HeydəR ƏLİyev fondunun məDƏNİYYƏTİMİZƏ GÖSTƏRDİYİ qayğI



Yüklə 179,16 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü179,16 Kb.
#56728


“Mədəniyyət dünyası”.-2009.-№18.-S.31-34.

HEYDƏR ƏLİYEV FONDUNUN 

MƏDƏNİYYƏTİMİZƏ GÖSTƏRDİYİ QAYĞI

Pərvin Nəsirova,

Azərbaycan Dövlət Mədəniyyət 

və İncəsənət Universitetinin dissertantı

Ayrı-ayrı  həyat  sahələrinə,  xüsusilə  də  mədəniyyətimizə  yabançı  ünsürlərin  nüfuzu  bu  istiqamətdə

təxirəsalınmaz  tədbirlərin  həyata  keçirilməsini  vacib  etmişdi.  Və  bu  işdə  2004-cü  ildə  yaradılmış  Heydər  Əliyev

Fondunun fəaliyyəti əvəzsiz rol oynadı.

Azərbaycanın  ictimai-siyasi  həyatına  milli-mənəvi  dəyərlərimizin  müdafiəçisi,  hamisi  kimi  daxil  olan  bu

fondun  və  onun  prezidenti,  millət  vəkili  Mehriban  Əliyevanın  qısa  zaman  kəsiyində  apardığı çoxşaxəli  fəaliyyəti

mədəniyyətimizin  nəinki  yad  ünsürlərin  təsirindən  hifz  etdi,  həmçinin  onu  yenidən  dünyanın  ən  inkişaf  etmiş  və

mükəmməl mədəniyyətləri sırasına daxil olmasına imkan yaratdı.

Azərbaycan mədəniyyətinin dirçəlişini və tərəqqisini istəyən hər bir vətəndaş təsdiq edə bilər ki, buna qədər

istər muğam sənətinə, istər tarixi abidələrimizə, istərsə də digər maddi-mənəvi sərvətlərimizə münasibət başqa idi.

2007-ci  ildə  Azərbaycan  Mədəniyyətinin  Dostları  Fondunun  təsisçiliyi  ilə  Heydər  Əliyev  Fondunda

"Muğam"  jurnalının  ilk  nəşrinin  və  "Muğam-antologiya"  layihəsi  çərçivəsində  bir  sıra  nəşrlərin,  о  cümlədən

Fətullah Şirvaninin "Musiqi məcəlləsi", Səfiəddin Urməvinin "Kitabül-ədvar" və "Şərəfiyyə risaləsi" adlı nəşrlərin

təqdimat mərasimi keçirildi. Mehriban Əliyevanın həmin mərasimdəki çıxışından məlum oldu ki, "Muğam" jurnalı

bütövlükdə muğama həsr olunmuş ilk nəşrdir.

Heydər  Əliyev  Fondunun  dəstəyi  ilə  televiziyada  "Muğam  müsabiqəsi"nin  keçirilməsi  nəinki  ölkəmizdə,

yaxın  və  uzaq  ölkələrdə  də  rəğbətlə  qarşılanır.  Bu  müsabiqə  muğam  sənətinin  istedadların  gənc  nəsli  tərəfindən

davam  və  inkişaf  etdirilməsinə,  eyni  zamanda  yüksək  səviyyədə  təbliğinə  və  nümayişinə  hərtərəfli  şərait

yaratmışdır.

2004-cü  il  mayın  10-dan  fəaliyyətə  başlayan  Heydər  Əliyev  Fondu  ulu  öndərin  həyat  və  fəaliyyət

fəlsəfəsinin,  onun  elmi-nəzəri  irsinin,  azərbaycançılıq  ideologiyasının  öyrənilməsi,  təbliği,  gələcək  nəsillərə

çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır.

İctimai  təşkilat  olan  Heydər  Əliyev  Fondu  qarşıya  qoyduğu,  reallaşdırdığı  məqsəd  və  vəzifələrin

əhəmiyyətinə,  miqyasına  görə  ölkəmizdə  analoqu  olmayan  yeni  tipli  qurumdur.  Bacarıqlı  təşkilatçılığı,  üzərinə

götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində Fond həm respublikamızda, həm də

xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanmışdır.

Heydər  Əliyev  Fondunun  çoxsaylı  məqsədlərindən  biri  də  milli-mənəvi  dəyərlərimizin  qorunması  və

Azərbaycan  mədəniyyətinin  dünyada  geniş  təbliği  ilə  bağlıdır.  2005-ci  ildə  Azərbaycan  milli  musiqisinin

incilərindən  olan  muğamın  inkişafı  və  təbliği  ilə  bağlı  ciddi  addımlar  atılmışdır.  Fondun  prezidenti,

YUNESKO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  görkəmli  muğam  ustaları  dəvət

olunmaqla  "dəyirmi  masa"  keçirilmiş  və  Bakı  şəhərində  Beynəlxalq  Muğam  Mərkəzinin  yaradılması  qərara

alınmışdır.  Muğam ustaları ilə mütəmadi görüşlərdən, məsləhətləşmələrdən  sonra  Beynəlxalq  Muğam  Mərkəzinin

layihəsi  tərtib  edilmiş  və  Fondda  onun  təqdimatı  keçirilmişdir.  Onun  üçün  münasib  yer  seçilmiş,  Azərbaycan

Prezidenti İlham Əliyevin və YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın iştirakı ilə binanın təməli

qoyulmuşdur.

Dahi  bəstəkarımız  Üzeyir  Hacıbəyovun  120  illik  yubileyi  münasibətilə  Heydər  Əliyev  Fondunun  və

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun "Space" televiziyası vasitəsilə həyata keçirdiyi, bir ilə yaxın davam

edən muğam müsabiqəsi, sözün əsil mənasında, ölkəmizin mədəni həyatında yaddaqalan hadisəyə çevrilmişdir. Bu

layihəni, onun gedişatını, son nəticəsini dünyanın bir çox ölkələrində də milyonlarla muğamsevər izləmişdir. Dövlət

Filarmoniyasında,  sonra  isə  Heydər  Əliyev  adına  Sarayda  Azərbaycan  Prezidentinin  də  təşrif  buyurduğu  yekun

konsertləri muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan mühüm tədbir olmuş, bu məsələyə həm də

dövlət himayəsinin əyani təzahürünə çevrilmişdir.

Tanınmış  ifaçıların  iştirakı  ilə  ardıcıl  olaraq  muğam  axşamlarının  təşkili  də  sənətsevərlər,  milli  musiqi

həvəskarları tərəfindən dərin razılıq hissi ilə qarşılanır, bu ənənə yüksək dəyərləndirilir.

Heydər  Əliyev  Fondunun  köməyi  ilə  Azərbaycanın  görkəmli  yazıçı  və  pedaqoqu  Abdulla  Şaiqin  ev

muzeyində əsaslı təmir-bərpa işləri aparılmış və muzey yenidən fəaliyyətini davam etdirmişdir.

2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda və Parisdə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun

120  illik  yubileyi  keçirilmiş,  dünya  şöhrətli  ifaçılar  -  xalqımızın  böyük  dostu  Mstislav  Rostropoviç  və  xanımı

Qalina  Vişnevskayanın  50  illik  birgə  fəaliyyətinə  həsr  edilmiş  albom  və  disklər  hazırlanmışdır.  Mstislav

Rostropoviçin,  Şostakoviçin,  Bülbülün  yubileyinə  həsr  olunmuş  beynəlxalq  festivallar  keçirilmişdir.  Azərbaycan

mədəniyyətinin  xaricdə  təbliği  istiqamətində  daha  bir  uğurlu  addım  görkəmli  bəstəkarımız  Firəngiz  Əlizadənin

Parisdə yaradıcılıq gecəsinin keçirilməsi olmuşdur.




Dahi  Üzeyir  Hacıbəyovun  "Arşın  mal  alan"  əsərinin  səhnələşdirilməsi  haqqında  Vyana  kamera  teatrı ilə

razılığın  əldə  edilməsi  də  xalqımızın  milli  mədəniyyətinin  dünyada  təbliği  yolunda  mühüm  hadisədir.  Hazırda

"Hacıbəyov" şərti adı altında böyük layihə üzərində intensiv iş gedir. Bu layihədə Üzeyir bəyin bütün əsərlərinin, o

cümlədən  klavirlərinin  yenidən  çap  olunması  ilə  yanaşı,  onların  CD  və  DVD-də  buraxılması  da  nəzərdə

tutulmuşdur.

2005-ci  ilin  martında  Fondun  təşkilatçılığı  ilə  Bakıda  keçirilmiş  "Fərqli  mədəniyyətlərin  qovuşuğu"

beynəlxalq sərgi-konfransı, apreldə təşkil edilmiş  "Azərbaycan: keçmişin və bu günün sivilizasiyalararası dialoqu"

mövzusunda  I  Beynəlxalq  konfrans  respublikamızın  mədəni  həyatında  diqqətəlayiq  hadisəyə  çevrildi.  Bu

konfranslarda Mehriban xanımın, eləcə də Latın Mədəniyyəti Akademiyasının Baş katibinin, Roma Klubunun sədri

-  İordaniya  Haşimilər  Krallığının  şahzadəsinin,  YUNESKO-nun  Baş  direktorunun  müavininin,  dünyadakı yəhudi

təşkilatlarının rəhbərlərinin çıxışları Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın yeri

və roluna, mövqeyinə verilən yüksək qiymətlə də yadda qaldı.

Belə  tədbirlər,  dünyanın  nüfuzlu  təşkilatları  ilə  əlaqələri  Fondun  qazandığı  nüfuzun,  onun  rəhbərinə

dünyada getdikcə artmaqda olan hörmət və ehtiramın göstəricisi olmaqla yanaşı, milli mədəni irsimizin təbliğində

də əvəzsiz rol oynayır.

Rusiyanın  "Puşkin  kitabxanası"  Fondu  ilə  ötən  ildən  yaranmış  əməkdaşlıq  da  ölkəmizdə  elm,  təhsil  və

mədəniyyətin inkişafına, rus dili vasitəsilə dünya mənəvi-mədəni xəzinəsinə çıxış əldə edilməsinə yönəldilmiş  çox

dəyərli  hadisədir.  Heç  kəsə  sirr  deyil  ki,  Rusiya  ilə  200  ildən  çox  davam  etmiş  birgə  yaşayış  xalqımızın

siyasi-ictimai, elmi-mədəni dünyagörüşünə böyük təsir göstərmiş, xalqımız rus dili vasitəsilə dünya mədəni irsi ilə

tanış  olmuş,  həm  də  öz  dəyərli  ədəbi-bədii  fikir  nümunələrini  dünyaya  tanıda  bilmişdir.  Müstəqillik  qazanmış

ölkəmizin  hazırkı  mərhələdə  Rusiyanın  oxşar  strukturları  ilə  belə  münasibətləri  olduqca  təqdirəlayiq,

əhəmiyyətlidir. Keçmiş ittifaq dağıldıqdan sonra bu sahədə 15 ildən çox davam edən boşluğu məhz Heydər Əliyev

Fondu doldurmağa başlamışdır. Heydər Əliyev Fondunun ümdə məqsədlərindən biri ulu öndərimizin zəngin irsinin,

Vətən  qarşısında  misilsiz  xidmətlərinin,  milli  dövlətçilik  ideyalarının dərindən  öyrənilməsi,  təbliği,  yeni  nəsillərə

çatdırılmasıdır.

2005-ci ildə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, məlumatın həcmi və

geniş  əhatə  dairəsi  ilə  fərqlənən  "heydar-aliyev.org"  adlı  domen  internet  portalı  yaradılmışdır.  Portalda  ulu

öndərimizin  Azərbaycana  rəhbərlik  etdiyi  dövrdəki  nitqləri,  kütləvi  informasiya  vasitələrinə  verdiyi  müsahibələri

öz əksini tapmışdır. Azərbaycan, ingilis və rus dillərində təqdim olunan bu portal işçi qrupu tərəfindən mütəmadi

olaraq yeniləşdirilir.

Bu  silsilədən  növbəti  layihə  "heydar-aliyev-foundation.org"  domeni  olan,  yüksək  zövqlə  tərtib  edilmiş

Heydər  Əliyev  Fondunun  internet  səhifəsinin  yaradılması olmuşdur.  Zəngin  internet  səhifəsində  Fondun  yaranma

tarixi,  fəaliyyəti,  beynəlxalq  əməkdaşlıq  əlaqələri  haqqında  geniş  materiallar  yerləşdirilmişdir.  Burada  Fondun

mükafatları, fəxri qonaqlar, kitabxana, videoqalereya, fotoalbom bölmələri də maraqla oxunur.

Fondda  Heydər  Əliyevə  həsr  edilmiş  ekspozisiya  yeni  eksponatlarla  zənginləşdirilmiş,  Fonda  daxil  olmuş

200-dən artıq müxtəlif hədiyyə, 600-dən çox kitab, 200-dən artıq jurnal və qəzet, çoxsaylı fotolar, disk və kasetlər

elmi  əsaslar  üzrə  işlənmişdir.  Belə  bir  davamlı iş  gələcəkdə  Heydər  Əliyev  Fondunda  ulu  öndərin  fəaliyyətinin

bütün istiqamətlərini əks etdirən materialların toplanıb mərkəzləşdirilməsinə imkan verəcəkdir.

Ötən  illərdə  Fondun  ekspozisiyası ilə  bir  neçə  min  qonaq  tanış  olmuşdur.  Fondu  ziyarət  edən  dövlət  və

hökumət  başçıları,  görkəmli  siyasətçilər,  mədəniyyət,  incəsənət,  din  xadimləri  Heydər  Əliyev  haqqında,  Fondun

fəaliyyəti barədə öz təəssüratlarını, ürək sözlərini bölüşmüşlər.

Fondun  ən  uğurlu  layihələrindən  hesab  edilən  "Qarabağ  həqiqətləri"  silsiləsi  buna  bariz  nümunədir.

Beynəlxalq  ictimaiyyətə  ünvanlanan  və  ingilis  dilində  nəşr  edilən,  xaricdəki  diplomatik  nümayəndəliklərimiz,

diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi

haqqında  məlumat",  "Qarabağ  münaqişəsinin  başlanması",  "Xocalı  soyqırımı",  "Azərbaycana  qarşı  erməni

təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir.

Fondun  Prezidenti  Mehriban  xanımın  2004-cü  ilin  avqustundan  YUNESKO-nun  xoşməramlı  səfiri  kimi

fəaliyyəti  də  xalqımız,  dövlətimiz  üçün,  sözün  əsil  mənasında,  dəyərli,  faydalı  olmuşdur.  Qeyri-maddi  irsin

qorunması sahəsində  YUNESKO  ilə  Azərbaycanın  əməkdaşlığı  xüsusilə  əhəmiyyətlidir.  YUNESKO  Azərbaycan

muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. İçərişəhər, Qız qalası isə

çox  nadir  memarlıq  incisi  kimi  dünya  mədəni  irs  siyahısına  salınmışdır.  Orta  əsrlərdə  yaşamış  alimlərin

Azərbaycanda  saxlanılan  əlyazmalarından  xüsusi  əhəmiyyət  daşıyan  3-ü  Mehriban  xanımın  səyi  ilə  2005-ci  ildə

YUNESKO tərəfindən Dünya Yaddaşı Proqramının beynəlxalq registrinə daxil edilmişdir.

Парвин Насирова 

Роль Фонда Гейдара Алиева

в развитии культуры Азербайджана

Резюме

Одна из главных целей Фонда Гейдара Алиева связана с защитой национально- духовных ценностей



и пропагандой культуры Азербайджана Фонд Гейдара Алиева, который был основан 10 мая 2004 года. Фонд


пропагандирует выполняет благородную миссию с большим успехом.

Rəyçilər: fəlsəfə elmləri doktoru, professor Şəhrəddin Məmmədov

fəlsəfə elmləri namizədi, dosent Sevinc Şahhüseynova

Yüklə 179,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə