Güney azərbaycan iSTİqlal partiyasinin rəSMİ BƏyanati



Yüklə 11,9 Kb.
tarix15.03.2018
ölçüsü11,9 Kb.
#32091






GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ RƏSMİ BƏYANATI

YUNESKO tarixçiləri və dilçiləri tərəfindən Azərbaycanda və Orta Şərqdə şumer və digər türk millətlərinin 7500 ildən artıq bir müddətdə yaşamasının sübuta yetirilməsi Azərbaycan türklərinin bu bölgənin ilk sakinləri olmasını təsdiqləyib. Bu millətin qədim tarixinə görə , ən azından Azərbaycanın indiki coğrafi ərazisi onun inkarolunmaz hüquqi mirasıdır ki, yenidən onu isbatlamağa ehtiyac yoxdur. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) inanir ki, iran adlanan ölkədə zülm altında yaşayan millətlərin problemlərini həll etmək üçün dialoq və əməkdaşlığa zəmin hazırlanması bu millətlərin hüquqlarına qarşılıqlı hörmət və demokratik prinsiplər əsasında olmalıdır. ən başlıcası isə müxtəlif millətləri təmsil edən partiya və siyasi təşkilatlar bir-birinin ərazi bütöblüyünə qeyri-üsuli yanaşmadan çəkinməlidirlər. Buna görə də GAİP rəsmi olaraq bütün siyasi partiya və onlara bağlı qruplardan tələb edir ki, bölgədə millətlər arasında sülh və demokratiyanın bərqərar olması naminə siyasi əməkdaşlığa zəmin hazırlanması üçün Güney Azərbaycanın ərazi bütövlüyünün sual altına aparılmasında əl çəksinlər.

Qeyd olunmalıdır ki, fars şovinistlərinin təsiri altında müxtəlif kürd partiya və təşkilatlarının Azərbaycanın ərazi bütövlüyünə qarşı irəli sürdükləri puç iddialar nəticə etibarı ilə kürd xalqına qarşı yönəlmiş olur və bu düşmənçilik onlara fəlakət və bədbəxtçilikdən başqa heç nə vəd etmir.

GAİP Azərbaycan türk millətinin gücünə arxalanaraq onun istiqlaliyyəti, ərazi bütövlüyünün bərpası və qorunması üçün öz mübarizəsini davam etdirəcək. Qeyd etdiyimiz əsaslı həqiqətləri nəzərə alaraq GAİP, bütün kürd siyasi partiya və təşkilatlarından, kimlərinsə əlaltısı olan kürd terror qruplarından tələb edir ki, onlar Güney Azərbaycan ərazi bütövlüyünə qarşı yönəlmiş əsassız iddialardan və anti-türk mövqelərindən əl çəksinlər. Əgər onlar dialoq və siyasi əməkdaşlıq etmək istəyirlərsə, o zaman aşagıda qeyd olunan prinsiplərə hörmət etməlidirlər :



  1. Güney Azərbaycanın ərazi bütövlüyünü sual altına ala biləcək və ona ziyan gətirəcək iddia və artiqtamahlıqdan əl çəkməlidirlər ;

  2. Onlar Güney Azərbaycanın bölgələrinə saxta kürd adlarının verilməsindən çəkinməli , saxta adlardan Güney Azərbaycan ərazi topominlərində istifadəsinə yol verilməməli, Azərbaycan torpaqları hesabına iddia edilən “Böyük Kürdüstan” təbliğatına son verilməli, Güney Azərbaycan ərazisində, xüsusilə də Qərb bölgəsində mühacir olan kürd əhalisinin azərbaycanlılara qarşı təhrik edilməsinin qarşısı alınmalıdır.

  3. Kərkük, Musul, Ərbil bölgələrində qeyri – təbii dəyişikliyin aparılması təcrübəsini nəzərə alaraq, rəsmi şəkildə elan edirik ki, Güney Azərbaycan ərazisində , kürdlərin yaşadığı qonşu ölkələrdə və Kürdüstan vilayətindən qərəzli şəkildə köçürülməsinin , Güney Azərbaycan ərazisində kürdlərin istəyi ilə aparılan demoqrafik dəyişdirilmələrin qarşısı alınsın və hər hansı əsassız xəritələrin tərtibatına, Güney Azərbaycan millətinin milli və strateji mənafeyinə qarşı yönəlmiş şübhəli bəyanatlara son qoyulsun.

4. GAİP insan hüquqlarına humanist və inanclı mövqeyini ortaya qoyaraq,

beynəlxalq hüquq və prinsiplərə tam hörmətini ifadə edərək, dünyada hər hansı

millətə və ya ölkəyə qarşı yönəlmiş terroru, zorakılığı pisləyir, kürd terrorçu qrup

və təşkilatlardan tələb edir ki, terror və zorakılıqdan əl çəksinlər, fəaliyyətlərini

beynəlxalq qanunlar əsasında məhz öz ərazilərində davam etdirsinlər.

5. Güney Azərbaycan bölgələrində terror fəaliyyəti ilə məşğul olan kürd partiya və

qruplarından tələb edirik ki, onlar qeyri-insani davranışlara son versinlər , Güney

Azərbaycan və onunla həmsərhəd ölkələrin ərazilərində beynəlxalq qanunlara

zidd hər hansı fəaliyyətdən, o cümlədən insan alveri, narkotik və silah alverindən

rəsmi olaraq imtina etsinlər.




GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI
02.03.2007
Yüklə 11,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə