H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
  1   2   3   4   5   6   7   8   9   ...   60


 
 
 
 
 
 
 

H
AKĠMLƏRĠN   
D
AVRANIġI ÜZRƏ 
B
ANQALOR   
P
RĠNSĠPLƏRĠ”NĠN 
K
OMMENTARĠYASI 
 
 


 
 
 
 
Azərbaycan  Hüquq  Ġslahatları  Mərkəzi  fəaliyyətinin  əsas  məqsədini  ölkəmizdə  aparılan  mütərəqqi 
məhkəmə-hüquq  islahatlarının  ölkədə  və  xaricdə  təbliği,  bu  sahədə  əldə  edilmiĢ  təcrübənin  mübadiləsi, 
ədalət  mühakiməsinin  həyata  keçirilməsi  zamanı  məhkəmələrin  fəaliyyətinə,  vətəndaĢların  hüquq  və 
azadlıqlarının  həyata  keçirilməsi  və  geniĢləndirilməsi  istiqamətində  onların  məhkəmələrə  və  digər 
orqanlara  müraciət  imkanlarının  asanlaĢdırılmasına  dəstəyin  verilməsi,  regionlarda  hüquqi 
maarifləndirmə  iĢinin  geniĢləndirilməsi,  aidiyyəti  hüquqĢünasların,  həmçinin  gənc  hüquqĢünasların 
qüvvəsinin  bu  iĢlərin  daha  da  səmərələĢdirilməsinə  yönəldilməsi,  onların  fəaliyyətlərinin 
əlaqələndirilməsi,  qanunçuluq  və  hüquq  qaydalarının  möhkəmləndirilməsinə  yönələn  proqramlar  və 
layihələrin hazırlanması və həyata keçirilməsində görür. 
2011-ci  ilin  yanvar  ayından  fəaliyyət  göstərən  Mərkəz  haqqında  əlavə  məlumat  əldə  etmək  üçün 
www.lawreform.az
 internet səhifəsinə daxil ola bilərsiniz. 
 
Tərcümənin müəllifi: “Azərbaycan Hüquq Ġslahatları Mərkəzi” Ġctimai Birliyi © 
 
GeniĢ  hüquq  ictimaiyyətinə  təqdim  olunan  kitabın  –  “Hakimlərin  davranıĢı  üzrə  Banqalor 
prinsiplərinin  Kommentariyası”  BMT-nin  Narkotiklər  və  Cinayətkarlıq  üzrə  Ġdarəsi  tərəfindən 
hazırlanmıĢdır.  Qeyd  olunan  vəsait  hakimlərin  etik  davranıĢ  qaydalarını  normativləĢdirməklə  onların 
vəkillərlə,  digər  hüquqĢünaslarla  münasibətlərini,  habelə  hakimlərin  gündəlik  həyatlarında  riayət  etməli 
olduqları davranıĢ prinsiplərinin Ģərhini nəzərdə tutur. 
04-05.04.2011-ci  il  tarixlərdə  Gürcüstanın  Tiflis  Ģəhərində  “Müstəqillik,  Obyektivlik,  Səmərəlilik, 
ġəffaflıq,  Səlahiyyətlilik  –  Cənubi  Qafqazda  məhkəmə  islahatının  müasir  çağırıĢları”  mövzusunda 
keçirilən  beynəlxalq  konfransın  yekunu  olaraq  tədbir  iĢtirakçıları  “Hakimlərin  davranıĢı  üzrə  Banqalor 
prinsipləri”nin  məhkəmə  hakimiyyəti  sisteminin  təkmilləĢdirilməsinin  ayrılmaz  hissəsi  olmalı  olduğunu 
“Konfransın Yekun Tövsiyələri”ndə qeyd etmiĢlər.  
 
Kitab  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət  TəĢkilatlarına  Dövlət 
Dəstəyi ġurasının maliyyə dəstəyi ilə nəĢr olunub. 
Tərcümədən, baĢqa nəĢrlərdə istifadəyə “Azərbaycan Hüquq Ġslahatları Mərkəzi” Ġctimai Birliyinin 
yazılı icazəsi ilə yol verilir. Kitaba istinad mütləqdir. 
Layihənin 
adı: 
“Hakimlərin 
davranıĢı 
üzrə 
Banqalor 
prinsiplərinin 
Kommentariyası”nın nəĢri 
 
Layihənin  
icra  qrupu:  Vəkillər  Kollegiyasının  üzvü,  Hakimlərin  Seçki  Komitəsinin  üzvü, 
“Azərbaycan Hüquq Ġslahatları Mərkəzi” Ġctimai Birliyinin sədri,   
h.e.f.d. Anar Bağırov 
   
 
 
 Cavid Alıyev 
 Fərhad Nəcəfov 
              
 
 Elnur Əliyev 
   
 
 
 Sergey TorqaĢev 
 
Ünvan: Bakı Ģəhəri, Füzuli küçəsi 49, 
   
 SKS Plaza, 7-ci mərtəbə 
Tel/Faks: +994 12 4922883 
e-mail: 
info@lawrewform.az
 
veb-səhifə: http://www.lawreform.az/ 


M
ÜNDƏRĠCAT 
 
Ön söz..................................................................................................................4 
BMT-nin Ġqtisadi və Sosial ġurasının (ECOSOC) 2006/23 saylı Qətnaməsi.…5 
BMT-nin Ġqtisadi və Sosial ġurasının (ECOSOC) 2007/22 saylı Qətnaməsi….8 
Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri.………………………..…….11 
Hakimlərin davranıĢı üzrə Banqalor prinsiplərinin ġərhi...……………...……17 
Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsiplərinin  səmərəli  tətbiqi  üzrə 
tədbirlər………………………………………………………………………...
130 
 
 


Ö

S
ÖZ 
 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Ġlham  Əliyevin  rəhbərliyi  ilə 
məhkəmə  sistemində  aparılan  köklü  islahatlar  ölkəmizin  məhkəmə  fəaliyyətinin 
beynəlxalq norma və prinsiplərə uyğun daha da təkmilləĢdirilməsinə səbəb olmuĢdur. 
Bu  islahatlar  çərçivəsində  təkcə  son  illər  ərzində  yeni  regional  apellyasiya,  ağır 
cinayətlər, inzibati-iqtisadi və digər məhkəmələrin yaradılması, hakim Ģtatlarının sayının 2 
dəfə  artırılması, hakim  korpusunun  ən  Ģəffaf  və  obyektiv  prosedurlarla  formalaĢdırılması 
üçün yeni qaydaların tətbiq olunması, bu prosedurlarla seçilmiĢ 235 nəfər yüksək hazırlıqlı 
hüquqĢünasın  vakant  hakim  vəzifələrinə  təyin  edilməsi  ədalət  mühakiməsinin 
səmərəliliyinin artırılmasında mühüm rol oynamıĢdır. 
Sözsüz  ki,  məhkəmə  fəaliyyətinin  təkmilləĢdirilməsində  hakimlərin  etik  davranıĢ 
məsələləri mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Məhkəmə-Hüquq ġurası tərəfindən 
22 iyun 2007-ci il tarixdə Hakimlərin Etik DavranıĢ Kodeksi qəbul edilmiĢdir.  
Hakimlik  fəaliyyətinin  etik  prinsiplərinin  və  standartlarının  toplusu  olan  Kodeks 
hakimlər  üçün  spesifik  əxlaq  və  ədəb  tələblərini,  onların  peĢə  etikası  məsələlərini,  iĢ 
fəaliyyətindən kənar davranıĢını nizamlayır, peĢə fəaliyyətinə münasibətini müəyyən edir. 
Məhkəmə-Hüquq  ġurası  tərəfindən  etik  davranıĢ  məsələləri  üzrə  tədris  və  treninqlərin 
təĢkil  edilməsi  məsələsinə  mühüm  diqqət  yetirilərək  bu  barədə  mövzular  hakimlərin  və 
hakimliyə  namizədlərin  tədris  kurslarının  proqramlarına  daxil  edilir,  nüfuzlu  beynəlxalq 
ekspertlərin bu mövzular üzrə mühazirələri dinlənilir. 
Bütün  hüquq  sistemlərində  insanların  məhkəmə  hakimiyyətinin  qərəzsizliyinə, 
müstəqilliyinə  olan  inamının  əsasında  hakimin  fərdi  və  peĢə  etikasının  durduğu 
danılmazdır. Bu baxımdan BirləĢmiĢ Millətlər TəĢkilatının himayəsi altında yaradılmıĢ 80-
dən  çox  dövlətin  yüksək  məhkəmə  hakimlərindən  ibarət  iĢçi  qrupun  2001-ci  ildə 
Hindistanın Banqalor Ģəhərində keçirilmiĢ geniĢ toplantısında qəbul edilmiĢ “Hakimlərin 
davranıĢı üzrə Banqalor Prinsipləri” mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, BMT-
nin  Ġqtisadi  və  Sosial  ġurasının  2006  və  2007-ci  illərdə  qəbul  edilmiĢ  “Hakimlərin 
davranıĢının  əsas  prinsiplərinin  möhkəmləndirilməsi  haqqında”  iki  qətnaməsində  bu 
prinsiplər  Məhkəmə  hakimiyyətinin  müstəqilliyinə  dair  BMT-nin  əsas  prinsiplərinə 
əvəzsiz töhfə kimi tanınmıĢ və onların üzv dövlətlər tərəfindən nəzərə alınması və tətbiq 
olunması tövsiyə edilmiĢdir. 2007-ci ildə onun geniĢ Ģərhi iĢlənilib hazırlanmıĢdır.   
“Azərbaycan  Hüquq  Ġslahatları  Mərkəzi”  Ġctimai  Birliyinin  Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət  TəĢkilatlarına  Dövlət  Dəstəyi 
ġurasının  maliyyə  dəstəyi  ilə  həyata  keçirdiyi  layihə  çərçivəsində  “Hakimlərin  davranıĢı 
üzrə Banqalor Prinsiplərinin Kommentariyası”nın Azərbaycan dilinə tərcümə edilərək nəĢr 
olunması  təĢəbbüsünü  vətəndaĢ  cəmiyyəti  institutlarının  məhkəmə  islahatlarına  verdiyi 
dəstək  kimi  yüksək  qiymətləndiririk.  Hesab  edirik  ki,  hazırlanmıĢ  nəĢr  etik  davranıĢ 
məsələlərinə  dair  beynəlxalq  təcrübənin  öyrənilməsində  mühüm  metodiki  vəsait  kimi 
hakimlərin  peĢə  fəaliyyəti  zamanı  böyük  praktiki  əhəmiyyət  kəsb  edəcək,  eyni  zamanda 
hakimlərin  və  hakimliyə  namizədlərin  tədrisi  prosesində  qiymətli  əyani  material  kimi 
istifadə ediləcəkdir. 
 
 
 
Azərbaycan Respublikasının 
Məhkəmə-Hüquq Şurası 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə