Heç vaxt doğru bildiyinden dönmə. Yoxsa bir daha bildiyini xatirlamaya bilərsən



Yüklə 6,8 Kb.
tarix26.09.2017
ölçüsü6,8 Kb.
#1631

Heç vaxt doğru bildiyinden dönmə. Yoxsa bir daha bildiyini xatirlamaya bilərsən.

Odlu Yuxu.

Gördüyü yuxular Emini tez-tez narahat edirdi. Son vaxtlar bu cür görməsi hətta onun gözlərinin yumulmasını çətinləşdirmişdi. O artıq gözlərini bağlamağa qorxurdu. Əvvəl bu onun ağlaması ilə büruzə verirdi, dil açandan sonra isə onun bu qeyri-adi yuxu görməsinə göstərdiyi reaksiyalar valideynlərini narahat edirdi. Bu vəziyyəti ilə bağlı həkimə müraciət etsələr də çarə tapılmırdı və bunun tiblə əlaqəli olmadığını deyirdilər. Yuxu görməsinin qarşısına çıxa bilməyəcəklərini qeyd edirdilər, ancaq sabitləşdirici dərmanlar verə biləcəklərini deyirdilər. Bəzən o yemək yeyərkən valideynlərinin üzündə qəribə cizgilər görürdü. Süfrə arxasında oturan Emin anasına baxır, anası sanki alovun içində dəhşətli şəkildə ağlayırdı. Bu yeni bir görüntü idi və artıq yuxu deyildi. Heç vaxt belə bir şey görməmişdi. Axır vaxtlar onların üzünə baxa bilmirdi. Bunu bir mollaya danışır. Mollanın ona inanmağı gəlmir. O isə "-yəqin sən o biri dünyada insanların yanacaqlarını görürsən". Bu Eminə çox pis təsir etmişdi. Çünki bu deyilənlər ailə üzvləri haqqında idi. Lakin sonra Emin bu görüntülərin mənasını dərk edir. Emin bu problemlərinə baxmayaraq ictimai fəaliyyətində çox uğurlu idi. Universitetdə hüquq fakültəsini bitirmişdi və vəkil işləyirdi. Cinayətkarlıqla məşğul olan dəstənin başçısı tutulur və Emin onun bütün pisliklərini ortaya çıxarmaq üçün gecə-gündüz çalışır. Zəhmətinin bəhrəsini görür. Məhkəmədə hər şeyi sübutu ilə hakimə təqdim edir. Ona ömürlük həbs cəzası verirler. Zaldan çıxarkən Eminə "-Mən ölmədim, hələ də yaşayıram. Ancaq sən gərək belə etməyəydin"- dedi.

Emin"-Etməsəm daha da cəmiyyəti zəhərləməyinə göz yummalı olacaqdim”. Hakim bu hadisənin sabahı Eminin evinə gəlir və buna görə onu rahat buraxmayacaqlarını söyləyir. Daha da ehtiyatlı olmasını tapşırır. Hakim evdən çıxır, Emin pəncərədən hakimin getməsini izləyir. Hakim avtomobilinə yaxınlaşır və qapını açdırır. Eminin anası çıxır avtomobildən və başlayır qışqıraraq ağlamağa. Emin dəhşətə gəlir. Anasını necə görmüşdüsə eynilə indi də görürdü. Ancaq od yox idi. Anası nə qədər evə yaxınlaşmaq istəsə də hakimin adamlari qoymurdu. Emin qapını açmaq istəsə də, qapı açılmır. Emin evin yandığını hiss edir. Artıq elə yanğın baş vermişdi ki, Emin yerindən tərpənə bilmirdi. Ağlayan ana oğlunun qışqırıq səsin eşidən kimi dayana bilmir özündən gedir. Buraya gələn polis və yanğınsöndürənlər yerdə ananı, evdən isə Eminin yanmış cəsədini tapırlar. Bu hadisə ilə bağlı bir həftə televiziyalarda xəbərlər və verilişlər oldu. Bu hadisəni televiziyada görən həmin molla şoka düşür və Eminin ölüm anını qabaqcadan gördüyünü anlayır. Eminin anası isə iflic olur. Evdə oturaq halda gözlərini qapıya zilləyir və oğlunun nə vaxtsa qayıdacağını gözləyirdi...Son...



(safliq dünyası).
Yüklə 6,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə