Hərb tariXİMİZDƏn miLLİ azərbaycan tariXİ muzeyiNİn silah kolleksiyasinda göRKƏMLİ ŞƏxsləRƏ Aİd silahlar



Yüklə 155,21 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü155,21 Kb.
#31596


HƏRB  TARİXİMİZDƏN

MİLLİ  AZƏRBAYCAN  TARİXİ  MUZEYİNİN  SİLAH  KOLLEKSİYASINDA

GÖRKƏMLİ  ŞƏXSLƏRƏ  AİD  SİLAHLAR 

M illi  Azərbaycan  Tarixi  Muzeyinin  eksponatlar  toplusunun  əhəmiy- 

ydtii  hissəsini  sila/ı  kolleksiyası  təşkil  edir.  M uzey  yaradıldıqdaıı  sonra 

m iixtəlif  dövrlərə  aid  silahların  tapılnıasına  böyiık  diqqət  yetirilmişdir. 

Silah  kolleksiyası  indi  də  zənginləşdirilir.  Silahlar  muzey fondlarına  bir 

ıteçə  yolla  daxil  edilir:  hənı  muzeyin  və  Elm lər  Akadem iyasım n  digər 

miivafıq  təşkilatlarının  respublika  regioıtlarına  taşkil  etdikləri  tarixi,  et- 

noqrafik,  arxeoloji  ekspedisiyalar  vasitəsilə,  həm fə rd i  şəxslərdən  alınma 

yolu  ilə,  lıəm  də  nıiixtəlif illərdə  Daxili  İşfor Xalq  Komissarlığı  va  Daxili 

İşlər  Nazirliyinin  anbarlarından  tarixi  əhəmiyyətli  silahların  muzeyə  ve- 

rilm əsi  yolu  ifo  silahların  sayı  artınlır.  X X   əsrin  20-40-cı  illərində  Tif- 

lisdəki  Qafqaz  hərbi-tarixi  muzeyindən,  həmçinin  SSRİ-nin  M oskva  və 

Leninqrad  şəhərlərindəki  mərkəzi  nıuzeylərindən  Azərbaycana  aid  bəzi 

silahlar  Bakıya  gətirilm iş  və  sözi'tgedəıı  muzeyə  təhvil  verilmişdir.  SSRİ 

M üdafiə  Nazirliyinin  anbarlarından  vaxtı  ötmüş  bəzi  silahlar  da  muzeyə 

təqdim  edilmişdir.

M uzeyin  silah  kolleksiya- 

sında  m üxtəlif  şəxslərə  məx- 

sus  silahlar  xüsusi  maraq  do- 

ğurur.  Tarixi  şəxsiyyətlərə  aid 

silahlar sırasında  Qarabağ  xan- 

larma,  G əncə  xanı  Cavad  xa- 

na  m əxsus  XVIII-XIX  əsr  si- 

lahları,  aktyorlar  Sidqi  Ruhul- 

la  və  Aleksandr  Tuqanovun, 

görkəmli  Azərbaycan  ziyalısı 

Mir  Möhsün  Nəvvabın  silah  kolleksiyaları,  II  Dünya  müharibəsi  iştirakçıla- 

rımn  silahları  xüsusi  yer  tutur.  (12,  457-  460)

Milli  Azərbaycan  Tarixi  Muzeyinin  silah  kolleksiyasında  Azərbaycanın 

görkəmli  siyasi  xadimi  Əliyev  Əziz  M əm m ədkərim   oğluna  məxsus  xəncər 

nadir  eksponatlardan  sayılır.  Muzeyin  yeni  tarix  fondunda  2995-ci  nömrə 

altında  qorunan  bu  xəncər  muzey  tərəfm dən  1978-ci  ildə  alınmışdır.  M u­

zeyin  inventar  kitabında  qeyd  edilir  ki,  xəncər  Əziz  Ə liyevə  1945-ci  ildə 

«H Ə R B İ  B İLİK » 

— ......... ı 

—   №  1.  2009

ŞƏKİL  1.  Ə.ƏLİYEVƏ  HƏDİYYƏ  EDİLMİŞ 

XƏNCƏRİN  ÜMUMİ  GÖRÜNÜŞÜ



HƏRB  TARIXIMIZDƏN

Böyük  V ətən  m üharibəsində  qələbə  münasibətilə  Dağıstan  əhalisi  tərəfın- 

dən  hədiyyə  olunmuşdur.  (1)  (şəkil  1)

Qafqaz  silahı  öz  xüsusiyyətləri  ilə  fərqlənir.  Belə  ki,  Qafqaz  xalqlarmda 

silah  hərbi  ləvazimat,  hərbi  geyimin  bir  elementi  olmaqla  bərabər  mürək- 

kəb  təsəvvürləri  özündə  əks  etdirən  əşya  sayümışdır.  Silahdan  təkcə  öz 

əsas  təyinatına  görə  deyil,  m üxtəlif ayinlərin  icrasmda,  hətta  rəqslərdə  is- 

tifadə  olunurdu.  Dağlarda  silah  təkcə  hərbi  ləvazimatın  bir  hissəsi  deyil, 

hücum  və  müdafıə  vasitəsi,  kişi  davranışını  təcəssüm   etdirən  bir  nümunə 

və  üm um iyyətlə,  kişilik  rəmzi  hesab  edilirdi.  Silahın  itirilməsi  insan  üçün 



azadlığın  itirilm əsinə  bərabər  tutulurdu.  Silah  üzərində  verilmiş  söz 

andiçmə  sayılırdı.  Bu  sözün  pozulması  ölüm lə  nəticələnm əli  idi.  Kişinin 

xarici  görkəm ində  silah  əsas  rol  oynadığına  görə  onu  birinci  növbədə  gö- 

zəlləşdirirdilər.  Ə ksər  hallarda  kişi  nimdaş  paltarda  gəzir,  lakin  silahını  qı- 

zıl,  gümüş,  daş-qaşlarla  bəzəyirdi.  Evin  qonaq  otağınm  ən  dəyərli  bəzəyi 

divarlardan  asılmış  silahlar  sayüırdı.  XX  əsrin  əvvəllərində  Şimali  Qafqaz 

və  Cənubi  Dağıstanda  silah  tədricən  öz  təyinatını  itirir  və  xalq  sənətkarlı- 

ğının  bir  növü  kimi  rəmzi  və  dekorativ  m əna  kəsb  edən  əşyaya  çevrilir. 

Silah  elə  əşyalara  aiddir  ki,  düzəldildiyi  mühitdən  kənara  çıxandan  sonra 

da  onun  qiyməti  artır.  Xalqın  maddi-texniki  inkişaf  səviyyəsi  ilə  bərabər 

onun  m ənəvi  təsəvvürlərini  özündə  əks  etdirən  əşya  kimi  silah  m üxtəlif 

cəm iyyət  və  dövrlərdə  hörm ətlə  qarşılanmış  və  qorunmuşdur.

H ələ  qədim   dövrlərdə  siyasi  m ünasibətlərdə  hədiyyə  vacib  rol  oynayır- 

dı.  D övlət  başçılarımn  bir-birinə  verdiyi  hədiyyələr  siyasi  əlaqələrin  ya- 

ranması  və  dərinləşm əsinə  xidmət  göstərirdi.  Daimi  insan  münasibətlərin- 

də  hədiyyə  universal  əhəm iyyətə  malik  olmuşdu.

H akim iyyət  prinsiplərinin  m ürəkkəbləşm əsi  xüsusi  hədiyyə  kateqoriya- 

sını  meydana  gətirmişdi  -  təbəələr  hökmdara  hədiyyə  verirdilər.  Hökmdar 

təbəələrdən  hədiyyəni  qəbul  edir  və  onun  müqabilində  qayğı  göstərirdi. 

Tədricən  siyasi  və  insan  münasibətlərində  hədiyyənin  əhəm iyyəti  dəyiş- 

mişdir:  rəhbərin  hədiyyə  qəbul  etməsi  həm in  rəhbər  tərəfındən  hədiyyə 

verən  regionun  qayda,  adət  və  m ədəniyyətlərini  qəbuletm ə  rəmzi  sayılır- 

dı.  (9,  187  -  190)

Qədim  dövrlərdən  silah  m üqəddəs  əşya  kimi  dini  ayinlərdə  rəmzi  ob- 

yektlərdən  biri  idi.  Türk  xalqları  inanırdılar  ki,  döyüşçü  həlak  olanda 



döyüşçünün  ruhunu  özündə  təcəssüm  edən  silah  ölür.  Bu  səbəbə  görə 

silah  qəbirə  qoyulanda  sındırılmış  vəziyyətdə  qoyulurdu.  Q ədim   əsatir- 

lərdə  silah  canlı  varlıq  kimi  qəbul  edilirdi.  Bu  isə  ənənəvi  m ədəniyyətdə 

m üxtəlif hərbi  və  m əişət  ayinlərinin  yaranmasına  səbəb  olmuşdu.  Ənənəvi 

olaraq  silahlar  hakimiyyət  rəmzləri  sayılırdı.  Bütün  deyilənlərə  yekun  ola- 

raq  belə  nəticəyə  gəlirik  ki,  silah  m ədəniyyətdə  təkcə  döyüş  vasitəsi  ol-

QAFQAZ  XALQLARINDA  SILAHIN  RƏMZI  MƏNASI. 

SİLAHIN  HƏDİYYƏ  VERİLMƏ  ƏNƏNƏSİ

«H Ə R B İ  B İL İK »

№  1.  2009



HƏRB  TARIXIMIZDƏN

mamışdır.  Silahın  sosial  funksiyaları  zaman-zaman  itsə  də  (əsasən  də  öz 



m üstəqilliyini  və  dövlətçiliyini  itirmiş  xalqlarda),  tarixi  özünüdərkin  bər- 

pası  ilə  həmin  funksiyalar  qismən  bərpa  olunur.  M əsələn,  Azərbaycanda 

müasir  dövrdə  dədə-babalardan  qalmış  silahları  divardan  asmaq  ənənəsi 

yaşamaqdadır.

Xalq  m ədəniyyətinin  ayrılmaz  hissəsi  kirni  silahın  öz  bədii  xüsusiyyət- 

lərindən  başqa  onun  kim ə  məxsus  olması  da  silahın  tarixi  qiymətini  artırır.



ƏZİZ  ƏLİYEV:  QISA  BİOQRAFİYA

Əliyev  Əziz  M əm m ədkərim   oğlu  1897-ci  ildə  keçmiş  İrəvan  qubemiya- 

sının  Hamamlı  kəndində  doğulmuşdur.  1917-ci  ildə  İrəvan  Kişi  Gimnazi- 

yasını  qızıl  medalla  bitirmiş  və  həmin  il  Petroqraddakı  Hərbi-Tibb  Akade- 

miyasına  daxil  olmuşdur.  İkinci  kursun  yay  tətilini  evlərində  keçirmək 

iiçün  Irəvana  gələn  Ə.Əliyev  burada  daşnakların  törətdikləri  vəhşilikləri 

görərək  ailəsini  Şərura  köçürə  bilmiş  və  bir  m üddətdən  sonra  isə  Şahtaxtı 

kəndinə  apamıışdır.  Təhsilini  bitirməyə  imkan  olmasa  da  gənc  tələbə  əha- 

liyə  tibbi  xidm ət  göstərmişdir. (2,168)  1923-cü  ildə  Bakıya  köçən  Ə.Əliyev 

Azərbaycan  SSR  XKS-də  iş  icraçısı,  ümumi  şöbə  müdirinin  müavini  və 

katibi  vəzifələrində  çalışmış,  paralel  olaraq  Bakı  Dövlət  Universitetinin 

tibb  fakültəsində  oxumuşdur  (5).  Azərbaycan  səhiyyə  sahəsində  tədqiqat- 

lar  aparan  gənc  alim  tibb  sahəsi  üzrə  namizədlik  dissertasiyası  müdafıə  et- 

mişdir.  Azərbaycanda  tibb  elminin  inkişafında,  ali  tibb  təhsilinin  təşəkkü- 

lündə,  yüksək  ixtisaslı  tibb  kadrlarının  hazırlanmasında  müstəsna  xidməti 

var.  Onun  1934-cü  ildə  hazırladığı  "Klinik  analizlər"  kitabı  Azərbaycan 

dilində  yazılmış  ilk  tibbi  ali  m əktəb  dərsliklərindən  biridir.  1937-ci  ildə 

həbs  edilən  Əziz  Əliyev  həbsdən  sonra  elmi  fəaliyyətini  davam  etdirərək 

doktorluq  dissertasiyasını  yazmışdır.  Bir  müddət  Azərbaycan  Dövlət  Tibb 

İnstitutunun  və  Azərbaycan  Dövlət  Universitetinin  rektoru  vəzifəsində  ça- 

lışan  Ə.Əliyev  gənc  olmasına  baxmayaraq,  bacarıqlı  səhiyyə  təşkilatçısı  ki- 

mi  özünü  göstərmiş  və  siyasi  işlərə  cəlb  olunmuşdur.  Azərbaycan  SSR  Ali 

Soveti  R əyasət  Heyətinin  katibi  olan  Əziz  Əliyev  1941-ci  ili  Azərbaycan 

KP  MK-nin  katibi  vəzifəsində  qarşılamışdır.  (2,  169)

Əziz  Əliyevin  Cənubi  Azərbaycandakı  fəaliyyəti  Azərbaycan  və  SSRİ 

tarixində  xüsusi  yer  tutur.

1941-ci  ilin  mayından  etibarən  Əziz  Əliyevin  rəhbərliyi  ilə  Cənubi 

Azərbaycana  göndəriləcək  qrup  təşkil  edilm əyə  başlanmışdı.  Qrupun  fəa- 

liyyəti  barəsində  tədqiqatçı  Cəmil  Həsənlinin  "Cənubi  Azərbaycan:  "So- 

yuq  müharibə"nin  başlanması"  kitabında  ətraflı  məlumat  verilir.  Qrup 

52  briqadaya  bölünmüşdü.  Bu  briqadalarda  82  partiya,  100  sovet  işçisi,  200 

nəfər  təhlükəsizlik  xidməti  əməkdaşı,  400  milis,  70  prokurorluq  nümayən- 

dəsi,  90  m əhkəm ə  əməkdaşı,  150  jum alist  və  m ətbəə  işçisi,  245  dəmir- 

yolçu,  42  geoloq  var  idi  (19).  1941-ci  il  iyun  ayının  22-də  Almaniya  SSRİ- 

yə  hücum  etmişdi  və  döyüşlərin  qərb  sərhədlərində  aparılmasına  baxma-



«IIO R B İ  BİLİK »



№  1.  2009




HƏRB  TARIXIMIZDƏN

yaraq,  gözlənilm ədən  Azərbaycan  üçün  təhlukə  yaranmışdı:  İranın  şah  re- 

jim inin  mülayim  münasibətindən  istifadə  edərək  alman  xəfıyyələri  Bakı 

m ədənlərində  təxribatlar  törətmək,  İran  ərazisindən  SSRİ-yə  keçən  yolları 

kəsmək  (xatırladaq  ki,  bu  yollarla  İngiltərə  və  ABŞ  tərəfindən  göndə- 

rilən  hərbi  köməyin  SSRİ-yə  çatdırılması  nəzərdə  tutulmuşdu)  kirni 

planları  hazırlamağa  başladılar.  1941-ci  il  avqustun  25-də  sovet  qoşunları 

İrana  daxil  olmuşdu,  lakin  Ə.Əliyevin  qrupu  ora  göndərilməm işdi.  Cənubi 

Azərbaycanda  Stepan  Emelyanovun  və  Gezalyanm  rəhbərliyi  ilə  iki  əm ə- 

liyyatçı  qrup  fəaliyyət  göstərm əyə  başlamışdı.  Tədqiqatçı  C.Həsənli  tarixi 

faktlara  əsaslanaraq  sübut  etmişdir  ki,  Gezalyanın  qrupu  Cənubi  Azərbay- 

canın  çox  hissəsini,  о  cüm lədən,  Təbrizi  Ermənistana  birləşdiım əyi  təklif 

edərək  gülünc  bir  səbəb  göstənnişdi:  "Çünki  burada  artıq  erməni  əməliy- 

yatçdarı  işləyir".  Azərbaycan  əməliyyatçıları  vasitəsilə  bu barədə  xəbər  tu- 

tan  Azərbaycan  KP  MK-nin  birinci  katibi  Mir  C əfər  Bağırov  Stalinə  ətraflı 

teleqramlar  vurmuş,  onunla  şəxsən  özü  görüşmüşdür  və  sentyabrın  5-dən 

sonra  Ə.Əliyevin  qrupu  Cənubi  Azərbaycana  göndərilmişdi.  (19)  (şəkil  2)

Əməkdaşları  yola  salarkən  M.C.Bağı- 

rov  demişdir:  "Əgər  bizdə  bir  damla 



azərbaycanlı  qanı  varsa,  biz  nə  vaxtsa 

zorla  parçalanmış  xalqın  birləşm əsinə 

nail  olmalıyıq".  Qeyd  etm ək  lazımdır  ki, 

Ə.Əliyevin"missiyası"  bu  m əqsədə  çatmaq 

üçün  əlindən  gələni  etmişdi.  Belə  ki,  Cə- 

nubi  Azərbaycanda  olan  bütün  alman  mü- 

əssisələrinin  malı  müsadirə  edilmiş  və 

SSRİ-yə  göndərilmişdi.  Aclıq  olan  bölgə- 

lərə  AzSSR-dən  ərzaq  və  sənaye  malları 

gətirilmiş,  yerli  təsərrüfatı  bərpa  etmək 

üçün  tədbirlər  görülmüşdü.  Milli  ruhu 

oyatmaq  üçün  A zərbaycan  dilini  yenidən 

xalqa  qaytarmağın  vacibliyini  anlayan  Ə.Əliyevin  səyi  ilə  Azərbaycan  di- 

lində  nəşr  olunan  "Vətən  uğrunda"  qəzeti  bütün  Cənubi  Azərbaycanda 

yayılırdı.  AzSSR-dən  dəvət  edilmiş  teatr  truppaları  milli  opera  və  musiqili 

komediyaları  tamaşaya  qoymuşdular.  Azərbaycan  dilinin  təbliğində  əhə- 

miyyətli  addımlar  atılmışdı.  Lakin  siyasi  hadisələrin  gedişi  göstərmişdi 

ki,  Cənubi  Azərbaycanda  baş  verənlər  SSRİ  rəhbərliyi  üçün  böyük  si­

yasi  oyunlarda bir  kartdır.  Cənubi  Azərbaycanı  itirməyindən  qorxan  şah

rejimi  SSRİ və İngiltərənin  tələbləri  ilə  razılaşmış  və  1942-ci  il  yanvarın

29-da  bu  ölkələrlə  Tehran  müqaviləsi  imzalayaraq  antifaşist  mübarizəsinə 

qoşulmuşdu.  İranda  olan  alman  xəfıyyələrinin  bir  qismi  məhv  edilmiş,  di- 

gər  qismi  ölkəni  tərk  etmiş,  yenilərinin  gəlməsi  işi  əngəllənm işdi.  Cənubi 

Azərbaycan  m əsələsini  İrana  siyasi  təzyiq  üçün  istifadə  edən  SSRİ  rəhbər-



ŞƏKİL  2.

ƏZİZ  ƏLİYEV  -   1941-ci  İL

«H Ə R B İ  BİLİK »

№  1.  2009


HƏRB  TARIXIMIZDƏN

liyi  Əziz  Əliyevin  rəhbərlik  etdiyi  qrupu  1942-ci  ilin  mart  ayının  sonların- 

da  geri  çağırmışdı  (19).

Əziz  Əliyevin  siyasi  fəaliyyətinin  Dağıstan  dövrü  (1942  -  1948-ci  illər) 

Azərbaycan-Dağıstan  əlaqələrinin  şanlı  səhifələrini  təşkil  edir.

1942-ci  il  iyulun  25-də  alman  qoşunları  Şimali  və  Cənubi  Qafqazı  zəbt 

etırıək  m əqsədilə  "Edelveys"  əməliyyatına  başlamışdılar.  Alman  koman- 

danlığı  öz  m əqsədinə  çatsaydı,  faktiki  surətdə  m üharibədə  qalib  gəlmiş 

olardı.  Şiınali  Qafqazın  tutulması  X əzər  dənizi  və  Volqa  çayından  keçən 

lend-liz  yolunun  (İngiltərə  və  ABŞ-dan  SSRİ-yə  hərbi  yardım  yolu)  kə- 

silməsi,  Sovet  Oıdusunun  Cənubdan  bütünliiklə  əhatələnm əsi,  Ural,  Qaza- 

xıstan  və  Orta  Asiyaya  gedən  yolların  itirilməsi  dem ək  idi.  Cənubi  Qafqa- 

zın  itirilməsi  SSRİ-nin  yeganə  və  əsas  neft  bazası  Bakınm,  SSRİ-nin  ye- 

ganə  molibden  m ədənlərinin,  əhəm iyyətli  ərzaq  ehtiyatlarının,  müalicə- 

reabilitasiya  bazalarmın  yoxa  çıxması,  X əzərin  Şimal  və  Qərb  sahillərinin, 

həm çinin  İran,  Türkiyə  və  Yaxm  Şərqə  gedən  yollarm  Almaniyanm  əlinə 

keçməsi  dem ək  idi.  (17,  7-11)  1942-ci  ilin  3  iyulundan  1943-cü  ilin  okt- 

yabrına  qədər  gedən  Qafqaz  uğrunda  döyüşlər  öz  miqyasma,  mübarizənin 

sərtliyinə,  döyüş  əməliyyatlarımn  uzanmasına,  döyüş  şəraitinin  mürəkkəb- 

liyinə  görə  II  Dünya  müharibəsi  tarixində  xüsusi  yer  tutur.  İyul  ayında 

Don  çayını  keçm əklə  alman  qoşunları  (167  min  nəfər)  Qafqaza  soxulmuş- 

dular.  Onların  1130  tankına  qarşı  100-dən  artıq  sovet  tankı,  1000  təyyarə- 

sinə  qarşı  130  sovet  təyyarəsi  duruş  gətirməli  idi.  Avqustun  12-dək  alman- 

lar  marşal  Semyon  Budyonnının  rəhbərlik  etdiyi  Şimali  Qafqaz  cəbhəsinin 

qoşunlarmı  m əğlubiyyətə  uğradaraq  qarşılarında  olan  bütün  sovet  tanklarını 

məhv  etmişdilər.  130  təyyarədən  sovetlərdə  cəmi  94  təyyarə  qalmışdı. 

(18)  Almanların  dağ  -  atıcı  hissələri  Böyük  Qafqazı  aşaraq  Suxumi  istiqa- 

m ətinə  doğru  irəliləm əyə  başlarmşdılar,  bu  isə  döyüşlərin  Cənubi  Qafqaz- 

da  başlaması  dem ək  idi.  (şəkil  3)

SSRİ  üçün  Şimali  Qafqazda  ağır  şəra- 

itin  yaranmasınm  səbəbləıindən  biri  səhv 

milli  siyasət  idi.  H ələ  XX  əsrin  20-ci  illə- 

rindən  etibarən  regionda  qurulmuş  Sovet 

hakimiyyəti  əvvəlki  çar  hökumətinin  müs- 

təm ləkə  siyasətini  davam  etdirir,  bütün 

tədbirlər milli  və  dini  xüsusiyyətlər  nəzərə 

alınmadan  həyata  keçirilirdi.  Sovetlərin  ye- 

ritdiyi  siyasətə  qarşı  yönələn  ən  kiçik  eti- 

ıazlar  "banditizm"  adlandırılaraq  ən  qəddar 

üsullarla  yatırılırdı.  1939-cu  il  sentyabrın 

1-də  qəbul  edilən  "Ümumi  hərbi  mükəllə- 

fıyyət  haqqında  Qanun"a  əsasən  18  yaşına



ŞƏKİL  3.  QAFQAZ 

DAĞLARINDA  DÖYÜŞ

çatmış  bütün  sovet  vətəndaşları  hərbi  xidm ətə  çağırılırdı.  Tədqiqatçı  A.Be-



«IIƏ R B İ  BİLİK »



№  1.  2009




HƏRB  TARIXIMIZDƏN

zuqolnınm  araşdırmaları  göstərir  ki,  Qafqazdan  olan  çağırışçılarm  əksəriy- 

yəti  Almaniya  ilə  həm sərhəd  olan  qərb  hərbi  dairələrinə  göndərilirdi. 

(10,150)  Milli  hərbi  hissələr,  milli  zabit  kadrları  da  qərb  sərhədində  cəm- 

ləşdirilirdi  (m əsələn,  77-ci  Azərbaycan  dağ-atıcı  diviziyası  SSRİ-nin  cənub 

sərhədinə  gətirilmiş,  bir  çox  azərbaycanlı  zabitlər  kimi  tank  qoşunları  ka- 

pitanı  Həzi  Aslanov  Belorusiyaya  təyinat  almışdı  və  s.).  N əticədə  mühari- 

bənin  ilk  aylarında  milli  hissələr məğlub  edilmiş,  milli  zabit  kadrlarmın  ək- 

səriyyəti  həlak  olmuş  və  ya  əsir  düşmüşdür.  Orduya  yeni  çağırılanların  ək- 

səriyyəti  nəinki  hərbi  işi,  hətta  rus  dilini  bilmirdilər.  Bu,  döyüş  əm əliyyat- 

larında  özünü  göstərmişdir.  Bir  çox  hallaıda  hərbi  rəhbərlik  öz  səhvlərini 

ört-basdır  etmək  üçün  məğlubiyyəti  milli  diviziyaların  qorxaqlığı,  fərsizliyi 

ilə  bağlayırdı.  396-cı  Azərbaycan  milli  atıcı  diviziyası  Kerç-Feodosiya 

əm əliyyatına  aviasiya,  artilleriya,  tank  dəstəyi  olmadan  döyüşə  göndə- 

rilmiş,  nəticədə  8  nıin  döyüşçüdən  150  nəfər  sağ  qalmışdır.  İtkin  və  ya 

əsir  düşmüş  döyüşçülərin  ailələri  repressiyalara  m əruz  qalırdı.  Şovinist  ko- 

mandirlərin  niyyətini  anlayan  bir  çox  qafqazlı  döyüşçülər  almanlar  tərəfə 

keçirdilər.  Antiazərbaycan  qüvvələrinin  səylərinə  baxmayaraq,  M.C.Bağı- 

rov  İ.Stalini  azərbaycanlıların  sadiqliyinə  inandıra  bilmiş,  yeni  milli  Azər- 

baycan  diviziyalarınm  yaradılmasma,  Azərbaycanda yeni  hərbi  m əktəblərin

açılmasına  nail  olmuşdur.  (3;  4)

Dağıstanda vəziyyət  fəlakət  dərəcəsi- 

nə  çatmışdı.  Hərbi  hazırlığı  olan  və  rus 

dili  bilən  dağıstanlı  döyüşçülərin  əksə- 

riyyəti  Ukrayna,  Moldova  və  Belorusi- 

yada  gedən  döyüşlərdə  həlak  olmuşdu- 

lar. Tələsik  yaradılmış  Kabarda-Balkar 

süvari  diviziyası və  çeçen  süvari  alayı  al- 

man  tanklarına  qarşı  göndərilmiş  və  tə- 

bii  ki,  darmadağın  edilmişdilər.  Tüfəng 

və  qılmcla  silahlanmış  ən  cəsur  süvari- 

nin  də  tankla  açıq  döyüşdə  məğlub  ola- 

cagını  nəzərə  almadan  insanları  ölümə 

ŞƏK İL  4.  DAĞISTANLILARDAN 

göndərmiş general Maslennikov  İ.Stalinə 



İB A R Ə T  

M İLLİ 

DİV İZİY A N IN  

raportımda  dağıstanlıları  qorxaqlıqda  itti- 



FORMALAŞDIRILM ASI 

^am 


e t m £?cjir  ( y e r j 

gəlm işkən,  qatı  şo-

vinistliyi  ilə  seçilən  Maslennikov  gürcü  və  erm əni  hərbi  hissələrini  də 

"qaralayır",  ən  çox  şikayətləri  isə  azərbaycanlılara  qarşı  yazırdı).  İ.

Stalinin  buna  reaksiyası  kəskin  olmuşdur.  Heç  bir  yoxlama  aparılmadan 

M üdafıə  Xalq  Komissarı  (MXK)  0585  saylı  əmri  (30  iyul  1942-ci  il)  im- 

zalayır  və  bu  əm rə  əsasən  Şimali  Qafqaz  dağlılarınm  orduya  çağırışmı  qa- 

dağan  edir.  Avqustun  24-də  Dağıstan  əhalisinin  orduya  çağırışı  qadağan 

edilmişdi.  (10,  159)  1941-ci  ildə  Dağıstanda  54675  kişi  ordu  sıralarına  ça-



«H Ə R B t  BİLİK »

№  1.  2009


HƏRB  TARIXIMIZDƏN

ğırıla  bilərdi  (onlardan  16631  nəfər  hərbi  xidm ətdə  olmuşdur),  lakin  cəmi 

3203  nəfər  orduya  çağırılmışdı,  onlar  da  əsasən  Dağıstan  şəhərlərində  ya- 

şayan  ruslar  və  ya  müharibənin  əvvəlində  çağırılan  dağlılar  idi.  (10,  151) 

(Şəkil  4)

Sovet  repressiyalarının  canlı  simvolu  olan  L.P.Beriya  dərhal  Şimali  Qaf- 

qaza  göndərilmiş,  Dərbənd,  Mahaçqala,  Nalçik  şəhərlərində  Daxili  İşlər 

Xalq  Komissarlıqlarınm  diviziyaları  yerləşdirilrnişdi.  Hesablamalar  göstər- 

mişdi  ki,  Şimali  Qafqaz  və  Dağıstanda  1 8 - 4 5   yaşlarında  95  min  kişi  var- 

dır  və  onlar  cəbhəyə  çağırılmır,  əksinə  potensial  düşmən  kimi  qəbul  edi- 

lir.  N əticədə  sovet  qoşunları  ilə  yerli  əhali  arasında  toqquşmalar  baş  ver- 

miş,  bir  çox  ucqar  rayonlarda  Sovet  hakimiyyəti  devrilmişdi.  Ayrı-ayrı 

kəndlərin  əhalisi  köçürülmüşdü.  Bu  zaman  kəndlərdən  olan  kişilərin  cəb- 

hədə  hələ  də  vuruşması  nəzərə  alınmamışdı.  M əsələn,  təyyarəçi,  iki  dəfə 

Sovet  İttifaqı  Q əhrəm anı  Amet  Xan  Sultanın  ailəsi  bütünlüklə  Sibirə  sür- 

gün  edilmişdi.  A ilələri  ilə  necə  rəftar  olunduğunu  bilən  bir  çox  döyüşçülər 

ya  almanlar  tərəfə  keçir,  ya  da  fərarilik  edərək  dağlarda  sovetlərə  qarşı  vu- 

ruşmağa  başlayırdılar.  Alrnaniyada  Əhməd  Nəbi  Maqomayevin  rəhbərliyi 

ilə  "Şimali  Qafqaz  Milli  Komitəsi"nin  yaradılması,  alman  ordusunda  "Şi- 

mali  Qafqaz  milli  legionunun"  sovetlərə  qarşı  vuruşması  İ.Stalini  bütün  Şi- 

mali  Qafqaz  əhalisinin  köçürülməsi  haqqında  İ.Beriyanm  təklifı  ilə  razılaş- 

mağa  vadar  etmişdi.  Köçürülmə  Dağıstandan  başlamalı  idi.  (13,  150-157)

1942-ci  ilin  sentyabr  ayının  əvvəllərində  Dağıstanda  L.Beriyanın  gön- 

dərdiyi  yoxlamalar  əhalinin  aclıq  həddində  yaşamasını  m üəyyən  etmişdi, 

Dağıstan  Vilayət  Partiya  Komitəsinin  1-ci  katibi  H.İ.Linkun  isə  heç  bir 

tədbir  görmürdü.  Şimali-Qərbi  Dağıstanda  banditizm  geniş  vüsət  almışdı.

Belə  şəraitdə  Mir  C əfər  Bağırov  Dağıstan  Vilayət  Partiya  Komitəsinin 

1-ci  katibi  vəzifəsinə  Əziz  Əliyevin  təyin  edilməsini  tək lif etmişdi.  Qafqaz 

adət-ənənələrini  yaxşı  bilən,  təşkilatçılıq  qabiliyyəti  olan,  pedaqoji  sahədə 

çalışmış,  Qafqazda  hər  zaman  hörmətlə  qarşılanan  peşə  sahibi  -  həkim 

olan,  qətiyyət  və  əqidəsi  ilə  seçilən  Əziz  Əliyev  qısa  zamanda  vəziyyəti 

dəyişdirm əyə  qadir  idi.  1942-ci  il  sentyabrın  16-da  Dövlət  M üdafıə  Komi- 

təsinin  qərarı  ilə  Əziz  Əliyev  Dağıstan  Vilayət  Partiya  Komitəsinin  1-ci 

katibi  təyin  edilmiş  və  Mahaçqala  M üdafıə  Komitəsinin  sədri  seçilmiş- 

di.  (5)

Ə.Əliyevin  yeni  vəzifədə  ilk  tədbiri  yaranmış  vəziyyətin  səbəblərinin 

öyrənilm əsinə  yönəldilmişdi.  Yoxlamalar  göstərm işdir  ki,  hərbçilər  icazə 

olmadan  evlərdən  ərzaq,  mal-qara  və  əşyaları  müsadirə  edir,  hərbi  ehtiyac 

olmadan  əhalinin  evlərini  dağıdırdılar.  M üdafıə  qurğularının  tikintisinə 

cəlb  olunan  əhaliyə  maaş  və  yem ək-içm ək  verilmirdi.  Belə  işlərə  çıxmaq 

istəm əyənlərin  ailələri  girov  götürülürdü.  Banditizmə  qarşı  mübarizə  adı 

ilə  kiitləvi  şəkildə  həbslər  və  qətllər  törədilirdi.  Bütün  bunlara  son  qoyan 

Ə.Əliyev  ətrafına  yerli  kadrları  toplamağa  çalışırdı.  O,  yerlərdə  vəziyyətlə

« I I O K H İ   İİİ I.İK »



№  1.  2009


HƏRB  TARIXİMİZDƏN

tanış  olaraq  alman  təbliğatına  qarşı  mübarizənin  və  vətənpərvərlik  işinin 

gücləndirilməsini  1-ci  dərəcəli  vəzifə  elan  etmişdi.  N əticədə  1942-ci  ilin 

sentyabr-noyabr  aylarında  Dağıstanda  sovet  pulları,  təbliğat  ədəbiyyatı  və 

silahla  təchiz  edilmiş  42  alman  paraşütçü  agenti  zərərsizləşdirilmişdir. 

M üharibənin  sonunadək  160  agent  ifşa  edilmişdir.  (11)  Milli  din  xadimləri 

və  ziyalılar  təbliğata  cəlb  edilmişdir.  Təsərrüfat  sahəsində  m üsbət  dəyişik- 

liklər  hesabına  cəbhəyə  ərzaq  və  m üxtəlif malların  göndərilm əsinə  başla- 

nılmışdır.  M üharibənin  sonunadək  Dağıstandan  cəbhəyə  129,5  min  ton  ta- 

xıl,  48  min  ton  ət,  50  min  ton  yun,  1332  ton  yağ  və  s.  göndərilmişdi.  (11)

Lakin  Ə.Əliyev  anlayırdı  ki,  İ.Stalində  Dağıstan  xalqları  barəsində  for- 

malaşdırılmış  fıkri  dəyişm ək  üçün bilavasitə  hərbi  sahəyə  m ünasibətdə  dö- 

nüş  olmalıdır.  Dağıstan  və  Şimali  Qafqazdan  dağlıları  orduya  aparmaq  mü- 

haribənin  sonunadək  qadağan  edilmişdi.  Qadağadan  yan  keçm ək  üçün 

Ə.Əliyev  könüllülərin  toplanıb  milli  hərbi  hissələr  şəklində  cəbhəyə  gön- 

dərilm əsinə  nail  olmuşdu.  Təkcə  1942-ci  ilin  sentyabr-oktyabr  aylarında 

aparılmış  təbliğat  işləri  nəticəsində  4900  könüllü  toplanmışdır.  Milli  zabit- 

lərin  rəhbərliyi  altında  milli  hərbi  hissələrdə  vuruşan  bu  könüllülərin  ilk 

uğurları  geniş  təbliğ  olunurdu.  Yaralılara,  cəbhədə  olan  döyüşçülərin  ailə- 

lərinə  qayğı  artınlm ışdı.

N əhayət,  vəziyyəti  birdəfəlik  düzəltm ək üçün  Əziz  Əliyev  çox  cəsarətli 

və  çox  riskli  h ərəkətə  əl  atmışdı.  O,  Sovet  Ordusunun  Səfərbərlik  və  Təş- 

kilatçılıq  Baş  İdarəsinin  rəisi  Şadenkoya  məktub  yazaraq  Dağıstan  əhalisi- 

nin  ordu  sıralarına  çağırılmamasını  səhv  addım  kimi  qiymətləndirmişdir. 

Belə  qadağanın  qoyulmasında  bilavasitə  İ.Stalinin  rolunun  olmasım  bilərək 

məktubunda  yazmışdır:  "Qızıl  Ordu  sıralarma  çağırışın  qadağan  edilməsi 

Dağıstan  xalqlarının  həyatmda  siyasi  baxımdan  zərərlidir  və  heç  nə  ilə  yu- 

yula  bilm əyən  ləkədir".  (10,  180)  Faktiki  olaraq,  öz  məktubu  ilə  Ə.Əliyev 

m ərkəzi  hakimiyyətin  qərarına  etiraz  etmişdir  və  bu  Stalin  dövrü  üçün  çox 

nadir  fakt  sayılırdı.  Məktub  ya  dağıstanlılardan  ibarət  diviziyaların  topla- 

nılmasına  icazənin  verilməsi,  ya  da  məktubu  imzalamış  Ə.Əliyev  v ə  onun 

köməkçisi  A.Daniyalovun  repressiyalara  m əruz  qalması  ilə  nəticələnm əli 

idi.

Risk  özünü  doğrultmuşdu:  məktubdan  sonra  bir  neçə  milli  diviziyanın 



yaradılmasına  icazə  verilmiş,  orduya  çağırış  bərpa  edilməsə  də,  könüllülə- 

rin  geniş  şəkildə  orduya  cəlb  olunraasına  icazə  verilmişdi.  (şəkil  4)

1943-cü  ilin  yanvarmda  Dağıstanda  könüllü  olaraq  orduya  getmək  istə- 

yənlərin  çağırış  kampaniyası  keçirilmişdi.  Faktiki  olaraq,  bu,  dağlıların  so­

vet  quruluşuna  loyal  m ünasibətlərini  göstərm ək  üçün  bir  şans  idi.  1943-cü 

ilin  martınadək  8255  könüllü  çağırılmış  və  onlardan  3,2  min  nəfər  rus  di- 

lini  öyrənmişdi.  Zaqafqaziya  cəbhəsinin  komandamnm  müavini  general - 

leytenant  Kurdyumov  raportda  qeyd  edirdi:  "Dağıstanda  könüllülərin  cəlb 

olunması  Çeçen  -  İnquşetiyadan  yaxşı  keçirilir.  Görünür  ki,  Dağıstan  Vila-

«H Ə R B İ  B İL İK »

№  1.  2009



HƏRB  TARIXIMİZDƏN

yət  Partiya  Komitəsi  bu  m əsələyə  ciddi  yanaşmışdır".  (10,182)  Zaqafqazi- 

ya  cəbhəsi  siyasi  şöbəsinin  rəis  müavini  polkovnik  Antonov  5  fevral  1943- 

cü  il  raportunda  qeyd  edirdi:  "Dağıstan  Respublikasının  partiya  -  sovet  or- 

qanları  və  respublika  hərbi  komissarlıqları  könüllülərin  çağırışı  üzrə  böyük 

iş  görürlər.  K önüllülər  sırasında  hərbi  m əktəblərə  getm ək  istəyən  çoxlu 

sayda  şəxs  var..."

1943-cü  ildən  etibarən  alman  təbliğatı  da  qafqazlılara  təsir  göstərmirdi 

və  bunu  alman  hərbçiləri  etiraf  etm əyə  m əcbur  olmuşdular.  (10,301) 

Ə .Əliyevin  rəhbərliyi  ilə  görülmüş  işlər  öz  bəhrəsini  vermişdi.  Artıq  1945- 

ci  il  iyulun  1-dək  Sovet  Ordusu  sıralarına  Dağıstandan  122.268  nəfər  gön- 

dərilmişdi.  Onlardan  1630  nəfəri  zabit  idi  (10,  cədvəl  45,  402).  Döyüşlər- 

də  25  min  dağıstanlı  SSRİ-nin  orden  və  medalları  ilə  təltif edilmişdir.

M üharibə  qələbə  ilə  nəticələnəndə  dağıstanlılar  öz  rəhbərlərinə  inam 

və  sədaqət  rəmzi  olan  xəncər  bağışladılar.  Həmin  xəncər  indi  Milli  Azər- 

baycan  Tarixi  Muzeyinin  kolleksiyasındadır  (YTF  №  2995).  Əziz  Əliyevin 

sayəsində  dağıstanlılar bir çox  digər xalqlar  kimi  sürgün  olunmamış,  öz  də- 

də-baba  torpaqlarında  qalmışdılar.  Təsadüfı  deyil  ki,  Dağıstan  Respublika- 

sının  prezidenti  Muxu  Əliyev  2007-ci  ildə  Dağıstanda  Əziz  Əliyevin  110 

illik  yubileyinə  həsr  edilmiş  təbrikdə  demişdir:  "Əziz  M əm m ədkərim ovi- 



çin  adı  Dağıstana  xidnıət  göstərmiş  parlaq  siyasi  və  ictimai  xadimlərin 

sırasında  ən  layiqii  yerlərdən  birini  tutur".

M üharibədən  sonra  iqtisadiyyatın  mülki  işlərə  yönəldilm əsi  ilə  məşğul 

olan  Əziz  Əliyevin  ən  böyük  qayğılarından  biri  Dağıstanda  milli  rəhbər 

kadrların  hazırlanması  idi.  XX  əsrin  50-60-cı  illərində  Dağıstana  rəhbərlik 

etmiş  M aqomed-Salam  İlyas  oğlu  Umaxanov  öz  xatirələrində  yazırdı: 

"1946-cı  ilin  avqust  ayında  aviasiya  lıərbi  hissəsinin  komandiri  vəzifəsində 

işləyəndə  mən  Mahaçqalaya  m əzuniyyətə  gəldim.  V ilayət  partiya  komitə- 

sinin  katibi  A .Sultanəhmədovla  görüşdüm.  O,  Əziz  M əmmədkərirnoviçin 

yanına  getməyi  m əsləhət  gördü  və  onu  olduqca  diqqətli,  cəbhədən  qayı- 

danlara  qarşı  çox  həssaslıqla  yanaşan  bir  insan  kimi  qiymətləndirdi.  Mən 

onun  yam na  getdim.  Əziz  M əmmədkərimoviç  məni  hərarətlə  qəbul  etdi  və 

çaya  qonaq  elədi.  Əziz  M əmmədkərimoviç  mənim  ordudakı  xidmətimlə, 

ailə  vəziyyətim lə,  gələcək  planlarımla  maraqlandı.  1947-ci  ilin  sonunda 

HHQ  komandam  m ənə  ehtiyata  çıxmağı  tək lif etdi.  M ən  başa  düşdüm  ki, 

bu  ÜKP(b)  MK  vasitəsilə  Əziz  M əmmədkərim oviç  tərəfındən  təşkil  edi- 

lib".  Beləliklə,  yerli  kadrların  hazırlanmasına  diqqət  yetirən  Əziz  Əliyevin 

sayəsində  M .Umaxanov  partiya  işinə  cəlb  edilmiş  və  uzun  illər  Dağıstana 

rəhbərlik  etmişdir.

Əziz  Əliyevin  II  Dünya  müharibəsindən  sonrakı  fəaliyyəti  də  Azərbay- 

cana  sədaqətli  xidmətin  nümunəsidir.  1949-1950-ci  illərdə  Ümumittifaq 

Kommunist  Partiyasının  M ərkəzi  Komitəsinin  inspektoru  vəzifəsində  çalı- 

şan  Əziz  Əliyev  Azərbaycan  SSR  Nazirlər  Soveti  sədrinin  birinci  müavini



«H O R B İ  BİLİK »

№  1.  2009


NÖVLƏRİ

Əziz  Ə liyevə  hədiyyə  edilmiş  xəncərin  hansı  növə  aid  olmasmı  müəy- 

yən  etm ək  üçün  Dağıstan  xəncərlərinin  növlərinə  diqqət  yetirək.

Şimali  Qafqaz  və  Dağıstan  həm  sakinlərinin  m ədəni  ənənə  qədimliyi, 

həm  də  çoxmillətli  əhalisi  ilə  seçilir.  Dağıstanın  əksər  kəndlərində  soyuq 

silah  istehsal  edilsə  də,  yalnız  Kubaçi,  Amuzqi,  Qumuk  silahqayırma  mər- 

kəzi  hesab  olunurdu.

HƏRB  TARIXIMIZDƏN

ŞƏKİL  5. 

Ə .ƏLİYEV  -   1950-ci  İL

təyin  edilir və  bu vəzifədə  1951 -ci  ilədək 

çalışır.  Onun  sürətlə  yüksəlişi  Azərbay- 

canda  hansısa  qüvvələrə  xoş  gəlm ir  və  o, 

1951-ci  ildə  gözlənilm ədən  vəzifədən 

kənarlaşdırılır,  Azərbaycan  Elmi  Tədqi- 

qat  Ortopediya  və  Bərpa  C ərrahhğı  İnsti- 

tutunun  direktoru  vəzifəsinə,  1956-cı  ildə 

Azərbaycan  H əkim ləri  Təkm illəşdirm ə 

İnstitutunun  direktoru  vəzifəsinə  təyin 

edilir.  (2,169)  Buna  baxmayaraq,  işlədiyi 

bütün  vəzifələrdə  Əziz  Əliyev  xalqına, 

vətəninə  sədaqətlə  xidm ət  göstərmişdir. 

Onun  elmi  fəaliyyəti  ana  dilində  tibb  ter- 

minologiyasının  və  ali  m əktəb  dərsliklə- 

rinin  yaradılmasma,  eksperimental  nefrit

zamanı  qanda  baş  verən  biokimyəvi  dəyişikliklərə,  allergiya  problem lərinə 

və  s.  həsr  edilmişdir.  (şəkil  5)

1962-ci  ildə  Bakıda  vəfat  edən  Əziz  Əliyev  Fəxri  xiyabanda  dəfn  olun- 

muşdur.


DAĞISTANDA  SİLAH  İSTEHSALI.  DAĞISTAN  XƏNCƏRLƏRİNİN

XIX 


əsrdə  Amuzqi  və  Kubaçi  ustaları  arasmda  əm ək  bölgüsü  yaranmış- 

dı:  Amuzqi  ustaları  xəncər  tiyələri  düzəldir,  Kubaçi  ustaları  dəstək,  qm  və 

onların  bəzək  elementlərini  hazırlayırdüar.  (14,16)  XIX  əsrin  I  yarısında 

silah  üzərində  olan  irihəcmli  naxışlar  1-2  texnoloji  üsulla  hazırlanırdı.  XX 

əsrin  sonlarında  isə  kiçikhəcmli  naxışlar  3-4  material  növündən  istifadə  et- 

m əklə  5-6  texnoloji  üsulla  hazırlanırdı  (misal  üçün,  xəncər  döymə,  oyma, 

qarasavat  üsulları  ilə  hazırlanır,  qızıl  və  gümüş  om am entlərlə,  rəngli  məx- 

m ər  parça  ilə  bəzədilirdi).  (14,17-18)  Silahın  düzəldilm əsi  m üxtəlif peşə 

sahiblərinin,  bəzən  ayrı-ayrı  kənd  ustalarmın  səy  və  bacarığının  birləşdi- 

rilməsini  tələb  edirdi.  Tiyənin  düzəldilməsi,  dəstək  və  qmın  ağac  və  sü- 

mük  hissələrinin  hazırlanması,  gümüş  elementlərinin  düzəldilib  silaha  bər- 

kidilməsi  bir-birindən  fərqlənən  texniki  əm əliyyat  olduğuna  görə  bir  xən- 

cər  üzərində  bir  neçə  usta  işləyirdi.  (15,12)

Dağıstan  xəncərlərinin  çoxsaylı  növ  və  formaları  mövcud  idi.  XIX  əsrin 

sonları  -  XX  əsrin  ə w ə llə rin d ə   Dağıstan və  Şimali  Qafqazda bir  neçə  silah

«H Ə R B İ  BİLİK »

№  1.  2009



HƏRB  TARİXİMİZDƏN

istehsalı  m ərkəzi  fəaliyyət  göstərirdi:  Vladiqafqaz  (Dağıstandan  bura 



köçmüş  ustalar  əsasən  kazak  silahlan  düzəldirdilər);  D əıbənd  (şəhərdə 

silahqayıran  ustaların  sayı  tədricən  azalırdı,  artıq  1917-ci  ildə  burada 

cəmi  3  silahsaz  qalmışdı),  Petrovsk  (Dağıstan  kəndlərindən  bura  köç- 

nıüş  ustalar  əsasən  ordu  zabitləri  və  kazaklar  üçün  silah  düzəldirdilər, 

şəhərdə  silahsazlann  sayı  tədricən  azalırdı  -  1915-ci  ildə  cəm i  6  nəfər); 

Samux  və  Kürə  dairələrinin  hər  birində  cəmi  1  silahsaz  qalmışdı;  Qunib, 

Avar,  Andı  dairələrində  gümüşişləmə  üzrə  ustalar  qalsa  da  1915-ci  ildə  si- 

lahsazlar,  dem ək  olar  ki,  yox  idi;  Temir-xan  Şura  dairəsinin  Verxneye  Ka- 

zanişe  kəndində  əsasən  sadə  xəncərlər  düzəldirdilər;  Tərki,  Qazi-Qumux, 

Kadar  kəndlərində  də  silahsazlar  tədricən  bu  sənəti  atır,  bəzək  əşyaları, 

dekorativ  m əişət  əşyaları,  qab-qacaq  düzəldilm əsinə  keçirdilər.  Beləliklə,

XX  əsrin  əvvəllərinə  yalnız  Amuzqi  və  Kubaçi  kəndləri  ən  böyük  silah- 

qayırma  m ərkəz  kimi  qalmışdı,  buradakı  ustalar  ənənəvi  silahqayırma  tex- 

nologiyasını  davam  etdirirdilər.  (8,250-252)



Qaytaq  -  Tabasaran  dairəsinə  aid  olan  Amuzqi  kəndində  XIX  əsrin 

sonlarında  50-yə  yaxm  təsərrüfat  (ev)  var  idi  ki,  onların  da  hamısı  xəncər 

tiyələri  hazırlayırdı.  (16,77)  Y.Şillinq  göstərir  ki,  xəncər  tiyəsinin  düzəl- 

dilməsi  13  m ərhələdə  başa  çatır.  Adi  xəncər  tiyəsi  2  gün,  D ənıəşq  tiyəsi 

isə  6-8  gün  ərzində  hazırlanır.  Qaytaq-Tabasaran  dairəsinə  aid  olan  Kubaçi 

kəndi  hələ  X  əsrdən  başlayaraq  soyuq  silah  istehsalı  m ərkəzi  kimi  qeyd 

edilir.  Kəndin  adı  orta  əsr  farsdilli  m ənbələrində  Zirehgeran  (yəni  "Zireh- 

qayıranlar"),  türk  dillərində  Kubaçi  (halqalı  zireh  türk  dillərində  "kübə 

yaraq"  termini  ilə  bildirilir)  şəklində  göstərilirdi.  XIX  əsrin  sonları  -  XX 

əsrin  əvvəllərinə  aid  olan  Kubaçi  xəncəri  olduqca  bahalı  idi:  60-100  rubla 

satılırdı.  Belə  xəncərin  düzəldilm əsinə  12-15  gün  sərf  olunurdu.  1862-ci 

ildə  usta  İbrahim  Mehmed  oğlunun  London  sərgisində  nümayiş  etdirilən 

xəncəri  Kubaçi  xəncərlərinin  Avropada  məşhurlaşmasmın  əsasını  qoymuş- 

du.


XVIII-XX  əsr xəncərləri  öz  forma və  tərtibatına  görə  aşağıdakı  qruplara 

bölünür:  Kubaçi  xəncərləri  (Kubaçi  və  Amuzqi  ustaları),  Lak  xəncərləri 



(Nalçik və  Vladiqafqaz üstaları),  Avar xəncərləri  (Verxneye  Kazanişe və 

ətraf  kəndlər)  (8,270-282)

ƏZİZ  ƏLİYEVƏ  HƏDİYYƏ  EDİLMİŞ  XƏNCƏR

Əziz  Əliyevə  məxsus  xəncərin  Kubaçi,  Avar  və  Lak  xəncər  növləri 

ilə  m üqayisəsi  göstərir  ki,  o,  Kubaçi  xəncəridir.  Kubaçi  xəncərlərinin 

ayırd  edilm əsində  onlaıın  naxışları  əsas  rol  oynayır.  Kubaçi  ornamentlərini 

yüksək  peşəkarlıq  əsasında  m üxtəlif texniki  üsul  və  vasitələrdən  istifadəni 

tələb  edən  m ürəkkəb,  çoxşaxəli  naxışlar  fərqləndirir.  (6,  42;  7,57-  65) 

Y.M .Şillinq  Kubaçi  ornamentində  bu  kompozisiyaları  fərqləndirir:  1.  Tutta 

("budaq")  -  iizərinə  simmetrik  olaraq  yarpaq  və  çiçəklər  taxılmış  budaq 

kompozisiyanın  m ərkəzini  təşkil  edir;  2.  M arxaray  ("cəngəllik")  -  bu

«H Ə R B İ  B İL İK »  ..............  

i f e V  

---- ---------- 

-----   №  1.  2009



HƏRB  TARIXIMIZDƏN

kompozisiyada  bir və  ya bir neçə  m ərkəzdən  kənara  yayılan  spiralların  ara- 

sı  yarpaq  təsvirləri  ilə  doldurulur;  3.  Tamğa  ("möhür")  -  halqa,  ellips, 

romb,  kvadrat  şəklində  olan  qapalı  iri  medalyondur.  M edalyonun  daxili  tut- 

ta və  marxaray  kompozisiyaları  ilə  doldurula  bilər;  4.  Kusat  naxış  ("dama- 

dam anaxış") -  bu  kompozisiyada  ikiyarpaqlı  elementlərdən  yaraddan  romb- 

lar  öz  növbəsində  dama-dama  həndəsi  ornament  təşkil  edir;  5.  "Lum"  —  

yuxarıdakı  om am entlərin  haşiyəsini  təşkil  edən  zəncirvari  yarpaqlardan 

ibarət  naxışdır;  6.  Zoom orf üslub —  yarpaqlar arasında heyvan  təsvirləridir. 

(16,107-111)

Əziz  Ə liyevə  bağışlanmış 

xəncərin  yaxın  analoqlarınm 

axtarışı  Sankt-Peterburq  şə- 

hərində  uğurla  nəticələnm iş- 

dir.  Belə  ki,  2007-ci  ilin  de- 

kabr  ayında  Sankt-Peterburq 

şəhərində  ezam iyyətdə  olar- 

kən  biz  Rusiya  Etnoqrafiya



ŞƏKİL  6.  Ə.ƏLİYEVƏ  HƏDİYYƏ  EDİLMİŞ 

XƏNCƏRİN  DƏSTƏK  HİSSƏSİ

M uzeyində  (REM)  analoji  xəncərə  rast  gəldik.  REM -in  soyuq  silahlar  ka- 

taloqunda  qeyd  edilir  ki,  bu  xəncər  -  qəm ə  XX  əsrin  əw ə llə rin d ə   Dağıs- 

tanın  Kubaçi  kəndində  düzəldilmiş,  1926-cı  ildə  Seyid  M əhəm m əd  oğlu 

tərəfındən  Kubaçidən  alınmış  və  REM -ə  bağışlanmışdır.  (15,90)  Xəncərin 

quruluşu,  ölçüləri,  düzəldilmə  texnologiyası  və  materialları  M ATM -də  qo- 

runan  xəncərlə  eynidir.  (şəkil  6)

Əziz  Ə liyevə  hədiyyə  edilmiş  xəncərin  ümumi  uzunluğu  47,5  sm,  ti- 

yənin  uzunluğu  33  sm-dir.  X əncər polad  tiyə  və  onun  üzərinə  taxılmış  po- 

lad  dəstəkdən  ibarətdir.  Tiyə  yuxarıdan  aşağıya  doğru  tədricən  daralan  po- 

laddan  düzəldilm iş  və  onun  ortasına  iki  yiv  qoyulmuşdur.  Y ivlər  arasında 

çox  çətinliklə  ərəb  qrafikası  ilə  yazdarın  olması  görsənir.  Yazılara  diqqətlə 

baxılanda  aydın  olur  ki,  sürtülərək  tamamilə  yiyildiyinə  görə  oxunmur. 

D əstək  qızdı  və  gümüşü  simlər,  qarasavatla  bəzədilm iş,  ortasına  sümükdən 

lövhə  taxılmışdır.  Qmın  iç  hissəsi  nazik  taxtadan  düzəldilmiş,  dəstəyə  to- 

xunan  hissəsinə  m əxm ər  parça  yapışdırdmışdır.  Qının  çöl  tərəfı  metaldan- 

dır,  üzəri  qızılı  və  gümüşü  simlər,  qarasavatla bəzədilm iş,  ortasına  süırıük- 

dən  lövhə  taxdmışdır.  Qınm  aşağı  ucu  qoza  şəkilli,  zəngin  bəzədilm iş  əla- 

və  elementlə  tamamlanır.  Qın  və  dəstək  üzərində  olan  naxışlar  xəncərin 

Kubaçi  növünə  aid  olmasına  şübhə  yaratmır.  Yazdarın  yeyilməsi  belə  eh- 

timal  etm əyə  imkan  verir  ki,  tiyə  köhnə,  dədə-babadan  qalmış  xəncərin  ti- 

yəsi  olmuş  və  etibarlılığını  itirməmişdir.  Ə nənəyə  görə  etibarlı  tiyələr  nə- 

sildən-nəsilə  keçirilir.  Qm  və  dəstək  dəyişilsə  də  belə  tiyələr  göz  bəbəyi 

kimi  qorunmuşdur.  Müqayisəli  təhlil  göstərir  ki,  tiyə,  ehtimal  ki,  XX  əs- 

rin  20-ci  illərində  düzəldilmişdir.  Əziz  Əliyev  üçün  hədiyyə  hazırlananda 

bu  tiyə  seçilmiş,  qın  və  dəstək  isə  yenidən,  ehtimal  ki,  elə  40-cı  illərin

«IIƏ R B I  BILIK »

0

№  1.  2009



HƏRB  TARIXIMIZDƏN

sonlarında  hazırlanmışdı.  (şəkil  7  )

Bu  gün  Əziz  Əliyevin  adı  Azərbaycan  və  Dağıstanın  dost  və  qonşu  nıü- 

nasibətlərini  təsdiqləyən  ideoloji  rəm zə  çevrilmişdir.  Həmin  münasibətlə- 

rin  bariz  nümunəsi  eksponat  şəklində  Milli  Azərbaycan  Tarixi  M uzeyində 

qorunur.


ƏDƏBİYYAT

1.  Milli  Azərbaycan  Tarixi  Muzeyi.  Yeni  tarix  fondu,  inventar  kitabı 

№ 

...

2.  Naxçivan  ensiklopediyası.  c .l,  səh.  168-169

3.  Vəliyev  İ.A.  Azərbaycan  milli  atıcı  diviziyaları  Böyük  V ətən  müha- 

ribəsində.  Bakı,  2005,  səh.  220

4.  V əliyev  İ.A.  Unudulmuş  402.  Bakı,  2004,  səh.  296

5.  Алиев  В.  Выдающийся  сын  азербайджанского  нар о да/ / Наш  век, 

№1  (396  ),  12  -  18  января  2007  года

6.  Алиханов  Р.А.,  Иванов  А.А..  Искусство  Кубани.  Ленинград, 1976, 

стр.  230

7.  Алиханов  Р.А.  Кубачинский  орнамент.  Москва,  1963,  стр.  130

8.  Асвацатурян  Э.Г.  Оружие  народов  Кавказа.  Санкт-Петербург,  2004, 

стр.  432

9.  Ахметжан  К.С.  Этнография  традиционного  вооружения  казахов. 

Алматы,  2007,  стр.  216

10.  Безугольный  А.Ю.  Народы  Кавказа  и  Красная  Армия.  1918-1945 

годы.  Москва,  2007,  стр.  512

11.  Великая  неизвестная  война // Свободная  Республика - №   30  (127) 

26.07.2008

12.  Джангирова  С.  Из  истории  формирования  коллекции  оружия 

Музея  Истории  Азербайджана.  //Azərbaycan  Tarixi  Muzeyi  -  2007. 

M əqalələr  toplusu.  Bakı  -  2007,  səh.  457-460

13.  Дробязко  С.И.  Под  знаменами  врага.  Антисоветские  формирова­

ния  в  составе  германских  вооруженных  сил.  1941-  1945.  Москва,  2004, 

стр.  608

14.  Кавказское  оружие.  ГИМ.  Альбом.  Москва,  стр.  30

15.  Холодное  оружие  в  собрании  Российского  Этнографического 

Музея.  Альбом.  Санкт-Петербург,  2006,  стр.  247

16.  Ш иллинг  Е.М.  Кубачинцы  и  их  культура.  Москва,  1949,  стр.  277

17. Тике В. Марш на Кавказ.  Битва за нефть.  1942/1943.  Москва, 2005, 

стр.448


18.  Интервью с А.Безугольным.  Вести  Северный  Кавказ.  ИНТЕРНЕТ 

səhifə  skavkaz.rfn.ru

19.  Нурани.  "Южная  эпопея"  -  слишком  многое  в  ней  осталось  для 

нас  неизвестным.  INTERNET  səhifə  karabakh-doc.aze-rall.info//ru//azer- 

people//

«H Ə R B İ  BİLİK »

№  1.  2009



HƏRB  TARIXIMIZDƏN

Сабухи  АХМЕДОВ

КИНЖАЛ АЗИЗА АЛИЕВА  В  КОЛЛЕКЦИИ  НАЦИОНАЛЬНОГО  МУЗЕЯ 

ИСТОРИИ  АЗЕРБАЙДЖАНА

РЕЗЮМЕ

В  коллекции Национального Музея Истории Азербайджана особое место занимают 

образцы  оружия,  принадлежавшие  выдающимся  государственным,  политическим  и 

культурным  деятелям  Азербайджана.  Среди  этих  образцов  имеется  кинжал, 

принадлежавший  Азизу  Мамедкерим  оглу  Алиеву.  Азиз  Алиев  занимает особое  место 

в  истории  Азербайджана  и  Дагестана  как  известный  ученый,  организатор 

медицинского  обслуживания  населения,  а  также  как  политический  деятель.  В  статье 

рассматриваются  деятельность  А.Алиева  как  врача  и  ученого  и  мероприятия, 

проведенные  им  в  1941  году  в  Южном  Азербайджане.  Подробно  рассмотрена  его 

деятельность  во  главе  Дагестана  в  1942-1948  годах,  когда  именно  его  усилиями  была 

предотвращена  насильственная  депортация  дагестанских  народов,  спланированная 

высшим  руководством  СССР.  Благодарное  население  Дагестана  подарило  своему 

лидеру  кинжал  -  традиционный  символ  мужества  и  чести.  Не  случайно,  что  до 

настоящего  времени  имя  Азиза  Алиева  является  символом  дружбы  азербайджанского 

и дагестанского  народов.

В  статье  также  рассматриваются  технические  особенности  изготовления  кинжала, 

доказано, что  кинжал  является  выдающимся  произведением  искусства начала XX  века.



Sabuhi  AHMEDOV 

THE  DAGGER  OF  AZIZ  ALIYEV  IN  THE  COLLECTION  OF  NATIONAL 

MUSEUM  OF  THE  HISTORY  OF  AZERBAIJAN 

SUMMARY

In  the  collection  o f National  Museum  o f the  History  o f Azerbaijan  there  are  the  sam­

ples  belonging  to  the  prominent  statesmen,  political  and  cultural  fiqures  o f  Azerbaijan 

occupy  the  special  place.  Among  these  samples  there  is  the  dagger  belonging  to  Aziz 

Mamedkerim  oqlu  Aliyev.  Aziz  Aliyev  has  a  special  place  in  the  history  of  Azerbaijan 

and  Dagestan  as  the  famous  scientist,  the  organizer  o f the  medical  service  o f a  population 

and  also  as  political  figure.  In  the  article  the  activity  o f A.Aliyev  as  a  doctor  and  scien­

tist  and  the  measures  fulfilled  by  him  in  1941  in  the  Southern  Azerbaijan  have  been  con­

sidered.  This  activity  on  the  head  o f Dagestan  in  1942-1948  when  the  forcible  deportation 

o f  Dagestanian  folks  planned  by  the  highest  leadership  o f  the  USSR  has  been  prevented 

namely  by  his  efforts  has  been  considered  in  detail.  The  grateful  population  o f  the 

Dagestan  made  a  present  to  his  leader  the  dagger,  the  traditional  symbol  of  the  courage 

and  honour.  It  is  not  ocassionally  that  the  name  o f  Aziz  Aliyev  is  the  symbol  o f  the 

friendship  of Azerbaijanian  and  Dagestanian  folks  till  a  present.

In  the  article  the  technical  pecularities  o f daggers  manufacturing  proving  that  this  dag­

ger  is  the  prominent  art  production  of  the  beginning  o f 



XX

  century  and  also  have  been 



considered.

H Ə R B İ  BİLİK»

№  1.  2009

Yüklə 155,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə