Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani



Yüklə 462,01 Kb.
səhifə1/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
  1   2   3   4   5   6   7   8   9   ...   47

HAQQIN İZİ İLƏ

Müəllif: Əli Əsğər Rizvani

Çevirən: Maqsud Sayıl

GİRİŞ


Şiəliyin həqiqəti, onun mənşəyi daim bir çox keçmiş və müasir müəlliflərin, tarixçilərin diqqət mərkəzində olmuş və fikir mübadiləsi aparılmışdır. Əksər müəlliflər şiəliyin həqiqətindən danışarkən onun Peyğəmbərin (s) vəfatından yarım əsr sonra inanc bölgüsü əsrində siyasi, etiqadi ixtilaflar səbəbilə meydana gəldiyini bildirirlər. Bu baxımdan sözügedən firqənin meydana gəlməsi və inancları ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəzilərin fikrincə, onlar Abdullah ibn Səbanın ardıcıllarıdır və öz inanclarını yəhudilərdən almışlar. Bəziləri bu firqəni qədim atəşpərəst iranlılarla bağlayırlar. Bəzilərinə görə isə bu firqə Kərbəlada Əhli-beytə (ə) qarşı baş verən hadisələrin nəticəsində yaranmış və ilk işartıları İmam Əlinin (ə) şəhadətindən başlanmışdır. Şiəliyin mənşəyi ilə bağlı fikirlər bu şəkildə davam edirdi. Bəziləri onun Səqifədən sonra, bəziləri Osman dönəmində, bəziləri isə Cəməl və ya Siffeyn döyüşlərinin bağlanğıcında yaranması fikrini irəli sürmüşlər. Bütün bu versiyaların səbəbi gerçək İslamı əks etdirən şiəlik haqqında kifayət qədər məlumatın olmamasıdır. Onlar bilmirlər ki, şiəlik İslam ümmətinin təfəkkürünə sonradan əlavə olunan bir hadisə, digər ümmətlərdən alınma inanc deyil. Əksinə, o, tam mənada İslam əqidəsidir. Onun ilkin toxumlarını Allah-Taala Quranda, Peyğəmbər (s) sünnədə əkmiş, bəsləmiş və məsum Əhli-beyt (ə) iki əsrdən çox bir zamanda bu xətti göz önünə çıxartmış, ona qarşı irəli sürülən iradlara cavab vermişdir. İslam alimləri bugünədək onu izah etməyə, haqq olduğunu sübuta yetirməyə çalışmışlar.

Lakin çox təəssüflər olsun ki, tarixçilər və müəlliflər bu məzhəbin mənşəyi ilə bağlı fikir yürüdərkən yalnız onun düşmənlərinin kitablarına və fikirlərinə əsaslanmışlar. Quran və sünnədən qaynaqlanan düzgün və gerçək fikri isə unutmuşlar.

Qarşınızdakı kitabda şiəliyin mənşəyi ilə bağlı gerçək dəlilləri araşdırmaqla yanaşı, müxalif fikirləri də qeyd və tənqid etməyə çalışmışıq.

Əli Əsğər Rizvani


ŞİƏLİYİN YARANMASI


İstənilən məzhəb haqqında söhbət açdıqda aşağıdakı suallarla qarşılaşırıq:

O məzhəb nə zaman meydana gəlmişdir?

O məzhəbin qurucusu kimdir?

Onun yaranma səbəbləri hansılardır?

Onun formalaşmasında təsirli amillər hansılardır?

Əgər o məzhəb azlıq təşkil edirsə, bu azlığa səbəb nədir? O, nəyə görə özünü çoxluqdan təcrid etmişdir?

Onun meydana gəlməsində xarici amillər də mövcuddurmu?

Bu məqamda konkret olaraq, bizim cavab verməyə çalışdığımız sual budur ki, şiəliyin yaranmasında hansı amillər təsirli olmuşdur? Burada şiəliyin digər məzhəblərdən ayrılmasının səbəblərinə və s. məsələlərə aydınlıq gətirəcəyik.


MÜXALİFLƏRƏ BİR NEÇƏ SÖZ

Şiəlik haqqında yazan bəzi müəlliflər belə güman etmişlər ki, şiəlik yeni meydana gəlmiş bir ideya olub, müəyyən amillərin təsiri nəticəsində vahid İslam ümmətindən ayrılmış, zaman keçdikcə inkişaf edib genişlənmişdir. Elə buna görə də bu məzhəbin meydana gəlməsi ilə bağlı ciddi fikir ayrılığı yaranmışdır. Bəzilərinə görə, bu məzhəb Abdullah ibn Səbanın və ona məxsus siyasi qruplaşmanın meydana gətirdiyi cərəyandır. Bəziləri onun meydana gəlməsinin Əlinin (ə) hakimiyyəti dönəminə (Siffeyn və ya Cəməl döyüşü ərəfəsinə) təsadüf etdiyi fikrini irəli sürmüşlər. Bəziləri isə daha da irəli gedərək, bu məzhəbin fars təfəkkürünün təsiri ilə yaranaraq İslam ümmətinə sırındığını iddia etmişlər.

Onları yuxarıda qeyd edilən bütün bu illüziyaları uydurmağa vadar edən nə olmuşdur? Bu kateqoriyalı müəlliflər, qələm sahibləri şiəliyin artıq bir üzv kimi vahid bədəndən ayrıldığını güman etmişlər. Elə buna ğörə də diqqətlərini bu ayrılığın səbəbini araşdırmağa yönəltmişlər. Onların qənaətincə, İslam ümmətində ilkin müddəa - birincilik şiə olmamaqdır. Təbii ki, belə olan halda şiəliyin yaranma səbəblərini aydınlaşdırmaq fikrinə düşmüş və bu fikir yanlış müddəaya əsaslandığı üçün ondan alınan yekun bilik də yanlış olmuşdur. Aşağıda qeyd edəcəyimiz bir neçə dəlilə görə onların bu fərziyyələri yanlışdır:

Birincisi, onlar sayca coxluğu və bu coxluğu təşkil edən qruplaşmanın haqq olmasını bir dəlil olaraq önə cəkmiş, sayca azlığı isə haqsızlığın göstəricisi kimi qiymətləndirmişlər. Onlara görə, kəmiyyət haqq və haqsızlığın meyarıdır. Halbuki əqli və nəqli meyarlar bu fikri rədd edir.

Quranın bir çox ayələrində haqq tərəfdarlarının az, batil (haqsızlıq) tərəfdarlarının isə çox olduğu göstərilmişdir:

وَ قَلِيلٌ مِّنْ عِبَادِىَ الشَّكُورُ

Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!” (“Səba”, 13)



وَ إِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُون

Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış fasiqlərdir!” (“Maidə”, 49)



وَ أَكْثرهُمْ لِلْحَقِّ كَارِهُون

Onların əksəriyyəti haqqı xoşlamır” (“Muminun”, 70).

Demək, Quran azlığın daim haqsızlıq kimi göstərilməsinə qarşıdır və kəmiyyətin haqq ilə batil arasında ayırıcılıq missiyasını rədd edir.

İkincisi, şiəliksiz İslam çoxluq tərəfindədir deyə, ortodoks İslam siması kimi göstərmək və şiəliklə birgə olan İslamı sayca azlıq təşkil edir deyə, İslamdan ayrı, orijinallıqdan kənar göstərmək İslam ideologiyasına hakim olan bölgüyə yaddır. Bundan başqa, şiə təfəkkürünün yaranması ilə şiə şiəlik terminlərinin yaranma tarixini eyniləşdirmək yanlışdır. Cünki hər bir ideoloji məktəbin məzmun və ruhunun yaranması ilə ona ad verilməsi tamamilə fərqli zaman kəsiklərinə təsadüf edir. Demək, şiəlik haqqında söhbət acdıqda və onun yaranma tarixini araşdırdıqda, adının yox, məzmununun, ruhunun meydana gəlməsinin hansı dövrə təsadüf etdiyini dəqiqləşdirmək lazımdır. Hətta onun adına erkən müqəddəs mətnlərdə rast gəlməsək belə, bu, məsələnin əhmiyyətini dəyişmir. Əlbəttə, qeyd etmək lazımdır ki, İslam peyğəmbəri (s) bir çox hədislərdə şiəliklə bağlı müjdələr vermişdir ki, gələcək fəsillərdə bu haqda söhbət acacağıq.


TƏŞƏYYÖ” (ŞİƏLİK) SÖZÜNÜN LÜĞƏT MƏNASI

Cövhəri “Sihah əl-lüğə” əsərində yazır: “Şiəlik, müşayiət, yəni itaət etmək, kömək göstərmək, kiminsə rəhbərliyini qəbul etmək mənalarını ifadə edir” 1. “Tac əl-ərus”2, “Lisan əl-ərəb”3 kitablarında da eyni məzmunlu ifadələrə rast gəlirik.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə