Həmd yalnız Allaha məxsusdur



Yüklə 92,72 Kb.
tarix16.11.2017
ölçüsü92,72 Kb.
#10516

Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və şəriki də yoxdur. Şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur.

Ön söz

       Həmd aləmlərin Rəbbi Allaha məxsusdur, gözəl nəticə (Cənnət), Allahdan lazımı qədər qorxan müttəqilər üçündür. Düşmənlik ancaq zalımlaradır. Allahdan başqa (haqqı ilə ibadət ediləcək) bir ilahın olmadığına, Onun bir olduğuna və ortağının olmadığına, Məhəmməd (s.ə.s)-in Allahın qulu və elçisi, peyğəmbərlərin sonuncusu, müttəqilərin qabaqcılı olduğuna şəhadət edirəm. Heç şübhəsiz ki, Uca Allah elçisi Məhəmməd (s.ə.s)-i aləmlərə rəhmət, möminlərə gözəl bir misal, bütün qullarına hüccət olması üçün hidayət və haqq dini ilə göndərmişdir. Uca Allah qullarının xeyrinə olan hər bir şeyi onların dini və dünyəvi hallarını düzəltmək, onların doğru inanca, sağlam əməllərə, gözəl əxlaqa və uca bir təbiətə sahib olmaları üçün Məhəmməd (s.ə.s)-ə endirdiyi Qurani Kərim və hikmətlə açıqlamışdır.


       Məhəmməd (s.ə.s) ümmətini gecəsi də gündüzü kimi apaçıq bir yol olan İslam dini üzrə buraxmışdı. O yoldan ancaq özünü həlak edən uzaqlaşır.
       Allah və Rəsulunun dəvətinə tabe olan səhabə, tabiin və onlara ən gözəl bir şəkildə tabe olan ümməti də bu haqq yolla gedmiş, inanc, ibadət, əxlaq və tərbiyə yönündən şəriətini tətbiq edərək Onun sünnəsinə sımsıx sarılmışlar. Beləcə özlərini düşmən edən və pis davrananların onlara heç bir zərər verəməyəcəyi və Allahın əmri gəlib qiyamət qopana qədər bu haqq yol üzrə olacaq olan taifə sadəcə onlar olmuşlar.
       Bizlər, Allaha həmd olsun onların yolunda gedən, onlar kimi Quran və Sünnə ilə hidayətə nail olan, bunu Allahın üzərimizdəki bir neməti olaraq görən və hər möminin belə olması lazım olduğuna inananlarıq.
       Uca Allahdan bizləri və müsəlman qardaşlarımızı dünya və axirətdə «Lə iləhə illəllah» kəliməsi ilə sabit etməsini və bizlərə tərəfindən rəhmət ehsan etməsini diləyirik. Şübhəsiz ki, O, qarşılıqsız və çox verəndir.
       Bu mövzunun əhəmiyyəti və insanların bu mövzuda bir çox fikir ayrılığına düşmələri səbəbilə Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyrinə və şərrinə inanmaq olan əhli sünnə vəl cəmaə inancımızı xülasə olaraq qələmə almağı uyğun gördüm.
       Uca Allahdan, bu çalışmamı kəramətli Üzünə/Vəchinə, xalis və rizasına uyğun, qullarına da faydalı etməsini diləyirəm.
      

Məhəmməd b. Saleh əl-Useymin

1

ALLAHA İMAN

       Uca Allahın sifətləri haqqında, təfsilatlı və əsas, isbat və rədd yönündən söylədiyimiz hər şeydə Rəbbimizin Kitabı ilə Peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in sünnəsinə, bu yolda gedmiş ilk müsəlmanların yoluna və onlardan sonra gələn hidayət qabaqcılları olan imamların fikirlərinə söykəndik
       Bizlər
       Uca Allahın mövzusunda Quran və Sünnənin bildirdiklərinin Allaha yaraşan bir şəkildə zahirən və həqiqi anlamına görə alınması vacib olduğuna inanırıq.
       Bizlər
       Uca Allahın sifətlərini təhrif edərək Allah və Rəsulunun qəsd etdikləri mənadan başqa mənalara dəyişdirənlərin yolundan uzaq dururuq.
       Bizlər
       Uca Allahın sifətlərini, Allah və Rəsulunun qəsd etdikləri mənalardan yan keçənlərin yolundan uzaq dururuq.
       Bizlər
       Uca Allahın sifətlərinə misal və ya keyfiyyət verməklə həddini aşanların yolundan uzaq dururuq. Uca Allah kitabı ilə Peyğəmbəri (s.ə.s)-in sünnəsində göstərilən şeylərin haqq olduğunu, xəbər verilən bu şeylərdə hər hansı bir ixtilafın olmadığını yəqin olaraq bilirik. Uca Allah bu barədə belə buyurur: «Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.» (Nisa, 82)
       Çünki xəbər verilən mövzularda ixtilafın olması, bu mövzuların birbirini yalanlamasını vacib edir. (Yəni birinin doğru, digərinin yalan olmasını vacib edir) Uca Allah və elçisi Məhəmməd (s.ə.s)-in xəbər verdiyi mövzularda belə bir şeyin olması imkansızdır.
       Hər kim, Allahın kitabında və rəsulu Məhəmməd (s.ə.s)-in sünnəsində və ya Quran ilə sünnə arasında bir ixtilafın olduğunu iddia edərsə, o kimsə pis niyyətli və qəlbində əyrilik olan bir insandır. Onun dərhal tövbə etməsi və içərisində olduğu zəlalətdən qurtulması lazımdır.
       Allahın kitabı və Rəsulunun sünnəsində, yaxud da Quran ilə sünnə arasında bir ixtilafın olduğunu zənn edən kimsənin ya elmi yetərsizdir, ya anlayışı qısadır, ya da yaxşıca düşünməmişdir. Buna görə, haqqın açıq-aydın ortaya çıxması üçün bu kimsənin elmi araşdırma etməsi, yaxşıca düşünə bilməsi üçün çox çalışması lazımdır. Haqq bəlli olmasa belə işi bilənə həvalə etməsi, pis zənnlərdən uzaq durması və elmdə dərinləşmiş olanlar kimi belə deməsi lazımdır: «Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", - deyərlər.» (Ali-İmran, 7) Bilinməsi lazımdır ki, Quran və Sünnədə və ya hər ikisi arasında heç bir ixtilaf yoxdur.


MƏLƏKLƏRƏ İMAN

      
       Bizlər


       Uca Allahın mələklərinə, onlara fəzilətlər vermiş Allaha yaxın qullar olduqlarına, itaətləri vacibliyi Rəbbləri onlara əmr etmədikcə danışmadıqlarına və onlara izin vermədikcə bir iş etmədiklərinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Kafirlər: ) "Rəhman (mələklərdən Özünə) övlad götürdü!" - dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır. 27. (Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.» (Ənbiya, 26-27) Uca Allah, mələklərini yalnızca Özünə ibadət etmələri və əmrinə təslim olmaları üçün yaradmışdır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Onun dərgahında olanlar (rütbə və şərəf e’tibarilə mə’nən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şə’ninə təriflər deyərlər.» (Ənbiya, 19-20) Uca Allah, mələkləri bizdən gizlədiyi üçün onları görə bilmirik. Ancaq onları bəzi qullarına göstərmiş. Peyğəmbər (s.ə.s) Cəbrayıl (ə.s)-ı üfüqləri örtmüş altı yüz qanadı olduğu halda həqiqi surətində görmüşdü. (Buxari, 3234; Muslim, 177) Yenə Cəbrayıl (ə.s) Məryəmə tam bir insan surətində görünmüş, Məryəm onunla, o da Məryəmlə qarşılıqlı söhbət etmişdir. Yenə Cəbrayıl (ə.s) səhabələrin yanında, heç kimin onu tanımadığı, üzərində heç bir səfər əlaməti olmayan, ağ paltarlı, qara saçlı bir adam surətində, Peyğəmbər (s.ə.s)-in yanına gələrək önündə oturmuş, dizlərini dizlərinə dayamış, əllərini Peyğəmbər (s.ə.s)-in baldırlarının üzərinə qoyub onunla qarşılıqlı söhbət etmiş, ayrıldıqdan sonra Peyğəmbər (s.ə.s) səhabələrinə onun Cəbrayıl (ə.s) olduğunu xəbər vermişdir. (Buxari, 4777; Muslim, 9; İbn Macə, 64)
       Bizlər
       Mələklərin yerinə yetirməyə məcbur olduqları bəzi vəzifələri olduğuna inanırıq.
       Bu mələklərdən bəziləri bunlardır:
       Cəbrayıl: Vəhylə vəzifələndirilmiş mələkdir. Uca Allahdan aldığı vəhyi Uca Allahın dilədiyi peyğəmbərinə və ya rəsuluna çatdırır.
       Mikayıl: Yağış yağdırmaq və bitkiləri yetişdirməkdə vəzifələndirilən mələkdir.
       İsrafil: Birinci və ikinci qiyamətin qopması üçün sura üfləməklə vəzifələndirilən mələkdir. (Birinci dəfə sura üfləndiyində bütün canlılar öləcək. İkinci dəfə sura üfləndiyində isə hər kəs təkrar diriləcək, qəbrlərindən qaldırılaraq hesab vermək üçün Allahın hüzurunda duracaqlar. Hesab vermək üçün ayağa qalxacağından kiyamət deyilmişdir)
       Ölüm mələyi: Ölüm anında canlılardan ruhlarını almaqla vəzifələndirilən mələkdir. (Ölüm mələyi səhih elm kitabların heç birisində Əzrayıl adı ilə bildirilməmişdir (Tərcüməçi))
       Dağ mələkləri: Dağlarla vəzifələndirilən mələklərdir.
       Malik: Cəhənnəmin keşikçisidir
       Rahim mələkləri: Ana bətnindəki körpənin əcəllərini, rizqlərini, cənnətlik mi, cəhənnəmlik mi olduqlarını yazmağa vəzifələndirilən mələklər.
       Qoruyucu mələklər: Hər növ təhlükəyə qarşı insanları qorumaqla vəzifələndirilən mələklər.
       Əməlləri yazan mələklər: İnsanların işlədikləri əməlləri qeyd edən mələklər. Uca Allah insanın əməllərini yazmaqda vəzifələndirmiş mələklər haqqında belə buyurur: «Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! 18. Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!» (Qaf, 17-18)
       Qəbir mələkləri: Ölü qəbrə qoyulduğundan sonra ona üç şey haqqında sual verən iki mələkdir. Bu iki mələk qəbirdə ölünün yanına gəlir və ona: Rəbbi, dini və peyğəmbəri haqqında sual verir. Uca Allah bu barədə belə buyurur: «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!» (İbrahim, 27)
       Cənnət əhlinin mələkləri: Cənnətin hər qapısından cənnət əhlinin yanına gələrək onları salamlamaq və onları cənnət nemətləri ilə müjdələməklə vəzifələndirilən mələklərdir. Uca Allah bu barədə belə buyurur: «Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara): "(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!" - deyəcəklər. « (Rad, 23-24)
       Peyğəmbər (s.ə.s) də səmada «Beytul-Mamur» deyilən yerə hər gün yetmiş min mələyin girdiyini-başqa bir rəvayətdə orada namaz qıldığını-qiyamət gününə qədər də onlara sıra gəlmədiyi üçün bir daha ora dönəməyəcəyini xəbər verdiyi mələklər də vardır. (Buxari, 3207; Muslim, 164)

KİTABLARA İMAN

       Bizlər


       Uca Allahın aləmlərə hüccət olsun deyə və əməl edənlərə açıq aydın yolu göstərmək, onlara hikməyi öyrədib nəfslərini təmizləmələri üçün peyğəmbərlərinə kitablar endirdiyinə inanırıq.
       Bizlər
       Uca Allahın hər peyğəmbərlərlə birlikdə kitab endirdiyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö’cüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.» (Hədid, 25)
       Allahın bildiyimiz kitabları bunlardır:
       1. Tövrat: Uca Allah tərəfindən Musa (ə.s)-a endirilən İsrail oğullarının ən böyük kitabıdır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!» (Maidə, 44)
       2. İncil: Uca Allahın İsa (ə.s)-a endirdiyi Tövratı təsdiq edici və tamamlayıcı halda olan bir kitabdır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.» (Maidə, 46) «Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bə’zi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim» (Ali İmran, 50)
       3. Zəbur: Uca Allahın Davud (ə.s)-a vermiş olduğu kitabdır.
       4. Suhuf: İbrahim (ə.s)-la Musa (ə.s)-a enmiş olan səhifələrdir.
       5. Qurani Kərim: Uca Allahın peyğəmbərlərin sonuncusu olan Məhəmməd (s.ə.s)-ə endirmiş olduğu kitabdır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir.» (Bəqərə, 185)
       Qurani Kərim özündən əvvəl enən kitabları təsdiq etməsi və onlara hakim olması üçün göndərmişdir. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Ya Rəsulum!) Biz (Qur’anı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Qur’an) ilə hökm et» (Maidə, 48)
       Uca Allah daha əvvəl enən bütün kitabların hökmünü Qurani Kərim ilə ortadan qaldırmış, Qurani Kərim ilə oynamaq və onu təhrif etmək istəyənlərdən qorumağı öz üzərinə götürmüşdür. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq» (Hicr, 9)
       Çünki Qurani Kərim (üzr bəyan etməmələri üçün) qiyamətə qədər cinlərlə insanların hamısına birdən bir hüccət/dəlil olaraq qalacaqdır.
       Qurani Kərimdən əvvəlki kitabların hamısı keçici bir müddət üçün keçərli idi. Bir sonrakı kitab, bir əvvəlki kitabın hökmünü ortadan qaldırır və əvvəlki kitabda meydana gələn təhrif və dəyişikliyi bir sonrakı kitabda açıqlayır.
       Bu səbəblə Qurani Kərimdən əvvəlki kitabların heç biri, təhrif edilməkdən, artırılmaqdan və ya nöqsanlı olmaqdan qurtula bilməmişlər. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir» (Nisa, 46) «Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: "Bu, Allah tərəfindəndir!" - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!» (Bəqərə, 79) «De: "Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz.» (Ənam, 91) «(Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: "Bunlar Allah tərəfindəndir", -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, "Bu, Allah dərgahındandır",- deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!" - desin.» (Ali İmran, 78-79) «Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Qur’an) gəldi.» (Maidə, 15) «"Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular.» (Maidə, 17)


RƏSULLARA İMAN

       Bizlər


       İnsanların qiyamət günü Allaha qarşı bir üzür bəyan etməmələri və Allahın savabını müjdələmək və əzabından da çəkindirmək üçün Uca Allahın rəsullar göndərdiyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Biz peyğəmbərləri (mö’minlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!» (Nisa, 165)
       Bizlər
       Onların ilkinin Nuh, sonuncusunun da Məhəmməd (s.ə.s) olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik.» (Nisa, 163) «Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!» (Əhzab, 40)
       Bizlər
       Rəsulların ən fəzilətlisinin sırası ilə Məhəmməd, sonra İbrahim, sonra Musa, sonra Nuh, sonra da Məryəm oğlu İsa olduğuna inanırıq. Necə ki, Uca Allah bir ayədə onları yada salaraq belə buyurur: «(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq» (Əhzab, 7)

AXİRƏT GÜNÜNƏ İMAN

       Bizlər


       İnsanların Allahın hüzurunda hesaba çəkilmək üçün diriltiləcəkləri, ya nemətlər yurdu olan cənnət, ya da şiddətli əzab yurdu olan cəhənnəmdə qalacaqları, o gündən sonra başqa bir gün olmayacaq olan və qiyamət günü olaraq da bilinən axirət gününə inanırıq.
       Bizlər
       İsrafil (ə.s)-ın ikinci dəfə surə üfləməsi ilə Uca Allahın hesaba çəkmək üçün ölüləri dirildəcəyi ölümdən sonrakı dirilişə və qəbirlərdən çıxarılacağımıza inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!» (Zumər, 68)
       İnsanlar, qəbirlərindən qaldırılacaq, ayaqyalın, üzərilərində heç bir paltar olmadan, anadangəlmə və sünnətsiz bir şəkildə Aləmlərin Rəbbinin hüzurunda hesaba duracaqlar. Necə ki, Uca Allah bu barədə belə buyurur: «O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz və’di mütləq yerinə yetirəcəyik.» (Ənbiya, 104)Bizlər
       Əməl dəftərlərinin insanların sağ tərəfindən vəya arxalarının solundan verildiyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Kimin əməl dəftəri sağ əlinə verilmişsə, Onun yüngül haqq-hesab çəkiləcək Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: "Ay öldüm!" - deyə şivən qopardacaq, Və Cəhənnəmə vasil olacaqdır!» (İnşikak, 7-12) Başqa bir ayədə isə belə buyurur: «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!" « (İsra, 13-14)
       Bizlər
       Əməllərin çəkiləcəyi mizanın (tərəzinin) qiyamət günü ortaya qoyulacağına və heç kimsənin (zərrə miqdarı qədər) haqsızlıq görməyəcəyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)» (Zəlzələ, 7-8) Başqa bir ayədə belə buyurur: «Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar.Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar. « (Muminun, 102-104) Başqa bir ayədə belə buyurur: «Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.» (Ənam, 160)
       Bizlər
       Rəsulallah (s.ə.s)-in özünə xas olan böyük şəfaətinə inanırıq. İnsanlar qiyamət günü dayanılmayacaq qədər böyük sıxıntı və kədərlə qarşılaşınca, onlara şəfaətçi olması üçün sırası ilə Adəm, sonra Nuh, sonra İbrahim, sonra Musa, sonra İsa, son olaraq da Məhəmməd (s.ə.s)-in yanına gələcəklər. Rəsulallah (s.ə.s) – Allahın izni ilə – qulları arasında hökm vermək üçün Allahın hüzurunda şəfaətçi olacaqdır.
       Bizlər
       Peyğəmbərimiz Məhəmməd (s.ə.s) ilə digər peyğəmbərlərin, möminlərin və mələklərin, cəhənnəmə girən möminlərə – Allahın izni ilə – şəfaət edib cəhənnəmdən çıxarılacaqlarına inanırıq.
       Bizlər
       Uca Allahın şəfaətə lüzum duymadan, lütf və rəhmətilə iman edib bir çox topluluğu Cəhənnəmdən çıxaracağına inanırıq.
       Bizlər
       Rəsulallah (s.ə.s)-in (qiyamət günü) hovuzunun olacağına, suyunun süddən daha ağ, dadının baldan daha dadlı, qoxusunun misdən daha gözəl, eni və boyunun bir aylıq yol məsafəsi qədər geniş, daşlarının göydəki ulduzlar qədər gözəl və çox olacağına, ümmətindən sadəcə mömin olanların ondan içəcəyinə və ondan bir dəfə içənin bir daha əbədiyyən susamayacağına inanırıq.
       Bizlər
       Qiyamət günü Cəhənnəmin üzərinə qurulacaq olan Sirat körpüsünə inanırıq. İnsanlar, onun üzərindən əməllərinə görə keçəcəklər. İlk topluluq ildırım kimi, ikinci topluluq külək kimi, üçüncü topluluq quşlar kimi, sonrakı topluluq isə normal addımlarla Sirat körpüsünün üzərindən keçəcəklər.
       Peyğəmbər (s.ə.s) Sirat körpüsünün üzərində ayaqda duracaq və belə yalvaracaqdır: «Ya Rabbi! Bizləri, (Sirat körpüsünün çətinliyindən qurtarıb onun qorxusundan) əmin et»
       Qulların işləri bitincə, onlardan sonra sürünərək başqa bir topluluq gələcəkdir. Sirat körpüsünün hər iki tərəfində onlara əmr ediləni tutmaq üçün asılı dəmir qancalar olacaq. Qancaları tutmayaanlar qurtulacaq, tutanlar isə Cəhənnəmə atılacaqdır.
       Bizlər
       Quran və Sünnədə qiyamət günü və onun dəhşəti haqqında xəbər verilən hər şeyə inanırıq. Uca Allah, o günün dəhşətində bizlərə kömək eləsin. (Amin)
       Bizlər
       Peyğəmbər (s.ə.s)-in Cənnətə girmələri üçün cənnət əhlinə şəfaət edəcəyini və bu şəfaətin sadəcə ona xas olduğuna inanırıq.
       Bizlər
       Cənnət və Cəhənnəmə inanırıq. Cənnət, Uca Allahın müttəqi möminlər üçün hazırladığı nemətlər yurdudur. Orada heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç kimsənin ağlına gəlməyən nemətlər vardır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (mö’minlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür ne’mətlər gizlənib saxlandığını heç kəs bilməz!» (Səcdə, 17) Cəhənnəm Uca Allahın zalım kafirlər üçün hazırladığı əzab yurdudur. Orada ağla gəlməyən əzab və işgəncələr vardır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Və de: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!» (Kəhf, 29) Cənnət və Cəhənnəm bu an vardır və əbədiyyən də yox olmayacaqdır. Necə ki, Uca Allah Cənnət haqqında belə buyurur: «Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (mö’minlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!» (Talaq, 11) Cəhənnəm haqqında isə belə buyurur: «Şübhəsiz ki, Allah kafirlərə lə’nət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər. Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.» (Əhzab, 64-66) Quran və sünnənin birbaşa adlarını və vəsflərini göstərərək cənnətli olduqlarına şahidlik etdiklərinə bizlər də cənnətlik olduqlarına şahidlik edirik. Əbu Bəkr, Ömər, Osma, Əli (Allah onlardan razı olsun) və bəzi səhabələrin cənnətlik olduqlarına Peyğəmbər (s.ə.s) birbaşa özü şahidlik etmişdir.
       Quran və Sünnənin mömin və müttəqi olaraq vəsf etdiyi hər kəsin cənnətlik olduğuna şahidlik edirik.
       Quran və Sünnənin birbaşa adlarını və vəsflərini göstərib cəhənnəmlik olduqlarına şəhadət etdiyi kimsələrin cəhənnəmlik olduqlarına bizlər də şahidlik edirik.
       Quran və Sünnə, Əbu Ləhəb, Əmr b. Luhay əl-Huzai və onun kimi kimsələrin birbaşa cəhənnəmlik olduqlarına şahidlik edmişdir.
       Quran və Sünnə, kafir, böyük şirk işləyən və münafiq olaraq vəsf etdiyi hər kəsin cəhənnəmlik olduqlarına şahidlik edmişdir.
       Ölünün, qəbrə qoyulduqdan sonra Rəbbi, din və peyğəmbəri haqqında sorğuya çəkiləcək olduğu qəbir fitnəsinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər» (İbrahim, 27) Mömin : «Rəbbim Allah, dinim İslam və peyğəmbərim Məhəmməd (s.ə.s)» - deyəcəkdir.
       Kafir və münafiq isə : «Bilmirəm, insanların bir şeylər dediklərini eşitdim, mən də elə dedim» - deyəcəkdir.
       Bizlər
       Uca Allahın qəbir həyatında möminlər üçün qəbir nemətlərinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!" - deyərlər.» (Nəhl, 32)
       Bizlər
       Uca Allahın qəbir həyatında zalım kafirlər üçün hazırladığı qəbir əzabına inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!» (Ənam, 93)
       Bu mövzuda rəvayət edilən hədislər çox olub bilinməkdədir. Quran və Sünnənin qeybə aid mövzularda xəbər verdiyi hər şeyə inanması, bu mövzuları dünyada görülən şeylərlə müqayisə edərək onlara etiraz etməməsi lazımdır. Çünki axirətlə əlaqəli mövzular hər ikisi arasındakı böyük fərqə görə dünyadakı şeylərlə müqayisə olunması mümkün deyil.
       Yalnızca Uca Allahdan yardım diləyirik.

QƏZA VƏ QƏDƏRƏ İMAN

       Bizlər,,


       Uca Allahın əzəli elmi və uca hikmətinə görə, kainat haqqında təqdir etdiyi qədərin xeyrinə və şərrinə inanırıq. Qədərə imanın dörd mərtəbəsi vardır:
       Birinci mərtəbə: Elm
       Bizlər,,
       Uca Allahın hər şeyi haqqı ilə bildiyinə inanırıq. O, keçmişdə olanla gələcəkdə olacaq olanı, onun necə olacağını, əzəli və əbədi elmi ilə bilir. Onun bir şeyi bilməyərkən bilər hala gəlməsi və ya bilirkən unudması mümkün deyil.
       İkinci mərtəbə: Kitabə (yazılış)
       Bizlər,,
       Uca Allahın qiyamət gününə qədər olacaq olan şeyləri Lövhi Məhfuzda yazdığına inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!» (Həcc, 70)
       Üçüncü mərtəbə: məşiət (iradə)
       Bizlər,,
       Uca Allahın göylərdə və yerdə olan hər şeyi dilədiyinə, Onun iradəsi olmadan heç bir şeyin olmayacağına, dilədiyinin olacağına və diləmədiyinin də olmayacağına inanırıq.
       Dördüncü mərtəbə: Yaratma
       Bizlər,,
       Uca Allahın hər şeyi yaratdığına, göylərin və yerin xəzinələrinin Onun əlində olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir» (Zumər, 62-63)
       Bu dörd mərtəbə Allahın yaratdıqlarını əhatə etdiyi kimi, qulların da etdiklərini əhatə edir. Qulların söylədikləri sözlər, etdikləri işlər və ya etməyib tərk etdikləri şeyin hamısı, Uca Allah tərəfindən bilinməkdə və Onun qatında yazılı olmaqdadır. O şeyləri, Uca Allah diləmiş və yaratmışdır.
       Necə ki, Uca Allah aşağıdakı ayələrdə bu mövzuda belə buyurur: «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz!» (Təkvir, 28-29) «Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!» (Bəqərə, 253) «Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!» (Ənam, 137) «Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!"« (Saffat, 96)
       Bizlər,,
       Bununla birlikdə Uca Allahın quluna seçmə haqqı ilə güc verdiyinə, felin birbaşa bu ikisi ilə həyata keçdiyinə inanırıq. Qulun etdiyi felin, onun seçimi və gücü ilə olduğuna dəlalət edən ayələr olduqca çoxdur:
       Birincisi: «İstədiyiniz vaxtda öz tarlanıza gəlin!» (Bəqərə, 223) «Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər.» (Tövbə, 46) Uca Allah zövcəsi ilə birləşməsini qulunun özü diləməsi və savaşa hazırlıq etməsini də qulun özünün iradəsilə olduğunu bu iki ayədə bildirir.
       İkincisi: Uca Allahın quluna bir şeyi əmr etməsi və ya quluna o şeyi qadağan etməsi. Əgər qulun bu mövzuda seçmə haqqı və gücü olmasaydı, bu onu qaldıramayacağı bir cavabdehlik olardı ki, bu vəziyyət Uca Allahın hikmətinə, rəhmətinə və bu ayədə xəbər verdiyi doğru sözün əksinə olardı: «Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər).» (Bəqərə, 286)
       Üçüncüsü: Yaxşılıq edənin etdiyi yaxşılığına qarşı öyülməsi, pislik edənin isə etdiyi pisliyə görə qınanması və hər kəsin qazandığını alması. Əgər qulun əməli öz iradəsi və seçimi ilə olmasaydı, Uca Allahın yaxşılıq edəni öyməsi əbəs, pislik edənin cəzalandırılması da zülüm olardı ki, Uca Allah əbəslə məşğul olmaqdan və zülm etməkdən üzaqdır.
       Dördüncüsü: Uca Allahın qiyamət günü peyğəmbərlərdən sonra Allaha qarşı bir üzr bəyan etməmələri üçün müjdələyici və çəkindirici olmaları üçün peyğəmbərlər göndərmişdir. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Biz peyğəmbərləri (mö’minlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın.» (Nisa, 165) Əgər qulun əməli, öz iradə və seçimi ilə olmasaydı, Uca Allahın peyğəmbərlər göndərməsinin həqiqəti boşa çıxardı.
       Beşincisi: Hər insan bir şeyi etdiyində və ya etməyi tərk etdiyində heç bir zaman məcbur olaraq nə oturur, nə girir, nə çıxır, nə səfər edir və ya etmir. Bunların hamısını öz iradəsi ilə edər. Bunları edərkən də heç kimsənin onu məcbur etdiyini hiss etməz. Əksinə, bir şeyi öz iradə və seçimi ilə edən kimsə ilə, ona zorla etdirilən insan olduqca asan fərqlənir. Eyni zamanda dinimiz də bu ikisi arasında hikmətli bir şəkildə fərq etmişdir. Necə ki, Uca Allah öz haqqına dair danışdığı mövzülarda başqasının məcburiyyəti ilə edilən işi cavabdeh tutmamışdır.
       Bizlər,,
       Uca Allahın qədərini həqiqi göstərib üsyan edənin üsyanında heç bir haqlılıq payının olmadığını bilirik. Çünki günah işləyən kimsə Uca Allahın onun haqqında nə təqdir etdiyini bilmədən öz seçimi ilə günah işləyir. Buna görə bir kimsə Uca Allahın onun haqqında nə təqdir etdiyini ancaq baş verəndən sonra öyrənir. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz.» (Loğman, 34)
       İnsanın bir işi etdikdən sonra bilmədiyi bir həqiqəti üzr bəyan etməsi heç doğru olarmı? Necə ki, Uca Allah bu barədə belə buyurur: «Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!"« (Ənam, 148)
       Qədəri aşkar edib günah işləyən kəsə deyirik ki: «Uca Allah sənin haqqında itaəti təqdir etdiyi halda nə üçün itaət etmədir? Çünki baş vermədən əvvəl təqdir olunan bir şeyi bilinmədiyi üçün itaətlə günah arasında heç bir fərq yoxdur» Bu səbəblə Peyğəmbər (s.ə.s) Uca Allahın hər kəsə Cənnət və Cəhənnəmdə qalacağı yeri yazdığını əshabına xəbər verincə, əshabı ona : «O halda (Allaha) təvəkkül edib çalışmağı buraxaq mı?» Peyğəmbər (s.ə.s) onlara: «Xeyir, çalışın. Hər kəsə özü üçün təqdir olunanı etməyə asan görəcək»-deyə buyurdu. (Buxari, 4945; Muslim, 2647; Tirmizi, 2136)
       Qədəri həqiqət göstərib günah işləyənə deyərik ki: Məkkəyə getmək istəyirsən. Məkkəyə getmək üçün də iki yol olduğunu, bu iki yolun birinin qorxunc və çətin, digərinin isə əmin amanlı və asan olduğunu doğru sözlü birisi sənə söyləsə ikinci yolu seçərsən. Mənim üçün bu yol təqdir edildi deyərək birinci yolu seçmən mümkün deyil. Belə etsən insanlar sənin dəli olduğunu söyləyərlər.
       Yenə, qədəri həqiqət göstərib günah işləyənə deyərik ki: sənə iki vəzifə təqdim edilsə və birinin maaşı digərindən daha yüksək olsa, təbii ki, sən maaşı yüksək olan maaşı seçərsən. O halda necə olur ki, axirətlə əlaqəsi daha az olan əməli özün üçün seçib qədəri həqiqətdə göstərirsən?
       Yenə, qədərin həqiqətdə göstərib günah işləyənə deyərik ki: xəstələndiyində müalicə olmaq üçün hər həkimin qapısını döyürsən. Bədənindəki ağrılara, əməliyyata və dərmanın acılığına səbr edərsən, bəs qəlbinin xəstəliyi olan günahlara nə üçün eyni şeyləri yazmırsan?
       Bizlər,,
       Rəhmət və hikmətinin kamilliyinə görə pisliyin Uca Allaha nisbət edilməməsinə inanırıq. Necə ki, Peyğəmbər (s.ə.s) bu barədə belə buyurur: «Pislik (şər) sənə nisbət edilə bilməz(Allahım)» (Muslim, 771; Əbu Davud, 760; Tirmizi, 3422)
       Hətta Allahın təqdir etdiyi hər hökmdə belə şər yoxdur. Çünki bu hökm Allahın rəhmət və hikmətindən gəlmişdir. Şər, Allahın təqdir etdiyi şeylərin nəticəsində olur. Necə ki, Peyğəmbər (s.ə.s) nəvəsi Həsən (r.a)-a kunut duasını öyrədərək belə buyurmuşdur: «(Allahım! Haqqımda) verdiyin hökmün şərrindən məni qoru» (Əbu Davud, 1425; Tirmizi, 464)
       Hədisdə olduğu ki, şər Allaha deyil, Uca Allahın təqdir etdiyi şeyə aid olunur. Bununla birlikdə şər, hər zaman təqdir edilən şeylərlə birlikdə şər deyildir. Bir tərəfdən şərdirsə, digər tərəfdən xeyir ola bilər bə ya bir yöndən şərdirsə başqa bir yöndən xeyir ola bilər. Məsələn, yer üzündə quraqlıq, xəstəlik, kasıblıq və qorxu kimi vəziyyətlərin ortaya çıxması ilə tarazlığın pozulması, bir yöndən şər isə digər yöndən xeyirlidir. Necə ki, Uca Allah bu barədə belə buyurur: «İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bə’zi yerlərdə quraqlıq, qıtlıq olar, bə’zilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bə’zi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar» (Rum, 41)
       (Həd cəzası tətbiq edilərək) oğrunun əlinin kəsilməsi və ya zina edən evli kişi və ya qadının daşlanaraq öldürülməsi, əli kəsilən və ya öldürülən kimsəyə görə şərdir. Ancaq digər tərəfdən o ikisi üçün də xeyirlidir. Həd cəzasının tətbiq edilməsi, onların günahlarına kəffarədir. Onlara eyni anda həm dünya, həm də axirət əzabı tətbiq edilməz. Digər tərəfdən həd cəzasının tətbiq edilməsi ilə mallar, canlar və nəsillər qorunmuş olur ki, bu da fərd və cəmiyyət üçün xeyirlidir.

BU İNANCIN FAYDALARI

       Böyük əsasları özündə cəm edən bu uca inanc, inananlarına çox və əhəmiyyətli faydalar verir.


       Uca Allah Onun ism və sifətlərinə iman etmənin faydaları:
       Allaha, gözəl adlarına və uca sifətlərinə inanmaq, əmrlərini yerinə yetirmə və qadağalardan da çəkinməsi lazım olan bir qula Allah sevgisi və Allahı ucaltma hissiyatı verir. Allahın əmrini yerinə yetirmək və qadağalardan da qaçmaqla fərd və cəmiyyətə dünya və axirət səadətini verər. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)» (Nəhl, 97)
      

Mələklərə iman etmənin faydaları:

       1. Cinləri və insanları yaradanın əzəmətini, qüvvət və hökmranlığını bilməmizi təmin edər.


       2. Qullarına verdiyi dəyərə görə Allaha lazımi qədər şükr etməyi təmin edər. Elə ki, Uca Allah qullarını qorumaq, əməllərini yazmaq və onların mənfəətləri üçün mələklərini vəzifələndirmişdir.
       3. Uca Allaha ən gözəl şəkildə ibadət etdiklərindən və möminlərin bağışlanma üçün Allaha yalvardıqlarına görə mələkləri sevdirər.
      

Kitablara iman etmənin faydaları:

       1. Uca Allahın qullarına olan rəhmət və onlara verdiyi dəyəri bildirir. Uca Allah, doğru yolu tapmaları üçün hər qövmə bir kitab göndərmişdir.


       2. Uca Allahın hikmətinin təzahürü olaraq, bu kitabda hər ümmətə uyğun olanı din etmişdir. Bu kitabların sonuncusu Qurani Kərim, hər zaman və məkan üçün qiyamətə qədər bütün yaradılmışlar üçün ən uyğun olan kitabdır.
       3. Uca Allahın bu barədə nemətinə şükr etməyi təmin edir.
      

Peyğəmbərlərə iman etmənin faydaları:

       1. Uca Allah qullarına olan rəhmət və onlara verdiyi dəyəri bilməni təmin edir. Belə ki, Uca Allah, insanlara doğru yolu göstərmək və onları o yola çağırmaq üçün hər qövmə bir peyğəmbər göndərmişdir.


       2. Uca Allahın bu böyük nemətinə şükr etməyi təmin edir.
       3. Peypəmbərləri sevməni, onlara lazım olan kimi hörmət göstərməyi və onları layiq olduqları şəkildə oyməni təmin edir. Çünki peyğəmbərlər Uca Allahın elçiləri və seçilmiş qullarıdır. Peyğəmbərlər, Allaha ibadət edən, Onun elçilik vəzifəsini təbliğ edən, Allahın qullarına nəsihət edən və bu yolda onların əziyyətlərinə səbr edən insanlardr.
      

Axirət gününə iman:

       1. Axirət gününün savabını ümüd edərək Uca Allaha ibadət etməyə və o günün əzabından qorxaraq günah işləməkdən qaçmağa təşviq edər.


       2. Dünya nemətlərini ümid edib əldə edə bilməyən möminləri, axirət nemətlərin və savabını əldə edəcək olması ilə təsəlli verər.
      

Qədərə iman etmənin faydaları:

       1. Bir şeyi edərkən səbəblərə sarılma barəsində Uca Allaha güvənməni təmin edir. Çünki həm fel, həm də nəticəsi Uca Allahın qəza və qədərilə olmaqdadır.


       2. Buna inanan bir nəfs həm rahatlığa qovuşur, həm də qəlbi mütmain olur. Çünki olanın Uca Allahın qəza və qədərilə olduğunu və bu istənilməyən vəziyyətin qaçınılmaz olduğunu bildiyində, nəfsi rahatlıq tapır, qəlbi mütmain olur və Rəbbinin qəzasına razı olur.
       Qədərə inanan kimsədən daha gözəl həyat yaşayan, nəfsi daha rahat və qəlbi daha mütmain olan heç kimsə yoxdur.
       3. Qədərə iman, istənilən şey baş verdiyində insanın özünü bəyənmişlikdən qurtulmasını təmin edir. Çünki Allaha təqdir etdiyi səbəblərdən olan xeyir və müvəffəqiyyətin həqiqət olması, bir nemətdir. Bunun üçün bu nemətə qarşılıq olaraq Uca Allaha şükr edər və özünü bəyənmişliyi tərk edər.
       4. İstənilən şey əldə olunmaması və ya istənilməyən bir şeyin baş verməsi halında stresdən və sıxıntıdan qurtarmağı təmin edir. Çünki bu vəziyyət, göylərin və yerin hökmranlığı əlində olan Uca Allahın qəzası (və qədəri) ilə olmuşdur. Bunun baş verməsi qaçınılmazdır. Yəni bu vəziyyətdə səbr edər və mükafatını Uca Allahdan ümid edər. Necə ki, Uca Allah bu mövzuda belə buyurur: «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! 23. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! « (Hədid, 22-23)
       Uca Allahdan bizləri bu inanc üzrə sabit etməsini, bu inancın faydalarını həyata keçirməyi, bizlərə lütf və ihsanından verməyi, hidayətdən sonra qəlblərimizi imandan çıxmasını və bizlərə rəhmətini verməsini diləyirik. Şübhəsiz ki, O qullarına qarşılıqsız və bol verəndir. Həmd aləmlərin Rəbbi olan Allahadır.
      

Muhamməd b. Saleh əl-Useymin
Yüklə 92,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə