HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
  1   2   3   4   5   6   7   8   9   ...   13


____________Milli Kitabxana____________ 

 



    HƏBİBİ 

 

 



 

 

 



ŞEİRLƏR 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

"ŞƏRQ-QƏRB" 



BAKI-2006 

 



____________Milli Kitabxana____________ 

 



Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə 

hazırlanmışdır 

 

 



 

Toplayanı və tərtib edəni:  



Əzizağa Məmmədov 

Redaktoru:  

 

Aidə Paşayeva 

 

 



894.361 l-dc21  

AZE 

Həbibi. Şeirlər. Bakı, "Şərq-Qərb", 2006, 88 səh. 

 

Külliyatı bizə  gəlib çatmamış, XIV əsrin görkəmli Azərbaycan  şairi 



Nəsimi ilə XVI əsrdə yaşamış böyük Füzuli dövrləri arasında yetişən klassik 

Azərbaycan  şerinin görkəmli nümayəndəsi Həbibinin bu kitabda qəsidələri, 

qəzəlləri, müsəddəs və qitədən ibarət 47 şeri toplanmışdır. Bu şeirlər müxtəlif 

mənbələrdən, ayrı-ayrı cünglərin səhifələrindən köçürülmüşdür. Sadə və rəvan 

dildə yazılmış bu şeirlərdə xalq poeziyasının böyük təsiri aydın hiss olunur. 

 

ISBN 10       9952-34-019-2  



ISBN13 978-9952-34-019-8 

 

© "ŞƏRQ-QƏRB", 2006 



  


____________Milli Kitabxana____________ 

 




____________Milli Kitabxana____________ 

 



 

FÜZULİNİ HEYRAN EDƏN ŞAİRİMİZ 

 

XV  əsrin sonlarında Azərbaycanda Ağqoyunluların: hakimiyyəti 

dövründə yetişən görkəmli  şairlərdən biri də  Həbibidir. Həbibi onun 

təxəllüsüdür. Şairin əsil adına heç bir mənbədə rast gəlmirik. Nəsimi 

məktəbinin davamçısı olan, onun poetik ənənələrinə sadiq qalan 

Həbibi,  şeirlərində  həyata nikbin baxışı, dünyəvi meyilləri inkişaf 

etdirmişdir. Lakin öz sənətkar qələmi ilə böyük Füzulini belə heyran 

edən şairin divanı və ya külliyyatı hələlik bizə gəlib çatmamışdır. 

Həbibi Azərbaycanda, Göyçayın Bərgüşad kəndində anadan 

olmuşdur. Onun həyatının ilk dövrü haqqında Şah  İsmayıl Xətayinin 

oğlu Sam Mirzənin (1517-1576) 1550-ci ildə yazdığı “Töhfeyi-Sami” 

təzkirəsində  məlumat verilmişdir. Yoxsul bir ailədə dünyaya gələn 

Həbibi uşaqlığını çobanlıqla keçirmiş, bir təsadüf nəticəsində saray 

mühitinə düşmüş  və Uzun Həsənin ikinci oğlu Sultan Yaqubun 

himayəsində  tərbiyə alıb yetişmişdir. Sam Mirzə, Həbibinin uşaq 

yaşlarında ikən Sultan Yaquba rast gəlməsi hadisəsini xatırladaraq 

nağıl edir ki, bir gün Sultan Yaqub ovda imiş, yamacda otlayan 

quzuları görmüş  və bunların kimə  məxsus olduğunu öyrənmək üçün 

mülazimlərindən birini oraya yollamışdır. Həbibinin yanına gələn 

mülazim 


 


____________Milli Kitabxana____________ 

 



quzuların kiminki olduğunu soruşmuşdur. Cavab almadıqda sualını bir daha 

təkrar etmişdir. Zəkalı və hazırcavab Həbibi ilə mülazim arasında söhbət belə 

olmuşdur: 

Mülazim; - Bu quzular kimindir? 

Həbibi: - Qoyunların. 

Mülazim: - Kəndinizin böyükləri kimlərdir? 

Həbibi: - Öküzlər hamıdan böyükdür. 

Mülazim: - Mən onu soruşmuram, insanları qarşılayan kimlərdir, deyirəm. 

Həbibi: - Sənin kimi əziz adam gəlincə onu qarşılayan köpəklərdir. 

Bu cavablardan qəzəbə gələn mülazim türkcə deyir: 

- Ay, nə çapaydım səni!  

Həbibi: 


- Çap gör ki, yoldaşların getdi, - demişdir. Mülazim bu söhbəti padşaha ərz 

etmiş və bu gənc çobanın hazırcavablığı onun xoşuna gəldiyi üçün Həbibini öz 

tərbiyəsi altına almışdır. Həbibi də zəka və istedadı sayəsində şair olmuşdur... 

Şeir və  mədəniyyətə yüksək qiymət verən Sultan Yaqubun (1478-1490) 

hakimiyyəti zamanı Ağqoyunlu dövlətinə Azərbaycan, İraqi-Əcəm, İraqi-Ərəb, 

Fars, Kirman və  Şərqi Anadolunun bəzi sahələri daxil idi. Saraya gələndə 

Həbibinin 12-15 yaşlarında olduğunu fərz edə bilərik. Belə çıxır ki, şair 1470-

1475-ci illər arasında doğulmuşdur. Həbibinin həmin tarixdə doğulduğunu 

ədəbiyyatşünas Salman Mümtaz (Sultanüşşüəra Həbibi. "Füqəra füyuzatı", 



____________Milli Kitabxana____________ 

 



№3, 1921, səh.31-35), türk alimi Mehmed Fuad Köprülü 

("Darülfünunun  ədəbiyyat fakültəsi məcmuəsi". VIII c, sayı 5, 

İstanbul, 1932, səh.88), akademik Həmid Araslı (Azərbaycan 

ədəbiyyatı tarixi. I c, Bakı, 1943, səh.186-187) və professor 

M.Y.Quluzadə də (Azərbaycan ədəbiyyatı tarixi. I c, 1960, səh. 340-

341) təsdiq edirlər. 

1490-cı ildə Sultan Yaqubun ölümündən sonra hakimiyyət 

uğrunda Ağqoyunlu varisləri arasında yenidən ciddi ixtilaf başlandı. 

On ilə  qədər davam edən bu didişmədən Səfəvilər hakimiyyətinin 

əsasını qoyan Şah İsmayıl Xətayi bacarıqla istifadə etdi. İsmayıl 1502-

ci ilin əvvəlində  Ağqoyunlular hakimiyyətinin birinci qolu olan 

Əlvənd Mirzə hakimiyyətini tamamilə  məğlubiyyətə  uğratdı. Bir az 

sonra Ağqoyunlu dövlətinin Sultan Muradın başçılıq etdiyi ikinci qolu 

üzərində də qələbə qazandı. 1502-ci ildə Səfəvilər hakimiyyəti adı ilə 

məşhur olan bu dövlətin siyasi mərkəzi Təbriz şəhəri elan edildi. 

Ağqoyunluların hakimiyyəti devrildikdən sonra Həbibi  Şah 

İsmayılın sarayında boyük nüfuz qazanmış  və  hətta Məliküşşüəralıq 

mövqeyinə  qədər yüksəlmişdir. Azərbaycan dilində gözəl  şeirlər 

yazan  Şah  İsmayıl Xətayinin Həbibi kimi böyük bir şairə yüksək 

qiymət verməsi də çox təbiidir. Bundan başqa, Sam Mirzə  Şah 

İsmayılın Həbibiyə zarafatla "Gürzəddin" ləqəbini verdiyini qeyd edir 

ki, bu hökmdar şair ilə Həbibi arasındakı səmimi dostluğu və yaxınlığı 

göstərir. 

  



Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə