Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
  1   2   3   4   5   6   7   8   9   ...   45


 

P.F. KAZIMİ  
 
 
TÜRK  XALQLARININ 
KİTAB  VƏ  KİTABXANA  
MƏDƏNİYYƏTİNİN 
MƏNBƏŞÜNASLIGI 
(MANAQRAFİYA) 
 
 
 
 
 
 
Bakı – Mütərcim -2014 


 

 
 
 
Elmi redaktor;         Əməkdar elm xadimi ,Tarix elmləri  doktoru ,   
professor  Xələfov A.A. 
Rəycilər;             Filolojı elmlər doktoru,professor Ramiz Əsgər   
                        Pedaqogika üzrə fəlsəfə doktoru, dos. Knyaz Aslan 
 
 
 
 
 
 
Kazımi  P.F.  Türk  xalqlarının  kitab  və  kitabxana  
mədəniyyətinin mənbəşünaslığı. Manaqrafiya.- Bakı, 2014. 200 s. 
 
 
 
 
 
 
 
 
© P.Kazımi, 2014 


 

 
TÜRK  XALQLARININ 
KİTAB  VƏ  KİTABXANA  MƏDƏNİYYƏTİNİN 
MƏNBƏYİ  VƏ 
MƏNBƏŞÜNASLIĞI 
 
Hər  bir  xalqın  kitab  və  kitabxana  tarixi  onun  milli  təkamülündə 
mədəni simasını  tam gerçəkliyi ilə ortaya çıxarmağa imkan verir. Kitab 
və  kitabxana  tarixi  anlayışları  yazı,  əlifba,  kitab,  oxucu,təhsil, 
kitabxana, xəttatlıq, miniatür sənətkarlığı və bir sıra digər istiqamətlərdə 
insan  fəaliyyətinin  məhsullarını    ümumiləşdirərək  öyrənir,  bununla  da 
milli  və  regional  mədəni  inkişafın    bitkin  mənzərəsini  yaratmaqda 
əvəzsizdi. 
Türklər 5min illik tarixləri boyunca dünyanın ən böyük və qüdrətli 
bir  neçə  dövlətinin  qurucuları  oldular.  Motun  (Börü  Tonqa),  Atilla, 
Kapgan  Kagan,  Alp  Arslan,  Əmir  Teymur,  Fatih  Sultan  Mehmet,  Şah 
İsmayıl  Xətai,  Mustafa  Kamal,  Heydər  Əliyev  kimi  böyük  dövlət 
adamlarını  yetişdirərək  bu  günkü  dünyanın  formalaşmasına  kömək 
etdilər   
Tədqiqatçı  Ramiz  Əsgər  ortaq  türk  ədəbiyyatının  qədim    və  orta 
dövrünü  xarakterizə  edərkən  maraqlı  bir  konsepsiya  irəli  sürür:"Ortaq 
türk  ədəbiyyatı  qədim  dövrdə  Orxon-Yenisey  abidələrinin,orta  dövrdə 
isə dörd fundamental, möhtəşəm klassik əsərin üzərində yüksəlir.Bunlar  


 

türk  və  dünya  ədəbiyyatının  ən  nadir  incilərindən  biri  "Dədə  Qorqud" 
dastanı,  "Manas"  dastanı,"  Qutadqu  Biliq",  "Divanü  lügat-it-türk" 
əsəridir."(X) 
 Mənbələrin  qiymətləndirilməsində  belə  bir  yanaşmanı  ən  düzgün 
yanaşma  hesab  edərək  tədqiqatımızın  ümumi  konsepsiyasını 
müəyyənləşdirdik. 
Bu  istiqamətdə  indiyə  qədər  bir  çox  mütəxəssis  əsərlər  yazmış, 
məqalələr  və  kitablar  çap  etmişlər.  Azərbaycan,  Türkiyə,  İran(farsdilli 
mənbələr)  və  Rus  sovet  alimlərinin  tədqiqatları  diqqətimizi  daha 
yaxından  cəlb  edir.  Bununla  belə  dünyanın  digər  dillərindən  tərcümə 
olunmuş  və istifadə imkanı yaradılmış mənbələri  də tədqiqatımıza cəlb 
etmiş və mövcud ədəbiyyat kütləsini əsasən üç qrupa ayırmışıq. 
1.İlkin mənbələr. 2.Mötəbər mənbələr. 3.Digər mənbələr. 
Qeyd  olunan  məlumat  mənbələrinin  və  informasiya  kütləsinin 
çoxluğu  tələb  edir  ki  tədqiqatı  rasional    bir  sistem  daxilində 
müəyyənləşdirək  və  həm  coğrafi  arealı,  həm  də  tarixi  periodu 
məhdudlaşdırmayaq. Problemin hassaslığı tələb edir ki, əhəmiyyətindən 
asılı  olmayaraq  bütün  növ  tədqiqatlar  öyrənilsin,  təsnifləşdirilsin  və 
tənqidi  qiymət  alaraq  referatlaşdırılsın.  Məhz  bu  məqsədlə  tədqiqatın 
sonuna    tövsiyə  olunan  ədəbiyyatın  biblioqrafiyasını  əlavə  etmək 
qərarına gəldik. 
Türk  xalqlarının  kitab  və  kitabxana  mədəniyyətinin  mənbəyi 
böyük  coğrafi  arialda  mədəni  mərkəzlər,  görkəmli  şəxsiyyətlər, 


 

şairlər, mütəfəkkirlər, hökmdarlar, elmi, dini və  təhsil  mərkəzləri, 
eləcədə ayrı-ayrı türk xalqları, boyları və dövlətləri olmuşdu. 
“Türk”  sözü  əski  mənbələrdə  müxtəlif  tələffüzlərdə  qeyd 
edilmişdir(Herodotda  “Tarkita”,  Hind  mənbəyində  “Turuxa”,  Çin 
mənbəyində  “Tukuyə”  və  sairə).  VII  əsrdə  Orxon  yazılı    abidələrində  
bugünkü  tələffüzlə  milllət  və  dövlət  mənasında    işlədilmişdir.  Eləcədə 
“Türk”  sözünə  törəmək,  güc  və  qüvvət,məğfər  və  intizamlı  kimi 
müxtəlif  mənalar  da  verilmişdir.  Belə  hesab  edilir  ki,”türk”  sözü 
Göktürk dövlətini quran (552-ci il) və onu idarə edən Aşina (aşmaqdan) 
ailə qəbiləsinin adı olmuş və sonradan bütün millətə və bu dildə danışan 
ellərə şamil olmuşdur. 
 
         Mahmud  Kaşqarinin  Türk  sözünə  verdiyi  şərh  türk  xalqlarının 
mənşəyi  baxımından  diqqəti  cəlb  edir.    Beləki  tədqiqatın  obyekti  türk 
xalqlarının mədəniyyətidir . 
-"Türk:  əleyhissalam  Nuhun  oğlunun  adıdır.Bu  ad  Nuh  oğlu 
Türkün  övladlarına  tanrının  verdiyi  addır..."Türk"sözü    Nuhun 
oğlunun adı kimi işləndikdə tək bir adamı bildirir, övladlarının adı 
olanda "bəşər" sözü kimi coxluq və cəm bildirir." (II cild s.357-358) 
M.Kaşkariyə  etimad  etməməyə  heç  bir  əsasımız  yoxdur.Mənbəyin 
mövzusu,quruluşu və əhəmiyyəti haqqında ayrıca bəhs ediləcək. 
       Göründüyü  kimi  türk  fenomeni  -  etnosun  yaranması,  tarixi, 
mədəniyyəti 
və 
dünya  sivilizasiyasına  göstərdiyi  xidmətlərin 
öyrənilməsi  və təhlili son dərəcə  mürəkkəbdir. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə