Hazırlanmış metodiki vəsait /tərt ed. N. Məcidova; red və bur məs



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü0,96 Mb.
#63689


 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

 

 

 



 

 

 

 

 

 

      Uşaq  ədəbiyyatımızın “xanım anası” 

 

            Xanımana Əlibəylinin 95 illik yubileyi münasibəti ilə              

              respublika uşaq kitabxanaları  üçün hazırlanmış  

                                        metodik vəsait

 

 

 

 

 

 

 

 

 

Bakı-2015 

 



 

 

Tərtibçi:  

 

 

Nərgiz Məcidova 

 

Redaktor və 

buraxılışa məsul:  

 

Şəhla Qəmbərova 

 

 

 

 



 

 

 

 

 

Uşaq ədəbiyyatımızın “xanım anası”:  Xanımana Əlibəylinin 95 

illik  yubileyi  münasibəti  ilə  respublika  uşaq  kitabxanaları    üçün 

hazırlanmış metodiki vəsait /tərt. ed. N.Məcidova; red. və bur. məs. 

Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2015.- 37s.

 

 



 

 

 

 

 

 

 

 

©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2015 


 

                                  Tərtibçidən                                  



 

      Əziz uşaqlar! Bu il sizin üçün “Ulduzların nəğməsi”, 

“Mərcanqulu 

əfsanəsi”, 

“Sənubərin 

gözləri” 

kitablarında  maraqlı  şeirlər,  nəğmələr  qoyub  getmiş 

sevimli  şairimiz  Xanımana  Əlibəylinin  95  illik 

yubileyidir.  O,  həmçinin  “Təzə  il”,  “Günəş  olaram 

məndə”,  “Pişik”  və  bir  çox  uşaq  manılarının  da 

sözlərinin  müəllifidir.  Uşaq  yazıçısının  bu  il  95  illik 

yubileyi  keçirilir.  Bu  münasibətlə  keçirilən  tədbirlərə 

kitabxanamız da qoşulacaq. 

Ədəbi  fəaliyyətə  erkən  yaşlarından  başlayan  Xanımana 

Əlibəylinin  şeirlərinin  dili  sadə,  qafiyələri  musiqili 

olduğundan  bu  şeirlər  yaddaşlara  asan  həkk  olunur. 

Şeirlərinə  yazılmış  mahnıları    uşaqlar    həvəslə 

oxuyurlar.  Bu  onu  göstərir  ki,  şair    bu  gün  də 

unudulmayıb.   

Əsərləri  müxtəlif    xalqların  dillərinə    tərcümə  edilib. 

Şairin  yubileyi  münasibətilə  hazırladığımız  bu vəsaitdə  

məqsədimiz  Xanımana  Əlibəylini  sizə  daha  yaxından 

tanıtmaq,  sevdirməkdir.  Vəsait  iki  hissədən  ibarətdir. 

Giriş hissə və keçiriləcək tədbirlər bölümündən. 

    Girişdə şairin həyat və yaradıcılığı haqqında məlumat 

verilir,  əsərlərindən  söhbət  açılır.  İkinci    hissədə  isə 

şairənin    yubileyi  ilə  bağlı  kitabxanada  keçirilməsi 

nəzərdə  tutulan  tədbirlər-təşkil  olunacaq  sərgilər, 

uşaqlara  maraqlı  olan  viktorinalar,  sözlərinə  yazılmış 

musiqilər  haqqında,  kitablarının  elektron  təbliği  üçün 

retro bazasından danışılır. Şairin xatirəsinə  həsr edilmiş 



 

ədəbi-bədii gecənin ssenarissində isə Xanımana Əlibəyli  



haqqında  sitatlar,  qızı  Gülər  Abdullayevanın  anası 

haqqında  xatirələri,  “Gözəllər  gözəli”  pyesi  əsasında 

hazırlanmış səhnəcik, bədii kompozisiyalar verilmişdir. 

 

 

 

 

 

 

 

 



                                             

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                               




 

             Həyat və yaradıcılığı   



 

Bakı  kəndələrindən  olan  Keşlədə  ziyalı 

ailəsində  1920-ci  ildə  anadan  olan 

Xanımana Əlibəyli orta təhsilini Bakıda 

almışdır.  Hələ  məktəbdə  oxuyarkən 

həkim  olmaq  arzusu  ürəyində  baş  

qaldırmışdır.  16  yaşında  ikən  Xanımana  Bakı  Dövlət  

Tibb  İnstitutuna  daxil  olmuşdur.  1942-ci  ildə  institutu  

bitirən  gənc  həkim  təyinatla    Masallı  rayonuna  gedir. 

Qızılavar  kənd  tibb  məntəqəsində  fəaliyyətə  başlayır. 

Sonrabaycan    uşaq  poliklinkalarının  birində  çalışır. 

Ədəbiyyata,  xüsusən  də    uşaqlara  olan  sevgisi    onu 

Azərbaycan 

 

Dövlət  Universitetinin  filologiya 



fakultəsinə  gətirib  çıxarır.  Orada  oxuduğu  illərdə  

“Ana”  şerini  yazır.  Sonra  digər  uşaq  şeirləri  yazır.  

“Balaca həkim ” adlı ilk şeir kitabını  1955-ci ildə çap 

etdirir.  Sonra  digər  kitabları  nəşr  olunur.  Bunlardan  

“Çoxbilmiş çəpişlər”, “ Dovşanın ad günü”, “Ləpələrin 

nağılı”,  “Sənubərin  gözləri”,  “Məni  günəşə  at”  və  b.  

göstərmək olar. 

    Xanımana  Əlibəyli  yüzlərlə  uşaq  şeirinin,  onlarla 

poema  və  səhnə  əsərinin,  30-dan  artıq  kitabın 

müəllifidir.  Müəllifin  “Cunquş”,  “Dovşanın  ad  günü”, 



“Aycan”, “Gözəllər gözəli” pyesləri uzun müddət  gənc 

tamaşaçılar  teatrının səhnəsini  bəzəyib.  

   Əsərlərində  vətənə  məhəbbət,  insan  əməyinə  və 

istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ata-

anaya, 

müəllimə, 



qardaş-bacıya, 

ümumiyyətlə, 




 

böyüklərə  hörmət  və  ehtiram,  cəmiyyətdəki  eybəcər 



hallara  nifrət,  gücün  birlikdə  olması  kimi  insani 

keyfiyyətləri  tərənnüm  edən  X.Əlibəylinin  bəzi  əsərləri 

keçmiş  SSRİ  xalqlarının,  eləcə  də  çex  və  slovak 

dillərinə tərcümə edilmişdir.  

   Xanımana  ömrünün  ixtiyar  çağında  7  may  2007-ci 

ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir. 

Filologiya elmləri doktoru, şair Rafiq Yusiflinin yazdığı 

kimi, Xanımana "mələklərin qanadında Tanrı dərgahına 

uçmuşdur" ("Ədəbiyyat qəzeti", 11 may 2007-ci il). 

   “Dovşanın  ad  günü”  “  Gözəllər  gözəli  ”  poemaları 

onun  ən  populyar  poemalarındandır.Bu  poemalar 

məktəb  yaşına  çatmamış  uşaqlar  üçün  nəzərdə  tutulub. 

“Dovşanın  ad  günü”  poemasında      müəllif  çəpişin, 

quzunun,  tülkünün,  xoruzun,  kirpinin,  meymunun 

əlamət  və  cizgilərini  çox  ustalıqla  qələmə  alıb. 

Heyvanlarin  simasında  dəyanət,  bir-birinə  kömək 

etmək, 

əl  tutmaq  kimi  keyfiyyətlərlə  yanaşı, 



tamahkarlıq,  oğurluq,  xəyanətin  də  mövcud  oduğunu 

göstərmişdir. Mənfi xüsusiyyətləri tülkünün  simasında  

vermişdir. 

                                     Dovşana bax, dovşana. 

                                     Bu gün nə tez oyandı? 

                                     O hoppana-hoppana  

                                     Pəncərədə dayandı. 

                                     Bax atlana-atlana 

                                     Əl- qol açıb qurbağa, 

                                     Dərhal girib meydana 

                                     Başladı oynamağa....... 



 

 



    Xanımana  Əlibəyli    Bakıdakı  13  nömrəli  orta 

məktəbdə  təhsil  alıb.  Yaxşı  oxuyub,  müəllimlərinin 

sevimlisi olub. Müəllimi, sonralar görkəmli yazıçı kimi 

tanınan  Məhərrəm  Əlizadə  Xanımananın  istedadını 

görmüş,  onunla  məşğul  olmuş,  ilk  şeirlərinin  kütləvi 

informasiya  vasitələrinə  yol  açmasına,    balaca  şairin 

Azərbaycan  radiosu  ilə  çıxış  etməsinə  kömək  etmişdir. 

Şairin  şeirləri  1938-ci  ildən  dövri  mətbuatda  dərc 

olunmağa  başlamışdır.    "Balaca  həkim"  adlı  ilk  kitabı 

1955-ci  ildə  “Uşaqgəncnəşr”  tərəfindən  30.000  nüsxə  

ilə çap olunmuşdur. 

    Bədii  yaradıcılıq  sahəsində  yeni,  ciddi  uğurlar 

qazanan  şair 1953-cü ildə  uşaq ədəbiyyatımızın parlaq 

simalarından  olan  Mirvarid  Dilbazi  və  Mikayıl 

Rzaquluzadənin 

zəmanətləri 

ilə 

SSRİ  Yazıçılar 



İttifaqına üzv qəbul edilmişdir. 

 

                        Keçiriləcək tədbirlər 



 

 

    Öz  maraqlı  şeirləri  ilə  körpə  balalarımızın  sevimlisi 



olan  şairimizin  95  illk  yubileyi  şəhərimizin  orta 

məktəblərində və kitabxanalarda yüksək səviyyədə qeyd 

olunması nəzərdə tutulub.  F. Köçərli adına Respublika 

Uşaq  kitabxanası  da  yubilyarın  kitablarının  təbliği, 

əsərlərinin  oxuculara çatdırılması üçün sərgilər, ucadan 

oxular  keçirəcəkdir.  Şeirlərindən,  ələlxüsus  da  

tapmacalarından    istifadə  edərək  viktorinalar,  ədəbi-

bədii  gecələrin  də      keçirilməsi  və  səhərciklərin 




 

göstərilməsi nəzərdə tutulmuşdur. Aşağı sinis şagirdləri 



də  yaddan  çıxarılmayıb.Onların    Xanımana  Əlibəylinin 

kitabları  ilə  tanış  olmaları  üçün  kitab  guşələri  təşkil 

olunacaqdır.  Uşaqları  yazıçının  əsərləri  ilə  daha 

yaxından    tanış  etmək  üçün    onun  yazdığı 

tapmacalardan  ibarət  viktorinalar  təşkil  ediləcək,    şeir 

səhərcikləri  keçiriləcək,  sozlərinə  yazılmış    mahnılar  

səsləndiriləcəkdir.  

 

Viktorinada kitabxanaçının söylədiyi 



tapmacaların cavabını uşaqlar  deyəcəklər. Sonda fəal 

iştirakçılar mükafatlandırılacaqdır.  

 

Kimdir gəzir bu otağı?                                              



Saqqalı al rəng olur, 

Nə əli var, nə ayağı,                                                  

Tükləri qəşəng olur. 

Mürəkkəbi töküb mizə,                                             

Oxuyur neçə dəfə,                                       

Görünməyir dəcəl gözə.                

 Səs düşür hər tərəfə. 

Saçlarımı tutub yoldu,                                               

Əlbəttə, artist deyil, 

Heç bilmədim necə oldu?                                         

Ancaq səsi pis deyil. 

 Külək  Xoruz   

Hoppandı navalçaya,      

O, çayın üstə yatır, 

Axdı tuta, alçaya.                   

 Nə islanır, nə batır. 




 

Yağış Körpü 



 

O, hansı canlıdır heç səsi yoxdur,                             

Başında var budağı 

Quruya çıxmağa həvəsi yoxdur.                               

Gəzir meşəni, dağı 

Balıq  Maral 

 

Öz evciyini almış                                                     



Günəş kimi girdədir, 

Gecə-gündüz dalına;                                                

Göydə deyil, yerdədir. 

İstəyir yağsın yağış -                                                

Rəngi qızılı-sarı, 

Kar etməyir halına  

 Baxır günəşə sarı. 

 İlbiz Günəbaxan 

O, ağacda yaşayır,                                                    

Bostanda şar kimidir, 

Çoxlu fındıq daşıyır.                                                

Ağappaq qar kimidir. 

Qoy qonaq gəlsin hər qış                                          

Üst-üstə geyib donu -  

Ona dostu, yoldaşı.                                                    

Şaxta kəsməsin onu. 

Bilir hara nə yığmış -                                                                           

Kələm 


Çox yaxşıdır yaddaşı. 

Dələ 



10 

 

 



 

 

 Bəstəkarlar  Xanımana  Əlibəylinin  sözlərinə    biçox 



mahnılar yazıblar. Bunlardan 

“Əks-səda”  (Söz:  Xanımana  Əlibəyli,  musiqi:  Hökümə 

Nəcəfova), 

“Armud”  (Söz:  Xanımana  Əlibəyli,  musiqi:  Şəfiqə 

Axundova), 

“Günəş  olaram  mən  də”  (Söz:  Xanımana  Əlibəyli, 

mus: Hökümə Nəcəfova), 

“Qonaqlıq”  (Söz:  Xanımana  Əlibəyli,  mus:  Oqtay 

Zülfüqarov) və başqalarını göstərmək olar. 

 

Günəş olaram mən də                                     

                                               Söz.:Xanımana Əlibəyli  

                                               Mus.:Hökümə Nəcəfova 

 Qışda şaxtada, buzda,                                    

 Günəş çimir hovuzda. 

 Qoy gətirim ləyəni, 

 Su tök, yuyundur məni. 

 Ay ana, böyüyəndə 

 Günəş olaram mən də. 

  Qışda şaxtada, buzda, 

 Günəş çimir hovuzda. 

 Lap istisində yayın 

 Qoy gətirim ləyəni, 

 Su tök, yuyundur məni. 

 Ay ana, böyüyəndə 

 Günəş olaram mən də. 

 



11 

 

          



Təzə il 

                                   Söz.: Xanımana Əlibəyl                                                                             

                                   Mus: Hökümə Nəcəfova 

 

Döşündə ağ qərənfil,            



Sən gələndə, təzə il,                        

Xoş gəlmisən, təzə il.  

Ağ gül açır elə bil; 

Yolkamıza qar ələ,              

Yolkamıza qar ələ, 

Gəl, oynayaq əl-ələ.           

Gəl, oynayaq əl-ələ. 

 

                                   Çöllərdə fırfıra tək  



                                   Hərlədir qarı külək.  

                                   Yolkamıza qar ələ,  

                                    Gəl, oynayaq əl-ələ.   

 

 Xanımana  Əlibəylinin  kitablarını  təbliğ  etmək  üçün 



aşağıdakı  sərgi  formalarını  təqdim  edirik.  Birinci  sərgi 

forması  yalnız  Xanımana  Əlibəylinin  kitablarının 

sərgisindən ibarət ola bilər.  

 

 



 

 

 



 

 



12 

 

              



 

    


           

 

 

   


 

 

 



 

 

 



 

 

 



 

 

 




13 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



14 

 

   Görkəmli şəxsiyyətlər Xanımana Əlibəyli haqqında 

 

 “Xanımana  Əlibəyli  Azərbaycan  uşaq  ədəbiyyatının 



klassiki və  uşaq dramaturgiyasının banisidir. ” 

                                                                                Anar, 



                                                                      xalq yazıçısı  

 

“Xanımna Əlibəyli uşaq ədəbiyyatımızın “ xanım anası 

” və Azərbaycan uşaq poeziyasının banisidir.” 

                                                                Bəkir  Nəbiyev,                    

                                                                           akademik  

“Fəхr edirəm ki, anamın şeirlərini bu gün də uşaqlar 

sevə-sevə oхuyurlar ”, “ O, hər gələn uşaqlarla yenidən 

doğulacaq, müstəqil Azərbaycanın yeni-yeni körpə 

nəsilləri onun “Dovşanın ad günü”ndə iştirak edəcək”. 

 

                                                    Gülər Abdullabəyova, 



                                                              f. e. d., professor   

 

  

 



 Yazıçının  kitablarının  bir  neçə  nüsxəsi  kitabxananın 

Qızıl  fondu  tərəfindən  mühafizə  edilir.  Qızıl  fondda 

saxlanılan  bu  kitablardan,  istifadəçilər  kitabxananın 

www.clb.az

    saytında  elektron  variantda  istifadə  edə 

bilərlər. 

       

Bu  şeirlər  vasitəsilə  uşaqlarda  vətənə,  xalqa 



məhəbbət,  əməyə  hörmət,  xəyanətə  nifrət  kimi 

xüsusiyyətləri tərbiyə etmək olar. Kiçikyaşlı məktəblilər 




15 

 

rəngarəng, 



maraqlı 

tədbirləri 

sevirlər. 

Şairin 


yaradıcılığından seçilən  şeir nümunələri onlara maraqlı 

görünəcək,  tədbirə  həvəslə  qoşulacaqlar.Təbii  ki, 

oyunlar, viktorinalar vasitəsi ilə.  

   “Dovşanın  ad  günü”  poemasının  ifadəli  oxusunu 

keçirmək    faydalı  olar.  Ə  Mu  maraqlı  poemada 

heyvanlar  aləminin  tipik  nümayəndələri-  çəpiş,  quzu, 

xoruz,  çaqqal,  meymun  təsvi  edilmişdir.  Şairin  

məharətlə  yaratdığı bu obrazlar  insana xas olan bir çox 

xüsusiyyətləri  özündə  cəm  edir.  Belə  ki,  siçanın 

timsalında  xeyirxaliq,  yoldaşa  kömək,  tülkünün 

timsalında biclik, canavarin timsalında isə acgözlük və s 

təsvir olunur.   

    Kiçikyaşlı  məktəblilər  üçün  hazırlanan  proqramlar 

yorucu  olmamalıdır.  Bu,  hökmən  nəzərə  alınmalıdır. 

Ona  görə  də  Xanımana  Əlibəylinin  yaradıcılığını 

tanıtmaq 

üçün 

proqrama 



şairənin 

şeirlərindən 

hazırlanmış  oyunlar, viktorinalar,  kiçik  şeir  müsabiqəsi 

daxil edirik. Belə ki, “Davamını sən de”  oyunu zamanı 

onun  yazdığı  şeirlərdən    bir  neçəsini  kitabxanaçı 

oxuyur. Davamını isə oxucular söyləyirlər. 

             

           Ana dedi: - Oğlum Vüsal, 

           Bu gün nənənlə evdə qal,                                          

           Dərslərini hazırla sən,                                             

           Teatra gedirəm mən.                                               

           Anasına dedi Vüsal:                                               

 

- Məni orda yadına sal                                                 



 


16 

 

                                Qurdun evdə bir özü, 



                                 Bir də qoca atası var. 

                                 Düz çölə baxır gözü, 

                                  Yəqin bir xatası var. 

                                      

Aya baxın uzaqdan, 

Elə bil ki, yemişdi. 

Qoy dərim onu tağdan, 

İriləşib dəymişdir. 

   Xanımana  Əlibəylinin    yaradıcılığını  uşaqlara 

yaxından  tanıtmaq  üçün“Uşaqların  sevimlisi  ”  başlığı 

altinda  şeir  gecəsi  keçirə  bilərik.  Kitabxanaçı  uşaqlara 

şairin həyat və yaradıcılığı haqqında məlumat verdikdən 

sonra,    şeirlərindən  nümunələr  oxunur,  sözlərinə  

yazılmış mahnılar  səsləndirilir.  

    Şifahi ədəbiyyatımızın təbliğinin təsirli formalarından 

biri  də,  sual-cavab  gecələridir.  Sual-cavab  gecələrinin 

keçiriləcəyi  yerdə  müəllifin  kitablarından  ibarət  sərgi 

təşkil  edilir.  Kitabxanaçı  orada    uşaqlara  müəllif  

haqqında  məlumat  verir,  ən  çox  oxunan  əsərlərindən 

parçalar  oxuyub  təhlil  edir.  Sual-cavab  gecələrində 

uşaqlar sualların cavabını kitabxanaçı ilə birgə tapırlar. 

Uşaqların  şairi    yaradıcılığına  nə  dərəcədə  bələd 

olduğunu  öyrənmək  məqsədi ilə onlara bir sıra suallar 

verilir. Məsələn: 

 

1.Uşaq  yazıçısı  kimi  tanıdığımız  Xanımana    Əlibəyli 



ixtisasca kim olub?   

       a)  müəllim 




17 

 

       b)  həkim 



 

 2. Yazıçının ilk şeirlər kitabı hansı olub?  

        a) “Balaca həkim”   

        b) “Cunquş” 

        c) “Dovşanın ad günü” 

 

     3.  Xanımana  Əlibəyli  hansı  uşaq  jurnalının  baş 



redaktoru olmuşdur.? 

          a)  “Pioner” 

          b)  “Bala dili” 

          c)  “Göyərçin” 

             

         4.  “  Dovşanın  ad  günü  ”  hansı  motivlər  üzərində 

qurulmuşdur? 

          a) heyvanlar və onların oyuncaq variantı 

          b)  dovşanın  heyvanları  başına  yiğıb  ad  günü 

etməsindən 

          c) Ağaclar və bitkilər 

         5.  Xanımana  Əlibəyli  hansı  əsərinə  görə 

Respublikanın Dövlət mükafatına layiq görülmüşdür?  

            a) “Nişanlı quş” 

            b) “Gözəllər gözəli” 

            c) “Cunquş “        

         6.Yazıçının  hansı  əsəri  Azərbaycan  Dövlət  teatrı 

tərəfindən tamaşaya qoyulmuşdur? 

            a) “Cunquş” 

            b) “Gözəllər gözəli” 

            c) “Kənd həkimi” 



18 

 

         7.  Yazıçının    “  Cunquş  ”  əsərində  hansı  insani 



keyfiyyətlər təcəssüm   

              edilir? 

           a) düzlük 

           b) yaxşılıq və pislik 

           c) oğurluq 

         8.Yaziçinin    “  Nişanlı  quş  ”  pyesində  hansı 

obrazlar  verilib? 

          a) palıd, külək, çay 

           b) bayquş, ağacdələn, sərçə 

           c) palıd, cüyür, pişik 

         9. “Nişanlı quş” pyesində Qoca palıdı xəstəlikdən 

xilas edən ağacdələnə  meşədə hansı ad verilir? 

                a) meşə həkimi 

                 b) tıq-tıq 

                 c) ağacdələn 

         10.  Xanımana      Əlibəylinin  sözlərinə  yazılmış 

hansı mahnıları tanıyırsız? 

                               



                                

                             Kitab müzakirəsi 

 

    Kitabxanada 

təşkil 

edilən  kitab  müzakirələri 



oxucuların  fəallığının  artmasında  xüsusi  rol  oynayır. 

Kitab  müzakirələri  zamanı  bədii  əsərlərin  düzgün 

seçilməsinə  diqqət  edilməlidir.  Belə  ki,  düzgün  seçilən 

əsərlər 


oxucuların 

sərbəst 


fikir 

 

yürütmək 



qabiliyyətlərinin  inkişafına,  dünyagörüşün  artmasına 

kömək  edir  və  müzakirə  iştirakçıları    tərəfindən  




19 

 

maraqla  qarşılanır.  Xanımana  Əlibəyli  yaradıcılığnda 



dostluğa  sədaqət,  vətənpərvərlik,  mərdlik  kimi  insana 

xas olan  müsbət keyfiyyətlər əsas götürülür və maraqlı 

nümunələrlə  zəngindir.  İki  pərdəli  “  Nişanlı  quş  ” 

pyesinə nəzər salaq. 

  Əsərin   süjet xətti  çox sadədir: Meşənin qüdrətli Qoca 

Palıdının  yarpaqları  qurumağa  başlayıb.  Ona  kim 

kömək edə bilər?  

   Pyesdə  meşə  üçün  xarakterik  olan  Külək,  Çay, 

Bayquş, Ağacdələn, Cüyür,  Sərçə kimi obrazlar iştirak 

edirlər. 

   Axşam oldu, yuxusu var çiçəklərin, 

   Alabəzək böcəklərin. 

   Axşam oldu, mürgüləyir ağaclar da, 

   Meşələr də, yamaclar da. 

   Bir Palıddır səhərəcən oyaq qalan, 

   Dərin-dərin fikrə dalan. 

   

 Buradakı fikirlər metaforik  bir mənaya malikdir: 



“Bir  Palıddır  səhərəcən  oyaq  qalan”.  Yəni,ailənin 

başçısı  daim  oyaqdır,  oyaq  qalmalıdır.  Amma  onun 

quruması əsil fəlakətdir və meşədə bu çətin işin qarşısı 

alınmalıdır.  Burada  Bayquş  “gecələrin  hakimi” 

adlandırılır.  Ağacdələn  isə  “meşə  həkimi”dir.  O,  Palıdı 

“müalicə  edir”  və  Palıd  yarpağından  hazırlanmış 

“nişan” alır ki, bu da ən böyük “meşə təltifi”dir. 

   Əsərdəki  maraqlı  obrazlardan  biri  də,  Külək  və  Çay 

obrazlarıdır. Pyesdə hər obrazın  özünəməxsus vəzifəsi  

var.  


Külək: “Gedirəm, işləsin yel dəyirmanı”. 


20 

 

Çay:  “Mən  axıram  göy  tarlalar  boyunca,  Əkinçilər 

sudan içsin doyunca”.  

     Kitabxanada 

vətənpərvərlik 

mövzusu  vaxtaşırı 

müzakirə  edilir.  Şairənin  “Sevimli  şəhid  babam” 

poemasında  uzun  illər  boyu  çörəyini  yeyib  suyunu 

içdikləri  Azərbaycanda  ermənilərin  azərbaycanlılara 

nifrətindən bəhs edən epizodlar çox təsirlidir. Bu əsərin 

də, uşaqlarla müzakirəsi maraq doğurar.  

Xanımana  Əlibəyli  ixtisasca  həkim  olsa  da,  uşaqlara 

olan sevgisi onu şair etmişdir: 

 

Sanki Allah bir qarlı qış 



Mənə şeir verdi bəxşiş. 

O, qışımı yaz eylədi, 

Bəxtimi bəyaz eylədi. 

“Balaca həkim” adlı ilk kitabı 

X.Əlibəylinin    şeirləri  1938-ci  ildən  dövri  mətbuatda 

dərc  olunmağa  başlamış,  “  Balaca  həkim  ”  adlı  birinci 

kitabı  1955-ci ildə “ Uşaqgəncnəşr ” tərəfindən 30 min 

nüsxə tirajla çap olunmuşdur.  Xanımana Əlibəyli bütün 

həyatını  uşaq  ədəbiyyatına  həsr  etmişdir.  İndiyə  qədər 

onun    30-dan  çox  kitabı,  10-a  yaxın  uşaq  pyesi  nəşr 

edilib.    “Cunquş”,  “Aycan”,  “Dovşanın  ad  günü”, 

“Ləpələrin  nağılı”,  “Gözəllər  gözəli”  və  başqa  əsərləri 

kiçik oxucular tərəfindən rəğbətlə qarşılanıb. 

X.Əlibəyli 

1953-cü 


ildə 

zamankı 



uşaq 

ədəbiyyatımızın  görkəmli  nümayəndələri  Mirvarid 

Dilbazi  və  Mikayıl  Rzaquluzadənin  zəmanətləri  ilə 

SSRİ Yazıçılar Ittifaqına da üzv qəbul edilmişdir. 




21 

 

Xanımana  Əlibəylinin  yaradıcılığı  daim  diqqət 



mərkəzində 

olmuş,  yüksək  qiymətləndirilmişdir. 

“Aycan” pyesinin uğurlu tamaşası münasibətilə yaradıcı 

heyətin  üzvləri-  rejissor  Ulduz  Rəfili,  bəstəkar  Şəfiqə 

Axundova  və  baletmeyster  Nailə  Nəzirova  ilə  birlikdə 

Xanımana  Əlibəyli  də  Azərbaycan  SSR-in  Dövlət 

mükafatına  layiq  görülmüşdür.  1991-ci  ildə  şairəyə  

əməkdar  incəsənət  xadimi  adı  verilmişdir.  1998-ci  ildə  

o, “Ilin qadını” adına layiq görülmüşdür. 

X.Əlibəyli  “Aman  ovçu”,  “Ağ  çəmən”,  “Ulduzların 

qucağında”,  “Bir  yay  səhəri”,  “Çoxbilmiş  çəpişlər”, 

“Məni  günəşə  at!”,  “Meşə  həkimi”,  “Sevimli  şəhid 

babam” və digər  poemaların da müəllifidir. 

   Şair  öz  yaradıcılığında    XX  əsrin  sonlarından 

davam 

edən 

Qarabağ 

dərdindən 

də 

yan 

keçməmişdir.  “Sevimli  şəhid  babam”  poemasında 

uzun 

illər 

çörəyini  yeyib,  suyunu  içdikləri 

Azərbaycana  “dost”  deyən  ermənilərin  xalqımıza 

etdikləri  xəyanətdən söhbət açılır. 

    Uşaqlar,  şairin  “Cunquş”  əsərini  oxumusuz? 

Bilirsinizmi  ki,    bu  əsər    də    ona  uğur  gətirib. 

Teatrlarımızda  müvəfəqiyyətlə  tamaşaya  qoyulan 

“Çunquş”  də  Dövlət  mükafatına  layiq  görülmüşdür. 

Əsərlərinin    bir  çoxunda  olduğu  kimi,  burada  da 

yaxşılıqla pislik arasında  gedən  mübarizə təsvir edilir. 

Hadisələr  Cunquşla  Yeltay  arasında  gedən  mübarizə 

ətrafında  cərəyan  edir.    Cunquş  müsbət  qəhrəmandır, 

heç bir şəxsi mənfəət güdmədən ehtiyacı olan insanlara 

kömək  edir.  Vəli  babanın  bağını    alaqdan  təmizləyir, 




22 

 

suvarır, qıçı sınrmış keçisinin qıçını sarıyır. Heç vaxt da 



xeyirxah  əməlindən  bezib  usanmır.  Maraqlı  orasıdır  ki, 

gördüyü  işləri    indiki  adamların  bir  çoxları  kim,  gözə 

soxmur, gizli saxlayır. Vəli baba  ona  kömək eləyənin 

adını belə bilmir... 

    Yeltay  isə    xaraktercə  onun  əksinədir.  Gözü  həmişə 

onun-bunun  əlində,  cibindədir.  Ondan  kömək  istəyənə 

birinci sözü bu olur ki, əvəzində nə verəcəksən? 

     Əsəri  oxuduqdan  sonra  belə  nəticəyə  gəlirik  ki, 

Cunquş  kimi  xeyirxah  insanları  qorumaq,  onlarla  dost 

olmaq, onların əməllərindən dərs almaq lazımdır. 

    Xanımananın  Yeltay  adı  verdiyi  mənfi  qəhrəman  

adına  uyğun  olaraq  yelbeyin  olur.  Belələri  yaddaşlarda 

pis insan kimi qalırlar...   

    Yazıçının “ Balaca həkim ” adlı poeması da sevə-

sevə oxuduğumuz əsərlərdəndir. Həkimlik sənətini 

uşaqlara sevdirməkdə bu əsərin böyük rolu olmuşdur. 

Balaca qızcığaz  xəstəliyə tutulan kuklaların həkimidir. 

O, həkimailəsində böyüyüb. Anasının   xəstələrə  necə 

qayğı göstərməsinin, şəfa verməsinin şahidi olub. İndi 

də növbə onundur. Balaca qızcığaz   “xəstələnən” 

kuklaların qayğısına qalır, onlara həkim yardımı 

göstərir... 

    Maraqlı 

bir 


faktı 

 

diqqətinizə 



çatdırmaq 

istəyirəm.Xanımana  Əlibəyli    ömrünün  qürub  elədiyi  

çağlarda  bir  şeir  yazıb  və  onu  “Yalvardım  Allaha” 

adlandırıb.    Daha  doğrusu,  öz  poetik  irsinin  taleyi  ilə 

ilgili  Allaha  müraciət  edib.  Şairlik  istedadını  ona 

verdiyii  üçün  Yaradana  şükür  və  minnətdarlıq  edib. 




23 

 

Sonra  əsərlərinin  uzunömürlü  olması,  gələcəkdə  



millətimizin    balalarının  işinə  yarıması  üçün    Allahın 

dərğahına üz tutub,  ondan kömək itəəyib... 

Bir qarlı qış 

Mənə şeir verdi baxşış. 

O qışımı yaz eylədi, 

Bəxtimi bəyaz eylədi. 

Allah onu etdi ətir, ? 

Səpdi aylara, illərə. 

Yalvardım: Allahım, yetir 

Şerimi nəsillərə.  

     Digər  bir  maraqlı  faktı    diqqətinizə    çatdırım.  Bu 

“Cunquş”  pyesi  ilə    əlaqədardır.  Belə  ki,  Abdulla  Şaiq 

adına  Azərbaycan  Dövlət  Kukla  Teatrının  kolllektivi  

1980-ci ildə Hindistanda qastrol səfərinə yollanır. Dehli 

və  Bombey  şəhərlərində  iki  əsərin  tamaşası  ilə  çıxış 

edir.  Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 

“ Məşədi Ibad ” komediyası və Xanımana Əlibəylinin “ 

Cunquş  ”  pyesi  ilə.  Hər  iki  tamaşa  böyük  rəğbətlə 

qarşılanır.  Bu  barədə  Bakı  qəzetlərindən  birində  belə 

yazılıb: 

“ 

Xeyirxahlıq 



mücəssəməsi 

Cunquşu 


Hindistanda da sevdilər! ” 

    Uşaq  kitabxanalarında    yubilyar  şair  və  yazıçılar 

haqqında  keçirilən  tədbirlərdə  onların    şeirləri  ucadan 

oxunur.  Bu  üsul  uşaqların  yaddaşını  möhkəmləndirir, 

hiss 

etmək, 


duymaq 

qabiliyyətinin, 

məntiqi 

təfəkkürünun inkişafına kömək edir. 

    Kitabxananın nağıl otağında Xanımana Əlibəylinin “ 

Bir bina ”, “ Nənəyə hədiyyə ”, “ Qurbağa ” şeirlərinin 



24 

 

ucadan  oxusunu  təşkil  etmək  maraqlı  olar.  Sadə  ,  səlis 



bir  dildə  yazılmış  bu  şeirləri  dinləyən  özləri  üçün  

məntiqi  nəticə çıxaracaqlar. 

 

           Bir bina                                                         

Qurbağa 

 Məktəblə yan-yanadır,             

 Bir qurbağa tir-tir əsdi 

 O xoş gəlir hər kəsə.                  

 Bədənini soyuq kəsdi 

 İndi kitabxanadır,         

 İndi gölün dibindədir, 

 Keçmişdəsə mədrəsə...          

 Bax əlləri cibindədir. 

 Günbəzinə nur saçıb 

 Parıldayır o bina 

 Ulduzlara yol açıb 

 Orada İbn Sina. 

 

2010-cu ildə Xanımana Əlibəylinin anadan olmasının 



90 illik yubileyi keçiriləcəkdi.Bu münasibətlə hazırlıq  

işlərinə  başlanldı . Respublika  Mədəniyyət və Turizm 

Nazirliyi  2008-ci ildə onun əsərlərinin  ikicildliyini nəşr 

etdi.  Kitabın tərtibçisi şairin qızı, professor Gülər 

Abdullabəyovadır. Akademik Bəkir Nəbiyev nəşrə  

Uşaq ədəbiyyatımızın Xanım anası” adlı ön söz yazdı. 

Ikicildliyin birinci cildində şairin poema və şeirləri daxil 

edildi. Şair sonralar  bu poemalardan bəzilərini pyesə 

çevirib. Məsələn, “Dovşanın ad günü” əsəri kimi. Ikinci 



25 

 

cilddə ədibin yeddi pyesi toplanıb. Əsərlərin adları da 



uşaq təfəkkürünə uyğundur: “Dovşanın ad günü”, 

“Aycan”, “Gözəllər gözəli”, “Kənd həkimi”, “Cunquş”, 

“Ləpələrin nağılı”, “Nişanlı quş”. 

Xanımana Əlibəyli 7 may 2007-ci ildə dünyasını 

dəyişmiş, Bakıda dəfn edilmişdir. 

   

                      Ədəbi-bədii gecə 



1-ci aparıcı:   Əziz uşaqlar, hörmətli qonaqlar. Bu gün 

bura Azərbaycan  uşaq ədəbiyyatının görkəmli 

nümayəndəsi, uşaqların sevimli şairi, nəğmələri dillər 

əzbəri olan Xanımana Əlibəylini  xatırlamaq üçün 

yığışmışıq. Axı, onun bu il 95 illik yubileyi  qeyd 

olunur.  



2-ci aparıcı: Xanımana Əlibəyli bədii yaradıcılığa 

həkim işlədiyi vaxtlarda başlamışdır. Ədəbiyyata  

sonsuz sevgisi olduğundan yaradıcılıqdan 

ayrılmamışdır.Uşaqlarımızın sağlamlığı, bugünkü və 

sabahkı  taleyi  bir həkim, bir şair kimi daim onu 

düşündürmüşdür:  

 

Sanki Allah bir qarlı qış 



Mənə şeir verdi bəxşiş 

O qışımı yaz eylədi, 

 Bəxtimi bəyaz eylədi. 

 Allah onu etdi ətir, 

 Səpdi aylara illərə. 

 Yalvardım Allahım yetir, 

 Şeirimi nəsillərə. 



26 

 

 



1-ci aparıcı:  Kuklaları xəstələnən qızcığazın  həvəslə 

onları müalicə etməsi  Qızcığazın həkim anasının  

xəstələnəndə ona göstərdiyi qayğı və şəfqətin  

nəticəsidir.              

                                                  Sağ qoluma bağladım 

                                                  Tez aypara nişanı. 

                                                  Yavaşca qucaqladım 

                                                   Atı, fili, dovşanı –  

                                                  Qoydum divanın üstə. 

                                                  Uzandı çoxlu xəstə: 

                                                  Keçi, dəvə, qaz, toyuq... 

                                                  Çoxuna dəyib soyuq. 

 

 

2-ci aparıcı:   Xanımana Əlibəyli uşaq ədəbiyyatımızın 



ləyaqətli damçılarındandır.                          

Mirzə Ələkbər Sabir, Abbas Səhhət...Xanımana 

Əlibəyli.. Şairin qızı, f.e.d. Gülər xanım Abdullabəyova 

anasının  Yaradıcılığı haqqında belə məlumat verir: 

“Anam tək uşaq şeirləri yox, sevgi şeirləri də yazırdı. 

Onun atama həsr etdiyi məhəbbət şeirləri olduqca 

maraqlı və gözəl idi. Düşünürəm ki, anam lirik şeirlər   

yazan şairə ola bilərdi. Amma o məhz uşaq ədəbiyyatını 

seçdi. Uşaq ədəbiyyatında olan boşluq onu çox narahat 

edirdi. İstəmirdi  ki, o, təkcə uşaq şairəsi kimi tanınsın. 

Şeirlər yaza-yaza həm də uşaq  həkimi vəzifəsində 

çalışırdı. Çünki uşaqlara olan sevgisi sonsuz idi. Lakin 

45-50 yaşlarında təqaüdə çıxaraq sırf poeziya ilə   



27 

 

 məşğul olmağa başladı. Daha həkim işləmədi. Bəlkə də 



sənətini  həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, 

səhhətində problem olsa da, yaradıcılığına fasilə 

vermirdi. Anam 85 yaşında dünyasını dəyişdi. Bu gün 

anam həyatda olmasa da unudulmur,  xalqının, onu 

sevən azyaşlıların, sənət yoldaşlarının qəlbində əbədi 

yaşayır ”. Bu, həqiqətən də belədir.  



“Gözəllər gözəli” pyesindən bir parçada...             

Günəş çıxıb. Alma günəşin şəfəqlərində yuyuna-yuyuna 

şən bir nəğmə oxuyur 

 

Meyvəqurdu Alma, nədir tutmusan 

                       Birdəfəlik kəsərəm 

                       Günəşin qabağını? 



                       Bu bağdan ayağını. 

Alma:            Meyvəqurdu, məni 

                       Gətirmə zara, 

                       Günəş mənimkidir 

                       Çəkil kənara. 

                       Günəşdən mən 

                       Almalıyam işığı, 

                       Bil ki, mənəm 

                       Bağların yaraşığı 

                       Bu dünyaya ən ləzzətli, 

                       Payam mən, 

                       Özüdə günəşə, 

                       Aya tayam mən  



      (Meyvəqurdu öz –özünə deyinərək gözdən itir) 

                           

Yerlərin ayına bax...



 


28 

 

                        Günəşin tayına bax... 



     Alça almanın özünü tərifləməsini eşidib deyir: 

                      Meyvəqurdu düz deyir. 

                       Mən lap məətəl qaldım 

                       Eşidəndə sözünü. 

                       Ay alma, boş yerə sən 

                       Təriflədin özünü. 

                       Atan “Al” yox 

                       Alma qoyub adını. 

                       Almasınlar,  

                       Bilməsinlər dadını. 

                       Heç alma dünyada 

                       Alçaya çatmaz. 

bunu eşidən heyva budaqdan başını qaldırır) 



                      Alça, tərifnamən 

                       Həddini aşdı. 

                       Səndəki turşudan 

                       Dişim qamaşdı. 

                       Mən Heyvayam, 

                       Xoşlayırlar ətrimi. 

                       İnsanlar hamıdan çox 

                       İstəyirlər xətrimi. 

            ( Bu tərifnaməni eşidən əncir:) 

                     Heyva, danışdığın  

                      Boş qalmaqaldır. 

                      Mən Əncirəm 

                      Dadım elə bil baldır. 

                      Əncirin çox xeyri var 

                      Oxşayıram o, 




29 

 

                      Saralan armuda.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                



Armud:        Bir buna bax, özünü  

                       Mənə tay etdi bu da. 

                       Məclislərdə hamının 

                       Ürəyinə yatıram 

                       Mən bütün xəstələrin  

                       İmdadına çatıram. 

 (Bu an meyvəqurdu kənardan durub acı-acı baxır. Al 

rəngli nar  gəlir) 

                      Armud,söylə sənə 

                       Nə ehtiyac var? 

                       O mənəm, xəstəyə  

                       Məndə əlac var. 

 (Meyvəqurdu yenə öz-özünə kənardan baxıb deyinir: 



Heç onu  yoxdur dərən, Danışır çərən-pərən )  

Nəhayət bu söhbətdən sonra meyvələr belə qərara 

gəlirlər ki, sabah müsabiqə     

təşkil olunsun, bilinsin ki, hansı meyvə daha yeməlidir)  

Bunu eşidən   

meyvəqurdu sevinərək aranı qarışdırmağa hazırlaşır.  

Meyvəqurdu: Meyvələr lovğadır çox, 

                        Heç birində dostluq yox. 

                        Danışdı hamı boş-boş, 

                        Heç kəsə gəlmədi xoş. 

                        Burda nə ki meyvə var, 

                        Bir günə qırmaq olar. 

   (Meyvəqurdu sağa-sola boylanır, alma olan budağa 

yaxınlaşır) 

                         Salam, ay qızıl alma salam 




30 

 

                         Sənə vardır vacib sözüm. 



                         Dünən axşam Narın özü, 

                         Sənə yaman tələ qurdu 

                         Nar möhkəm tapşırdı mənə, 

                         Bir bərk ziyan vurum sənə. 

        Alma:       Sən ziyan vurasan mənə?  

        M.q:          İnan, əl vurmaram sənə. 



Meyvəqurdu aranı çaxnaşdırmaq üçün sevincək narın 

yanına gəlir: 

                          Salam sənə  Gülövşə nar, 

                          Qarşında bir, təhlükə var. 

                          Almadır sənin qəddar düşmənin. 

         Nar:         Sağ ol, xəbər verdin mənə. 

                     Meyvəqurdu öz-özünə: 

                          Saldıq sizi rəqabətə 

                          Düşəcəksiz fəlakətə 



     Meyvəqurdu həşəratları çağırıb tapşırıq verir: 

                          Xəbər tutdum olacaq 

                          Sabah meyvə bayramı 

                          Meyvələr yarışacaq 

                          O saat bağa aşın  

                          Meyvələrə daraşın 



Alça və Heyva göylərdə Meyvəqurdunun kölgəsini 

görüb: 

                         Göylərə bax ay Alça, 

                         Uçur mavi bir xalça. 

   Heyva:          Yox dağlara çöküb duman. 

                         Düşmənlərdir o çox güman 




31 

 

(Meyvəqurdunun kələyindən xəbəri olan əncir Nara 



yaxınlaşıb qulağına) 

    Əncir:         Ey Nar, bir qulaq as mənə, 

                        Bir pis xəbər verim sənə. 

                        Həşərat istəyir Cuma 

                        Üstümüzə hücuma. 



      Nar:           Qorxma, kəsib yollarını, 

                        Bağlayarıq qollarını. 



(Meyvəqurdu gözdən itir. Alma sabahkı bayramda 

üstünlük qazanmaq üçün  çalışır., əynindəki zərli 

donuna sığal vurub hərlənir.) 

Alma:                Eh, narın başında 

                           Sınıq bir tac var. 

                           Mənimsə suyumda 

                           Min bir əlac var. 

                           Ay göndərib mənə 

                           Bu gözəl donu. 

                           Sabahki bayramda 

                           Geyinim onu. 

                           Hamıdan qiymətli 

                           Bir inci olum. 

                           Meyvələr içində 

                           Birinci olum. 

                           Məclisə saat onda 

                          Yola düşüm faytonda. 

                          Heyva Almaya tənə ilə: 

Heyva:              Tərifə tutmusan yenə özünü, 

                          Alma, saxla sabah söylə sözünü 

                          Telləri töküb belə,  



32 

 

                          Çox da lovğalanma elə. 



                          O gün, mənə sən demisən daş Heyva. 

                          Sabah isə deyəcəksən baş Heyva. 

Səhnədən hamı gedir. Yenidən Almanın nəğməsi 

esidilir. Nəğmə oxuya-oxuya yarışmaya tələsir. 



 Almanin nəğməsi:   Uzanır yol boyu alma ağacı 

                                    Almalardır hər azarın əlacı 

                                   O, göylərdə sovqat gedir hər yana, 

                                    Bir nemətdir, həyat verir insana. 

        Almanın nəğməsindən qəzəblənən meyvəqurdu: 

                                    Qoy oxusun şirin sözlər 

                                    Bir-birinə calansın 

                                    Fayton aşsın, qızıl Alma 

                                    Xəndəyə yumbalansın 



Almanın getdiyi fayton meyvəqurdunun diyirlədiyi daşa 

çırpılıb yerə dağılır. Alma        yenidən durub yoluna 

davam edir.Uzaqdan narın gözəl nəğməsi eşidilir. 

Nar nəğməsi:             

Gözəl meyvə var- var       

                                         Onun adı nar-nar 

             Səhnədə narın nəğməsinə hamı heyran qalır. 

                                        Mənim adım Nar-Nar, 

                                        Dadlı barım var-var 

                                        Mənim adım Nar-Nar, 

                                        Meyxoş meyvəm var-var  

                                        Payız fəsli gələndə, 

                                         Mən verirəm bar-bar. 

                       Bunu eşidən Meyvəqurdu Nara söz atır. 

                                        Meyvəqurdu toxunsa, 

                                        Ağlayarsan zar- zar. 



33 

 

Bu sözdən sonra münsiflər heyəti olan Şaftalı Ərik Narı 



qovub Almanı çağırırlar səhnəyə. Alma nəğməsini 

söyləyir, rəqs edir: 

                                       Mən durna kimi süzüm, 

                                        Düşmən ürəyini üzüm. 



Şaftalı və Ərik Almaya yüksək qiymət verirlər. Bunu 

görən Nar deyinir: 

(Nar , Heyva paxıllıqla Almanın rəqsinə tamaşa edirlər. 



Meyvəqurduların tələsindən xəbəri olan Əncir tövşiyə-

tövşiyə məclisə girərək yoldaşlarını xəbərdar etməyə 

tələsir.) 

         Əncir:                                  Ay meyvələr, 

                                              Gəldim xəbər verim mən, 

                                                  Aldatdı sizi düşmən. 

                                                  Yaramaz Meyvəqurdu 

                                                  Sizə bir tələ qurdu. 

                                                  Meyvələr,qalmayın tək 

                                                  Gəlin, gəlin birləşək! 

                                                  Qoruyaq bir-birimizi. 

                                            Düşmən məhv etməsin bizi! 

                                



 1-ci aparıcı:  Xanımana Əlibəylinin poemaları uşaqlara 

ibrət dərsi verən nümunələrdir.  Onun “Məni günəşə at ” 

kitabında  toplanmış “Məni günəşə at”, “Çoxbilmiş 

çəpişlər”,“ Anamın nəğməsi ”, “Aman ovçu”, 

“Mərcanqulu qalası”,  “Ulduzların qucağı”, “ Bir yaz 

səhəri ” poemaları  müasir  baxış bucağından  qələmə 

alınmışdır.   



34 

 

 2-ci aparıcı: Bu əsərlərin hər birində müəllif  ağıllı 



tədbirli olmağı uşaqlara   təlqin edir. Belə ki, ağıllı 

çəpişlərin vaxtında tədbir görməsi nəticəsində Qurd 

ocaqda yanır. Əziz uşaqlar, Xanımana Əlibəyli  bununla 

demək  istəyir ki, düşmən nə qədər güclü olsa da, ağlın 

gücü ilə onu  məğlub etmək olar.                                

 1-ci aparıcı:  Şairin  “Anamın nəğməsi” şeirində “ 

Çəpişlər ”in əksi olaraq düşünülməmiş atılan addımın 

heç bir nəticə verməyəcəyi  diqqətə çatdırılır. Yaxşı ki, 

toyuqların düşünülməmiş addımına  “düzəliş” edilir. 

Ovçunun   atdığı  sərrast bir güllə tülkünün  arzularını 

ürıyində qoyur. Balaları yoxa cıxarkən kədərli mahnı  

oxuyan ana toyuq,  şən nəğmələr oxumağa başlayır: 

Gəlin həmin nəğməni dinləyək. 

             (Oxucu  şeiri demək üçün səhnəyə gəlir ) 

                              Toyuqlarım gözəl-göyçək, 

                              Hərəsi bir cürə çiçək. 

                              Biri çil-çil, biri sarı, 

                              İpək kimi qanadları, 

                              Gəzin çöldə, gəzin düzdə,  

                              Səpilmişdir önünüzdə. 

                              Hər cürə dən, toyuqlarım, 

                              A mənim şən toyuqlarım

                                

2-ci aparıcı: 87 yaşında dünyasını dəyişən Xanımana 

Əlibəyli bu gün də unudulmur, xalqının, onu sevən 

azyaşlıların, sənət  yoldaşlarının qəlbində əbədi yaşayır.

 

 



                                            


35 

 

                     İstifadə edilmiş ədəbiyyat: 

 

1. Əlibəyli X. (1920-2007). Aman ovçu; Yuxuda; Qızıl 



şar: şeirlər// Azərbaycan uşaq ədəbiyyatı antologiyası. 3 

cilddə. C.2. - B.: Öndər, 2004. - S. 178-184. 

 

2. Uşaqların sevimli şairi : Xanımana Əlibəyli haqqında 



// Göy qurşağı. - 2007. - №3(8). - S.14-15.  

 

3.  .  Namazov  Q.  1945-1960-cı  illərdə  uşaq  ədəbiyyatı 



//Azərbaycan 

uşaq  ədəbiyyatı.  –  Bakı  Dövlət 

Universiteti  nəşriyyatı,  2007.  -  III  hissə:  Sovet  dövrü 

uşaq ədəbiyyatı, VI fəsil. - S. 272-284. 

4.  Namazov  Q.  Xanımana  Əlibəyli  (1923-2007)// 

Azərbaycan  uşaq  ədəbiyyatı.  -  B:  Bakı  Universiteti 

nəşriyyatı,  2007.  -  III  hissə:  Sovet  dövrü  uşaq 

ədəbiyyatı, VII fəsil. - S. 332-336. 

 

5.  Nəbiyev  B.  Uşaq  ədəbiyyatımızın  xanım  anası: 



Xanımana  Əlibəyli  //  Ədəbiyyat  qəzeti.  -  2008.  -  11 

yanvar. - S. 3-4. 

   

6. Eyvazov S. Uşaq məhəbbətini qazanmağın çətin yolu: 



Xanımana  Əlibəylinin  dramaturgiyası  haqqında  // 

Mədəniyyət. - 2011. - 20 aprel. - N 27. - S. 13. 

 

7.  Fərəcov  S.  Uşaqların  şəfqətli  ədibi:  Xanımana 



Əlibəyli // Mədəniyyət. - 2013. - 19 aprel. - № 28. - S. 

 



36 

 

         



Xanımana Əlibəylinin 95 illik yubileyi münasibəti ilə              

              respublika uşaq kitabxanaları  üçün hazırlanmış  

                                        metodik vəsait

 

 

 



 

 

 

Kompyuter yığımı 

və dizayn:                              Nərgiz Məcidova 

 

 

 

 



 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

F.Köçərli adına Respublika  

Uşaq Kitabxanasında  

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır: 25.07.2015 

Tirajı:100 

Pulsuz  


 

 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə