Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №3 2010 12



Yüklə 291,23 Kb.
Pdf görüntüsü
tarix03.08.2018
ölçüsü291,23 Kb.
#60692


Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

12 

  ZABİL BAYRAMLI  



BDU-nun dosenti, 

f.e.n. 

zabil_bayramlı@mail.ru

 

II ŞAH ABBASIN DAXİLİ VƏ XARICI SİYASƏTİ 

(MƏHƏMMƏD TAHİR VƏHİDİN “ABBASNAMƏ” ƏSƏRİ ÜZRƏ) 

 

Açar sözlər: hakim, qızılbaş, sultan, şah, vəzir 

 

Ключевые слова: хаким, кызылбаш, султан, шах, визирь 

 

Keywords: hakim, qizilbash, sultan, shah, vazir 

 

 

Səfəvi hökmdarı II Şah Abbasın (1642-1666) daxili və xarici siyasətinə həsr edilmiş ən qiymətli 

mənbə “Abbasnamə” adı ilə məlum olan əsərdir. Əsərin müəllifi Mirzə Hüseyin xan Qəzvininin oğlu 

Mirzə Məhəmməd Tahir Vəhiddir. O, h. 1015-ci ildə Qəzvində anadan olmuşdur.  Mirzə Məhəmməd 

Tahir və onun kiçik qardaşı  Məhəmməd Yusif Qəzvini (“Xolde bərin” adlı  əsərin müəllifi) II Şah 

Abbas dövrünün çox böyük tarixçilərindən olmuşdular. Məhəmməd Tahir Vəhid II Şah Abbasın 

hakimiyyətinin əvvəllərində məclisnəvis vəzifəsində işləmiş və bir qədər sonra vaqiyənəvis vəzifəsinə 

təyin olunmuşdur. Baş vəzir Mirzə Tağı h. 1055-ci ildə öldürülüb yerinə Xəlifə Sultan təyin edildikdə, 

Mirzə Tahir Vəhid  məclisnəvis vəzifəsində olmuşdu. Bir az sonra isə II Şah Abbasın rəsmi saray 

tarixçisi olur. Molla Kamal yazır ki, Mirzə Məhəmməd Tahir bacarıqlı, ağıllı və istedadlı olub, əvvəl 

baş vəzir Xəlifə Sultanın yanında yazı işləri ilə bağlı xidməti vəzifədə olmuşdu. Onun ata-babası da 

sarayda çalışmışdılar. O, Şah yanında xidmətə qabil şəxs olaraq tezliklə sarayda vaqiyənəvis və 

məclisnəvis vəzifəsinə yüksəlmişdir (2, 103). 

Məhəmməd Tahir Vəhid əsərində özü haqqında yazır ki, mən arzu edirdim ki, yüksək vəzifəli 

böyüklərdən birinin xidmətində  qərar tutam. Və bu arzuma çatdım. Etimadəddövlə  Xəlifə Sultanın 

yanında qulluğa götürüldüm. Mən kiçik vəzifədən böyük vəzifəyə  qədər yüksəldim. Yavaş-yavaş 

inkişaf edib, irəliyə getdim . Gecə-gündüz o həzrətin xidmətində oldum və o, tarixi kitablara maraqlı 

olub çox mütaliə edirdi. Mənə  əmr etdi ki, II Şah Abbas dövrünün tarixini onu anadan olmasından 

etibarən yazım. Əmrə qulaq asıb bu tarixi yazmağa başladım (3, 13, 14). Beləliklə etimadədövlənin 

tapşırığı ilə o, II Şah Abbasın hakimiyyəti dövrünün tarixini yazmağa başlayır. Müəllifin çox ciddi 

səyi ilə yazıb tamamladığı  əsərə “Abbasnamə” adı verilir. Şah Süleyman dövründə (1666-1694) 

Məhəmməd Tahir Qəzvini baş vəzir vəzifəsinə yüksəlir. Şah Süleymanın hakimiyyətinin son illərində 

Məhəmməd Tahir Vəhid qocalığına görə öz arzusu ilə tutduğu vəzifədən azad olur. Onun vəfatı tarixi 

dəqiq məlum deyildir. Təxminən h. 1110-1119-cu illər arasında dünyasını dəyişmişdir.    

“Abbasnamə” adlı kitabda II Şah Abbasın hakimiyyətinin ilk günlərindən, yəni daha dəqiq 

desək, h. 1052-ci ildən h. 1074-cü ilə qədərki tarixi hadisələr təsvir edilmişdir. Ancaq II Şah Abbasın 

hakimiyyətinin son dörd ilinin tarixi hadisələrini müəllifin qələmə almamasının səbəbi məlum 

deyildir. Halbuki müəllif II Şah Abbasın vəfatından sonra da uzun illər yaşamışdır.Ancaq kitabda olan 

bu çatışmamazlıqlar onun elmi dəyərini azaltmışdır. Müəllif  Şahın rəsmi tarixçisi olsa da, əsərində 

zamanın tələblərindən irəli gələn qüsurlara yol verməmiş, tarixi hadisələrin olduğu kimi təsvirinə cəhd 

göstərmişdir. Elə buna görə  də,  əsər dövrün araşdırılıb öyrənilməsində  əvəzi olmayan mənbə 

təəssüratını oyadır. Həm də müəlif təsvir etdiyi hadisələrin birbaşa  şahidi olmuşdur.  Əsərdə qeyd 

etdiyi tarixi hadisələrin çoxunda birbaşa özü iştirak etmişdir.  İştirak etmədiyi hadisələr barədə isə 

saray tarixçisi olduğuna görə dövlət məmurları ona vaxtında məlumat vermişdilər. Bəzən II Şah 

Abbasın fəaliyyəti ilə bağlı olmayan bir çox məsələlərə də kitabda təsadüf edilir ki, bu  məlumatları  

müəllif dövlət xadimlərindən  əldə etmişdir. Müəllif  əsərdə  Səfəvi dövlətinin siyasi tarixi ilə yanaşı, 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

13

qonşu dövlətlərlə, xüsusən də Hindistan, Türküstanla qarşılıqlı  əlaqələrə geniş yer verir. Mirzə 

Məhəmməd əsərində bütün məsələləri obyektiv təsvir edərək yanlışlığa yol vermir. Əsər II Şah Abbas 

dövrünün ən qiymətli qaynağıdır (3, 12). 

Sultan Məhəmməd Mirzənin atası  Şah Səfi (1629-1642) dövründə Türk-Qızılbaş  əmirlərinin 

dövlətin suverenliyini və imperiyanın  ərazi bütövlüyünü qorumaq cəhdlərinin güclənməsinə 

baxmayaraq, onlar bir neçə  cəbhədə müharibə aparmaq məcburiyyətində olduqları üçün ciddi 

çətinliklərlə üzləşmişdilər. Osmanlı dövləti Ərəb İraqını (1638) fəth etmiş, Moğol dövlət başçıları isə 

Qəndəharla kifayətlənməyərək, bütün Əfqanıstanı  ələ keçirmək fikirində idilər. Özbək sultanları da 

Səfəvi imperiyasının düşdüyü gərgin hərbi-siyasi vəziyyətdən istifadə edir, Xorasana yürüşlərini 

dayandırmırdılar. Belə bir şəraitdə Şah Səfi 12 səfər h. 1052 (1642)-ci ildə Kaşanda vəfat edir (3,7). 

Onun vəfatından çox keçmədi ki, Sarı Tağı ayaması ilə  məşhur olan baş  vəzir Mirzə Tağının 

rəhbərliyi ilə dövlət  şurasının iclası çağrıldı. O cümlədən hakimiyyətə namizəd irəli sürülməsi 

məsələsi ilə bağlı Qızılbaş əmirlərinin də toplantısı oldu. Şah Səfinin beş oğlu vardı ki, onlardan yaşca 

daha böyük olan şahzadə Sultan Məhəmməd on yaşında idi. Ümumi razılıq əsasında onun namizədliyi 

dəstəklənir. Qızılbaş  əmirlərinin rəyi ilə 16 may 1642-ci ildə (16 səfər1052) Sultan Məhəmmədin 

ikinci Şah Abbas adı ilə Kaşanda tacqoyma mərasimi keçirildi. Tacqoyma mərasiminin günü və saatı 

münəccim Mövlanə Məhəmməd Səfi Xorasani tərəfindən müəyyən edilmişdi. Tacqoyma mərasimində 

Səfəvi şahlıq sülaləsinin əsasını qoymuş I Şah İsmayılın qılıncı II Şah Abbasın kəmərinə bağlanmış və 

onun adına  xütbə oxunmuşdur. Məclisdə iştirak edən əyanlara, vəzifə sahiblərinə qiymətli hədiyyələr 

verilmiş  və onlar Şaha təzim edərək onun hakimiyyətini rəsmən tanıdıqlarını ifadə etdikdən sonra 

tacqoyma mərasimi yekunlamışdı. Mirzə Tağı yenə  də baş  vəzir oldu. O, ömrünün sonuna, yəni 

öldürülməsinə qədər (h. 1055) Səfəvi dövlətinin baş vəziri olmuşdu (3, 15, 16). 

Kiçik yaşında hakimiyyətə keçən Şahzadə Sultan Məhəmməd Mirzənin uşaqlıq illəri və təlim-

tərbiyəsi haqqında dövrün (3, 14) tarixi ədəbiyyatlarında kifayət qədər məlumat yoxdur. Hətta onun 

doğum tarixi də  dəqiq məlum deyildir. O, təxminən 18 comadiyossani 1042-ci ildə (miladi 1633) 

Qəzvində dünyaya gəlmişdir. Onun dörd qardaşı  və iki bacısı vardı. O, kiçik yaşında hakimiyyətə 

keçsə  də, birinci tədbiri qardaşlarının gələcəkdə hakimiyyət iddiasına düşəcəklərini bəhanə edərək, 

onların gözlərinə mil çəkdirmək olmuşdur (3, 7, 8). 

Səfəvi dövlətində şahzadələr rəsmi qaydada təlim-tərbiyə alır, peşə öyrənir, dövlət idarəçiliyinə 

cəlb edilir və onlardan bəziləri biliyinə, bacarığına görə böyük əyalətlərə, xüsusən Xorasana hakim 

göndərilirdi. Adətən dövlət quruluşunda tutduğu vəzifədə özünü bacarıqlı bir xadim kimi göstərən 

şahzadə vəlihəd təyin edilirdi (3,8). 

II  Şah Abbas öz lələsinin rəhbərliyi altında rəssamlıq və xarratlığı öyrənmiş, at minməkdə, 

atıcılıqda, ox atmaqda, çövkən oyununda məharət qazanmışdı. O, dövrünün böyük bilim adamı  və 

məşhur seyidi Mir Murtuza İsfahanini özünə müəllim seçir. Qısa müddətdə yaxşı savad qazanır. Belə 

ki, onun yazmaq və oxumağı öyrənməsi altı aydan çox çəkməmişdi. O, məharətli oxçu olan qulam 

Əhməd bəy yüzbaşının nəzarətində ox atmağı da çox yaxşı öyrənmişdi (3, 18). 

II  Şah Abbas tacqoyma mərasimindən bir az sonra Kaşanda havalar isti olduğu üçün Qəzvinə 

gəlir (3, 7; 2, 98). 

Məhəmməd Tahir Vəhidin müasiri olan Molla Kamal yazır ki, II Şah Abbas hakimiyyətə 

keçdikdən sonra özünün ilk fərmanı ilə  məmalik-i məhrusədə  şərabxanaların bağlanması  və  şərab 

anbarlarının dağıdılmasını  əmr edir. Bu hökmə  əsasən  Şirazda sərkare xassəyə aid olan şərab 

çəlləkləri yerə axıdılır. Həm də borc dəftərlərində illər üzrə qeyd olunmuş vergi qalıqları silinir, yəni 

rəiyyət və  sənətkarlar 1052-ci ilə  qədər  Şahlıq xəzinəsinə qalan borclarından azad edilirlər (2, 98). 

O,hakimiyyətinin ilk günlərindən sarayı fitnəkar, özbaşına adamlardan azad edib xalqın rəğbətini 

qazanır. Bu istiqamətdə fəaliyyətini davam etdirib bütün nahiyələr üzrə əhalinin illərlə yığılıb qalmış 

500 min tümən vergi borcunu onlara bağışladı və beləliklə, bütün məmləkət əhalisinin qəlbini ələ aldı. 

Rəiyyəti ağır işlərdən azad etdi. Bütün vilayət və mahal hakimlərinə fərman verildi ki, bundan sonra 

əhali ilə ədalətlə rəftar etsinlər (3, 7, 16). 




Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

14 

Xalqın içərisinə girir, bütün təbəqələrdən olan adamların dərdindən, çətinliklərindən xəbərdar 

olub, ədalət məhkəməsində onların çətinliklərini həll edir, ölkənin abadlaşmasına çalışırdı. Cəmiyyəti 

sağlamlaşdırmaq üçün fərmanlar verib, fitnə-fəsad evlərini, yəni meyxanaları,  əyyaşxanaları, 

şirekeşxanaları (tiryək çəkilən ev) bağlatdırdı (3,7). 

H. 1064-cü ildə alimlərlə, fazillərlə yaxınlıq edib namazda Molla Möhsün Feyzə Kaşaninin 

arxasında dayanır, namaz qılırdı. Molla Məhəmməd Tağı Məclisiyə, Molla Xəlil Qəzviniyə və böyük 

üləmalara hədis kitablarını  şərh etmək tapşırığı vermişdi.  Şahın təşviği ilə  qızılbaş  əsgərləri vətən 

yolunda canını qurban verir, islahatlar aparılır, abadlıq işləri həyata keçirilirdi (3, 7).  

“Abbasnamə”də II Şah Abbasın xarici siyasəti, Səfəvi-Moğol, Səfəvi-Rusiya, Səfəvi-Osmanlı 

dövlətləri arasında qarşılıqlı münasibətlərin təsvirinə geniş yer verilmişdir. Mənbədə  Səfəvi-Moğol 

dövlətləri arasında münasibətlərdən bəhs edilərkən bu iki dövlət arasında Qəndəhar üstə çəkişmələrə 

daha  ətraflı yer verilmişdir. Mənbədə göstərilir ki, I Şah Səfi zamanı  Qəndəhar  əmir  əl-ümərası 

Gəncəli xanın oğlu Əlimərdan xan Şaha üz çevirib 1638-ci ildə Qəndəharı Moğollara təslim etmişdi. 

Şah Səfi 1642-ci ildə Qəndəhar yürüşü zamanı Kaşan şəhərində vəfat edir. Onun varisi II Şah Abbas 

xarici siyasətində böyük uğurlar qazanıb Xorasanın müdafiəsini gücləndirmiş və h. 1059 (m. 1649)-cu 

ildə Bost, Zəmindavər qalalarını  fəth edib Səfəvi dövlətinin cənub-şərq sərhədlərinin tam bərpasına 

nail olur (3, 43-47; 4, 174). 

Mənbədə qeyd edildiyinə görə, I Şah Abbas dövründə Səfəvi-Rusiya dövlətləri arasında əlaqələr 

yaxşı olmuş, bu iki dövlət başçısı arasında səfirlik mübadiləsinin daimi olması və Səfəvi şahlarının da 

bir qayda olaraq buna riayət etməsi qeyd olunmuşdur (3, 55). Şpakovskinin yazdığı kimi, bu iki dövlət 

arasındakı səfirlik mübadiləsində ənənəvi bir fikirə rast gəlirik: “Atalar və babalar kimi dost olaq, bir-

birimizə  məhəbbətlə yanaşaq, düşmənə qarşı birlikdə dayanaq.” Moskvanın Səfəvi dövləti ilə 

diplomatik əlaqələri məhz Osmanlı dövlətinə qarşı yönəlmişdi. Ona görə də həmişə səfirlərinə verilən 

tapşırıqlarda Osmanlı-Səfəvi münasibətlərinin öyrənilməsi tələb edilirdi. Həm də Moskva səfirləri 

Səfəvi məmləkətində Rusiya dövlətinin qüdrətli və güclü olması haqqında fikir yaratmalı  və bunu 

onlara təqdim etməli idilər (5, 20, 21). Bu fikirin arxasında artıq Kazanı (1552), Həştərxanı (1556) 

işğal etmiş Moskvanın Güney Qafqaz və Orta Şərqə qarşı bir müstəmləkəçilik planı üzərində 

işləməsinin işartıları görünməkdə idi. Bunu tədqiqata cəlb etdiyimiz mənbədə II Şah Abbas zamanı 

Səfəvi-Rusiya münasibətləri haqqındakı məlumatlar da təsdiq edir. Mənbədə göstərilir ki, XVII əsrin 

50-ci illərində Səfəvi dövlətinə tabe olan Kaxetdə baş verən gərginliklərin qarşısını Qızılbaş ordusu 

almış  və bu vilayətin hakimi Təhmuras xan qaçdığına görə (1653) oranın idarəsi Rüstəm xana 

tapşırılmışdı. Təhmuras xan Moskvaya nümayəndə göndərmiş  və sonra özü də gedərək xəyanət və 

düşmənçilik yolunu seçib Səfəvilərə qarşı  hərbi yardım istəmişdi. Onun hiylələrinə inanan Rusiya 

dövləti  Şimali Qafqaz xalqları ilə  Səfəvilərin  əlaqəsini pozmaq və öz gələcək müstəmləkəçilik 

planlarını reallaşdırmaq üçün Səfəvi dövlətinin sərhəd məntəqələrində Qoyun su çayı üzərində bir 

neçə qala inşa etdirib, burada mühafizə  dəstələri yerləşdirdi. Məmbənin verdiyi məlumata görə 

Moskvada Kaxetiyaya hərbi yardım göstərilməsi də araşdırılıb müzakirə olunmuşdu.  Şirvan 

bəylərbəyi Xosrov xan dərhal Rusiyanın sərhəd məntəqələrində tikdirdiyi qalalar barədə  Şaha 

məlumat çatdırır. Elə bu andan Şah Çuxur-Səd, Qarabağ, Ərdəbil, Astara və Azərbaycanın müxtəlif 

məntəqələrinin hakimlərinə əmr edir ki, qoşunları ilə Şirvana yola düşsünlər və Xosrov xanın hərbi 

düşərgəsində cəmləşsinlər. Şahın fərmanı əsasında Xosrov xan qeyd edilən əmirlərlə yanaşı, Dərbənd 

hakimi, Dağıstan  Şamxalı Surxay xan, Abbasqulu xan Usminin də qoşunlarını  səfərbər edib əks 

hücuma keçir. 1653-cü ildə bir neçə döyüşdən sonra Səfəvi ordusu qələbə çalıb həmin qalaları 

dağıdaraq, şimal sərhədlərinin təhlükəsizliyini təmin edə bildi (3,55, 56). Bu dövrdə kazakların Xəzər 

dənizi sahillərinə qarət məqsədilə təşkil etdikləri yürüşlər haqqında da məlumatlara təsadüf edilir. II 

Şah Abbas h. 1072-ci ildə Astrabaddan Dərbəndə qədər Xəzəryanı məntəqələrin hakimlərinə fərman 

göndərib tapşırdı ki, öz nahiyələrinin hərbi-strateji  əhəmiyyət kəsb edən yerlərində top və 

tüfəngçilərdən ibarət mühafizə dəstələri yerləşdirib kafir kazakların yürüşlərinin qarşısını alsınlar (3, 

113). Mənbənin verdiyi məlumata görə, Rusiya hökmdarının kazakların Xəzəryanı bölgələrə qarətçi 

yürüşlərindən xəbəri yox idi. O, bu barədə eşitdikdə kazakların qarətçi dəstələrinin təqib edilməsi və 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

15

onların qarşısının alınması barədə  fərman verdi (3, 110). Beləliklə,  Şah Abbas sani xarici siyasət 

sahəsində böyük uğurlar  əldə etmiş, rus hərbi alaylarını Dağıstandan çıxarmış, kazakların qarətçi 

yürüşlərinin qarşısını almış və dövlətin şimal sərhədlərinin təhlükəsizliyini əsasən bərpa edə bilmişdir.    

II Şah Abbas tikinti və təmir işlərinə də ciddi fikir verirdi. O, h. 1052-ci ildə Qəzvinə gəldikdən 

dərhal sonra buradakı “Çehel sütun” sarayının təmir olunması haqqında göstəriş vermişdi. H. 1054-

1057-ci illərdə  İsfahanda “Çehel sütun” saray- dövlətxana binasının tikintisi və  bərpası haqqında 

Molla Kamal, həm də  Məhəmməd Tahir Vəhidin  əsərində  məlumatlar verilmişdir. Dövrün 

qaynaqlarında göstərildiyi kimi II Şah Abbas İsfahanda bir çox binalar, o cümlədən dövlətxana binası 

tikdirmiş, cümə məscidlərini bərpa etdirmişdir. Ancaq İsfahandakı “Ali qapı” adı ilə məlum olan saray 

Səlcuqlu dövrünün əsəri olub I Şah Abbas və Şah Abbas sani isə onun uçub dağılan yerlərini tikdirib 

bərpa etdirmişdir. Bu sarayın giriş darvazasının qapılarını isə    I  Şah Abbas Nəcəf  şəhərində 

düzəltdirmişdi. Elə bu qapıya görə saray “Ali qapı”, yəni hündür, uca qapı adı ilə tarixə düşmüşdür (2, 

100, 105, 114; 3, 41). 

H. 1065-ci ildə Şah İsfahanda olduğu zaman qərara aldı ki, Zayəndərud çayı üzərində bənd inşa 

edilsin ki, həm abadlıq olsun, həm də  əkinçilik təsərrüfatı su ilə  təmin edilsin. Bənd həm də ona 

baxanların xoşuna gəlməli, zövqlərini  oxşamalı idi. Bu fərman verilən kimi sənətkar və məmurlar işə 

başladılar. Qeyd edilən tarixdə bənd tikilib başa çatdırıldı. Bu bənd əkinçiliyi inkişaf etdirib İsfahanı 

da abadlaşdırdı ( 3, 73).  

H. 1070-ci ildə Zayəndərud dəryaçası sahilindəki körpü yaxınlığında Səadət  adlı bağa başqa bir 

bağın birləşdiyi yedə mübarək dövlətxana binasının tikintisi qərara alındı. Həmin bağın  ətrafındakı 

yəhudi və gebrlərə başqa yer verildi və orada isə əmirlər yerləşdirildi. Onların burada saldığı kvartal 

Səadətabad adı ilə məşhur oldu (3, 105). 

H. 1069-cu ildə  Şah Zayəndərud çayı üzərində yeni su bəndinin inşası barədə  fərman verdi. 

Zayəndərud çayı üzərində  bənd inşası üçün nəzərdə tutulan yerdə  Həsən körpüsü yerləşirdi. Çay 

daşqınları zamanı bu körpü dağılmışdı.  Şahın göstərişi ilə bu körpü sökülüb yerində  bənd salındı. 

Çayın üzərində başqa yerdə qısa müddətdə möhkəm körpü də inşa edildi (3, 92).  

H.1068-ci ildə Şah qərara aldı ki, həm yay, həm də qış üçün əzəmətli (böyük), gözəl və geniş bir 

bina tikdirsin. Bu əzəmətli bina “Xəlvətxana” adlandırıldı (3, 94). 

II  Şah Abbas h. 1070-ci ildə  rəiyyət, yoxsul və  dərvişlərlə görüş keçirdi. Onların  əhvalından 

xəbərdar oldu. O, sufilərin və ilahiyyatçıların başçılarından Molla Rəcəbli Təbrizi və  Dərviş 

Məhəmmədsaleh Lobnanin evinə gedib onlara lütfükarlıq göstərdi. Bu zaman  Osmanlı ölkəsində sufi 

təriqətinin böyüklərindən olan Dərviş  Məcnun və  Dərviş Mustafa Həkim Məhəmmədhüseyin və 

Həkim Məhəmmədsəidin evlərində yerləşmişdilər. Onları sorğu-sual etdi. O, bu dərviş  və 

ilahiyyatçılarla bir məclisdə olub onlarla yemək də yedi (3, 100, 101). H. 1072-ci ildə quraqlıq olmuş 

və digər tərəfdən çəyirtkə taxıla ciddi ziyan vurduğuna görə  ərzaq məhsulları, xüsusən çörəyin 

İsfahanda qiyməti çox qalxmışdı. Yoxsullar saraya pənah gətirib Şaha bu barədə şikayət etdilər. Şah 

dərhal naziri biyutat Səfiqulu bəyə göstəriş verdi ki, mağazıçıları toplasın və möhtəkirliyin qarşısını 

alsın. Şahın göstərişi ilə Fars və Əlişəkərdən 20000 batman şahlıq taxılı İsfahana gətirildi (3, 113). 

II Şah Abbas və vəziri Xəlifə Sultan uzaqgörən olub, onların hər ikisinin səyi nəticəsində ölkə 

ərazisində kəşfiyyat işləri aparılmış, bir çox faydalı mədənlər istifadəyə verilmişdir. Bu məqsədlə bir 

fransız da işə götürülmüşdü və o, dərhal işə başlamışdı. Ancaq on ildən sonra onun yalançı  və 

fırıldaqçı olduğu məlum olmuşdu (3, 9). 

II Şah Abbasın hakimiyyətinin son illərində bir çox əmirlərinin vəfatı onu çox məyus edir. Belə 

ki, 1059-cu ildən Qəndəhar hakimi olan Otar xan h. 1072-ci ildə vəfat edir. O, çox bacarıqlı, həm də 

təcrübəli əmirlərdən idi. Davud bəy (pişxidmət) və Allahverdi xan (sipahsalar) da vəfat edir ( 3, 9, 10). 

II Şah Abbas, 25 rəbioləvvəl h. 1077-ci ildə, hələ 34 yaşı tamam olmamış Damğanda vəfat edir. 

Cənazəsi Quma gətirilir və Həzrəti Məsumənin məqbərəsi yanında dəfn edilir ( 3, 11). 

                                                      



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

16 

ƏDƏBİYYAT 

 

1.

 



Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı 2006, 258 s. 

2.

 



Do ketabe nəfis  əz mədareke əvvəliyyə. Tarixi-Səfəviyyan. Xülasət ət-təvarix. Tarix-i Molla 

Kamal. Ərak, 1334, 126 s. 

3.

 

Məhəmməd Tahir Vəhid. Sərqozaşte  Şah Abbbas devvom. Be kuşeşe Səttar  Əvdi, Tehran, 



1384, 126 s. 

4.

 



Riyazülislam. Tarixe rəvabete  İran və Hind. Tərcome-ye Məhəmməd Bağır Aram, Tehran, 

1373, 428 s. 

5.

 

Шпаковский А. Торговля Московской Руси с Персией в XVI-XVII вв: Сборник статей, 



выпуск VII, Киев, 1915, ст. 1-54  

 

                                                                                                     ЗАБИЛ БАЙРАМЛЫ 



                                                                                                      Доцент БДУ 

к.и.н. 

zabil_bayramlı@mail.ru

 

  ВНЕШНЯЯ И ВНУТРЕННЯЯ ПОЛИТИКА ШАХА АББАСА II 



  (НА ОСНОВАНИИ ТРУДА МУХАММЕД ТАХИР ВАХИДА“АББАСНАМЕ”)     

            

 

Мухаммед  Тахир  Вахид  составил  историю  правления  Шаха  Аббаса  II (1642-1666) 



доведенную до 1662 г. под називанием “Аббаснаме”. В нем излагаются политическая история 

Сефевидов и его отношений с соседним государствами. 

 

В  статье  рассматривается  внешняя  и  внутренняя  политика  Шаха  Аббаса II  по 



материалам  “Аббаснаме”. 

 

 



                                                                                                    ZABIL BAYRAMLI  

                                                                                                  Senior Lesturer BSU   

zabil_bayramlı@mail.ru

 

SHAH ABBAS`S II INNER AND FOREIGN POLICY 



(MAHAMMAD TAHIR VAHID`S ON BASIS “ABBASNAMA” WORK ) 

 

Mahammad Tahir Vahid has written the politic history of Shafavi Emperio which covers the period 

1642-1662. 

In this article the inner and foreign policy of Shah Abbas II has been investigated on  the bases of 

“Abbasnama”. 

 

 



 

 

Ðÿé÷èëÿð: ò.å.í Á. Øÿáèéåâ, ò.å.ä. Ñ. Ìÿììÿäîâ 



Áàêû Äþâëÿò Óíèâåðñèòåòè Òàðèõ ôàêöëòÿñèíèí  Àçÿðáàéúàí òàðèõè (òÿáèÿò ôàêöëòÿëÿðè öçðÿ) êàôåäðàñûíûí 14 

ñåíòéàáð 2010-úó èë òàðèõëè èúëàñûíûí  ãÿðàðû èëÿ ÷àïà ìÿñëÿùÿò ýþðöëìöøäöð (ïðîòîêîë ¹01) 

Yüklə 291,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə