Heydər Əliyev Fondu Ekologiya və Təbii



Yüklə 180,42 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü180,42 Kb.
#5752


            

    


             

           

        

       


 

 

 



 

 

Heydər Əliyev Fondu                    



Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi 

IDEA İctimai Birliyi 

WWF- Ümumdünya 

Təbiəti Mühafizə 

Fondu 


             

 

 



 

     


 

      


 

 

 



 

 

 

 

AVROPANIN SONUNCU CEYRAN POPULYASİYASININ 

BƏRPASI 

 

 



 

 

 



               BAKI-2015 


Giriş 

Azərbaycan  istər  təbii  sərvətləri,  istərsə  də  bioloji  müxtəliflik  nöqteyi-

nəzərindən  Qafqazın  ən  zəngin  bölgələrindən  biridir.  Tariximizin  səhifələrini 

vərəqlədikdə  hələ  yaxın  keçmişdə  respublikamızın  bitki  və  heyvanat  aləminin 

olduqca  zəngin  olmasını,  lakin  qeyri-rasional  istifadə  və  idarəetmə  nəticəsində 

onun  sürətlə  deqradasiyaya  uğradığını  görürük.  Azərbaycan  müstəqillik 

qazandıqdan  sonra  ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  siyasəti  məhz  Ulu 

Öndər Heydər Əliyevin prezidentliyi dövründən etibarən  formalaşmağa başlamış, 

bu sahədə davamlı nəticələr və dinamika izlənilməkdədir.   

Xalqımız  üçün  az  qala  müqəddəs  hesab  oluna  biləcək  növlərdən  biri  də 

CEYRANDIR! Ceyran Azərbaycan xalqının tarixi yaddaşında gözəllik, mərhəmət 

rəmzi  kimi  həkk  olunmuşdur.  Ədəbiyyatımızda,  incəsənətimizdə,  məişətimizdə 

geniş  yer  almış  bu  nadir  növün  nəslinin  tükənməkdən  xilas  olunması 

təxirəsalınmaz məsələlərdən olaraq son illərdə Azərbaycan hökumətinin və təbiəti 

mühafizə  təşkilatlarının  diqqət  mərkəzində  olmuşdur.  Heydər  Əliyev  Fondu, 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  IDEA  İctimai  Birliyi  və  WWF  - 

Ümumdünya  Təbiəti  Mühafizə  Fondunun  birgə  səyləri  nəticəsində  bu  növün 

Azərbaycan  Respublikası,  həmçinin  Cənubi  Qafqazda  olan  bir  sıra    tarixi 

məskənlərinə  qaytarılması  proqramı  uğurla  icra  olunmaqdadır.  Proqramın  ilk  5 

ilində  Acınohur-Sarıca  düzlərinə,  Bozdağ  silsiləsi,  Ağgöl  və  Abşeron  Milli 

Parklarına,  Qobustan  yaylasına  ümumilikdə  160  başa  yaxın  ceyran  Şirvan  Milli 

Parkı ərazisindən tutularaq buraxılmışdır.  

Qonşu  Gürcüstan  Respublikasının  faunasından  tamamilə  yoxa  çıxmış  bu  növün 

bərpası məqsədilə Vaşlovani Milli Parkı ərazisinə də ceyran sürüsü buraxılmışdır. 

Bu  növün  köhnə  arealında  bərpası  nəticəsində  ekosistemdə  yeni  münasibətlər 

formalaşmış və digər nadir növlərin də sayının stabilləşməsinə təkan vermişdir.   

Artıq  Azərbaycanın  mərkəzi  düzən  və  dağətəyi  bölgələrində  yenidən  iri  ceyran 

sürülərinin otlaması səhnələrini müşahidə etmək reallığa çevirilməkdədir. 



 

 

 

 

 

 

 


Tarixi baxış 

Ceyran  (Gazella  subgutturosa)  sürüləri  Qafqaza  son  buzlaşma  dövründən  sonra 

İran-Əfqan  yaylasından  köç  etmişdir  və  ondan  əvvəl  burada  yayılmış  sayqanı 

(Saiga  tatrica)  sıxışdırıb  çıxartmışdır.  Ceyranlar  Qafqazın  əsasən  düzən  və 

dağətəyi  bölgələrində  məskunlaşmış  və  çoxsaylı növ olmuşdur.  Onların  arealı və 

sayı  yüzillər  boyunca  müxtəlif  səbəblərdən  dəyişmişdir.  Xəzər  dənizinin 

səviyyəsinin  qalxıb-enməsi,  yem  örtüyünün  dəyişməsi,  ərazinin  əkinçilik 

məqsədilə istifadə olunması, ovlanma və s. nəticəsində ceyran populyasiyalarında 

kəskin  fluktuasiyalar  baş  vermişdir  (Vereşagin,1959).  Ceyran  sürüləri  əsasən 

yadelli  işğalçıların  hücumları  zamanı  ovlanmış  və  çoxsaylı  orduların 

qidalanmasında istifadə olunmuşdur.  

Ceyranlara  daha  böyük  zərbə  müasir  texniki  vasitələr,  quru  və  hava  nəqliyyatı 

meydana  çıxandan  sonra  dəymişdir.  Artıq  ötən  əsrin  20-ci  illərindən  və  xüsusən 

30-cu illərdən başlayaraq ceyranları ovlamaq üçün avtomobillərdən və hətta kiçik 

təyyarələrdən  istifadə  olunmağa  başlanmışdır.  Mərkəzi  Aran  düzlərinin  kənd 

təsərrüfatı və texniki bitkilər üçün istifadə olunması nəticəsində isə bu heyvanların 

yaşaması  üçün  çox  az  yer  qalmışdır.  Nəticədə  bu  heyvanın  sayı  kəskin  azalaraq 

tükənmək  həddinə  çatmışdır.  1960-cı  ildə  aparılmış  aviasayğı  nəticəsində 

respublika ərazisində cəmi 131 baş ceyran qeydə alınmışdır (Səfərov, 1961).  

Təcili olaraq bu növün xilas edilməsi üçün tədbirlər görülməyə başlanılmış, Şirvan 

düzündə 

Bəndovan 

yasaqlığı  yaradılmışdır.  Sonralar  mühafizə  rejimi 

gücləndirilərək,  Şirvan  dövlət  qoruğu,  2003-cü  ildə  isə  Ümummilli  lider  Heydər 

Əliyevin    sərəncamı  ilə  Şirvan  milli  parkı  təşkil  olunmuşdur.  Ceyranların  sayı 

bərpa  olmağa  doğru  getmiş,  6  000  başı  keçmişdir  və  onun  tarixi  arealını  bərpa 

etmək imkanı yaranmışdır. 

 

Ceyranın Azərbaycan xalqının mədəniyyətində, incəsənətində, məişətində rolu 

Ceyran hələ qədim insanın məişətində ciddi rol oynamışdır. Qobustanda daş dövrü 

insan məskənində qazıntı halında tapılmış heyvan sümükləri içində ceyran qalıqları 

xüsusi yer tutur. Burdakı qayaüstü rəsmlərdə də bu növə aid petroqliflər az deyildir 

(Şək. 1). Daş dövrünün insanı ceyranı qayalara həkk eləmiş, ova getməzdən əvvəl 

bu rəsmlərin ətrafında müxtəlif rituallar icra etmişdir. 



 

Şək.1. Qədim insanın Qobustan qayalarında çəkdiyi ceyran rəsmi  

Orta  əsrlərdə  Azərbaycan  miniatür  sənət  əsərlərində  ceyran  rəsmlərinin  öz  yeri 

vardır.  Təbiət təsvirlərində, şahların  ov səhnələri, dini  mövzularda və  s.  çəkilmiş 

əsərlərdə  ceyran  mərkəzi  obrazlardandır.  Xalqımızın  dahi  şairlərinin  poemaları 

üzərində  çəkilmiş  əsərlərin  əksəriyyətində  gözəllik,  mərhəmət  simvolları  kimi 

ceyranın xüsusi rolu vardır (Şək. 2).  

Orta  əsr  şairlərindən  başlayaraq  bu  günə  kimi  Azərbaycan  şairləri  ceyran 

mövzusuna  geniş  müraciət  etmişlər.  Dahi  şairimiz  Nizami  Gəncəvi  “Leyli  və 

Məcnun”  poemasının  baş  qəhrəmanı  həyatının  əksər  hissəsini  təbiət  qoynunda,  o 

cümlədən ceyranlar arasında keçirir. Şair bu səhnələri ustalıqla təsvir edir. 

 

 



Şək.2. Orta əsr miniatür sənətində ceyranın xüsusi yeri vardır 


O  dövrün  folklorunda  da,  xüsusən  bayatılarda  ceyran  obrazı  geniş  istifadə 

olunmuşdur.  XX  əsrdə  ceyranın  üzərində  təhlükə  hiss  olunan  zaman  ilk  olaraq 

sevimli  şairlərimiz  olan  Səməd  Vurğun,  Məmməd  Araz  və  s.  bu  növün 

ovlanmasının  qarşısını  almağa  səsləmiş  və  belə  bir  gözəlliyin  vətənimizdən  yox 

olmasına etiraz etmişlər. 

 “Ömür  karvanı”  poemasında  xalq  şairi  Məmməd  Araz    öz  etirazını  bu  cür  ifadə 

etmişdir: 

Bu düzləri düz keçin, 

Haraysız, səssiz keçin, 

Şirvanda ov gəzməyin, 

Mili tüfəngsiz keçin: 

Ceyran azalıb, yaman azalıb!  

Xalqın  haray  səsinə  görkəmli  alimimiz,  akademik  Həsən  Əliyev  vaxtında  səs 

vermiş və ilk qorunan ərazilərin yaradılmasına rəhbərlik etmişdir. Onun təşəbbüsü 

və rəhbərliyi altında yaradılmış qoruq və yasaqlıqlarda ceyranların sayı təbii yolla 

bərpa olunmuş və respublikanın digər  yerlərinə köçürülməsi şansı yaranmışdır. 

 

Ceyranın mühafizəsinə yönəlmiş dövlət siyasəti 

Ceyranın  ovunu  qadağan  edən  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  490  saylı 

05.05.1949  tarixli,  162  saylı  11.04.1957  tarixli,  496  saylı  12.06.1959  tarixli 

“Azərbaycan  SSR-də  ov  qaydaları  və  müddətləri”  haqqında  qərarları  olmuşdur. 

Lakin bu qərarlar ceyranın sayının azalmasının qarşısını almamış və 1960-cı illərin 

əvvəlində  artıq  onların  sayı  kritik  həddə  çatmışdır.  Bu  nadir  növün  xilası  üçün 

1961-ci ildə Bəndovan və Korçay yasaqlıqları, 1969-cu ildə Şirvan dövlət qoruğu, 

2003-cü  ildə  Şirvan  Milli  Parkı  və  Qax  dövlət  təbiət  yasaqlığı,  2008-ci  ildə  isə 

Korçay  dövlət  təbiət  qoruğu  yaradılmışdır.  Hazırda  ceyran  məskənlərində 

mühafizə olunan ərazinin ümumi sahəsi Ağgöl və Abşeron milli parkları da daxil 

olmaqla 128 501 hektara çatmışdır. 

Ceyran  1989-cu  ildə  respublikanın  Qırmızı  Kitabına  daxil  olmuşdur,  2013-cü 

ildə  yeni  Qırmızı  Kitab  hazırlanarkən  sayında  əhəmiyyətli  artım  olması  və  kritik 

növlər  siyahısından  çıxmasına  baxmayaraq,  onun  adının    yeni  Qırmızı  Kitabda 

saxlanmasının  insanlara  şüuraltı  siqnal  və  psixoloji  sədd  olacağı  nöqteyi-

nəzərindən dərc olunmuş yeni nəşrdə də ceyranın adı saxlanılmışdır. 

Azərbaycan  Respublikasının  tərəfdaş  olduğu  bir  çox  beynəlxalq  konvensiyalar 

çərçivəsində də bu növün qorunması üçün ölkə tərəfindən öhdəlik  götürülmüşdür.  



Ceyran bir növ olaraq 

Ceyran  boşbuynuzlular  fəsiləsinə  aid  olan  cütdırnaqlı  məməli  heyvan  növüdür. 

Onun tarixi arealı Ərəbistan və Anadolu yarımadalarından  başlayaraq, İran-Əfqan 

yaylasını, orta Asiyanı, Cənubi Qafqaz ölkələrini, Rusiyanın Xəzəryanı bölgələrini, 

Monqolustanı,  Çini,  Hindistanı  və  s  əhatə  etmişdir  (Şək  3).  Beynəlxalq  Təbiəti 

Mühafizə  İttifaqının  (İUCN)    rəsmi  internet  səhifəsinə  istinadən  ceyranın  müasir 

arealı  (Şək.3a)  daralmış,  Anadolu  yarımadasından,  Cənubi  Qafqaz  ölkələrindən 

(Azərbaycan  istisna  olmaqla),  Rusiyanın  cənubundan,  Orta  Asiyanın  şimal 

hissələrindən yoxa çıxmış, digər yerlərdə isə sayı kəskin azalmışdır.  

 

 



Şək.3. Ceyranın tarixi arealı 

Şək.3a. Ceyranın müasir arealı 

 

 

Əsasən  arid  lanşaftlarda  məskunlaşmış,  dağətəklərində,  düzənliklərdə  yarımsəhra 



və  çöl  landşaftlarında  yayılmışdır.  Yayda  su  hövzələrinə  yaxın  ərazilərdə  qalır, 

kanallardan,  az  şoran  göllərdən,  hətta  Xəzər  dənizinin  suyundan  içir.  45-ə  yaxın 

bitki  növü  ilə  qidalanır.  Payızda  iri  sürülər  əmələ  gətirir  və  çoxalmada  1  yaşını 

keçmiş  fərdlərin  əksəriyyəti  iştirak  edir.  5-5,5  aylıq  boğazlıq  dövründən  sonra 

may-iyun  aylarında  1-2  bala  dünyaya  gətirir.  Yüngül  və  incə  bədən  quruluşuna 

malikdirlər.  30  kq  ətrafında  diri  çəkiləri  olur.  Lira  şəkilli  buynuzlar  yalnız  erkək 

fərdlərə xasdır (Şək. 4). 



 

Şək.4. Ceyranın xarici görünüşü 



Ceyranların tarixi arealının bərpası imkanları 

Ceyranın  Azərbaycanda  hazırda  2  lokal  populyasiyası  mövcuddur.  Şirvan 

populyasiyası  1960-cı  ildə  başlanğıcını  cəmi  77  heyvandan  götürərək  hazırda  6 

min  başı  ötüb  keçmişdir.  Digər  bir  populyasiya  Mingəçevir  su  anbarının 

cənubunda Bozdağ silsiləsində yaşayıb qalmış və sayı hazırda 450 baş ətrafındadır. 

Qobustan yaylasında Şirvan qoruğundan qaçmış kiçik mobil qruplar olduğu barədə 

məlumatlar  vardır.  Şirvan  populyasiyasında  molekulyar  bioloji  tədqiqatlar  2 

genetik xəttin olmasını sübut etmişdir (Sorokin və b., 2011). Bir genetik xətt unikal 

olaraq yalnız Azərbaycanda rast gəlinir, digəri isə qlobal arealının digər yerlərində 

də  mövcuddur.  Şirvan  populyasiyası  ceyranın  bütün  dünya  arealında  ən  iri 

populyasiyadır. Bu populyasiyanın kiçik bir qrupdan formalaşdığını nəzərə alsaq, 

yaxın  qohum  çarpazlaşmaları  nəticəsində  genetik  problemlərin  meydana  çıxması 

ehtimalı  burada  yüksəkdir.  Hər  hansı  bir  təbii  kataklizm  nəticəsində  bu 

populyasiyanın  tamamilə  məhv  olmaq  riski  çoxdur.  Bu  səbəbdən  Şirvan 

populyasiyasını  geniş  bir  areala  yaymaq    tövsiyə  olunur.  Digər  tərəfdən  də 

ceyranların  tarixən  yaşadığı  ərazilərdə  artıq  ciddi  mühafizə  rejimləri  təşkil 

olunmuşdur və yenidən bu ərazilərdə məskunlaşmaq imkanları yüksəkdir. 

 

Ceyranın tarixi areallarına köçürülməsinə dair proqram 

 

Son illər ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş 



dövlət siyasəti çərçivəsində bioloji müxtəlifliyin qorunub saxlanılması, nadir bitki 


və heyvan növlərinin genofondunun mühafizəsi və öyrənilməsi xüsusi yer tutur və 

muhum istiqamətlərdən hesab  olunur. 

Bu baxımdan nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, 

onların  tarixən  məskunlaşdıqları  ərazilərə  reintroduksiya  olunması  sahəsində 

aparılan  işlər  sırasında  Azərbaycan  xalqının  böyük  önəm  verdiyi,  dastan  və 

şerlərdə  vəsf  edilən,  mifik  təfəkkürdə  əks  olunan    ceyran  növün  tarixən 

məskunlaşdıqları ərazilərə köçürülməsi  xüsusi  yer tutur.  

Qeyd etmək lazımdır ki, ümummilli lider H.Əliyevin imzaladığı  2003-cü il 05 iyul 

tarixli  2305  nömrəli    Sərəncamla  yaradılmış  Şirvan  Milli  Parkında  Avropada 

yeganə  və  ən  böyük  ceyran  populyasiyasının  sayı  qısa  müddət  ərzində  2 000 

başdan  6 000 başa qədər artmış və bu əhəmiyyətli növün arealı təbii yolla  xeyli 

genişlənmişdir. 

Beləliklə 

 

CEYRANLARIN 



MÜHAFİZƏSİ, 

REİNTRODUKSİYASI 

VƏ 

TARİXİ 

AREALLARININ 

YENİDƏN 

BƏRPASI» layihəsinin başlanılması üçün münbit şərait yaranmışdır. 

Layihənin məqsədi:  

Əsasən  Şirvan  Milli  Parkı  ərazisində  məskunlaşmış  ceyran  növünün  minimum 

antropogen  təsir  göstərmək  şərtilə  tarixən  mövcud  olduqları  areallara  buraxılması 

yolu  ilə    yeni  ərazilərdə  bərpasına  nail  olunması,  eyni  zamanda,  ceyran 

populyasiyalarının  istənilən antropogen təsirlərdən mühafizə edilməsi, onlara qarşı 

baş  verə  biləcək  hər  hansı  brakonyerlik  fəaliyyətinin  qarşısının  qəti  şəkildə 

alınması. 

Layihənin müddəti:   

Layihəyə  2010-cu  ildən  etibarən  start  verilmiş,  2015-ci  ilədək  əsasən  köçürmə 

işləri  başa  çatmışdır,  hazırda  müvafiq  ərazilərdə  aparılan  monitorinqlərin 

nəticələrinə  əsasən  ceyranların  populyasiyalarının  vəziyyəti  qiymətləndirilir  və 

ehtiyac olarsa, yeni ceyran fərdlərinin köçürülməsi davam etdiriləcəkdir. 

Layihə ərazisi: 

- Acınohur-Sarıca düzləri (Qax Dövlət Təbiət Yasaqlığı),  

- Bozdağ silsiləsi və Korçay vadisi (Korçay Dövlət Təbiət Qoruğu), 

 -Mil düzü (Ağ-göl Milli Parkı), 

 -Cəngiçay-Qobustan əraziləri.  

 - Eldar yaylası (Gürcüstan Respublikasının Vaşlovani Milli Parkı). 



Layihənin icrası üzrə tərəfdaşlıq:  


-Heydər Əliyev Fondu,  

-Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  

- “IDEA” İctimai Birliyi 

-WWF-in Qafqaz Nümayəndəliyi.  



Layihənin əsas prinsipləri və mərhələləri: 

1.

 



Ceyran  populyasiyasının  mühafizəsinin  gücləndirilməsi  məqsədilə  onlara  qarşı 

baş  verə  biləcək  brakonyerlik  faktlarının  operativ  şəkildə  qarışısının  alınmasını 

təmin  edəcək  çevik  antibrakonyer  qrupların  yaradılması  və  zəruri  avadanlıqlarla 

təchiz edilməsi; 

2.

 

Ceyranların  reintrodusiya  ediləcəyi  ərazilərin  ekoloji  qiymətləndirlməsi, 



müşahidlərin aparılması, mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması 

istiqamətində 

təxirəsalınmaz 

fəaliyyətlərin 

təşkili, 

quraq 


ərazilərdə  su 

ehtiyajlarının və yem təminatının ödənilməsi;

 

3.

 



Ən  müasir  avadanlıqlardan  istifadə  olunmaqla  ceyranların  onların  həyatı  üçün 

təhlükəsiz üsullarla tutulması, bu məqsədlə beynəlxalq ekspertlərin dəvət edilməsi 

və müvafiq treninqlərin həyata keçirilməsi;

 

4.



 

Layihə 


ərazisində  epizootik  vəziyyətə  nəzarət  məqsədilə  mütəmadi 

monitorinlərin keçiilməsi, zəruri biotexniki tədbirlərin aparılması.

 

5.

 



Ceyranların  hər  bir  reintrodusiya  ərazisinə  müəyyən  edilmiş  sayda  tutulub 

aparılması  və  onlar  üzərində  yeni  ərazilərdə  daimi  nəzarət,  monitorinq  və  zəruri 

biotexniki tədbirlərin təşkili;

 

6.



 

Layihə  ərazisində  ətraf  mühitin  mühafizəsi  sahəsində  çalışan  və  layihə 

fəaliyyətinə  cəlb  edilmiş  yerli  əməkdaşların  bilik,  bacarıq  səviyyəsinin 

yüksəldilməsi məqsədilə treninqlərin təşkili;

 

7.

 



Layihə  ərazisi  daxilində  və  ətraf  ərazidə  məskunlaşmış  yerli  əhalinin  layihənin 

məqsəd  və  məramları  istiqamətində  zəruri  məlumatlandırma  işinin  təşkili,  bunun 

üçün  müxtəlif  informasiya  vasitələrinin  nəşri,  yayılması,  əhali  ilə  yerlərdə 

görüşlərin keçirilməsi və s.

 

Layihənin Azərbaycan ərazisində icrası:   Layihəyə 2010-cu ildən etibarən start 

verilmişdir.  2010-cu  il  24  dekabr  tarixində  Azərbaycan  Respublikası  Prezidenti 

cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məskunlaşmış 

yerlərindən  biri  olan  Abşeron  rayonunun  Pirəkəşkül  qəsəbəsi  yaxınlığındakı 

əraziyə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak edərək, üzərində peyk 

vasitəsilə siqnalötürücü xaltası olan 29  ədəd ceyranı Qobustan-Cəngiçay ərazisinə 

buraxmışlar (Şək. 5).  



 

Şək. 5. İlk ceyran sürülərinin tarixi məskənlərinə buraxılması 



Layihənin  icrası  prosesi.  Layihənin  icrası  üçün  tələb  olunan  avadanlıqlar-ən 

müasir  keyidici  silah,  tor  və  tələ  avadanlıqları,  peyk  vasitəsilə  siqnalötürücü 

xaltalar, simsiz rabitə vasitələri alınmışdır və Layihənin bilavasitə icra prosesində 

ingiltərəli,  ukraynalı,  almaniyalı,  gürcüstanlı  mütəxəssislər  ölkəmizə  səfər  edərək 

zəruri göstərişlərini vermişlər (Şək 6).  

 

Şək. 6. Beynəlxalq mütəxəssislərin layihə ərazisində müzakirələri 



Boyunlarına bağlanılan siqnalötürücü avadanlıqlardan istifadə etməklə ceyranların 

həyat  təhlükəsizliyi  təmin  olunmaqla  yanaşı  hərəkətlərinin  nəzarəti  də  həyata 

keçirilir.  

Həmçinin  yerli  icma  nümayəndələri,  xüsusən  fermerlərdən  ceyranların  həyat  və 

təhlükəsizliyinin  təminatı  üçün  məsuliyyət  daşımaları  barədə  iltizamnamələr 

alınmışdır.  




Eyni  zamanda  Layihənin  gedişatı  boyu  əhali  arasında  davamlı  maarifləndirmə 

tədbirləri  aparılmış,  7000  -  dən  yuxarı  maarifləndirici  buklet  paylanılmış  və  100-

dək  müvafiq  maarifləndirici  və  qadağanedici  lövhələr,  yol  işarələri  hazırlanaraq 

reintroduksiya ərazilərində yerləşdirilmişdir (Şək 7). 

 

Şək. 7. Layihə ərazisində maarifləndirmə vasitələri 



Bu  günədək  200-dək  baş  ceyran  Azərbaycanda  növün  tarixən  məskunlaşdığı 

ərazilərə köçürülmüş, bütün  ərazilərdə davamlı təbii artım qeydə alınaraq, uğurlu 

nəticələr əldə olunmuşdur (Şək 8, şək 8a). 

 

 



Şək. 8. Ceyranın Azərbaycanda tarixi və 

müasir (çarpaz xətlə) arealı 

Şək. 8a. Ceyranların reintroduksiya 

edildiyi ərazilər 




 

Şək 9. Ceyranlar ilk olaraq tutulub volyer şəraitində bir müddət adaptasiya keçirlər 



Layihənin  Qafqaz  ərazisində  icrasına  başlanması  əsasları:      2013-cü  ildən 

Layihənin  genişləndirilərək  Qafqaz  ərazisində  tətbiqi  üzrə  işlərə  başlanılmışdır. 

2007-ci  ildə  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və 

Gürcüstan  Respublikası  Ətraf  Mühitin  Mühafizəsi  Nazirlikləri  arasında  görüş 

zamanı ceyranların Gürcüstanın tarixi ərazilərinə reintroduksiyası ilə bağlı ümumi 

razılıq əldə olunmuş, keçən müddət ərzində Gürcüstan Respublikası Ətraf Mühitin 

Mühafizəsi  Nazirliyindən  rəsmi  müraciət  olunmuş,  həmçinin  bu  prosesə  hazırlıq 

işləri aparılmışdır. 

2013-cü  ildən  etibarən  bu  proseslər  IDEA  İctimai  Birliyi  və  şəxsən  onun  rəhbəri 

Leyla xanım Əliyeva tərəfindən ciddi dəstəklənmiş və prosesin sürətləndirilməsinə 

təkan vermişdir (Şək. 10).  

 



Şək  10.  Reabilitasiya  keçmiş  ceyran  balasının  IDEA  İctimai  Birliyinin  rəhbəri 

Leyla xanım Əliyeva tərəfindən növbəti tarixi ərazisiyə buraxılışı 

 

Bundan  əlavə      2013-cü  ilin  dekabr    ayında  Bakı  şəhərində  eyni  mövzuda 



Beynəlxalq  İşçi  Görüş  keçirilmiş,  ceyranların  nəzəri  olaraq  köçürülmə  arealları 

Gürcüstanın  ölkəmizlə  həmsərhəd  Vaşlovani  və  Çaçuna  ərazilərinə 

planlaşdırılmışdır.  

Strateji  planlaşdırma  çərçivəsində  ceyranların  köçürüldüyü  yeni  ərazilərdə 

mühafizə işini gücləndirmək məqsədilə Korçay DTQ və Qax Yasaqlığında 3 yeger 

evi tikilmiş (Şək. 11), avtomobillər və atlar alınaraq təhvil verilmişdir. 

 

Şək. 11. Mühafizənin ciddi təşkil olunması üçün reintroduksiya ərazilərində 



infrastrukturun inkişafı 

 

Layihənin  Qafqaz  ərazisində  icrası:      Qeyd  etmək  lazımdır  ki, ölkəmiz  Qafqaz 

respublikaları  içində  reintroduksiya  sahəsində  aparılan  bu  təcrübəsi  ilə    daha  bir 

yeniliyə  imza  ataraq,  gələcəkdə  bu  sahə  üzrə  təcrübə  mərkəzinə  çevrilmək 

imkanını  əldə  etmişdir  və  hazırda  ceyranların  Qafqazın  digər  ərazilərinə 

reintroduksiyası prosesinə başlanılmışdır.  

21  oktyabr  2013-cü  il  tarixində  IDEA-İctimai  Birliyinin  nümayəndələrinin, 

Azərbaycan  və  Gürcüstan  Respublikalarının  ətraf  mühitin  mühafizəsi  sahəsində 

fəaliyyət  göstərən  Nazirliklərinin  rəhbərlərinin  iştirakı  ilə    10  başdan  ibarət  ilk 



ceyran  sürüsünün  Gürcüstan  Respublikasına  reintroduksiyası  tədbiri  həyata 

keçirilmişdir (Şək 12).  

 

Şək. 12. Gürcüstan rəsmilərinin iştirakı ilə reintroduksiya tədbiri 



 

Layihənin nəticələri: 

Layihənin  uğurla  həyata  keçirilməsi    aşağıdakı  istiqamətlərdə  öz  müsbət  təsirini 

göstərmişdir: 

1.

 



Nadir  növ  olan  ceyranın  mühafizəsinin  güjləndirilməsi  bu  növün  sərbəst 

şəkildə dinamik inkişafına təkan verməklə areallarının genişlənməsinə və yüzillər 

boyu  Cənubi  Qafqazda,  xüsusən  Azərbaycanda  mövcud  olmuş  təbii  arealının 

yenidən bərpasına təkan vermişdir; 

2.

 

Reintroduksiya  ərazilərində  məqsədyönlü  aparılan  mühafizə  və  təbliğat 



təqdirləri    təkjə  buraya  köçürülən  ceyran  fərdlərinin  deyil,  ərazidə  mövcud  olan 

unikal  ekosistemin  digər  növlərinin,  hətta  təbii  bitki  örtüyünün  də    mühafizəsinə 

gətirib çıxarmaqla unikal ekoloji bütövlüyü təmin etmək istiqamətində əhəmiyyətli 

addım olmuşdur; 

3.

 

Ölkəmiz Qafqaz respublikaları içində reintroduksiya sahəsində apardığı  bu 



təcrübəsi  ilə    daha  bir  yeniliyə  imza  ataraq,  gələcəkdə  bu  sahə  üzrə  təcrübə 

mərkəzinə çevrilmək imkanını əldə etmişdir; 

4.

 

Müxtəlif  ekoloji  maarifləndirmə  tədbirləri,  treninqlər,  əhalinin  ekoloji 



biliklərinin yüksəlməsinə gətirib çıxararaq ətraf mühitin  mühafizəsinə konstruktiv 

münasibətin formalaşması ilə nəticələnmişdir; 

5.

 

Yeni  ərazilərdə  təbiətin  incisi  olan  ceyran  populyasiyasının  formalaşması 



bölgənin turizm potensialının genişlənməsinə, xüsusilə ekoloji turizmin inkişafına 

öz müsbət təsirini göstərmişdir. 




Layihədə davamlı nəticələr əldə olunması ilə bağlı növbəti addımlar.  

Hər  bir  layihənin  uğuru  onun  əhali  arasında  rəğbətlə  qarşılanmasından  asılıdır. 

Xalqın  tarixi  yaddaşında  müqəddəs  heyvan  kimi  qalmış  ceyranın  vətəninə 

qaytarılması  yalnız  müsbət  hisslərlə  qarşılanır.  Gənc  nəsli  bu  ruhda 

tərbiyyələndirmək  məqsədilə  IDEA  İctimai  Birliyi,  Təhsil  Nazirliyi  və  WWF-in 

Azərbaycan  nümayəndəliyi  mütəmadi  olaraq  yay  düşərgələri  təşkil  edir.  2015-ci 

ilin  iyun  ayında  ceyranların  köçürüldüyü  Şəki,  Qax,  Samux  və  Goranboy 

rayonlarının  məktəbliləri  üçün  yay  düşərgələri  təşkil  edilmişdir  (şək.  13,  13a). 

Şagirdlərə  proqram  barədə  məlumat  verilmiş,  vətənə,  onun  təbiətinə  dair  doğma 

hisslər aşılanmış, müxtəlif bilik yarışları və s keçirilmişdir. 

 

 

Şək.13. Şagirdlərin yay düşərgəsi 



Şək. 13a. Düşərgədə bilik yarışmaları 

 

Mütəxəssislərin rəyinə əsasən ceyranların yeni ərazilərdə davamlı populyasiyasının 



əldə  olunması  üçün  oraya  mütəmadi  olaraq,  mərhələlərlə  köçürmə  işinin  davam 

etdirilməsi, yeni ceyran sürülərinin mühafizəsini təşkil etmək üçün onlar üzərində 

müşahidələrin  aparılması,  təhlükə  törədə  biləcək  faktorların  aradan  qaldırılması 

zəruridir.  

 Bu  məqsədlə  yerli  təbiəti  mühafizə  işçilərini  təlimatlandırılması  layihənin  vacib 

komponentlərinə  daxildir.  Təcrübəli  mütəxəssislərin  iştirakı  ilə  tərtib  olunmuş 

monitorinq  proqramı  əyani  vəsait  kimi  xüsusi  əhəmiyyət  kəsb  edir  və  hazırki 

kitabçanın əsas hədəflərindən birini təşkil edir.  



 

 

 

 


MONİTORİNQ PROGRAMI 

CEYRAN (GAZELLA SUBGUTTUROSA GÜLDENSTÄDT) 

Pavel Veynberg 

Mündəricat 

Proqram barədə ……………………………………………………………………………… 

1. Məqsədlər……………………………………………………………………………………… 

2.Ümumi prinsiplər və mövsümlülük……………………………………………………… 

3. Say və sıxlıq…………………………………………………………………………………… 

4. Yaş və cins qrupları…………………………………………………………………………… 

5. Monitorinq əraziləri…………………………………………………………………………… 

6. Yerlərin müəyyən edilməsi və sayğı…………………………………………………….. 

7. Qeydlərin aparilmasi metodu…………………………………………………………. 

8. Yırtıcıların monitorinqi…………………………………………………….. 

9. Antropogen təsirlərin monitorinqi…………………………………………………. 

9.1 Mal-qara…………………………………………………………………... 

9.2. İnfrastruktur…………………………………………………………………... 

9.3. İstirahət-turizm………………………………………………………….. 

9.4. Qeyri-qanuni ovçuluq…………………………………………………. 

ƏLAVƏ1 


ƏLAVƏ2 

ƏLAVƏ3 


Ədəbiyyat 

 


PROQRAM BARƏDƏ 

Keçmişdə geniş yayılmış politipik ceyran yarımnövü (Mallon, 2008a),  

indi  ayrı  bir 

monotipik  növ  hesab  edilir  və  əvvəlki  latın  adını  saxlayır  (Groves  və  Grubb,  2011).  Ceyran  

Cənubi  Qafqazda  açıq  düzənliklərdə  yayılmış  yeganə  cütdırnaqlıdır.  1920-ci  illərə  qədər  Şərqi 

Qafqazdan  (müasir  Azərbaycan,  Ermənistan  və  şərqi  Gürcüstan)  Tiflisin  qərbinə  qədər  olan 

bütün  çöl  və  yarım  səhralarda  adi  növ  kimi  və  çoxlu  sayda  məskunlaşmışdır  (Vereshchagin, 

1959). 


Avtomobillərlə  intensiv  qeyri-qanuni  ovçuluq  bu  zənginliyə  son  qoydu  və  1960-ci  ildə 

Azərbaycanda,  əsasən  Abşeron  yarımadasının  yaxınlığında  (Aləkbərov,  Erofeyeva  və 

Raxmatulina, 1976) və Mingəçevir su anbarının cənubundakı Bozdağ ərazisində (Mallon, 2008b; 

digər  hesablamalara  görə  100-dən  az)  yalnız  131  fərd  qalmışdır.  Ermənistan  və  Gürcüstan 

ərazilərindən  isə  tamamilə  yox  olmuşlar.    Bu  dönəmdə,  qoruma  tədbirləri  gücləndirilmişdir  və 

1970-ci  illərin  ortalarına  qədər  Azərbaycanda  ceyranların  sayı  1500-ə  qədər  çatmışdır 

(Ələkbərov, Yerofeyeva və Raxmatulina, 1976).  Çox güman ki, bu hesablamalar çox optimistik 

idi. Halbuki bu rəqəmlər indi 4500-ə çatmışdır (son məlumatlara görə hətta 7000-ə).  Həmçinin 

qeyd edilməlidir ki, Ikinci Dünya Müharibəsindən bəri Cənubi Qafqazdakı ceyran populyasiyası 

İrandakı  əsas  növlərdən  tamamilə  təcrid  edilmişdir.  Qəribə  görünsə  də  Cənubi  Qafqazdakı 

ceyran  üzrə  heç  vaxt  xüsusi  tədqiqat  aparılmamışdır.  Yalnız  Dinnik  (1910)  və  Vereşaginin 

(1959) işlərində say və ümumi yayılması haqqında qısa məlumatlar və ya sayğıların nəticələrinə 

həsr  olunmuş  sənədlər  (Vereşagin,  1939;  Safarov,  1961)  tapıla  bilər.    Hətta  Azərbaycanda 

ceyranların  illik  bioloji  dövrü  dəqiq  məlum  deyildir.  Buna  görə  də  monitorinq  sıfırdan 

başlanılmalı  və  əsas  monitorinq  dövrlərini  təyin  etmək  üçün  cütləşmə  və  balalama  dövrlərini 

müəyyən  etmək  lazımdır.  Bu  monitorinqlər  əsas  populyasiya  parametrləri  haqqında  məlumat 

əldə etmək üçün cütləşmə və balalamadan sonrakı mövsümi əhatə etməlidir 

Son  vaxtlar  Şirvan  MP-da  heyvanlar  tutularaq  Sarıca  və  Ajinor  düzənliyinə  (hər  ikisində  İlisu 

Dövlət  Təbiət  Qoruğunun  nəzarətindədir),  Qobustan  yaylasına,  Bozdağlara,  Samux  ərazisinə, 

Ağgöl  MP  və  s  reintroduksiya  edilmişdir.  Bu  ərazilər  Azərbaycanda  ceyran  üçün  ən  uyğun 

reintroduksiya sahəsi kimi müəyyən edilmişdir.  Bu ərazi quraqlığa davamlı ağac növləri (püstə - 

Pistacia  mutica),  ardıc,  kol  və  ot  bitkiləri  ilə  çöl  və  yarım  səhra  mozaikası  kimi  xarakterizə 

olunur.    Ərazi  500mm  illik  yağıntı  ilə  Qafqazın  quru  landşaftlarını  təmsil  edir.  Əsas  iqtisadi 

fəaliyyətlər heyvandarlıq (əsasən qoyunçuluq) və kənd təsərrüfatıdır.  

 

1. MƏQSƏDLƏR 

Bu  layihənin  əsas  məqsədi  ceyranların  Azərbaycandakı  populyasiyalarının  status  və 

tendensiyalarının monitoriqi üçün mütəxəssislərə proqram hazırlamaqdır.  

Bu məqsədə nail olmaq üçün aşağıdakı informasiyalar toplanılmalıdır: 

1)

 



Monitorinq ərazilərində heyvanların sıxlığı  

2)

 



Yaş və cins strukturu (doğum faizi, sağ qalan balalar, cinsiyyət nisbəti və s.). 

Sonuncu məlumatları əldə etmək üçün heyvanları yalnız saymaq deyil, eləcə də onları yaş və 

cins qruplarına uyğun fərqləndirmək də tələb olunur.  

Bu proqram aşağıdakı məlumatları da toplamağa imkan verir: 




1.

 

yerli populyasiyanın mövsümi miqrasiyası; 



2.

 

substrat üzərində yayılma, bitki örtüyü tipləri, ərazi tipləri və s.;  



3.

 

bioloji dövranın əsas mərhələlərində orta qrup ölçüləri və qruplaşma nümunələri; 



4.

 

məməlilərin sayı və qidası və yırtıcı quşlar. 



Nəzərə  alınmalıdır  ki,  ceyranların  Şirvan  populyasıyası  20-ci  əsrin  ortalarında  “bottleneck” 

adlanan  genetic  problemdən  keçiblər.    O  zaman  deyilənə  görə  200-dən  az  sayda  ceyran  sağ 

qalmışdır.  Lakin  bərpaetmə  və  müasir  optimist  rəqəmlər  sağlam  populyasiyanın  göstəricisidir. 

Beləliklə monitoring planında genetic aspekt də nəzərə alınmalıdır.   



 

2. ÜMUMİ PRİNSİPLƏR VƏ MÖVSÜMLÜLÜK 

Bu proqramın əsas məqsədi ceyranlar haqqında (sıxlıq və populyasiyanın sıxlığı) dəqiq məlumat 

verməkdir. Ceyranlar kəskin dimorfizmə malik deyillər və erkək fərdlər balalı dişi fərdlərdən 

cütləşmə dövründən sonra ayrılaraq fərqli ekoloji və coğrafi qruplar əmələ gətirmirlər..  

Bununla belə, cins nisbətinə aid dəqiq məlumatı ilkin cütləşmə vaxtı əldə etmək olar. Lakin 

çoxalma nisbəti və balaların sağ qalması haqqında məlumatı ən yaxşı çoxalma dövründən sonra 

toplamaq olar. 

Ceyranlar açıq düzənliklərin cütdırnaqlıları kimi çox hərəkətlidirlər və uzun müddətli mövsümi 

miqrasiyalar  edə  bilərlər  (və  həmçinin  quraqlıq  və  ağır  qar  kimi  fəlakətlər  səbəbiylə  qeyri-

regular  miqrasiyalar  da  edə  bilərlər).  eyni  zamanda  antropogen  təsirlərin  səbəb  olduğu 

miqrasiyalar  da  ola  bilər,  ən  geniş  yayılmışı  mal-qaranın  otarılmasıdır.  Hətta  onların  su 

mənbələrinə hərəkəti 10 km-dən artıq ola bilər (Zevnerov, Bekenov və Sludski, 1983).  Onların 

sudan asıllıqları ilin quru fəsilləri olan payız və qışda daha çox nəzərə çarpan olur. Lakin, sonra 

ceyranlar hər gün su tələb etmirlər. Göründüyü kimi su mənbələrinə migrasiya Cənubi Qafqazda 

problem  ola  bilməz,  belə  ki,  bütün  ərazilərdə  zəngin  su  mənbələri  vardır:  Acınohur  hövzəsi, 

Alazan  hövzəsi,  Xəzər  dənizi  (ceyranların  duzlu  su  içmələri  bəllidir).  Bu  eyni  zamanda  o 

deməkdir ki,heyvanların asanlıqla  müşahidə edilə biləcək foto və videoları çəkilə biləcək dəqiq 

su  sahələri  yoxdur.  Ceyranların  miqrasiyası,  xüsusən  reintroduksiya  sahələrində  qeyri-

müəyyəndir.  Heyvanlar  yeni  sahələrə  uyğunlaşırlar.  Ceyranlar  tarixi  dövrdə  buralarda 

yaşayarkən  onların  necə  miqrasiya  etdikləri  barədə  hazırda  etibarlı  məlumat  yoxdur. 

Populyasiyanın  böyük  hissəsi  iki  dövrdə  az  hərəkətli  olurlar:  1)  cütləşmə,  payızdan  qışın 

əvvəlinə  qədər  davam  edir,  bu  vaxt  erkəklər  dişi  fərdlərin  sürülərinin  keşiyini  çəkirlər  və 

müdafiə  edirlər  2)  balalama  və  balalamadan  sonrakı  dövr,  bu  vaxt  balalara  görə  dişilərin 

hərəkətləri  məhdudlaşır.  Bu  iki  dövr  arasında  heyvanlar  daha  hərəkətli  olurlar  (Sludski,  1977; 

Zevnerov, Bekenov və Sludski, 1983).  

Cütləşmə  sistemi  bütün  ceyranlarda  tipikdir  (Sludski,  1977;  Zevnerov,  Bekenov  və 

Sludski, 1983; Habibi, 2011). Teritorial erkəklər bir neçə dişidən ibarət sürünün keşiyini çəkirlər, 

bu  vaxt  cavan  və  zəif  erkəklər  ayrıca  sürü  əmələ  gətirirlər.  Bu  sürülər  sayğıdan  kənarda  qala 

bilərlər,  bu  da  faktiki  cins  nisbətinin  aşağı  hesablanmasına  səbəb  olur  (♂:♀).  Dişi  sürüləri 

saxlayan erkəklər dişilərdən fərqli olaraq cütləşmə dövründə az qidalanırlar, çəkilərini itirirlər və 

qışdan  bəzən  sağ  sağ  çıxmırlar.  Buna  görə  də  populyasiyaların  çoxunda  dişilər  sayca  üstünlük 

təşkil  edirlər  və  12  yaşına  qədər  çata  bilirlər,  lakin  erkəklər  nadir  hallarda  6  yaşı  keçirlər 

(Zevnerov, Bekenov və Sludski, 1983).    



 Balalama dövrü,  yaşlı dişilərin erkən, cavan dişilərin isə  nisbətən  gec cütləşdiyinə  görə 

kifayət qədər uzana bilər. Buna görə də cütləşmə dövrü və bu səbəbdən balalama dövrü də 2-2.5 

ay  uzana  bilər.  Dişilər  balalamaq  üçün  sığınacaq  yer  axtarırlar:  çökəkliklər,  yarğanlar  və 

kolluqlar. Cavan dişilər (adətən birilliklər) tək, yetkin dişilər isə əkiz bala doğurlar. Üçüzlər və 

dördüzlər  də  qeydə  alınmışdır.  Gizli  dövr  2-4  həftə  sürür,  bundan  sonra  balalar  analarını 

müşayiət  edirlər  (Zevnerov,  Bekenov  və  Sludski,  1983).  Bu  dövr  çoxalma  dərəcəsini 

qiymətləndirmək  üçün  ən  yaxşı  vaxtdır.  Balaların  gizlənmə  dövründə  əmizdirən  dişiləri 

müşahidə  etmək  maraqlı  olardı.  Çünki  bu  zaman  balalamadan  dərhal  sonrakı  doğuş  faizi 

haqqında məlumat əldə etmək olar, lakin bu çox çətin və az məhsuldar ola bilər.      

Beləliklə,  2  monitorinq  mövsümi  olmalıdır:  a)  balalamadan  sonrakı  mövsüm  –  may-iyun  b) 

cütləşmə mövsümi – noyabr-dekabr. Belə ki, hər halda dəqiq dövrlər müəyyən edilməlidir, çünki 

Cənubi Qafqaz üçün cütləşmə və balalama mövsümləri haqqında dəqiq məlumat yoxdur.       

Ceyranların yalnız 4 yaş qrupu vardır, cins qrupları isə yoxdur (aşağı baxın). Iki indikator vardır: 

cav:♀ və ♂:♀ və olabilsin ki, brk♂:♀,  və ya nisbi % ölçüləri. Bu halda, ceyran üzrə monitorinq 

məlumatlarının nəticələri olduqca zəifdir. 

 

3. SAY VƏ SIXLIQ 

Azərbaycanda ceyran populyasiyaları mahiyyətcə fərqlidir: 1) Şirvan və Bozdağda olan yerli 

populyasiya və 2) Acinohur, Axar-Baxar və s. ərazilərə reintroduksiya edilənlər. Onlar saylarına 

görə və ərazi istifadə modelinin olub olmamasına görə kəskin şəkildə fərqlənirlər. Buna 

baxmayaraq saylarına görə onları birləşdirən bir xüsusiyyət vardır: ərazi ekstrapolyasiyası 

edilməsi mümkün deyildir. Bu uçot əraziləri onların mənşə və ölçüsünə baxmayaraq hər yerli 

populyasiyanın mümkün sərhədlərini əhatə etməlidir. Aydındır ki, cütləşmə dövrü ümumi 

sayğılar üçün ən yaxşı dövrdür. Çünki həmin dövrdə qruplar geniş, heyvanlar aktiv və kifayət 

qədər nəzərə çarpan olur (Sludski, 1977; Zevnerov, Bekenov və Sludski, 1983; Habibi, 2011). 



4. YAŞ VƏ CİNS QRUPLARI  

Ceyran  nisbətən  qısa  ömür  sürür  və  sürətlə  inkişaf  edir.  Dişi  fərdlər  adətən  artıq  birinci 

ildə  cütləşmədə  iştirak  edə  bilirlər.  Bu  səbəbdən  onlar  1  yaşında  bala  doğa  bilərlər.  Beləliklə 

birillik dişilər artıq yetkin fərddirlər (yaşlı fərdlərə nisbətən daha kiçik ola bilərlər), lakin birillik 

erkəklər  yaşlı  fərdlərdən  bədənlərinin  ölçüsünə  nisbətən  buynuzlarının  uzunluğuna  görə  daha 

çox  fərqlənirlər.  Bununla  belə  birillik  erkəklər  cütləşmədə  iştirak  edə  bilərlər  (Sludski,  1977; 

Zevnerov,  Bekenov  və  Sludski,  1983).    Heyvanlar  cinsi  yetkinliyə  belə  tez  çatdığından,  yeni 

doğulmuşlar  ilk  payızda  yaşlı  fərdlərdən  bədənlərinin  ölçülərinə  görə  fərqlənmirlər  və  bəzən 

yaşlı  fərdlərdən  fərqləndirmək  çətin  ola  bilər.  Beləliklə,  doğum  afşəş  haqqında  məlumat  əldə 

etmək  üçün  ən  yaxşı  vaxt  balalama  dövründən  sonra  (gizlətmə  dövrü  bitdikdə)  təxminən  bir 

aydan erkən payıza qədərdir. Cinsi dimorfizm qoyunlarda və keçilərdəki kimi gözə çarpan deyil: 

erkəklər daha iridirlər, lakin əsas fərq buynuzların inkişaf etməyindədir. Onlar dişi fərdlərdə  ya 

tamamilə  və  ya  iti  uclu  və  nəzərəçarpmayan  olurlar.  Birillik  erkəklərin  buynuzları  baş 

uzunluğunda  olur,  lakin  yetkin  fərdlərin  buynuzları  nəzərə  çarpacaq  dərəcədə  başdan  uzundur 

(Sludski,  1977;  Zevnerov,  Bekenov  və  Sludski,  1983).  Burnunun  üzərindəki  qara  xal  istisna 

olmaqla  rəng  çalarlarında  mövsumdən,  yaş  və  cinsindən  asılı  olaraq  heç  bir  gözəçarpan  fərq 

yoxdur.  Bu xüsusiyyətlərə görə maksimum 4 yaş və cins qruplarının ayırd etmək olar:  



1)

 

Erkək – buynuzlar başdan uzundur; 



2)

 

Dişilər – buynuzlar qulaqlardan qısadır və ya tamamilə yoxdur; 



3)

 

Birillik  erkəklər  –  buynuzlar  başdan  kiçikdirlər,  lakin  kifayət  qədər  nəzərə  çarpırlar. 



Onlar yaşlı fərdlərindəkindən daha nazikdirlər; 

4)

 



Yeni doğulmuşlar (balalar) – buynuzları yoxdur və ya cütləşmə dövründə nəzərə çarpır. 

Yayda  balalar  çox  kiçik  olurlar,  asanlıqla  seçilirlər  və  digər  qruplarla  səhv  salmaq 

mümkün  deyil.  Cütləşmə  zamanı  onlar  dişi  fərdlərlə  qarışıq  salına  bilər.  Balaların 

burunlarının  uzərində  tünd  rəngdə  gözəçarpan  dörbucaq  şəkilli  ləkə  vardır  (şək.  1.1d). 

Lakin  bu  ləkə  birillik  fərdlərdə  də  müşahidə  olunur  və  2.5-3  yaşlarında  yox  olur  (şək. 

1.1b). Ona görə də yaş və qrupu təyin etmək üçün etibarlı bir əlamət deyildir.  

Bu  qruplar  hər  iki  monitorinq  fəslində  qeydə  alınmalıdır:  cütləşmə  və  balalama 

dövründə. Burada yalnız 4 yaş və cins qrupunun olduğunu nəzərə alsaq, yegerlər bir sıra 

təlimlərdən  sonra  onları  asanlıqla  təyin  edə  biləcəklər.  Həmçinin  ceyran  çətin  digər 

heyvanla səhv salına bilər. Ola bilsin ki, Ajinohur ərazisində uzaq məsafədən cüyürə rast 

gəlinərsə  onunla  səhv  salına  bilər,  çünki  ceyran  qara  uzun  quyruğu  ilə  asanlıqla  seçilir. 

Quyruğu  çox  diqqət  çəkən  olduğu  üçün  bir  çox  türk  dillərində  ceyran  “qara  quyruq” 

adlanır. 

Beləliklə 

ceyranların 

monitorinqi 

zooloqların 

rəhbərliyi 

olmadan 

təlimatlandırılmış yegerlər tərəfindən aparıla bilər ( Bax: Şəkil. 1.1. Ceyranın yaş və cins 

qrupları). 

 

5 . MONİTORİNQ ƏRAZİLƏRİ 

Monitorinq  əraziləri  ceyranların  indiki  sığınacaq  əraziləridir.  Bu  ərazilər  tamamilə  əhatə 

edilməlidir. Heyvanların miqrasiyasından və yeni populyasiyaların ərazi ilə tanış olmaqlarından 

asılı olaraq faktiki ərazilər gözləniləndən geniş ola bilər 

 

6. YERLƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SAYĞI 

Düzənlik ərazilərdə xüsusən qarda ceyranların sayğıları vertolyotdan aparıla bilər. Lakin bu cür 

sayğı  zamanı  ceyranların  4  yaş  və  cins  qruplarını  təyin  etmək  mümkün  deyil.  Belə  ki,  hava 

sayğılarından  yalnız  ümumi  məlumat  əldə  etmək  olar.  Hava  sayğıları  zamanı  sayılması 

mümkün olmayan heyvan sürülərinin şəkilləri  çəkilərək sonradan sayılmalıdır. Hava sayğıları 

nadir dırnaqlıların sayğısı üçün tövsiyyə edilmir. Arid landşaftlarda ceyranlar su mənbələrində 

sayıla  bilər.  Lakin  Azərbaycanda  ceyranların  məskunlaşdığı  bütün  ərazilərdə  ya  çaylara,  ya 

göllərə,  ya  da  dəniz  sahillərinə  rast  gəlinir  və  ola  bilsin  ki,  heyvanlar  üçün  xüsusi  su  içmə 

əraziləri  mövcud  deyildir.    Doğumdan  sonrakı  dövr  ərzində  heyvanları  dişilərin  balalar  ilə 

birlikdə  məskunlaşdığı  yerlərdə  saymaq  olar  və  bu  cur  yerlər  aşkar  edilməlidir.  Eyni  metodu 

cütləşmə  dövründəki  monitorinq  üçün  də  istifadə  edilir:  cütləşmə  yerləri  aşkar  edilməlidir. 

Bundan əlavə yaz sayğıları ilk yaşıl otlarlar görünən ərazilərdə aparılmalıdır.  




İlin isti dövründə əsasən səhər və axşam fəallığı ilə əlaqədar olaraq ən yaxşı monitorinq vaxtı 

günəşin  doğmasından  sonrakı  qısa  müddət  və  günəşin  batmasından  bir  neçə  saat  əvvəldir. 

Çünki gün ərzində çöl isinir və yerdən qalxan isti hava axını gündüz vaxtı sayğının aparmasını 

çətinləşdirir.  Bu  qismən  payız  və  hətta  qış  üçün  də  doğrudur.  Quru  otlu  çöl  yaxşı  havada  tez 

qızır. Beləliklə qar örtüyü olmayana qədər gündüz vaxtı müşahidələrin aparılması çətin olur.  

 

 



7. QEYDLƏRİN APARILMASI METODU 

Qeydlərin aparılmasının ən yaxşı üsulu sayğı prosesində təlimatı ilə birgə öncədən hazırlanmış 

hazır formaların doldurulmasıdır. Ümumilikdə ceyranlarda az sayda qrupların və yaşayış 

ərazilərinin parametrləri olduğuna görə müşahidələrin və qeydlərin aparılması keçilərdən daha 

asandır.



Qeydiyyat forması  

Ceyran (A hissəsi) 

No.  Tarix  Vaxt  Dəqiq yerləşmə 

(ərazinin, 

yarğanın və s. 

adı) 


Topoqra

fiya  


(də-

düzənlik 

ərazi; yr 

– 

yarğan, t 



– təpə) 

Bitki tipi 

(k –kol; ç – 

çöl və ys – 

yarımsəhra) 

Səth tipi  

(b – 

bərk 


q – 

qum) 


Su 

hövzəsin


dən olan 

məsafə 


(yarım 

km, 2 


km-ə 

qədər) 


Yaş və cins qrupları 

 

erkəklər  dişilər 



birillik 

erkəklər 

cavan 

fərdlər 


qruplaşdı

rılmamış 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Təlimat (B hissəsi) 

 

1.

 



Hər bir heyvan və ya qrup ayrılıqda, ayrıca sətirdə yazılmalıdır. 

2.

 



Hətta əgər başqa qrup və ya tək heyvan eyni yaşayış ərazisində və eyni vaxtda müşahidə edilsə də bütün detallar ayrıca yazılmalıdır. 

3.

 



Dəqiq vaxt göstərilməlidir. Beləliklə müxtəlif müşahidəçilər tərəfindən qeydiyyata alınmış heyvanlar asanlıqla müəyyənləşdirilə bilər. 

4.

 



Topoqrafiya: də-düzənlik ərazi; yr – yarğan, t – təpə. 

5.

 



Bitki tipi: k –kol; ç – çöl və ys – yarım səhra. 

6.

 



Səth tipi: b – bərk; q – qum. 

7.

 



Su hövzəsindən olan məsafə (yarım km). 


8. YIRTICILARIN MONİTORİNQİ 

Kiçik bədən ölçülərinə görə ceyranlar, xüsusən də balaları zərif və təhlükəyə çox 

həssasdırlar. Hətta tülkülər çox böyük təhlükə törədirlər (Zevnerov, Bekenov və Sludski, 

1983). Ona görə də yırtıcıların ceyranlara potensial və real təsirlərini qiymətləndirmək üçün 

onların monitorinqi aparılmalıdır. Potensial yırtıcılar bunlardır: canavar Canis lupus, çaqqal 

Canis aureus, tüklü Vulpes vulpes, vaşaq Felis lynx, qamışıl pişiyi Felis chaus, bəzən çöl 

Felis lybica və hətta zolaqlı kaftar  Hyaena hyaena. Axar-Baxar ərazisində mövcud olduğu 

bildirilən bəbir də Panthera pardus potensial yırtıcılardan hesab edilir. Quşlardan qartallar 



Aquila sp., həmçinin quzğunlar Corvus corax və böyük dəniz qağayıları da Larus ceyranlar 

üçün potensial yırtıcılardır. 

Yırtıcıların monitorinqinə daxil edilməlidir: 

 a) saylarının (sayğı) müəyyən edilməsi və 

b) onların ceyranlara təsirlərinin müəyyən edilməsi 

Birinci tapşırıq gündəlik sayğılardır, sözü gedən ərazilər qışda əsasən qarsız olduğuna görə 

müəyyən çətinliklər yarana bilər.  Beleliklə yırtıcıların sayı il ərzində rastgəlmə və 

çobanlardan əldə edilmiş məlumatlar əsasında hesablana bilər. Yuvaların axtarılması məsləhət 

görülür və bu tapşırıqda yegerlər və çobanlar həlledici rol oynayırlar.  Yuvaların sayı ərazidə 

yaşayan ümumi yırtıcılar haqqında ən yaxşı məlumatı təmin edə bilər. Ceyranlara yırtıcıların 

təsirinin qiymətləndirilməsinə 3 əsas metod daxildir:  

1)

 



Birbaşa müşahidə, çox vaxt aparan və az məhsuldar, lakin uğurlu olanda ən 

şübhəsizi olan; 

2)

 

Sığınacaqların (məməlilərin) və yuvaların (quşların) yoxlanılması və ordakı 



qalıqların öyrənilməsi, quşlar (qartallar və quzğunlar) üçün çox asandır; 

3)

 



Ekskrementlərin toplanması və analizi (məməlilər üçün). 

Son iki metod dəqiq nəticələr vermir, çünki bəzən yırtıcılar digər yırtıcıların ov qalıqlarını 

toplaya və ya oğurlaya bilərlər. Lakin bunlar ən asan metodlardır, çünki ceyranların tükləri 

digər məməlilərinki ilə səhv salına bilməz. Ərazidə mövcud ola biləcək digər cütdırnaqlı çöl 

donuzu ola bilər və onun tükləri ceyranın tükünə heç bənzəmir. Mal-qaranın və yırtıcıların 

tükləri tamamilə fərqlidir. Yegerlər heyvanları müşahidə edə və yuvaların və ya 

sığınacaqlarda tapılacaq ovların kəllə və ayaqlarını siyahıya ala bilərlər, lakin onların 

ekskrementlərinə toxunmaq və hətta toplamaq çətin olacaqdır. Bu zooloqlar tərəfindən 

edilməlidir.    

 

9. ANTROPOGEN TƏSİRLƏRİN MONİTORİNQİ 

Ceyranların monitorinqi ilə birgə onların yaşayış əraziləri və mümkün antropogen təsirlərin 

səviyyəsi də monitorinq edilməlidir. Antropogen təsirlərdən ən azı aşağıdakı amillərə nəzarət 

edilməlidir:  



1) mal-qara; 

2) infrastruktur; 

3) istirahət

5) qeyri-qanuni ovçuluq. 



       

 

 

9.1. Mal-qara 

Bu bir çox mühafizə olunan təbiət ərazilərində - milli parklarda və yasaqlıqlarda mövcud olan 

ən mühüm amillərdən biridir. Bu amylin az təsir etdiyi yeganə mühafizə olunan təbiət ərazisi 

qoruqlardır, lakin bəzən onlar da bundan tam mühafizə olunmurlar. Ümumilikdə məhdud 

sayda mal-qaranın otarılması təbiətə zərərsiz ola bilər, xüsusən mövsümi və həssas otarılma 

imkanlarını nəzərə alanda. Ümumilikdə bu hər halda hər il monitorinq edilməlidir. Bir çox 

parametrlər birləşdirilməlidir:  

a) malqaranın və düşərgə ərazilərinin sayı; 

b) əraziyə çatma və tərk etmə tarixləri; 

c) mal-qara ilə birlikdə olan itlərin və insanların sayı; 

d) ot örtüyünün mal-qara gəlməzdən əvəvl və tərk edəndən sonrakı vəziyyəti 

(botanik ilə məsləhətləşmək vacibdir); 

e) müşahidə edilən ceyranların çobanlardan və fəaliyyətdə olan düşərgə 

ərazilərindən məsafəsi. 



 

 

9.2. İnfrastruktur 

Bu faktor ceyran məskənlərinin düz topoqrafiyaya malik olmasını nəzərə alaraq çox 

önəmlidir.        

Məlum olduğu kimi magistral yolları heyvanların mövsumi miqrasiyalarının qarşısını ala 

bilməz, lakin onlar çətinlik (məsələn, erkəklərin cütləşmə ərazilərinə çatmağa əngəl 

yaradaraq) törədə bilərlər və onların ölümünə səbəb ola bilərlər. Bu isə reintroduksiya edilmiş 

populyasiyalar üçün həyatı əhəmiyyətli ola bilər. Ceyranların yaşayış ərazilərinin quraqlığını 

nəzərə alaraq infrastrukturun əsas elementləri müxtəlif tipli yollar, neft kəmərləri və 

kanallardır. 

       


 


Parametrlər: 

a) ərazidəki müxtəlif tipli yolların (magistral, çınqıllı və s.), neft kəmərlərinin və 

kanalların uzunluğu; 

b) yol boyu nəqliyyat sıxlığı; 

c) müşahidə edilən ceyranların infrastruktur elementlərindən yerləşmə məsafəsi. 

 

 

9.3. İstirahət-Turizm  

      


Bu mənfi və müsbət təsirləri göstərən ən vacib antropogen amillərdən biridir. Turizm 

quraq ərazilərdə o qədər də inkişaf etməmişdir, lakin çay sahilləri və su hövzələri, həmçinin 

dəniz sahilləri hər zaman insanları (məsələn, balıqçıları) cəlb etdir. Düzənlik ərazilərdə daha 

çox populyarlaşan digər xüsusi əyləncə növü olan yüksək keçmə qabiliyyətli maşınların 

yarışmasıdır (jeeping) ki, bu da vəhşi təbiətə açıq şəkildə mənfi təsir göstərir. Ümumiyyətlə 

turizmin mənfi təsiri insan tərəfindən yaradılmış narahatçılıqdır; müsbət təsiri isə turistlərin 

mövcudluğu bir çox qoruqlarda və milli parklarda olduğu kimi brakonyerlərin qarşısını alır. 

       


Parametrləri: 

a) obyektin ərazisi (düşərgə, piknik sahəsi və s.); 

b) ziyarətçilərin sayı; 

c) onların ərazidə qalma müddəti (gecələmə, gün ərzində və s.); 

d) müşahidə olunan ceyranlardan obyektə və ya insanlara qədər olan məsafə. 

 

 

9.4. Qeyri-qanuni ovçuluq 

Bu ən vacib insan faktorlarından biridir, hətta qorunan ərazilərdə də belə hallar baş verir və 

onun monitorinqi çox çətindir. Hərçənd ki, gec və ya tez belə hallar üzə çıxır və buna nəzarət 

artırılmalıdır. Öldürülmüş heyvanların yaş və cins qrupları mümkün olduğu hallarda qeyd 

edilməlidir.  

Yuxarıda qeyd edilən antropogen faktorlar ceyranlara bir başa təsiri deyil, belə təsirlərin 

ümumiyyətlə mövcudluğu və miqyası üçün monitorinq tədbirləri təsvir edilmişdir. Daha sonra 

ceyran populyasıyalarının zaman və məkan dinamikasının parametlərini müqaisə etməklə 

qiymətləndirmə və monitorinq aparıla bilər. Məsələn, mal-qara olan və olmayan ərazilərdə 

doğum nisbətinin müqayisə edilərək otarmanın ceyran populyasiyalarının çoxalma və ümumi 

sağlamlığına təsirini öyrənmək olar. Təqdim edilən monitorinq programı antropogen təsirlərin 

də monitorinqinə imkan yaradır.  




 

ƏLAVƏ 1.   CEYRANIN YAŞ VƏ CINS QRUPLARI 

 

  



 


 

ƏLAVƏ 2.  

OPTİK VASİTƏLƏR 

Artıq qeyd edildiyi kimi qar örtüyü olmadan gündüz vaxtı müşahidələrin aparılması çətinlik yarada 

bilər. Bu səbəbdən və həmçinin hamar topoqrafiyaya görə müşahidələr əsasən binokl vasitəsilə 

aparıla bilər. Teleskop vasitəsilə müşahidələr böyük təpələrin və ya ceyranların yaşadığı ərazilərə 

bitişik silsilələrin hündür nöqtələrindən aparıla bilər. Ola bilsin ki, hətta 8x miqyaslı binokllar 

kifayət ola bilər. Onların çoxlu müxtəlif modelləri vardır.  

Teleskop – 20-60 x miqyaslı olmaları daha yaxşı olardı. ZRT-457 (ZRT-457) Rusiya modeli 

məsləhətlidir. Onun çox sadə və kifayət qədər güclü üçayağı vardır, teleskopun özü yaxşı 

tarazlaşdırılmışdır və hərəkət etdirmək asandır. Onun böyütmə dərəcəsi miqyası böyütmədən 30x və 

60x-dir. Çəkisi çanta ilə birgə 3kq-dır. Qiyməti təxminən 300 dollardır.  



 

ƏLAVƏ 3.  

İNDEKSLƏRİN VƏ NİSBƏTLƏRİN HESABLAMASI VƏ İSTİFADƏSİ  

 

1. Yay və bala vermədən sonrakı dövürdəki sayğılar 

Əsas indeks əmsalı belə olmalıdır - juv/♀. 

 

2. Cütləşmə dövründəki sayğılar 

Burda əsas indeks % nisbəti olmalıdır.  

Bir qayda olaraq: ümumi miqdarın % -i.  

a)

 



Yetkin erkəklər %  

b)

 



Birilllik erkəklər % 

c)

 



Dişilər % (balalar daxil olmaqla) 

 

 



 

 

 



 


ƏDƏBİYYAT 

 

Alekperov, Kh. M., Erofeeva, S. N. and Rakhmatulina, I. K. 1976. Contemporary status of  

certain mammal species of Azerbaijan // Pp. 28-34 in Rare mammals of the USSR Fauna

Nauka, Moscow [in Russian]. 

Dinnik, N. Ya. 1910. Beasts of the Caucasus. Tiflis. [in Russian]. 

Groves, C. P. and Grubb, P. 2011. Ungulate taxonomy. The John Hopkins University Press, 

 

Baltimore, Maryland. 



Habibi, K. 2011. Persian Gazelle Gazella subgutturosa. Pp. 638 in Wilson, D. E. & Mittermeier,  

 

R. A., eds. Handbook of the Mammals of the World. Vol. 2. Hoofed Mammals. Lynx  



Edicions, Barselona. 

Mallon, D.P. 2008a. Gazella subgutturosa. In: IUCN 2013. IUCN Red List of Threatened Species.  

 

Version 2013.1. . Downloaded on 09 November 2013. 



Mallon, D. 2008b. Rehabilitation of Historical Range of Goitered Gazelles in Azerbaijan. Rapid  

 

Assessment Survey, Unpublished Report. 



Safarov, M. A.1961. Results of aerial counts of Goitered Gazelle in Azerbaijan. Procs. Zool. 

Inst. Acad. Sci. AzSSR, No. 8, pp. 51-55 [in Russian]. 

Sludsky, A. A. 1977. Goitered gazelle // Pp. 28-61 in Hoofed mammals. Lesnaya   promyshlennost’ 

Publs., Moscow [in Russian]. 

Vereschagin, N. K. 1939. Goitered gazelle (Gazella subgutturosa Gueld.) in Azerbaijan // Procs.  

 

Zool. Inst. Acad. Sci. AzSSR, No. X, pp. 109-122 [in Russian]. 



Vereschagin, N. K. 1959. Mammals of the Caucasus.  Moscow and Lenigrad, USSR Acad. Sci. 

 

Press [in Russian]. 



Zhevnerov, V. V., Bekenov, A. B., and Sludsky, A. A.1983. Goitered gazelle // Pp. 11-54 in  

 

Mammals of Kazakhstan, Vol. 3, Artiodactyls. Nauka Publs., Alma-Ata [in Russian]. 



 

 

Yüklə 180,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə