Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə1/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
  1   2   3   4   5   6   7   8   9   ...   146



HEYDƏR ƏLIYEV IRSINI ARAŞDIRMA MƏRKƏZI

HEYDAR ALIYEV HERITAGE RESEARCH CENTER 

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

BAKU-BRUSSELS (Azerbaijan-European Union relations)

Bakı · Baku · 2011



“Bakı-Brüssel  (Azərbaycan-Avropa  İttifaqı  münasibətləri)”  kitabı  Heydər 

Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitab Azərbaycan Respubli-

kası ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imza-

lanmasının 15 illiyinə həsr olunur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respubli-

kasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının nümayəndələri ilə görüşlərinin 

mətni və eləcə də bu təşkilatın tədbirlərindəki çıxışları kitaba daxil edilmişdir. Avropa 

İttifaqının Azərbaycanla bağlı qəbul etdiyi bəzi qətnamə, tövsiyə və kommünikeləri 

də kitabda yer alan sənədlərdəndir.

1203020000  qrifli nəşr

036-2011

ISBN 978-9952-8134-7-7

© Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 2011




“Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi:

Asəf NADIROV

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  həqiqi  üzvü,  Heydər  Əliyev  Irsini 

Araşdırma Mərkəzinin Elmi-Redaksiya Şurasının sədri



Elmi məsləhətçilər:

Filip BLANŞAR

Belçika  Parlamentinin  üzvü,  Azərbaycan-Belçika  parlamentlərarası  dostluq 

qrupunun sədri

Elxan SÜLEYMANOV

AVCIYA-nın  prezidenti,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  üzvü, 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü

Yaradıcı heyətin rəhbəri:

Fuad BABAYEV



Yaradıcı heyət:

Ismayıl QASIMOV

Təmkin MƏMMƏDLI

Irina MUXTAROVA

Gündüz NƏSIBOV

Dilçi-redaktor:

Mətanət BABAYEVA



Dizayn:

Elviz ISMAYILOV



Səhifələmə:

Ismayıl ISMAYILOV

Kitabın  foto-blokunda  Azərbaycan  Respublikası  Prezidenti  mətbuat  xidmətinin 

foto-materiallarından istifadə edilmişdir.

Kitabda AzərTAc-ın, Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının (www.

president.az),  Azərbaycan  Respublikası  Xarici  Işlər  Nazirliyinin  rəsmi  saytının 

(www.mfa.gov.az), Avropa Ittifaqının rəsmi saytının (www.europa.eu), Azərbaycan-

Avropa  Ittifaqı  münasibətləri  mövzusunda  tarixi  arayışda  isə  Azərbaycan 

Respublikası  Prezident  Administrasiyası ictimai-siyasi  məsələlər şöbəsinin  müdiri, 

tarix elmləri doktoru, professor Əli Həsənovun  “Müasir beynəlxalq münasibətlər 

və Azərbaycanın xarici siyasəti” kitabının materiallarından istifadə olunmuşdur. 



 Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq

 haqqında sazişin imzalanmasının 15 illiyinə həsr olunur


Azərbaycan Avropa ölkələri arasında inteqrasiya proseslərinin gələcəyinə 

böyük ümidlər bəsləyir və bərabərhüquqlu tərəfdaş kimi bu proseslərdə fəal 

iştirak edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respubli-

kası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imza-

lanması mərasimində çıxışından - Lüksemburq, 22 aprel 1996-cı il

Azərbaycan gələcəyini Avropa ailəsində görür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının 

Baş katibi Xavyer Solana ilə görüşündəki çıxışından – 18 may 2004-cü il


11

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Hörmətli oxucular!

20  il  öncə  dövlət    müstəqilliyini  əldə  edən Azərbaycan  Respublikası  demok-

ratik,  dünyəvi,  hüquqi  dövlət  quruculuğu  yolu  seçmişdir.  Buna  görə  də Avropa 

dəyərlərindən bəhrələnmək, onlardan həm dövlət quruculuğu prosesində, həm də 

cəmiyyətin formalaşdırılmasında, sosial-iqtisadi sahədə istifadə etmək bir vəzifə 

kimi qarşıda durur.  

Bu  baxımdan,  Avropa  Ittifaqı  ilə  çoxşaxəli  əməkdaşlıq  Azərbaycanın  xarici 

siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.

Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və geniş nəqliyyat 

infrastrukturunun mövcudluğu Azərbaycanın Avropa üçün əhəmiyyətin daha da ar-

tırır. Qeyd etmək lazımdır ki, Avropa Ittifaqının rəhbərliyində təmsil olunan şəxslər 

bu amili dəfələrlə vurğulamışlar.

Avropa Ittifaqı da Azərbaycan ilə getdikcə əməkdaşlıq hüdudlarını aşan və daha 

çox siyasi əməkdaşlıq, tədrici iqtisadi inteqrasiyaya və dərinləşməyə tərəf yönələn 

əlaqələr axtarır. Azərbaycanla Avropa Ittifaqı arasında olan əlaqələrin tarixi 1990-cı 

illərin əvvəllərinə gedib çıxır və Avropa Komissiyasının Müstəqil Dövlətlər Birliyi 

(MDB) ölkələrinə göstərdiyi dəstəyə (TACIS proqramı) əsaslanır.

Azərbaycanın  bu  mötəbər  qurumla  münasibətlərinin  yaradılması  və  inkişaf 

etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. 22 aprel 

1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər 

tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş 

“Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş” ikitərəfli münasibətlərin hüquqi baza-

sının əsasını təşkil etmişdir.

Sazişin  imzalanması  mərasimində  çıxış  edən  Azərbaycan  Respublikasının 

Prezidenti  Heydər  Əliyev  bu  sənədi  ölkəmizin  Avropa  məkanına  inteqrasiya-

sı  istiqamətində  mühüm  addım  kimi  səciyyələndirmişdir:  “Azərbaycan  Avropa 

ölkələri  arasında  inteqrasiya  proseslərinin  gələcəyinə  böyük  ümidlər  bəsləyir  və 

bərabərhüquqlu tərəfdaş kimi bu proseslərdə fəal iştirak edəcəkdir”. 

Bu  sənəd  əməkdaşlığı  möhkəmləndirmək  üçün  müvafiq  mexanizmlər  təmin 

etməklə, Azərbaycanla Avropa Ittifaqı arasında münasibətlərə yeni təkan vermiş-

dir. Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, 

mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. 

Onun əsas məqsədlərindən birini Azərbaycan qanunvericiliyinin Avropa Ittifaqının 

qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. 

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Konkret nəticə  nöqteyi nəzə-

rindən Avropa Ittifaqı ilə əməkdaşlıq başqa beynəlxalq təşkilatlara nisbətən daha 

da nəticəlidir”.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə