Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
  1   2   3   4   5   6   7   8   9   ...   22


HƏR SUALA BİR CAVAB 

 

 

Kainat nə boydadır?



 

 

Insan 



üçün Kainatın həqiqi ölçülərini təsəvvür etmək qeyri-mümkün bir şeydir. Biz nəinki 

onun nə qədər böyük olduğundan bixəbərik, üstəlik heç Kainatın real əzəmətlini təsəvvürümüzdə 

canlandırmaq belə insan idrakının imkanları xaricindədir. 

Bunu Yer planetindən xəyalən aralanmağa başlasaq, nisbətən anlayarıq. Yer kürəsi Günəş 

siste

minin xırda bir hissəsidir. Günəş sisteminin özü isə Günəşlə yanaşı, onun ətrafında hərlənən 



planetlərdən, xırda planet hesab olunan asteroidlərdən, meteoritlərdən ibarətdir. 

Amma bizə əzəmətli gələn Günəş sistemimizin özü də başqa, “qalaktika” adlandırılan daha 

böyük sistemin xırdaca parçasıdır. Qalaktikada milyon-milyon ulduzlar var ki, onların çoxu bizim 

Günəşdən də çox-çox böyükdür və onların hər biri Günəş sisteminə bənzər bir planet sisteminin 

mərkəzində qərar tutur. 

Beləliklə, bizim qərar tutduğumuz, Süd yolu (Saman yolu) adlandırdığımız qalaktikada 

müşahidə etdiyimiz ulduzların hamısı elə “günəşdir”. Onların arasındakı məsafə kilometrlə yox, 

işıq iliylə ölçülür. Bu ölçü vahidi ağlasığmaz məsafələri göstərmək üçündür və bir il ərzində işıq 

şüasının keçə biləcəyi məsafəni göstərir. Bu məsafə isə 11 000 000 000 000 kilometrə bərabərdir. 

Ən  parlaq  və  bizə  ən  yaxın  olan  ulduz  -  Sentavr  bürcündə  yerləşən  Alfa  ulduzu  Yerdən 

46 000 000 000 

000 kilometr aralıda yerləşir. 

Amma gəlin, öz qalaktikamızın ölçülərini bir təsəvvür edək. Alimlər belə hesab edir ki, 

qalaktikamızın diametri 100 000 işıq ilindən artıqdır. Bu isə 100 000 min dəfə 11 000 000 000 000 

kilometr deməkdir. Bunu biləndən sonra da təsəvvür edin ki, bizim bu qalaktika da başqa, daha 

əzəmətli sistemin kiçik bir hissəsidir... 

Başqa sözlə desək, Süd yolunun sərhədlərindən kənarda yəqin milyonlarla qalaktika var. 

Amma çox mümkün ki, onların hamısı bir yerdə çox nəhəng bir sistemin parçasıdır. 

Bax, buna görə də Kainatın ölçülərini tam təsəvvür etmək çətindir. Yeri gəlmişkən, alimlər 

bu fikirdədir ki, Kainat daim genişlənməkdədir. Bu isə o deməkdir ki, iki qalaktika arasındakı 

nəhəng məsafələr bir neçə milyard il ərzində təxminən iki dəfə böyüyür.   

 



Günəş sisteminin forması niyə belədir? 

 

Biz Günəş sisteminin niyə məhz bu formada olduğunun səbəbini bilmirik. O, Kainatdakı 



bir  çox  başqa  günəş  sistemləri  kimi,  tamam  başqa  quruluşa  da  malik  ola  bilərdi.  Günəş 

sistemlərinin  formalarında  da  bir  qanunauyğunluq  var  –  bu,  onların  necə  əmələ  gəldiyindən 

asılıdır. Bizim sistemin niyə məhz bu formada olmasının səbəbini bilməsək də, Günəş sisteminin 

özünün indiki formasını necə qoruyub saxladığını izah edən təbiət qanunlarını tapmışıq.  

Başqa planetlər kimi, Yer kürəsi də özünün Günəş ətrafındakı orbitində dövr edir. Bir dəfə 

dövr etmək üçün sərf olunan zamana biz “il” deyirik. Digər planetlərin də bəlli orbitləri var və bu 

orbitlər Yerinkindən ya böyük, ya da kiçikdir. 

Bəs Günəş sisteminin özü necə əmələ gəlib? Niyə planetlər məhz bu boydadır? Niyə onlar 

məhz  öz  orbitlərində  dövr  edirlər?  Astronomlar  bu  sualların  dəqiq  cavabını  bilmir,  onları 

aydınlaşdıra  biləcək  iki  nəzəriyyə  irəli  sürürlər.  Bu  nəzəriyyələrdən  birincisinə  əsasən,  indiki 

Günəş və planetlər fəzada bir zamanlar durmadan hərlənən isti qazlardan ibarət nəhəng buluddan 

yaranıb. Bu nəhəng, hərlənən toz və qaz buludu tədricən sıxlaşaraq planetləri yaradıb. 

Digər nəzəriyyənin tərəfdarları isə elə hesab edirlər ki, bir vaxtlar Günəşə başqa bir ulduz 

yaxınlaşıb, ondan cazibə nəticəsində iri “tikələr” qoparıb və bu “tikələr” zaman keçdikcə ayrı-ayrı 

planetlərə çevrilib. 

Bu nəzəriyyələrin hansının həqiqətə daha çox uyğun olduğu bir o qədər də mühüm deyil. 

Mühüm  olanı  budur  ki,  Günəş  sisteminin  indiki  forması  da  müəyyən  mənada  bir  təsadüfün 

nəticəsidir. Bəs onda niyə sistemimiz öz formasını qoruyub saxlayır? Keplerin planetlərin hərəkəti 

nəzəriyyəsinə əsasən, bütün planetlər Günəşin ətrafında elliptik (yumurtaşəkilli, uzanmış) orbitlə 

fırlanır;  planet  Günəşə  nə  qədər  yaxındırsa,  onun  hərəkət  sürəti  də  bir  o  qədər  çox  olur;  bir 

dövrənin başa çatdığı zaman isə planetlə Günəş arasındakı məsafədən asılıdır. Nyütonun cazibə 

qanunu (Keplerin üç qanunu onun tərkib hissəsidir) iki cismin bir-birini niyə cəzb etdiyinə dəqiq 

izah verir. Günəş sistemi də ona görə bu formadadır ki, təbiətin bəzi qanunlarına əsasən, Günəşlə 

planetlər arasında müəyyən qarşılıqlı əlaqələr var. 

 

Günəş niyə işıq saçır? 



 

Buna  inanmaq  çətindir,  amma  gecələr  işıq  saçan  bütün  ulduzlar  da,  gündüz  işıq  saçan 

Günəşin əslində, tam eynisidir. 



Günəş  də  bir  ulduzdur  -  Yerə  ən  yaxın  ulduz.  Biz  Yer  üzündə  həyatın  Günəşdən  asılı 

olduğunu yaxşı bilirik. Günəşin istisi olmasaydı, Yerdə həyat yaranmazdı. Gün işığı olmadan nə 

yaşıl bitkilər, nə heyvanlar, nə də insan olmazdı. 

Günəş  Yerdən  172  000  000  kilometr  məsafədə  yerləşir.  Onun  kütləsi  planetimizin 

kütləsindən 1 300 000 dəfə çoxdur. Amma maraqlı olan budur ki, Günəş Yer kimi sərt kütlə deyil.  

Bunu  sübut  etmək  çox  asandır:  Günəşin  səthindəki  temperatur  Selsi  şkalasıyla  6  000 

dərəcəyə çatır. Belə temperaturda istənilən material – həm metal, həm daş qaz halına çevrilir. Elə 

ona görə də Günəş qazdan ibarət bir kürədir! 

Keçmişdə alimlər belə düşünürdülər ki, gün işığı, istiliyin, yanma prosesinin nəticəsində 

yaranır. Lakin Günəşin səthi artıq yüz milyonlarla ildir ki, beləcə istidir; bu qədər uzun müddətdə 

isə heç bir şey yana bilməz – yansaydı, mütləq tükənərdi. 

Bu gün alimlər belə fikirləşir ki, Günəşin isti verməsi atom bombasında baş verən prosesə 

bənzər bir reaksiyanın nəticəsidir. Günəş materiyanı enerjiyə çevirir.  

Bu  proses  yanmadan  çox  fərqlənir.  Yanma  zamanı  materiyanın  bir  forması  başqasına 

çevrilir. Materiyanın enerjiyə keçməsi prosesində isə çox böyük enerjinin yaranması üçün minimal 

miqdarda materiya bəs edir. Beləliklə, artıq isbat olunub ki, 1 milyon tondan artıq qaya suxurunu 

əritmək üçün cəmi 28 qram materiyanın əmələ gətirdiyi enerji bəs edir.  

Beləliklə,  əgər  elm  haqlıdırsa,  Günəş  ona  görə  isti  verir  ki,  orda  materiyanın  enerjiyə 

çevrilmə prosesi daim cərəyandadır. Deməli, Günəş kütləsinin bir faizi yetir ki, o, 150 milyart il 

indiki kimi, qaynar qalsın! 

 

Niyə qürub çağı üfüq qızarır? 



 

Hamımız  görmüşük:  Günəş  batanda  özü  də  qızarır,  üfüqü  də  qırmızıya  boyayır,  isti 

rənglərin  bir-birini  əvəz  edən  bənzərsiz  çalarları  qürub  çağının  bənzərsiz  mənzərəsini  yaradır. 

Amma  hərdən,  biz  bu  mənzərənin  təsadüfi  şahidinə  çevrilərkən  ilk  anda  istər-istəməz 

təəccüblənirik: “Nə qırmızı günəşdir!” deyirik. 

Təbii ki, əslində, Günəşin qızarmadığını, dəyişmədiyini də gözəl bilirik. Bilirik ki, Günəş 

sadəcə, günün müəyyən vaxtında belə görünür. Həmin an, bizdən bir neçə min kilometr qərbdə 

durmuş adam Günəşi heç də qırmızı görmür.  

Qürubun  rənginə  təsir  edən  Günəş  şüasının  keçdiyi  hava  təbəqəsidir.  Günəş  nə  qədər 

aşağıda olsa, onun şüası bir o qədər qalın atmosfer qatından keçməlidir.

  



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə