H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə1/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
  1   2   3   4   5   6   7   8   9   ...   240


Zeynəddin Hacıyev 

ı\ 


 

 

 



 


E l m i   r e d a k t o r :  

H.Q.Məmmədov 

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  

R ə y ç i l ə r :  



Ə.B.Məmmədov 

fəlsəfə elmləri doktoru, professor  

O.HoHüseynli 

fəlsəfə üzrə fəlsəfə doktoru  

Hacıyev Zeynəddin Camal oğlu. Fəlsəfə. Ali məktəblər 



üçün dərslik.

 

“Turan evi” nəşriyyatı, Bakı 2012, 488 səh. 



Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  edilmiş  ən  yeni  proqram 

əsasında  yazılmış  dərslikdə  fəlsəfənin  bütün  mövzuları  sistemli 

şərh olunur. Totalitar rejimdən açıq, demokratik cəmij^-ətə keçid 

dövrünün sosial-fəlsəfi təhlilinə geniş yer verilir. 

Dərslik  ali  məktəb  tələbələri  və  aspirantlar  üçün  nəzərdə 

tutulmuşdur.  Ondan  həm  də  müəllimlər,  elmi  işçilər  və  fəlsəfəni 

müstəqil öyrənənlər istifadə edə bilərlər. 

0302010000-18 

113-12 

© “Turan evi” nəşriyyatı, 2012 


G İ R İ Ş  

Müasir həyat cəmiyyətin hər bir üzvündən, xüsusən də gənclərdən təbiətin və sosial 

reallığın sirrlərinə dərindən bələd olmağı təkidlə təklif edir. İnsanın dünyada yeri, həyatın 

mənası,  daxili  mənəvi  aləmi  ilə  bağlı  nəzəri  məsələlərə nüflız  etmək  də  eyni  dərəcədə 

zəruridir. Həmin vəzifələrin həlli fəlsəfə ilə ay- nlmazdır. Yalnız fəlsəfi dünyagörünüşünə 

yiyələnməklə  dünya  binasının  quruluşu  haqqında,  sosial  inkişaf,  onun 

qanunauyğunluqları və təfəkkür prosesləri haqqında biliklər əldə etmək mümkündür. 

Deyilənlər sübut edir ki, fəlsəfəni öyrənmək hər bir insan üçün həyati əhəmiyyətə 

malikdir. Hazırda fəlsəfəyə diqqət həm də ona görə artmışdır ki, yaxın keçmişə qədər bu 

sahədə  çox  ciddi  nöqsan  və  əyintilər  baş  vermişdir.  Sovet  rejimi  dövründə  fəlsəfənin 

tədrisində ebkaınçılıq hökm süıürdü. Bu, fəlsəfənin reallıq ilə əlaqəsini heçə endirirdi. Ən 

təhlükəlisi  odur  ki,  ehkamçılıq  insanların  dünya  baxışında  və  dünyanı  anlamasında 

avtoritarizm,  vahid  inhisar  ideyası  aşı-  layırdı.  Nəticədə  fəlsəfənin  yarat.  ıcı  rolu 

öldümlürdü. O, rəsmi sənədləri, çağırış və rəyləri təbliğetmə vasitə .no çcM’ilvnişdi. Belə 

düşüncə  tərzi  ideyaların  çoxva-  riarıtlığma  və  demokraxiz.nı.aə  yol  vermirdi.  Digər 

tərəfdən  həyat  həqiqətlərini  özünün  bütün  ziddiyyətiiliyi,  doğrululuğu  və  çalarları  ilə 

öyrənmək əvəzinə çoxdan sübut olunmuş məlum məsələlər dönə-dönə təkrar olunurdu. 

Həmçinin uto- pizmə qapılmış marksist fəlsəfə gerçəkliyi təhrif edir, onu zorla irəlicədən 

müəyyən  olunmuş  uydurma  kommunizm  idealına  doğru  hərəkət  etdirməyə  cəhd 

göstərirdi. Əslində isə ictimai inkişafın məntiqi idealdan həyata deyil, əksinə həyatdan 

ideala doğra getməyi tələb edir. Sosial həyatda volyuntarizm hökm sürürdü. Bu isə elmi 

fəaliyyətə və biliklərin yayılmasına güc metodlarının tətbiqi ilə səciyyələnir. Belə şəraitdə 

nəzəri fəaliyyət azadfıkirlilikdən, yaradıcı həqiqət axtarışlarından məhaım olur. Yetmiş 

ildən artıq davam edmiş subyektivist idarəçilik stili də fəlsəfəyə ciddi zərbə vurmuşdur. 

Onun başlıca təzahürü ictimai fəaliyyətdə, qarşıya məqsəd qoyularkən onun həlli üçün 

vasitələr müəyyən edilərkən real vəziyyətin, obyektiv amillərin nəzərə alınmamasıdır. Bu, 

tarixi prosesin gedişinə əsassız və məsuliyyətsiz müdaxilə edilməsinə gətirib çıxartmışdı. 

Müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycanda  ictimai  həyatın  bütün  sahələrində 

olduğu  kimi  elmi-nəzəri  fəaliyyətdə  və  təhsil  sistemində  də  keyfiyyətcə  yeni  şərait 

yaranmaqdadır. Bu real zəminə əsaslanmaqla fəlsəfənin tədqiqi və tədrisi işində prinsipcə 

yeni vəzifələri irəli sürmək və həll etmək lazım gəlir. Söhbət hər şeydən əvvəl fəlsəfənin 

real həyat və itirilmiş əlaqələrini bərpa etməkdən gedir. Bunun üçün fəlsəfənin ümumi, 

nəzəri müddəalar və anlayışlar çərçivəsində məhdudlaşdırılmasma yol verilməməli, onun 

empirik  bazası  möhkəmləndirilməlidir.  Unutmaq  olmaz  ki,  nəzəriyyənin  gerçəklik  ilə 

uyğunlaşdı-  rılması  fəlsəfənin  inkişafının  əsas  xəttidir.Yalnız  bu  yolla  fəlsəfə  spesifik 

bilik sahəsi kimi özünün cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirə bilər. 




ikinci mühüm vəzifə, bütövlükdə cəmiyyətdə və elmi-nəzəri fəaliyyət sferasında qərəzsiz 

elmi  axtarışları  və  həqiqətin  aşkar  edilməsini  təmin  edən  demokiatic  şəraitin 

yaradılmasıdır. Qeyd edək ki, müstəqillik əldə etdikdən sonra ölkəmizdə bu m.ünasibətdə 

ciddi irəliləyişlər baş vermişdir. Lakin onları gələcəkdə də ardıcıl olaraq həyata keçinnək 

zəruridir. Nəhayət, fəlsəfənin insana (şəxsiyyət mə- nasmda) doğru həqiqi dönüşü təmin 

olunmalıdır.  Məlurndur  ki,  totalitar  rejimin  hökmranlığı  illərində  insan 

mücərrədləşdirilirdi.  Yəni  hər  bir  fərdin  özünəməxsus,  təkrarolunmaz  keyfij'yətlərinə 

məhəl qoyulmurdu. Beləliklə də insan obyektinin şəxssizləşməsi (şəxsi simasını itirməsi) 

adlanan  təhlükə  özünü  göstərirdi.  Fəlsəfə  bütövlükdə  cəmiyyətin,  yaxud  da  müəyyən 

sosial  qmpun  orta  hesabla  götürülmüş  nümayəndəsinə  müraciət  edirdi.  Müasir  reallıq 

özünəməxsus  keyfiyyətləri,  tələbatı,  həyəcanlan  və  irakanlan  olan  insanı  ön  planda 

götürməyi, onun şəxsiyyətinin ümumi içərisində əriyib getməsinə yol verməməyi tələb 

edir. 

Son  illər  Azərbaycanda  mili  təhsil  konsepsiyasının  həyata  keçirilməsi  fonunda 



fəlsəfənin tədrisi yaxşılaşmaqdadır. Onun məzmunu təkır.illəşir və yeniləşir. Hal-hazırda 

ölkəmizin ictimai həyatı burada gedən proseslərin yüksək dinamizmi və intensivliyi ilə 

səciyyələnir.  Söhbət  açıq  cəmiyyətə  keçid  prosesində  formalaşmaqda  olan  bazar 

münasibətlərinin  azad  rəqabətin  və  sahibkarlığın  inkişafından,  cəmiyyətin  bütün 

sferalarında demokratikləşmənin dərinləşməsindən gedir. Bu deyilənlərlə heç şübhəsiz, 

hüquqi  dövlət  quruculuğu  yolunda  atılan  addımlar  da  əlavə  edilməlidir.  Nəhayət, 

Azərbaycanın  dünya  birliyi  ölkələri  ilə  iqtisadi  və  mədəni  inteqrasiyası  sürətlənir, 

xalq.uT!izın  qərb  və  şərq  sivilizasiyalarına  qovuşması  intensivləşir.  Bu  prosesdə 

milli-mənəvi dəyərlər ilə ümumbəşəri dəyərlərin dialektik vəhdəti daha da möhkəmlənir. 

Yuxarıda deyilənlər sübut edir ki, ictimai həyatda və beynəlxalq miqyasda baş verən 

əsaslı dəyişikliklərin fəlsəfi mənalandırılması və ümumiləşdirilməsi indii əvvəlki dövrdə 

olduğundan  daha  kəskin  şəkildə  qarşıya  çıxır.  Bütün  bu  və  digər  mülahizələr  müəllifi 

uzun  illər  ərzində  ali  məktəbdə  fəlsəfənin  tədrisində  topladığı  təcrübəni 

ümumiləşdirməklə,  müasir  reallığın  tələblərini  ödəyə  biləcək  dərslik  yazmağa  sövq 

etmişdir.  Qarşısına  qoyduğu  məqsədə  nə  dərəcə  nail  olduğunu  söyləmək  oxucunun 

səlahiyyətindədir. Biz isə hər cür təklif və iradlara əvvəlcədən təşəkkürümüzü bildinnəklə 

kifayətlənipik. 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə