Hatəmzad zeynəB



Yüklə 401,18 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü401,18 Kb.
#66428


                                                                            Qədim dövr və orta əsrlər                                                                       25 

Tarix və onun problemləri, № 1 2013 

 

 

HATƏMZAD ZEYNƏB 

Bakı Dövlət Universitetini dissertantı 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

SƏFƏVILƏR DÖVLƏTININ QƏRBLƏ ƏSAS TARIXI ƏLAQƏLƏRI 

 

Açar sözlər: Azərbaycan tarixi, Səfəvilər dövrü, xarici siyasət, Avropa dövlətləri ilə əlaqələr 

Ключевые слова: история Азербайджана, эпоха Сефевидов, внешняя политика-

отношения с европейскими странами. 

Key words: the history of Aserbaidjan, Safavids’ period-the foreign policy, relations vith 

europian contries 

 

Zamanın gedişi avropalıların Səfəvilər dövləti ilə əməkdaşlığını tələb edirdi. Bu əsasən 



iki  hadisənin  nəticəsində  baş  verdi:  birincisi,  osmanlı  türklərinin  hakimiyyətinin  genişlənmə 

və  Qərbdən  Şərqə  doğru  ənənəvi  ticarət  yolları  üçün  təhlükənin  yaranması;  ikincisi  sufi 

səfəvilərin  hakimiyyətə  gəlişi  və  şiəliyin  yayılmasında  bu  sülalənin  güclənməsi  və  iranda 

rəsmi  status  alması.  Bu  onunla  izah  olunur  ki,  Osmanlı  imperiyası  kifayət  qədər  sürətlə  öz 

sərhədlərini genişləndirdi və XV-XVI əsrlərin ən qüdrətli dövlətlərindən birinə çevrildi. Fateh 

adı  ilə  şöhrət  tapmış  II  Mehmedin  rəhbərliyi  altında  Konstantinopolu  işğal  edərək  Osmanlı 

imperiyası öz çiçəklənmə dövrünün ən yüksək mərhələsinə çatdı. Bu, 1453-cü ilə təsadüf edir. 

Mehmed  Konstantinopolu  işğal  etdi  və  imperiya  dövlət  hüdudlarında  kənarda  öz  nüfuz 

dairəsini  genişləndirdi.  Avropalılar  üçün  belı  bir  situasiya  ciddi  təhlükə  idi.  Xəlifə  adının 

osmanlı  sultanlarının  adlarına  əlavə  edilməsi  Osmanlı  imperiyasının  qüdrətini  artırdı  və  onu 

bütün islam dünyasının nümayəndəsinə çevirdi.  

Osmanlı imperiyasının işğalları avropalıları yalnız qorxuya salmırdı, həm də Avropanın 

Şərqlə  ənənəvi  ticarət  yollarında  ağalığına  son  qiyurdu.  Xüsusilə  qərb  tacirləri  özlərini  əsas 

gəlir  mənbələrindən  birini  –  ipəklə  ticarəti  itirdilər.  Əsas  məsələ  ondan  ibarət  idi  ki,  bu 

vəziyyət, yəni ipəklə ənənəvi ticarət yollarını tutmaq Avropa burjuaziyasının hər cür vasitə ilə 

şərq  bazarlarını  işğal  etməyə  meylini  daha  da  gücləndirdi.  Bu  təhlükə  ilə  mübarizə  üçün  ən 

mühüm yollardan biri avropalı dənizçi və səyyahların dəniz səfərlərinin təşkil edilməsi oldu. 

Onların arasında Vasko da Qamanın səyahətləri xüsusi əhəmiyyəti ilə seçilir.  

Bu dövrdə ilk səfəvi şahı İsmayıl sufi-qızılbaşların dəstəyi ilə 1502-ci ildə Ağqoyunlu-

ların  paytaxtını  tutdu  və  yeni  dövlətin  Səfəvilər  dövlətinin  əsasını  qoydu.  Təbrizi  tutan  Şah 

İsmayıl özünü İran şahı, şiəliyi isə dövlət dini elan etdi. Bu mühüm hadisə həqiqətən İsmayıl 

tərəfindən  vahid  milli  dövlətin  yaradılmasına  ciddi  təkan  oldu.  Dövlət  yarandıqdan  sonra 

Səfəvilər sülaləsinin dövlət xadimlərinin qarşılaşdığı ən böyük probllemlər Osmanlı sultanları 

ilə toqquşmalar oldu. Obyektiv tarixi şərtlər İran və Avropanı ümumi düşmənlə - osmanlılarla 

mübarizə aparmaq üçün birləşməyə vadar etdi. (1, 145) 

Səfəvilərin portuqallarla ittifaqı iranlılara heç bir nəticə vermədi. Bu onunla izah olunur 

ki, portuqallar ölkənin daxilində İsmayılın hakimiyyətinin möhkəmlənməsində kömək göstər-

mək  və  osmanlı  ordusunun  dəfələrlə  aqressiv  hücumlarından  müdafiə  etməklə  bağlı  verdiyi 

sözü  tutmadılar. Osmanlı imperiyası ilə  uzun müddətli  müharibələrdə, xüsusilə  Çaldıran  dö-

yüşündən sonra səfəvilərin məğlubiyyəti İsmayılın ölümündən sonra səfəvi hakimləri arasında 

çəkişmələr və başqa bir çox amillər bu şiə dövlətinin zəifləməsi üçün əlverişli şərait yaratdı, 



26

                                                                                   Qədim dövr və orta əsrlər                                                                   

Tarix və onun problemləri, № 1 2013 

 

lakin İranın ayrı-ayrı hissələrə parçalanmasına gətirib çıxartdı və bu Şah Abbasın hakimiyyətə 



gəlişinə qədər davam etdi.  

Öz hakimiyyətinin ilk illərində Şah Abbas yalnız əvvəlki vahid dövlətin bərpa edilməsi 

və parçalanmış və ayrılmış vilayətlərin qaytarılması kimi problemlərlərlə toqquşmadı, bununla 

yanaşı avropalılarla xarici ticarətin inkişafına təkan verdi. Avropalıları o dövrdə Fars körfəzi 

strateji  cəhətdən  mühüm  ticarət  mərkəzi  kimi  maraqlandırıdı.  Məsələn,  1600-cü  ildə  Şərqlə 

ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə ingilislərin Şərqi-Hind şirkəti, iki ildən sonra isə 

1602-ci ildə eyni ad altında əvvəlcə Niderlandda, sonra isə Fransada başqa şirkətlər yaradıldı. 

Görünür, o dövrün xarici siyasətində Şah Abbasın əsas məqsədi bu şirkəətlər arasında mövcud 

olan rəqabəti İranın xeyrinə istifadə etmək idi. (2, 38) 

Səfəvilərin qərblə əsas tarixi əlaqələrinin başlanğıcını  Şah Abbasın  hakimiyyəti dövrü 

hesab edirlər. Hakimiyyətə gələrək o, torpaqları geri qaytarmaq məqsədilə osmanlılarla müba-

rizədə  ordunun  hərbi  qüdrətini  gücləndirmək  üçün  yeni  hərbi  islahatlar  keçirtdi.  Bununla 

yanaşı,  Qərblə  münasibətlərin  inkişafı  üçün  tədbirlər  gördü.  Bu  islahatlar  Entoni  və  Robert 

Şirli qardaşlarının İrana gəlişi, sonra isə onların Hüseyn Əli bəylə Avropa dövlətlərinin saray-

larına göndərilməsi ilə başlandı. Öz hökmranlığını yalnız quruda deyil, həm də Fars körfəzin-

də  təmin  etmək  niyyətində  olan  Şah  Abbas  portuqalları  dəniz  ticarət  yolundan  qovdu. 

Situasiyanı qiymətləndirərək və bu işi təklikdə bacarmayacağını başa düşərək Şah Abbas dəs-

tək üçün ingilislərə müraciət etməyə məcbur oldu. Buna görə də portuqallara qarşı mübarizədə 

Şah  Abbas  və  ingilislər  arasında  ittifaq  reallaşdı.  Əslində  isə  ingilislərə  məxsus  Şərqi  hind 

şirkəti Fars körfəzində  öz  ağalığını təmin etmək  məqsədilə  portuqalları  yerini tutdu. Kömək 

bəhanəsi  ilə  ingilislər  Şah  Abbasdan  bir  sıra  imtiyazlar  aldılar.  İngilislərə  Bəndər-Abbasda 

nümayəndəlik,  Cəskdə  isə  ticarət  faktoriyası  yaratmağa  icazə  verilmişdi.  Onlar  öz  mallarını 

İrana  vergi  ödəmədən  aparmaq,  Hörmüz  gömrük  gəlirlərinin  bir  hissəsini  almaq  hüququ, 

habelə iran ipəyini almaq üzərində monopoliya və İrana manufaktura gətirmək hüququ.  

Təxminən bir əsr yarımdan sonra 1664-cü ildə II Şah Abbasın dövründə Səfəvi torpaq-

larına  fransız  şərqi hind şirkətinin  nümayəndələri səfər edirdilər və  müqavilə  əsasında oxşar 

geniş hüquq və imtiyazlar əldə etdilər. Fransız tacirlər tamamilə gömrük nəzarəti hər cür vergi 

və rüsumlardan azad edildilər. Bu imtiyazlar II Şah Abbas tərəfindən ingilis və holland mono-

poliyasının iddialarına qarşı olaraq üçüncü qüvvə qismində fransız tacirləri cəlb etmək məq-

sədilə təqdim edilmişdi. Lakin bu müqavilələrin bağlanması və fransızlara imtiyazların təqdim 

edilməsi  İranın  Fransa  ilə  ticarət  dövriyyəsinin  artımına  gətirib  çıxartmadı.  Beləliklə,  XVII 

əsrin sonu və XVIII əsrin əvvəllərində ingilis Şərqi hind şirkəti Fars körfəzində fəaliyyət gös-

tərən yeganə qüvvə idi.  

I Şah Abbasın ölümündən sonra XVII əsrin əvvəllərində səfəvi hakimlərinə qarşı çox 

saylı əfqan üsyanları və İsfahanın onlar tərəfindən tutulması – 1722-ci ildə- Səfəvi dövlətinin 

parçalanması  özünün  son həddinə  çatdı. Səfəvilər dövlətinin dağılması İranın  şimal qonşusu 

Rusiyanın Baltikyanı və Qara dənizdə möhkəmlənməyə çalışaraq cənuba da hərəkət etmək və 

Fars  körfəzinə  çıxış  əldə  etmək  niyyətində  olduğu  vaxta  təsadüf  edir.  Əfqanların  çox  saylı 

hücumları  nəticəsində  Səfəvi  dövlətinin  daxildən  parçalanması  vəİsfahanda  məskunlaşmış 

əfqan hakimlərinin ölkənin başqa yerlərində də vəziyyətə təsir etmə faktını nəzərə alaraq Pyotr 

hərbi  və  diplomatik  rıçaqlar  vasitəsilə  İrandan  şimal  və  şimal-qəərb  vilayətləri  ayırmağa 

yönəlmişdi.  Belə  siyasət  təbii  ki,  osmanlı  hakimlərini  qıcıqlandırırdı  və  nəhayət  fransız 

dövlətini fəal vasitəçiliyi ilə iki rəqib İranda Rusiya və Türkiyə 1724-cü il Stambul müqaviləsi 

əsasında İranın şimal, şimal-qərb və qərb vilayətlərini öz aralarında böldülər. (1, 146-148) 




                                                                            Qədim dövr və orta əsrlər                                                                       27 

Tarix və onun problemləri, № 1 2013 

 

 

XV əsrdə Qərbi Avropa ilkin kapital yığma dövrünə daxil oldu. Bu dövrə qədər bir növ 



dünya ticarəti meydana gəldi. Bununla yanaşı, əvvəlki ticarət yolları bəzi yerlərdə kəsilmişdi, 

başqa  yerlərdə  isə  artan  tələbatı  ödəmək  iqtidarında  deyildi.  Orta  Asiya  və  Monqolustandan 

keçən karvan yolları Teymurilər imperiyasının dağılması nəticəsində atılmışdı. Qırmızı dəniz 

vasitəsilə  ticarət  Misirin  nəzarəti  altında,  Fars  körfəzində  yerli  tacirlərin  əlində  idi.  Kiçik 

Asiya  və  Suriya  vasitəsilə  ticarət  yolları  Konstantinopol  süqut  etdikdən  sonra  türklər  tərə-

findən  işğal  olundu.  Avropa  ölkələrindən  yalnız  Venesiya  türk  tacirlərinin  vasitəçiliyi  ilə 

şərqlə  ticarətdə  iştirakını  saxlamışdı.  Şərqlə  əlaqələrin  pozulması  avropa  tacirlərini  ora  yeni 

yollar axtarmağa vadar edirdi.  

 

Belə yollar axtarmağa çalışan ilk dövlət böyük coğrafi kəşflərlə bağlı olan ilkin kapital 



yığımı  prosesinin  erkən  mərhələlərində  böyük  rol  oynamış  Portuqaliya  oldu.  Aralıq  dənizi 

ticarətindən  kənarda  yerləşmiş  Portuqaliya  Avropanın  başqa  dövlətlərindən  daha  çox  Afrika 

ətrafında  şərqə  dəniz  yolunun  açılmasında  daha  maraqlı  idi.  Artıq  XV  əsrin  lap  əvvəlində 

portuqallar  Afrika  sahillərinə  ekspedisiyalar  təşkil  edirdilər.  Portuqaliya  müstəmləkə  işğalına 

başlamış ilk Avropa dövləti idi. Onun müstəmləkə ekspansiyası 1415-ci ildə Seutun işğalı ilə 

başlandı.  Portuqal  tacirlər  Afrika  sahillərini  qarət  edirdilər.  Buradan  qızıl  və  fil  sümüyü 

çıxardırdılar. 1440-cı ildən isə qul ticarətinə başladılar.XV əsrin sonunda müstəmləkə işğalları 

yoluna Şərqə yeni yollar açılmasında maraqlı olan İspaniya da çıxdı.  

 

Portuqallar və ispanlar bir-biri ilə rəqabət aparırdılar. Dünyanın bütün hissələrində yeni 



torpaqlar  açır  və  mühüm  məntəqələri  işğal  edirdilər.  1497-1498-ci  ildə  admiral  Vasko  De 

Qama ilk avropalı kimi Afrikanı keçdi. XVI əsrin əvvəllərində Portuqallar Vasko de Qamanın 

kəşfindən istifadə edərək Ərəb dənizinin ən mühüm ticarət əlaqələrini öz əllərinə keçirtdilər.  

Avropadan Şərq ölkələrinə yeni dəniz yolunu kifayət qədər Misir, Türkiyə, Venesiya-

nın ticarətini zəiflətdi. Yüklərin daşınma dəyərinin 60 %-ə qədər ucuzlaşması Fars körfəzində 

yerli tacirlərin ticarətinə də böyük zərbə vurdu. O dövrdə İranın Konstantinopolun süqutundan 

sonra  zəifləmiş  Avropa  ilə  ticarət  əlaqələriXVI  əsrin  əvvəllərindən  canlandı,  daha  sistematik 

xarakter aldı.  

Səfəvilər  üçün  XVI  əsrin  ilk  illəri  tarixi  inkişafın  yeni  mərhələsinə  daxil  olması  ilə 

əlamətdardır. Daxili çəkişmə və feodal parçalanmasının uzun müddət davam edən prosesdən 

sonra  əsas  vilayətlər  səfəvilər  sülaləsinin  əsasını  qoymuş  Ərdəbil  şeyxləri  tərəfindən  bir 

dövlətin tərkibində birləşdi. Bu sülalənin birinci şahı olan İsmayıl uzun müddət (1502-1524) 

öz hakimiyyətinin mərkəzləşdirilməsi və möhkəmləndirilməsi uğrunda mübarizəyə başı qarış-

dı. Məlum olduğu kimi, onun ən təhlükəli xarici düşməni Türkiyə idi. Türkiyə ilə müharibələr 

yeni dövlətin əsas qüvvəsini sarsıtdı və cənubda yaranmış vəziyyətə kifayət qədər diqqət ayır-

mağa imkan vermədi.  

İlk  Portuqal  səyyah  və  tacirləri  Fars  körfəzinə  hələ  Vasko  de  Qamanın  kəşfinə  qədər 

daxil olmuşdular, belə ki, 1487-ci ildə ora Kovilxao səfirliyi gəlmişdi. Bu səfirlik Hindistan-

dan öz vətəninə Hörmüz vasitəsilə  qayıdırdı. 1503-cü ildə Hörmüzə Vartemo səfər etmiş və 

onun təsvirini saxlamışdı. Hələ o dövrdə ora Abu Afonsu d’Albukerki gəldi. Onun gəlişi Fars 

və Oman körfəzlərində Portuqal hökmranlığının qaranlıq dövrünün əsasını qoydu.  

D’Albukerkinin  orada  müstəmləkə  imperiyasının  yaradılması  haqqında  ideyası  Portu-

qaliyanın hakim dairələri tərəfindən bəyənildi və 1506-cı ildə Konkistador onu həyata keçir-

mək üçün eskadro ilə Lissabondan Hind okeanına yollandı. Raz-əl-Hədd burnunda Ərəbistan 

yarımadası şərq hüdudlarının mərkəzində bu eskadro Hörmüz Kalat və başqa sahilyanı şəhər-

lərdən  bura  gəlmiş  30-40  balıqçı  gəmini  yandırdı  və  sonradan  cənub-şərqdən  şimal-qərb 

istiqamətində  hərəkət  etdi.  D’Albukerki  Kalat  hakimlərini  Hörmüzə  xərac  verməkdən  imtina 



28

                                                                                   Qədim dövr və orta əsrlər                                                                   

Tarix və onun problemləri, № 1 2013 

 

etməyə  və  Portuqaliyadan  asılılığı  qəbul  etməyə  məcbur  etdi.  Sonra  Kuriatu  şəhərinə  zərbə 



endirdi,  şəhərin  əhalisi  fədakarlıqla  müqavimət  göstərdi,  öz  artilleriyasının  üstünlüyündən 

istifadə edərək limanda portuqallar şəhər və gəmiləri yandırdılar. (3, 34)  

1507-ci  ilin  oktyabrında  portuqal  donanması  Hörmüzə  yaxınlaşdı.  Öz  dövlətinin  qərb 

sərhədlərində  məşğul  olan  Şah  İsmayıl  iki  cəbhədə  mübarizə  aparmaq  iqtidarında  deyildi. 

Hörmüz hakiminə  kömək məqsədilə o  yalnız 500 əsgər göndərdi ki, bu da təbii olaraq Hör-

müzü işğaldan xilas edə bilməzdi. Şəhərə ağır kontribusiya qoyulmuşdu – 1,5 min qızıl tümən 

və  illik  xərac  4,5  min  tümən.  (4,  11)  İşğalçılar  Portuqaliya  hakimiyyətinin  icazəsi  olmadan 

Fars və Oman körfəzləri sularında yerli gəmilərə ticarətlə məşğul olmağı qadağan edirdi. Ada-

da onlar tərəfindən öz qarnizonları üçün istehkamın tikilişi başlanmışdı, Hörmüz şəhərində isə 

ticarət faktoruyasının əsası qoyulmuşdu. (3, 35) 

Lakin Fars və Oman körfəzlərinin sahilləri boyunca 1507-ci il işğalçı yürüşü portuqal-

ların bu regionda möhkəmlənmələri üçün ilk cəhdləri idi. Yerli əhalinin kəskin müqaviməti və 

işğalçıların özləri arasında ixtilaflar 1508-ci ildə onları Hörmüzü tərk etməyə məcbur etdi.  

Artıq  məlum  olduğu  kimi,  o  dövrdə  Səfəvilər  Türkiyə  ilə  uzun  müharibələr  aparırdı. 

Türkiyə ordusu o dövrdə ən qüdrətli ordulardan biri idi və bu ordu dəfələrlə Avropa dövlət-

lərinin  ordularını  məğlubiyyətə  uğratmışdılar.  XVI  əsrin  20-ci  illərində  türklər  Budapeşti 

(1526) və Vyananı  işğal etdilər (1529) Türkiyə  ilə  mübarizədə İsmayıl  müttəfiq axtarırdı, öz 

növbəsində Avropa monarxları Türkiyə təhlükəsi qarşısında şahla ittifaqda maraqlı idilər.  

Səfəvi  ordusuna  xüsusilə  böyük  zərbəni  türk  topları  vururdu,  buna  görə  də  şah  öz 

topxanasını  təkmilləşdirməyə  çalışırdı.  Bunu  bilən  d’Albukerki  İranın  hakim  dairələri  ilə 

qarşılıqlı  əlaqələr qurmağa  çalışırdı. 1509-cu ildə  Hindistanın vise-kralı kimi İrana  səfir Rui 

Qomezi, 1513-cü ildə isə Miquel Ferreyrunu  göndərdi. D’Albukerki İrana Türkiyə ilə  müba-

rizə üçün portuqalların topxanası, ordu və donanmasını təklif edirdi. Səfəvilərdən dəstək haq-

qında onunla danışıqlar üçün Qoaya şahın xüsusi nümayəndəsi göndərildi.  

Lakin vise-kralın əsas məqsədi Səfəvilərə kömək göstərmək deyildi. O hesab edirdi ki, 

Türkiyə ilə müharibədə mövcud çətinliklər şahdan kiçik güzəştlər müqabilində ərazi imtiyaz-

ları və güzəştləri qazanmaq imkanı verəcək. Buna görə də d’Albukerki Şah İsmayılla danışıq-

ları uzadırdı və öz işğalçı planlarını həyata keçirmək üçün əlverişli anı gözləyirdi. D’Albuker-

ki  üçün  əlverişli  situasiya  1514-cü  ildə  yarandı,  sultanla  sonrakı  mübarizə  perspektivi  Şah 

İsmayılı  portuqallarla  yardım  haqqında  razılaşma  imzalamağa  məcbur  etdi.  Portuqaliyanın 

şaha  göstərəcəyi  kömək  qarşılığında  o  müvəqqəti  olaraq  Hörmüzü  onlara  güzəştə  getməyə 

razılaşdı.  

Lakin Portuqaliya eskadrası şəhəri tutmağa tələsəndə sakinlər onları odla qarşıladılar və 

uğurla hücum edənlərin həmləsini dəf etdilər. Sonrakı ildə d’Albukerki Hörmüzə 2200 əsgərlə 

26 gəmidən ibarət yeni ekspedisiya göndərdi. Kifayət qədər qüvvəsi olamayan Hörmüz hakimi 

uzun  danışıqlardan  sonra  şəhəri  təslim  etməyə  məcbur  oldu  və  portuqallar  bütün  adanı 

tutdular.  Fortun  komendantı  Pedru  d’Albukerki  təyin  olundu.  Hələ  1507-ci  ildə  başlanmış 

istehkamın tikintisi başa çatdı. (3, 36) 

Səfəvi  şahlarının  dəyişməsi  Fars  körfəzində  vəziyyətə  təsir  göstərmirdi.  1524-cü  ildə 

hakimiyyətə  gəlmiş  Şah  Təhmasib  (1524-1576)  öz  hökmranlığı  dövründə  portuqallara  qarşı 

mübarizə təşkil edə bilmədi. Türklərin dəfələrdə İrana soxulması portuqalların Fars körfəzində 

ağalığı üçün əlverişli şərait yaradırdı. XVI əsrin ikinci rübü onların ərəb dənizi regionlarında 

şəriksiz ağalığı dövrü idi. Onlar burada öz nüfuz dairələrini genişləndirməyi davam edirdilər.  

XVI əsrin ortalarına doğru Fars körfəzində türklərin fəallığı artdı. 1534-cü ildə Süley-

man Möhtəşəm farslardan Bağdadı aldı, 1550-ci ildə türklər Qətər və Bəsrəni ələ keçirtdilər. 



                                                                            Qədim dövr və orta əsrlər                                                                       29 

Tarix və onun problemləri, № 1 2013 

 

Bu yalnız sultanın böyük planlarının başlanğıcı idi. O, bütün Ərəb yarımadasını, xüsusilə Fars 



körfəzinin  qərb  və  cənub-qərb  sahillərini  osmanlı  imperiyasının  tərkibinə  daxil  etmək  istə-

yirdi.  


Bu  məqsədlə  Məsqətə  məşhur  donanma  rəhbəri  Piri-rəisin  başçılığı  ilə  türk  eskadrası 

göndərildi.  Məsqəti  tutdular  və  bununla  yanaşı  portuqal  qubernator  əsir  alınmışdı,  sonra 

Hörmüz tutuldu. Körfəzə gələn Portuqaliya eskadrası öz növbəsində Katifi dağıtdı və türkləri 

təqib  edərək  Bəsrəni  ələ  keçirməyə  çalışdı.  1552-ci  ildə  türklərin  portuqallarla  dəniz  döyüşü 

heç  bir  tərəfə  qəti  qələbə  gətirmədi.  Lakin  1553-cü  ildə  portuqallar  Məsqət  yaxınlığında 

düşmənin donanmasını qəfil tutub dağıtmağa nail oldular.  

1559-cu  ildə  türklər  Bəhreynə  hücum  etdilər.  Qubernatorun  köməyinə  İran  şahı  300 

əsgər göndərdi, lakin məlum oldu ki, türkləri geri oturtmaq portuqallara müyəssər olmuşdur. 

(3, 38) 

Maraqlıdır ki, portuqal müstəmləkəçilərinin zülmü altında əzilmiş yerli sakinlər türklə-

rə rəğbət göstərirdilər, belə ki, türklər onlar kimi müsəlman idilər, digər tərəfdən, onlar portu-

qallar  qədər  zalım  deyildilər.  1580-ci  ildə  Portuqaliya  İspaniyaya  birləşdiyindən  Portuqali-

yanın Fars körfəzindəki regionda vəziyyəti dəyişildi. Şərq  yarımkürəsində bütün Portuqaliya 

torpaqları İspaniyaya məxsus idi və İspaniya beləliklə nəhəng müstəmləkəçi imperiyaya çev-

rilmişdi. (3, 39) 

Dəniz  ekspedisiyasının  təchizatı  ilə  eyni  zamanda  ingilislər  quru  ilə  şərqə  soxulmağa 

cəhd göstərmişdilər. 1558-ci ildə ticarət şirkətinin agenti Entoni Cenkinson Moskva vasitəsilə 

Buxaraya getdi, oradan İrana getmək fikrində idi. O zaman o buna nail ola bilmədi, növbəti 

ildə London ticarət cəmiyyətini yeni ekspedisiyası təşkil olundu və onun məqsədi İrana qədər 

çatmaq idi. Bu ekspedisiya ingilis-İran ticarətinin əsasını qoydu.  

Yeni ticarət yolları axtarmağa çalışaraq ingilis tacirlər Türkiyə vasitəsilə İran ticarətini 

ələ  keçirmək,  sonra isə  Portuqaliya ticarətlərini bu regiondan sıxışdırıb çıxarmaq niyyətində 

idilər.  Onlar  İranın  həm  şimal,  həm  də  cənubunda  ticarət  yollarını  ələ  keçirməyi  qarşılarına 

məqsəd qoymuşdular və hesab edirdilər ki, qısa müddər ərzində şərqlə bütün ticarətin gedişini 

dəyişə bilərlər.  

1561-1581-ci illər ərzində ingilis şirkəti İrana altı ekspedisiya təşkil etmişdi. Bu dövrdə 

1574-1579-cu illər istisna olunmaqla ölkədə daim ingilic ticarət nümayəndələri olurdu.  

Cenkinsonun  1561-ci  ildə  ekspedisiyası  uğursuz  idi.  Əvvəlcə  Cenkinson  Səfəvilərin 

vassalı şirvanşah Abdullanın diqqətini cəlb edə bildi. Onun əməkdaşlığı ilə Cenkinson ümid 

edirdi  ki,  ingilislərin  Rusiya  vasitəsilə  İranla  ticarətində  xüsusi  imtiyazlar  əldə  edə  biləcək. 

İran və Türkiyə arasında sülh müqaviləsi bağlandıqdan sonra şah Cenkinsonu qovdu və hətta 

türk sultanına vermək istəyirdi. Cenkinson yalnız Şirvanşah Abdullanın tərəfkeşliyi xilas etdi. 

Dörd aydan sonra ona İranı tərk etmək icazəsi verildi.  

1563-1665-ci illərdə ekspedisiya da London tacirlərinə ciddi bir uğur gətirmədi. Onun 

rəhbəri Olkok Şamaxiya yolda qeyri-müəyyən şəraitdə öldürüldü, buna baxmayaraq ingilislər 

dayanmadılar.  

1566-cı ildə ingilislər İranda ticarətdə imtiyaz əldə etməyə nail oldular. Onların tacirləri 

vergilərdən azad edilmişdilər. Onlara yerli hakimiyyətin himayəsi təqdim edilirdi. 1568-ci ildə 

ingilis  tacirlərə  əlavə  hüquq  verildi  və  onlara  istənilən  şəhərdə  istifadə  üçün  ev  və  başqa 

məkanların tikilməsinə icazə hüququ verildi. (3, 41) 

Sonra yaranmış beş illik fasilə (1574-1579) çox güman ki, ingilis tacirlərin Rusiya vasi-

təsilə İranla ticarət əlaqələrinin tənzimlənməsi imkanlarına inamsızlıqla bağlı idi. 1579-cu ildə 

Edvards və Berrounun rəhbərliyi ilə daha bir ekspedisiya təşkil olundu: birincisi, İrana gedən 



30

                                                                                   Qədim dövr və orta əsrlər                                                                   

Tarix və onun problemləri, № 1 2013 

 

yolda öldürüldü, ikincisi İrandan qayıdanda qarət edildi. İrana bu ekspedisiyanın uğursuzluğu 



ingilislərin qəti olaraq Hörmüzə quru yolundan imtina etməyə məcbur etdi. (3, 42) 

Buna görə də XVI əsrin 80-ci illərindən ingilislər Fars körfəzinə cənubdan öz rəqibləri 

portuqalların yolları ilə daxil olmağa çalışırdılar. Əgər əvvəllər onlar rəqiblərin monopoliya-

sını kantrabanda və piratlıq yolu ulə keçməyə çalışırdılarsa, bu əsrin 80-90-cı illərində ingilis 

piratları  Britaniya  hakimiyyəti  tərəfindən  təhrik  edilərək  faktiki  olaraq  Portuqaliyaya  qarşı 

qeyri-rəsmi müharibə aparırdılar. Portuqal, həmçinin ispanlara qarşı əməliyyatlarda Britaniya 

kralının  donanmasından  gəmilər  də  iştirak  edirdilər.  əməliyyatların  məqsədi  düşmən  ticari 

gəmilərini yalnız qarət etmək deyildi, həm də hərbi gəmiləri sistemli şəkildə məhv etmək idi. 

İngilis və hollandların ispan və portuqallarla böyüyən mübarizəsi öz son həddinə 1588-

ci ildə çatdı. İngilis və hollandlar faktiki və texniki üstünlükləri nəticəsində ispan donanması 

Böyük Armadanı darmadağın etdilər. Nəticədə İspaniyanın həm quru, həm də dənizdə hökm-

ranlığı sarsıldı.  

 

ƏDƏBİYYAT 

 

1.Манфред А.З. Внешняя политика Франции 1871-1891. М., 1952. 



2.BayandurA.A. Xəlic-efars, Tehran 1317 

3.Туманович Н.Н. Европейские державы в Персидском заливе в XVI-XIX вв. М., 1982. 

4.Nəsrulla Fəlsəfi, Siyasət-e xareci-ye iran dər douran-e səfəviyye, Tehran, 1342. 

5.Əfəndiyev O., Azərbaycan Səfəvilər dövləti, Bakı, Şərq-Qərb, 2007, 342 s. 

6.Vilayəti Əli Əkbər, Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi, Bakı, 1998.  

7.Buşəhri İ.N. İran və Xəlic-e Fars. Tehran 

8.Buşəhri İ.N. Nəzəri be İran və Xəlic-e Fars, Tehran  

9.Sədid os-Səltəne M.A. Bəndər Abbas və Xəlic-e Fars, Tehran, 1342. 

10.Fesayi, Farsname-ye Nasiri. Tehran, 1313(1934) (fars dilində)  

11.Qaemməqamu C. Bəhreyn və məsayele Xəlice Fars. Tehran, 1341. 

12.Moctəhedi V. İran və Engelis, Tehran, 1346.  

 

ХАТЕМЗАД ЗЕЙНАБ 



диссертант Бакинского Государственного Университета 

ИСТОРИЯ ОТНОШЕНИЙ ГОСУДАРСТВА СЕФЕВИДОВ С ЗАПАДОМ 

Узнать  историю  отношений  Европы  с  Сефевидов  это  очень  важно.  Потому  что 

это  основная  часть  истории  этого  периода  Сефевидов.  В  статье  рассмотрены  эти  и 

другие вопросы. 



HATƏMZAD ZEYNEB 

Baku State Universitety 

THE HISTORY OF THE SAFAVID STATE RELATIONS WITH THE WEST 

Explore the history of Europe's relations with the Safavids is very important. Because 

this is the main part of the history of the Safavid period. The article outlines these and other 

issues. 


 

Rəyçilər: t.e.n.S.A.İsmayılova, t.e.d.İ.M.Məmmədov 

Bakı  Dövlət  Universitetinin  “Türk  xalqları  tarixi”  kafedrasının  07  dekabr  2012-ci  il 

tarixli iclasın qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№4). 

Yüklə 401,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə