Həyat və yaradıcılığı



Yüklə 44,5 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü44,5 Kb.
#6642


Həyat və yaradıcılığı 

 

Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) - Azərbaycan 



şairi, dramaturq. Ruhani ailəsində doğulmuş, ibtidai təhsilini 

Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin 

"Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-

1898). 


1899-1903-cü illərdə  Cənubi Azərbaycanda olmuş, Təbrizin 

"Talibiyyə" mədrəsəsində  təhsilini davam etdirmişdir.  İstanbul 

Universitetinin  ədəbiyyat  şöbəsini bitirmiş (1909), Naxçıvanda, 

sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik 

etmişdir. 

Hüseyn Cavid klassik Azərbaycan  ədəbiyyatının  ən yaxşı 

ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr 

Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. 

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik 

şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk 

mənzum faciə  və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk 

şer kitabı 1913-cü ildə çap olunmuşdur. 

Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun 

fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı  ədası 

forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni 

bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına 

da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi 

səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, 

böyük ictimai-siyasi və  mədəni  əhəmiyyətə malik problemləri 

əksini tapmışdır. Azərbaycan  ədəbiyyatında ilk mənzum faciə 

olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə 

qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 

Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına 

gəlib çıxmışdır. 

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum 

faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana 

qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni 



vəhşiləri" olan dairələri  İblis surətində ümumiləşdirilmiş, işğalçı 

müharibələrə lənət yağdırılmışdır. 

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində 

yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks 

etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı. 

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar 

yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) 

əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) 

tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə 

baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı 

azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi  əsarəti altında  əzab 

çəkməsi,  ən adi insan hüquqlarından məhrum edilməsi də 

vətənpərvər  şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" 

dramı, 1930; "Kor Neyzən" poeması, 1930). 

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn 

Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə  rəva 

bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə 

boyun qaçırmışdır. Ona görə  də bu mətin  şəxsiyyət Sibir 

buzlaqlarına sürgün edilmiş və orada həlak olmuşdur. (5.12.1941, 

İrkutsk vilayəti) Şairin anadan olmasının 100 illik yubileyi geniş 

qeyd olunmuşdur. Naxçıvanda ev-muzeyi yaradılmışdır (1981). 

Yubiley  ərəfəsində  cənazəsinin qalıqları  İrkutsk vilayətindən 

Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. 

Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır. 

Azərbaycan  ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili 

ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə  də bu 

sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu 

formalaşdırmışdı. “Gözəllik namına, sevqi namına” yazan böyük 

sənətkar neft buruqlarından və  dəniz qəhrəmanlarından, tarlada 

səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu 

süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu 

süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına 

olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. 

Gözəllik və sevgi şairi idi, eləcə də qaldı. 




Azərbaycan  Şekspiri dörd əsr gecikmişdi. Ona yazmaq, 

yazmaq, yazmaq lazım idi. Ağ  vərəq, mürəkkəb və  qələm. Vaxt 

onu qovurdu. Söz və fikir zadəganı. Keçmişdə qalmış dəbdəbə və 

təmtərağı, yüksək ehtirasları tərənnüm edərək, həm də onlara yas 

saxladı. Beləcə  əsilzadə, köklü-soylu zadəgan  əlacsızlıq və 

ümidsizlikdən ürəyi partlaya-partlaya, gözləri görə-görə öz kralını 

eşafota yola salır. Bu günə qəti ümidi yox idi. Bütün keçmişi — 

yaxşı tanıdığı  və sevə-sevə oxşadığı o böyük keçmişi yalnız 

gələcəyə etibar edə bilərdi. 

Əsilzadələrə bu dünyada yer yoxdur. Onlar öz padşahlarının 

ölümü ilə bacarıb bu dünyanı tərk eləməlidirlər. Yoxsa cütçülərə, 

çobanlara, sərsərilərə yoldaş ola bilərlər. Son məqam isə başı uca 

tutma məqamı, son döyüş isə özünə qarşı yonəltdiyin qılıncdır. 

Cütçünün yoldaşı cütçü, çobanın yoldaşı çoban olmalıdır. 

Sənin ən böyük təsəllin odur ki, sən sonunculardansan. Səndən 

sonra sənə oxşar olmayacaq. Hər  şey qaynayıb-qarışacaq bir-

birinə. Bir-birinin içində itəcək. Fərq etməyəcək kim kimdir. Fərq 

etmədiyinə görə də nəsillərin təbii axarının ardıcıllığı qırılacaq; bu 

təbii axarın gah qarşısı  kəsiləcək, gah da sonrakı davamla qatı 

açılacaq. Mənən çobanlar ədəbiyyata “gərgin” əməklə gələcək və 

onlar adlarını sənətkar qoyub o süni misralar dənizinin təlatümünü 

getdikcə daha artıq  şiddətləndirəcəklər. Burda ayıb olan heç nə 

yoxdur: yerlər dəyişik düşə bilməz, çoban çoban olaraq 

qalmalıdır. Belə olmayanda belə olur. Sənin  ən böyük təsəllin: 

Sonunculardansan! Sonuncu söz və fikir zadəganlarindan. 

 

 



 


 

Mişkinaz Cavidin həyat yoldaşıdır.  

 

Cavid Müşkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan  ş. – 



16.11.1976 Bakı) Hüseyn Cavidin ömür-gün yoldaşı. H. Cavidin 

ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. “İblisin intiqamı” 

pyesinin onun xətti ilə köçürlmüş surəti olmasaydı, böyük şair və 

dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər 

də itəcək.  Hüseyn Cavidin həbsindən sonar tikiş artelində işləmiş, 

mənzilləri  əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin 

bu qeyrətli qadın bütün əzab-əziyyətlərə  mərdliklə sinə  gərərək 

dahi  ərinin  şərəf və  ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə 

bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük 

şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Hüseyn Cavidin 

Naxçıvandakı  məqbərəsində,  ərinin və  oğlu  Ərtoğrulun qəbrləri 

ilə yan-yanadır. 

 

 

 



Ərtoğrul Hüseyn Cavid oğlu 

 

Ərtoğrul Hüseyn Cavid oğlu 22 noyabr 1919 Bakıda anadan 



olmuşdur. Hüsey Cavidin oğludur. Azərbaycan Pedaqoji 

İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). 

Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 

Ü. Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılımış 

“9 Lariasiya” dır. (1941-42 Ü. Hacıbəyova ithaf olunub) . Skripka 

ilə fortepiano üçün poema (1941) Nizaminin “Sevgili yar gəlmiş 

idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, Türkmən  şairi 

Kəminənin “Leylanın vəsfi”. T. Rəsizadənin “Səninlə olaydım” və 

s.  Şerlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən 

müharibəsi başlarkən “Sərhəddən məktub” simfonik balladasının 

və marşlar yazmış, “Şeyx Sənan”, “Məshəti” operaları bir sıra 

kamera və intrumental əsərləri yarımçıq qalmışdır. 1939-42 illərdə 

Az-n Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq 



musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış burada 

musiqi folkloru nüm-nin toplamasında işt etmiş, 1941-42 – ci 

illərdə konservatoriyasının nəzdindəki musiqi məktəbində  dərs 

demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus 

bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və 

mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şerləri, pyesi və 

rəsmləri var. 1942-ci ildə  tələbə olmasına baxmayaraq, ordu 

sıralarına çağrılmış, “Xalq düşməni”nin oğlu olduğu üçün 

cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə 

göndərilmişdi. 14 noyabr 1943 Naxçıvanda vəfat etmişdir. Məzarı  

Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası 

M. Cavidin qəbrləri ilə yan-yanadır. 

 

 

 



Hüseyn Cavidin xatirə muzeyi 

 

21 iyul 1981-ci ildə Azərbaycan KP MK-nın "Hüseyn Cavidin 



anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda Bakı 

və Naxçıvan  şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin 

yaradılması, Bakı  şəhərinin  İstiqlaliyyət (keçmiş Kommunist) 

küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşamış 

olduğu 8 saylı evin fasadının təzələnməsi və ona yazıçının xatirə 

lövhəsinin vurulması göstərilirdi. Bu qərar  əsasında Mədəniyyət 

Nazirliyninin 14 avqust 1981-ci il tarixli 228 saylı  əmri ilə 

Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15 dekabr 

1981-ci il tarixli 522 saylı əmri ilə Bakı şəhərində Hüseyn Cavidin 

memorial muzeyinin açılması  nəzərdə tutulurdu. Mədəniyyət 

Nazirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə  əsasən adı  çəkilən 

binanın 5 otağı Hüseyn Cavidin ev muzeyi üçün ayrılmışdı. Lakin 

bina həmin bina olsa da, ayrılmış 5 otaq Cavidlərin yaşamadığı 

otaqlar idi. 10 iyun 1995-ci ildə Azərbaycan prezidenti Heydər 

Əliyevin yanında tarixi müşavirə keçirildi və 14 illik fasilədən 

sonra Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev 




muzeyinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu və 

dərhal öz həllini tapdı. Bununla əlaqədar Nazirlər Kabinetinin 10 

iyul 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin ev muzeyinin 

yaradılması, onun Azərbaycan EA-nın tabeliyinə verilməklə 

ədibin yaşadığı binanın, (İstiqlaliyyət küçəsi,8) 2-ci mərtəbəsində 

giriş  də daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn 

Cavidin ev muzeyi adlandırılması məsələsi həll olundu. H.Cavidin 

ev muzeyi 245 kv metr sahəni əhatə edir və onun 130 kv metrində 

ekspozisiya yerləşir. Ekspozisiyada 600-dən artıq eksponat 

nümayiş etdirilir. Bu eksponatlar içərisində  məhz Cavidlər 

ailəsinə  məxsus məişət və geyim əşyaları, Hüseyn Cavidin 

müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar, 

dram  əsərlərinin tamaşalarından proqram, afişa və fotolar, 

Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi 

əsərlərinin notları, bunlardan Ü. Hacıbəyova həsr etdiyi fortepiano 

üçün "9 variasiya", "Eşq olsun", "Skripka ilə fortepiano üçün 

poema" və s. əsərləri, daha sonra vallar, müxtəlif sənədlər, 

məktublar vardır. Həmçinin Turan Cavidin fəaliyyəti ilə bağlı olan 

materiallar nümayiş edilir. Hüseyn Cavidin yazı masası, Mişkinaz 

xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir 

çox eksponatlar ekspozisiyada əsas yer tutur. Ekspozisiyanın 

tərtibatı zamanı bir neçə görkəmli sənət xadimlərinə süjetli əsərlər 

sifariş olunmuş  və bu əsərlər ekspozisiyanı daha da 

zənginləşdirmiş, onu baxımlı  və maraqlı etmişdir. Bunlardan 

Oqtay Sadıqzadənin "Cavid dünyası" triptixi, "Mişkinaz xanım" 

portreti, Ömər Eldarovun "Hüseyn Cavid", "M. Cavid", "Ə.Cavid" 

mərmər büstləri, A. Hacıyevin "Son yay" və "Hüseyn Cavid" 

əsərləri,  İ.İbrahimovun "Naxçıvandakı  məqbərənin maketi", A. 

Kərimovanın süjetli - "Cavid" xalçası, R.Əsədovun «Ə.Cavid» 

portreti,  Ə. Əliyevin «İblis operasının yaranması»  əsəri, S. və F. 

Məmmədvəliyevlərin ağacdan Hüseyn Cavidin ərəb qrafikası ilə 

adı  və soyadı yazılmış miz və üstündə «Azər»dən parçalar olan 

gümbəz  şəkilli fiqur, Cavid əsərlərinin adlarının ağac üzərində 

oymaları  və s. əsl sənət nümunələrini göstərmək olar. Muzeydə 




məxsusi olaraq 1 otaq, Cavidin iş otağı, repressiya otağı kimi 

ayrılıb. Bu otaqda O. Sadıqzadənin böyük ürək yanğısı ilə işlədiyi 

«1937-ci ilin repressiya qurbanları» əsəri və V. Ucatayın «Zordan 

üstün»  əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər 

repressiya qurbanlarının xatirəsinə rekviem kimi qəbul olunur. 

Muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondda isə 300 əşya 

qorunub, mühafizə olunur. Bunların sayı yeni materiallar hesabına 

daima artır. Muzeyin fonotekası da Hüseyn Cavidə həsr olunmuş 

yeni radio, televiziya verilişlərinin, video və audio kasetlərin, 

müsahibələr və  səhnə tamaşalarının lent yazıları hesabına daim 

zənginləşir. Təəssüflər olsun ki, 2000-ci il noyabrın 25-də Bakıda 

baş vermiş  zəlzələ  nəticəsində muzeyin ekspozisiya sahəsi 

zədələndiyinə görə muzey bir müddət ekspozisiyasını aça bilmədi. 

Muzeyin ekspozisiya sahəsi bir daha təmir olunduqdan sonra bu 

mümkün oldu. 23 oktyabr 2002-ci il tarixdə Prezident Heydər 

Əliyev «Hüseyn Cavidin 120 illik yubileyi haqqında» sərəncam 

imzaladı. 24 oktyabr 2002 – ci il tarixdə, Hüseyn Cavidin 120 illik 

yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər 

Əliyev Hüseyn Cavidin ev muzeyinin açılış lentini kəsərək, 

ekspozisiya ilə tanış olub, muzeyin rəy kitabına ürək sözlərini 

yazdı  və  gələcək fəaliyyətinə xeyir-dua verdi. Beləliklə, 24 

oktyabr 2002-ci il tarixdən Hüseyn Cavidin ev muzeyinin 

ekspozisiyası qapılarını geniş tamaşaçı auditoriyasının üzünə açdı. 

Bu müddət  ərzində, məhz Hüseyn Cavidin 120 illik yubileyi ilə 

əlaqədar verilmiş  sərəncama müvafiq olaraq, muzeyin 

ekspozisiyasında günümüzlə  səsləşən müəyyən yeniləşmə  işləri 

aparılmış, rəssamlardan A.Kərimovaya və R.Əsədova yeni 

sifarişlər verilmişdir. Ekspozisiya üçün sujetli «Ana» və «Ərtoğrol 

Cavid» xalçaları sifariş olunmuş (A.Kərimova), «Ə.Cavid» 

portreti, «Topal Teymur» televiziya tamaşasına işlənmiş 7 eskiz 

alınmışdır (R.Əsədov). Azərbaycan, rus və ingilis dillərində 

«Hüseyn Cavidin ev muzeyi» və  «Ə.Cavid» bukletləri sifariş 

olunmuşdur. Muzeyin fondu üçün Hüseyn Cavidin yeganə iri 

həcmli əlyazma nüsxəsi, 158 səhifəlik 20 parçadan ibarət «Azər» 




poemasının  əlyazması, M.Cavidin «Hüseyn Cavid haqqında 

xatirələri» (102 səhifəlik dəftər)  əldə edilmişdir. Hazırda bu 

qiymətli nümunələr muzeyin fondunda qorunub, mühafizə olunur. 

Hazırda Hüseyn Cavidin ev muzeyi tam hüquqla tərkibinə daxil 

olduğu Milli Elmlər Akademiyasının elmi idarələrindən biridir. 

Artıq neçə ildir ki, burada elmi əməkdaşların fəaliyyətini 

koordinasiya edən Elmi Şura fəaliyyət göstərir. Muzey böyük 

təbliğat və  təşviqat işləri aparır, muzeydə çoxsaylı qonaqlarla 

müxtəlif dillərdə izahatlar aparılır, məktəblərdə, litseylərdə, digər 

təhsil ocaqlarında, qaçqın yataqxanalarında tədbirlər keçirilir, 

Cavidlərə  həsr olunmuş mühazirələr oxunur, səyyar sərgilər 

nümayiş etdirilir. Muzeydə Cavidlər ailəsinin doğum və anım 

günləri hər il bu ailəyə  məxsus bənzərsiz, ilıq və munis bir ab-

havada keçirilir. Hüseyn Cavidin ev muzeyi Naxçıvanda yerləşən 

Hüseyn Cavidin ev muzeyi ilə mütəmadi yaradıcılıq  əlaqələri 

saxlayır, ona lazımi metodiki yardım göstərir. Hüseyn Cavidin ev 

muzeyi gələcəkdə  də Cavidlər irsinin tədqiqi, öyrənilməsi, 

qorunması və təbliği istiqamətində öz fəaliyyətini müvəffəqiyyətlə 



davam etdirəcək 


 

 

Yüklə 44,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə