Həyat siğortasi qaydalari razilaşdirilmişdir



Yüklə 222,58 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix26.10.2017
ölçüsü222,58 Kb.
#6638
növüQaydalar
  1   2   3   4   5   6   7


 

 

   



 

 

 

 

 

 

 

 

 



 

HƏYAT  SIĞORTASI  QAYDALARI 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



RAZILAŞDIRILMIŞDIR:   

 

Azərbaycan Respublikası   

Maliyyə Nazirliyinin 

Dövlət Sığorta Nəzarəti 

Xidmətinin rəisi  

 

 

______________ N.Xəlilov 

 

 

«___» _________ 2011-ci il 

  TƏSDİQ EDİRƏM: 

 

“Qala Həyat” Sığorta Şirkəti  

Açıq Səhmdar Cəmiyyətinin 

İdarə Heyəti sədrinin 

vəzifəsini müvəqqəti icra edən 

 

 

   ______________ A.Cəlilov 

 

 

   «___» _________ 2011-ci il 


 

 

Bu  Qaydalar  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə,  «Sığorta  fəaliyyəti 



haqqında» Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır. 

 

Anlayışlar  

 

Əgər qaydalarda  başqa  cür nəzərdə tutulmamışdırsa, bu  Qaydalarda istifadə olunan termin 

və ifadələr aşağıdakı mənaları daşıyır: 

 

Sığortalı  -  Sığortaçı    ilə  bu  Qaydalar  əsasında  müqavilə  bağlayan  və  sığortaya  görə  haqq 

ödəyən hüquqi və ya fəaliyyət qabiliyyəti olan fiziki şəxsdir; 

 

Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta 

müqaviləsində  nəzərdə  tutulan  sığorta  hadisəsi  baş  verdiyi  halda  qanunvericiliklə  və  ya 

müqavilə  ilə  müəyyən  olunmuş  qaydada sığorta ödənişini vermək  öhdəliyi  daşıyan  sığorta 

müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs; 

 

Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan, əlillik dərəcəsi 

olmayan  fiziki  şəxs.  Fiziki  şəxs  olan  Sığortalı  öz  maddi  maraqları  ilə  bağlı  bu  Qaydalar 

əsasında Müqavilə bağladıqda  həm də Sığorta olunan qismində çıxış edir. Əgər Sığortalı və 

Sığorta olunan ayrı-ayrı  şəxslərdirsə, müqavilə yalnız Sığorta olunanın və ya onun qanuni 

nümayəndəsinin yazılı razılığı ilə bağlana bilər; 

 

Faydalanan şəxs - Müqaviləyə görə sığorta ödənişini almaq hüququ olan hüquqi və ya fiziki 

şəxs. Faydalanan  şəxs qismində Sığorta olunan, onun öldüyü halda isə müqavilədə müvafiq 

olaraq fayda əldə edən qismində göstərilmiş şəxs çıxış edir; 



 

Aktuari  -  qanunvericiliyə  uyğun  olaraq  iqtisadi-riyazi  hesablamalar  aparmaqla  sığorta 

haqlarının  hesablanmasının  əsaslarını  müəyyən  edən,  həmçinin  sığorta  ehtiyyatlarını 

hesablayan mütəxəssis; 

 

Sığorta  müqaviləsi  -  sığortalının  müvafiq  sığorta  haqqı  ödəməsi  müqabilində  Sığortalının 

özünün və ya  Müqavilədə  Sığorta olunan qismində göstərilən başqa şəxsin müəyyən yaşa 

çatdığı,  öldüyü  və  ya  Müqavilədə  nəzərdə  tutulmuş  digər  sığorta  hadisəsinin  baş  veriyi 

təqdirdə Müqavilə ilə şərtləşdirilmiş sığorta  məbləğini bir dəfəyə və ya vaxtaşırı faydalanan 

şəxsə  ödənilməsini  sığortaçı  tərəfindən  öhdəlik  kimi  götürülməsi  şərtlərinin  təsbit  edildiyi 

razılaşma; 



 

Sığorta  şəhadətnaməsi  -  Sığorta  müqaviləsinin  bağlanması  faktını  təsdiq  edən  Sığortaçı 

tərəfindən  sığorta  Qaydaları  əlavə  edilməklə  Sığortalıya  hər  bir  sığortalanmış  şəxs  üçün 

verilən imzalı sənəd; 

 

Sığorta  hadisəsi  -  Müqavilədə  nəzərdə  tutulan  və  baş  verməsi  ilə  Sığortaçının,  müəyyən 

edilmiş  qaydada  səlahiyyətli  dövlət  orqanının  verdiyi  və  sığorta  hadisəsinin  baş  verməsini 

təsdiq edən sənədlərin ona təqdim  edilməsi şərti ilə müqavilə ilə müəyyənləşdirilmiş sığorta 

məbləğini  Faydalanan şəxsə ödəmək vəzifəsini yaradan haldır (hadisədir);  

 



 



Bədbəxt  hadisə  -  kənar  fiziki  təsirlə  əlaqədar  olan  və  Sığorta  olunanın  həyatı  və 

sağlamlığına zərər vuran qəfil, gözlənilməz və təsadüfi hadisə

 

Sığorta  məbləği  -  Müqavilə  üzrə  öz  öhdəliklərini  yerinə  yetirmək  üçün  Sığortaçının 

məsuliyyətinin  həddini  müəyyən  edən  pul  məbləği.  Sığorta  məbləğinin  və  ya  sığorta 

təminatının həcmi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir

 

Sığorta  haqqı  -  Sığortalının  sığortaya  görə  Sığortaçıya    (və  ya  brokerə,  yaxud  agentə) 

Müqavilə üzrə ödəməli olduğu pul məbləği

 

Sığorta  ödənişi  -  sığorta  hadisəsi  baş  verdikdə,  qanunvericiliyə,  həmçinin  sığorta 

müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; 

 

Sığorta tarifi – sığorta haqqının hesablanması üçün müəyyən edilən dərəcə; 

 

Qaytarılan  məbləğ  –  Həyatın  yığım  sığortası  üzrə  müqavilənin  vaxtından  əvvəl  xitam 

olunduğu halda Sığortalıya, Sığorta olunana  və ya Faydalanan şəxsə ödənilməsli olan pul 

məbləği; 

 

Riskli  məbləğ  –  sığorta  məbləği  ilə  müqavilənin  qüvvədə  olduğu  hər  hansı  günədək 

yaradılmış sığorta haqqlarının riyazi (aktuar) ehtiyyatının məbləği arasındakı fərq;  



 

Gözləmə  müddəti  -  sığorta  hadisəsi  nəticəsində  həmin  müddət  ərzində  yaranan  itkilərin 

sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi. 

 

1.

 

Sığortanın sinifi 

1.1. Sığorta obyektinə  görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta sinifləri:  

1.1.1. Sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə 

tutan həyatın ölüm halından sığortası;  

 

1.1.2.  Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  sığorta  olunanın  öldüyü,  yaxud 



sığorta  müqaviləsində  müəyyən  edilmiş  yaşa,  müddətə  qədər  yaşadığı  halda  sığorta 

ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası; 

 

1.1.3. Sığorta olunanın  müəyyən yaşa çatması, yaşı, əlliliyi və ya xəstəliyi ilə əlaqədar əmək 



qabiliyyətini  itirməsi,  ailə  başçısını  itirməsi,  işsiz  qalması  və  şəxsi  gəirlərinin  azalmasına, 

yaxud  itirilməsinə  səbəb  olan  digər  hallarda  pensiya,  yaxud  renta  şəklində  dövri  sığorta 

ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası; 

 

1.1.4. Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və 



ya  qismən  itirdiyi  halda,  onun  itirilmiş  gəlirinin  əvəzini  ödəmək  məqsədi  ilə  sığorta 

ödənişlərinin  həyata  keçirilməsini  nəzərdə  tutan  əmək  qabiliyyətinin  itirilməsi  hallarından 

sığorta;  

 



Yüklə 222,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə