  miras  qoyan  hədiyyə  edərkən  bu  halı  nəzərdə  tutmuş  olsun.”

11

 



Burada da Türkiyə Mülki Məcəlləsindəki kimi qanun üzrə vərəsələrin mirasın 

bölüşdürülməsi zamanı əldə etdikləri hədiyyə barəsində təslim etmə öhdəliyi 

qoyulub.  Habelə  2052-ci  maddədə  göstərilib  ki,  onlar  vəsiyyət  üzrə  vərəsə 

olsalar,  lakin  payları  qanun  üzrə  vərəsəlik  rejimi  müəyyən  olunduqda 

nəzərdə tutulan paylarla eyni olarsa, yenə bu qayda tətbiq olunur.

12

  Lakin 



It is to be noted that lifetime transfer of property is governed by lex situs and therefore does not fall 

into the deceased’s estate that may be governed by a foreign lex successionis”

7

 Yenə orada “Lifetime gifts are therefore excluded from the estate for the purposes of calculating the 



amount of forced heir ship shares, as this property is not part of the estate at death”. 

8

 Inheritance ( Provisions of Family & Dependants), UK,  1975 “An order for the payment  to the 



applicant  out of that estate of a lump  of such amount as may be so specified”  

9

 Yenə orada   



10

 Ahmet Kılıçoğlu, Miras Hukuku,  s. 440 (5-ci nəşr. 2013)  

11

 Almaniya Mülki Məcəlləsinin 250-ci maddəsi “Descendants who inherit as heirs on intestacy 



are obliged to have whatever they received from the deceased during his lifetime as an advancement 

adjusted in the partitioning between the heirs, unless the deceased directed otherwise when giving the 

advancement. Other gifts inter vivos must be adjusted if the deceased directed adjustment when he 

made the gift” İngilis dilinə tərcümə olunmuş tam mətn:  

http://www.gesetze-im-internet.de/englisch_bgb/ 

12

 Almaniya Mülki Məcəlləsinin 2052-ci maddəsi “If the deceased has appointed the descendants 



as  heirs  to  what  they  would  receive  as  heirs  on  intestacy,  or  if  he  has  defined  their  shares  of  the 

inheritance  in  such  a  way  that  they  have  the  same  proportion  to  each  other  as  the  shares    of  the 


Dekabr | 2015 

Mülki hüquq

– 31 –

2056-cı  maddəyə  əsasən,  digər  hallarda  hədiyyə  nəticəsində  payın 



digərlərindən  çox  olması  artıq  dəyəri  ödəmək  öhdəliyi  yaratmayacaqdır. 

Türkiyə mülki qanunvericiliyi bir sıra qazandırmaların normalda qəbul edilə 

bilən  həddən  yuxarı    olduğu  halı  nəzərə  alır.  Belə  ki,  Türkiyə  Mülki 

Məcəlləsinin 675-ci maddəsində normal hesab olunan hədiyyələr və evlənmə 

əsnasında  verilmiş  normal  miqdarda  qəbul  edilən  hədiyyələr  miras 

bölünərkən miras əmlaka daxil edilməyə (denkleşdirme) tabe deyil. Lakin belə 

bir misala nəzər yetirək: “Miras qoyan sağlığında övladlarından birinin təhsili 

üçün  60.000  manat  xərcləyib.  Bu  məbləğ  ümumi  qaydada  rast  gəlinən  və 



normalda  qəbul  edilən  təhsil  üçün  nəzərdə  tutulmuş  xərclərdən  daha  yüksək 

olması  səbəbilə  miras  bölünərkən  hesaba  alınır”.

13

  Burada  qanunvericinin 



məqsədini  belə  izah  etmək  olar  ki,  miras  qoyanın  sağlığında  etdiyi  bu 

qazandırma digər vərəsələrin əldə edə biləcəyi paya təsir edərək onlar üçün 

ədalətsiz nəticə yarada bilər. Sözügedən hal məcburi payın tamamlanmasıyla 

bağlı iddia (tenkis) ilə eynilik təşkil etmir. Belə ki, həmin zaman təkcə qanuni 

vərəsələr deyil, digər şəxslərin də əldə etdikləri hədiyyə, habelə vəsiyyətnamə 

əsasında əldə olunan qazandırmalar nəzərə alınır.  Lakin miras qoyan bunu 

bağışlamışdırsa,  buna  onun  iradə  ifadəsi  kimi  baxmaq  daha  məqsədə-

uyğundur.  Əslində  Fransa  Mülki  Məcəlləsinin  1077-1-ci  maddəsində  də 

qanuni  vərəsələrə  edilmiş  hədiyyənin  miras  əmlakın  balansına  daxil  edilə 

bilməsi  halı nəzərdə tutulmuşdur.

14

 Lakin buradakı müddəa  fərqli xarakter 



daşıyır.  Belə  ki,  bu  iddianın  irəli  sürülməsi  üçün  əsas  məcburi  payın 

tamamlanması ilə əlaqədardır. Bu baxımdan sözügedən müddəa AR mülki 

qanunvericiliyi  ilə  oxşarlıq  təşkil  edir.  Belə  ki,  vərəsə  öz  qanuni  payının 

tamamlanması məqsədilə bu formada iddia irəli sürə bilməz.

15

 Yəni qanuni 



vərəsəlik rejimi üzrə vərəsə olsa belə, hədiyyəni təslim etmə öhdəliyi nəzərdə 

tutulmamışdır. Həmçinin burada əldə etdiyi hədiyyəyə iddia ediləcək şəxslər 

dairəsi yalnız qanuni vərəsələrlə məhdudlaşmışdır. Hədiyyə verilmiş şəxslər 

qanuni  vərəsələr  sırasından  deyildirsə,  onlara  qarşı  iddia  qaldırıla  bilməz. 

Azərbaycan,  o  cümlədən,  Türkiyə  mülki  qanunvericiliyində  isə  belə 

məhdudiyyət  nəzərdə  tutulmayıb.  Belə  ki,  bağışlama  və  vəsiyyət  edilən 

istənilən şəxsə qarşı məcburi payın tamamlanması ilə bağlı iddia irəli sürülə 

bilər. Jersey (Fransa ərazisində yerləşən və muxtariyyətə malik olan qurum) 



inheritance on an intestacy, then in case of doubt it is to be assumed that the de

scendants are to be 

obliged to adjust their advancements under sections 2050 and 2051” 

13

 Kılıçoğlu, s. 441 



14

 Fransa  Mülki  Məcəlləsinin  1077-1-ci  maddəsi “A descendant who  did not  participate  in a 



partition made by gift or who received a part below his portion of the reserve may bring an action for 

abatement where there does not exist at the opening of the succession property not included in the 

partition and sufficient to form or make his reserve complete, account being taken of the gratuitous by 

which he may have profited” İngilis dilinə tərcümə olunmuş tam mətn:  

http://www.legifrance.gouv.fr/content/download/1950/13681/version/3/file/Code_22.pdf 

15

    Fransa  Mülki  Məcəlləsinin  1077-2-ci maddəsi “  A  child  not  yet conceived at the  time of  a 



partition made by gift has a similar action to form or make his hereditary share complete”  


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 32 –


mülki  qanunvericiliyində  geri  tələb  edilə  bilməyən  hədiyyələrin  siyahısı 

(rapport`a la masse) öz əksini tapmışdır. Bunlar ərzaq üçün pul, geyim, təhsil 

almaq  və  ixtisas  əldə  etmək  üçün  edilən  ödəmələr,  uzufrukt  əsasında  əldə 

olunmuş  bəhərlərdir.

16

  Burada  bağışlama  predmetinin  sərf  edilərək 



tükənməsi əsas olaraq göstərilmişdir. Bundan əlavə, burada qanunvericinin 

məqsədini belə izah edə bilərik ki,  xərclənən məbləğ  normal həddən çox olsa 

da, miras qoyanın arzu və məqsədinin böyüklüyü ilə uzlaşacaqdır. Necə ki, 

vəsiyyətnamə üzrə miras qoyan öz əmlakının ölümündən sonrakı aqibətini 

azad  iradəsi  əsasında  müəyyən  edirsə,  bağışlama  əsnasında  da  iradəvi 

şəkildə əmlakına dair sərəncam verir. 



B. Hədiyyənin nəzərə alınmasını vacib edən məqamlar

 

Məlumdur  ki,  AR  mülki  qanunvericiliyində  miras  əmlak  üzərində  həm 



vəsiyyət, həm də qanun üzrə vərəsəlik rejiminin yarana bilməsi halı tanınır. 

Bu  hal  AR  Mülki  Məcəllənin  1172-ci  maddəsində  əks  olunmuşdur.  O 

cümlədən  eyni  şəxsin  hər  iki  əsas  üzrə  vərəsə  ola  bilmə  imkanı  da 

mövcuddur. 

Həmin 

qayda 


isə 

məcəllənin 

1259-cu 

maddəsinin 

məzmunundan aydın olur.

17

 Bu baxımdan miras qoyanın bağışlama əqdinə 



vəsiyyət  etmə  kimi  yanaşmaq  daha  məqsədəmüvafiq  olar.  Belə  halda 

hədiyyə,  üzərində  vəsiyyət  üzrə  vərəsəlik  rejimi  yaranan  miras  payı  kimi, 

qanun  üzrə  vərəsəlik  rejimi  bərqərar  olmuş  əmlaka  daxil  olmamalıdır.  Bu 

səbəbdən də AR Mülki Məcəlləsindən Türkiyə mülki qanunvericiliyində əks 

olunan  sözügedən  müddəa  ilə  eynilik  təşkil  edən  1277-ci  maddənin 

çıxarılması mütərəqqi bir hal kimi qiymətləndirilməlidir. Lakin anqlo-sakson 

hüquq  sistemi  ailəsinə  də  xas  olan  bu  cəhətin  mənfi  tərəfi  borcların 

ödənilməsi  zamanı  ortaya  çıxır.  Bu  səbəbdən  hədiyyənin  vərəsəlik 

münasibətləri  zamanı  miras  əmlakın  passivi  baxımından  nəzərə  alınması 

zəruridir.  Belə  ki,  borcların  ödənilməsi  zamanı  vəsiyyət  üzrə  vərəsələr  öz 

paylarına  mütənasib  şəkildə  məsuliyyət  daşıyırsa,  bu  vəziyyətin  hədiyyə 

verilən  şəxsə  də  şamil  olunması  ədalətli  nəticə  əldə  olunması  baxımından 

effektiv olar. O cümlədən belə bir müddəanın təsbiti miras qoyanın bağışlama 

əqdi etməklə digər vərəsələrdən fərqli olaraq hədiyyə alanı borclardan azad 

edib,  digər  vərəsələri  daha  çox  ağır  nəticəyə  məruz  qoyma  ehtimalını  da 

aradan  qaldırar.  Bu  baxımdan  Fransa  və  Türkiyə  qanunvericisinin  mirasın 

bölüşdürülməsi zamanı  məhz qanuni vərəsələrə edilmiş hədiyyələrin miras 

əmlaka daxil edilməsinə dair hüquq norması müəyyənləşdirməkdə məqsədi 

aydın  olur.  Əmlaka  daxil  olan  əşyanı  qanuni  vərəsəyə  bağışlamaq  borcun 

ödənməsindən yayınmaq, yəni hüquqdan sui-istifadə edə bilmək üçün daha 

16

 Timothy Hanson və Barbara Corbett, Forced Heirship – Trusts and other problemstam mətn



https://www.jerseylaw.je/Publications/jerseylawreview/june09/JLR0906_Hanson.aspx  (son 

baxış 29 noy. 2015) (2009) 

17

 AR Mülki Məcəlləsi 1259-cu maddə “Əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay 



düşürsə, o bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər” 


Dekabr | 2015 

Mülki hüquq

– 33 –

əlverişlidir.  Milli  qanunvericilikdə  məcəllənin  673.2.2-ci  maddəsində  əks 



olunan hal baş verdikdə bağışlama vədindən imtina hüququ vərəsələr üçün 

də nəzərdə tutulub, lakin borcun miqdarı hər zaman vərəsələrin onu ödəyə 

bilmək  iqtidarında  olmamağı  vəziyyətinə  gətirmir.  Bundan  əlavə,  borcun 

ödənilməsi  məcburi  payın  azalmasına  səbəb  olmadıqda  bağışlanan 

qazandırmalar mirasdan kənarda qalır. Bununla da bağışlanan əşyanın əmlak 

passivindən azad olması vərəsəlik payını əldə edənlər üçün ədalətsiz nəticə 

yaradır.  Belə  ki,  göstərilən  hal  vərəsələrin  paylarının  daha  çox  azalmasına 

səbəb olur. Buna görə də hədiyyə verilən şəxsin əldə etdiyi əşyanın dəyərinin 

ona düşən pay kimi nəzərə alınması digər vərəsələrin borclara dair öhdəliyini 

yüngülləşdirməyə imkan verəcəkdir.  



IV. Hədiyyənin miras qoyanın borcları üçün hesaba

alınmasının hədiyyə alan üçün nəticələrinin təhlili 

A. Bağışlama vədi edildikdə hədiyyə vəd olunan tərəf üçün 

yaranan problemlərin həlli 

Hədiyyə  əvəzsiz  bir  qazandırma  olduğu  üçün  hədiyyə  edən  və  onun 

vərəsələrinin  bağışlama  vədindən  imtina  etməsi  ilk  baxışda  problemli 

görünməyə  bilər.  Lakin  belə  bir  müqavilə  qarşı  tərəfdə  həmin  sərəncama 

etimad  edərək  müəyyən  planlar  qurmağa  əsas  verə  bilər  ki,  müqavilədən 

imtina olunması hədiyyə alan üçün, o bu halı qabaqcadan yəqin etməsə belə,  

ağır nəticələrə səbəb ola bilər. Bağışlama vədinin etibarlı sayıla bilməsi üçün 

tələb  AR  Mülki  Məcəlləsinin  668.1.5-ci  maddəsində  göstərilmişdir.  Burada 

gələcəkdə bağışlama vədi edildikdə bu vədin notarial qaydada təsdiqlənməli 

olması  qeyd  olunub.  Oxşar  müddəa  Almaniya  Mülki  Məcəlləsinin  313-cü 

maddəsindədə  əks  olunub.

18

  Belə  ki,  əmlakın  bir  hissəsi  və  ya  hamısının 



başqasına verilməsinə dair söz verildikdə bu vəd ilə bağlı müqavilə məhkəmə 

və  ya  notarial  qaydada  təsdiq  edilməlidir.  Sözsüz  ki,  hədiyyə  verən  şifahi 

qaydada etdiyi vədi tam şəkildə yerinə yetirərsə, həmin vəd yazılı və notarial 

qaydada  təsdiqlənməsə  belə,  bağışlamanın  etibarlılığına  xələl  gəlməyəcək. 

Müqavilənin  bu  cür  forma  şərtinə  tabe  tutulmasına  səbəb  isə  mübahisə 

yarandıqda  sübutu  təmin  etməkdir.

19

    Lakin  vəddən  imtinaya  əsas  verən 



hallar  olduqda  formal  tələblər  gözləndiyi  təqdirdə  belə,  qarşı  tərəfin 

müqaviləyə  etimad  göstərməsi  səbəbindən  zərərə  məruz  qala  bilməsi 

ehtimalı nəzərə alınmayıb. Belə ki, AR Mülki Məcəlləsində hədiyyə verənin 

məsuliyyəti  sadəcə  hədiyyə  ilə  əlaqədar  dəyən  zərər  barədə  və  zərərin 

qəsdən,  yaxud  kobud  ehtiyatsızlıq  səbəbindən  vurulması  zamanı  nəzərdə 

tutulur. Burada zərər əşyanın qüsuru ilə bağlıdır. Vəd ilə əlaqədar zərərdən 

18

 Almaniya Mülki Məcəlləsi 313-cü maddə “Contracts by which a person promises to transfer or 



to subject to a usufruct all or part of his currently-owned property must be judicially or notarially 

authenticated” 

19

 Pieck, s. 115 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 34 –


isə bəhs edilmir. Qanunvericilik bağışlamanı edəcək şəxsin mənafeyini, onun 

üçün  ağır  nəticələr  törədə  bilən  vəziyyət  yarandığı  zaman  qoruduğu  kimi, 

vədi  qəbul  etmiş  şəxs  üçün  də  müdafiə  mexanizmi  nəzərdə  tutulmalıdır. 

Bağışlamanın əvəz tələb etməyən sərəncam olmasına baxmayaraq, bağışlama 

vədinin  notarial  qaydada  təsdiqi  vədi  qəbul  edən  şəxs  üçün  müsbət  nəticə 

yaratmalıdır.  Belə ki, şəxsin real zərəri  ağlabatan həddə ödənilməlidir. 



B. Hədiyyə verildikdən sonra yaranan problemlərin həlli 

Yuxarıda borcların ödənilməsi zamanı bağışlanan  əşyanın hesaba alınması 

barədə  təklif  əks  olunmuşdur.  Bu  baxımdan  həmin  anda  da  hədiyyə  əldə 

etmiş  şəxsin  mənafelərinin  qorunması  təmin  olunmalıdır.  Qeyd  etmək 

lazımdır  ki,  Almaniya  Mülki  Məcəlləsinin  528-ci  maddəsində  AR  mülki 

qanunvericiliyindən fərqli olaraq hədiyyə edənin əqdi yerinə yetirdikdən sonra 

da ondan imtina etməsinə əsas kimi yoxsullaşması (improverishment), özünə 

və ya ailə üzvlərinə qarşı əvvəl nəzərdə tutulmamış öhdəliyin yaranması halı 

göstərilmişdir.  Belə  olduqda  verilmiş  hədiyyə  qaytarıla  bilər.  Həmçinin 

hədiyyə  əldə  edən  hədiyyəni  qaytarmaqdan  imtina  edib  lazımi  məbləği 

ödəyə  də  bilər.

20

    Almaniya  mülki  qanunvericiliyi  hədiyyənin  verildikdən 



sonra da qaytarıla bilməsinin mümkünlüyünü təsbit edir. Belə iddia əsassız 

varlanmaya  (unjust  enrichment)  dayanaraq  edilir.  Bu  səbəbdən  bağışlamaya 

görə  fayda  əldə  etmək  üçün  edilən  xərc  ödənmədiyi  təqdirdə  hədiyyə  əldə 

edən  müqaviləyə  etimadından  irəli  gələn  zərəri  tələb  edə  bilməli  və  ya 

hədiyyəni  geri  vermədən  zərər  xaricində  qalan  dəyəri  bağışlayan  şəxsə 

ödəməlidir. 



V. Ailə münasibətləri zamanı hədiyyənin 

nəzərə alınması 

A. Hədiyyənin birgə mülkiyyətə daxil edilməsinin zəruriliyi 

  Məlumdur  ki,  AR  mülki  qanunvericiliyinə  əsasən,  ailə-nikah  münasibət-

lərinin  yaranması  birgə  mülkiyyət  rejiminin  bərqərar  olmasına  əsas  verir. 

Yəni  nikah  bağlandıqdan  sonra  AR  Ailə  Məcəlləsinin  32.2-ci  maddəsində 

göstərilən əsaslar üzrə   əldə olunmuş əmlak ər və arvadın birgə  mülkiyyətinə 

daxil olur. 34-cü maddədə ər-arvadın hər birinin ayrılıqda mülkiyyətinə daxil 

olan  əmlak  əks  olunmuşdur:  “Nikaha  daxil  olanadək  onlara  məxsus    olan 

əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, 

digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca 

mülkiyyətindədir”. Lakin burada ər-arvadın bir-birinə etdikləri  hədiyyənin 

20

 Almaniya Mülki Məcəlləsi 528-ci maddə “ To the extent that the donor, after fulfillment of the 



condition , is not a position  to maintain himself reasonably and to meet the maintenance obligation 

incumbent upon him by law in relation to his relatives, his spouse, his civil partner, or his previous 

spouse or civil partner, he may demand return of the gift from the donee under the provisions on the 

return  of  unjust  enrichment.  The  donee  may  avoid  return  by  paying  the  amount  required  for 

maintenance” 


Dekabr | 2015 

Mülki hüquq

– 35 –

burada əks olunan hədiyyə ilə eyni rejimə tabe olması məsələsi mübahisəli 



xarakter daşıyır. Almaniya mülki qanunvericiliyinin bu məsələyə münasibəti 

belədir ki, birgə mülkiyyət rejimi altında ailə əmlakından edilən hədiyyənin 

yarısı hər iki şəxs tərəfindən edilmiş hesab olunur, lakin başqa biri tərəfindən 

ər  və  ya  arvada  edilən  hədiyyə  onun  öz  mülkiyyəti  hesab  olunur.

21

  Bu  cür 



qaydanın  mövcud  olması  əslində  daha  məqsədəuyğundur.  Belə  ki,  nikah 

tərəfindən biri hədiyyə etməklə öz əmlakına dair sərəncam verir və belə bir 

əqd nəticəsində əmlakında baş verən azalmanı  qəbul edir, lakin diqqətdən 

qaçırmaq olmaz ki, həmin bağışlama onların birgəyaşama vəziyyəti nəzərdə 

tutularaq  edilmişdir.  O  cümlədən  bağışladığı  hədiyyənin  zərurət  olduqda 

özünün  də  faydalana  bilməsi  imkanını  nəzərə  almışdır.  Bu  səbəbdən 

müəyyən  miqdarda  dəyərə  malik  hədiyyələr  birgə  mülkiyyətə  aid 

edilməlidir.  Bunun  nəticəsində  ər  və  ya  arvad  öldükdə  hədiyyənin  yarısı 

miras əmlaka daxil edilməlidir. Lakin istənilən hədiyyənin birgə mülkiyyətə 

daxil edilməsi düzgün deyil. Belə ki, bu qayda dəyəri böyük olan hədiyyələrə 

tətbiq  olunmalıdır.  Necə  ki,  AR  Ailə  Məcəlləsinin  34.2-ci  madddəsində  ər-

arvadın  ayrıca  mülkiyyətinə  onların  şəxsi  istifadəsində  olan  əşyalar  aid 

edilərkən zinət əşyaları barəsində istisna göstərilmişdir, bağışlama zamanı da 

zinət  əşyaları  və  onlardan  daha  dəyərli  əşyalar  birgə  mülkiyyətə  daxil 

olmalıdır. 

B. Birgə mülkiyyət  rejiminin  müəyyən olunması əsasının 

fərqli təzahürünü  əks etdirən yanaşmalar 

Bir  sıra  müəlliflər  birgə  mülkiyyət  rejiminin  nə  vaxt  bərqərar  olunması 

məsələsinə    müxtəlif  cür  yanaşırlar.  Belə  ki,  faktiki  nikah  münasibətlərinin 

yaranması,  bu  münasibətlərin  davam  etmə  müddətinin  də  əmlak  üzərində 

birgə mülkiyyətin mövcudluğuna təsir göstərə bildiyini qeyd edirlər. Burada 

həmin yanaşmaları əks etdirməkdə məqsəd odur ki, birgə mülkiyyət rejimi 

tanınarsa, həmin şərtlərlə müşahidə olunan münasibətlər çərçivəsində edilən 

hədiyyələrin üzərində də hər iki tərəfin mülkiyyət haqqı yaranar  və  yarısı 

ölən tərəfin miras əmlakına daxil olar. Lakin faktiki münasibətlərin vərəsəlik 

münasibətlərində  oynadığı  rol  xarici  praktikada  fərqli  şəkildə  təzahür  edir. 

AR Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, ər və ya arvadın  məcburi 

pay almaq hüququ var. Xarici praktikada faktiki nikah münasibətlərində ər 

və  ya  arvad  üçün  bu  hüququn  tanınması  ilə  onların  əmlak  üzərində  digər 

nikah münasibətində olan şəxslər kimi  birgə mülkiyyət rejiminin yaranması 

hər  zaman  üst-üstə  düşmür.  İngiltərə  və  İrlandiyada  faktiki  ailə 

münasibətlərində olan şəxslər üçün müəyyən müddət şərti ilə qanuni vərəsə 

21

 Almaniya Mülki Məcəlləsi 2054-cü maddə “ Half of a gift made from marital property under the 



community of property regime is deemed to have been made by each of the spouses. However, if the gift 

is made to one of descendant who is descended only one of the spouses, or if one of the spouses must 

reimburse the marital property for the gift, it is deemed to have been made by that spouse” 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 36 –


olmaq,  habelə  məcburi  paya  iddia  etmək  hüququ  tanınıb.

22

  Belə  ki,  əgər 



şəxslərin övladı olarsa, 2 il birgə yaşadıqda, əks halda isə 5 il birgə yaşadıqda 

məcburi pay hüququna sahib olurlar.

23

 Lakin burada birgə mülkiyyət rejiminə 



əsas  verilməməsinin  səbəbi  odur  ki,  evlənməmək  birgə  yaşayışla  müşayiət 

olunsa  belə,  onların  münasibətlərinə  “üzərində  ailənin  formalaşdığı  və  bu 

səbəbdən dövlətin qoruduğu və təminat verdiyi nikah institutu”

24

 kimi ciddi 



xarakter  verməmək  məqsədi  güdür.  Hətta  bəzi  müəlliflər  məcburi  pay 

hüququnun  tanınmasını  da  məqsədəuyğun  saymayaraq  belə  əsaslandıma 

irəli  sürür  ki,  onların  evlənməmək  hüquqları  olsa  belə,  vəsiyyət  etmək 

hüquqları da vardır. Yəni lazım gəlsə, belə bir sərəncam verərlər. Bu səbəbdən 

məcburi  pay  onlar  üçün  nəzərdə  tutulmamalıdır.

25

  Əslində  bu  daha  doğru 



mövqedir. Çünki əks halda ailə institutu nəzərdə tutulduğundan daha kövrək 

və  az  əhəmiyyətli  xarakter  daşıyacaqdır.  Lakin  bir  sıra  müəlliflər  bu 

ciddiyyəti  müəyyən  etməkdən  yayınmaq  vəziyyətinin  eynicinsli  nikah 

münasibətlərində  olan  şəxslərə  şamil  etməyin  düzgün  olmamasını 

vurğulayırlar.  Belə  ki,  əksər  dövlətlər  marginal  azlıqlara  belə  bir  imkan 

tanımadığından və bu səbəbdən nikah qeyri-mümkün olduğundan məcburi 

pay  üçün  nəzərdə  tutulan  birgə  yaşayış  müddətinin

26

  onlar  üçün,  qanuni 



nikah  münasibətlərində  olduğu  kimi,  birgə  mülkiyyət  rejimini  müəyyən 

etməsi  və  bu  səbəbdən  də  əldə  olunan  ailədaxili  hədiyyələrin  ölkə 

qanunvericiliyindəki  kimi  birgə  mülkiyyətə  daxil  edilməsi  daha  ədalətli 

hesab olunur.

27

 Əslində belə qaydanın müəyyənləşdirilməsi hədiyyənin yarı-



sının mirasa daxil edilməsini təmin edər və bununla da hədiyyə edən tərəfin 

digər qanuni vərəsələri üçün də müsbət nəticə  yaradılmasına səbəb olar. 



Nəticə 

Bağışlama  əqdi  nəticəsində  əldə  olunan  qazandırma  digər  qanuni 

vərəsələr baxımından ədalətsiz hesab olunmamalıdır. Lakin bu o demək deyil 

ki,  həmin  hədiyyə  vərəsəlik  münasibətlərindən  irəli  gələn  məsələlərdən 

tamamilə kənarda qalmalıdır. Belə ki, AR mülki qanunvericiliyi bir neçə əsas 

üzrə  vərəsəliyi  tanıdığından,  vəsiyyətnamə  olmasa  belə,  hədiyyə  sanki 

vəsiyyət  üzrə  əldə  edilmiş  miras  rejiminə  tabe  tutularsa,  qalan  əmlak 

üzərində  isə  qanun  üzrə  vərəsəlik  hüququ  tanınarsa,  daha  məqsədəuyğun 

olar.  Çünki,  sözügedən  əqd  miras  qoyanın  iradəsini  əks  etdirdiyindən  bu 

22

 Inheritance ( Provisions of Family & Dependents), UK,  1975 



23

 Civil Partnership and Certain Rights and Obligations of Cohabitants Act (2010)  

24

 İrlandiya Konstitusiyası maddə 41.3.1 



25

 Clare Nicolle Jersey’s forced heirship laws and the rights of  a “common law” partner (2015) 

http://linkedin.com/pulse/jerseys-forced-heirship-laws-rights-common-law-partner-clare-

nicolle/ (son baxış 4 dekabr 2015) 

26

  Övladları  olması  halı  mümkün  olmadığından  sadəcə  5  il  birgə  yaşamaq  şərti  nəzərdə 



tutulur. 

27

 Brian Sloan, The Concept of Coupledom in Succession Law, 70 (3) Cambridge Law Journal 623, 



s. 626 (2011)


Dekabr | 2015 

Mülki hüquq

– 37 –

məsələ üzrə vəsiyyətlə eyni mahiyyət kəsb edəcəkdir. Belə olduqda hədiyyə 



mirasın bölüşdürülməsi zamanı  bərabərlik yaratmaq məqsədilə mirasa daxil 

edilməli  deyil.  Çünki  əks  halda  onun  mirasa  daxil  edilmək  üçün  geri  tələb 

olunması  miras  qoyanın  iradəsinin  etinasızlıqla  qarşılanmasını  ifadə 

edəcəkdir. Buna baxmayaraq, miras qoyanın borclarının ödənilməsi zamanı 

hər bir vərəsə  əldə olunmuş paya mütənasib olaraq məsuliyyət daşıdığından 

digər vərəsələr üçün ədalətsiz nəticə yaranmasın deyə hədiyyə əldə edənin 

payına  hədiyyənin  dəyəri  də  əlavə  olunmalı  və  mütənasiblik  bu  qaydada 

müəyyən edilməlidir. Belə qayda həm vərəsələr üçün, həm də kreditorların 

mənafeyi  baxımından  ədalətli  və  uğurlu  nəticə  yaradacaqdır.  Belə  ki,  həm 

hədiyyə  əldə  etməmiş  vərəsələrin  payı  daha  çox  azalmaq  məcburiyyətində 

qalmayacaq, habelə vərəsələr  borc çox olduğundan mirasdan imtina etməli 

olmayacaq,  həm  də  miras  aktivinin  həcminin  azalması  kreditorların 

maraqlarını  təmin edilməmiş vəziyyətdə qoymayacaq. Üstəlik  belə bir qayda 

miras  qoyanın,  vərəsələrinin  maksimum  olaraq  miras  aktivi  həcmində 

məsuliyyət  daşıyacağını  nəzərdə  tutaraq  onun  bir  hissəsini  borcun 

ödənməsindən azad etmək məqsədilə bağışlama müqaviləsindən sui-istifadə 

etməsinə imkan yaratmayacaq. Əslində belə bir sui-istifadə daha çox qanuni 

vərəsələrə hədiyyə etməklə müşayiət olunsa da, bəzən digər vərəsə olmayan 

şəxslərə də edilə bilər. Habelə bağışlayan şəxs vicdansız bir niyyət güdmədən 

də hədiyyə edə bilər, hansı ki, sonradan öz qazancı ilə borcunu ödəyəcəyini 

də  güman  etmişdir.  Buna  baxmayaraq,  kreditorun  mənafeyi  təmin  oluna 

bilməmişdirsə,  xoş  niyyətlə  (good  faith)  edilmiş  hədiyyə  belə  borcun 

ödənilməsinə tabe tutulmalıdır. Bu səbəbdən də sözügedən qaydanın sadəcə 

qanuni  vərəsələrə  deyil,  həm  də  digər  şəxslərə  şamil  olunması  ədalətli 

olacaqdır. 

Bundan əlavə, ailə-nikah münasibətləri zamanı edilmiş hədiyyə üzərində 

yaranan mülkiyyət rejiminin qanunvericilikdə təsbit olunması və onun birgə 

mülkiyyətə  daxil  edilməsi  məqsəduyğundur.  Belə  ki,  hər  iki  tərəfin 

mülkiyyəti  hesab  olunacaq  hədiyyənin  yarısı  tərəflərdən  biri  öldüyü  halda 

onun mirasına daxil edilməli və bu əsasda bölgü aparılmalıdır. 



Yüklə 153,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə