Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə1/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
  1   2   3   4   5   6   7   8   9   ...   19
23043

HACI  QADIR  QƏDIRZADƏ
ƏSHABİ  KƏHF: MÜQƏDDƏSLİK, 
TARİXİLİK VƏ İNANCLARIN
GENEZİSİ
BAKI  “ELM”  2002


Rəyçi:  Hacı  Fəxrəddin Səfərli
Redaktoru: 
Vəli  Baxşəliyev
HACI QADİR QƏDİRZADƏ. ƏSHABİ  KƏHF:  MÜQƏDDƏSLİK, 
TARİXİLİK VƏ  İNANCLARIN  GENEZİSİ. Bakı, «Elm», 2002,112 səh.
Monoqrafiyada Naxçıvandakı «Əshabi  Kəhf»in  tarixiliyi, müqəddəsliyi, 
Qurani Kərimdə bəhs edilən «Əshabi  Kəhf»in Naxçıvanla  bağlılığı 
məsələləri, həmçinin «Əshabi Kəhf»dəki inancların genezisi və digər türk 
xalqları ilə paralelləri araşdırılmışdır.
470260101 
655(07)-2002
© Hacı  Qadir Qədirzadə, 2002


Kitabın içindəkilər
1.  ö n  söz...................................................................... 4
2.  I Bölüm. Müqəddəslik, tarixilik..............................7
3.  il Bölüm. Ziyarətə hazırlıq,ziyarətin keçirilməsi.31
4.  Ill Bölüm. İnanclar sistemi....................................42
1.  Dağ-daş mağara kultu....................................42
2.  Su kultu............................................................ 57
Г
3.  Ağac kultu..............  
 
69
5.  Nəticə..................................................................... 79
6.  Şəkillər.................................................................. 81
7.  Ədəbiyyat..............................................................101
3


«Əshabi-kəhf»lə 
bağlı 
uzun 
illərdən 
bəri 
müxtəlif 
istiqamətli  kitablar,  məqalələr  yazılmış,  filmlər  çəkilmişdir.  Qeyd 
edək  ki,  dünya  çapında  daha  çox  Türkiyədəki  yeddi  yatmış  və 
onlarla  bağlı  rəvayətlərdən  bəhs  edilmişdir.  Azsaylı  müəlliflər 
istisna  olmaqla,  Naxçıvandakı  «Əshabi-kəhf  »və  onunla  bağlı 
hadisələr  lazımınca  araşdınlmışdır.  Çap  olunan  materiallar  isə 
daha çox rəvayəti, dini və mifik mətnləri əhatə edir.
Sovet  hakimiyyəti  illərində  bütün  inam  yerləri  kimi, 
«Əshabi-kəhf»ə  də  hücümlar edilir,  ziyarət yasaq sayılır,  zəvvarlar 
daha  çox  gizli  şəkildə  ziyarətə  gedirdilər.  Belə  bir vaxtda  müxtəlif 
tipli  yazılar çap  etdirilib  «Qurani-Kərim»də  adı  keçən  bu  abidəyə, 
müqəddəs  yerə  qaralar  yaxılırdı.  Haşa-haşa,  hətta  «Asobi  keyf» 
deyə  məqalələr  nəşr  olunurdu. 
Belə  məqalələrin  adlarını  və 
müəlliflərini  göstərə  bilərik.  Lakin  Allah  bilən  yaxşıdır.  Məhz  belə 
bir vaxtda,  hələ  Sovet dövlətinin  qüdrətli  çağında,  1982-ci  ildə  biz 
"«Əshabi-Kəhf»  mağarasına  inam,  onun  tarixi  kökləri”  adlı 
məqaləni  Azərbaycan  türkcəsidə  və  rusca  çap  etdirdik.  Məhz  bu 
yazıda  mağaranın  və  rəvayətin  islamdan  çox  əvvəl  aid  olmaqla, 
qədim türklərlə bağlılığını göstərmişik.
Sadəcə  onda  türk  sözünə  yasaq  qoyulduğu  üçün  «türk 
dilli xalq» ifadəsi işlənmişdi.
Sonrakı  illərdə  də  btr  neçə  dəfə  bu  məsələyə  müraciət 
etməklə,elmi 
fikirlər 
daha 
da  dərinləşdirilmişdir. 
Nəhayət,
4


Türkiyədə  dünyanın  bir  çox  tanınmış  adamlarının  iştirak  etdiyi 
mötəbər  elmi  məclisdə,”Naxçıvanda  müqəddəslər  ərən  və 
evliyarlarla  ilgili  kutsal  yerlər ”  mövzusunda  məruzə  ilə çıxış etdim. 
Çıxışda  əsas  diqqət  "Əshabi-  Kəhf  ”lə  bağlı  tarixilik  və  əski 
inanclara  yönəldilmişdir.  25  makinə  səhifəsi  həcmində  olan 
məruzə  çapa  məsləhət  görüldü  və  nəşr  olundu.  Eyni  zamanda, 
dəyərli material kimi mükafatlandırıldı.
Sonrakı  dövrlərdə  də 
bu  sahədə  tədqiqatlar  davam 
etdirilmişdir.
“Əshabi-Kəhf”  lə  bağlı  bizim  iştirakımız  ilə  film  çəkilmişdir. 
Hətta  toplulara  köməklik  edilsə  də,bundan  istifadə edənlər sadəcə 
susmuş,  bəlkə  də  müəlliflik  haqqımı  danmışlar.  Bəli,  bu  gün 
«Əshabi-Kəhf»ə  baxış  dəyişib,  çox  müəlliflər  yazdıqlarından 
imtina  edib 
biz  isə  sadəcə  tədqiqat  dairəsini  genişləndirməyə 
çalışırıq.
Kitabda  «Əshabi-Kəhf»lə  bağlı  məsələlər,  dünya  çapında 
ona  baxış,  müqəddəslik,  tarixilik,  inamlar  sistemini  genezisi 
araşdırılmışdır.Başlıca  diqqət  mağaranın 
tarixinə,  «Qurani  -  
Kərim»də  adı  çəkilən  «Əshabi-  Kəhf»  in  Naxçıvana  aid  olmasına 
yönəldilmişdir.
İnanıram  ki,  «Əshabi-Kəhf»lə  bağlı  qədim  türk  düşüm 
tərzinə 
dönə-dönə 
qayıdılacaq. 
Qulu 
Rəbbinə 
yaxınlaşdıran,çoxları  üçün  tövbə  qapısı  sayılan  bu  Ali  Məqama  . 
zəwariarla bərabər,hələ çox araşdırıcılar gələcəkdir.
«Əshabü  Kəhf»i  tədqiq  məqsədi  ilə  gələnlər  zahiri
5


t
təmizənmə(qüsul  vermə)ilə  bərabər,mənəvi  təmizliyi  qoruyun! 
Unutmayın! Allah hər şeyi olduğu kimi biləndir.
“De  ki,  nə qədər qaldıqlarını Allah  daha yaxşı  bilir.Göylərin 
və  yerin  gizli  bilgisi  ona  aiddir.(  Kəhf  26).  Qeyd  edək  ki,  biz 
araşdırmalarımızda  əsasan  6  nəfərlik  heyətin 
hazırladıqlar 
’’Qurani-Kərim” 
və 
türkcə 
açıqlamalı 
mealı.Medine-i
Münewere,1992 kitabından istifadə edirik.
%
Kitabın  şəkillərinin  hazırlanmasında  hərtərəfli  köməklik 
göstərdiyi  üçün  yaxın  dostum  Nazim  Bababəyliyə,  əməyi  olan 
digər insanlara minnətdarlığımı bildirirəm.
6


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə